476
kip probka ilə bağlanan steril şüşə bankalara yığılır.
Mikroskopiya üçün nativ və rənglənmiş preparatlardan istifadə edirlər.
Müayinə olu-
nan materialın xarakterindən və dermatomikozun növündən asılı olaraq preparatların
hazırlanmasının bir neçə metodu vardır. Göbələk xəstəliklərinin laborator diaqnostikası
üçün daha münasib olan metodu nəzərinizə çatdırırıq.
Zədələnmiş tüklər, dırnaq lövhələri, bərk buynuz kütlələri, pulcuqları əşya şüşəsində
qızdırılmış skalpel vasitəsilə xırdalayır və üzərinə 2-3 damcı 10-30%-li
qələvi məhlulu
(KOH və ya NaOH) əlavə edirlər. Şəffaflaşdırmaq üçün preparatı spirt lampasının alo-
vunda, periferiyada ağ haşiyə əmələ gələnə qədər qızdırırlar (qaynamamalıdır), sonra
üstündən basaraq örtük şüşəsi ilə örtürlər.
Pulcuqları, buynuz kütlələrini, dırnaqları müayinə etdikdə həkim-laborant yalnız mi-
selinin tapılıb-tapılmadığını göstərə bilər («göbələyin miselisi tapılıb», «tumurcuqlanan
hüceyrələr qrupu tapılıb»), həkim-mikoloq isə klinik şəklinə görə xəstəliyin diaqnozunu
qoyur və ya əlavə olaraq kultural müayinə təyin edir.
Dostları ilə paylaş: