Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Proqnoz: qənaətbəxşdir; axromiya ocaqları davamlı xarakter daşıyır. Tropik sarı dəmrov



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə332/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   328   329   330   331   332   333   334   335   ...   446
DERMATOLOGİYA-dərslik 1

Proqnoz:
qənaətbəxşdir; axromiya ocaqları davamlı xarakter daşıyır.
Tropik sarı dəmrov
Əsasən üz, boyun dərisini ala-bəzək sarımtıl-qəhvəyi qaşınan elementlər şəklində 
zədələyən səthi mikozdur. Törədicisi - Hormodendron Fontoynonti. Hind-Çində, Sey-
lon adalarında, Braziliyada, Kubada,bəzi hallarda – Afrika qitəsində rast gəlir. Darısqal 
mənzil şəraitində yaşayan böyüklər və uşaqlar xəstələnirlər. Uşaqlar üçün kontagiozdur.
Klinik şəkil:
üzdə, boyunda, bəzən isə döşdə xırda qaşınan narıncı-sarı rəngli ləkələr 
meydana çıxaraq polisiklik sərhədlərə malik daha iri, ləkəli elementlər şəklində birlə-
şirlər. İri ləkələrin ətrafında qız elementləri yaranaraq əsas elementlərlə birləşir və disk 
şəklində düzgün sərhədlərə malik daha iri ocaqlar əmələ gətirirlər. Ləkə elementlərinin 
təkamülü nəticəsində sarımtıl-narıncı çalarlı depiqmentasiya sahələri qalır.
Müalicə və profilaktika:
«Kirəmitşəkilli mikoz»da olduğu kimidir.
Proqnoz:
qənaətbəxşdir.
Pyedra (düyünlü trixosporiya)
Göbələk xəstəliyi olub, tükün üzərində xırda çox bərk düyüncüklərin yaranması ilə 
səciyyələnir. Törədicisi: Trichosporon piedraia hortai (qara pyedra), Trichosporon gi-
ganteum, Trichosporon cerebriforme və s. (ağ pyedra) kif göbələkləridir. Xəstəliyin 
inkişafına əlverişli şərait yaradan amillər: tropik iqlim, saçların gigiyenasına əməl olun-
maması, onların un və şəkər tozu ilə çirklənməsi, saçlara bitki yağlarının sürtülməsi, 
başın turş tərkibli maddələrlə yuyulması, saçları sıxan kip baş geiymlərinin, sarğıların 
geyinilməsi, sancaqların, broşkaların və s. istifadə olunması.
Yoluxma yolları:
xəstəlik yuxarıda qeyd olunan şəraitdə inkişaf edir.
Gedişi:
müalicə aparılmadıqda aylar və illərlə uzana bilər. 
Ən çox rast gələn lokalizasiya: əsasən başın tüklü hissəsinin dərisi.


445
Klinik şəkil:
başın tüklü hissəsi nahiyəsində tüklərdə, az hallarda saqqal və bığ na-
hiyəsində çoxlu sayda (30-50 və daha çox) xırda (0,1-0,2 mm) daş kimi bərk iyvari, oval 
və ya nahamar formada, saçları mufta şəklində (3-5 mm) əhatə edən və onun səthinə 
bərk yapışmış düyüncüklər əmələ gəlir. Düyüncüklər lupa altında daha yaxşı görünür. 
Düyüncüklərin rəngi açıq-qəhvəyi, qırmızımtıl-qəhvəyi və ya qara rəngdədir. Subyektiv 
hissiyyat adətən olmur.
Diaqnostika:
düyüncüklərin lokalizasiyası və xarakterik bərk olmasına əsasən qoyu-
lur. Mikroskopiya zamanı miseli sapları şəklində göbələk elementləri və mozaik yerləş-
miş sporlar aşkar edilir. Saburo mühitində Achorion (trichophyton) Schonleinii kultura-
sını xatırladan koloniyalar bitir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin