indiki mərhələdəki ekoloji tələbatlar prinsip etibarilə bir
çox sahələrdə təmin edilə bilər. Bunlar əsasən ödəmə tələbi
formasında ortaya çıxa bilər. Ona görə də həmin səviyyədə ekoloji
tənzimləmədə ekoloji-iqtisadi tələbatların təmin edilməsində
bazarın tələblərindən istifadə etmək olar. Digər səviyyələrə çatmaq
üçün onlara əhalinin və müəssisələrin ödəmə tələbləri təsir
göstərməyərək, inzibati-hüquqi vasitələr (qaydalar) tətbiq
edilməlidir.
Tələbatlar obyektiv realhqlardan irəli gəlir, çünki onlar
insanların həyat fəaliyyətinin əsasını təşkil edir. Onlar adətən
mənafelərlə qırılmaz vəhdətdə olur.
Ekoloji-iqtisadi maraqlar cəmiyyət və təbiət arasındakı
qarşılıqlı asılılıq əsasında ortaya çıxır, eyni zamanda çox mürəkkəb,
ziddiyyətli anlayışdır. Ekoloji-iqtisadi mənafelər dərk edilmiş,
öyrənilmiş və daxili niyyətə (həvəsə) çevrilmişdir.
Ekoloji - iqtisadi mənafeləri, onların subyektlərinə görə
təsnif etmək olar. Bu əlamətə görə ekoloji-iqtisadi maraqların
subordinasiya
sistemini aşağıdakı kimi göstərmək olar:
ərazi-əhali-şəxsiyyət-cəmiyyət-bəşəriyyət-müəssisə
(firma),
kollektiv, məhəllə, sahə. Ekoloji-iqtisadi maraqların təsnifatını həm
də müvəqqəti əlamətə görə də aparmaq olar.
Yuxarıda qeyd edilən bütün ekoloji-iqtisadi maraqlar
qrupları cari və perspektivli ola bilər. Perspektiv maraqlar, gələcək
nəsillərin mənafeini ifadə edərək, tükənmə və ənənəvi istifadə
edilən təbii ehtiyatların bahalaşma şəraitinə adaptasiya etməklə
səciyyələnir, habelə ətraf mühitin çirklənməsinə və qabaqcıl
(ekoloji təhlükəsiz) texnologiya və texnikadan istifadəyə hazır
olmaq lazımdır. Cari maraqlarda əsasən, indiki nəslin tələbatları
nəzərə alınır. Perspektiv maraqlar ən çox qlobal (ümumi insani),
ictimai, regional və şəxsi (xüsusən də dərketmə səviyyəsində)
tələbatlarla əlaqədardır. Əsasən kollektiv, sahə və şəxsi (praktiki,
gündəlik səviyyədə) tələbatlar nəzərdə tutulur.
İnsan həyatında, kollektivlərdə kəskin problemlər bir çox
hallarda müəyyən ərazi ilə əlaqədardır.
Ərazi nə
27
inki müəssisələrin yerləşdiyi sahədir, həm də ona məxsus olan
iqtisadi, sosial və ekoloji funksiyalar və vəzifələrlə zəngin mürəkkəb
bir orqanizmdir. Regional ekoloji-iqtisadi maraqların iqtisadi əsası
təbii zənginliklər üzərindəki mülkiyyətdir ki, həmin ərazidə yaşayan
xalqların üstünlüyünü səciyyələndirir. Hkoloji əsasa- regiondakı
ekosistemin bütövlüyü aiddir. Təbiətdən səmərəli istifadə yalnız və
yalnız ərazi səviyyəsində və çərçivəsində mümkündür.
Təbiətdən
istifadənin
təsərrüfat
mexanizminin
formalaşmasında
və
gələcəkdə
təkmilləşdirilməsində
ekoloji-iqtisadi maraqların uzlaşdırılmasına və onlar arasındakı
ziddiyyətlərin həll edilməsinə yönəldilmiş metod və vasitələrə
(rıçaqlara) söykənmək lazımdır. Cəmiyyətlə təbiət arasındakı
ziddiyyətlər bəşəriyyətin ömürlük problemidir, onun inkişafının
əbədi yol yoldaşıdır. Onlarla biz hər yerdə, həmişə toqq.uşuruq,
onlar var və həmişə olacaqlar. Lakin bəşəriyyətin inkişafının
müxtəlif dövrlərində onların özünü biruzəvermə formaları, həm
kəmiyyətcə, həm də keyfiyyətcə (kəsginliyinə görə) müxtəlif
olduğundan onların həllolma yolları da müxtəlif olacaqdır.
Dostları ilə paylaş: