2.4. Reklamın inkişaf perspektivləri
Reklama əxlaq i
Reklam
xərclərinin
vasitələri
arasında
müraciətinin strateji
Müasir dövrdə reklama yanaşma qismən ənənələrə əsaslanır
və iqtisadiyyat, psixologiya, sosial psixologiya və menecment
kimi müxtəlif predmetlərin perspektivlərini Özündə əks etdirir.
Bunlar həm də reklamın ünvanlandığı auditoriyanın tələblərini də
nəzərə alır.
yanaşmalar elmi tədqiqatlarla bağlıdır,
smetasını həll etməli, müxtəlif yayım
fondların bölüşdürülməsi və reklam
variantlarının seçilməsi ilə məşğul olan
menecerin baxımından, əməliyyat və strategiya tədqiqatlarının
tətbiqi işləmələrinə əsaslanan perspektiv modellərin qurulması
metodu reklama qarşı münasibətin daha bir yanaşma növüdür.
Hamıya məlumdur ku, əhalinin hər nəfərinə düşən reklam həcmi
daim artır və yaxın gələcəkdə çox ola bilər ki, lap kritik (böhranlı) həddə
çatsın. Ümumi miqdar artdıqca reklam təmaslarının səmərəliliyi də kəskin
surətdə azalır.
Bununla birlikdə texnologiyaların cöşqun inkişafı media (mətbuat)
mühitinin dəyişilməsinə səbəb olur. Belə ki, rəqəmli televiziya, geniş
zolaqlı internet və i.a. böyük sürətlə yayılır. Həmin tendensiya, şübhəsiz
ki, reklam bazarında həm texniki yeniliklərdən istifadə olunmasına, həm
də
istehlakçılarm
reklam
kommunikasiyasına
yönəldilməsinə
istiqamətlənən yeni reklam növləri və formatlarının meydana çıxmasına
təsir göstərir.
Küçə reklamlarında yeni elektron formatları əmələ gəlir, mətbuat
fasiləsiz surətdə internetə keçir, televiziyanın interak- tivliyi artır.
Müasir Azərbaycan bazarında saysız-hesabsız bir-birinə bənzər
məhsulların mövcud olduğu vaxtda hər hansı istehlak malları
kateqoriyasından düzgün seçim istehlakçının əsas probleminə çevrilir.
Əhalinin əksəriyyəti seçim zamanı məhz reklam kommunikasiyasına
üstünlük verir. Özü də ucuz və keyfiyyətsiz məhsullardan ötrü reklam
dəstəyi üçün böyük vəsaitlərin sərf edilməsi əlverişli deyildir. Bu halda
adi marketinq
87
və reklam mexanizmi işə düşür ki, o da yüksək qiymət kateqoriyasına aid
olan məhsullar üçün nəzərdə tutulur, həmin məhsulların keyfiyyəti də
qiymətinə görə olur.
Reklam üzrə mütəxəssislərin vəzifəsi məhsulun qiymətinə və
keyfiyyətinə görə çıxış yolunun axtarılmasından ibarətdir. Statistikaya
görə 2008-ci ildə Azərbaycanda kütləvi tələbat mallarma tələb 20-
faizdən çox artmışdır ki, bunların əhəmiyyətli hissəsini reklamlaşdınlan
məhsullar təşkil etmişdir. Reklam biznesinin keyfiyyəti də çox
dəyişilmişdir.
Yeni mütərəqqi məhsulların və texnologiyaların tətbiqi prosesində
reklam insan fəaliyyətinin müxtəlif sahələrinə dair biliklərin yayılmasına,
istehlakçılara müəyyən praktik vərdişlərin öyrədilməsinə kömək göstərir.
Alıcılar reklamdan müxtəlif məlumatları əldə edirlər: normal insan
dərisinin PR səviyyəsindən kariyesin əmələ gəlməsi səbəblərinə qədər;
avtomobil mühərrikinin sürətlə köhnəlməsi amillərindən real tarixi
hadisələrə dair dərsliklərin illüstrasiyalarına qədər; əhalinin müxtəlif
qatlarının məişəti ilə tanişlıqdan ekzotik ölkələrə mini- səyahətlərə qədər.
Reklamın təsiri, məlum olduğu kimi, insamn psbcologiyasında
özünə yer tutur. Nəticədə o, insan psixologiyası müddəalarmın, ətraf
mühiti qiymətləndirmə sisteminin və müxtəlif qıcıqlandırıçılara qarşı
reaksiyaların xarakterinin özünü qiymtələndirməsinin formalaşdırıl-
masında fəal iştirak edir. Bununla əlaqədar olaraq, reklamın psixoloji
rolunun qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Estetik rolu qeyd
etmədən reklamın mahiyyəti natamam ola bilərdi.
Firma üslubunun mövcud elementləri hamı tərəfindən yaxşı tanınan
vahid firma üslubuna, sonralar isə əməkdaşların iş üslubunu fəal
formalaşdıran firma standartlanna çevrilir.
Dizayner əvəzinə, firmanm inkişaf konsepsiyası ilə üzvi surətdə
əlaqələndirilən üslub ən yaxşı firma üslubu hesab olunur. Firma
məhsullarının Azərbaycan konsepsiyası (Azərbaycan brendinqləri)
meydana çıxır.
Rublic Relations-un rolunun artması çox vaxt reklamın
yayılmasının ənənəvi yollarının azalmasından və “lazer”
88
taktikasından istifadə edilməsi lüzumundan, daha çox incə psixoloji
motivlərdən; nüfuzdan, özünütanıtmadan irəli gəlir. Rublic Relations
sahəsində bir-biri ilə sıx bağlı olan 5 məsələ həll olunmalıdır; dolayı
reklam; nüfuzun artırılması; antireklam; rəqiblərdən üstüörtülü aralanma;
kontrreklam (yaxud firmaların böhranları dövründə PR).
İri və orta firmalarm daha böyük əksəriyyəti PR şöbələri yaratmağa
başlayacaq. Həmin şəbələrin iri korporasiyaların ierarxiyasmda tutduğu
mövqe də dəyişiləcək PR şöbələri proqnoz funksiyalarını, firmanı gələcək
strategiyasının işlənib hazırlanması məsələlərini öz üzərinə götürəcək.
Rəmzi məsələlərə gəlincə isə, daha çoxusu, Azərbaycan mədəniyyət və
incəsənətinin, regional abidələrin, görkəmli yerlərin, əfsanə və s.
adlarmdan və nailiyyətlərindən daha geniş istifadə olunacaq.
Qarşılıqlı reklam barədə çoxtərəfli müqavilələrlə birlikdə elitar
(seçmə) xidmət tipli çoxlu birliklər əmələ gələcək, məsələn, bahalı
musiqili mərkəzlərini almaqla birlikdə alıcılara həm də özəl klinikanın
reklamı təqdim olunacaq; firma geyimləri mağazası - sığorta
kampaniyaları ilə sərfəli əlaqələr barədə sizi
məlumatlandıraçaq, yaxud əksinə. Reklam sahəsində özünə nüfuz
qazanmış firmamn zəngin təcrübəsi barədə transiyasiyalarm digər
regionlarda və daha xırda firmalarda göstərilməsi möhkəm yer tutacaq.
Azərbaycan
Kommunikasiya
Agentlikləri
Assosiasiyasının
(AKAA) məlumatlarında görə, Azərbaycanda 2008-ci ildə reklamın
yerləşdirilməsi ilə bağlı xərclər təxminən 3 milyon dollara çatmışdır, daha
2,4 milyon dollar isə reklamverənlər tərəfindən müxtəlif reklam
xidmətlərinə (sənaye aksiyalarına, ünvanlar
üzrə
göndərişlərə və s.) sərf olunmuşdur. Özü də bu zaman AKAA
vasitəçilərin komissiya rüsumlarını, konkret reklam internetini və PR-ə
məsrəfləri nəzərə almır. Əgər bunlar da nəzər almarsa, onda 2008-ci ildə
Azərbaycan reklam bazarının məsrəflər həcmi 3,7 milyon dollardan çox
olmuşdur. Media (mətbuat) internet reklamınm artımı daha da
güclənmişdir, bu artım 22 faiz dən çox - 3,5 milyon manata qədər (20
milyon dollara) çatmışdır.
89
iqtisadiyyatın bütün sahələrinə güclü təsir göstərən reklam
fəaliyyəti özlüyündə təsərrüfarçılığın nəhəng sahəsinə çevrilmişdir, öz
sıralarında illik maliyyə dövriyyəsi milyon dollarla ölçülən yüzlərlə
reklam firmalarım birləşdirmiş və yüzminlərlə adamın məşğulluq
sahəsinə dönmüşdür.
Yuxarıda söylədiklərimizi yekunlaşdıraq:
1. Müasir şəraitdə reklam insanın ictimai həyatının mühüm
sahəsinə çevrilmişdir. Həmin baxımdan reklamın iqtisadi, sosial, estetik,
psixoloji və maarifləndirmə rolu nəzərə alınmalıdır.
2. Reklam insan həyatının müxtəlif sahələrində məqsədlərə nail
olmağa imkan verir ki, bu da onun kommersiya, siyasi, sosial, fərdi və s.
tiplərini meydana çıxarmışdır.
3. Müasir aləmdə reklamın əhəmiyyətinin artması reklamçılardan
öz sosial məsuliyyətlərinin dərəcəsini dərk etməyi tələb edir. Digər
tərəfdən, reklam fəaliyyətinə cəmiyyət tərəfindən nəzarət mexanizminin
yaradılması lüzumu da günün zəruri məsələsinə çevrilmişdir.
4. Reklam insanların çoxusundan ötrü müxtəlif formalarda öz
təzahürünü tapacaqdır; istehlakçılardan ötrü bələdçi kimi, bazar
fəaliyyətinin stimullaşdırılması amili kimi və s.
Azərbaycan bazarında reklamın perspektivi barədə bir çox fikirlər
yürütmək olar ki, bu da əsasən ölkə iqtisadiyyatmın gözlənilən artımı ilə
bağlı olacaq, firma və şirkətlər artdıqca, istehlakçıların cəlb edilməsi
baxımından reklamın həm kəmiyyətcə, həm keyfiyyətcə inkişafı da
müşahidə ediləcək.
Rusiyanın Crey Global Group kampaniyası Grey Worldwide
kampaniyalar qrupunun bölməsidir, onun tərkibində Grey Worldwide, G
2 və Media Com birləşir. Bunların hamısı reklam, marketinq və media
xidmətlərinin təşkili ilə məşğuldurlar. Əgər əvvəllər klassik reklama
istiqamətlənmə üstünlük təşkil edirdisə, hazırda Grey strukturunda G 2
kampaniyası əsas yer tutur ki, bu da marketinq innovasiyaları sahəsində
ixtisaslaşır.
90
|