bəylərbəyinin tabeliyində oldu. 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının
yaradılmasını elan etdi. Xanlığın hüdudlarını geniĢləndirən Pənahəli xan Bayat
1750-ci ildə BərguĢada qədər uzanan torpaqları - Tatev, Sisyan, Qafan, Meğri,
Güney mahallarını Naxçıvan hakimlərindən aldı (42, 536).
...Gündən-günə öz hakimiyyətini gücləndirən Pənah xan Qarabağ əyalətinin
Meğri və Güney, Naxçıvan əyalətinin Tatev və Sisian, Təbriz əyalətinin Zəngəzur
və Qafan torpaqlarını öz hakimiyyətinə tabe etdirdi... (A. Bakıxanov, "Gülüstani-
Ġrəm".
MATENADARAN SƏNƏDLƏRĠ NƏ DEYĠR?
Tariximiz bizim üçün dərs olmalıdır.
Heydər ƏLĠYEV
Əgər Bizans və Ġran imperiyalarının hakimiyyəti dövründə ermənilər
Qafqazda az da olsa söz sahibi idilərsə, Səlcuq türklərinin Qafqaza gəliĢindən
sonra bu yerlərdə uzun müddət davam edən türk dövlətlərinin heç birinin dövründə
ermənilər ərazi və milli muxtariyyət əldə edə bilmədilər. HəmiĢə olduğu kimi, bu
dəfə də erməni qriqorian kilsəsi bütün ermənilərin baĢ məbədi olmaqla yanaĢı, həm
də onların siyasi idarəetmə mərkəzi, milli ideologiyanı qoruyub saxlayan bir
mərkəz rolunu oynadı.
Ermənilərin dövlətçiliyi olmadığından, etnokulturoloji və dini
tərəfdaĢları olmadığından bu kiçik xalq həmiĢə özünü təcrid vəziyyətində
yaĢamıĢ, öz mövcudluğunu qorumaq üçün, ətrafındakılara həmiĢə düĢmən
kimi baxmıĢ, kilsəni qalaya çevirərək mifik düĢmənə qarĢı daim səngər
dalında birləĢmiĢlər. Orta əsrlərdə də ermənilər belə bir siyasi-ideoloji tənəzzül
dövrü keçirmiĢlər.
94
Tatev və Vağadi monastr
torpaqlarının vergidən azad
edilməsi barədə Qaraqoyunlu
Cahan Ģahın 1449-cu il tarixli
Fərmanı.
Bu illərdə ermənilərin siyasi və mənəvi həyatları kilsə ilə bağlı olmuĢdur.
Kilsələr müxtəlif din xadimləri vasitəsilə saraylara yol tapmıĢ, müxtəlif bəxĢiĢlərlə,
qulluq göstərmək, donoslar yığmaq, Ģayiələr yaymaq və s. xidmətlərini təklif
etməklə hakimlərin etimadını qazanmağa çalıĢmıĢ və ədalət naminə demək
lazımdır ki, çox zaman da istədiyinə nail olmuĢdur.
Elxanilərin hakimiyyəti dövründən baĢlayaraq, qriqorian kilsələri xəzinəyə
müəyyən məbləğdə vəsait ödəməklə və xaqana (hakimə) bəxĢiĢlər verməklə
ətrafdakı torpaqları, yaxud bütöv kəndləri almıĢ, yaxud kilsənin ixtiyarına
keçirmiĢlər. Belə torpaqlar vəqf torpaqları adlanırdı. Onların kilsəyə verilməsi ilə
bağlı (satılması, yaxud bağıĢlanması) yüzlərlə Ģah fərmanları, alqı-satqı sənədləri
(qəbalə) vardır. Bu sənədlərin bir çoxu Ġrəvanda Matenadaran arxivlərində bu gün
də saxlanılmaqdadır. Matenadarandakı bu tipli sənədlər bütöv bir dövrü - XII-
XVIII əsrləri əhatə edir.
Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular,
Səfəvilər dövründə türk-müsəlman Ģahları öz
fərmanları ilə yüzlərlə azərbaycanlı kəndini qriqorian
kilsəsinin tabeliyinə vermiĢlər. O kəndlər də qısa
müddət ərzində erməniləĢdirilmiĢdir.
Bir çox vaxtlarda isə varlı ermənilər
torpaqları, kəndləri pulla alaraq kilsəyə bağıĢlamıĢlar.
Ġran əsilli erməni alimi A.D.Papazyan
Matenadarandakı sənədlərin bir çoxunu (alqı-satqı
vəkalətnamələri, qəbalələr, fərmanlar, Ģəhadətnamələr
və s.) toplamıĢ və nəĢr etdirmiĢdir. Təbii ki, bütün
erməni alimləri kimi, A.Papazyan da öz əsərlərində
bir çox hallarda elmi həqiqətin, tarixi ədalətin
mövqeyindən deyil, erməni-daĢnak siyasəti, Ģovinist
millətçi mövqedən çıxıĢ etmiĢdir. Ancaq necə
deyərlər, "həqiqət gün iĢığı kimidir, nə qədər
basdırsalar, yenə də üstdə qalır".
Matenadaran sənədlərindəki bir həqiqət
budur ki, burada bütün satılan torpaqları ermənilər
alırlar; ya kilsə üçün, ya erməni icması üçün, ya da erməni məlikləri üçün alırlar.
Matenadaran sənədlərindəki bir həqiqət də budur ki, Ģah fərmanları ilə
torpaqlar ya ermənilərə bağıĢlanır, ya da kilsəyə uzun müddətə icarəyə verilir.
Matenadaran sənədlərindəki ən böyük həqiqət isə bu torpaqların
azərbaycanlılara məxsus olmasıdır. Bu yerlərin Azərbaycan mənĢəli olmasıdır.
Papazyanın aĢkara çıxardığı Matenadaran sənədləri içərisindəki 27
qəbalənin 7-si (3-cü, 7-ci, 14-cü, 18-ci, 19-cu, 24-cü və 26-cı sənədlər) Zəngəzurla,
Zəngəzur torpaqları ilə bağlıdır.
95
Qaraqoyunlu hökmdarı Həsən
Əlinin Tatev və Vağadi kilsələri
barədə 1468-ci il tarixli Fərmanı.
Həmin sənədlərin qısa məzmununu verməklə, o dövrün Zəngəzuru
barəsində, hörmətli oxucularımıza müəyyən əyani məlumat çatdırmaq, fikrimizcə,
yerinə düĢərdi:
Sənəd 3. Bu sənəd Tatev monastrına mənsub olan Xot, ġinher və Xalidzor
kəndlərinin sərhədlərinin dəqiqləĢdirilməsi barədə 1400-cü ilə aid qəbalədir.
Qəbalədə qeyd olunur ki, "Azərbaycan ölkəsinin Kapanat və Sisəcan
əyalətinin, Naxçıvan tüməninin vicdanlı adamlarının Ģəhadəti ilə qazı məhkəmə
keçirdi və bu məhkəmənin qərarı ilə Urud nahiyəsinin Xot, ġinher və Xalidzor
kəndlərinin hüdudları dəqiqləĢdirildi".
Bəs kəndlərin hüdudlarını müəyyənləĢdirən yerlər necə adlanır? - Təmiz
Azərbaycan türkcəsində! Təsəvvür edin ki, bu sənəddə bir dənə də erməni mənĢəli
yer adı yoxdur: Urud dərəsi, Urud çayı, Zoğallı dərə, Ayı dərəsi, Həmid gölü, BeĢ
təpə, DaĢxırman, Dəmirçi təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, Ġmranlı
qəbiristanlığı, Çaxırçimən, KorçeĢmə, Qızıl qaya, Börklü qaya, Qara çınqıllı, Uzun
qaya, Keçi qayası və s.
Bəs sənədi kim doldurub? - Naxçıvanlı Qəzi
oğlu Əhməd, Ġnayətulla oğlu Rəhmətulla, Uruddan
Söhrab (155, 251).
Allah Papazyana rəhmət etsin ki, bu adları
dəyiĢdirmədən
olduğu
kimi,
Azərbaycan
türkcəsində də vermiĢdir.
Sənəd 7. 1450-ci ildə tərtib olunmuĢdur.
Tatev monastrının baĢ keĢiĢi (Vardabet) ġimavon
Anqexakotski (Əngələvidli - M.U) tərəfindən Svari,
Tandzatap, TaĢu və Aqans kəndlərinin Əmir
Rüstəmdən, Kosmakot kəndinin Qəzənfər Cahan
oğlundan və bir bağın Pirquludan satın alıb Tatev
monastrına bağıĢlaması haqqında bu qəbalənin
Seyyid Rumi Məhəmməd, habelə Urud kəndindən
Söhrab və Rüstəm adlı Ģəxslər yazmıĢ, Naxçıvan
qazısı Zaməddin imzalayaraq möhürlə təsdiq
etmiĢdir (155, 275).
Bu qəbalə tərtib edildikdən bir neçə il sonra,
1468-ci ildə Həsən Əli Qaraqoyunlunun Tatev
monastrına vəqf torpaqları ayrılması barədə
fərmanı olmuĢdur. Həmin fərmana görə, yuxarıda adları çəkilən kəndlərlə yanaĢı,
daha on kənd Tatev monastrının tabeçiliyinə verilmiĢdir.
Sənəd 14. Azərbaycan ölkəsinin Kapanat vilayətinin Urud nahiyəsində
yerləĢən Tatev monastrına məxsus Tatev, Svari, TaĢu, Ağakəndi, Tanzatap,
Xotanan, Xalidzor, ġinher, Xot, Kits, Bordi, Dəstəgerd, Gölyazı, Bnunis, Qarakilsə
kəndlərinin və bağ yerlərinin əvvəllər vardaped ġimavona məxsus olması və onun
96
ġah Ġsmayıl Xətainin Tatev
monastrını bir sıra vergilərdən
azad edən 1503-cü il tarixli
Fərmanı.
tərəfindən monastra bağıĢlanması barədə qəbalə 1508-ci il 8 noyabr tarixdə tərtib
edilmiĢ və Sisəcan qazisi ġükrulla Ənsari tərəfindən imzalanaraq möhürlə təsdiq
edilmiĢdir (155, 297).
Bu sənəddə düz beĢ yerdə "Azərbaycan ölkəsinin Urut-Kapanat
nahiyəsi" ifadəsi iĢlənmiĢ, 2 yerdə isə Sisəcanın Azərbaycan ölkəsinin Naxçıvan
tüməninə aid olduğu vurğulanmıĢdır.
Bu sənədi də Zəngəzura aid digər qəbalələr kimi Urudlu Söhrab yazmıĢdır.
Çox güman ki, Söhrab sonradan bu qəbalələrin surətini çıxarıb arxivi qaydaya
salan Ģəxsdir. Çünki qəbalələrin verilmə tarixləri arasında 150 ilə qədər fərq vardır
və təbii ki, bu müddət orta insan ömründən iki dəfə uzun olduğundan Söhrab bu
sənədlərin orijinalının tərtibində heç cür iĢtirak edə bilməzdi.
Sənəd 18. Tatev monastrına məxsus torpaqlar və digər əkin yerləri
haqqında qəbalədir. Qəbalədə Azərbaycan ölkəsinin Naxçıvan tüməninin Kapanat
və Urut nahiyələrində yerləĢən Tatev monastrının torpaqlarının dəqiqləĢdirilmiĢ
sərhədləri göstərilmiĢdir (155, 309).
Qəbalə Bürhanəddin oğlu Nəsir, Urudlu
Söhrab və Məhəmməd Kazım tərəfindən yazılmıĢ,
vəzir Mirzə Ataullanın möhürü ilə təsdiq edilmiĢdir.
Sənəddə 9 avqust 1556-cı il (hicri tarixi ilə
Ģəvvəl ayının 12-si, 964-cü il) tarixi göstərilmiĢdir.
Sənəd 19. Bu Tatev monastrına məxsus olan
kəndlərin vəqf mülkiyyətində olduğunu təsdiq edən
1558-ci il tarixli aktdır. Aktda Sisəcan və Urut
nahiyələrinin bir neçə kəndinin ərazisi, əkin yerləri,
gəlirləri və gəlirlərinin paylanmasının yoxlanılması
nəticələri göstərilmiĢdir.
Akt hicri tarixi ilə 965-ci
ilin Ģaban ayında (19 may - 16
iyun 1558-ci il) tərtib edilmiĢ və vəzir Mirzə
Ataullanın möhürü ilə təsdiq olunmuĢdur.(155,
312).
Sənəd 24. Bu 1576-cı il tarixli qəbalədir.
Ermənilərin Zəngəzurda məskunlaĢması və torpaq
sahibinə çevrilməsi prosesini əyani surətdə izah edən
çox əhəmiyyətli bir tarixi sənəddir. Bu qəbalədən
aydın olur ki, əslən Cuğa kəndindən olan, müsəlmanlığı qəbul etmiĢ Murad bəy
adında bir erməni Səfəvi hökmdarı Ģah Təhmasibdən Meğri kəndini satın almıĢ,
sonra isə II ġah Ġsmayılın dövründə bu kəndi məhəllələr üzrə kənd sakinlərinə
(ermənilərə və azərbaycanlılara) satmıĢdır. Alqı-satqı Murad bəylə Meğri kəndinin
yuxarı məhləsinin sakini kəndxuda Allahqulu Babaqulu oğlu, Meğri kəndinin orta
məhlə sakinləri Əlvənd oğlu Qriqor və Ġsfəndiyar oğlu Axpercan, Meğri kəndinin
97
ġah Ġsmayıl Xətainin Tatev
monastrının hüquqlarının
artırılması barədə 1506-cı il
tarixli Fərmanı.
aĢağı məhlə sakini keĢiĢ NovĢiraz oğlu Zəkəriyyə arasında olmuĢdur (155, 325).
Göründüyü kimi, Meğri kəndinin bütün ərazisi dörd paya bölünmüĢ, onun bir payı
azərbaycanlıya (kəndxuda Allahqulu Babaqulu oğluna) qalan 3 hissə isə ermənilərə
satılmıĢdır və onların tayfa mülkiyyətinə çevrilmiĢdir. Diqqət yetirin:
Erməni Murad bəy azərbaycanlılar yaĢayan Meğri kəndini Azərbaycanın
hökmdarı II ġah Təhmasibdən alır. Müəyyən vaxt ərzində orada ermənilər
məskunlaĢır və axırda kənd orada yaĢayan erməni tayfalar arasında bölüĢdürülür.
Bu yolla da bütün orta əsrlər boyu ermənilərin Zəngəzurda (eləcə də Qarabağda)
məskunlaĢmağı davam edir. Ermənilər hər vəchlə, müxtəlif üsullarla Azərbaycan
torpaqlarına yiyələnməyə can atmıĢlar, təəssüflər olsun ki, çox zaman da
istədiklərinə nail olmuĢlar.
Sənəd 26. Bu sənəd Sevadan kəndinin otlaq sahəsinin bir hissəsinin Meğri
kəndinin icmasına satılması barədə 1587-ci il tarixli qəbalədir. Əvvəlki qəbalədə
olduğu kimi, burada da torpağı alanlar hamısı (7 nəfər) milliyyətcə ermənilərdir.
Sənəddə satılan ərazinin sərhədləri (türk adlarıdır) və qiyməti göstərilmiĢdir.
Qəbalə 28 fevral 1587-ci il tarixdə Ordubadda tərtib edilmiĢdir (155, 333).
Matenadarandakı
Ģah
fərmanları.
Matenadaranda saxlanılan orta əsrlərə aid Ģah
fərmanlarını, hökmləri, qərarları, fətvaları, alqı-satqı
sənədlərini
(qəbalə,
vəqfnamə,
icranamə),
müqavilələrini araĢdırarkən bir daha bu qənaətə
gəlirsən ki, uzun əsrlər boyu dövlətçiliyi olmayan
erməni
xalqı öz milli varlıqlarını qoruyub
saxladıqlarına görə erməni kilsəsinə və tabeçiliyində
yaĢadıqları türk-müsəlman Ģahlarına ömür boyu
minnətdar olmalıdırlar.
Məlumdur ki, XII əsrdən ta XIX əsrə qədər
bütün Qafqaz kimi, Zəngəzur (Sisakan) ölkəsi də
türk (istər Osmanlı, istərsə də Ġran) sultanlarının və
Ģahlarının himayəsində yaĢamıĢdır. Bütün dövrlərdə
həm islam dini, həm də türk hakimləri erməni-
qriqorian kilsəsinə nəinki dözümlü münasibət
göstərmiĢ, hətta bu kilsəni daima himayə etmiĢdir.
Ġstər
Qaraqoyunlu
və
Ağqoyunlu
dövlətlərinin zamanında, istərsə də Səfəvilər
xanədanının hakimiyyəti dövründə erməni kilsə və
monastrları nəinki vergidən azad olunmuĢ, hətta onlara müsəlmanlara verilməyən
bir sıra imtiyazlar verilmiĢdir.
Qaraqoyunlu Cahan Ģahın 1449-cu il tarixli fərmanı ilə Tatev və Vağədi
monastrları vergilərdən azad edilmiĢ, onların tabeliyində olan kəndlərin
məhsullarından monastra xüsusi pay ayrılması göstərilmiĢ, monastrların hər hansı
98
Sisəcan, Urut və Gığı
nahiyələrindəkı kəndlərin
Tatev monastrının
mülkiyyətinə verilməsi barədə
ġalı Ġsmayıl Xətainin 1510-cu il
tarixli Fərmanı.
fəaliyyətinə qarıĢmaq Urut nahiyəsinin darğa, məlik və kəndxudalarına qəti
surətdə qadağan edilmiĢdir. Qaraqoyunlu Cahan Ģahın digər bir fərmanı ilə (tarixi
oxunmur) Vağədi və Tatev monastrlarının vergi immuniteti bir daha təsdiq edilir
və Göyçə vilayətinin erməni ruhanilərinin tabeçiliyi Tatev monastrına aid olunur
(156, 163).
Qaraqoyunlu hökmdarı Həsən Əlinin 1468-ci il tarixli fərmanı ilə Tatev və
Vağədi kilsələri daha bir sıra vergilərdən (mal, ixracat, torpaq rentası), bu
kilsələrin vəqf torpaqlarında yaĢayan kəndlilər biyar ödəmələrindən azad olunurlar.
Bu fərmanla Əmir Rüstəm adlı bir Sünik knyazı tərəfindən 14 kəndin Tatev
kilsəsinə satılması və həmin kəndlərin vəqf torpaqları siyahısına salınması bir daha
təsdiq edilir (156, 167).
ġah Ġsmayıl Xətainin (Səfəvinin) 1503, 1506, 1510-cu il tarixdə Tatev
kilsəsi ilə bağlı üç fərmanı olmuĢdur. Həmin fərmanlarda Azərbaycanın padĢahı
Tatev kilsəsinin vəqf torpaqlarının hüdudlarını dəqiqləĢdirir, bu ərazilərin daha da
geniĢləndiyini, əlavə bir neçə kəndin, o cümlədən Göyçə vilayətindəki bir sıra
erməni kəndlərinin Tatevin vəqf torpaqlarına aid edilməsini təsdiq edir (156, 173-
176).
I ġah Ġsmayıl Səfəvinin bu fərmanları ilə
Tatev kilsəsi o dövrdə mövcud olan çoxsaylı
vergilərinin (ixracat, avarizat, savari, peĢkəĢ, salami,
novruzi və s.) demək olar ki, hamısından azad
edilmiĢdir.
Bu o demək idi ki, Tatev kilsəsinin vəqf
torpaqları sayılan 100-dən artıq kəndin bütün
gəlirlərinin bölüĢdürülməsinə kilsə özü nəzarət
edirdi, baĢqa sözlə, bu ərazilərin hakimi-mütləqi
kilsənin baĢ keĢiĢi idi. Bu fərmanın baĢqa bir
müddəası ilə Arran, Arazbar, Sisəcan, Kapanat və
Urut hakimlərinə kilsəyə hər hansı cür təsir
göstərmək qəti surətdə qadağan edilirdi.
ġah Ġsmayılın xələfi I ġah Təhmasibin 1557-
ci il və 1562-cı il tarixli fərmanları ilə Tatev
kilsəsinin tabeliyindəki vəqf torpaqları daha da
geniĢləndi, kilsə bütövlükdə vergi və rüsumlardan
azad edildi və ümumiyyətlə, divanın tabeliyindən
çıxarıldı (156, 180). BaĢqa sözlə, Tatev kilsəsi
ərazidə müstəqil dini və idarəetmə hüququ əldə etdi.
Bu fərmanlar əslində Zəngəzurdakı qeyri-
müsəlman əhalinin yaĢadığı bütün torpaqların Səfəvilərin nəzarətindən çıxarılması
demək idi. Məhz Səfəvi xanədanının bu cür siyasətinin (əslində siyasətsizliyinin)
nəticəsi idi ki, bir çox yerlərdən ermənilər kütləvi surətdə Tatev kilsəsinin nəzarəti
99
Tatev monastrının
tabeliyindəki kəndlər barədə I
ġah Təhmasibin 1557-ci il
tarixli Fərmanı.
altında olan torpaqlara köçməyə baĢladılar. Gələn ermənilər əvvəl balaca erməni
kəndlərinin ətrafında məskən salaraq, onları böyütdülər, sonra isə yeni erməni
kəndləri salmağa baĢladılar, Gorus rayonu ərazisindəki erməni kəndlərinin çoxu bu
dövrdə gəlmə ermənilər tərəfindən salınan kəndlərdir. Bu illərdə Zəngəzurda
ermənilərin sayının artması, onların varlanması və nüfuz sahibinə çevrilməsi Tatev
kilsəsinin din pərdəsi altında apardığı siyasi fəaliyyətin nəticəsi idi.
ġah babalarının siyasətini davam etdirən II ġah Abbas ermənilərə daha da
diqqət və qayğı ilə yanaĢmıĢ, Səfəvilər səltənətinin xristian təbəələrinə mehriban
münasibətini bir sıra fərman və göstəriĢləri ilə maddiləĢdirmiĢdir. ġah Abbasın
1644-cü il və 1645-ci il tarixli fərmanları Səfəvilər dövlətinin ərazisindəki
mövcud erməni kilsələrinin təmiri, bərpası və yeni kilsələrin tikilməsi üçün
möhkəm hüquqi baza yaratdı. Bu fərmanlarda göstərilirdi ki, yerli müsəlman
hakimlər ermənilərin dini ayinlərini yerinə yetirmələrinə, erməni kilsələrinin
bərpasına və yeni kilsələrin tikintisinə qətiyyən mane olmamalı, əksinə, hər cür
köməklik
göstərməlidirlər. ġah Abbasın bu
fərmanları, Səfəvilər dövlətinin erməni kilsələrini
himayə etdiyini və ona daim yardım göstərəcəyini
bir daha təsdiq edirdi. Bu fərmanlardan sonra
ermənilər yaĢayan bir çox ərazilərdə yeni kilsələr
tikilməyə baĢladı, mövcud kilsələr geniĢləndirildi, o
cümlədən, Tatev kilsəsi demək olar ki, yenidən
tikildi və iki dəfədən çox geniĢləndirildi (157, 342-
348).
ġah Abbas özünün 1650-ci il fərmanı ilə
erməni kilsələrinə bir sıra özünü idarə və məhkəmə
imtiyazları verdi. Bu fərmana görə ermənilərin öz
aralarındakı istənilən mübahisələri erməni-qriqorian
kilsəsi tərəfindən həll edilə bilərdi. BaĢ keĢiĢin
qərarı əyalət hakiminin qərarı dərəcəsində hüquqi
qüvvəyə malik idi.
Matenadaranın Zəngəzurla bağlı sənədlərinin
öyrənilməsi və təhlili onu göstərir ki, orta əsrlərdə
ermənilərin bu bölgədə yerləĢməsi, möhkəmlənməsi
və yayılması Tatev kilsəsinin din pərdəsi altında
aparılan ardıcıl siyasi fəaliyyəti və ayrı-ayrı erməni mənsəb sahiblərinin adı ilə
bağlıdır.
Torpaqlar ilk əvvəl erməni kilsələri tərəfindən, monastrın vəqf torpaqları adı
altında satın alınmıĢ, sonra bu alqı-satqı qəbalələri Ģah fərmanları ilə təsdiq
olunmuĢdur. Beləliklə, kilsə ətraflarındakı böyük ərazilər bir növ kilsənin xüsusi
mülkiyyətinə çevrilmiĢdir.
100
Növbəti mərhələdə erməni din xadimləri tez-tez Ģah dərgahına müraciət
edərək, saraya nümayəndələr göndərərək, müxtəlif hədiyyə və bəxĢiĢlər apararaq,
kilsə və monastrlara bir sıra iqtisadi və vergi güzəĢtləri verən fərmanların qəbul
edilməsinə nail olmuĢlar. Bundan sonra vəqf torpaqlarında yeni erməni kəndləri
salınmıĢ, ermənilərin bu kəndlərdə kompakt yaĢayıĢı təmin olunmuĢdur.
Üçüncü mərhələdə isə kilsə II ġah Abbasın fərmanları ilə Səfəvi
xanədanından bir sıra hüquqi və təĢkilati imtiyazlar alaraq erməni icmasının
idarəetmə mərkəzinə çevrildi.
ZƏNGƏZUR OSMANLILAR DÖVRÜNDƏ
Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir. Tariximizin hər səhifəsi
bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri
də var, təntənəli səhifələri də, faciəli səhifələri də var.
Heydər ƏLĠYEV
Zəngəzur bütün tarixi boyu qanlı müharibələr, amansız döyüĢlər meydanı
olmuĢ, bir əldən baĢqa ələ keçmiĢdir. Bu müharibələr zamanı Zəngəzurun bütün
əhalisi, xüsusən türk-müsəlman əhalisi görünməmiĢ məhrumiyyətlərə düçar
olmuĢdur. Bu müharibələr əsasən dini zəmində olmuĢ və iĢğalçılıq xarakteri
daĢımıĢdır. Zəngəzurun azərbaycanlı əhalisinin qanla yazılmıĢ tarix dəftərində
Osmanlı-Səfəvi müharibələri, bu müharibələr zamanı törədilmiĢ qardaĢ qırğınları,
xüsusilə, amansız və kədərli səhifədir. Ən dəhĢətlisi bu idi ki, Səfəvi-Osmanlı
müharibəsi zamanı döyüĢlər türk ilə türk arasında, müsəlman ilə müsəlman
arasında getmiĢdir. Evi dağılan da, yurdu talan olan da, nəsli kəsilən də, əsir
aparılan və doğma torpağından didərgin salınan da Zəngəzurun etnik əhalisi,
Azərbaycan türkləri olmuĢlar.
XVI əsrin sonlarında Səfəvi dövlətində yaranmıĢ qeyri-sabit vəziyyətdən
istifadə edən Osmanlı imperiyası yenidən dağıdıcı müharibəyə baĢlayaraq,
Səfəvilər dövlətinin bir sıra ərazilərini iĢğal etmiĢdir. 1578-ci ildə baĢlayan və bir
neçə mərhələdə davam edən Osmanlı-Səfəvi müharibəsi əsasən Azərbaycan
torpaqlarında aparılmıĢdır. Bu müharibədə ilk hücuma məruz qalan Qərbi
Azərbaycan torpaqları olmuĢdur. 1578-1586-cı illərdə aparılmıĢ müharibələr
nəticəsində Qərbi Azərbaycanın tərkib hissəsi olmuĢ Zəngəzur osmanlıların əlinə
keçir.
Zəngəzuru ələ keçirmiĢ osmanlılar bu bölgəni idarə etmək məqsədilə xüsusi
hesabat dəftərləri tərtib edirlər. Zəngəzura aid məlumatlar ayrı-ayrı dövrlərdə bu
yerlərin inzibati tabeçiliyində olduğu Ġrəvan, Naxçıvan, həmçinin Urut və Ġskəndər
qalası livaları ilə bağlı dəftərlərdə əks olunmuĢdur. Bunlardan biri 1593-cü ildə
hazırlanmıĢ "Ġrəvan vilayətinin müfəssəl dəftəri", digəri - təxminən 1593-cü ildə
hazırlanmıĢ və Ģərti olaraq "Urut və Ġskəndər qalası livalarının müfəssəl
101
dəftəri" adlandırılan dəftər, üçüncüsü, 1595-ci ildə hazırlanmıĢ "Ġrəvan
vilayətinin icmal dəftəri"dir. Bundan əlavə 1603-cü il tarixli "Ġrəvan əyalətinin
sicil dəftəri", 1727-ci ildə hazırlanmıĢ "Naxçıvan sancağının müfəssəl dəftəri"
və 1728-ci ildə tərtib olunmuĢ "Ġrəvan əyalətinin icmal dəftəri"ndə Zəngəzur
diyarının inzibati bölgüsü, yaĢayıĢ məskənləri, əhalisi, əhalinin məĢğuliyyəti və
torpaq sahibkarlığı barədə geniĢ məlumatlar verirlər. Naxçıvan və Ġrəvan
sancaqlarının sicil dəftərləri mərhum akademik Ziya Bünyadov və tarixçi alim
Hüsaməddin Məmmədov tərəfindən ətraflı araĢdırılmıĢ, tərcümə edilmiĢ, Ģərhlər və
qeydlərlə çap olunmuĢdur.
XVI əsrin sonlarında hazırlanmıĢ "Ġrəvan vilayətinin müfəssəl dəftəri"nə və
"Ġrəvan vilayətinin icmal dəftəri"nə görə Zəngəzur torpaqları Naxçıvan qəzasına
tabe olan Sisyan, Bazarçayı, Ġrəvan livasına tabe olan Zar və Zebil nahiyələrinə
(32, 156, 324-328, 330-333, 360-365; 33, 259-272, 310-323), tabeçiliyi məlum
olmayan Urut və Ġskəndər qalası livalarına bölünmüĢdür. Öz növbəsində Urut
livası Urut, Gığı, Muğancıq, Zəngəzur nahiyələrindən (35,113b-128a), Ġskəndər
qalası livasına tabe olan Qapan qəzası isə Kekeberd, Kəhrami-əyrinci, Kəhrami-
saçlı, Masırı, Bağaberd, Mədəni-mis, Gelaberd, Çavundur, Əmlaki-xənazır,
Mincivan, BərgüĢad, Əcənan və Kəhparə nahiyələrindən ibarət olmuĢdur (35,128b
- 191b).
Bu dəftərlərin hazırlandığı XVI əsrin sonlarında Naxçıvan qəzasına tabe
olan Sisyan nahiyəsində 32 kənd və 5 məzrəə (vaxtilə yaĢayıĢ məskəni olmuĢ,
lakin sonralar əhalisi köçdüyünə görə əkin yeri kimi istifadə olunan yerlər),
Bazarçayı nahiyəsində 13 kənd və 1 məzrəə, Zar nahiyəsində 25 kənd və 1
məzrəə, Zebil nahiyəsində isə 24 kənd olmuĢdur.
Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmıĢdır (32, 156,
324-328, 330-333, 360-365).
Urut livasına tabe olan nahiyələrdə 104 kənd və 5 məzrəə, o cümlədən Urut
nahiyəsində 33 kənd və 3 məzrəə, Giği nahiyəsində 12 kənd, Muğancık
nahiyəsində 41 kənd və 1 məzrəə, Zəngəzur nahiyəsində isə 18 kənd və 1 məzrəə
qeydə alınmıĢdır (35,113b-128a).
Ġskəndər qalası livasına tabe olan Qapan qəzasının nahiyələrində 385 kənd
və 43 məzrəə olmuĢdur. Bunlardan 21 kənd və 1 məzrəə Kekeberd nahiyəsində,
Dostları ilə paylaş: |