Əslində Rusiya üçün bu modelə keçmək daha asandır,
çünki əhali artımı ilə problemi yoxdur, xeyli boş ərazisi vardır.
Kifayət qədər təbii ehtiyatlar potensialına malikdir. Bunlara
baxmayaraq, Rusiyada hazırda sabit inkişafa maraq böyükdür.
1995-ci ildə «Rusiya Federasiyasının tarazlı inkişafa keçid
konsepsiyası» qəbul edilmişdir. Digər MDB ölkələri, o cümlədən
Azərbaycan üçün «tarazlı inkişaf» prosesinə keçid bazar
iqtisadiyyatına keçid dövrünün nəticələrindən asılı olacaqdır.
Tarazlı inkişaf nə deməkdir? Ədəbiyyatda təriflər
(təyinatlar) həddən artıq çox olsa da, birmənalı qəbul edilmiş
«Tarazlı inkişaf» dedikdə elə bir inkişaf nəzərdə tutulur ki, indiki
vaxtın tələbatları ödənilsin, lakin gələcək nəsillərin öz tələbatlarını
ödəmək imkanı təhlükə altında qalmasın. Eyni zamanda həmin fikir
iki anlayışı özündə ehtiva edir: tələbat və məhdudiyyət. Təxminən
tarazlı inkişafın bütün anlayışları indiki və gələcək nəsillərin
mənafeyini (marağını) nəzərdə tutur, lakin həm də qeyd edilir ki,
Rio-de-Janeyro təyinatı (tələbatı) birmənalı, konkret qəbul edilə
bilməz. Odur ki, hazırda alimlər tərəfindən tarazlı inkişaf
anlayışının mahiyyətini dəqiq müəyyən etmək üçün axtarışlar
aparılır. Məsələn, hal-hazırda əhalinin artımı, biosferin dayanıqlıq
astanası və s. haqqında vahid nöqteyi-nəzər yoxdur. Bir sıra alimlər
hesab edirlər ki, rioosferanın inkişafı üçün Yer kürəsində 2,5-3,0
milyard nəfərdən çox adam olmamalıdır. Bəzi alimlər tərəfindən
tarazlı inkişaf üçün aşağıdakı göstə-ricilər təklif olunur: təmiz
texnologiyaların tətbiqedilmə səviyyəsi, istehlak olunan və ixrac
edilən təmiz məhsulun səviyyəsi, kapitalların toplu ehtiyatlarının
keyfiyyəti, strukturu və i.a.
Tarazlı inkişafın müasir anlamı elə göstəricilərlə
səciyyələnməlidir ki, bu və ya digər ölkədə gələcək nəsillərin
mənafeyini təmin etmək ilk vəzifə kimi qarşıya qoyulsun.
Tarazlı inkişafı daha dəqiq təhlil etmək üçün «zəif» və
«güclü» sabitlik anlayışlarından istifadə edilir. Əgər iqtisadi inkişaf
ehtiyatların
tükənməsinə səbəb olursa,
onda gələcək
21
üzərinə kompensasiya şəklində artım kimi qoyulsun (Xartvin
qaydası). Bu məhz zəif-ibtidai tarazlı variantı səciyyələndirir.
Güclü -yüksək tarazlıq tərəfdarları hesab edirlər ki, inkişafın bütün
mərhələlərində təbii kapital tamamilə qorunsun yaxud, insanın
inkişafı üçün və bütöv ekosistemin mühafizəsi üçün təminat
yaradılsın.
Beləliklə, tarazlı inkişaf o vaxt olar ki, təbii kapital
tükəndikcə bərpa olunsun və ya süni surətdə yaradılnuş kapital əvəz
edilsin, lakin aşılanmasın. Başqa sözlə, bəşəriyyət təbii kapitalın
üzərinə gələn hər hansı bir faizlə yaşamalıdır və gələcək nəsillər
qarşısında borclu qalmamalıdır. Tarazlı inkişaf konsepsiyası üç əsas
məqsədin vahid bir sistemdə birləşməsi sayəsində meydana
çıxmışdır: iqtisadi, sosial, ekoloji. Bu elementlərin bir-biri ilə
qarşılıqlı əlaqəsi tarazlı inkişafın vəzifələrini müəyyənləşdirir.
Dostları ilə paylaş: