- direkt-meyl və birbaşa poçt sifarişləri əlaqədar satış praktikası
üzrə;
- birbaşa satış praktikası üzrə;
- marketinq və sosial tədqiqatlar praktikası üzrə (ESOMAR-
Marketinq Tədqiqatları və İctimai Rəyin öyrənilməsi üzrə Avropa
Cəmiyyəti - iMTİROAC-la birlikdə).
Göstərilən məcəllələr dövlətlərin qarşılıqlı iqtisadi əlaqələrinin
tənzimlənməsinə,
bazar
fəaliyyətinin
vicdanlılığımn
qiymətləndirilməsinin vahid meyarlarmm müəyyən olunmasına xidmət
göstərir. Əksər hallarda bunlar milli normativ sənədlərin, fəaliyyətin bu
sahəsinin, o cümlədən reklamm dövlət tənzimlənmə normalarının əsasmı
təşkil edir.
Reklam praktikasının beynəlxalq məcəlləsində “Əsas prinsiplər”,
“Normalar” və “Xüsusi qərarlar” kimi əsas bölmələr vardır.
Məcəllə hüquqi qüsursuzluq, ləyaqətlilüc, namusluluq, düzgünlük,
cəmiyyət qarşısında məsuliyyətlilik, vicdanlı rəqabət prinsipinə
müvafıqlik və s. reklam fəaliyyətinin əsas prinsipləri kimi qəbul edir.
Beynəlxalq Reklam Assosiasiyası (international Advertisinq
Assoaciation - lAA) Beynəlxalq ictimai reklam hərəkatında mühüm rol
oynayır.
Reklamverənlərin də öz beynəlxalq təşkilatları var. Ümumdünya
Reklamverənlər Federasiyası (World Federation of Advertisers - WFA)
bunların ən nəhəngidir.
Reklamverənlər qlobal problemlərin həlli üçün öz səylərini
birləşdirülər. Kütləvi informasiya vasitələrinin reklam sahəsinin alınması
üzrə beynəbcalq standartların işlənib hazırlanması həmin işin ən
əhəmiyyətli istiqamətlərindən biridir.
Dostları ilə paylaş: