Tropik bullyoz dermatozlar Həqiqi pemfiqus tropik ölkələrdə mülayim və soyuq iqlimli ölkələrə nisbətən az rast
gəlinir.
Tropik bulloz dermatozlara braziliya eksfoliativ pemfiqusunu (BEP) və onyalai-ni
aid edirlər.
BEP- prodromal əlamətlər olmadan üz, sinə və digər nahiyələrdə rast gəlinən, sonra-
dan piokok prosesi, ekzematizasiya, bəzən verrukoz böyümə, ocaqlı disxromiya ilə ağır-
laşan qovuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Nikolski simptomu müsbətdir.
Ağızın selikli qişası zədələnmir. Ağır gedişli ildırımsürətli (çox zaman letal nəticələnir)
və kəskin formalarda (kəskin intoksikasiya əlamətləri, geniş eroziyalar, impetiginizasiya
əlamətləri) rast gəlinə bilər. Yarımkəskin formada simptomatika daha az rast gəlinir.
Xroniki BEP uzun gedişlidir və klinik polimorfizm, sümük-oynaq sistemi,dişlərin pro-
sesə cəlb olunması,əzələ atrofiyası və digər əlamətlərlə müşaiyət olunur.
Onyalai – isti iqlimli ölkələrin dəri və selikli qişalarda bulloz və hemorragik səpgilə-
rin əmələ gəlməsi ilə xarakterizə olunan ağır xəstəlikdir. Sistem hemorragik sindrom,
trombositopeniya, ağır ümumi vəziyyət və aftaya oxşayan üzəri irinli ərplə örtülü iri
qovuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Əgər tərkibində kortikosteroidlər, qan-
köçürmə, qandəyişdiricilər olan intensiv terapiya aparılmazsa proqnoz yaxşı olmaz.
Dəri yenitörəmələri İsti iqlim şəraitində dərinin xoşxassəli və bədxassəli şişlərinin böyük rastgəlmə tezli-
yi barədə tədqiqatçıların yekdil rəyi yoxdur. Çin, Yaponiya, ərəb ölkələrində dəri xərçən-
ginin nadir halda rast gəldiyi bildirilir. Pülük kisəsinin ekssesiziya olunduğu xalqlarda
cinsiyyət orqanının xərçənginə rast gəlinmir. Afrika əhalisində dəri xərçəngi daha çox
xroniki iltihabi proses, xora, yaralanma yerlərində əmələ gəlir. Tünd dərili irqlərdə da-
mar nevusları çətin görünür, tüklü nevuslar isə avropalılara nisbətən daha az rast gəlinir.
Xoşxassəli törəmələrin (ziyillər, itiuclu kondilomalar, fibromalar) profili cəhətindən ay-
rıca xüsusiyyətlər qeyd olunmur.