2.3. İqtisadi qanunların ckolojiləşdirilməsi və ekoloji-
iqtisadi qanunauyğunluqların təhlili
Real həyatda iqtisadi qanunlar işlədikcə öz təsirini
göstərir. Qanunların fəaliyyəti və istifadə mexanizmləri bir- birini
tamamlamalıdır, iqtisadi qanunlar obyektivdir, ekoloji-
35
iqtisadi
qanunauyğunluqlar
isə
çox
zaman
şərti
qiymətləndirildiyindən insanların subyektiv fəaliyyətinin nəticəsi
kimi qəbul edilir.
İqtisadi qanunların istifadə prosesi üçün ən vacibi onların
dərk edilməsidir. İqtisadi qanunların dərk edilmə prosesi maddi
əsasların
öyrənilməsini,
habelə
onların
fəaliyyətinin
ekoloji-iqtisadi şəraitini tələb edir. Bu isə öz növbəsində, qanunun
fəaliyyətinin məhdudlaşmasına, modifikasiyasma, yaxud yeni
qanunlann yaranmasına gətirib çıxarır.
Bir çox alimlər ekoloji şəraitlərin iqtisadi qanunlan- mn
əhatə dairəsinə onların ekologiyalaşdırılması kimi baxırlar. İqtisadi
qanunların ekologiyalaşdırılması (ekofil yaxud ekofob formada) o
zaman baş verir ki, ekoloji-iqtisadi hadisələr və proseslər özlərini
artıq fəaliyyətdəki qanunların səbəb-nəticə əlaqələrində çox aşkar
göstərirlər. İqtisadi qanunların ekoloji- ləşdirilməsi yeni iqtisadi
qanunların yaranmasına, fəaliyyətdəki qanunların dəyişməsinə
(modifikasiyasma) və inkişafına səbəb olur.
1,2,4,5,6,7- İqtisadi hadisə və proseslər
3,8- ekoloji-iqtisadi hadisə və proseslər.
Sxem 3. İqtisadi qanunların ekolojiləşdirilməsi prosesi
36
3-cü sxemdən göründüyü kimi, iqtisadi qanun, hətta
insanlar ekoloji-iqtisadi hadisələri qəbul etməsələr də, öz
fəaliyyətini davam etdirməlidir. Bu zaman iqtisadi qanunun cko-
fob forması özünü göstərəcəkdir. Əgər insanlar ekoloji
problemlərin iqtisadiyyatın inkişafında rolunu nəzərə alsalar, o
zaman qanunun ekologiyalaşdırılmasının ekofil forması özünü
göstərəcəkdir.
Cəmiyyət və təbiətin qarşılıqlı əlaqələrinə hələlik
«cəmiyyət və təbiət» yaxud «noosfer kompleksi kimi yox», sistem-
lərarası kompleks kimi baxmaq olar. Bu kompleks sistemdə təbiət
və iqtisadi qanunların bir-birinə bağlanması tələbatı ortaya çıxır.
Ekologiyalaşdırılmış iqtisadi qanunlarla təbiət qanun- lannın
qarşılıqlı
təsiri
(fəaliyyəti)
nəticəsində
ekoloji-iqtisadi
qanunauyğunluqlar meydana gəlir. Həmin qanunauyğunluqlar bir
sıra qanunların səbəb-nəticə əlaqələri kimi özlərini təzahür
etdirdikdə geniş tətbiq olunmaq imkanına malik ola bilirlər. Onların
tələblərinə praktikada (həyatda) riayət etməmək insanın
fəaliyyətində birdən-birə özünü göstərmir.
Elmin
indiki
səviyyəsində,
ekoloji-iqtisadi
qanunauyğunluqların mahiyyətini tam mənada dərk etmək çətindir.
Lakin iqtisadi və təbii hadisələr arasındakı xeyli əsas parametrlər
artıq aşkar edilmişdir. Bu əsas qarşılıqlı əlaqələr ekoloji-iqtisadi
prinsiplər və ya əsas qaydalar adlanırlar. Ümumilikdə, əgər insanlar
öz əməli fəaliyyətlərində bu prinsiplərə riayət etsəydilər, o zaman
sabit inkişaf modelinə keçid problemi gələcəkdə çox az iqtisadi
xərclər hesabına başa gələrdi.
Ekoloji-iqtisadi prinsiplərə müəyyən edilmiş və qəbul
edilmiş aşağıdakı qarşılıqlı əlaqələri aid etmək olani) ətraf mühitin
keyfiyyət vəziyyəti ilə iqtisadi zərərin (ziyamn) arasındakı
əlaqəsini. Qeyri-sabit ekoloji şəraitdə, antropogen təsirin təbii
sistemlərə təsiri artmırsa, bütün bunlara baxmayaraq zərərin illik
artımı 3-5% təşkil edəcəkdir; 2) ekoloji məqsədlər üçün ayrılmış
maliyyə vəsaitin (kapital qoyuluşun), ətraf mühitin vəziyyəti ilə
mütənasib qurulmasını. Ekoloji şəraitin sabit saxlanması naminə
təbiətdən səmərəli istifadəyə hər il ümumi da
37
xili məhsulun (ÜDM) 2-3 % qədər vəsait ayrılmalıdır. Əgər ekoloji
şərait gərgindirsə bu faiz 5-6, hətta 10-15 olmalıdır. Belə bir fikir
var ki, təbiəti mühafizə fondları cəmiyyətin əsas fondları
strukturunda 15 % qədər olmalıdır. Göstərilənlərlə yanaşı həyat
səviyyəsi (keyfiyyəti) ilə ətraf mühitin çirklənməsi arasındakı
asılılıq (Kuznets əyrisi) - qanunauyğunluq 4-cü sxemdə verilmişdir.
Ətraf mühitin mühafizəsinə ayrılmış xərclərin həcmi ilə
ətraf mühitin keyfiyyəti arasındakı qanunauyğunluğu istehsalat
imkanları əyrisindən istifadə etməklə (sxem 4») və ekoloji-iqtisadi
potensialın (EİP) təbii mühitin çirklənməsi arasındaL asılılıqla
(sxem 4^^) ifadə etmək olar.
Sxem 4.
çirklənmə
Sxem 4®.
Sxem 4^
Fərz edək ki, cəmiyyət bütün ehtiyatlarını (maddi,
əmək) yalnız ÜDM artımına sərf edə bilər. Belə halda ÜDM
oxunun B nöqtəsi, ekoloji-iqtisadi potensialın toplanmasına sərf
edilər. EİP oxunda A nöqtəsi AEBV əyrisini, yəni istehsalat
imkanlarını ifadə edir və ÜDM istehsalının mümkün maksimum
həcmi və EİP-ın bütün ehtiyatlarının tamamilə istifadəsi zamanı
müxtəlif variantları əks edir. Əgər cəmiyyət nəğd resursların
müəyyən hissəsini sabit inkişafı təmin etmək üçün
ekolojiləşdirdiyi potensialın saxlanmasına ayırarsa, belə halda
ÜDM maksimum zəruri istehsalını təmin edəcəkdir. Burada
38
özünəməxsus bir əmtəə qrupunun «qiyməti» ÜDM, alternativ
miqdarda digər əmtəə qrupunun EİP qiymətinə bərabər olacaqdır.
İstehsalat imkanlarının əyrisindəki E nöqtəsi ÜDM və
EİP-m optimal həcminə o vaxt uyğun gəlir ki, cəmiyyət təbiətdən
səmərəli istifadəyə ÜDM-un 5-6 % ayırmış olsun. Bu nöqtə ekoloji
vəziyyətin sabitləşməsi ilə təbii mühitin keyfiyyətinin yaxşılaşması
arasındakı sərhəddi göstərir. Bu model ekoloji borc nəzəriyyəsi ilə
tamamilə uyğun gəlir. Belə vəziyyət cəmiyyət ilə təbiət arasında
kredit-pul münasibəti kimi qiymətləndirilir. Cəmiyyətdə pul
şəklində ifadə olunmuş ekoloji borc təbiət qarşısındakı
kəsiridir-ödənilməmiş borcdır. 4 b sxemində təbiətin tənəzzül
sektoru o deməkdir ki, cəmiyyət təbiət qarşısında borcla yaşayır, O,
V xətti onu göstərir ki, cəmiyyət öz borcunu faizlə ödəyir. Yalnız
ekoloji vəziyyətin sabitləşməsi sektorunda cəmiyyətlə təbiət
arasında bərabər hüquqlu kredit- pul qarşılıqlı münasibətləri
müşahidə edilir.
Deməli, tarazlı ekoloji-iqtisadi inkişaf o vaxt reallaşır ki,
cəmiyyətdə təbii tarazlıq nəzərə alınmaqla ekoloji sferaya lazımı
məbləğdə kapital qoyuluşu yönəldilmiş olsun. Belə şəraitdə
təbiətdən istifadənin arzu edilən vəziyyəti (O, E xətti)
«cəmiyyət-təbiət» münasibətlərinin sabit inkişaf trayektoriya- sına
keçidi düzgün əks etdirər və noosferin tarazlı vəziyyətinə yaxınlaşa
bilər. Kuznets əyrisi göstərir ki, sabit inkişaf o vaxt mümkündür ki,
cəmiyyət varlı olsun. Yalnız əhalinin rifah halının yüksək olduğu
şəraitdə cəmiyyət təbiəti mühafizəyə kifayət qədər vəsait ayıra bilər.
Bir sözlə, cəmiyyət çalışmalıdır ki, Kuznets əyrisi daha yastı qövsə
malik olsun.
Ekoloji-iqtisadi
qanunauyğunluqlar
cəmiyyət-təbiət
əlaqəsinin həmahəng (harmonik) olmasına xidmət etməlidir. Buna
nail olmaq üçün ən vacib amil təbii-istehsalat ritmlərinin
razılaşdmması (sinxron) olmalıdır.
39
Sxem 5. Kuznets əyrisi
Məlumdur ki, həm iqtisadiyyat, həm də təbiət özlərinin
inkişafında müəyyən mərhələdən keçirlər. Cəmiyyət və təbiət
qarşıdurmasında bunun proqnozunu (bilimini) verməmək, nəzərə
almamaq mümkün deyildir. Cəmiyyət özünün iqtisadi inkişafında
dövriyyələri (tsiklləri) iqtisadi yüksəlişdə yox, həm də təbii
ehtiyatların artmasında, onlann iqtisadi qanunlara təsirində də
nəzərə alınmalıdır. Biz öz fəaliyyətimizin daima təbii-istehsalat
dövriyyələrinin tələbatına müvafiq olaraq ölçüb- biçməli,
inkişafımızı ona uyğunlaşdırmalıyıq.
Dostları ilə paylaş: |