xanı Hüseynqulu xan və onun qardaĢı Həsən xan axıra qədər ruslara
müqavimət göstərdilər, mərdliklə vuruĢdular. Gürcü əsilli rus generalı
Sisianovla Cavad xanın məktublaĢması bu baxımdan çox ibrətamizdir (42,
571; 572).
Gəncədə yaĢayan ermənilər bu dəfə də xəyanətkar mövqe tutdular. Onlar
erməni əsilli rus zabiti Lazerevə məktub yazaraq bütün Gəncə ermənilərinin
rusların yolunu səbirsizliklə gözlədiklərini bildirdilər və hər cür casusluq
fəaliyyətləri ilə rus qoĢunlarının hücumuna yardımçı oldular (42, 573).
1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay müqaviləsi imzalandı. Bu
müqaviləyə görə Qarabağ xanlığının Rusiyanın tabeçiliyinə keçməsi ilə
əlaqədar olaraq, xanlığın qərb hüdudlarını təĢkil edən Zəngəzurun böyük bir
hissəsi (yalnız Meğri rayonu istisna olmaqla, çünki Meğri rayonu Naxçıvan
xanlığının tərkibində idi) 1805-ci ildə Rusiyanın tabeliyinə verildi.
1806-cı ildən baĢlayaraq, Rusiya-Ġran müharibəsi yenidən qızıĢdı. Rus
generalı P.Kotlyarevskinin qoĢunları Ġran Ģahzadəsi Abbas-Mirzəni bir neçə
cinahda məğlub edərək ġəki, ġirvan və TalıĢ xanlıqlarını tutdu, 1813-cü il
yanvarın 1-də Lənkəran qalası süqut etdi.
1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və Ġran
arasında ikinci sülh müqaviləsi – Azərbaycanın iki imperiya arasında bölünməsinin
əsasını qoyan, tarixə Gülüstan müqaviləsi kimi daxil olan sənəd imzalandı.
Lakin yenə də sülh olmadı. Ġran Ġngiltərənin təhriki ilə 1826-cı ildə
müharibəni yenidən qızıĢdırdı, Gəncəni, Lənkəranı, ġirvanın bir hissəsini,
Qarabağı tutaraq ġuĢa qalasını mühasirəyə aldı. Elə həmin ilin yayında kömək alan
rus qoĢunları həlledici hücuma keçərək Ġran qoĢunlarını geriyə oturtdular. Ən qanlı
döyüĢlər isə Ġrəvan xanlığı ərazisində gedirdi. Ġrəvan sərdarı Məmmədqulu xan
və onun qardaĢı Həsən xan qəhrəmanlıqla müqavimət göstərirdilər.
117
Lakin Ġrəvanda, xüsusilə Eçmiədzində yaĢayan ermənilər xəyanətkar mövqe
tutaraq rusların xeyrinə casusluq etməyə, yol və keçidləri onlara göstərməyə,
Ġrəvan qalasının daxilindəki hərbi sirri öyrənib çuğullamağa, eləcə də qala
müdafiəçiləri arasında ruh düĢkünlüyü yaratmağa baĢladılar (132, 95). 1827-ci il
martın 13-də rus qoĢunları Eçmiədzinə daxil oldular. General Paskeviçin
komandanlıq etdiyi çar ordusunun hissələrini Eçmiədzin baĢda arxipast Nerses
olmaqla, Ģadyanalıqla qarĢıladı, onların ayaqları altında qurban kəsildi.
"Yaşasın Ermənistanın hökmdarı və padşahı I Nikolay!" şüarları səsləndi
(78, 10).
Paskeviçin qoĢunları iyunun 26-da Naxçıvanı tutdular, iyulun 7-də isə
Abbasabad qalası süqut etdi. Bundan sonra Paskeviç Sərdarabad qapısını
mühasirəyə aldı. Ġrəvan sərdarı Hüseynqulu xanın müdafiə etdiyi Sərdarabad
qalası 6 ay müqavimət göstərsə də, rus toplarının və erməni xəyanətinin qarĢısında
davam gətirməyərək 1827-ci il sentyabrın 20-də süqut etdi, oktyabrın 1-də isə
Ġrəvan qalası xaç yürüĢünün sonuncu qurbanlığı oldu.
Rus ordusunun bu qalibiyyətli yürüĢündə xüsusi xidmətlərinə görə
Eçmiədzin arxiyepiskopu Nerses "Müqəddəs Aleksandr Nevski" ordeni ilə
təltif olundu (78, 16). Ordeni keĢiĢə təqdim edərkən general Paskeviçin ona dediyi
sözlər erməni kilsəsinin və xristian həmrəyliyinin təsdiqi kimi səslənmiĢdir:
"Nerses həzrətləri, erməni arxiyepiskopu! Lap çoxdan bəri və bir çox hallarda siz
Rusiyaya, xüsusilə də, iranlılarla indiki müharibədə özünüzün çox gözəl
sədaqətinizi göstərmisiniz" (78, 16).
ERMƏNĠLƏRĠN QAFQAZA KÖÇÜRÜLMƏSĠ.
Tarix heç nəyi silmir.
Heydər ƏLĠYEV
1828-ci il fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı, Rusiya və
Ġran arasındakı yeni sərhədlər müəyyənləĢdi, Azərbaycan torpaqlarının Arazdan
Ģimalda yerləĢən əraziləri Rusiya imperiyasına qatıldı.
Rusiya ilə Türkiyə arasında 1829-cu ildə Adriopol sülh müqaviləsi
imzalandı. Rusiya Türkiyənin Ģərqindəki ərazilərə sahib oldu. Bununla da
Rusiyanın Qafqazın iĢğalına yönəlmiĢ yüz ildən artıq davam edən iĢğalçılıq
siyasəti imperiyanın yeni torpaqlar əldə etməsi ilə tamamlandı. Ancaq, çox
təəssüflər olsun ki, Rusiyanın Qafqaz xalqlarına pisliyi onların torpaqlarını qəsb
etməklə tamamlanmadı.
Bir var - baĢqasının gül-çiçək bitirən məhsuldar torpağını alasan, ona Ģərik
çıxasan, yaxud tamamilə mənimsəyəsən, - bu hələ dərdin yarısıdır. Bir də var, -
qəsb etdiyin barlı-bərəkətli torpağı ĢoranlaĢdırasan, gül-çiçək bitirən torpaqları
Ģumladıb, orada çayır əkəsən, qaratikan basdırasan, qanqal toxumu səpəsən. Məhz
118
ruslar Ġrandan və Türkiyədən erməniləri köçürüb Qafqaza gətirməklə bu torpaqlara
qanqal toxumu, bu xalqların arasına isə nifaq toxumu səpdilər. Bu siyasət Rusiya
imperiyasının "parçala və hökm sür" ideyasının təzahürü, xalqları parçalamaqla,
onları qarĢı-qarĢıya qoymaqla əyalətlərdə idarəçiliyi asanlaĢdırmaq, ekspansionist
dövlətin nüfuzunu qoruyub-saxlamaq siyasəti idi. Məhz ermənilər bu siyasət üçün
çar Rusiyasına çox lazım idilər. Ġndinin özündə də, Qafqaz xalqları ermənilərin
səmimiyyətinə inanmırlar, ermənilərin də Qafqazda yaĢayan heç bir xalqla, istər
müsəlman, istərsə də xristianlarla mehriban münasibəti yoxdur. Çünki ermənilər
Qafqaza gələndən, fitnə-fəsad salmaqla, qırğın törətməklə, terror etməklə, yerli
əhalinin rahatlığını əlindən alıblar.
Onlar həmiĢə gah Azərbaycana, gah Gürcüstana torpaq iddiası irəli
sürüblər. Gah ġimali Qafqazı, gah da Krımı erməni torpaqları elan etmək fikrində
olublar. Ġndi də bu iddialar davam etməkdədir.
Rusiya imperiyasına isə sərhəddə belə xristian əhalisinin olması əlveriĢli idi.
Lakin Qafqazın rus ekspansiyası baĢa çatanda burada yaĢayan ermənilərin
sayı olduqca az idi.
Buna görə də Qafqazda parçalayıcı faktor kimi, ermənilərin çoxalması
lazım idi.
Bu ideya uzun əsrlər boyu öz dövlətçiliyini itirmiĢ erməni siyasətçilərinə
Qafqazda erməni dövləti yaratmaq üçün müəyyən ümidlər verirdi. Ona görə də
erməni zabitləri, din və siyasət xadimləri Qafqazın iĢğalında Rusiya dövlətinə hər
cür yardımlar göstərmiĢdilər. Heç təsadüfi deyildir ki, Rusiya-Ġran müharibəsində
çar qoĢunlarının tərkibində erməni əsilli zabitlər - Lazarev, Arqutinski, Melikyan,
Hamazyan, Korqanyan və s. çox fəal Ģəkildə iĢtirak etmiĢlər.
Bu da təsadüfi deyildir ki, Ġrandan ermənilərin Qafqaza köçürülməsinə
rəhbərlik etmək erməni əsilli çar zabiti Ġvan Lazarevə tapĢırılmıĢdı (78, 18).
Rusiya və Ġran arasında bağlanmıĢ Türkmənçay sülh müqaviləsinin 15-ci
bəndinə uyğun olaraq, müqavilə bağlanandan 15 gün sonra Ġranın Xoy, Salmas,
Marağa, Ərdəbil, Təbriz və s. xanlıqlarından ermənilər Azərbaycan torpaqlarına,
əsasən Naxçıvan, Ġrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülməyə
baĢladılar. Təkcə 1828-ci il ərzində Ġrandan Azərbaycan xanlıqlarına 35566 nəfər
erməni köçürülmüĢdür (132, 160).
Əgər köçürülməyə qədər Ġrəvan və Naxçıvan xanlıqlarının ərazisində 25151
nəfər erməni yaĢayırdısa, köçürülmənin ikinci ilində bu rəqəm 82377-yə qədər
yüksəldi. 1830-cu ildə isə artıq 100000 nəfər erməni Türkiyənin, Van, Bitlis, MuĢ,
Ərdahan, Qars, Ərzurum Bəyazit vilayətlərindən Gəncə, Ġrəvan və Qarabağ
xanlıqlarının ərazilərinə köçürüldü.
Bu köçürülmələrin nəticəsində Qafqazda ermənilərin sayı 10 dəfədən artıq
yüksəldi. 1831-ci ildə Qafqazda yaĢayan 161 min ermənidən 125 mini 1828-31-
ci illər Ġrandan və Türkiyədən köçürülənlər idi.
119
Ġrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam
etdi, bu axın 1853-1856, 1877-1878-ci illərdə və 1894, 1896-cı ildə daha da
gücləndi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə
artıq Qafqazda 1148673 nəfər erməni yaĢayırdı (132, 160).
Rus tədqiqatçısı N.Ġ.ġavrov 1911-ci ildə nəĢr etdirdiyi "Zaqafqaziyada rus
iĢinə yeni təhlükə" adlı kitabında yazırdı: "1826-1828-ci illər müharibəsindən
sonrakı iki ildə, 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min Ġran ermənisi,
84600 Türkiyə ermənisi köçürülmüĢdür və onlar erməni millətinin cüzi olduğu
Yelizavetpol və Ġrəvan quberniyalarının ən yaxĢı torpaqlarında yerləĢdirilmiĢdir.
Ġndi Qafqazda yaĢayan 1.300 min ermənidən bir milyonu yerli deyildir, bizim
tərəfimizdən bu yerlərə gətirilməlidir" (174, 59).
...1805-ci ilin 15 mayında Rusiya ordusunun baş komandanı Qarabağlı
İbrahim xan ilə görüşərək Müqavilə imzaladılar. Həmin müqaviləyə görə Qarabağ
xanlığı ildə 10 min qızıl onluq xərac verməklə Rusiyanın təbəəçiliyini qəbul etdi.
500 rus soldatı Şuşa qalasında yerləşdirildi... (A. Bakıxanov, "Gülüstani-
Ġrəm").
Köçürülən ermənilərin məskunlaĢması, yeni ərazilərdə kök salması və
icmaya çevrilməsi üçün istər Rusiya çar hökuməti, istərsə də erməni kilsəsi
tərəfindən lazımi Ģərait yaradılırdı. Bütün köçürülmə xərcləri Rusiya tərəfindən
ödənilir, köçürülən ermənilərə ən münbit, bərəkətli və suvarılan torpaqlar ayrılır,
onlar 6 il müddətinə bütün vergilərdən azad olunurdular. Kənd əhalisinə pulsuz
toxum, mal-qoyun, kənd təsərrüfatı alətləri verilir. Sənətkarlar və tacirlər isə əsasən
Ģəhərlərdə yerləĢdirilir, iĢlə təmin olunur, onlara özəl fəaliyyətlərini qurmaq üçün
faizsiz kreditlər verilirdi.
Ġrandan və Türkiyədən gələn ermənilər əsasən Ġrəvan və Naxçıvan
xanlıqlarının Rusiya-Ġran müharibəsi zamanı dağıdılmıĢ müsəlman kəndlərində
yerləĢdirilirdilər. Belə kəndlərin sayı 500-dən çox idi (69, 255).
Bəzi hallarda isə gəlmə ermənilər yerli ermənilərin yaĢadığı balaca
kəndlərdə yerləĢdirilərək əlavə evlər tikməklə həmin kəndlərin böyüdülməsini və
bölgədə nüfuzlu yaĢayıĢ məntəqələrinə çevrilməsini təmin edirdilər.
Üçüncü halda isə ermənilərin məskunlaĢması yeni yaĢayıĢ məntəqələrinin
salınması ilə müĢahidə olunurdu.
Qarabağ xanlığına köçürülən ermənilərin bir hissəsi Zəngəzurda
məskunlaĢdı.
Rusiyanın Ġrandakı səfiri tanınmıĢ yazıçı-publisist A.Qriboyedov Ġrandan
Azərbaycana köçürülən ermənilər haqqında belə yazırdı: "Köçürülən ermənilərin
çox hissəsi müsəlman mülkədarların torpaqlarında yerləĢdirilir ki, bu da
müsəlmanların haqlı narazılığına səbəb olur. Müsəlmanlar qorxurlar ki, ermənilər
bu torpaqlarda möhkəmləndikdən sonra onların özlərini çıxardacaqlar". Təəssüf ki,
Qriboyedovun bu sözləri sonradan həqiqətə çevrildi (124, 32).
120
Zəngəzurun Sisyan və Meğri rayonlarında əsasən Ġrandan, Qafan və Gorus
rayonlarında isə Türkiyədən gəlmiĢ ermənilər yerləĢdirilirdilər.
...Sisianovun öldürülməsindən sonra Qarabağlı İbrahim xan farslarla
dostluğunu bərpa edərək onların köməkliyi ilə Rusiyanın təbəəliyindən çıxmağa
çalışdı.
Onun oğlu Əbülfət xan öz qoşunu ilə Kafan tərəfdən Şuşanın altına gəldi.
Mayor Lisaneviç 1221-ci (1806) il iyunun 2-də gecə yarısı Şuşa qalasının
yaxınlığında düşərgə salmış İbrahim xanı və onun arvadını (şəkili Səlim xanın
bacısı), oğlunu, qızını, çoxlu sayda tərəfdarlarını və xidmətçilərini öldürdü.
General-mayor Mehdiqulu ağa atasının yerinə Qarabağ xanı təyin edildi.
Əbülfət xan Ataulla xan Şahsevənlinin köməkliyi ilə Cəbrayıllı tayfasını və
digər qarabağlıları başına yığaraq dağlara çəkildi. Lakin Cəfərqulu ağa rus
qoşunları ilə birlikdə onları təqib edərək Kafan yaxınlığında darmadağın etdi... (A.
Bakıxanov, "Gülüstani-Ġrəm").
Zəngəzura köçürülən ermənilər Sisyan rayonunda Əlili, ġəki, Əngələvid,
Bələk, ġağat, Təzəkənd, Uz, Ġlizin, Ağkənd, Məzrə, Qarakilsə kəndlərində
yerləĢdirildi (164, 89). Bu kəndlərdən ġağat istisna olmaqla, hamısı azərbaycanlı
kəndləri idi. Sonralar bu kəndlərin taleyi çox acınacaqlı oldu. 1905-ci ildə
ermənilərin xəyanətkar hücumlarına məruz qalan bu qarıĢıq kəndlərin azərbaycanlı
əhalisinin hamısı 1918-ci ildə deportasiya olundu. Sovet hakimiyyəti qurulduqdan
sonra yalnız ġəki kəndinin camaatı öz dədə-baba yurdlarına qayıda bildilər. Qalan
kəndlər isə tamamilə erməniləĢdilər, sonralar isə bu kəndlərin hamısının adları
dəyiĢdirildi: Əlili - Salvard, Təzəkənd - Tasik, Ġlizin - Lçen, Ağkənd -
AĢotavan, Qarkilsə -Hatsavan adlandırıldı.
Qafan rayonuna köçürülən ermənilərin bir hissəsi azərbaycanlılar yaĢayan
kəndlərə (Kilsəkənd, Maqauz, Baydax, Sirkətas, Zeyvə, AĢağı Dortnu, Bıx), bir
hissəsi erməni kəndlərinə (Aqarak, Ağvani, AĢağı Hand, Aracazor, Arsevanik,
Lernazor, Bağaburc, Sevakar və s.), bir hissəsi isə Qafan və Qacaran qəsəbələrində
yerləĢdirilmiĢlər. Qafan rayonunun ermənilər köçürülən azərbaycanlı kəndlərinin
də son taleyi Sisyan rayonundakı kimi olmuĢdur. Bu kəndlərin azərbaycanlı əhalisi
1905 və 1918-ci ildə soyqırıma və deportasiyaya məruz qalmıĢ, kəndlərin adları isə
aĢağıdakı kimi erməniləĢdirilmiĢdir:
Kilsəkənd - SraĢen, Maqauz - Kaxnut, Gitqum - Geğanum, Zeyvə -
Davit bek, AĢağı Dortnu -AntraĢad, Sirkətas - Xıdrants, Axtaxana - Xiataq.
Ġrandan və Türkiyədən köçürülən ermənilər Meğri rayonunun Meğri
qəsəbəsinə, azərbaycanlılar yaĢayan Astazur və Vahravar kəndlərinə, ermənilər
yaĢayan Qarçevan, Quris, Qudemins kəndlərinə köçürülmüĢlər. XX əsrin
əvvəllərində Astazur kəndi (1935-ci ildə adı dəyiĢdirilib ġvanidzor qoyulmuĢdur),
30-cu illərdə isə Varhavar kəndi tamamilə erməniləĢdirilmiĢdir.
...Qızılbaşlar gəlib Araz çayından keçdikləri zaman (15 iyun 1826) çayda
çimən bir neçə qazağı öldürdülər. Qarabağlıların məsləhət və məşvərəti ilə,
121
oradan Gorusdakı batalyonun üzərinə yeridilər. Batalyona da hökm olunmuşdu ki,
durmadan və ləngimədən Qalaya (Şuşaya) hərəkət etsinlər. Gorunzur yaxınlığında
qızılbaş qoşununa rast gəldilər. Orada müharibə oldu. Soldatlara macal
vermədilər. Bəzisini iti qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə saldılar.
...Polkovnik Nazimkanı və mayor Kovalenskini, sair zabit və əsir edilən
soldatlarla Fətəli şahın hüzuruna göndərdilər... (Mirzə Camal Qarabağlı,
"Qarabağ tarixi").
Gorus rayonuna köçürülən ermənilər köhnə Gorusda (azərbaycanlılar və
ermənilər qarıĢıq yaĢamıĢlar), azərbaycanlı kəndləri olan Xanazax, Yayıcı,
Xonzavar, Mağ və ġahverdilər kəndlərinə köçürülmüĢlər. Sonralar bu kəndlərdən
Xanazax kəndi məhv edilmiĢ, qalan kəndlər isə erməniləĢdirilmiĢdir. Yaycı kəndi
Qarjis, Qaladərəsi - Qalidzor, ġahverdilər - BaĢaracur adlandırılmıĢ, Mağ
kəndi isə Yerisatum erməni kəndi ilə birləĢdirilmiĢdir.
Bu qədər ermənilərin köçürülüb gətirilməsinə baxmayaraq, XIX əsrin
sonlarına qədər bölgədə erməni azərbaycanlı nisbəti yenə də azərbaycanlıların
xeyrinə olmuĢdur.
1886-cı ildəki statistik məlumatlara görə Zəngəzurdakı 326 kənddən yalnız
81-i erməni kəndi olmuĢdur.
1908-ci ildə Yelizavetpol quberniyası üzrə əhalinin siyahıya alınması
sənədlərində Zəngəzur qəzasının əhalisi 294753 nəfər olduğu göstərilir. Bunlardan
197066 nəfəri (67%) müsəlman, 97204 nəfəri (32,9%) erməni-qriqorian, 483 nəfəri
(0,1%) isə digər dinə mənsub insanlar olmuĢlar (160).
Ġrəvan quberniyasının Ġrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol
qəzalarındakı, Gəncə quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarındakı
2310 yaĢayıĢ məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuĢdur (206, 162).
1986-cı ildəki məlumata görə Ermənistandakı erməni kəndlərinin 70%-dən
çoxu 1828-ci ildən sonra salınmıĢ, yaxud bərpa edilmiĢ kəndlərdir.
ZƏNGƏZURDA ERMƏNĠ-TÜRK QIRĞINLARI
(1905-1906 və 1918-1920-ci illər)
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi
qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb, məhv
edilmişdir.
Heydər ƏLĠYEV
Rusiyanın Qafqazda möhkəmlənməsi, köhnəlmiĢ Osmanlı və Ġran
imperiyalarının tənəzzülü XIX əsrin sonlarında ermənilərin separatçılıq
meyllərinin daha da güclənməsinə səbəb oldu. Mifik "Böyük Ermənistan"
122
ideyasından bir an da olsun əl çəkməyən avantürist erməni siyasətçiləri ġərqi
Anadolu və Qafqaz torpaqlarında erməni dövləti yaratmaq planlarını reallaĢdırmaq
məqsədilə siyasi təĢkilatlar yaratmağa baĢladılar.
Təxminən bu dövrlərdə bir sıra Avropa ölkələrinin və Rusiyanın ideoloji
silah kimi iĢləyib hazırladığı "erməni məsələsi" deyilən bir siyasi avantüra ortaya
çıxdı. Guya ki, Türkiyə ərazisində yaĢayan ermənilərin hüquqi təminatlarının
yaradılması məqsədi daĢıyan "erməni məsələsi" əslində Osmanlı imperiyasını
dağıtmaq üçün düĢünülmüĢdü. Türk tədqiqatçısı və tarixçisi Ġsmət Binark yazırdı:
"Erməni məsələsi" "ġərq məsələsi"nin tərkib hissəsi olaraq XIX əsrin ikinci
yarısında ortaya atılmıĢ və 13 iyun 1878-ci il tarixli Berlin konfransında
rəsmiləĢmiĢdir. ...Bu konfransın qətnaməsi, əslində, osmanlı Türkiyəsini içəridən
dağıtmaq məqsədi güdürdü (73, 6;7).
1885-ci ildə Ġstanbulda "Armenakan" adlı inqilabçı-separatist təmayüllü
erməni partiyası yaradıldı. Onun ardınca eyni məqsədə xidmət etmək üçün 1887-ci
ildə Cenevrədə "Qnçak", 1890-cı ildə isə Tiflisdə "DaĢnaksütun" partiyaları
fəaliyyətə baĢladı.
Hər üç erməni partiyasının nizamnamə və proqram sənədlərində ali məqsəd
olaraq "Böyük Ermənistan" dövlətini qurmaq məsələsi qarĢıya qoyulmuĢ, bu
məqsədə çatmaq üçün isə bütün vasitələrdən, o cümlədən, inqilab, silahlı üsyan və
terror üsullarından istifadə etməyin mümkünlüyü qeyd olunmuĢdu (135, 48; 49).
Həmin partiyaların proqramları indiyədək arxivlərdə qalır, "DaĢnaksütun"
partiyası isə hələ də fəaliyyət göstərməkdədir. Min təəssüf olsun ki, mələk donu
geymiĢ qərb dünyası indinin-indisində belə həmin partiyaları terrorçu elan etmir,
həmin qeyri-humanist ideyaların daĢıyıcıları olan bugünkü terrorçu erməni
qüvvələri "görmür", nə Əfqanıstan dağlarındakı kaha və mağaralarda mikroskopla
terrorçu axtaranlar, nə də Çeçenistan meĢələrində "mücahid" ovuna çıxanlar on beĢ
ilə yaxın bir müddətdə Azərbaycanda 20 min dinc əhalini qətlə yetirən, 1 milyon
adamı soyqırıma və deportasiyaya məruz qoyan, faktla sübuta yetirilmiĢ 40-a yaxın
terror əməliyyatı həyata keçirmiĢ və Azərbaycan torpaqlarının 20%-ni iĢğal etmiĢ
Ermənistan respublikasını terrorçu dövlət kimi tanımaq istəmirlər.
Ancaq ötən 100-150 ilin acı təcrübəsi göstərmiĢdir ki, dünyada
ermənilər qədər separatçı, dağıdıcı və məkrli niyyətlərə xidmət edən ikinci bir
ictimai-siyasi qüvvə yoxdur.
Yenə də tarixə qayıdaq və milli faciələrimizin xronologiyasına Zəngəzur
torpaqlarının acınacaqlı taleyinin nümunəsində bir daha nəzər salaq.
Türkiyədə XIX əsrin sonlarında ermənilərin separatçılıq meyllərinin
artmasına baxmayaraq, Osmanlı dövləti bu ideyanın geniĢlənməsinə imkan
vermədi. Türkiyədə erməni dövlətini yaratmaq ideyasının baĢ tutmayacağını dərk
edən erməni siyasətçiləri çar Rusiyasının xristian təəssübkeĢliyinə arxalanaraq bu
separatçı, Ģovinist ideyanı Qafqaza transformasiya etdilər.
123
21 fevral 1914-cü il. Türkiyə. Qarsda və Ərdahanda erməni quldur
birləşmələri 30000 insanı - etnik türkləri öldürmüşlər. Onlar körpələri analarının
əlindən alıb tonqala atırdılar. İnsanlar qətlə yetirilməzdən əvvəl onlara vəhşicəsinə
işgəncə verirdilər. Bu qətllərin bilavasitə təşkilatçılarından biri kölgəyə çəkilən
"Hnçak" erməni terror təşkilatının ideoloqu, Türkiyə parlamentinin deputatı
Stepan Ter-Danielyan olmuşdur. (Müxtəsər xronoloji Ensiklopediya).
XX əsrin əvvəllərində "DaĢnaksütun" partiyası öz terrorçu Ģəbəkəsini
geniĢləndirməyə və fəaliyyətini gücləndirməyə baĢladı. Ermənilər açıq-aydın baĢa
düĢürdülər ki, istənilən halda ermənilərin azlıq təĢkil etdiyi bir bölgədə erməni
dövləti yaratmaq mümkün olmayacaqdır (135, 51). 1828-ci ildən sonra Qafqaza
Ġrandan, Türkiyədən, Suriyadan, Livandan bir milyona qədər erməni köçürülüb
gətirilməsinə baxmayaraq (174, 64), Qafqazda erməni-azərbaycanlı nisbəti 1:10-a
nisbətində idi.
XX əsrin əvvəllərində Ġrəvan və Yelizavetpol quberniyalarında, Tiflis
quberniyasının Lori-Pəmbək qəzasında mövcud olan 2310 yaĢayıĢ məntəqəsindən
2000-i azərbaycanlılara məxsus idi (206, 162).
1897-ci ildə əhalinin siyahıya alınması üzrə məlumatlardan bəlli olur ki, o
zaman Zəngəzurda 137871 nəfər yaĢamıĢdır. Bunlardan 63622 nəfəri (46,1%)
erməni, 71206 nəfəri (51,6%) azərbaycanlılar, 1807 nəfəri (1,3%) kürdlər, 1236
nəfəri (0,8%) isə digər millətlərdən olmuĢdur (160).
S.Zelinskinin tədqiqatlarına görə 1886-cı ildə Zəngəzurdakı Xəzinə
torpaqlarına aid olan 161 kəndin 64-ü azərbaycanlı (tatar), 49-u erməni, 47-si isə
kürd kəndi olmuĢdur.
Bu kəndlərdə 38712 müsəlman, 30850 nəfər isə erməni yaĢamıĢdır (139,
31). Yeri gəlmiĢkən, onu da qeyd edək ki, bu əsərində S.Zelinski ya bilərəkdən, ya
da ermənilər tərəfindən ona təhrif olunmuĢ məlumatlar təqdim edildiyindən bir çox
azərbaycanlı kəndini kürd kəndi kimi qeyd etmiĢdir (Alpout, Bayandur, Vaqazin,
Binəyeri, Hoçaz, Cağazür, Qarabəyli, Çaykənd, Gödəklər, Xələc, Sarıyataq və s.).
Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Ġran ərazisindən
ermənilərlə yanaĢı, xeyli sayda kürd mənĢəli əhali də köçüb Zəngəzurda
məskunlaĢmıĢdı. Lakin, kürdlərlə bağlı statistik məlumatlar ziddiyyətlidir (76,
144), çünki bu məlumatlar XIX əsrin sonlarında və XX əsrin əvvəllərində "ġərq
siyasəti"nə xidmət edərək toplanmıĢ və yayılmıĢdır.
17 may 1915-ci il. Van. Türkiyə. Erməni terror və quldur birləşmələri
Türkiyənin qədim Van şəhərini yandırmışlar. Dinc əhali arasında çoxlu tələfat
olmuşdur. C. və K. Makkartilərin tədqiqatına görə, XX əsrin əvvəllərində törədilən
qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür. (Müxtəsər xronoloji
Dostları ilə paylaş: |