Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dəri xəstəliklərinin müalicəsi zamanı xaricə işlədilən dərman formaları və



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə362/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   358   359   360   361   362   363   364   365   ...   446
DERMATOLOGİYA-dərslik 1

8. Dəri xəstəliklərinin müalicəsi zamanı xaricə işlədilən dərman formaları və
onların təyin edilməsinə dair göstərişlər
Dermatologiyada tətbiq olunan dərman formalarının qısa səciyyəsi:
Sulu məhlulların (və ya spirt əlavə edilməklə) tərkibində antiseptiklər (bor turşusu, 
rezorsin, tanin, ixtiol, gümüş nitrat, rivanol və s.) vardır və islatmalar, nəm-quru sarğılar 
şəklində tətbiq olunurlar.
Aerozollar (köpüklər): propellent mühitində asılı vəziyyətdə olan dərman hissəcik-
ləridir. Tətbiqi çox rahatdır, xüsusilə də eroziyalı səthlərdə. 
Pudralar: toz dərmanı (prisıpka) şəklində çox xırda tozşəkilli dərman vasitələridir 
(sink oksidi, talk, kraxmal və s.) .
Sulu «horralar»: tozların və mayelərin bərabər hissələrindən ibarətdir. Qliserin əlavə 
etdikdə dəridə yaxşı fiksə olunurlar.
Yağlı «horralar» (linimentlər): tərkibində 30% tozşəkilli dərman vasitələri və 70% 
yağ vardır. İltihabəleyhinə, qaşınmaya qarşı və yumşaldıcı effektə malikdir.
Pastalar: tozların (40-50%) və piylərin kombinasiyasıdır. Dəridə yaxşı qalır. Pudra 
və horralara nisbətən daha dərin təsir edir. 
Plastırlar: əsasını - aktiv maddələr əlavə edilməklə mum (kanifol) təşkil edir. Dəridə 
yaxşı fiksə olunaraq aktiv maddələrin uzun müddət və dərin «keratolitik» təsir göstər-
məsini təmin edir.
Laklar: əsasını – dərman preparatları əlavə edilmiş elastik kollodiy (və ya xloro-
formun tərkibində kauçuk) təşkil edir. Dəridə nazik təbəqə (plyonka) şəklində fiksə 
olunaraq dərin və uzun müddətli «keratolitik» təsir göstərir.
Losyonlar: həll olan və ya suspenziyalı dərman komponentləridir. Su ilə (alkoqolla), 
digər fizioloji həlledicilərlə kombinasiya edirlər. Maye hissəsi buxarlanaraq sürətlə 
soyutma və qurutma effekti verir, dərman vasitələri iltihabəleyhinə təsiri gücləndirir.
Emulsiyalar: tərkibində 30% yağlar olan mayedir. Qatı-elastik konsistensiyada yarı-
duru-yarıbərk sistemlərdir. Səthi iltihabi dermatozların müalicəsində geniş istifadə olu-
nurlar. Dəriyə çəkildikdə emulsiyanın maye hissəsi buxarlanır, dərini soyudur, yağ və 
dərman vasitələri isə absorbsiya olunaraq iltihabəleyhinə effekti gücləndirir.
Krelo: liposomal emulsiyadır. Liposomlar – lamelyar yağlı kristallik strukturlardır, 
sulu köpükcüklərlə əvəzlənir. Krelo yeridilən dərman preparatları ilə (kortikosteroidlər-
lə) birlikdə iltihabəleyhinə effekti, dərinin hidratasiyasını və suyun fizioloji buxarlan-
masını təmin edir.
Hidrofil kremlər: tərkibində sulu əsasda yağ (30%) vardır. Hidratasiyanı, dəri-
nin yumşalmasını, iltihabəleyhinə effekti təmin edir. Qısa müddətdə (bir neçə saat) təsir 


474
göstərir.
Tərkibində lipobaza olan kremlər: daimi fazası su olan kremlərdir, lakin «sulu yağ»-
lı kremlərə nisbətən daha çox yağ (70%) vardır. Kremlərin tərkibində neonlaşdırılmış 
emulqator vardır ki, onlar lamelyar yağlı kristallik strukturlar əmələ gətirirlər ki, bu 
strukturlar da sulu köpükcüklərlə əvəzlənir və liposomlar əmələ gətirməklə fizioloji 
yerli iltihabəleyhinə vasitələr sayılırlar. Liposomların əsasında kortikosteroid preparat 
«Lokoid-Lipokrem» yaradılmışdır.
Hidrofob kremlər: yağın içərisində su (30%) vardır. Dəridə yağlı təbəqə əmələ gəti-
rirlər ki, bu da suyun buxarlanmasına mane olur, dərini rehidratasiya edir, dərman prepa-
ratlarının daxil olmasına şərait yaradır və bununla iltihabəleyhinə təsir edirlər.
Hidrofob məlhəmlər: yağlı maddələrdən (vazelin, lanolin, naftalan, donuz piyi və 
s.) ibarətdir, dərinin isinməsinə səbəb olur və yeridilən dərman vasitələrinin infiltrativ 
iltihab prosesinin dərinliyinə nüfuz etməsini təmin edir.
Hidrofil məlhəmlər: tərkibində sintetik silikon birləşmələri vardır ki, onlar da dərinin 
tənəffüs etməsini təmin edirlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin