zımlı olmayan məhsulun istehsalından imtina edilməlidir (şan-
şöhrət əşyaları,
hərbi ləvazimatlar silah, sursat və s.).
«Tələbat» anlayışı müəyyən mənada mücərrəddir və
insanın, sosial qrupun, cəmiyyətin həyat fəaliyyəti ilə əlaqədardır.
İnsanın həyatı mürəkkəb və çoxtərəflidir, odur ki, tələbat da
çoxtərəflidir, strukturu mürəkkəbdir. Tələbatların təsnifatına
müxtəlif cür yanaşmalar mövcuddur.
İnsan-bioloji və sosial varlıqdır, odur ki, onun tələbatı
bioloji tələblə, məhsuldar qüvvələrin inkişafı və sosial sifarişin
səviyyəsi ilə müəyyənləşir. Lakin fizioloji tələbatlar (ilkin
tələbatlar, yaxud vital tələblər) insanın mövcudluğu üçün əsasdır,
belə ki, elementar (adi, bəsit) rifah tələbatını təmin edir, bu da həyat
fəaliyyətinə təkan verir. Özü də bəşəriyyətin inkişafı ilə əlaqədar
bioloji tələbatlar da yüksəlir. Məsələn, adambaşına düşən enerji
dəfələrlə yemək tələbatına olan enerjidən çox olmasında özünü
göstərir. Bioloji tələbatlara ilk növbədə bilavasitə istehlak rifahı və
havaya, suya olan tələbat təşkil edir. Bunlar daimidir, kəmiyyət və
keyfiyyətcə çox dar çərçivədə dəyişə bilərlər. Hətta havanın və
suyun çox cüzi keyfiyyət və kəmiyyət dəyişmələrinə insan ani
olaraq alışa bilmir, çünki təbii tələbatlar, məlum olduğu kimi,
elastiki deyillər.
Həyati vacib və zəruri tələbatlara, bioloji normativlərlə
müəyyən edilən yemək, paltar, mənzil və s. aiddirlər. Sağlamlığı
qorumaq üçün isə həmçinin ətraf mühitin təhlükəsizliyi də vacibdir.
Başqa sözlə desək, əgər insanın sağlam hə-yat şəraitinə tələbatı
ödənilmirsə, digər tələbatların ödənilməsi heç bir əhəmiyyət kəsb
edə bilməz. Ona görə də insan üçün qiymətli olan bütün prioritetlər
arasında ekoloji təhlükəsizlik birinci yerə çıxır.
Ekoloji-iqtisadi tələbatlar-həyati və mənəvi rifaha ekoloji
və ckolojiləşdirilmiş tələbatların inteqral məcmuudur. Özü də
tələbatların ekologiyalaşdırılması ekofob və ckofil ola bilər.
Tələbatların artımı və ya inkişafı hər iki formanı təmin edir, amma
artım (ucalmaq) yalnız ekofil
ola bilər, yəni ya
25
şayış mühitinin həyat üçün yararlı olmasını indiki və gələcək nəsillər
üçün təmin etməlidir.
Ekoloji-iqtisadi tələbatlar kifayət qədər mürəkkəb
struktura malikdir və onların məhdudluğunun açıq-aşkar meyarları
yoxdur. Ekoloji-iqtisadi tələbatların strukturunda indi xüsusi qrup
ayırmağa başlamışlar, bununla qlobal ekolo- giyalaşma üzrə xüsusi
tələbatlar formalaşır. Onlar
planetar ekosistemin dəyişməsi ilə
Dostları ilə paylaş: