453
Müalicəsi.
Mebendazol 0.3q-dan 3 gün daxilə, sonra 0.5 q- dan 10 gün və 40-60 mq
prednizolon daxilə 3-5 gün müddətində; tiabendazol 25mq/kq/sut 3 dəfəyə 7- 10 gün
müddətində daxilə.
LARVA MİGRANS SİNDROMU (MİQRASİYAEDƏN SÜRFƏ)
İnsan orqanizmində dəri və daxili orqanları zədələyən bir neçə nematodların miqra-
siya edən sürfələrinin törətdiyi xəstəlik hallarını birləşdirir.
Törədiciləri. Ancylostoma braziliense; Ancylostoma caninum, Uncinaria stenocep-
hala (it paraziti); Bunostomum phlebotomum (iribuynuzlu mal-qaranın paraziti); Ancy-
lostoma duodenale və Necator americanus (insan paraziti). Helmint yumurtaları qumlu
torpaqlarda isti yerlərdə sürfələrə çevrilir. Dəridən insan orqanizminə daxil olur. Təhlükə
altında olan kontingentlər: kənd təsərrüfatı işçiləri, uşaqlar, çimərlikdə dincələnlər.
Larva currens zamanı Strongiloides stercoralis (bağırsaq uqritsası) sürfələrinin də-
ridən daxil olduğu yer və onların dərialtı hərəkət yolu qaşınan papula, papula-vezikul,
köpüşük və qırmızımtıl dalğavari (“artan”) zolaqlarla müşaiyət olunur.
Səpgi elementlərinin dalğavari olması və onların yayılması dərinin miqrasiyaedici
sürfələrlə yoluxmasına şübhə yaradır. Xəstəlik müstəqil olaraq bir-iki ay davam edir.
Ən çox zədələnir: perianal nahiyə, sağrılar, budlar, qarın, kürək, çiyinlər. Dermatitlərin,
ekzematizasiyaların, ikincili piodermiyaların inkişafı mümkündür. İtlərin və pişiklərin
toksokarlarının miqrasiyaedən sürfələri və insan askaridləri daxili orqanları zədələyir.
Allergik səpgilər mümkündür, eozinofiliya xarakterikdir, qaraciyər böyüyür, pnevmonit
xarakterikdir.
Müalicə. Tiabendazol daxilə 50 mq/kq/sut hər 12 saatdan bir 5 sut. Albendazol daxilə
400 mq/sut,3 sut. Yerli kortikosteroidlər. Sürfələrin dəridə hərəkət etdiyi nahiyəyə maye
azot.
Dostları ilə paylaş: