28. Səmərəli Oxu və Düşünmə üçün Aktiv Qeyetmə Sistemi (İNSERT) - Onun tətbiqi bir neçə mərhələ üzrə aparılır. Birinci mərhələdə şagirdlər mətnin nişanlanma sistemi ilə tanış olurlar. Dərsin məqsədindən, sinifin hazırlıq səviyyəsindən, şagirdlərin yaş xüsusiyyətindən asılı olaraq bu, müxtəlif cür aparıla bilər. “✓” qeyd işarəsi şagirdlərə məlum olan informasiya qarşısında qoyulur. “– “ işarəsi onlara məlum olan biliklərə zidd olan məlumatlar aşkar edildikdə qoyulur. “+” işarəsi şagirdlər üçün maraqlı, yeni və gözlənilməz bir məlumat olduqda qeyd edilir “?” işarəsi aydın olmayan informasiya olduqda, nəyisə öyrənmək zərurəti yarandıqda qoyulur. İkinci mərhələdə şagirdlər mətni oxuyaraq ayrı-ayrı abzas və cümlələri onların kənarında uyğun işarələrlə qeyd edirlər. Üçüncü mərhələdə şagirdlər İnformasiyanı sistemləşdirir, öz sözləri ilə onu İNSERT cədvəlinə yazırlar. ✓ (məlumdur); – (əvvəlki biliklərimə ziddir); + (maraqlı və yeni məlumatdır); ? (aydın deyil, öyrənmək istərdim)
29. BİBÖ cədvəlinin doldurulması. (“Bilirəm – Bilmək istəyirəm- Öyrəndim”). Üsulun icra etmək üçün ilk növbədə lövhədə və şagirdlərin coğrafiya dəftərində 3 sütünlü cədvəl tərtib edilir: BİLİRƏM -BİLMƏK İSTƏYİRƏM- ÖYRƏNDİM Mətnlə tanış olmazdan qabaq şagirdlər müstəqil və ya qrup şəklində əvvəlcə “bilirəm”, sonra isə “bilmək istəyirəm” sütunlarını doldururlar. Mətni oxuyaraq və ya oxunanların müzakirəsi prosesində şagirdlər “Öyrəndik” sütununu doldururlar. Nəticələrin çıxarılması, sütunların məzmununun tutuşdurulması. Şagirdlərə əlavə olaraq daha iki sütunu – “informasiya mənbələri” və “nə anlaşılmadı” başlıqlı sütunları doldurmağı tapşırmaq olar.