Ġdeya və layihə müəllifi


müvəffəqiyyətlə baĢa çatması mümkün deyil



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

müvəffəqiyyətlə baĢa çatması mümkün deyil (177 böl. II, səh. 24). 
Avropanın  real  köməklik  göstərməyəcəyinə  əmin  olan  Ġsrael  Ori  bu  iĢdə 
yalnız  Rusiyaya  arxalanmaq  qənaətinə  gəlir.  Ona  görə  ki,  həm  məkan,  həm  də 
Yaxın ġərqə maraq dairəsi baxımından onlara ən əlveriĢli dövlət məhz Rusiya idi. 
Rus  çarlarının  xarakterini  öyrənən  ermənilər  yəqin  etmiĢdilər  ki,  hədiyyə  adı 
altında rüĢvət  verməklə  onları öz  tərəflərinə  çəkə  və  nəticədə  öz  istəklərinə  nail 
ola  bilərlər.  Bu  zaman  Ġranla  Rusiya  arasında  ticarət  əlaqələri  əsasən  erməni 
tacirləri  vasitəsilə  həyata  keçirildiyindən  əlveriĢli  məqam  yetiĢmiĢdi.  Q.  Ezovun 
yazdığına  görə:  "Ġsrael  Ori  1701-ci  il  oktyabrın  28-də  arximandrit  vardaped 
Minasla birgə Bavariya knyazının elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni 
məlikləri adından çara aĢağıdakı hədiyyələri gətirmiĢdilər: 
-
 
qırmızı  məxmərlə  örtülmüĢ,  qızıl  məftillə  tikilmiĢ,  kənarları  qızıl  və 
gümüĢlə haĢiyələnmiĢ türk yəhəri; 
-
 
qızılı türk çulu; 
-
 
qızıla çəkilmiĢ gümüĢ türk yüyəni; 
-
 
misdən düzəldilmiĢ, qızıla çəkilmiĢ iki türk   üzəngisi
-
 
 tiyəsi  poladdan,  qırmızı  dəstəkli,  qızıla  çəkilmiĢ  gümüĢ  qablı  türk 
qılıncı və s. (177 böl. IV, səh. 30-31). 
Ġsrael Orinin və vardaped Minasın çara gözqamaĢdıran əntiq türk mallarını 
hədiyyə gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotrun isti boğazlara çıxmaq və 
Ġstanbulu ələ keçirmək üçün nə dərəcədə alıĢıb-yandığını bilirdilər. Bu hədiyyələrlə 
onlar bu yanğını daha da qızıĢdırıb alovlandırmaq istəyirdilər. Erməni siyasətçiləri 
də  məhz  bu  məqsədi  həyata  keçirmək  sahəsində  fəallıq  göstərməyə  baĢladılar. 
Həmin  dövrdə  Ġsrael  Ori  və  onun  katibi  Minas  Tiqranyans  faydasız  olaraq 
Avropanı xeyli gəzib dolaĢdılar, öz siyasi mənafelərini təmin etmək üçün müxtəlif 
dövrlərə üz tutdular. Lakin baĢlıca çıxıĢ yollarının yalnız Rusiyada olduğunu dərk 
edərək 1701-ci ildə Moskvaya qayıtdılar" (144, 201). 

110 
 
XVIII  əsrdən  baĢlayaraq,  Rusiyanın  xarici  siyasətində  Qafqaz  mühüm  rol 
oynamağa  baĢladı.  Rusiya  bu  dövrdən  etibarən  cənubda  öz  strateji  mövqelərini 
möhkəmləndirməyə,  Orta  Asiyaya  və  Yaxın  ġərqə  gedən  ticarət  yolunu  tutmağa 
çalıĢırdı.  "I  Pyotr  ilk  dəfə  olaraq  dərk  etmiĢdi  ki,  Rusiya  Avropa  və  Asiyanın 
qonĢuluğunda yerləĢir, o bunun əhəmiyyətini dərk edərək bütün qüvvəsini Ġsveçlə 
müharibəni  uğurla  qurtarmağa  sərf  edərək  Rusiyanı  Avropa  dövlətləri  sisteminə 
çıxarmağa çalıĢır və həmçinin də Rusiyanın ġərqlə münasibətini diqqət mərkəzində 
saxlayırdı  ki,  özünün  oraya  olan  gələcək  planlarını  həyata  keçirə  bilsin.  Çin, 
Hindistan,  Xivə,  Buxara,  Ġran  və  Türkiyə  məsələsi  I  Pyotru  bütün  ömrü  boyu 
düĢündürmüĢdü" (177 böl. I, səh. 1-2). 
Erməni tacirləri,  din xadimləri Rusiya  hakimiyyət  dairələri ilə  yaxınlıqdan 
ilk  növbədə  öz  milli  mənafeləri  üçün  istifadə  etməyə  çalıĢırdılar.  Buna  görə  də 
tarixi  sənədlərdə,  məktublarda  Qafqaz,  onun  xalqları,  iqtisadiyyatı,  yolları, 
becərilən  məhsullar  və  s.  məlumatlarla  yanaĢı,  xüsusilə  müxtəlif  regionlarda 
məskunlaĢmıĢ  ermənilərin  sayını  çoxaldaraq,  guya  məhz  xristian  olması 
səbəbindən  müsəlmanlar  tərəfindən  incidilməsi  barədə  uydurma  məlumatlar 
yazırdılar.  Təsadüfi  deyildir  ki,  "Pyotr  ġərq  səfərinin  planını  hazırlayarkən  məhz 
erməni xadimlərindən, tacirlərindən geniĢ istifadə etməyi nəzərdə tutmuĢdu" (144, 
22-49). 
Buna  görə  də  hələ  XVIII  əsrin  əvvəllərindən  etibarən  ermənilər  Rusiya 
imperatorunun rəğbətini qazanmıĢ və özlərini daima diqqət mərkəzində saxlamağa 
çalıĢmıĢdılar. 
Ġsrael  Ori  1701-ci  ilin  iyul  ayında  Pyotra  üç  məktubla  müraciət  etmiĢdi. 
Ġyulun 14-də göndərdiyi məktubda rus imperatoruna ermənilərin ümumi vəziyyəti 
barədə məlumat verərək, Pyotra onun iĢğalçılıq yürüĢlərində ermənilərin yaxından 
kömək  göstərəcəklərini  vəd  etmiĢ,  hətta  müsəlmanların  Qafqazda  yerləĢən  hərbi 
qüvvələri  barədə  məlumatlar  verməklə  yanaĢı,  göstərirdi  ki,  məktubda 
yazılanlardan əlavə, sizinlə görüĢməyi və bəzi məsələləri Ģifahi Ģəkildə çatdırmağı 
özümə borc bilirəm (177 böl. IV, səh. 27). 
Ġsrael  Orinin  rus  çarına  yazdığı  birinci  məktubdan  aydın  olur  ki,  həmin 
dövrdə  ermənilər  Qafqazın  ruslar  tərəfindən  iĢğalına  çalıĢır,  onları  bu  addımı 
atmağa  təhrik  edirlər.  Erməni  baĢbilənləri  Qafqaz  iĢğal  olunduqdan  sonra  öz 
vəziyyətlərinin  xeyli  yaxĢılaĢacağına,  hətta  arzuladıqları  Ermənistan  dövlətini 
quracaqlarına  böyük  ümid  bəsləyirdilər.  Müəllifin  həmin  sənədlərə  verdiyi 
Ģərhlərdə də məhz bu nöqteyi-nəzər əks olunmuĢdur. 
Həmin il iyul ayının 22-də yazılmıĢ ikinci məktubda isə Ori baĢda olmaqla 
digər  erməni  siyasətçiləri  rus  qoĢunlarının  Qafqaz  yürüĢünün  bütün  hərəkət 
yollarını  qabaqcadan  düĢünmüĢ,  hətta  konkret  plan  belə  tərtib  etmiĢdilər. 
Məktubda göstərilir  ki, Qafqazda yaĢayan erməni icması rus qoĢunlarının gəliĢini 
səbirsizliklə  gözləyir.  Ori  bu  icmanın  fikrini  ifadə  edərək  yazırdı  ki,  Qafqaz  rus 
qoĢunları  tərəfindən  iĢğal  olunduqdan  və  hərbi  yürüĢ  baĢa  çatdıqdan  sonra 

111 
 
əlahəzrət  və  onun  qoĢunu  məhz  rusların  köməyi  sayəsində  yaradılacaq  erməni 
krallığında qıĢlaya bilərlər (177 böl. IV, səh. 28). 
Ori  üçüncü  məktubunda  rus  imperatorunu  və  onun  əhatəsindəki  əyanları 
Ģirnikləndirmək  məqsədilə  qeyd  edirdi  ki,  Qafqaz  zəngin  sərvət  mənbəyidir. 
Burada sizin əyanlar da var-dövlət sahibi olacaq, dövlət üçün xeyli varidat yığacaq, 
qoĢunun  ərzaq  ehtiyatı  tam  ödəniləcəkdir.  Məktubda  rus  çarına  çoxlu  qoĢun 
götürmək  məsləhət  görülmürdü.  Orinin  fikrincə,  Qafqazı  iĢğal  etmək  və 
"erməniləri  müsəlman  zülmündən  qurtarmaq  üçün  cəmi  10-20  min  nəfərlik  hərbi 
qüvvə  kifayət  edər.  Əgər  rus  qoşunları  kafirlərin  torpağına  daxil  olsa,  on  gün 
ərzində  100  min  nəfərdən  çox  erməni  silahlısı  sizin  hakimiyyətiniz  altına  keçərək 
ümumi düşmənə qarşı birgə vuruşacaqdır" (177 böl. IV, səh. 28). 
Bundan  əlavə,  məktubda  çarın  diqqətinə  çatdırılırdı  ki,  əgər  əlahəzrət 
imperator  ermənilərin  bu  təklifini  qəbul  edərsə,...  onda  ermənilər  rus  qoĢunlarını 
təhlükəsiz yollarla aparmağı öz öhdəsinə götürəcəkdir. 
Erməni  xadimlərinin  Pyotra  göndərdiyi  məktublardan  bəlli  olur  ki,  onlar 
baĢlıca məqsədlərinə çatmaq üçün xristian - müsəlman qarĢıdurması ideyasını irəli 
sürürlər  və  Rusiyadan  xeyli  uzaqda  yerləĢən  kənar  vilayətlərdə  xristianların 
müsəlmanlar tərəfindən güclü zülmə  məruz  qaldığını göstərməklə  gələcək  strateji 
planlarının həyata keçirilməsi üçün müəyyən zəmin hazırlamıĢlar. 
Orinin təqdim etdiyi plana əsasən əvvəlcə 10 minlik rus qoĢunu dəniz yolu 
ilə  gəlib  quruya  çıxmalı,  sonra  isə  ġamaxını  tutmalı  idi.  Məktubu  Ģərh  edən  Q. 
Ezov yazır: "Şamaxıya daxil olan 10 min nəfərlik qoşun sonra 4 alaya bölünməli, 
1-cisi  Gəncə,  2-cisi  Lori,  3-cüsü  Qafan,  4-cüsü  isə  Naxçıvan  üzərinə  getməli  və 
Naxçıvanda  erməni  məliklərinin  hərbi  hissələri  ilə  birləşməli  idilər.  Erməni 
məliklərinin çara yazdığı kimi, burada dövlət gerbi və bayrağını qəbul edib böyük 
nifrətlə düşmən üzərinə gedəcəklər (177 böl. IV, səh. 30-39)". 
Daha  sonra  Ori  həmin  məktubda  yazır  ki,...  İrəvan  alındıqdan  sonra 
qoşunlar varlı və böyük şəhər olan Təbrizə yürüş etsin... Bu şəhər alındıqdan sonra 
ordunu  dörd  bir  tərəfə  boşlayın  ki,  ətrafdakı  varlı  kəndləri
 
soyub-talasın.  Mənim 
fikrimcə,  kazaklar  bu  yürüşə  gedəcəklər,  çünki  orada  onlar  Stepan  Razin  kimi 
çoxlu var dövlət əldə edəcəklər (177 böl. IV, səh. 30-39)".   
Göründüyü  kimi,  Pyotrun  ġərq  siyasətinin  hazırlanmasında  və  həyata 
keçirilməsində ermənilərin böyük rolu olmuĢdur. Rus müəllifi Solovyovun fikrincə 
ermənilərin  Cənubi  Qafqaz  və  Yaxın  ġərq  ölkələri  barədə  Rusiya  imperatoruna 
verdiyi lazımi məlumatlar bütövlükdə gələcəkdə I Pyotrun ġərq siyasətinin tərkib 
hissəsini təĢkil edirdi (166, 718). 
Bundan  baĢqa,  Ori  məktublarında  Cənubi  Qafqazın  iĢğalından  sonra  Ġran 
ərazisinə  keçməyi  Pyotra  tövsiyə  edir,  buranın  var-dövlət  içərisində  olduğunu 
göstərməklə  onu  Ģirnikləndirməyə  çalıĢır  və  ən  əvvəl  Azərbaycanın  qədim  və 
zəngin  Ģəhəri  olan  Təbrizi  iĢğal  etməyi  vacib  sayırdı.  Erməni  intiriqantı  bu  fikri 
əsaslandırmaq  üçün  vaxtilə  Stepan  Razinin  Ġrana  yürüĢünün  bəzi  məqamlarını 

112 
 
ĢiĢirdərək  rus  imperatorunun  kazakları  səfərbər  edib  yenidən  bu  ərazilərə 
göndərməsi üçün zəmin hazırlayırdı. 
Ġ.Ori  1703-cü  il  15  noyabr  tarixdə  Qolovinə  və  çara  göndərmiĢ  olduğu 
məktubunda  yenidən Rusiya imperatorunun diqqətini Ġrəvanın iĢğalına  yönəltmək 
məqsədilə  bu  ərazinin  hətta  xəritəsini  də  tərtib  etmiĢdir.  O,  çara  yazırdı:  "Bu 
xəritədən  aydın  görünür  ki,  bütün  dövlət  ərazisində  Ġrəvan  qalasından  baĢqa  qala 
yoxdur. Buranı aldıqdan sonra Ġstanbula və Anadoluya yol açılır. Bundan əlavə Ori 
yürüĢ zamanı  Anadolu ərazisində  yaĢayan ermənilərin  və  gürcülərin də  Rusiyaya 
kömək  edəcəyini  bildirirdi.  Rusiyanın  mənafeyinə  xidmət  etmək  üçün  Pyotrdan 
ona polkovnik rütbəsinin verilməsini də xahiĢ etmiĢdir" (177 böl. IV, səh 37-38). 
Göründüyü  kimi,  Ori  yenidən  öz  məktubunda  Rusiyanı  təkcə  Cənubi 
Qafqaz üzərinə hücuma deyil, həm də o dövrdə Yaxın ġərqin güclü dövlətlərindən 
hesab olunan Osmanlı imperiyasının da iĢğalına təhrik edirdi. O, Rusiyanın digər 
dövlətlər, ilk növbədə, ermənilərin maraq dairəsinə daxil olan dövlətlər hesabına öz 
ərazisini  geniĢləndirmək  siyasətini  təqdir  edirdi.  Lakin  bu  siyasətin  həyata 
keçirilməsində  Rusiyaya  kömək  lazım  idi.  Məhz  bu  səbəbdən,  Orinin  rus 
imperatoruna  və  Rusiyanın  hökumət  dairələrindəki  digər  Ģəxslərə  yazdığı 
məktublarında  ermənilərin  Rusiyaya  yaxından  kömək  göstərmək  arzusunda 
olduqları dəfələrlə xatırlanırdı. 
Rusiya  imperatoru  Orinin  xahiĢini  yerinə  yetirərək  ona  polkovnik  rütbəsi, 
daha sonra isə 1707-ci ildə səfir səlahiyyəti verib 50 nəfərlik nümayəndə heyətinin 
baĢçısı  kimi  Ġrana  göndərmiĢdi.  Həm  də  onun  Rusiya  təbəəsi  kimi  Moskvadan 
HəĢtərxana və ġamaxıya qədər gəmi ilə ticarətlə məĢğul olması, eyni zamanda gizli 
bir  agent  kimi  məlumatlar  toplayıb  çar  sarayına  verməsi  barədə  fərman  da 
imzalanmıĢdır. Lakin, qeyd edək ki, bu fərman 1707-ci il fevralın 1-də imzalansa 
da, (177 böl. IV, səh) əslində Ori belə bir missiyanı çoxdan öz üzərinə götürmüĢdü. 
Ġrana  yola düĢən Oriyə orada vəziyyəti öyrənmək, xristian əhalisi arasında 
təbliğat  aparmaq,  müdafiə  qalaları,  ölkənin  yolları  haqqında  məlumat  toplamaq 
tapĢırılmıĢdı.  ġübhə  oyatmamaq  üçün  Ġsrael  Orini  ġah  Hüseynə  Roma  papasının 
nümayəndəsi kimi təqdim etmək qərara alınmıĢdı. 1709-cu ildə o, Ġsfahana gəlir və 
1711-ci  ildə  HəĢtərxana  qayıdarkən  orada  ölür  (177  böl.  IV,V,  səh.  XLII-LX). 
Sonrakı  dövrdə  onun  iĢini  köməkçisi  vardapet  Minas  və  katalikos  Yesai 
davam etdirmiĢdilər. 
Erməni din və ictimai xadimlərinin Cənubi Qafqazı  iĢğal etmək sahəsində 
apardıqları  ardıcıl,  məqsədyönlü  təhrikçilik  siyasəti,  nəhayət,  öz  "bəhrəsini" 
verməyə baĢladı. 
Ġsveçlə müharibə qurtaran kimi Pyotr böyük bir enerji ilə çarlığının sonuncu 
böyük  iĢinə  -  Ġran  yürüĢünə  hazırlaĢmağa  baĢladı  və  1721-ci  ilin  axırlarında 
A.Volinskiyə  Qafqaz  müharibəsinə  hazırlaĢmaq  haqda  xüsusi  göstəriĢ  verdi.  Bu 
müharibənin baĢlanması üçün bəhanə Volinskinin Pyotra göndərdiyi donoslar 

113 
 
- yəni Davud bəylə Qazıqumuk hakimi Surxayın ġamaxıda törətdiyi hadisələr 
olmuĢdu (177 böl. V, səh. LII). 
Rusiya imperatoru bu bəhanəni əsas tutaraq, Xəzər dənizinin qərb və cənub 
sahillərini  ələ  keçirməyə  tələsirdi.  Hacı  Davud  Türkiyəyə  himayə  haqqında 
müraciət etdiyi üçün Pyotr həmin vilayətlərin Türkiyənin təsiri altına düĢəcəyindən 
ehtiyat  edirdi.  Türkiyənin  regionda  nüfuzunun  güclənməsi  Rusiyanın  Xəzərsahili 
vilayətləri ələ keçirməsi üçün baĢlıca maneə olardı. 
Ermənilər vardapet Minasın da iĢtirak etdiyi Pyotrun Xəzərsahili vilayətlərə 
yürüĢünü  eĢidib  daha  fəal  səfərbərlik  keçirməyə  baĢladılar.  Həmin  ərəfədə 
Qanzasar  katalikosu  Yesai  Pyotra  müraciət  edərək  yazır  ki,  erməni  məliklərinin 
rəhbərlik  etdiyi  12  min  nəfərə  yaxın  hərbi  birləĢməsi  Gəncə  yaxınlığında  gürcü 
qüvvələri ilə birləĢərək rus çarının  ġamaxıya  gəliĢini  gözləyirlər (177 böl.V, səh. 
LIV-LV). 
Əslində  12  min  rəqəmi  olduqca  ĢiĢirdilmiĢ  bir  saydır,  çünki  o  dövrdə 
Qarabağda yaĢayan erməni məliklərinin tabeliyində, ümumiyyətlə, bu qədər erməni 
yox idi. Məlikliklərin əhalisi haqda ilk tutarlı statistik məlumat Qarabağ xanlığının 
ləğv edilməsi ilə bağlı 1823-cü ildə keçirilən kameral sayımda verilmiĢdir. Həmin 
sayım  üzrə  bütün  Qarabağ  əyalətində  18563  ailə  qeydə  alınmıĢdı,  onlardan  beĢ 
erməni məliyinin payına yalnız 1559 ailə və ya bütün ailələrin 8,4%-i düĢürdü (43, 
263). 
XVIII  əsrin  əvvəlləri  üçün  Azərbaycanın  Qərbi  Avropa  ilə  ticarətində 
vasitəçilik  edən  erməni  tacirlərini  çıxmaq  Ģərtilə  ermənilərin  Azərbaycanda 
kompakt  halında  yaĢadığını  dövrün  heç  bir  mənbəsi  təsdiq  etmir.  Azərbaycanda 
yaĢayan bütün xristian əhali çox zaman erməni əhalisi kimi qələmə verilmiĢdir. 
Rusiya  -  Ġran  müharibəsi  nəticəsində  1723-cü  il  sentyabrın  12-də 
bağlanmıĢ  müqaviləyə  əsasən  Gilan,  Mazandaran,  Astrabad  əyalətləri,  Bakı 
və Dərbənd Ģəhərləri Rusiyanın tabeliyinə keçmiĢdi. 1724-cü il noyabrın 10-da 
Pyotr  həmin  ərazilərdə  ermənilərin  köçürülüb  gətirilməsi  üçün  yer  ayrılması 
haqqında  fərman  vermiĢdi.  Fərmanda  Bakını  tutduqdan  sonra  general-leytenant 
rütbəsi almıĢ MatyuĢkinə tapĢırılırdı ki: 
"...ruslar  tərəfindən  iĢğal  olunan  Ġran  əyalətlərində  -  Gilan, 
Mazandaran, 
Bakı, 
Dərbənd 
və 
baĢqa 
əyalətlərdə 
ermənilərin 
yerləĢdirilməsinə  çalıĢmaq  lazımdır.  Onlara  mehribanlıq  göstərmək, 
mühafizələrini  yaxĢı  təĢkil  etmək,  boĢalmıĢ  evləri,  münbit  torpaqları  onlara 
vermək  lazımdır.  ġübhələndiyiniz  müsəlmanları  dərhal  bu  yerlərdən 
çıxarmalı  və  orada  xristianlar  yerləĢdirilməlidir.  ...  Erməniləri  hər  vasitə  ilə 
dəvət etməyə çalıĢın, müsəlmanların isə mümkün qədər sayını azaldın. Lakin 
bunu elə edin ki, onlar heç nə baĢa düĢməsinlər. 
Pyotrun  verdiyi  bu  fərmandan  aydın  olur  ki,  o  yalnız  Rusiyanın  mənafeyi 
naminə  ermənilərə  belə  diqqət  göstərir  və  himayədarlıq  edirdi.  Xəzərsahili 
əyalətlərdə, 
xüsusilə 
müsəlmanlar 
yaĢayan 
regionlarda 
ermənilərin 

114 
 
məskunlaĢmasına  razılıq  verməsi  onun  gələcəkdə  həyata  keçirmək  üçün  nəzərdə 
tutduğu ġərq siyasətinin tərkib hissəsi idi. 
Rusiya  hökumət  dairələri  erməniləri  Azərbaycan  torpaqlarına,  o  cümlədən 
Xəzərətrafı  vilayətlərə  köçürərkən  bu  regionda  təkcə  xristian  dayaq  mərkəzləri 
yaradılması  məqsədi  güdmür,  həm  də  onlardan  Osmanlı  imperiyasına  qarĢı 
mübarizədə istifadə etməyi nəzərdə tuturdu. Elə buna görə də Pyotrun ölümündən 
sonra iĢğal olunmuĢ Xəzərsahili vilayətləri idarə edən və ordunun baĢ komandanı 
təyin olunan general V.V.Dolqorukovun 1727-ci il sərəncamına əsasən ermənilərə 
silah paylanmıĢdı (118, XCI-XCII). 
II Yekaterinanın hakimiyyətə gəlməsi ilə ermənilərə olan münasibət daha da 
istiləĢdi. Erməni baĢbilənlərinin uzun illər boyu məqsədyönlü Ģəkildə apardıqları iĢ 
öz səmərəsini verirdi. 
Böyük Pyotr tərəfindən həyata keçirilməyən ideya onun davamçısı və varisi 
II  Yekaterina  dövründə  yenidən  canlanmıĢdı.  Pyotrdan  nümunə  götürən  II 
Yekaterina  Türkiyə  ilə  müharibə  zamanı  (1768-1774-cü  illər  müharibəsi  nəzərdə 
tutulur  -  müəllif).  Türkiyənin  tabeliyində  olan  bütün  xristian  əhalisinə  manifestlə 
müraciət  etmiĢdi.  Manifestdə  bütün  xristianlara  məsləhət  görülürdü  ki,  əvvəlki 
müstəqilliklərini bərpa etmək və zülmdən azad olmaq istəyirlərsə, hazırkı əlveriĢli 
Ģəraitdən istifadə etsinlər (177 böl. XII, səh. LXXXVII). 
II  Yekaterina  dövründə  imperator  sarayında  xüsusi  mənsəb  və  hörmət 
sahibi olan knyaz Patyomkinin Rusiyada yaĢayan ermənilərin arxiyepiskopu Ġosif 
Arqutinski  Dolqorukov,  onun  mülkü  müĢaviri  Lazarev  (əslində  Hovhannes 
Lazaryan  idi  -  M.U)  və  Ararat  elçisi  adını  daĢıyan  mayor  Stepan  Davıdov  kimi 
ermənilərlə  xüsusilə  yaxĢı  münasibətdə  və  dostluq  əlaqəsində  olması  ermənilərin 
çar sarayına təsir imkanlarını geniĢləndirirdi. 
Bu dövrdə erməni dövləti yaratmaq üçün dəridən-qabıqdan çıxanlardan biri 
də arxiyepiskop Ġosif Arqutinski Dolqoruki (əsl adı Hovsep Arqutyan - müəlliflər) 
olmuĢdur.  Familiyasını  ruslaĢdırarkən  daha  bic  davranmıĢ,  özünü  ArgiĢtilərin 
xələfi kimi qələmə vermiĢdir. 
Rusiyada  olduğu  dövrdə  Arqutinski  çariçanın  və  knyaz  Patyomkinin 
diqqətini  cəlb  edə  bilmiĢdi.  O,  Gürcüstanın  tabeçilik  danıĢıqlarında  (1783-cü  il 
Georgiyevsk  danıĢıqları  nəzərdə  tutulur  -  M.U.)  iĢtirak  edir  və  rus  qoĢunlarının 
tərkibində Tiflisə gəlir. ...O, baĢlıca diqqətini Tiflis əhalisinin əsas hissəsini təĢkil 
edən  ermənilərə  verərək,  ordunun  ərzaqla  təmin  edilməsində  və  bir  sıra 
danıĢıqlarda iĢtirak etmiĢdir (177 böl. XII, səh. XCV). 
Arqutinskinin  1777-ci  ildə  Türkiyəyə  qarĢı  fəaliyyət  göstərən  orduya 
çağırılması, 1796-cı ildə isə rus qoĢunlarının Ġrana  yürüĢündə iĢtirak etməsi,  yerli 
Ģəraitə  bələd  olması,  yerli  əhalinin  dilini  və  s.  xüsusiyyətlərini  bildiyi  üçün  baĢ 
komandanın  danıĢıqlarında  aparıcı  rol  oynaması,  ordunun  ərzaqla  təmin 
edilməsində,  düĢmən  qüvvələrinin  hərəkəti  və  yeri  ilə  bağlı  məlumatların  əldə 
olunmasında,  ġuĢa,  ġəki  və  ġamaxı  xanlarını  Rusiyaya  qarĢı  düĢmənçilikdən 

115 
 
çəkindirməkdə  öz  təsirini  göstərməsi,  onların  Rusiya  himayəsinə  girməyə  yollar 
aramağa  vadar  etməsi  və  s.  xidmətləri  müqabilində  II  Yekaterina  tərəfindən 
bahalı  manto,  brilliant  xaçlı  klobuk  (rahib  papağı)  və  baha  qaĢlı  üzüklə 
mükafatlandırılması  faktı  da  erməni  din  xadimlərinin  Rusiyanın  Qafqaza 
gəliĢində  necə  böyük  canfəĢanlıq  göstərdiklərini  sübut  edir  (177  böl.  XII,  səh. 
XCV-XCVII). 
Göründüyü  kimi,  ermənilər  Azərbaycan  torpaqlarında  öz  dövlətlərini 
qurmaq  üçün  hər  cür  vasitələrə  əl  ataraq  saray  əyanlarının  etimadını  qazanmağa 
çalıĢırdılar.  Hökumətin  müxtəlif  strukturlarında,  xüsusən  də  hərbi  sahədə  öz 
nümayəndələrini yerləĢdirməyə nail olurdular. 
QafqazĢünas  V.Veliçko  Arqutinski  haqqında  yazırdı:  "Arqutinski  Rusiya 
hökumət  dairələrində  böyük  nüfuza  malik  idi.  Qısa  müddət  ərzində  öz  səxavəti, 
alicənablığı,  sədaqəti  ilə  Rusiyanın  nüfuzlu  Ģəxslərinin  dərin  rəğbətinə  nail 
olmuĢdu" (127, 77). Buradan aydın gorünür ki, erməni intriqantı qarĢısına qoyduğu 
məqsədə  çatmaq  üçün  xeyli  vəsait  sərf  etmiĢ,  məhz  bu  vəsait  hesabına  da  ruslar 
arasında özünə müəyyən nüfuz qazanmıĢdı. 
Rusiya  ərazisində  ermənilər  üçün  Ģəhər  salınması  və  ona  Azərbaycanın 
qədim  Ģəhəri  Naxçıvanın  adının  verilməsi  heç  də  təsadüfi  deyildi.  I  Pyotrun 
ermənilərlə  bağlı siyasətini davam etdirən Rusiya hakim dairələri Yeni Naxçıvan 
Ģəhərini  saldırmaqla  gələcəkdə  Qafqaz  yaxınlığında  məskunlaĢan  erməni 
sakinlərindən öz iĢğalçılıq məqsədləri üçün istifadə etməyi nəzərdə tuturdular. 
Nor-Naxçıvan  Ģəhərinin  inĢasına  baĢlanan  kimi  Krımdan  və  Türkiyənin 
müxtəlif  regionlarından  ermənilərin  kütləvi  Ģəkildə  buraya  köçürülməsi  baĢlandı. 
Qısa müddət ərzində 15 min nəfər erməni bu Ģəhərdə yerləĢdirilmiĢ, hər köçən 
ailəyə  ev  tikmək  üçün pulsuz taxta-Ģalban  və digər tikinti  materialları  verilmiĢdi. 
Bundan  əlavə,  bu  Ģəhərdə  yaĢayan  ermənilərə  10  il  müddətinə  qaytarmaq  Ģərtilə 
toxum, bir çox avadanlıq, kənd təsərrüfatı alətləri də verilmiĢdi" (127, 78). 
Göründüyü  kimi,  gələcək  məqsədləri  üçün  ermənilərdən  istifadə  etməyi 
nəzərdə  tutan  Rusiya  hökuməti  heç  bir  tərəddüdə  yol  vermədən  erməniləri  öz 
ərazisində  məskunlaĢdırır,  onlar  üçün  lazımi  Ģəraitin  yaradılmasına  xüsusi  diqqət 
yetirirdi.  Belə  ki,  Rusiya  -  Türkiyə  müharibəsi  zamanı  (1787-1791)  rus 
qoĢunlarının  keçdiyi  ərazilərdə  erməni  qüvvələrindən  istifadə  edilmiĢ,  iĢğalçılıq 
planları  məhz  ermənilərin  mənafeyinə  uyğun  həyata  keçirilmiĢdi.  Bu  ərazilər  - 
ermənilərin   təhlükəsizliyi  qayğısına qalındığı üçün müharibə zonasında  yaĢayan 
ermənilər təhlükəsiz yerlərə köçürülmüĢ və onların Rusiyada məskunlaĢması təmin 
edilmiĢdi. 
Knyaz  Patyomkin  Ġosif  Arqutinskini  məliklərlə  əlaqə  yaratmaq  üçün 
vasitəçi  seçmiĢ  və  məliklərin  arzularını  həyata  keçirəcəyinə  söz  vermiĢdi.  Məhz 
Arqutinskinin  məsləhəti  ilə  Qarabağ  məlikləri  gizlincə  yığıncaq  keçirərək 
Ġbrahim  xanın  hakimiyyətdən  uzaqlaĢdırılması,  Rusiyanın  nəzarəti  altında 
Qaradağda  müstəqil  erməni  vilayətləri  yaradılması,  onun  idarəsinin  isə  daha 

116 
 
hörmətli  məliklərdən  birinə  tapĢırılması  üçün  general-paruçik  Patyomkinə 
müraciət qəbul etmiĢ və bu məqsədlə ona bəxĢiĢ adı altında xeyli miqdarda pul 
göndərmiĢlər (177 böl. XVIII, səh.XCIX-C). Patyomkin isə 1783-cü il mayın 19-
da  II  Yekaterinaya  müraciətlə  yazmıĢdı  ki,  sizin  mənim  vasitəmlə  erməni 
məliklərinə  vəd  etdiyiniz  Asiyada  xristian  dövləti  bərqərar  olunacaqdır.  Bu 
məqsədlə HəĢtərxanda ərzaq ehtiyatı da hazırlanmıĢdır. Ancaq Krım və Kubandakı 
bütün  iĢlər  baĢa  çatana  kimi,  yəni  1784-cü  ilin  yayına  kimi  bu  iĢlər  təxirə 
salınmıĢdır (177 böl. XVIII, səh.CI). 
1796-cı  ildə  Dərbəndi  ələ  keçirən  Rus  qoĢunları  bir  neçə  istiqamətdə 
Zaqafqaziyaya  hərəkətə  baĢladılar.  1801-ci  ildə  Gürcüstan  Rusiyanın  tabeliyini 
qəbul etdi. 
Təəssüf  ki,  o  dövrdə  kifayət  qədər  güclü  olan  Azərbaycan  xanlıqları 
birləĢmədilər, "mənəmlik" iddiası yurdu yağıya qurban etdi. Bir də çox təəssüf ki, 
"mənəm-mənəm" deyən xanlardan yalnız ikisi - Gəncə xanı Cavad xan və Ġrəvan 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin