1.3. Təbiətdən istifadənin iqtisadiyyatının
əsas anlayışları
Təbiətdən istifadənin obyektinin, iqtisadiyyatının və
predmetinin əsas anlayışları aşağıdakılardır: «Ətraf təbii
14
mühit», «Ətraf sosial mühit», «Biosfcra», «Noosfera», «Təbii
ehtiyatlar», «Təbii şərait», «Təbii resurs potensialı», «Təbiətdən
səmərəli istifadə», «Təbiəti mühafizə», «Ətraf mühitin çirklənməsi»
və s.
Təbiətdən istifadə məsələsində və «təbiət» dedikdə
qapalı, özünəməxsus, özü-özünə inkişafda olan elə sistem nəzərdə
tutulur ki, insanın müdaxiləsi olmadan tarazlıq (dayanıqlı) halında
davamiyyətini saxlayır.
Ətraf təbii mühit (ƏTM) -insamn yaşayış və istehsalat
fəaliyyəti mühitidir, buraya süni yaradılmış mühitin elementləri də
aid edilir.
Bəşəriyyət biosferanın evladıdır, insan dinamik həyat
mühitində doğulur və formalaşır. Həmin sahədə canlı orqanizmlər
və onların yaşayış mühiti üzvü olaraq əlaqədardır. Biosfer dinamik
sistemdir. Bəşəriyyət biosferdən kənarda mövcud ola bilməz.
Biosferin qalınlığı (hündürlüyü) 20-30 km- dir. «Həyat təbəqəsi»
əsasən yer səthində cəmlənmişdir. Biosferin əsas struktur
elementləri landşaft və biogeosenozlardır.
Hal-hazırda ekoloji-iqtisadi sistem (EİS) nəzəriyyəsi
geniş yayılır və bu ifadə iqtisadiyyatın və təbiətin inteqrasiyası
ideyasım birləşdirir. Ekosistemlərdən fərqli olaraq EİS qapalı
xarakter daşımır və aşkarhğa malikdir. EİS-in inkişafının vacib
vəzifəsi ondan ibarətdir ki, təbii şəraitdən səmərəli istifadə olunsun,
istehsalat daha qapalı bir sistemə çevrilsin.
EİS üç əsas toplayıcıdan (tərkib hissəsindən) ibarətdir:
ətraf təbii mühit, cəmiyyət, həyat fəaliyyəti. Hər üç komponent
maddələrin təbiətdə dövriyyəsi vasitəsilə bir-biri ilə əlaqədar
olmaqla cəmiyyətdə funksional təminat yaradır.
Təbiətdən istifadə prosesi həmişə hər hansı bir ərazi
çərçivəsində (daxilində) həyata keçirilir və odur ki, regional EİS
ayırmaq lazım gəlir. Bu sistemin strukturu özündə 6 prosesləri əks
etdirir. Həmin proseslərdə müvafiq əlaqələr yaradırlar:
1. İstehsalat və xidmətlə bağlı sosial-iqtisadi əlaqələr;
2. Ekosistemlərdə (biosenozlarda) yaranan əlaqələr;
15
5.
Ətraf mühitdə iqtisadi-ekoloji sferaların yaratdığı
sintetik əlaqələr;
4.
Ekoloji-iqtisadi-təbiətdən istifadə və təsərrüfat
fəaliyyətinin digər növlərinin ƏTM təsiri ilə yaranan əlaqələr;
5.Sosial-ekoloji-ƏTM insanların sağlamlığına və həyat
fəaliyyəti şəraitinə təsiri ilə yaranan əlaqələr;
6,
Ekoloji və antropogenləşmiş şəraitin ətraf mühitə
təsiri ilə yaranan əlaqələr.
Ekoloji-iqtisadi sistemdə qarşılıqlı əlaqələrin dərk
edilməsi sayəsində ekoloji-iqtisadi proqnozlaşdırma inkişaf
etməkdədir. V.l.Vernadski biosferin yeni bir vəziyyətə keçməsini
qabaqcadan xəbər verdi. Həmin yeni vəziyyəti V.l.Vernadski
«Noosfera» adlandırdı. Onun fikrincə insan ən güclü geoloji
qüvvəyə (amilə) çevrilir. Noosfera (yeni qabıq, təbəqə)-dərrakə
(zəka) sferası mənasım da ifadə edir. Bu sfera biosferin inkişafının
yeni mərhələsidir, daha doğrusu cəmiyyət və təbiət arasındakı
münasibətlərə ağıllı nəzarət etmək mərhələsidir. Noosferdə insanın
dərrakəli fəaliyyəti, inkişafı və təbiəti istiqamətləndirən qüvvəyə
çevrilir. Cəmiyyətlə təbiətin birgə inkişaf prosesinə koevolyusiya
(birgə təkamül) deyilir.
Təbii elementlərin, xassələrin və hadisələrin tam (bütöv)
cəmini səfərbər edərkən, hərəkətə gətirərkən, iqtisadiyyatın
fəaliyyətinin təmini üçün istifadə edərkən, bu özünü təbii bir
potensial kimi biruzə verir. Həmin potensial «Ekoloji- iqtisadi
potensial» adlanır və iqtisadiyyatın inkişaf imkanlarını müəyyən
edir. Təbiət iqtisadiyyat hüdudlanndan kənarda yerləşərək potensial
kimi özünü biruzə verir. Təbii potensial bir tərəfdən təbii
ehtiyatlann potensialı kimi, digər tərəfdən iqtisadiyyatın zahiri
mühiti kimi özünü göstərir. Həmin zahiri mühit iqtisadiyyatın
ümumi şəraiti, yəni resursların istehsalata və istehlaka cəlb edilmə
imkanlan, emal prosesi, tullantılann qəbul yeri kimi, daha doğrusu
«Ekoloji potensial» kimi təzahür edir.
Təbiətin bir sıra obyektlərini eyni zamanda həm
ehtiyatların potensiah, həm də ekoloji potensial kimi qiymətlən
16
dirmək olar (meşə, atmosfer, hidrosfer və s). Təbii ehtiyatlar
potensialı və ekoloji potensial ictimai təkrar istehsal zamanı onlara
yanaşmadan (münasibət) asılı olaraq bir-birindən fərqlənirlər. Təbii
ehtiyatlar potensialı adətən ictimai məhsulun substansiyası kimi
təzahür edir, lakin onun istifadəsi əməyin ilkin sərfini tələb edir.
Ekoloji potensial təbii ehtiyatlar potensialının elementlərinin
iqtisadi dövriyyəyə cəlb edilməsinin zahiri şəraitini təmin edir və
bununla əlaqədar müəyyən şərait yaranır. Ekoloji potensial öz
yararlığını ilkin xərc sərf etmədən müəyyən anadək göstərir. Təbii
ehtiyatların ayrı-ayrı hissələri adətən ayrıca istifadə edilir və
mülkiyyət obyektinə çevrilir, yəni müvafiq olaraq alqı-satqı obyekti
olurlar.
Ekoloji-iqtisadi potensial təbiət obyektlərinin ictimai
istehsalda yalnız iştirak etmək və insanların həyat fəaliyyətini təmin
etmək imkanlarını ifa edirlər. Bu prosesdə imkan zərurətə
çevrilərkən, təbiət elementləri-təbii şəraitdən məhrum edilirlər.
Təbii ehtiyatlar (TE) əsasən maddələrdən və təbii
komponentlərdən, təbiətin qüvvələrindən ibarətdir. Məhsuldar
qüvvələrin indiki mərhələsində istehlak əşyası və ya istehsal vasitəsi
kimi istifadə edilə bilər, onlar insanların fəaliyyəti sayəsində dəyişə
bilər. Təbii ehtiyatların tükənməyən komponentləri (iqlim, bitki
örtüyü, torpaq və s.) insan əməyi və ilk növbədə xərc tələb etmir.
Onlar təbii şəraiti formalaşdırırlar və cəmiyyətin həyat mühitinin
formalaşdırılmasında iştirak etdikləri üçün çox qiymətlidirlər.
Müvafiq texnologiya, əmək vasitəsilə əldə edilən təbii ehtiyatlar da
təbii halda təbii ekosistemləri tamamlayırlar. Təbii ehtiyatlar
insanların həyat fəaliyyətində həddindən artıq vacib rol oynayırlar,
odur ki, onların vəziyyətindəki hər hansı bir dəyişmələr hazırkı və
gələcək nəsl- lərin mənafeinin ziddinə yönəlmiş olur.
Təbii ehtiyatların təsnifatı dedikdə təbii mühit
obyektlərinin və hadisələrinin funksional meyarlar əsasında bölgüsü
nəzərdə tutulur. Əmələgəlmə və yerləşmə xüsusiyyətlərinə,
funksiyasına əsasən tə^ü-struk-Htflaı^-^nergetikR, at
17
mosfer-qaz, su, iqlim, rekreasiya və s. ehtiyatlara ayrılıı
Ümumiyyətlə, təbii ehtiyatlar tükənən (bərpa olunan-bitkiləı su,
torpaq, heyvanat aləmi, habelə tükənən-bərpa olunmayan faydah
qazıntılar) və tükənməyən (günəş enerjisi, külək, dəni; və okean
enerjisi) növlərə ayrılır. Bundan başqa təbi ehtiyatları əvəzedilmə
və mülkiyyət meyarlarına görə d; bölmək olar.
Təbii ehtiyatlar arasında cəmiyyətin həyatında xüsus rol
oynayan faydalı qazıntıları qeyd etmək lazımdır. Geoloj öyrənilmə
dərəcəsinə görə mineral- xammal ehtiyatlar: aşağıdakı kateqoriyaya
bölünür:
A-son dərəcədə dəqiq kəşfiyyat aparılmış və öyrənilmiş, dəqiq
yayım sərhədləri müəyyən edümiş və istismara veriləsi müəyyən
edilmiş ehtiyatlar;
B-yayım şəraitinin aşkar edilməsinə təminat verən dəqiq kəşfiyyat
aparılmış, öyrənilmiş, sərhədləri tam dəqiqləşdirilmiş ehtiyatlar;
Cı-yayım şəraitinin ümumi əlamətlərini təmin edən kəşfiyyat və
öyrənilmə dərəcələrinə malik ehtiyatlar;
Cz-ilkin olaraq tək-tək nümunələri məlum olan və sənaye ehtiyatı
az olan ehtiyatlar.Göründüyü kimi yuxarıda təqdim edilən
ehtiyatlar iqtisadi maraqlara görə müəyyən edilmişdir. Müasir
dövrdə təbii ehtiyatları ekoloji maraqlara görə təyin etmək lazım
gəlir. İqtisadi əhəmiyyətinə görə faydalı qazıntılar hazırkı anda
istismarı məqsədə uyğun olan balans və əksinə faydalı maddələrin
az olması, yayım şəraitinin pis (dərin) olması ilə əlaqədar istismarı
qeyri məqsədə uyğun olan balansarxası (balansdan kənar) növlərə
bölünür.
Təbii ehtiyatlar iqtisadi resursların kapital və əməklə
bərabər tərkib hissəsini təşkil edirlər. Çox vaxtlar təbii ehtiyatları
təbii kapital (aktiv) adlandırırlar. Çünki o, təsərrüfat dövriyyəsinə
cəlb olunandan sonra əsas həlledici amilə çevrilir.
18
Antropogen (texnogen) vo təbii (vulkan, tayfun, qasırğa və
s.) amillər sayəsində ətraf mühitin çirklənməsi baş verir, yəni təbii
tarazlıq pozulur və bu ətraf mühitin keyfiyyətinə mənfi təsir
göstərir. Daha doğrusu, ətraf mühitin bərk, maye, qaz maddələrlə,
mikroorqanizmlərlə və enerji ilə (şüalanma, səs-küy) çirklənməsi
baş verir, bu isə insanların sağlamlığına, floraya, faunaya,
ekosistemlərə və bütövlükdə biosferə mənfi təsir göstərir.Təbiətdən
istifadə
iqtisadiyyatının
öyrənilmə
prosesində
aşağıdakı
kateqoriyaların (anlayışların) mənasının açıl-masına ehtiyac
yaranır: «iqtisadi ziyan», «zahiri effektlər», «ictimai rifah» və s.
Dostları ilə paylaş: |