14. Mətnin sistemləşdirilmiş və təsnifat olunmuş cədvəlini tərtib etmək mövzunu daha aydın təsəvvür etmək üçün şagirdlər mətni təhlil edərək onu hissələrə ayıra bilərlər. Bu zaman onlar mətndə izah, əlavə, təlimat, nümunə və s olmaqla sistemləşdirə bilərlər və xüsusi cədvəldə qruplaşdıra bilərlər.
15. Mətnə annotasiya yazmaq- (latınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir.) – şagirdlərə ilk növbədə annotasiyanın mahiyyəti izah edilməlidir. Annotasiya mətnin məzmununda olan isim və fellərdən ibarət çox qısa lakin məzmunlu ifadələr ola bilər. Annotasiya hətta bir cümlə ilə də ifadə oluna bilər.
16. Mətnin məntiqi quruluş sxemini çəkmək- mövzunun məntiqi sxemini qurmaq üçün şagirdlər dəfələrlə onu oxumalı və təhlil etməlidirlər. Bu texnologiya əsasən yuxarı yaş səviyyəsində olan şagirdlərə tətbiq edilməlidir. Mövzunun məntiqi quruluş sxemində mövzunun adı başlıq kimi yazılmalıdır. Şagirdlər mətnin sxemləri müxtəlif formalarda çəkə bilərlər. Bu fərqlilik onların yaradıcılığının üzə çıxmasına imkan verir. Məntiqi quruluş sxemlərində sözlər çox qısa , lakonik, mənalı və mövzunu əhatə edə bilən səviyyədə olmalıdır.
17. Məntiqi istinad konspektinin tərtib edilməsi- məntiqi quruluş sxemlərindən fərqli olaraq məntiqi istinad konspektləri müəllim və şagirdlərlə birgə tərtib edilir. Sxemlərdə mövzuya dair bir-biri ilə əlaqəli izahlar daha geniş yazılır. Məntiqi istinad konspektlərinin tərtib edilməsində xəritə, şəkil, diaqram və s-dən istifadə oluna bilər.
18. Mətnə aid sualların tərtib edilməsi- yeni mövzuya aid sualların hazırlanması texnologiyası şagirdlərdə özünə inam, məsuliyyət hissi formalaşdırır. Adətən şagirdlər müəllimin veridiyi suallara cavab verirlər. Lakin onlara mətnə dair sualların hazırlanması təklif edildikə onlar bunu ilk anda qeyri-adiqarşılayırlar. Mətnə aid sualların tərtib edilməsinin müxtəlif istiqamətləri vardır :
a) ardıcıl suallar üsulu. Bu üsulu cütlərlə həyata keçirmək daha məqsədəuyğundur. Şagirdlər növbə ilə öyrənilən mətni abzaslar üzrə ucadan oxuyurlar. Bir abzası oxuduqdan sonra ikinci şagird oxunan abzasa aid sual verir, birinci isə onları cavablandırır. Sonra onlar rollarını dəyişir. Sual verən şagird mətni oxumağa davam edir, ikinci isə oxunan abzasa aid ona suallar verir.
b) Açar sözlər əsasında mətnə suallar hazırlamaq. Bu üsulu da cütlərlə həyata keçirmək daha məqsədəuyğundur. Cütlərə daxil olan şagirdlər mətni növbə ilə abzaslar üzrə oxuyurlar. Birlikdə hər abzasda açar sözlər müəyyən edilir və dəftərə qeyd edilir. Sonra hər bir şagird fərdi olaraq bu sözlərə aid suallar tərtib edir və sualları öz dəftərinə yazır. Cütlərə daxil olan şagirdlər tərtib etdikləri sualları birbirinə verməklə sorğu keçirirlər: növbə ilə şagirdlərdən biri sualı oxuyur, digəri isə onu cavablandırır.
c) Mətndə anlaşılmayan fikirləri müəyyən etmək və onlara aid suallar hazırlamaq.
19. Mətndən cavabların seçilməsi – şagirdlər üçün axtarış tələb edən, maraqlı üsuldur. Texnologiyadan istifadə etməzdən əvvəl şagirdlərə mətnə dair hansı sualların verilə biləcəyi təklif edilir. Lakin sualın deyil , ona uyğun cavabın verilməsi tələb edilir. Mətndən cavabların seçilməsi üsulu cütlər və ya qrup formasında oyun xarakterli təşkil oluna bilər.
20. Kontur xəritə üzəriində mətnin modelləşdirilməsi- coğrafi mətnlərin əksəriyyətində coğrafi hadisə və proseslər hər hansı coğrafi obyektlərin nümunəsində verilir. Mətnlərin mənimsənilməsi üçün oradakı coğrafi obyekt və ərazilərin eləcə də hadisə və proseslərin ( küləklərin istiqaməti, iqlim qurşaqları, yağıntıların miqdarının dəyişməsi və s) kontur xəritə üzərində qeyd olunması, şagirdlərdə nəzəri bilikləri tətbiq etmək bacarığını formalaşdırır.
21. Mətndəki coğrafi adların kontur xəritədə qeyd edilməsi – sadə üsul hesab edilir. Əsasən aşağı sinifdə oxuyan şagirdlərə tətbiq edilir. Şagirdlər mətndə olan coğrafi obyektlərin adlarını kontur xəritəyə yazırlar. Bununla da kontur xəritə üzərində yazı qaydalarını öyrənirlər.
22. Mətni əsas, əlavə və izahedici olmaqla qruplara ayırmaq- yuxarı sinif şagirdlərinə coğrafi mətnləri üç hissəyə ayırmaq təklifi verilir. Onlar isə mətni özlərinə məxsus qaydada qruplaşdırırlar. Şagirdlər mətnin əsas. əlavə və izahedici hissəsini ayırmaqla onlara aid suallar qoya bilir, mətnin hissələrinin əhəmiyyətini izah edir və əsas informasiyanı əlavə informasiyadan ayırmağı öyrənirlər.
23. Mətndə nəzəri və emprik elementləri ayırmaq- ilk növbədə şagirdlər nəzəri bilikləri praktik biliklərdən ayırmağı öyrənirlər. Texnologiyanı cədvəl üzərində tətbiq etmək məqsədəuyğundur. Mövzuda olan səbəb- nəticə əlaqələri, terminlər, ümumi anlayışlar, coğrafi qanunauyğunluqlar cədvəlin birinci sütununda, nümunə, coğrafi faktlar, coğrafi obyekt adları isə ikinci sütununda yazılır.Şagirdlərin nəzəri və praktik bilikləri bir-birindən ayıra bilməsi onların əhəmiyyətini əsaslandırmağa imkan verir.
24. Mətn əsasında yaradıcı iş - coğrafi mətnlərin əksəriyyətində modelləşdirmə imkanları vardır. Modelinin yaradılması üçün imkan olan obyekt və hadisələrin – vulkan kəsiyi, çay və onun elementləri, göl çüxurları, dağ, düzənlik, yarğan, dyun, barxan, platforma, sürüşmə və s. elementləri , coğrafi obyektləri şəkil, kağz, gil, plastilin, qum, konstruksiya və s ilə təsvir etmək mümkündür. Onlaın modellərinin yaradılması şagirdlərin mövzunu daha dərindən mənimsəməsinə imkan verir.
Dostları ilə paylaş: |