ÖN SÖZ ƏVƏZĠNƏ
Azərbaycanda "Zəngəzur" sözünü eĢitməyən adam, yəqin ki, yoxdur.
Azərbaycanda "Zəngəzur" sözü Naxçıvan, ġirvan, Qarabağ, Borçalı və s.
mahalların adları qədər qədim, ümumiĢlək, bir qədər də kövrəklik gətirən,
xatirələrə qaytaran sözdür.
Azərbaycanda hamı bilir ki, Zəngəzur Vətən torpağıdır, Azərbaycanda hamı
bilir ki, Zəngəzurun əzəli sakinləri biz - Azərbaycan türkləri, bizim ata-babalarımız
olmuĢlar.
Ancaq təəssüflər olsun ki, bizim Zəngəzur haqqında bilgilərimiz bu beĢ-üç
kəlmədən çox deyildir.
Təəssüflər olsun ki, biz Zəngəzurun tarixini, bu qədim torpağın
Azərbaycanın taleyində vaxtilə necə mühüm rol oynadığını kifayət qədər bilmirik.
Azərbaycan tarixĢünaslığında bəlkə də Zəngəzur qədər az öyrənilən bölgə yoxdur.
Sanki 1920-ci ildə Zəngəzuru Ermənistana bağıĢladıqdan sonra hansısa bir sehrli
çubuğun hökmü ilə hər Ģeyi birdən yaddan çıxardıq. Əvvəl Zəngəzurun yolunu
yaddan çıxardıq, sonra orada yaĢayan qan qardaĢlarımızı qəza-qədərin ümidinə
buraxıb onları amansız tale ilə üz-üzə qoyduq. Daha sonra isə Zəngəzuru yavaĢ-
yavaĢ unutduq, tarix qarĢısında, torpaq qarĢısında, babalarımızın ruhu,
balalarımızın sual dolu baxıĢlarının qarĢısındakı məsuliyyətimizi unutduq.
Nəsillər dəyiĢdikcə sifət cizgilərini, qədd-qamətini görmədiyimiz, yalnız
adını eĢitdiyimiz babalarımızdan uzaqlaĢdığımız kimi yadlaĢdıq Zəngəzurdan.
YadlaĢdıq və kökümüzü itirdik, manqurdlaĢdıq, genofondumuz dağıldı, cırlaĢdıq,
cılızlaĢdıq, bəsitləĢdik. Kökümüzü itirdik, bizi bir-birimizə bağlayan telləri dolaĢıq
saldıq, bir-birimizdən ayrı düĢdük, təkləndik, yenildik, adam saymadığımız,
düĢmənliyə də layiq bilmədiyimiz qapımızın nökərinə, ilxımızın mehtərinə
yenildik. Ötən 100-150 ildə ən gözəl torpaqlarımızı - Göyçəni, Zəngəzuru, Ġrəvanı,
Borçalını, Dərbəndi itirdik, Qarabağımız on beĢ ildir ki, ağlar qalıb.
Ġtirdiyimiz bəsdir! Özünə qayıtmaq və özününküləri qaytarmaq vaxtıdır!
Vaxtdır! Özümüzü tanımaq, kökümüzə qayıtmaq, təzədən dirçəlmək, ayağa
qalxmaq və yurda dönmək vaxtıdır.
Ġtirdiyimiz yurdlara qayıtmaq üçün isə ən birinci Ģərt təbii ki, yolu
tanımaqdır, itirdiyimiz rəddi, cığırı, izi tapmaqdır. Məhz ona görə mən bu kitabı
yazdım. DüĢünürəm ki, bu kitab Zəngəzura getmək istəyənlər üçün bir kompas,
mayak, xəritə rolunu oynayacaq, böyük Vətənimizin gözəl bir guĢəsi olan itirilmiĢ
torpağı tapmaqda hər kəsə yardımçı olacaq. O torpaqları qaytarmaq isə hamımızın
iĢidir! Müqəddəs borc, Ģərəf və ləyaqət məsələsidir. O günün gələcəyinə GünəĢin
əbədiliyinə inandığım qədər inanıram! O günə isə biz indidən hazırlaĢmalıyıq, bir
an da unutmamalıyıq ki, müqəddəs mübarizəmiz təkcə Qarabağla bitmir!
16
I HĠSSƏ
SĠRLĠ ÖLKƏ – ZƏNGƏZUR
ZƏNGƏZUR SÖZÜ NƏ DEMƏKDĠR?
Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi
tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi,
milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir.
Heydər ƏLĠYEV
Yerin, ərazinin adı onun tarixi, kimə məxsusluğu haqqında çox Ģey deyir.
Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, yaĢadıqları yerin
təbiətinə uyğun adlar düĢünüb tapırlar. Azərbaycanda (eləcə də Qafqazda) yapon
mənĢəli yer-yurd adlarına rast gəlmək mümkün deyildir. Ən azı ona görə ki, burada
heç zaman yaponlar yaĢamamıĢlar və heç bir azərbaycanlı da (erməni, yaxud gürcü
də eləcə) öz kəndinə qeyri-millətin dilində ad qoyası deyildir.
Bu mənada Azərbaycanın ən qədim, ən Ģöhrətli və ən baĢıbəlalı
torpaqlarından biri olan Zəngəzurun da adının mənasını Azərbaycan türkcəsində və
Azərbaycanın tarixi keçmiĢində axtarmaq lazımdır. Bu yolla getməyənlər səhv
edəcəklər, həqiqəti danmaq, haqqa böhtan atmaq yolu tutacaqlar. Necə ki, bəzi
erməni mənbələri bu səhvi edirlər. Əslində zamanın amansız hökmü ilə öz soy-
kökünü və əzəli vətənini itirmiĢ, baĢqa bir xalqın torpaqları hesabına özünə dövlət
yaratmıĢ, həmin torpaqlardakı min illik qəbirlərdə uyuyan baĢqa millətin kiĢilərini
öz dədə-babaları kimi qələmə vermək məcburiyyətində qalan köksüz bir millətin
baĢqa yolu da yoxdur. Əslində baĢqa və yeganə düzgün yol erməni xasiyyətinə,
daĢnak ideologiyasına əks olan həqiqət yoludur ki, bizim qonĢularımız bu yola
gəlmək üçün, görünür ki, bir xeyli tarixin dərsini oxumalı və yaĢamalı olacaqlar.
Bizim iĢimiz isə haqqa söykənməkdir, haqqı söyləməkdir.
Erməni alimləri "Zəngəzur" sözünün mənasını iki anlamda izah etməyə
çalıĢırlar. "Zanqe", yaxud "Zanqa" - "mağara" və "Zur" - "bərk səslənən"
(ermənilər özlərinin sevimli alətləri olan zurnanı da bu anlamda baĢa düĢürlər,
ancaq zurna aləti və sözü də ermənilərə məxsus deyildir, ərəblərdən gəlmədir:
"sur" - tütək sözündəndir. Məsələn: Ġsrafilin suru). Guya ki, Zəngəzurda çoxlu
kahalar və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir. Əslində bu
cür "izah" erməni yalanının əks-sədasından baĢqa, bir Ģey deyildir. Əvvəla ona
görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və
kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də
ermənilər yaĢayan baĢqa yerlərdə böyük bir regiona "bərk səslənən mağara" adı
vermirlər?
17
Ġkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu
sıldırım qayalı, baĢı qarlı dağlar, dərin dar dərələr, sıx meĢələr, kollu yamaclar və
çiçəkli alp çəmənlikləri vardır. Erməni alimləri isə yalnız mağaraları görüblər?!
Ġzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri "Zanqe", yaxud
"Zanqa" kimi səslənmir.
Nisbətən abırlı erməni alimləri bir qədər həqiqətə yaxın gələrək
"Zəngəzur" sözünü "Zanqe+dzor", yəni Zəngi dərəsi anlamında izah etməyə
çalıĢırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində
erməni mənĢəli termin ("dzor" - ermənicə "dərə" deməkdir) kimi vurğulamağa
cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə
də onların "dzor" sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt
"Zəngəzur" sözünü Zanqedzor Ģəklində iĢlətməyiblər.
Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaĢayan, öz igidliyi və
cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəliĢi ilə
bağlıdır. Ərəbcə "sur" daĢ-divar, qala, bürc deməkdir. Çox döyüĢkən və azadlıq
sevən bu tayfa ərəblərə qarĢı axıradək mübarizə aparmıĢ, Ģübhəsiz ki, bu illərdə
onlarca qalalar, istehkamlar tikərək, eləcə də, yerlərə xas olan təbii istehkamlardan
düĢmənə qarĢı mübarizə vasitəsi kimi istifadə etmiĢlər. Ömrünün sonunadək ərəb
xilafətinə qarĢı ardıcıl, amansız mübarizə aparmıĢ Babəkin Bəzz qalası yeniləndən
sonra Darvazatəpə dağında yerləĢən ġəki qalasına gəlməsi və məhz Zəngəzurdakı
ġəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması
epizodu da bu ərazilərin o dövrdə geniĢ döyüĢ meydanı olduğunu və Zəngəzurun
ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən
tarixi faktlardır.
Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoĢun baĢçıları və
dövlət xadimləri ilə məĢhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim
yaĢayıĢ məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan Ģəhəridir. Bu Ģəhərin
adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən Ģəkilçidir.) kimi tələffüz
edirlər. Ərəblərin bu ərazilərə gəliĢi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi
nəticəsində yazılı mənbələrdə Ģəhərin adı Zəncan kimi qeyd olunmağa baĢladı.
Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki
Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaĢayır və burada
zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə,
Zəngərik və s.).
Zəngilər bizim eranın əvvəllərində daha geniĢ areala səpələnməyə
baĢladılar. Qazaxıstana, Əfqanıstana, Ġrana və Qafqaza gələn zəngilər
məskunlaĢdıqları yerlərdə öz adları ilə bağlı Ģəhərlər, kəndlər salmağa, öz adlarını
çaylara, dağlara, dərələrə verməyə baĢladılar. Zəncan və Zəngəzur adından savayı,
zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə - Ərzincan,
Gürcüstanda - ZəngiĢamlı, Zəngənə, Azərbaycanda - Zəngilan, Sanqaçal,
Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), ZəngiĢalı (Ağdam
18
rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (Ġsmayıllı rayonu),
Ġrəvan mahalında - Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi"
komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniĢ arealda
yaĢamıĢ, bir yerdən baĢqa yerə köçmüĢ böyük və qüdrətli bir tayfanın adı ilə
bağlılığından xəbər verir.
Bəzi irandilli və erməni ədəbiyyatlarında zəngilərin guya kürd mənĢəli tayfa
olduqları iddia edilir. Bu fikrin heç bir elmi, tarixi və məntiqi əsası olmasa da,
müəyyən ideoloji yükü - antitürk, antiazərbaycan çaları olması gün kimi aydındır.
Əvvəla, kürdlər heç bir zaman belə geniĢ bir arealda məskun olmamıĢlar, nəinki
yaĢamamıĢ, heç bəlkə də adları çəkilən yerlərin bəzilərinə indiyə qədər belə kürd
ayağı dəyməmiĢdir. Necə deyərlər, kürd hara - Özbəkistan hara? Kürd hara -
Yardımlı hara? Ġkincisi, tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan
Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuĢ, sonra isə Səfəvilər
dövlətinin yaranmasında və inkiĢafında, eləcə də bəzi kürd üsyanlarının
yatırılmasında yaxından iĢtirak etmiĢlər. Məhz zəngilərin indiki Zəngəzur
ərazilərinə kütləvi köçü də Atabəylər dövründə baĢlamıĢ, Səfəvilərin hərbi
yürüĢlərində isə daha da güclənmiĢdir.
ġah Ġsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə
və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən
zəngi tayfalarının böyük rolu olmuĢdur. Əksinə, kürd tayfaları bu dövrdə
Səfəvilərlə daim müharibə Ģəraitində yaĢayan Osmanlı Türkiyəsinin təhriki və
dəstəyi ilə dəfələrlə qızılbaĢlara qarĢı üsyan qaldırmıĢ, qiyam etmiĢlər.
Orta əsr tarixi mənbələrinin ("Kitabi-Dədə Qorqud" (VII əsr) Mahmud
QaĢğari (Divani Lüğəti-it-Türk (XI əsr)), RəĢid əd Din (Oğuznamə (XIV əsr),
Əbdülqazi (ġəcəreyi-Tərakimə (XVII əsr) Ģəhadətinə görə oğuzlar 24 tayfaya
bölünür ki, onların da ən məĢhurlarından biri qayı (kayıq) boyudur (66, 17).
Qayı türklərinin məĢhur qəbilələri bunlardır: Qacar, avĢar, zülqədər, zəngənə,
çoban, baharlı, padar, ustaclı, lək, xəlilli, sorsor, Ģəfəq və s. Bu qəbilələrin
çoxusu səfəvilər dövlətinin yaranmasında yaxından iĢtirak etmiĢ, qəbilə baĢçıları
isə qızılbaĢların hərbi və inzibati rəhbərliyində geniĢ təmsil olunmuĢlar.
A.Bakıxanov zəngənə, xəlilli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı,
çıraqlı, təkəli, Ģamlı tayfalarının adlarını çəkmiĢ, onların türk tayfaları olduğunu və
Azərbaycanın müxtəlif bölgələrində məskunlaĢdığını göstərmiĢdir (123, 22).
Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının
dövründə Ġrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının
ictimai-siyasi fəallığının yüksəlməsi müĢahidə edilməyə baĢladı. Bu dövrdən
etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda
yayılmağa baĢladı.
Babək xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxĢı
tanıĢ olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan
silsilə daĢlardan ibarət landĢaftı ərəb səyyahlarının və alimlərinin diqqətində
19
müdafiə istehkamı-qala kimi qalmıĢdır. Eyni zamanda yaĢayıĢ məntəqələrinin
demək olar ki, hamısı qalalar Ģəklində tikildiyindən zəngi tayfalarının geniĢ arealda
yayıldıqları bu dağlıq ərazini ərəb səyyahları "Zəngisur - zəngilərin qalası"
adlandırmaqda tamamilə haqlı idilər. "Sur, sür" sözü (eləcə də sürü, sürəkli,
sürüĢmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daĢ hasar, qala
mənasını daĢıyır.
Kiçik Qafqaz sıra dağlarının mabədi və ən hündür dağ silsiləsi sayılan, daĢ
zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları,
qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan,
Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılması həm
tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə baĢa düĢüləndir.
Məlum olduğu kimi, "Zəngəzur" termini bir toponim kimi yazılı
mənbələrdə XIV əsrdən məlumdur (46). Bu dövrdə isə təkcə Zəngəzurda deyil,
eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Əmir Teymur,
Ağqoyunlu, Qaraqoyunlu və nəhayət, Səfəvilər dövlətlərinin tərkibində olan bir
müsəlman vilayətinə orada yalnız bir neçə kənddə yaĢayan ermənilərin ad
(Zanqedzor Ģəklində) verməsi qeyri-mümkün, qeyri-məntiqi və qeyri-inandırıcıdır.
Bu elə bir dövr idi ki, əksinə, ermənilər kütləvi surətdə türk dilini öyrənir, türk və
fars mədəniyyətini, mətbəxini mənimsəyirdilər, bir sözlə, məğlub və kiçik xalqların
özünüqoruma instiktinə uyğun olaraq, yalnız öz dinlərini və əlifbalarını qorumaq
hayında idilər.
Zəngəzur ərazisində xeyli sayda Sur (zür) topomorfantı ilə bitən digər
toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və
sıldırım qayalıqlarda yerləĢməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür,
Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil,
dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir (42, 236).
Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin ağalıq iddialarından
yaranan irili-xırdalı döyüĢ səhnələri ilə zəngin olan dağlıq bir ərazidə yaĢayıĢ
məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə
salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin demək
olar ki, hamısı belə bir landĢaftı olan ərazidədir. Digər tərəfdən, Zəngəzurun təbiəti
- qarlı, sərt Ģaxtalı qıĢı və kifayət qədər günəĢli yayı tələb edir ki, yaĢayıĢ
məntəqələri dərədə deyil, dağ döĢündə, qar uçqunu basmayan, sel, tufan tutmayan
yerlərdə, digər kəndlərlə nəqliyyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və
strateji baxımdan əlveriĢli olan yerlərdə salınsın.
Bu toponimin "Səngi-Sur" formasında izahı da maraq doğurur. Belə ki,
fars dilində "səng - daĢ, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır.
Zəngəzur sözü bu anlamda baĢdan-baĢa, daĢlı, qayalı yer, daĢların qala divarları
kimi düzüldüyü ölkə mənasını verir.
20
Zəngəzurda türk mənĢəli toponimlər
Zəngəzurdakı toponimlərdən danıĢarkən, qeyd etmək yerinə düĢərdi ki, bu
bölgədəki yer-yurd adlarının 90%-ə qədəri türk-müsəlman mənĢəlidir (46, 17).
Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. Qalın Ġç
Oğuz tayfaları bu dağlarda məskən salmıĢ, yaĢamıĢ, mübarizə aparmıĢdır. Bütün
türk xalqlarının qəhrəmanlıq eposu sayılan "Kitabi Dədə Qorqud"dakı
hadisələrin çoxu bu ərazilərdə baĢ vermiĢ və tarixin daĢ yaddaĢında, insanların qan
və gen yaddaĢında bu günə qədər öz əks-sədasını qoruyub saxlamıĢdır. "Kitabi
Dədə Qorqudun" X boyunda deyilir: "Əkrək dədə-baba, el yolu, yəni Gorus -
Əngələyüz - DərəĢam yolu ilə üç gün-üç gecə yortaraq Əlincə qalaya çatdı"
(75, 263).
Moisey Kalankatlı "Alban tarixi" əsərində yazırdı:
- V əsrin əvvəllərində Qor və Qazan adlı iki qardaĢ böyük ordu ilə gəlib
hərəsi Süninin bir kəndində məskən saldılar.
... Bir dəfə Babik hakimiyyətinin birinci ilində ova çıxır və öz viranə qalmış
torpağını seyr edir. Şalata çatanda o, bir təpəyə qalxır, həmin vaxt hardansa bir
ceyran çıxır və qaçıb torpaqla örtülmüş kilsənin üstündə durur. Babik həmin
təpəyə çatanda onun atının ayaqları torpağa girir. Babik atını düşdüyü dəlikdən
zorla çıxarır. Orada olanların hamısı vahiməyə düşürlər və torpağı qazaraq daş-
qaşla dolu qəşəng bir kilsə görürlər. Həmin gün böyük bayrama çevrildi. Buraya
çoxlu adamlar gəlməyə başladı. Burada olanların çoxu xəstəliklərdən sağaldı.
Babiki müşayiət edən Qor və Qazan adlı iki doğma qardaş dinlərini atıb xaçpərəst
oldular. Babik püşk atdı və Qorun baxtına Hot kəndi, Qazanın baxtına isə Şalat
çıxdı (81, 31).
Hot (Xot) indi də Gorus rayonunda kənd adıdır, ġələt isə çox güman ki,
Sisyan rayonundakı ġağat kəndidir.
Qədim erməni dilində və əlifbasında "l" hərfi olmadığından, onlar "1" səsini
"q", "ğ" kimi yazır və tələffüz edirdilər. Onu da qeyd etmək yerinə düĢərdi ki,
Sisyan rayonunda 1918-ci ilə qədər ġələk və bələk adlı azərbaycanlı kəndləri də
mövcud olmuĢdur. ġağat adlı erməni kəndi indi də qalmaqdadır.
Qazan - "Kitabi Dədə Qorqud" dastanının məĢhur qəhrəmanı Salur Qazan
xandır. Onun nə dilinin, nə milli mənsubiyyətinin heç bir araĢdırmaya və əlavə
izahata ehtiyacı yoxdur. Bunun üçün bir daha "Kitabi Dədə Qorqud"u oxumaq
kifayətdir.
Çox güman ki, Qorun qardaĢı Qazanın məskən saldığı kənd hal-hazırdakı
Qafan Ģəhəridir.
Qorun (qor - türk sözüdür, "igid", "cəsur" deməkdir) məskən saldığı kəndin
indiki Gorus (Qoroz, Qoris) Ģəhərinin olduğu ehtimalı tutarlı əsaslardan məhrum
deyildir.
21
"Kitabi dədə Qorqud"da mənfi personaj kimi verilən ġöklü Məlik də özgə
birisi deyil, Qazan xanla bir kökdən olan Oğuz - ġəkili, Saklı Məlikdir. ġöklü
(saklı) Məliyin kafir kimi verilməsi də baĢa düĢüləndir. Məlum olduğu kimi,
xristianlıq III əsrin sonlarında Qafqazda yayılmağa baĢlamıĢ, IV-V əsrlərdə isə
Zəngəzura (Sünikə) gəlib çıxmıĢ, lakin burada yaĢayan atəĢpərəstlər tərəfindən o
qədər də həvəslə qarĢılanmamıĢdır.
VI əsr Suriya tarixçisi Zaxari Ritor yazırdı: "Sisqan özünə məxsus dili və
dindar xalqı olan bir diyardır. Sisqan əhalisi baĢda hökmdar Vasak olmaqla
V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərirdi" (43, 220).
Albanların bir hissəsi (ġöklü Məlik, Saklı Sumbat) xristianlığı qəbul etmiĢ,
Bizansın maddi, mənəvi və hərbi dəstəyini qazanaraq regionda hökmran mövqe
tutmağa nail olmuĢlar. Xristianlığı qəbul etməyən tayfalar isə VII və VIII əsrlərdə
islamı qəbul edərək tədricən müsəlmanlaĢmıĢ, öz xristian yurddaĢlarını münaqiĢə
zamanı "kafir", sülh, əmin-amanlıq dövründə isə "din ayrı qardaĢ"
adlandırmağa baĢlamıĢlar.
Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni tayfaları, xüsusilə qayı
türklərin qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə
bağlı yüzlərlə toponim vardır (46). Sisyan, Qafan və Gorus rayonlarının da bir neçə
Baharlı kəndinin olmasını məhz eyni adlı tayfanın bu ərazidə geniĢ yayılması ilə
izah etmək mümkündür.
Qafan rayonundakı Qacaran, AvĢarlı, Çullu, Xələc, Çobanlı; Gorus
rayonundakı Bayandur, Sisyan rayonundakı Baharlı, Uz, Murxuz, Zabahadur
kəndlərinin adları məhz 24 oğuz tayfaları ilə əlaqədar olan topomorfantlardır (76,
89).
Sisyana (eləcə də bütövlükdə Kür - Araz arasına) bu yerlərdə uzun illər
bundan öncə həmiĢəlik möhkəmlənmiĢ və bəlkə, bu gün də mövcud olan əksər
tayfa və törəmələrin (etnosun) təĢəkkülündə əhəmiyyətli rol oynayan sakların və
kimmerlərin (saqa və qəmərlər) gəliĢi bizim eradan əvvəl VII əsrə təsadüf edir.
Zamanın küləkləri həmiĢə xəzan yarpaqları kimi insan axınını, ayrı-ayrı tayfa və
qəbilələri, bütöv xalqları ordan-bura, burdan-ora qovmuĢdur.
Məhz belə küləklərdən biri də 2700 il əvvəl Qara dənizin Ģimal sahillərində
tufan qopararaq sak tayfalarını üzü cənuba teyləmiĢdir (89,19).
Türk dilli sak tayfaları baĢqa bir türk dilli tayfaları (kimmerləri) Cənubi
Qafqaza, oradan da Ön və Cənubi Asiyaya qovdu. Saklar çox idilər və
Tatarıstandan üzü Anadoluya səpələnmiĢdilər. GeniĢlik axtaran bu cəngavər tayfa
öz qonĢularını, nisbətən azsaylı kimmerləri cənuba sıxıĢdıraraq öz
mövcudiyyətlərinin hüdudlarını geniĢləndirməyə baĢladı.
Beləliklə, Cənubi Qafqaza, Ön və Cənubi Asiyaya gələn kimmerlər və
saklar burada möhkəmlənərək (digər tayfalarla birlikdə) azərbaycanlı-türk
etnosunun formalaĢmasında mühüm rol oynadılar.
22
Maraqlıdır ki, kimmerlər ərməni (əsasən Van gölü ətrafında məskunlaĢmıĢ
ərmənlərin - bunlar haylar deyillər!) etnosunun formalaĢmasında da iĢtirak
etmiĢlər.
Saqa və qəmərlərlə bağlı yer-yurd adları da Zəngəzurda kifayət qədərdir.
Sisyan rayonunda Sisyan, ġəki, ġükər, Püsək, Gomur, Qafan rayonunda
Gomaran yaĢayıĢ məntəqələri məhz sak və kimmerlərlə bağlı tarixi sirləri
indiyədək gizləyib saxlamıĢ, lakin bizim öz tariximizə qarĢı olan ənənəvi
biganəliyimiz ucbatından öyrənilməmiĢ, yad əlinə, yağı tapdağına keçmiĢ milli-
mənəvi itkilərimizdəndir.
Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar, yaycı, sofulu, saral,
Dostları ilə paylaş: |