1948-52-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi,
ġurnuxu camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmiĢ, Bakı,
Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə Ģəhərlərində məskunlaĢmıĢlar.
Ermənilərin apardıqları milli ayrı-seçkiliyə baxmayaraq, 70-80-ci illərdə
ġurnuxu kəndi xeyli inkiĢaf etmiĢdi. Kənddə müasir tipli məktəb binası, klub,
kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür Ģəraiti
olan xüsusi evlər tikilmiĢdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və
hökumət rəhbərliyinin təĢkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o
cümlədən, ġurnuxu kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana
qovuldular. Kənd camaatının böyük əksəriyyəti ev əĢyalarını çıxarda bilmədilər.
Evlərin çoxu dəyiĢilməmiĢ qaldı.
Qarabağ uğrunda gedən döyüĢlərdə ġurnuxudan 5 nəfər Ģəhid olmuĢdu
(Niftəliyev Azər Bayram oğlu - baĢ leytenant, ölümündən sonra "Azərbaycan
bayrağı" ordeni ilə təltif olunmuĢdu; Ağayev Mehman Müseyib oğlu, ġükürov
Seymur ġəmil oğlu, Adıgözəlov ElĢən Telman oğlu, Muradov Elbariz Cənnət
oğlu).
Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri,
akademik Ümnisə xanım Musabəyova ġurnuxuda anadan olmuĢdur.
253
ġurnuxu kəndinin toponimləri: Kəpəz dağı, Qəhrəman çiməni,
Armudluq, Almalıq, Acıqlı güney, EĢĢək meydanı, Donuz damı, Qaramalıq,
üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq,
HəĢim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, LayıĢ bulağı, Tas, Cəhənnəm
dərəsi, Qaranlıq meĢə və s.
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə
Əzəmət Rüstəmliyə təĢəkkürümüzü bildiririk - müəll.).
MEĞRĠ RAYONU
(Mığrı)
Zəngəzurun cənub və cənub-Ģərq hissəsini Meğri rayonunun ərazisi təĢkil
edir. Zəngəzur Ermənistana verildikdən sonra, 1930-cu ildə təĢkil olunmuĢ Meğri
rayonunun ərazisi 664 km
2
, inzibati mərkəzi Meğri Ģəhər tipli qəsəbəsi olmuĢdur.
Zəngəzurun cənub-Ģərqində, Meğri və Qafan rayonlarının sərhədini Meğri
dağ silsiləsi təĢkil edir. Bu silsilə dağlar Zəngəzur dağlarının cənub-Ģərqindən
baĢlayaraq, Araz çayı vadisində qurtarır. Dağ silsiləsinin uzunluğu 59 km,
maksimum yüksəkliyi (3256 m) Bacassar zirvəsidir. Meğri dağları tektonik
aĢınmalara məruz qalmıĢdır, qeyri-mütənasib quruluĢa malikdir. Cənuba doğru
Meğri, Malev, ġvanizor, Nüvədi çayları ilə parçalanmıĢdır, Ģimal sinələri isə
nisbətən qısa qollar və sıldırım qayalar Ģəklində nəzərə çarpır.
Faydalı qazıntılardan, molibden, qızıl, gümüĢ və baĢqa mədən yataqları
vardır.
Qonur meĢə, meĢə-səhra və alp çəmənlik torpaqları üstünlük təĢkil edir.
Dağətəyi yamaclar seyrək palıd, vələs meĢələri ilə örtülmüĢdür.
Bütün Zəngəzur mahalı kimi, Meğri rayonu da ən qədim yaĢayıĢ
məskənlərindən sayılır. Aparılan qazıntı iĢləri zamanı Meğri rayonunun ərazisində
eradan əvvəl VII əsrə aid olan döyüĢ və bəzək əĢyaları tapılmıĢdır. Meğri
rayonunun ərazisi Sünik knyazlığında mövcud olan 12 əyalətdən biri sayılan
Arevik qəzasına uyğun gəlir.
Müxtəlif fikirlər olsa da, "Meğri" sözünün mənası tam aydınlaĢdırılmayıb.
Ermənilər bu topomorfantın izahını erməni dilində olan "meğ" - "bal" sözü ilə
əlaqələndirərək, guya buranın "Ballı dərə" adlandırıldığını söyləyirlər. Lakin bu
izah inandırıcı görünmür. Ən azı ona görə ki, çiçəkli, güllü, dar, dərin, daĢlı dərə
olar, lakin "ballı dərə" olmaz.
Digər tərəfdən Meğri rayonunda insanların min illərlə yaĢamasına
baxmayaraq, Meğri adı mənbələrdə ilk dəfə 1676-cı ildə çəkilir. Bu dövr isə
məlum olduğu kimi, Osmanlı imperiyası ilə Ġran Ģahlığı arasında Zəngəzur uğrunda
gedən mübarizələrlə xarakterizə olunur. Heç Ģübhəsiz ki, Meğri sözü ya fars, ya da
türk dilində olmalıdır.
254
Meğri adının Sasanilər dövlətinin hökmdarlarından olmuĢ Mehranilər
sülaləsinin adı ilə əlaqələndirilməsi də inandırıcı görünmür. Akademik Budaq
Budaqov və professor Qiyasəddin Qeybullayev "meğri" sözünü "miğri" - türkdilli
xalqlarda "yarğan, uçurum" mənasını verən "migir" sözü ilə əlaqələndirirlər.
TanınmıĢ Ģair - publisist Hidayət öz ana yurdu Mığrı rayonunun adını
türk soylu "mığır" tayfalarının adı ilə əlaqələndirir.
Rayonda aparılan qazıntılar zamanı tapılmıĢ bürünc dövrünün yadigarları
sayılan yarpaq Ģəkilli, dairəvi dəstəkli qılınclar, e.ə. VII-VI əsrə aid zərgərlik
əĢyaları (bəzəkli qalxanlar, muncuqlar, ayĢəkilli bəzəklər) və s. Meğrinin lap
qədimdən inzibati mərkəz kimi formalaĢdığını sübut edən tutarlı dəlillərdir.
Xristianlıq Qafqaza yayıldıqdan çox sonra təxminən IX əsrin sonu, X əsrin
əvvəllərində Meğridə ilk kilsə - Alban kilsəsi inĢa edilmiĢ, bu Ģəhər isə Qarğavan
adlandırılmıĢdır.
1105-ci ildə Səlcuq-türk qoĢunları Meğrini ələ keçirmiĢlər. Erməni
mənbələrində 1106-cı ildə Əmir Harunun qoĢunlarının burada böyük qırğınlar
törətdiyi qeyd olunur.
Meğri rayonunun orta əsrlərdəki tarixi Zəngəzurun digər torpaqlarının tarixi
ilə eynidir. Yəni Səlcuqlardan sonra buraya moğol-tatar türkləri, daha sonra
Qaraqoyunlular və Ağqoyunlular, Əmir Teymur, ondan sonra isə Ģiəliyi dövlət
dininə çevirmiĢ Səfəvilər Meğridə öz hakimiyyətlərini qurmuĢlar. Tarixi
mənbələrdə Ģiəliyə etiraz edən Meğri əhalisinin Ġsfahana köçürülməsi və buraya
Ərdəbil, Ġsfahan, Təbriz ətrafından QızılbaĢ tərəfdarlarının gətirilib yerləĢdirilməsi
qeyd olunur.
Meğri rayonu 1730-cu ildə yenidən Osmanlı Türkiyəsinin tabeliyinə
keçmiĢ, lakin beĢ ildən sonra Nadir Ģah Qarabağ və Zəngəzurun erməni
məliklərinin köməkliyi ilə bu torpaqları geri almıĢdır.
Qarabağ xanlığının 1806-13-cü illərdə ilhaq edilmiĢ digər torpaqlarından
fərqli olaraq, Meğri rayonu yalnız 1828-ci ildə Rusiyaya birləĢdirilmiĢdir. Çünki
o vaxtkı inzibati bölgüyə görə Meğri rayonunun torpaqları indiki Ordubad rayonu
ilə birlikdə Naxçıvan xanlığının tabeçiliyində idi. 1868-ci ildə Yelizavetpol
quberniyası yaradılmıĢ, Zəngəzur qəzasının tərkib hissəsi kimi, Meğri rayonu da bu
quberniyanın tabeçiliyinə keçirilmiĢdir. Ermənistanda Sovet hakimiyyəti qurulan
kimi, yəni 1920-ci ilin 1 dekabrında Zəngəzurun digər torpaqları kimi, Meğri
rayonunun indiki ərazisinin çox hissəsi, 1929-cu ildə isə Nüvədi, Ernəzir və Tuğut
kəndləri Ermənistana verilmiĢdir.
Meğri rayonunun ərazisində orta əsrlərə məxsus çoxsaylı memarlıq
abidələri vardır: Alban memarlıq mədəniyyətinə xas olan dördkünc tavanlı,
günbəzli, üçkünclü, örtüklü, daĢ naxıĢlı, taclı salonları olan kilsələr, qəbirüstü
abidələr, məqbərələr, o cümlədən, məĢhur Baba Haci məqbərəsi, tağlı daĢ körpülər
və s.
255
XX əsrin əvvəllərində Meğri rayonunda 23 azərbaycanlı kəndi
olmuĢdur. 1918-20-ci illərdə daĢnak silahlı dəstələrinin hücumuna məruz qalmıĢ
azərbaycanlı kəndlərinin hamısı dağıdılmıĢ, kənd əhalisi qəddarlıqla qətlə
yetirilmiĢdir. Meğri azərbaycanlılarının bir çoxu Araz çayını keçərək cənubi
Azərbaycana qaçmıĢ, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüĢlər.
Sovet hakimiyyəti illərində Meğri rayonundakı azərbaycanlı kəndlərindən
doqquzu ləğv edilmiĢ, yaxud erməniləĢmiĢdir (Buğakar, Vahravar, DüzqıĢlaq,
Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut).
1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təĢkil etdiyi halda, 1988-ci ildə
Meğri rayonunda cəmisi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi,
Nüvədi) mövcud olmuĢdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarında
yaĢayan azərbaycanlılar kimi, Meğri rayonunun azərbaycanlı əhalisi də öz tarixi
yurdlarından vəhĢicəsinə qovulub çıxarılmıĢlar.
Yalnız Nüvədi kəndinin camaatı qəhrəmancasına mübarizə apararaq,
1991-ci ilin 8 avqustuna qədər öz kəndlərini qoruyub saxlaya bildilər.
Ermənistan SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi
yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühasirə Ģəraitində qalmasına
baxmayaraq, erməni-rus silahına qarĢı mərdliklə mübarizə aparmıĢdır.
Meğri rayonunun kəndləri haqqında məlumatlar Əhmədəli Əliyevin
"Azərbaycan dilinin Meğri Ģivələri" adlı kitabı və kitaba ön söz yazmıĢ Ģair
Hidayətin "Mığrı" məqaləsi əsasında hazırlanmıĢdır.
Həmin kitabda müəllif Meğri rayonunun ərazisindəki türk mənĢəli
toponimləri ətraflı Ģəkildə Ģərh edərək, tutarlı dəlillərlə göstərir ki, Meğri
ərazisindəki Araz çayı sahili boyunca 38 topomorfantın və Qafan-Meğri sərhəddi
boyunca yerləĢən 114 topomorfantın hamısı təmiz Azərbaycan türkcəsindədir:
Narlıq Ģamı, Pambıqlı, Cəhənnəm dərə, Ayı dərəsi, Qırax, Gəmi düzü, KəfĢən,
Gen dərə, Lələ daĢı, Aldərə çayı, Gəray suyu, Siçan piri, Pulovlu dağ,
Qırçıvan düzü, ġah Abbas karvansarası, ġükrətaz, Qanlı ağac, Dolu vuran,
DaĢ ağıl, Lalalı, Dərbənd, Xan kəndi, Qanvay təpəsi, Gülü novu, Yelli gədik,
Huralay, Kəlbəçay yurdu, Çiçək zəmi, Göl çeĢmə, Qandallı çeĢmə, Ataman,
Yarpaqlı düz, Əli qəbri, Mal gədiyi, Nazlı dərə, Saqqar su, Çiçək banu və s.
Meğri rayonunda 1988-ci ilə qədər mövcud olmuĢ azərbaycanlı
KƏNDLƏRĠ
Aldərə (Əldərə, Əli damı) kəndi
Rayon mərkəzindən 12 km cənub-Ģərqdə, Araz çayının sol sahilində, Ġrəvan
- Bakı dəmir yolunun sol tərəfində yerləĢmiĢ, üç tərəfdən hündür dağlarla əhatə
olunmuĢ, ətrafı baĢdan-baĢa bağlara bürünmüĢdür. Rayonun qədim kəndlərindən
256
biri olan Aldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə
1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987 nəfər əhali yaĢamıĢdır.
Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andronikin qəzəbinə düçar
oldu. Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və
əhalisinin salamat qalan hissəsi müxtəlif qonĢu vilayətlərə, qəzalara qovuldu.
Bir neçə il kənd sahibsiz qalaraq, xarabalığa çevrildikdən sonra 1926-cı ildə
kəndin əhalisinin təqribən 15 %-i, yəni 414 nəfəri öz doğma kəndinə qayıtmıĢ,
1931-ci ildə isə kəndə qayıdanların sayı 490 nəfərə çatmıĢdır.
Aldərə kəndində 30-cu illərin əvvəllərində kolxoz təĢkil edilmiĢ, məktəb
açılmıĢdır. Sonralar bu məktəb orta məktəbə çevrilmiĢdir. Zəngəzurun digər
kəndləri kimi, Aldərə kəndi də ötən əsrin 70-80-ci illərində inkiĢaf etməyə
baĢlamıĢ, kənddə ikimərtəbəli, hər Ģəraiti olan evlər tikilmiĢ, klub, kitabxana, tibb
məntəqəsi, uĢaq bağçası və s. sosial obyektlər yaradılmıĢdır. 1988-ci il noyabrın
28-də Aldərə kəndinin camaatı bütün var-dövlətini qoyaraq, ermənilərin dövlət
səviyyəsində təĢkil edilmiĢ deportasiya siyasəti nəticəsində Azərbaycana pənah
gətirmiĢdir.
Lehvaz kəndi.
Meğri rayon mərkəzindən 6 km Ģimal-Ģərqdə Meğri çayının sol sahilində
yerləĢmiĢdir. Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1914-cü ildə
836 nəfər azərbaycanlı yaĢamıĢdır. 1918-ci ildə Zəngəzurun digər azərbaycanlı
kəndləri kimi, ermənilər Lehvaz kəndini də yandırmıĢ, dağıtmıĢ, kənddə 200-dən
artıq insanı qətlə yetirmiĢlər. Qalan insanlar isə öz yurd-yuvalarından didərgin
salınmıĢlar. 1922-ci ildən baĢlayaraq, kənd camaatı yavaĢ-yavaĢ Lehvaza qayıtmıĢ
və artıq kənddə məskunlaĢmıĢ ermənilərlə birgə yaĢamaq məcburiyyətində
qalmıĢlar. Lehvaz kəndində orta məktəb, mədəniyyət evi, klub, kitabxana, tibb
məntəqəsi var idi. 1988-ci ilin sonlarında Lehvaz kəndinin 1002 nəfər sakini
erməni millətçiləri tərəfindən silah gücünə öz doğma yurdlarından qovulmuĢlar.
Lök (Vartanizor) kəndi
Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km Ģimal-Ģərqdə, Mığrı çayının
orta axınının sol sahilində yerləĢmiĢdir. Erməni mənbələrində Lök kəndi iki
hissədən: birincisi Lök, yəni AĢağı Lök və Yuxarı Lökdən (buraya Vartanizor və
Seyidlər kəndləri daxil olmuĢdur) ibarət kənd kimi göstərilir. Dəniz səviyyəsindən
1814 metr yüksəklikdə yerləĢir. 1831-ci ildə kənddə 136 nəfər, 1873-cü ildə 316
nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər
əhalisi olmuĢdur.
1918-ci ildə Andronikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı
kəndlərini dağıdıb yandırdıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən
257
Mığrı rayonunun azərbaycanlı kəndlərinə hücum edirlər. I Lök kəndində 100 tüstü,
II Lök kəndində 60 tüstü dağıtmıĢ və 200 nəfər əhali qırmıĢlar.
Lök (Vartanizor) kəndi bir neçə il sahibsiz qalmıĢ, xarabalığa çevrilmiĢdir.
Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra tədricən rayonunun
azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına qayıtmağa baĢlamıĢlar.
Vartanizor kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri
qayıtmıĢdır. 1926-cı ildə onların sayı 187 nəfərə, 1931-ci ildə 243 nəfərə çatmıĢdır.
Kəndə qayıtmıĢ didərginlər əvvəlcə dağıdılmıĢ yaĢayıĢ binalarını bərpa etməyə,
təsərrüfatı dirçəltməyə baĢlamıĢlar. Kəndlilər bağçılığı, meyvəçiliyi, taxılçılığı,
tərəvəzçiliyi inkiĢaf etdirərək qısa müddətdə özləri üçün güzaran yaratdılar. 1930-
cu illərdə kolxoz qurdular, üzüm və baĢqa meyvələrin tədarükü məntəqəsini
yaratdılar. Özləri üçün yeni yaĢayıĢ binaları tikdilər. Milli ayrı-seçkiliyə
baxmayaraq, kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino
qurğusu, məiĢət xidməti emalatxanası təĢkil edilmiĢ, tibb məntəqəsi açılmıĢdır.
1988-ci ildə kənddə 90 ev var idi, 600 nəfər azərbaycanlı əhali yaĢayırdı. 1988-ci
ilin noyabrında ermənilər rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla
həyata keçirdikləri cəza tədbirləri ilə kəndin min nəfərdən çox əhalisini, uĢaqlara,
qadınlara, qocalara məhəl qoymadan bir həftə ərzində qaçmağa məcbur etmiĢlər.
Kənddə kolxozun bütün mülkiyyəti, kolxozçuların evləri, bağları və ev əĢyaları
əllərindən alınmıĢdır.
Lök kəndinin toponimləri: Soyuq bulaq, Qara su, Kəspər çeĢməsi, Seyid
Əhməd çeĢməsi, Selaxulu çeĢməsi, Top yaylağı, Bəddə zəmi, Gen dərə,
Nəcəfxan dərəsi, Tuğut kəfĢəni və s.
Maralzəmi kəndi
Meğri rayon mərkəzindən 12 km Ģimal-qərbdə, Meğri çayının sol sahilində,
mənzərəli bir yerdə yerləĢmiĢdir. Kəndin ərazisində olan qədim tarixi abidələr bu
kəndin orta əsrlərdən mövcud olduğunu sübut edir. 1831-ci ildə kənddə 118 nəfər,
1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər əhali yaĢamıĢdır. 1905 və 1918-ci
ildə Maralzəmi kəndi bir neçə dəfə dağıdılmıĢ və yandırılmıĢ, kənddə yaĢayan
azərbaycanlılardan 1000 nəfərə yaxın insan daĢnaklar tərəfindən vəhĢicəsinə
öldürülmüĢ, yandırılmıĢ, meyitləri təhqir olunmuĢdur. 1918-ci ildə Maralzəmi
kəndinin sakinləri tamamilə deportasiya olunmuĢ, yalnız 4 ildən sonra qaçqınların
ilk dəstəsi - 66 nəfər kəndə qayıtmıĢlar. Ermənilər tərəfindən göstərilən ciddi
müqavimətə və törədilən əngəllərə baxmayaraq, Maralzəmi kəndinin sakinləri öz
doğma kəndlərində yenidən məskunlaĢmıĢ, ev-eĢik qurmuĢ, kolxoz təĢkil etmiĢ,
klub, kitabxana, rabitə Ģöbəsi, tibb məntəqəsi tikmiĢ, özlərinə gün-güzaran yarada
bilmiĢdilər. 1988-ci ilin noyabr ayında Ermənistan hökumətinin dövlət siyasəti
səviyyəsində təĢkil olunmuĢ, deportasiya aktı nəticəsində Maralzəminin 800-ə
yaxın sakini də öz doğma kəndlərindən didərgin salınmıĢlar.
258
Toponimləri: Xudayar çeĢməsi, Bəy çeĢməsi, Palan kürək dağı, Xəstə
dərə, Göy təpə, Ağ zəmi, Ölü zəmi təpəsi, Xak zəmi düzü, MüĢərrəf düzü,
Xudayar meĢəsi, Tarqulu yaylağı və s.
Nüvədi kəndi
Öz qəhrəmanlığı, kənd əhalisinin mübarizliyi ilə bütün Azərbaycana Ģərəf
gətirmiĢ, 3 ilə yaxın Ermənistan hökuməti ilə qəhrəmancasına mübarizə apararaq,
bütün təzyiq və hücumlara rəğmən təslim olmamıĢ, öz dəyanətini tarixə yazdırmıĢ
azərbaycanlı kəndidir. Azərbaycanlı kəndi olan Nüvədi Mığrı rayon mərkəzindən
26 km Ģimal-Ģərqdə Zəngəzur rayonu ilə sərhəddə yerləĢir. Nüvədi kəndi Qafqazda
ən qədim yaĢayıĢ mərkəzlərindən biridir. Bu kəndin sakini tədqiqatçı - yazıçı,
mərhum Həmzə Vəli Nüvədili kəĢf etdiyi və bütün ömrünü həsr edərək öyrəndiyi
Nüvədi kəndi yaxınlığında QarqadaĢı dağında tapılmıĢ qədim daĢ kitabələrin
üzərindəki Orxon-Yenisey yazılarından xeyli əvvəlki dövrə məxsus olan daĢ
kitabələr Nüvədi kəndinin qədim tarixindən xəbər verir. Nüvədidə 1831-ci ildə 291
nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1914-cü ildə 1072 nəfər
əhali yaĢamıĢdır.
1918-ci ilin sonlarında Andronikin daĢnak dəstələri Nüvədi kəndinə basqın
edərək, kəndi yandırıb dağıtmıĢ, nüvədililəri kənddən çıxarıb qovmuĢdur. Bu
hadisələr zamanı Nüvədi camaatının böyük bir hissəsi Araz çayını keçərək cənubi
Azərbaycana pənah aparmıĢ, Misən kəndində yerləĢmiĢlər. Kənd camaatının yalnız
bir hissəsi 1922-ci ildən baĢlayaraq, yenidən Nüvədiyə qayıtmıĢ, kəndi, təsərrüfatı
bərpa etmiĢdir. Nüvədi camaatının bir neçə tayfası Misən kəndində qalaraq oranın
daimi sakinlərinə çevrilmiĢlər.
Nüvədi kəndi və onun yaxınlığında mövcud olmuĢ Ernəzir və Tuqut
kəndləri 1929-cu ilə qədər Azərbaycanın Cəbrayıl qəzasının tabeçiliyində
olmuĢ, yalnız həmin il fevralın 18-də Zaqafqaziya MĠK rəyasət heyətinin
qərarı ilə Ermənistana verilmiĢdir. Onu da qeyd etmək lazımdır ki, həmin
qərar Azərbaycan Respublikası hökuməti tərəfindən yalnız Azərbaycan SSR
Ali Sovetinin Rəyasət Heyətinin 7 may 1969-cu il qərarı ilə təsdiq edilmiĢdir.
1930-cu illərin əvvəllərində Nüvədidə kolxoz qurulmuĢ, orta məktəb
açılmıĢdır.
Birinci Dünya Müharibəsində yüzdən çox nüvədili iĢtirak etmiĢ, onlardan
66 nəfəri geriyə qayıtmamıĢdır.
Nüvədi kəndi öz ziyalıları ilə tanınmıĢ qədim kəndlərimizdəndir. Nüvədi
kəndi Azərbaycan elminə 5 nəfər elmlər doktoru, 40-dan çox elmlər namizədi,
yüzlərlə ali təhsilli yüksək ixtisaslı ziyalı bəxĢ etmiĢdir. Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü Fikrət Əliyevlə, müxbir üzvü Faiq Cəfərov Nüvədi
kəndinin yetirmələridir.
259
1988-ci ildə ermənilər tərəfindən Qərbi Azərbaycanda yaĢayan 200 minə
yaxın soydaĢımızın öz dədə-baba torpaqlarından zorla deportasiya olunmasına
baxmayaraq, Nüvədi camaatı öz kəndlərini 1991-ci ilin avqust ayının 8-nə qədər
qoruyub saxlaya bilmiĢlər.
Nüvədi kəndi Qərbi Azərbaycanda bütün azərbaycanlı yaĢayıĢ məntəqələri
boĢaldıldıqdan sonra belə kəndin qəhrəman özünümüdafiə dəstəsinin əzmi
sayəsində 3 ilə yaxın bir müddətdə ermənilərə təslim olmadı. Yalnız baĢında Ayaz
Mütəllibovun və Viktor Polyaniçkonun dayandığı moskvapərəst Azərbaycan
hökumətinin xəyanəti və təslimçilik siyasətinin nəticəsində ermənilər Nüvədi
kəndini ələ keçirdilər.
Nüvədililər torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə
həmiĢə fəal olmuĢlar. Qarabağın azadlığı uğrunda Ģəhid olmuĢ Xəqani
Qurbanov, Orxan Hüseynov və Yanvar ġahməmmədov qəhrəman Nüvədi
torpağının yetirmələridirlər.
260
ƏLAVƏ 1
"Urud və Ġsgəndər qalası livalarının müfəssəl"
dəftərinə görə məskun və qeyri-məskun yerlərin
ADLARI
(1593-cü il)
XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ
keçirdikləri dövrdə tərtib olunan bu dəftər Ankarada "Tapu ve Kadastro Kuyum-i
Kadime ArĢivi"nde saxlanılır (199, vərəq 111a - 191a). Səhvən "Bəyazid
vilayətinin müfəssəl dəftəri"nə əlavə edilmiĢ bu dəftər tex. e.d. Akif
Muradverdiyevin və t. e. n. Hüsaməddin Məmmədovun yaxından köməkliyi ilə
2003-cü ildə Ankarada Türkiyə Dövlət arxivindən tapılmıĢ və əski əlifbadan
müasir Azərbaycan dilinə çevrilmiĢdir. Ġlk dəfə çap olunur.
Urud livası, Urud qəzası Urud nahiyəsi
1.
Urud
azərb. kəndi
(10 ailə)
2.
Tatev
erm. kəndi
(12 ailə)
3.
Tatev vəngi
erm. kəndi
(5 ailə)
4.
Süvari
azərb.kəndi
(dağıdılıb)
5.
Ağakəndi
azərb. kəndi
(dağıdılıb)
6.
ġataq
azərb. kəndi
(dağıdılıb)
7.
Tasudər məzrəsi
azərb.
(dağıdılıb)
8.
Lor
erm. kəndi
(11 ailə)
9.
Moris
azərb. kəndi
(dağıdılıb)
10.
Vəğadi
azərb. kəndi
(dağılıb)
11.
Vəğadi vəngi
erm. kəndi
(18 ailə)
12.
Kərətaq
erm.kəndi
(12 ailə)
13.
ġeĢiyer
erm.kəndi
(13 ailə)
14.
Xöd
azərb.kəndi
(dağıdılıb)
15.
Muradlı
azərb.kəndi
(dağıdılıb)
16.
ġənadiğ. Yaycı kimi tanınır
azərb. kəndi
(dağıdılıb)
17.
Nurs. Kürdlər kimi tanınır
azərb. kəndi
(dağıdılıb)
261
18.
ġame-misir
azərb. kəndi
(dağıdılıb)
19.
Crsəton. Kürdək (Küzdək) kimi tanınır
azərb. kəndi
(dağıdılıb)
20.
XoĢənan məzrəəsi.
Nurs kəndi yaxınlığındadır
azərb. kəndi
(dağıdılıb)
21.
Dərəbas
10 azər. ailəsi + 40 er. ailəsi
22.
ġame-altun
azərb. kəndi
(dağıdılıb)
23.
Xaçıngah
azərb. kəndi
(dağıdılıb)
24.
Til
azərb. kəndi
(dağıdılıb)
25.
Danzətap
azərb. kəndi
(dağıdılıb)
26.
Çinaq
azərb. kəndi
(dağıdılıb)
27.
Halizor
azərb. kəndi
(dağıdılıb)
28.
Yəhərbeli
azərb. kəndi
(dağıdılıb)
29.
Tərin
3 azər.ailəsi + 8 er.ailəsi
30.
Ġrmis
azərb. kəndi
(dağıdılıb)
31.
Purpur
azərb. kəndi
(dağıdılıb)
32.
Ağadi
erm. kəndi
(15 ailə)
33.
Qançı məzrəəsi. Üçtəpə yaxınlığındadır.
Dərəbas kəndinin əhalisi burada
əkinçiliklə məĢğuldur.
azərb. kəndi
(dağıdılıb)
34.
Xorendus
azərb. kəndi
(dağıdılıb)
35.
KeĢiĢ
azərb. kəndi
(dağıdılıb)
36.
Qutyel
azərb. kəndi
(dağıdılıb)
Dostları ilə paylaş: |