“Deviant” davranış və onun elmi izahına fərqli yanaşmalar


pozitiv  (məsələn,  sosial  yaradıcılıq)  və  sosial-neyteral



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.04.2022
ölçüsü213,39 Kb.
#55593
1   2   3   4   5   6   7
pozitiv  (məsələn,  sosial  yaradıcılıq)  və  sosial-neyteral  (məsələn,  dilənçilik) 

olmaqla üç əsas qrupa ayırmışdir. 

 

Müxtəlif  davranış  deviasiyalarının  tipologiyalarını  ümumiləşdirən  rus 



psixoloqu  –  E.V.  Zmanovskaya  normaların  pozulması  növlərinin  və  normadan 

kənar  davranışın  neqativ  nəticələrinin    əsas  meyarlarını  müəyyənləşdirmişdir. 

Onun  təsnifatında  normadankənar,  qüsurlu  davranışın  üç  əsas  qrupu  diqqəti  cəlb 

edir:  


-  antisosial (delikvient) (hüquq normaları ilə ziddiyyət təşkil edən, sosial asayişi 

və ətrafdakı insanların əmin-amanlığını pozmağa yönəlmiş davranış); 

-  asosial  (amoral,  əxlaqi-mənəvi  normaları  yerinə  yetirməkdən  yayınan, 

şəxsiyyətlərarası münasibətləri korlayan davranış); 

-  autodestruktiv  (özünü  məhv  etməyə  yönəlmiş),  (suisidal,  fanatik,  autik, 

viktim, riskli, qida asıllığı, kimyəvi asillıq yaradan davranış və s.) 

Sosial deviasiyaların matrisini tərtib edən  N.V.Maysak çoxsaylı nümunələr 

əsasında deviant davranışın öz daxilində bir-biri ilə kəsişən ikiölçülü və çoxsaylı 

formalarını fərqləndirmişdir: 

-  istiqamətinə  və  təzahür  xüsusiyyətlərinə  görə  deviasiyalar:  konstruktiv, 

yaradıcı davranış (bədii, elmi, texniki, təşkilatçılıq, kompyuter yaradıcılığı); 



 

- 5 - 


-  autodestruktiv  davranış:  addiktiv  (qeyri-kimyəvi  və  kimyəvi  asılılıq), 

suisidal, parasuisidal davranış və suisid); 

-  zahiri  destruktiv,  hüquqazidd  davranış  (inzibati  hüquq  pozğunluğu, 

delikvient, kriminal davranış); 

-  kommunikativ  deviasiyalar:  sosial  cəhətdən  təqdir  edilmə  dərəcəsinə  görə: 

sosial  cəhətdən  bəyənilən  və  prososial  davranış  (müəyyən  sosial  qrupun 

normalarına uyğunlaşmış); 

-  sosial-neyteral  davranış  (ictimai  cəhətdən  təhlükə  doğurmayan  və  ya 

birqiymətli dəyərləndirilməyən); 

-  sosial  cəhətdən  bəyənilməyən:  asosial  (mənəvi-etik  normalardan  kənara 

çıxan) və antisosial (hüquq normalarından kənara çıxan) davranış. 

“Deviant”  davranış  anlayışına  münasibət  bildirən  rus  psixoloqu  İ.S.Kon 

yazırdı:  “Deviant  davranış  ümumən  qəbul  edilmiş  və  ya  nəzərdə  tutulan  psixi 

sağlamlıq, hüquq,  mədəniyyət  və  ya  əxlaq  kimi  normalardan kənara  çıxmanı  əks 

etdirən  hərəkətlər  sistemidir.  İ.S.Kon  deviant  davranışı  iki  əsas  kateqoriyaya 

ayırmış və onlara birincisi, psixi sağlamlıq normalarını, ikincisi, hər hansı  sosial 

və  mədəni normaları,  xüsusilə  hüquq normalarının pozulması ilə  müşayət  olunan 

antisosial  davranış  formalarını  aid  etmişdir.  “Sərxoşluq,  narkotika  qəbulu, 

aqressivlik  və  hüquqa  zidd  davranışlar  vahid  blok  yaradırlar.  Belə  ki,  gəncin 

deviant davranışın bir formasına cəlb edilməsi onun digərlərinə də cəlb ediləcəyi 

ehtimalını yaradır”. [5,s.251] 

Beləliklə,  qeyd  etmək  olar  ki,  şəxsiyyətin  davranış  qüsurları  və  ya 

deviantizm  cəmiyyətdə  ümumən  qəbul  edilmiş  və  ya  rəsmən  qəbul  edilmiş  sosial 

normalardan kənaraçıxma hallarıdır. Adətən, deviant davranışlı şəxsin əməlləri bir 

qayda  olaraq,  ətrafdakı  digər  adamlar  tərəfindən  neqativ  qiymətləndirilir,  onların 

sosial  sanksiyaları  ilə  üzləşir.  Deviant  davranış  yalnız  şəxsiyyətin  özünə  deyil, 

ətrafdakı adamlara da real zərbə vurur. Bu cəhətdən  qeyd etmək olar ki, “deviant” 

davranış ilk növbədə destruktiv və ya autodestruktiv davranışdır. 

“Psixi  inkişafda  ləngimələr  adətən,  davranış  qüsurları  ilə  çulğalaşır...  belə 

uşaq və yeniyetmələr pedaqoji korreksiyaya yetərincə davam gətirmirlər”. [7,s.187] 

Deviant davranışı dayanıqlı, dəfələrlə və uzun  müddət təkrarlanan davranış 

tipi  kimi  də  səciyyələndirmək  olar.  Belə  davranış  şəxsiyyətin  istiqaməti,  sərvət 

meyli və ya motivlər sahəsi ilə sıx şəkildə bağlıdır və onun təzahürüdür.  

 

 




Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin