Dərslik və onunla işin təşkili


- Hadisə və proseslərin öyrənilməsində, cəmiyyətin inkişafında CİS –in əhəmiyyətini izah edir



Yüklə 27,62 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü27,62 Kb.
#36731
növüDərslik
1   2   3   4   5
8. təlim vasitələri

- Hadisə və proseslərin öyrənilməsində, cəmiyyətin inkişafında CİS –in əhəmiyyətini izah edir;

-CİS –in koməyi ilə aldığı informasiyanı təqdim edir təlim nəticəsinin qəbul edilməsi və mövzunun bu təlim nəticələrini açmağa xidmət etməsi məqsədəuyğundur.

Mətnlər şagirdlərin yaş səviyyəsindən asılı olaraq tərtib edilməlidir. Aşağı yaş səviyyəsində olan siniflərdə coğrafi mətnlər daha qısa və məzmunlu yuxarı siniflərə dogru nisbətən artmalıdır. Lakin mətnlərin şagirdlərin yaş səviyyəsinə uyğun tərtib edilməsi onların həcminin artması ilə ifadə olunmamalı və əsasən məntiqi baxımdan ifadə edilməlidir.

Mətnlərin yazılmasında hansı formanının, dil üslubunun seçilməsi vacib şərtdir. Dərslik mətnləri şagirdlərə müraciət edilməklə tərtib edilə bilər. Bu zaman müəllif şagirdlərə “Siz” deyə müraciət edir. Digər yanaşmada müəllifin şagirdlərlə birgə fəaliyyət göstərməsi müşahidə edilir. Əsasən aşağı siniflərdə istifadə olunan bu yanaşmada yazı üslubu kimi “Biz” ( izah edək, şərh edək , xəritədə göstərək və s) ifadəsi istifadə olunur. Üçüncü yanaşma daha çox istifadə olunan üçüncü tərəfdən izah olunmadır. Daha ciddi hesab olunan bu yanaşmadan əsasən yuxarı siniflərdə istifadə olunması məqsədəuyğundur.

Coğrafiya dərsliklərinin mətnlərini təhlil etmək üçün müxtəlif baxışlar mövcuddur. Mətnlərin təhlilinin müxtəlif istiqamətləri var.

BİLİK BAXIMINDAN – elmi cəhətdən səhfsiz, mübahisəli məsələlərdən uzaq, faktlar dəqiq, yeni və əsaslandırılmaış, aparıcı ideyalar, ən son kəşf və tədqiqtlaara əsaslanmalıdır.

DİL BAXIMINDAN – coğrafi mətnlər sadə, dialekt və ləhcələrdən uzaq olmalıdır. Mətnlərin həcmindən asılı olmayaraq cümlələr kiçik olmalıdır. Coğrafi mətnlərin dili şagirdlərdə kommunikativ bacarıqların inkişaf etdirilməsinə imkan yaratmalı, nitq bacarıqlarını formalaşdırılmalıdır.

Cümlələrdə sözlərin sayı əsas şərtlərdən biridir. Ana dilinin zənginliyini, xalqının mədəniyyətini, keçmiş və müasir tarixini, təbiətini, Vətəninin nailiyyətlərini və beynəlxalq aləmdə mövqeyini dəyərləndirməyə imkan verməlidir.

SIYASI BAXIMDAN – dərslik mətnləri siyasi –ideoloji fikir və təbliğatlardan uzaq olmalı, heç bir siyasətə xidmət etməməlidir. Mətnlərdə ümumbəşəri dəyərlər və milli mənafe, vətəndaş təfəkürü təbliğ edilməlidir. Müxtəlif mədəniyyətlərə, milli, irqi, dini ayrıseçkiliyin mətnlərdə verilməsi yolverilməzdir.

PSİXOLOJİ BAXIMDAN – coğrafi mətnlər şagirdlərin yaş səviyyəsinə uyğun olan bir yaş səviyyədə yazılmalıdır. Mətnin elmi dili saxlanılmalıdır. Mətnlər şagirdlərdə təşəbbüskarlıq hisləri, nikbinlik, gələcəyə inam yaratmalıdır. Qorxu obrazları, tənbəllik, təhlükəsizlik,aqressivlik yaradan mətnlərin olmaması məqsədəuyğundur. Coğrafi mətnlərin təhlili

PEDAQOJİ USTALIQ BAXIMINDAN mətn şagirdlərədə mətnə əsasən şəkil çəkməyi, sxem qurmağı və təlimat verməyi, fikirləri əsaslandırmağı, izahat verməyi, fikirləri qruplaşdırmağı, məntiqi ardıcıllığı təyin etmək və s bacarmaq qabiliyyətlərini yaratmalıdır.

TƏRBİYƏ BAXIMINDAN- şağirdlərin estetik, ekoloji, qənaətcillik, iqtisadi, vətənpərvəlik tərbiyələri əsas önə çəkilməlidir. Bunun üçün təhsil nazirliyi tərəfindən şagirdlərin formalaşdırlması üçün tələb olunan dəyər və səriştələr hazırlanmalıdır.

İNKIŞAF ETDIRICILIK – şagirdlər bilikləri bacarığa çevirməyi, fakt və hadisələri müqayisə etməyi, qruplaşdırmağı,sistemləşdirməyi, fərqləndirməyi, təsnif etməyi, proqnoz verməyi, təqdimat etməyi və s bacarmalıdır. Təqdim olunmuş mövzu ətrafında və müəyyən hadisə münasibətilə danışmaq, çıxış etmək, rəy və mülahizə yürütmək, fikirləri yazılı ifadə etmək, kollektiv şəraitdə, komanda daxilində mətnlərdən istifadə etmək bacarığı imkan olmalıdır. Dərslik mətninin mənimsənilməsi ilk növbədə onun üzərində işin təşkilindən asılıdr. Mətni mənimsəmək üçün onlarla metod tətbiq etmək mümükündür.

Müasir dövrdə məktəbdə coğrafiya fənninin məqsədi təkcə müəyyən coğrafi informasiyanı mənimsətmək deyil, həm də şagirdlərdə universal bacarıqlar olan kommunikativ, idraki, reflektiv bacarıqları formalaşdırmaqdır. Şagirdlərin mətn üzərində işinin təşkil edilməsi üçün ilk növbədə dərslik mətnlərinin oxu strategiyalarına uyğun yazılması əsas şərtdir. Mətn üzərində işin təşkili sinifdə dərs prosesində, yeni mövzunun mənimsənilməsi məqsədi ilə təşkil olunur. Mətnlə aşağıda təsvir olunan iş üsulları bu bacarıqların formalaşdırılmasına yardım edir:

1. Oxumaq - hafizə biliyini inkişaf etdirir. Ən sadə oxu strategiyası olub qədim tarixə malikdir. Pedaqoqlar sadə, səslə oxunun şagirdlərin inkişafında mühüm rol oynadığını əsaslandıra bilirlər.Lakin bu texnologiyadan aşağı yaş səviyyəsində istifadə etmək məqsədəuyğundur.

2. Seçmə oxu. Mətnin ayrı-ayrı abzasları seçilərək nəzərdən keçirilir, yəni şagirdlərin diqqəti mətnin yalnız onlar üçün zəruri olan hissələrinə yönəldilir. Oxu üçün informasiyanın seçilməsi dərsin məqsədindən asılıdır. Seçmə oxudan əvvəl şagirdlər mətni tam oxuyur. Lakin müəllimin “hansı abzas sizin üçün daha önəmli oldu?” sualından sonra şagirdlər seçdikləri abzası səslə oxuya bilərlər.

3. Əsas fikirlərin fərqləndirilməsi- mətndə aparıcı fikirlərin altından xətt çəkilməsi və ya əlavə dəftərə yazılması tapşırığı ilə müraciət olunur. Şagirdlər dərs prosesində yeni mövzunun mətnini oxuyur və yeni mövzunun izah edilməsində aparıcı olan fikirləri fərqləndirilər. Onlar dərslik kitabında fikirlərin altından karandaşla xət çəkməklə ( sonra pozmaq asan olsun deyə) və həmən ifadələri coğrafiya dəftərinə öz sözləri ilə yazmaqla prosesi tamamlaya bilirlər. Aparıcı fikirlər adətən təlim nəticələrini açmaq üçün əsas vasitə kimi istifadə olunur.

4. Sitat gətirmək - mətnin lazım olan hissəsinə nümunə gətirməklə ifadə olunur. Adətən mətndə aparıcı fikirlər, təlim məqsədlərinin ifadə olunan fikirləri mənimsamək üçün əlavə misallar , nümunələr gətirilir. “Məsələn”, “nümunə olaraq” fikirləri ilə başlayan fikirlərə əlavə nümunənin gətirilməsi şagirdlərdə mətni mənimsəməyə, mövzunu daha dərindən öyrənməyə xidmət edir.

5. Konspekt tərtib etmək-( latın dilində xülasə deməkdir) şagirdlər mətni oxuduqdan sonra onun qısa xülasəsini tərtib etməklə onu dərindən mənimsəmiş olurlar. Bu zaman onlar əsas fikirləri, səbəb nəticə əlaqələrini, mətnin əsas hissəsini önə çəkməlidirlər. Konspektlərdə cümlələrin sayı şagirdlərin yaş səviyyəsindən və dərslikdə verilən mətnin həcmindən asılı olaraq dəyişə bilər. Konspektləşdirmə müxtəlif formalarda ola bilər:

а) xətti konspektləşdirmə. Mətnin məzmununun tezislər şəklində qısa ifadəsi.

b) klaster qurulması. Metodik ədəbiyyatda bu strategiyanın dərsin müxtəlif mərhələlərində, məsələn, motivasiyada, yaxud müəyyən mövzunu öyrəndikdən sonra ümumiləşdirmə və refleksiyada tətbiq edilməsi tövsiyə olunur. Lakin o, informasiyanın konspektləşdirilməsi üçün də səmərəlidir.

с) cədvəl formasında konspektin tərtibi. Sual-cavab formasında tərtib edilir.

d) dayaq siqnallar əsasında konspekt tərtibi. Dayaq siqnallar hər bir insanın beynində müəyyən şəxsi assosiasiyalar yaradan işarələr – simvollardır. Fərqli insanlar üçün bu işarələr fərqli ola bilər. Konspekt tutarkən bir çox sözlərin əvəzinə şəkil, sxem, simvol və ya işarələrdən istifadə olunur.

е) məntiqi konspektlərin tərtibi. Burada mətnin aşağıdakı məzmun elementləri göstərilir: anlayış və onların əsas xassələri; səbəb-nəticə əlaqələri; səciyyələndirilən obyektlərin ümumi xüsusiyyətləri; hər hansı prosesin inkişaf istiqamətləri; iqtisadi-coğrafi obyektləri, hadisə və prosesləri səciyyələndirən ən vacib faktlar

6. Tezis yazmaq- mətnin qısa, yalniz mənasını aça bilən xronikasını yazmaqdan ibarətdir. Müəllim şagirdlərə ilk olaraq tezisin mənasının başa salmalıdır. Tezisin geniş mülahizənin qısa ifadəsi olduğunu, iclas,simpozium, seminar, forum , konfrans və s. materiallarının iştirakçılar üçün əvvəlcədən tanış olmalarına görə çıxış edənlərin məqalə və ya çıxışlarının əsas müddəalarını əks etdirən yığcam qeydlərdən ibarət olduğunu bildirməlidir. Dərslik mətninin tezisə çeviriə bilmək şagirdlərdə öz fikirlərini qısa olaraq ifadə etmək bacarığını formalaşdırır və eyni zanmanda mətni daha dərindən mənimsəyirlər.

7. Mətni məntiqi bloklara ayırmaq- və ya alqoritmlərə ayırmaq- mətnin mənasına görə məntiqi ardıcıllıqla bloklara ayırmaqdır. İlk olaraq müəllim tərəfindən şagirdlərə alqoritmin -verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışı olduğu izah edilməlidir. Şagirdlər yeni mövzuya aid olan mətni diqqətlə oxumalı, onu hansı ardıcıllıqla qruplaşdırmağa qərar verməlidir. Alqoritm diskretlilik -yəni mövzunun başlanğıc, icra və tətbiq prosesinin əhatə olunması, xroniki ardıcıllıqla , mətnin müəyyən mənasına görə ( izahetmə, təlimat, tətbiqetmə və s.) və s verilə bilər. Bu şagirdin öz seçimindən asılıdır. Mətni məntiqi bloklara ayırmaq- və ya alqoritmlərə ayırmaq texnologiyasının adətən yuxarı siniflər üçün tətbiq edilməsi məqsədəuyğundur. Alqoritm mətn, sxem, cədvəl və s formada təqdim oluna bilər.

8. Şərh vermək- mətni oxuyaraq onun haqqında təhlil xarakterli, mətnin nədən bəhs etməsinə dair şərh verməyi nəzərdə tutur. Şərh vermək üçün mətnin sonundakı i və ya müəllimin verdiyi suallardan biri seçilir. Mətndən həmin sualın cavabı tapılır və şagirdlər sualın cavabını öz sözləri ilə şərh edirlər. Şərh vermək şagirdlərdə nitqin inkişaf etdirilməsi üçün önəmli rola malikdir.

9. Mətnin planını tərtib etmək - mətnə aid planı məntiqi ardıcıllıqla qurulmasını nəzərdə tutur. Aşağı siniflərdə mətnin planının tərtib edilməsi vərdişlərinin yaradılması şagirdlərdə sistemləşdirmək, qruplaşdırmaq bacarıqlarının formalaşdırmağa imkan verir. Mətnin sadə planı mövzunun əsas istiqamətlərini əhatə edir . Plan sadə və ya mürəkkəb ola bilər. Sadə plan mətnin əsas hissələrinin siyahısıdır. Şagirdlər mətnin abzaslara bölünməsinə diqqət etməlidirlər. Hər abzasın məğzi qısa qeyd olunur. Onlar ardıcıllıqla dəftərə yazılır. Abzaslar həmişə mətnin məzmun bölgüsünü tam əhatə etmir. Şagirdlər mətnin hansı hissələrini birləşdirmək, hansı hissələrini ayırmağa diqqət etməlidirlər. Bunu mətnin həcminə diqqət etməklə h əll etmək olar: adətən, böyük abzaslar bir neçə əsas fikri birləşdirir, kiçik abzaslar isə birlikdə vahid məzmun fraqmentinin yaranmasına tabe olur. Mürəkkəb planın tərtibi zamanı şagirdlər təkcə əsas hissələrin qısa icmalını vermir, həm də onları daha kiçik hissələrə bölərək məzmunu daha ətraflı ifadə edirlər.

10. Tipik plan tərtib etmək – mətnin sadə planından fərqli olaraq mövzunu daha dərindən öyrənməyə xidmət edir. Tipik plan mətn içərisindən mikromövzuların müəyyən edilməsini və ardıcıllıqla yazılmasını əhatə edir. Tipik plan coğrafi obyekt və hadisələrin mahiyyətini daha dərindən açmağa imkan verir.

11. Mətndə aydın olmayan sözləri müəyyən etmək- müəllim şagirdlərə oxuduğu mətndə, onlara aydın olmayan sözlərin siyahisini tərtib etmək tapşırığını verir. Daha sonra onlar bu sözlərin mənasını dərslikdəki mövzudan, müxtəlif mənbələrdən, şagirdlərin bir-birindən və müəllimə olan sorğu vasitəsi ilə müəyyən edib yazırlar. Bununla da şagirdlər sanki məktəbli lüğətinin yazılmasında iştirak edirlər.

12. Mətndəki söz birləşmələrini tapmaq- coğrafi mətnlərdə söz birləşmələrinin nə məqsədlə yazıldığını müəyyən etməklə şagirdlər fənnin daha dərindən mənimsəyə bilirlər. Coğrafi mövzulardakı belə ki, ona görə, çünki, əgər və s. söz birləşmələri coğrafi qanunauyğunluqları öyrənməkdə , səbəb-nəticə əlaqələrini müəyyən etməkdə onlara kömək edir.

13. Mətndəki səbəb və nəticələri ayırmaq – coğrafiya dərsliklərindəki mövzularda səbəb və nəticə əlaqələri mövcuddur. Ilk növbədə şagirdlərə səbəbinətraf aləmdə müəyyən dəyişikliyə səbəb olan hadisə və ya proses, nəticənin isə bu hadisə və ya prosesin səbəb olduğu nəticəsi olması haqqında məlumat vermək lazımdır. Bu nəzəri biliklər fənnin əsas hissəsini əhatə edir. Səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi tapşırığını cədvəl formada tərtib edilməsi məqsədəuyğundur. Adətən səbəblər cədvəlin birinci sütununda, nəticələri isə ikinci sütununda yazılır. Səbəb-nəticə əlaqələrinin tərtib edilməsi zamanı şagirdlər mövzudakı illüstrativ materiallardan istifadə edə bilərlər.


Yüklə 27,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin