Tibbi-bioloji yanaşmada “deviant” davranış cəmiyyətdə qəbul edilmiş
şəxsiyyətlərarası qarşılıqlı təsir formalarını - əməlləri, hərəkətləri, mühakimələri
psixi sağlamlıq səviyyəsində, habelə, sinir-psixi patologiya, səviyyəsində
normadan kənaraçıxma kimi qiymətləndirilir. Deviantizmin mahiyyətinə tibbi-
bioloji mövqedən yanaşan italyan həkim-psixiatrı Çezare Lombrozzo qeyd edirdi
ki, deviantlar cinayətkarlardır, deviantizm cinayətkarlıqdır. Cəmiyyətin bu və ya
digər, düz və ya dalğavari xətt üzrə inkişafı zamanı ortaya çıxan atavizmlərdir.
Onlar ya anadan belə doğulur, ya da bu, onlarda mühitin təsiri altında formalaşır.
Deviantlığı şəxsiyyətin tipi ilə əlaqələndirən ABŞ psixiatrı Vilyam Şeldona görə,
şəxsiyyətin tipi ilə cinayətin tipi arasında bu və ya digər formada əlaqə mövcuddur.
Deviantizmin kökündə şəxsiyyətin daxilindən, bəlkə də onun genindən
qaynaqlanan bəzi məsələlər durur.
Dostları ilə paylaş: |