455
LOAOZ
Törədicisi- çox da böyük olmayan nematoda loa loa- dır. Son sahib insandır. Yetişmiş
filyariyalar dərialtı toxumada seroz təbəqənin altında və konyuktivada parazitlik edirlər.
Onun sürfələri (mikrofilyariyalar) gecə daxili üzvlərin damarlarında, gündüz isə dərinin
periferik damarlarında olur. Aralıq sahib və ötürücülər slepnidir. Loaozda əsasən dəri,
görmə üzvü, bəzən də cinsiyyət üzvləri yoluxur. Xəstəlik ətrafların və üzün dəri və dəri-
altı toxumalarında efemer miqrasiya edən bərk şişlərlə xarakterizə olunur. Bu şişlər bir
neçə saat və ya bir neçə gün qalır və spontan sağalır. Güclü dəri qaşınması, urtikar səp-
gilər, dizurik pozğunluqlar (helmintin uretraya keçməsi ilə əlaqədar olaraq ağrılı sidik
ifrazı), yanğı hissi, ağrı, dərinin altı ilə nəyinsə sürünməsi hissi olur.
Diaqnoz klinik əlamətlər, loaozun endemik zonası üçün xarakter anamnez, qanda
mikrofilyarilərin tapılmasına (ən çox gündüz saatlarında) əsasən qoyulur.
Müalicə:
dietilkarbamazin (ditrazin, getrazan, notezin, banosid). 1-ci gün 0.05 q
daxilə yeməkdən sonra, 2- ci gün 0.05 q, 3- cü gün 0.1 q, 4-21 ci gün 2 mq/kq. Müalicə
kursu 21 gündür.
Profilaktika məqsədilə dietilkarbamazin həftədə 0.3 q qəbul olunur.
Böyük helmintləri cərrahi yolla çıxarırlar.
Dostları ilə paylaş: