462
siyaların olmasını nəzərə almaq lazımdır.
Digər klassik zöhrəvi xəstəliklər (şankroid, zöhrəvi limfaqranulematoz, donovanoz)
əsasən isti iqlimi olan ölkələrin əhalisi arasında və bu regionlarda olmuş şəxslərdə aşkar
edilir. Bu xəstəliklər daha ətraflı “Venerologiya” bölməsində təsvir olunur.
Endemik treponematozlar
Mahiyyətcə adi sifilisin növ müxtəlifliyindən ibarət olan qeyri zöhrəvi tropik trepo-
nematozlar (frambeziya, becel, pinta) üçün yüksək yoluxuculuq xarakterikdir. İnfeksiya-
nın ötürülməsi əsasən ev əşyaları (dəsmal, yatacaq, qab-qacaq və b.) vasitəsilə və cinsi
kontakt yolu ilə baş verir. Bu xəstəliklər adətən xronik gedişli olur. Frambeziya, becel
və pinta xəstəliklərinin törədiciləri müvafiq olaraq T. pertenue, T. Bejel, T. Carateum
sayılır.
Onların yeganə təbii sahibi – insandır.
FRAMBEZIYA
Tropik yoluxucu xəstəlik olub, yüksək kontagiozluğu, dərini, selikli qişaları, sümük-
ləri və oynaqları zədələməsilə xarakterizə olunur. Tipik dəri papilomatoz elementləri
moruğa oxşardır (fransızca Framboise).
Etiologiyası
Frambeziyanın törədicisi Triponema pertenue morfoloji və bioloji xüsusiyyətlərinə
görə zöhrəvi sifilis törədicilərinə (T.pallidum) yaxındır. Lakin plasentar baryerdən keç-
mədiyinə görə anadangəlmə pozğunluqlar törətmir. T. pertenue oksigenin, qurutmanın
və yüksək temperaturun təsirindən tez məhv olur; qidalı mühitlərdə inkişaf etmir, mik-
roskopun qaranlıq tünd sahəsində görünür.
İnfeksiyanın rezervuarı - 2-15 yaşlı uşaqlardır.
Dostları ilə paylaş: