I FƏSİL
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİ VƏ EKOLOJİ
ƏSASLARI HAQQINDA
1.1.
Təbiətdən istifadə haqqında müasir təsəvvürlər
«Təbiətdən istifadə» sözün geniş mənasında cəmiyyətlə
təbiətin qarşılıqlı münasibəti şəraitində bir-birinə təsir prosesidir.
İnsanın həyat tərzi və istənilən fəaliyyət növü, əməli olaraq təbii
şəraitdən və təbii ehtiyatlardan istifadə edilməsi, ətraf rrıühitin
vəziyyətinin dəyişdirilməsi, daha doğrusu, tarazlığının pozulmasına
səbəb olur. Təbiətdən istifadənin öyrənilməsi və istifadə
edilməsinin nizamlanması müəyyən ixtisaslaşmalar əsasında təbii
ehtiyatlardan səmərəli istifadə etməklə ətraf mühiti mühafizə
deməkdir. Eyni zamanda təbiətdən istifadə insanların həyat
fəaliyyətləri və təsərrüfatdan istifadə prosesində təbii mühitə təsir
kimi qəbul edilməlidir. Təbiətdən istifadə həm də elmi sahədir,
istiqamətdir və özünəməxsus üsullarla, yollarla insanların öz
tələbatını ödəmək üçün təbii mühitdən istifadə məsələləri araşdırılır
və öyrənilir.
Hazırda təbiətdən istifadəyə əsasən aşağıdakı kimi baxmaq olar:
1. Cəmiyyətin təbii ehtiyatlara tələbatını təmin etmək və ətraf
mühitin zəruri ekoloji keyfiyyətini qoruyub saxlamaq.
2. Cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqə və ya təsir
prosesində münasibətlər sistemini qiymətləndirmək.
Təbiətdən istifadəni birbaşa və ya dolayısı olaraq təbii mühitin
dəyişdirilməsində insan fəaliyyətinin xüsusi bir növü kimi hesab
etmək də olar. Təbiətdən istifadənin aşağıdakı növlərini də ayırırlar:
əsas (kənd təsərrüfatı, meşə təsərrüfatı, su təsərrüfatı,
hidroenergetika və s.); yardımçı (istehsalat prosesində təbii
ehtiyatlardan istifadə və s. ); əlavə-ətraf mühiti mühafizə.
Hüquqi nöqteyi-nəzərdən təbiətdən istifadə iki istiqamətdə həyata
keçirilir: ümumi və xüsusi. Ümumi təbiətdən
7
istifadə hər hansı bir xüsusi icazə olmadan həyata keçirilə bilər. Bu
fəaliyyət vətəndaşlar tərəfindən onlara doğulduğu gündən və
yaşadığı müddət ərzində mənsub olduğu təbii hüquqlar əsasında
həyata keçirilir. Təbiətdən xüsusi istifadə isə vətəndaşlar və
təsərrüfat subyektləri (müəssisələr, firmalar, təşkilatlar) tərəfindən o
zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qərarlar, qaydalar və
səlahiyyətli dövlət orqanlarının icazəsi verilmiş olsun. Bu
istiqamətli təbiətdən istifadə məqsədyönlü xarakter daşıyır və
torpaqdan, Yer təkindən, sudan, meşədən istifadə, heyvanat və bitki
aləmindən, habelə atmosfer havasından istifadə etmək istiqamətində
həyata keçirilir.
Təbiətdən istifadə iqtisadiyyatın əsaslı və çoxsahəli
sferasım əhatə edir və çox mürəkkəb təşkilatı quruluşa (struktura)
malikdir. Makro səviyyədə təbiətdən istifadə xalq təsərrüfatı
sahələri kimi təmsil olunur, təbii ehtyatların aşkar edilməsi, uçotu
əməliyyatları üzrə ixtisaslaşır, onların mühafizəsi və artırılması
(bərpası) ilə yanaşı, ətraf mühitin mühafizəsini də təmin edir. Bu
sahələrin tərkibi (quruluşu) təkmilləşmələr sa-yəsində xeyli
mürəkkəbləşir. Məsələn, təbiəti mühafizə üzrə maşınqayırma,
cihazqayırma sənayeləri və s. təşəkkül tapır, ekoloji xidmətlər üzrə
sektorlar yaradılır, təbiəti mühafizə üzrə dövlət orqanlarının
təmərküzləşməsi, nəzarət və istehsalat funksiyalarının inteqrasiyası
həyata keçirilir.
Regional səviyyədə (miqyasda) təbiətdən istifadə sahəsi
(sferası) regional ekoloji infrastruktur müəssisələri və təşkilatlarının
təşəkkül tapması, zibillərin yığılması, zibil emalımn təşkili,
birləşmiş təmizləmə kompleks sistemlərinin yaradılması,
kanalizasiya sistemləri, regional ekoloji monitorinq xidmətləri,
xüsusi qorunan və mühafizə olunan ərazi şəbəkələrinin yaradılması
və genişləndirilməsi ilə müşayət olunur və ya olunmalıdır.
Mikro səviyyədə təbiətdən istifadə sferasına müəssisə,
təşkilat, firma və birliklərdə yaradılmış və ya yaradılmalı ekoloji
bölmələri (xidmət, şöbə, sex və s.) aid etmək olar. Onların
8
əsas vəzifələri konkret sahələrdə texniki-texnoloji prosesləri,
xammalın xüsusiyyətlərini, tullantıları, istehsal edilən məhsulun
nomenklaturasını nəzərə almaqla təbii mühiti texnogen təsirlərdən
qorumaqdır.
Təbiətdən istifadə səmərəli və qeyri-səmərəli (səmərəsiz)
ola bilər. Təbiətdən səmərəli istifadə əsasən xətti iqtisadiyyatı
dairəvi iqtisadiyyata çevirməklə ekosistemlərə ekoloji yükü kifayət
qədər azaldır və sabit (dayanıqlı) iqtisadiyyat üçün zəmin yaradır.
Təbiətdən səmərəsiz istifadə isə, əksinə, ekoloji- iqtisadi potensialın
qorunmasım təmin etməyən fəaliyyətdir. Bu isə çoxlu miqdarda
antropogen xarakterli neqativ təsirlərin ətraf mühiti korlamasına
səbəb olur (çirklənmə, təbii landşaftın pozulması, ekosistemin
elementləri arasındakı əlaqələrin korlanması və s.). Son vaxtlar
ədəbiyyatlarda, ətraf mühitə təsir göstərən bütün neqativ proseslərin
məcmusunu (cəmini) istilah kimi ifadə etmək məqsədilə
«deteriorasiya» (pisləşmə, korlanma) sözündən istifadə edilir.
Məhz təbiətdən səmərəsiz istifadə ekoloji böhranlara səbəb
olur, külli miqdarda dövlət və ya xüsusi vəsaitlərin artıq
xərclənməsi ilə nəticələnir. Təbiətdən səmərəli istifadə isə nəinki
ətraf mühitin tarazlığım təmin edir, eyni zamanda əlavə maddi
bəhrələrin əldə edilməsinə şərait yaradır, deməli, təbiətin
mühafizəsi təmin edilir.
Təbiətdən səmərəli istifadə iqtisadi kateqoriya kimi təbii
ehtiyatlardan və ətraf mühitdən istifadə sahəsində iqtisadi
münasibətlər sistemini şüurda sanki əks etdirir. Əsl həqiqətdə
təbiətdən səmərəli istifadə bir sıra sıx qarşılıqlı əlaqəli və bir-birinin
yaranmasında iştirak edən proses və hadisələrdən ibarətdir.
Təbiətdən səmərəli istifadə-təbii ehtiyatlardan səmərəli istifadə
etmək, ayrı-ayrı təbii ehtiyatların artırılmasını təmin etmək və ətraf
mühiti mühafizə üzrə proseslərdən ibarətdir. Bu proseslərin cəmi
ekoloji-iqtisadi potensialın optimal səviyyədə dəstəklənməsinə
yönəlməlidir.
Təbiətdən istifadə texnologiyalarında bütün kateqoriyaları əks
etdirilmir. Burada yalnız ümumiləşdirilmiş (sinte
tik) anlayışlar öz əksini tapır. Təbiətdən istifadənin konkret
sahələrində bu və ya digər fəaliyyət növünə aid olan spesifik
tədbirlər həyata keçirilir. «Təbiəti mühafizə» geniş mənalı
anlayışdır, nəinki «təbiətdən səmərəli istifadə». «Təbiəti mühafi-
zə»də təbiətdən istifadənin bir-biri ilə əlaqəli bütün tərkib hissələri
iştirak edir. Təbii ehtiyatlardan səmərəli istifadə eyni zamanda təbii
sistemlərə antropogen yükün azalmasını özündə ehtiva edir, yəni
müəyyən dərəcədə ətraf mühitin mühafizəsi funksiyasım yerinə
yetirir.
Dostları ilə paylaş: |