467
disxromiyalar (vitiliqo tipli) xarakterikdir.
Diaqnozu
Aşağıdakılar əsasında diaqnoz qoyulur:
•
xəstəliyin klinik əlamətləri;
•
epidemioloji məlumatlar;
•
xəstənin yaşı (uşaqlar);
•
təzə erkən səpgilərdən xaric olan materialın nativ preparatlarında triponemanın
aşkar edilməsi (mikroskopun qaranlıq tünd sahəsində);
•
müsbət seroloji reaksiyalar (RV, RİT, RİF).
Müalicəsi
Endemik sifilisli xəstələrin və onlarla təmasda olanların müalicəsi uzun müddətli təsirə
malik penisillin preparatları (benzatinbenzilpensillin, bisillin-1 və s.) ilə frambeziyanın
müalicəsində işlədilən dozalarla aparılır. Penisillinə əks göstəriş olan hallarda müalicə
eritromitsin və ya tetrasiklinlə aparılır.
Profilaktikası
•
Xəstə uşaqların vaxtında aşkar edilməsi, onların sağlam şəxslərdən təcrid
edilməsi və müvafiq müalicənin aparılması;
•
Xəstəliyin aktiv və latent formalarının aşkar edilməsi üçün bütün ailə üzvlərinin
və xəstələrlə sıx təmasda olan şəxslərin klinik-seroloji müayinəsi;
•
Becel xəstələrilə təmasda olan bütün şəxslərin preventiv müalicəsi;
•
Əhalinin yaşayış-məişət şəraitinin yaxşılaşdırılması, sanitariya mədəniyyətinin
yüksəldilməsi.
PINTA
Xronik qeyri – zöhrəvi treponematoz (endemik rəngsizləşdirici treponematoz),
eritematoz-skvamoz ləkələrlə xarakterizə olunur, hiperpiqmentasiyaya, sonradan isə
depiqmentasiya və poliadenitə meyillidir.
Etiologiyası
Pintanın törədiciləri Triponema carateum-dur. Morfoloji və bioloji xüsusiyyətlərinə
görə frambeziya və sifilis törədicilərinə yaxındır.
İnfeksiyanın rezervuarı. Dərisinin davamlı spesifik zədələnməsi olan 15-30 yaşlı
xəstələrdir.
Dostları ilə paylaş: