Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə349/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   345   346   347   348   349   350   351   352   ...   446
DERMATOLOGİYA-dərslik 1

Tropik qaşınan dermatozlar
Müvəqqəti qaşınma- ətrafların açıcı səthində qaşınan kiçik seroz papulalar əmələ 
gəlir, sonradan isə onların üzəri seroz- hemorragik qartmaqla örtülür. Proses qripəbənzər 
əlamətlərlə bir neçə aya qədər davam edə bilər. Xəstəliyi qurd invaziyaları və digər ya-
naşı xəstəliklər ağırlaşdırır.
Tropik tər xəstəliyi
- tər vəzilərinin buynuz pulcuqlar, dəri piyi, toz və s. ilə tıxanma-
sı nəticəsində isti mühitlərdə işləyən zaman əmələ gələn müvəqqəti dermatozdur. Proses 
çox zaman diz və dirsək oynaqlarında, döş qəfəsində, qarında və digər yerlərdə, nadir 
hallarda üzdə lokallaşır. İqlim dəyişdikdə müstəqil olaraq itib gedir.
Tropik pomfoliks
- mövsümi xarakter daşıyır. Tər xəstəliyi əlamətləri yalnız ovuc və 
ayaqaltı nahiyələrdə barmaqların yan kənarında olur. İntraepidermal qovuqcuqlar açılır, 
eroziyalaşır, sonra sürətlə epitelləşir və subyektiv əlamətlər olmur. Ağırlaşmaları- ekze-
matizasiya, pustulizasiya və absesləşmədir.
Flebotodermiya
- moskitlərin insanı təkrar dişləməsindən sonra yaranan və fleboto-
musların selik vəzilərinin sekretinə qarşı orqanizmin sensibilizasiyası nəticəsində mey-
dana gələn yayılmış dermatozdur. Bədənin açıq nahiyələrində moskitlərin hücumundan 
sonra mərkəzində nöqtəvarı hemorragiya olan rozeola əmələ gəlir, o isə sonradan üzəri 
qovuqcuqlarla örtülü qaşınan papulaya çevrilir. Köpüşük və papulo- bullyoz reaksiya 
qeyd oluna bilər. Elementlərin meydana çıxması ekskoriasiyalarla müşaiyət olunur. 
Flebotomusların hücumundan sonra proses adətən sakitləşir. Sensibilizasiyanın dərəcə-
sindən, yanaşı xəstəliklərin olmasından asılı olaraq moskitlərin təkrar hücumu zamanı 
dermatoz yayılmış residiv verən xarakter ala bilər,bu zaman noxud böyüklüyünə qədər 
ölçüdə pruriginoz düyünlü elementlər, piokok səpgilər meydana gələ bilər. Xəstəlik bir 
neçə ay və daha çox çəkir. Bir sıra hallarda sistem kortikosteroidlərin təyini ilə aktiv 
terapiya aparmaq lazımdır.
Xarara
( endemik çoxformalı övrə)-ayrı-ayrı ağcaqanad növləri tərəfindən törədilən 
təkrar dişləmələr nəticəsində yaranan mövsümi (yay) qaşınan dermatozdur. Daha çox 
ərəb ölkələrində həm yerli əhali, həm də gəlmələr arasında rast gəlinir. Bədənin açıq na-
hiyələrində,daha çox baldırın aşağı 1/3 hissəsində və ayaqaltının kənarında rast gəlinir. 
Səpgilərə polimorfizm xarakterikdir: papulo- köpüşüklər, seroz papulalar, eroziyalar
seroz- hemorragik qartmaqlar, piokok elementlər. Ümumi toksiki əlamətlər müşahidə 
oluna bilər. Zaman keçdikcə (1-3 ay) proses “quru” xarakter alır, tədricən sönür, səpgilər 
olan nahiyələrdə müvəqqəti hiperpiqmentasiya müşahidə olunur. Bəzi hallarda xəstəlik 
1-2 ilədək uzanır (xroniki xarara) bu zaman lixenifikasiya əlamətləri ilə quru qaşınan 
düyünlü səpgilər qeyd olunur.


461

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin