Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


 Vud lampasının altında xəstənin müayinə edilməsi



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə363/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   359   360   361   362   363   364   365   366   ...   446
DERMATOLOGİYA-dərslik 1

9. Vud lampasının altında xəstənin müayinə edilməsi
Vitiliqonun lüminesent diaqnostikasını qaranlıq otaqda Vuda lampasının köməyi ilə, 
tədqiqatçı qaranlığa adaptasiya olduqdan sonra həyata keçirirlər. Bu metod depiqmenta-
siyanın ən başlanğıcında zədələnmiş dəri sahələrini aşkar etməyə imkan verir. Tünd dəri-
nin fonunda müxtəlif ölçüdə və formada açıq, parlaq-ağ, adi işıqda görünməyən sahələr 
aydın görünürlər. Ləkələrin kənarları kəskin piqmentasiyalıdır.
Mikrosporiyanın lüminessent diaqnostikası: metod Microsporum cinsi göbələkləri 
ilə zədələnmiş saçların qısadalğalı ulğtrabənövşəyi şüalarla şüalandırıldıqda parlaq-yaşıl 
rəngdə işıqlanmasına əsaslanmışdır. Ultrabənövşəyi şüaların mənbəyi yaxın xaricdə 
istehsal olunan xüsusi quruluşda portativ civə-kvars lampası sayılır. Uzun dalğalı şüaları 
tutub saxlamaq üçün Vuda filtrindən–nikel duzları ilə hopdurulmuş şüşədən istifadə 
edirlər. Bu metodla xarakterik işıqlanmaya əsasən başın göbələklə zədələnmiş saçlarını, 
həmiçnin hamar dəridəki zərif tükləri aşkar etmək olar.
Zədələnmə ocaqlarını məlhəmlərlə, yodun 5%-li spirtli məhlulu ilə sildikdə onların 
rəngi və ya işıqlanması təhrif oluna bilər, zəifləyə və ya tamamilə itə bilər. Bu hallar-
da başı sabunla səylə yumaq və müayinəni 3-4 gündən sonra təkrar etmək lazımdır. 
Yuxarıda adı çəkilən metodun dürüstlüyünü zədələnmə ocağından götürülmüş saçların 
mkroskopiyası ilə təsdiq etmək lazımdır.
Malaxiti xatırladan daha tünd işıqlanma favus (keçəllik) zamanı müşahidə olunur, 
blastomikoz sahələri isə çəhrayı-narıncı rəgli lüminessensiya verir.
Dərinin gecikmiş porfiriyasının lüminessent diaqnostikası: xəstədə sutkalıq sidiyi 
tünd şüşədən olan qaba yığırlar. Sidikdə çürümə proseslərinin qabağını almaq üçün (on-
lar sidiyin rəngini və şəffaflığını dəyişə bilər) qaba 10-15 ml toluol əlavə edirlər. Top-
lanmış sutkalıq sidikdən (səhər ayıldıqdan sonra siyimə zamanı yığılan sidiyin birdəfəlik 
həcmini də istifadə etmək olar) 5 ml sınaq şüşəsinə süzür və onu lüminessent Vuda lam-
pasının altına, daha yaxşısı vitaminlərin lüminessent müayinəsi üçün işlədilən aparata 
yerləşdirirlər. Reaksiya o zaman müsbət sayılır ki, müayinə olunan sidik qırmızı rəngdə 
flüoressensiya edir, sağlam şəxslərdə o, mavi-ağ işıqlanma verir.


475
Kəpəklənən və ya rəngbərəng dəmrovun lüminessent diaqnostikası: metod başın 
tüklü hissəsində zədələnmə ocaqlarının aşkar edilməsi məqsədilə tətbiq olunur. Qaranlıq 
otaqda başın tüklü hissəsini Vud lampası ilə işıqlandırırlar. Zədələnmə ocaqları qızılı-sa-
rı, sarı-qəhvəyi və ya bozumtul rəngdə görünürlər. 
Başın tüklü hissəsində zədələnmə ocaqlarının aşkar edilməsi kəpəklənən dəmrovun 
müalicəsində mühüm əhəmiyyət daşıyır, lakin praktik həkimlər çox vaxt bu lokalizasi-
yanı yaddan çıxarırlar, bu isə gələcəkdə xəstəliyin residivlərinə gətirib çıxarır.
Eritrazmanın lüminessent diaqnostikası: metod eritrazmanın qasıq epidermofitiya-
sından, rubromikozdan fərqləndirilməsi məqsədilə tətbiq olunur. Zədələnmə ocaqları 
Vud lampasının altında müayinə edilir. Eritrazma zamanı (zədələnmə ocaqları əvvəlcə-
dən yerli terapiyaya məruz qalmamalıdır) bir neçə gün ərzində səciyyəvi mərcanı-qırmı-
zı işıqlanma müşahidə olunur ki, o da periferik zonada daha qabarıq nəzərə çarpır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin