2.2. Təbii ehtiyatlar üzərində mülkiyyət hüquqları
Bütün dünyada cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində
ziddiyyətlərin kəskinləşməsinin səbəblərindən biri də təbii ehtiyatlar
üzərində mülkiyyətin qeyri- müəyyənliyidir. Yalnız mülkiyyət
hüququnun çox dəqiq müəyyənləşməsi vurulmuş ziyana görə
kompensasiyanı əsaslandua bilər və bununla da iqtisadi mexanizmi
ekoloji sferaya da şamil etmək olar. Ona görə də, ekoloji-iqtisadi
problemlər üzrə tədqiqatçıları təbiət üzərində mülkiyyət hüququ
problemlərini diqqət mərkəzində saxlayır və onlara xüsusi yer
ayırırlar.
İlk növbədə, mülkiyyət hüququ problemi təbii ehtiyatları
olan mülkiyyət münasibətləri ilə əlaqədardır. Eyni zamanda təbii
ehtiyatlar üzərində mülkiyyət hamıya məxsusdur. Lakin onlardan
istifadəyə sistemli nəzarət edilmir, yaxud nə
28
zarətin bir çox çətinlikləri yaranır. Belə obyektlərə «kollektiv
istifadə edilən açıq növlü ehtiyatlar» deyilir. Onlar şəxsi
mülkiyyətçilər tərəfindən mənimsəmə ilə və alqı-satqı prosesinə
cəlb oluna da bilməzlər (hava hövzəsi, iri ekoloji sistemlər,
landşaftlar, səs və elektromaqnit spektrləri və s.).
Belə bir şəraitdə təbiət istifadəçiləri ehtiyatlardan istifadə
üçün həddindən artıq kapital qoyurlar və bu da ekoloji- iqtisadi
rentanın tənəzzülünə gətirib çıxarır, yəni təbii sistemlərin
ekoloji-iqtisadi potensialının azalmasına səbəb olur.
Təbii ehtiyatlar üzərində mülkiyyət münasibətləri
sahəsində ən əsas məsələ «subyekt (subyektlər) kim olmalıdır»
məsələsidir. Azərbaycan Respublikasının əsas qanununa
əsaslanaraq təbii ehtiyatlarla bağlı sahibkarlıq haqqında xüsusi
dövlət qanunlarını təkmilləşdirmək və yeni qanunlar qəbul etmək
lazım gəlir.
Təbiət obyektlərinin xalqın həyat və fəaliyyətinin əsası
elan edilməsi o deməkdir ki, hər cəmiyyət üzvü ehtiyatlara sahibdir.
Ona görə də təbii ehtiyatlar haimlıqla qorunmalıdır. Belə halda təbii
ehtiyatların
istifadəsinə
nəzarət
fövqəladə
vəziyyətlə
mürəkkəbləşir. Odur ki, ilkin halda müəyyən etmək lazımdır ki,
hansı təbiət obyekti, hansı sərhədlərdə və hansı mülkiyyət
formasında, hansı subyektlər tərəfindən istifadə ediləcəkdir. Təbiət
ehtiyatlarına və ətraf mühitin elementlərinə mülkiyyət obyektinin
sərhədlərinin konkret gerçəklikdə təyin edilməsində, habelə onun
strukturunun təyin edilməsində ekoloji sistemlərin bütövlük
prinsipi əsas götürülməlidir. Elə bütövlük nəzərdə tutulur ki, burada
tarazlıq və inkişaf imkanı təmin edilsin. Bir sıra təbiət obyektləri,
xüsusən, hava mühiti tam mənada ayrı-ayn ərazilər çərçivəsində bu
prinsipə cavab vermir (ölkələr, federasiya subyektləri və s.). Təbii
sistem hər hansı bir mülkiyyətçinin olmasını tələb edir, belə ki,
onun bərpa edilməsi və qorunub saxlanması birmənalı və çəkilən
xərclər də səmərəli olmalıdır. Son illərdə bütövlük (tamlıq,
toxunulmazlıq) prinsipi hüquqi sənədlərdə öz əksini tapmaqdadır.
29
Məsələn, Azərbaycan Respublikasının Su məcəlləsi su obyektlərinə
dövlət, bələdiyyə, xüsusi mülkiyyəti nəzərdə tutur (maddə
11,12,13,14).
Mülkiyyət obyektini təyin edərkən ekosistemin
bütövlüyündən (tamlığından) başqa digər prinsiplər də nəzərdən
keçirilməlidir. Məsələn, məhdudluq dərəcəsi. Əgər ətraf mühitin
ehtiyatları boldursa (limit, hədd qoyulmayıbsa), bu halda mülkiyyət
hüququ adətən ortaya çıxmır. Lakin, qlobal xarakterli təbii mühit
ekoloji potensialın nisbətən azalması, antropogen təsirin artması
insan fəaliyyətinin neqativ xüsusiyyətləri sayəsində tədricən
dövlətin mülkiyyət obyektinə çevrilir. Buna vaxtilə dünya okeanımn
200 millik zonasım balıqçılıq zonasının elan edilməsini misal
göstərmək olar.
Təbiət obyektlərinə mülkiyyət münasibətlərinin şamil
edilməsi həm də əməliyyat (qeyri -məhsuldar) xərclər ilə
əlaqədardır. Əgər təbii obyektlər heç kimə mənsub deyildirsə, onu
müxtəlif məqsədlər üçün istifadə etmək olar. Adətən, təbii obyektlər
üzərində mülkiyyət hüququnun qoyulması (təyin edilməsi) istehsal
prosesləri və istehlak əşyalarına olan mülkiyyət hüququ xərclərinə
nisbətən çox xərc tələb edir. Lakin, təbii ehtiyatlar və ətraf mühitin
elementləri üzərində mülkiyyət hüququnun transaksion xərcləri
daimi olmur. Belə ki, Amerika prerilərində mal-qaranın otarılma
hüququ iribuynuzlu mal-qaraya qiymətlərin və otlaqların
hasarlanmaq xərclərinin dəyişməsi ilə təkamülləşib. Lakin bir çox
hallarda ətraf mühitə mülkiyyət hüququnun müəyyən edilməsi və bu
əsasda bazar münasibətlərindən istifadə xeyli miqdarda transaksion
xərclərlə müşayiət olunur. Ədəbiyyatda yüksək qeyri istehsal
xərclərin üç mənbəi göstərilir: 1) şəraitin elmi-texniki cəhətdən
qeyri-müəyyənliyi; 2) hüququ qeyri- müəyyənliklər; 3) danışıqların
daxili çətinlikləri.
Qeyd etmək lazımdır ki, bir sıra hallarda əməliyyat
(transaksiya) xərcləri ya olmaya bilər, ya da cüzi miqdarda ola bilər.
Belə hallarda mübahisələr Kouz teoreminə əsasən, şəxsi
razılaşmalar yolu ilə mülkiyyət hüququnun ilk dəfə kimə aid
30
liyindən asılı olmayaraq həll oluna bilər. Burada bütün tərəflərin
mülkiyyət hüququ hərtərəfli müəyyən edilmiş olur. Lakin belə
vəziyyət praktikada (həyatda) çox nadir hallarda olur. Təbii
obyektlərə mülkiyyət subyektlərini təyin edərkən ekoloji-iqtisadi
ictimailəşməni (ümumiləşmənin) dinamikası ilə əlaqədar prosesləri
də nəzərə almaq lazımdır. Ekoloji-iqtisadi ümumiləşdirmə özünün
əsasında istehsalın ictimailəşməsini əks etdirdiyindən cəmiyyət və
təbiət arasında maddi-energetik və informasiya mübadiləsi ilə təyin
edilir. Bu özünü təbii istehsalat kompleksləri, sahələrarası sənaye
şəbəkələri və ərazi istehsalat birlikləri formasında aztullantılı
istehsalat əsasında antropogen yükünü ekoloji tutum səviyyəsinə
uyğun saxlamaq şərtilə biruzə verir. Bu halda bütövlük (tamlıq)
ölçüsü özünü təzahür etdirir, lakin geniş planda yox, bununla yanaşı
istehsalat və təbiət arasında qarşılıqlı təsir də özünü göstərir.
Ekoloji-iqtisadi ümumiləşdirmə ekoloji-iqtisadi sistemlərin tamlığı
(toxunulmazhğı) prinsipinə əsasən təyin edilir.
Ekoloji-iqtisadi
ümumiləşdirmə təbiətdən istifadə
prosesinin əsasən ərazi cəhətdən təşkilini nəzərdə tutur. Bu onunla
əlaqədardır ki, ətraf mühitin təmizliyi nisbi cəhətdən bölünməz və
kollektiv istehlak edilən rifahdır. Burada təbii ümumiləşdirmə
meydana çıxır. Lakin ekoloji-iqtisadi sistemlərin konkret formaları
ekoloji-iqtisadi ümumiləşdirmənin yalmz regional səviyyəsi
səciyyələnir. Belə ümumiləşdirmə təsərrüfat fəaliyyətinin həm
qrup, həm də fərdi səviyyələrində həyata keçirilə bilər, çünki
istehsalatın ümumiləşdirmə və ayrılma prosesi dialektik olaraq
qarşılıqlı
əlaqəlidir.
Ekoloji-iqtisadi
ümumiləşdirmənin
özünəməxsus forması bank mə- lumatlannı (havaya atılmalar, bərk
tullantılar, maye tullantılar, çirkləndirmə hüququ ilə ticarət və s.
haqqında) formalaşdırır. Bunlar ekoloji sferada bazar münasibətləri
ilə əlaqədar həyata keçirilir.
Ekoloji-iqtisadi ümumiləşdirmənin mahiyyəti ondan
ibarətdir ki, maddələri qapalı ekoloji istehsalat dövriyyəsində
müxtəlif, bir-birindən ayrı düşmüş proseslərin qovuşmasını
31
təmin etsin və bununla da ətraf mühitin çirklənməsinə və ekoloji
sistemlərə bu gün qarşısının alınmasına çəkilən xərclərin ümumi
məbləğini azaltsın. Ekoloji-iqtisadi ümumiləşdirmə istehsalın elə bir
texnoloji üsulunu açır və tətbiq edir ki, bu ətraf mühitin imkanlarına
(ekoloji tutuma) söykənsin.
Yuxarıda nəzərdən keçirilən subyektin təyin edilməsi
prinsiplərindən başqa, eyni zamanda təbii zənginliklərin ictimai
əhəmiyyətini (qiymətini) də nəzərə almaq lazımdır.
Təbii ehtiyatlarla bağlı mülkiyyət formalarına eyni
zamanda kapital tutumu, vəsaitlərin dövretmə sürəti və s. təsir
göstərə bilər. Mülkiyyət münasibətlərinin təbiətdən istifadədə
formalaşmasında xalqın, milli ənənələrin (rejimlərin) uçotunun
böyük əhəmiyyəti vardır. Təbiətə dair bir çox qadağalar hələ də
qalmaqdadır. Onlar yazılmamış təbiəti mühafizə qanunları
qüvvəsində qalmaqdadır, çünki keçmiş nəslin təcrübə sınağından
çıxmışlar.
Mülkiyyət konkret olaraq sahiblik (yiyəlik) vasitəsilə üzə
çıxır və müxtəlif mülkiyyət subyektləri ilə bilavasitə əlaqədardır.
Onlar mülkiyyətin üç əsas funksiyasına əsaslanmalıdır: 1)
sərvətlərin müstəsna mənsubiyyətini təyin etmək və qeydə almaq; 2)
«şəxsi» istehsal vasitələrinin istifadəsinə daimi marağın mənbəyi
olmaq, 3) tale üçün, onun səmərəli funksiya göstərməsi üçün
məsuliyyət kəsb etmək (yaratmaq). İlk funksiyanı, çıxış nöqtəsi və
əsas olaraq mülkiyyəti əmlak (mülk) kimi, xalqa mənsubluq kimi
qəbul etmək lazım gəlir. Qalan iki mülkiyyət funksiyası fəal,
həvəsləndirici xarakter daşıdığından, mülkiyyət subyektlərinin,
onlara məxsus olan ekoloji-iqtisadi maraqlara müvafiq olaraq xususi
şəxslərin müəyyən edilməsini (personifikasiyasım) tələb edir.
Təbii obyektlərə mülkiyyət funksiyalarını nəzərdən
keçirərkən başqa bir tərəf «sosial (birinci funksiya)-təsor- rüfatçılıq
(ikinci və üçüncü funksiya)» subyektlər sistemi ola bilər. Sosial
subyekt dedikdə-xalq, icma, sahə kollektivi, istehsalat kollektivi,
şəxs, təsərrüfatçı dedikdə isə-dövlət, respublika, vilayət,
bələdiyyələr, idarələr, müəssisələr və işçilər
32
nəzərdə tutulur. Hyni zamanda sosial subyektlər də təsərrüfatçı
funksiyasını yerinə yetirə bilər. Lakin bir-birinə adekvat olan sosial
və təsərrüfatçı subyektlərin maraqları kəskin surətdə fərqlənəcəkdir.
Təbii
sərvətlərə
monopolist-mülkiyyətçini
ya.\m
buraxmaq olmaz, ona görə ki, resurslar üzərində mülkiyyətin
iqtisadi məzmunu (mahiyyəti) xalqların həyat və fəaliyyətinin əsası
kimi özünü göstərir. Bu, o deməkdir ki, təbiətdən istifadədə
mülkiyyət çoxsubyektli olmalıdır. Bu sferada mənimsəmək yalnız o
şəraitdə effektiv (səmərəli) ola bilər ki, o çox səviyyəli və çox
subyektli olsun. Odur ki, təbiət obyektlərinə mülkiyyət
münasibətlərini müəyyən edərkən, eyni zamanda nəyin dövlət
mülkiyyətində qalmasını, nəyin isə xüsusi, bələdiyyə və ya digər
mülkiyyət formasına verilməsinə diqqət yetirmək zəruridir. Bu
meyar görünür-hansı forma məhsuldar qüvvələrin inkişafı üçün
daha yaxşı şərait yaradır və təbii sistemlərin bioiqtisadi
potensialının artmasına kifayət qədər maraqh olmağı məsləhət bilir.
Təbii resurslara xüsusi mülkiyyətin olması ilə əlaqədar,
xüsusən torpaq və meşədə bir çox məsələlər ortaya çıxır.
İqtisadçılar arasında xüsusi mülkiyyətin mahiyyətini başa
düşməkdə vahid yanaşma yoxdur. Bu forma müxtəlif, o cümlədən,
kollektiv də ola bilər. Hər hansı formada olmasından asılı
olmayaraq, təbii obyektlər üzərindəki xüsusi mülkiyyət «xalqların
(əhalinin) həyat və fəaliyyətinin əsasını» təşkil edən münasibətlərə
söykənməlildir.
Xüsusi mülkiyyət, xüsusən torpaq üzərində, digər
mülkiyyət formaları kimi təbii ehtiyatlar üçün eyni hüquqla
fəaliyyət göstərməlidir. Bütün mülkiyyət formaları üçün vahid oyun
forması (hüquqlar dəsti) işlənib hazırlanmalıdır, özü də təkcə bu
günün tələblərinə uyğun yox, həm də gələcəkdə baş verə biləcək
problemlər üçün. Söhbət mülkiyyətin iki konstruktiv kökündən
dəyişmə meyarından gedir: 1) iqtisadi effektivliyin (səmərənin)
artması; 2) sosial ədalətə doğru hərəkət.
33
Xüsusi mülkiyyət heç də «nə istəyirəm, onu da edirəm» prinsipi ilə
fəaliyyət göstərmə əməli deyil.
Beləliklə, təbii ehtiyatlar üzərində mülkiyyətin çox sə-
viyyəliliyi şəraitində təsərrüfatçı subyektlər öz funksiyalarım digər
subyektlərin «razılığı» olmadan həyata keçirə bilməzlər (ilk
növbədə sosial subyektlərlə). İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, təbiətdən istifadənin tənzimlənməsi, mülkiyyətçilərin və
təbiət istifadəçilərinin təbiətdən səmərəli istifadə etmələri
məsuliyyətinin qanunvericiliklə dövlət orqanlarına həvalə edilməsi
dəqiq müəyyənləşdirilməşidir. Ən vacib tendensiya bu istiqamətdə
ekoloji mülahizələrə görə məhdudiyyətlərin, xüsusən şəxsi
mülkiyyətçilərə tətbiq edilən və cəmiyyətin nəfınə olan
məhdudiyyətlərin tətbiq edilməsidir.
Təbii ehtiyatlara subyekt çoxluğunun qəbul edilməsi tələb
edir ki, mülkiyyətin təbii ehtiyatlar üzərindəki iqtisadi məsələləri
tənzim edilsin, çünki bu subyektlər ehtiyatlardan istifadə edərkən
gəlir götürmək, o cümlədən mütləq və ekoloji renta hüququna
malikdir. Mülkiyyətin realizə edilməsi subyektlərin təbiət
obyektlərinə təsərrüfatçıhq münasibətini formalaşdırır, onların
sosial-iqtisadi davranışım müəyyən edir və mülkiyyət obyektlərinə
münasibətdə bərpactmə funksiyalarını həyata keçirməyə imkan
verir.
Təbii ehtiyatlar üzərində mülkiyyətin realizə edilməsinin
iqtisadi formaları müxtəlifdir. Onlar zaman keçdikcə həm
kəmiyyətcə, həm də keyfiyyətcə dəyişirlər. Təbiətdən istifadə
sferasında iqtisadi münasibətlər sisteminin təkmilləşməsi
mülkiyyətin iqtisadi realizəsinin qeyri-ənənovi formalanmn axtarışı
ilə çətinləşir. Təbii ehtiyatlar üzrə mülkiyyətin realizəsi
çoxsubyektlilik şəraitində ilk növbədə, sosial və təsərrüfatçılıq
subyektləri arasında həll oluna bilər. Belə halda ətraf mühitin
keyfiyyətinin pisləşməsi nəzərə alınmalıdır. Təbii ehtiyatlara görə
mülkiyyətin realizə edilməsi bütün ödəmə növləri ilə həyata
keçirilir.
Təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirklən-
dirməyə görə, həm də girov qoyma sisteminin tətbiqinə görə,
34
ekoloji sferada bazar münasibətlərinin tətbiqi həyata keçirilməlidir.
Sxema 2. Təbii ehtiyatlar üzərində mülkiyyət
münasibətləri sistemi
Bütövlükdə təbii ehtiyatlar üzərində mülkiyyət
münasibətləri mürəkkəb struktura malikdir və elə bir sistem yaranır
ki, həmin münasibətlər inkişaf etməklə yanaşı həm də təkmilləşir
(Bax: sxema 2). Bu strukturda münasibətlərin və formaların
mahiyyətini izləmək olar. Buradakı ziddiyyətləri mülkiyyət
hüquqları ilə müəyyən etməklə tənzimləmək mümkündür: sosial və
təsərrüfat subyektləri arasında, həm də iqtisadi realiza- siya sistemi
vasitəsilə.
Dostları ilə paylaş: |