450
yaranması,
sidik kisəsi ,sidik axarları divarlarının kalsifikasiyası ilə əlaqədardır.
Ağırlaşmaları:
qadınlarda - xarici cinsiyyət orqanları, uşaqlıq boynu və uşaqlıq
yolunda
papillomatoz törəmələr, menstrual siklin əhəmiyyətli pozğunluqları,
sonsuz-
luq. Kişilərdə - epididimit, prostatit, vezikulit, oliqoazospermiya. Hər iki cinsdə - cinsi
orqanların psevdoelefantiazı, yumurtaların görmə orqanına, MSS-nə salınması, ağ ciyər
arteriyasının emboliyası, cinsi orqanların xərçəngi müşahidə olunur. Uşaqlarda
əqli və
fiziki inkişafın ləngiməsinə təsadüf olunur.
Diaqnostika:
klinik şəkil, sistoskopiya, uroqrafiya, şistosom yumurtalarının sidikdə
tapılması,
endovezikal biopsiya, KBR, allerqosınaqların qoyulması.
Müalicə:
prazikvantel 20mq/kq 4 saatdan bir (2 qəbul) və ya oksamnikvin- 15mq/
kq birdəfəlik; ümumi möhkəmləndirici və simptomatik vasitələr. Kontrol müalicədən
sonrakı 5-6 ay ərzində aparılmalıdır; immunloji reaksiyalar spesifik terapiyadan ən azı
3 ay sonra mənfiləşir.
Profilaktika:
endemik zonalarda xəstələrin kütləvi müayinə və müalicəsi; düyü plan-
tasiyaları və su hövzələrində sanitar texniki tədbirlər; quyu və ayaqyoluların tikilməsi,
insan ekskrementlərinin zərərsizləşdirilməsi; məişət sanitar-gigiyenik şəraitin yaxşılaş-
dırılması; serkarilərin sidik-cinsiyyət orqanlarına və ətraflara düşməsinin qarşısını alan
xüsusi paltar və geyimin geyilməsi.
Dostları ilə paylaş: