dərəsidir və bu dərədən dağa qalxıb 2-3 km gedəndən sonra Urud qalasına
yetiĢmək olur.
78
Maraqlı cəhətin biri də budur ki, Urud dağının həm Qafan üzündəki, həm
Sisyan üzündəki dərə - Gığı dərəsi adlanır, bu dağın Qafan üzündəki kənd Kurud,
Sisyan üzündəki kənd və qala isə Urud adlanır.
Digər bir maraqlı məsələ də budur ki, həm Uruddakı, həm Qafandakı
(Xusdub), həm Ordubaddakı (Biləv kəndi), həm də Qubadlıdakı qalaların
hamısına el arasında Babək qalası deyirlər.
Həmzə Vəli Nüvədilinin "Babəkin son taleyi" adlı olduqca orijinal və
maraqlı bir kitabı vardır. Həmzə Vəli Bəzz qalasının yeri, Babəkin son döyüĢləri,
ölümü, Səhl Sunbat və s. haqqında müxtəlif mənbələrə istinad edərək öz xüsusi
mülahizələrini irəli sürür. Həmzə müəllimin bütün yazdıqları və dedikləri ilə
razılaĢmasaq da, bəzi məqamlarda onun məntiqi qarĢısında dayanmaq mümkün
deyildir.
Həmzə Vəlinin yurd sevərliyinə, milli təəssübkeĢliyinə və qərib ruhuna
hörmət və ehtiramımızı bildirərək onun "Babəkin son taleyi" kitabından bir parçanı
hörmətlə oxucularımızın diqqətinə çatdırırıq:
Rud-ər-Rud adlı yer haqqında axtarıĢlarımızın nəticəsi aĢağıdakı kimidir;
Rud-ər-Rud sözündə "rud" iki dəfə təkrarlanır, bu da ikilik bildirir. Burada Rud-
Rud eyni sözün təkrarıdır. Ərəblər "Arras", "Ar-Ran" və s. adlarında "r" səsini
təkrarladıqları kimi Rud-Rudu da "Rud-ar-Rud" yazmıĢlar. Əslində isə Rud-Rud
iki yerin adını bildirir. Həqiqətdə bu iki yer var. Hər iki Rud biri-digərinə yaxın
olan çay olmayıb, biri dağ, digəri qaladır - Urud dağı və Urud qalası. Urud dağında
yerləĢən eyni adlı Urud qalası Bazarçayın üstündə yerləĢmiĢdir. Bu qala haqqında
Z.Bünyadov belə yazır:
"Bazarçay üzərində orta əsr abidələrinə aid bir abidə də var ki, bu da dəniz
səviyyəsindən 1,5 km yüksək olan Rud dağı üstündə xarabalığı qalmıĢ Urud
qalasıdır. Bu qala da ġahı qalası kimi çay üstündə müdafiə mövqeyinə malik olan
möhtəĢəm qalalardan biridir. Bu qalanın qalıqlarından arxeoloq R.M.Vahidov təyin
edir ki, qala VII-IX əsrlərə məxsusdur".
Buradan məlum olur ki, Arazı keçən ərəblər Həkəri-BərguĢad çaylarının
birləĢdiyi ərazi ətrafından babəkləri təmizləyərək, Bazarçay boyu hərəkət edərək
Dəmirçi-Dundarlı kəndlərinin yaxınlığındakı Babək qalasını ələ keçirmiĢlər
(Xarabalığı qalan bu qalaya yerli sakinlər Babək qalası deyirlər). Qalanı fəth edən
ərəblər Bazarçay boyunca irəliləyərək Urud qalası uğrunda döyüĢə girmiĢlər.
Mənbələrdə Rud-ar-Rud həmin bu qaladır. "U" səsinin artırılması Azərbaycanın dil
xüsusiyyətindəndir, məsələn: Rüstəm-Urüstəm, Rus-Urus, Ruqiyyə-Uruqiyyə və s.
kimi Rud da Urud kimi deyilir (64, 52).
Bazarçay boyunca xürrəmdinlərlə vuruĢan Xilafətin ordusu Urud qalasını da
ələ keçirəndən sonra Babəkin sərkərdəsi Ġsma əl-Kürdünün əl-ƏfĢinə verdiyi
məlumatların izi ilə Bəzzeynə tərəf irəliləməyə baĢlayır. Onlar Ġsmadan Bəzzeynə
gedən bütün yolları, hətta balaca keçidləri də öyrənmiĢdilər. Ona görə də Urud
qalasından cənuba tərəf hərəkət edən ərəblər ƏfĢinin rəhbərliyi altında Gığı
79
dərəsinə tərəf yüksəklikləri ələ keçirərək babəkiləri sıxıĢdırmağa baĢladılar. Urud
ilə Bəzzeyn arasında olan yol - Uruddan Darabsa kəndinə, Darabsa kəndindən
Kuhrud kəndinə, Kuhrud kəndindən Kuhrud çayının axarınca Gığı dərəsinə və Gığı
kəndinə, XoĢ Pürülüyə, nəhayət, Bəzzeynədir (64, 53).
...Xəlifə Möhtəsim ibn Harun ər-Rəşid 221-ci (835) ildə özünün yaxın
adamı, Türküstan əmiri Afşini sərkərdə təyin edərək böyük bir hərbi qüvvə ilə
Babəkin üstünə göndərdi. İki il davam edən qanlı döyüşlərdən sonra Babək məğlub
olaraq Arrana, Səhl ibn Sumbatın yanına qaçdı. Afşin 4 min döyüşçü göndərərək
Babəkin təslim edilməsini tələb etdi.
Səhl Babəki qandallayaraq özü şəxsən Afşinə təslim etdi... (A. Bakıxanov,
"Gülüstani-Ġrəm").
Xürrəmdin hərəkatı və Babəkin mübarizəsi bəzi Sovet dövrü mətbuatında,
xüsusilə erməni mənbələrində göstərildiyi kimi, kortəbii kəndli üsyanı deyildi, adi
bir çobanın dünyanı lərzəyə gətirən, Ġspaniyaya qədər böyük bir ərazini qılıncının
kölgəsində saxlayan xilafətə 22 il qan uddurması ağılabatan iĢ deyildir. Görün
xürrəmi hərəkatı ərəb xilafətini nə qədər narahat edirdi ki, Xəlifə Məmun öz
vəliəhdi Mötəsimə vəsiyyətnaməsində xürrəmilərlə müharibəyə xüsusi yer ayırırdı:
"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir
adam göndər, ona səbirlə, pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər
xürrəmilərlə müharibə uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamlarınla
onların üstünə get!".
Bu vəsiyyətnamədən də göründüyü kimi, xürrəmilər hərəkatı bir spontan
kəndli üsyanı deyil, öz dini və torpağı uğrunda ayağa qalxmıĢ bir xalqın
qəhrəmanlıq mübarizəsi idi. Bu ərəb iĢğalına qarĢı Azərbaycanın müharibəsi idi.
Həmin müharibədə Azərbaycanla sıx etnik, kulturoloji, mənəvi və iqtisadi birliyə
malik olan Albaniya və Sünik vilayəti də odlar yurdunun övladları ilə çiyin-çiyinə
vuruĢurdular.
Bəlkə də dünyada heç bir xalq öz əqidəsi uğrunda, öz dini uğrunda
Azərbaycan xalqı qədər mütəĢəkkil, möhtəĢəm, qətiyyətli mübarizə aparmayıbdır.
Bəlkə də Azərbaycan xalqından savayı, dünyanın heç bir xalqına dini qılınc
gücünə qəbul etdirməyiblər.
Dünyada bir milyarda qədər müsəlman vardır. "Qılınc müsəlmanı"
ifadəsi bir milyard insanın içərisindəki ən mübariz xalqa - bizim xalqımıza
aiddir!
Azərbaycan xalqının bu möhtəĢəm mübarizəsində Zəngəzur elinin,
Zəngəzur azərbaycanlılarının da xüsusi yeri və rolu olmuĢdur.
Heç də təsadüfi deyildir ki, Babəkin son döyüĢləri Zəngəzurda - Qafan,
Meğri, Sisyan qalalarında olmuĢdur. Bəzz qalası süqut edəndən sonra hərbi və
siyasi müttəfiq olan Bizansa getməyi qərara alan Babəkin öz yolunu Araz çayı
boyunca Sünik ölkəsinin ərazisindən salması da təsadüfi deyildir.
80
Bir sıra mötəbər tarixi mənbələrdə Babəkin Sünik knyazlığı ilə, Sünik xalqı
ilə sıx müttəfiqlik, dostluq və qohumluq əlaqələri barədə təkzibedilməz
məlumatlar, faktlar vardır.
Məlum olduğu kimi, Arranda əhalisi xristian olan Sünik, ġəki, Beyləqan,
Arsax və digər vilayətlərin ərazisində xürrəmilərin hərəkətləri bir qədər fərqli idi.
Görünür, bu vilayətlərə Xürrəmi qoĢunu təqribən 820-ci ildə, yəni ərəb caniĢinləri
və vergi yığanların sıxıĢdırdığı yerli məliklər kömək üçün Babəkə müraciət etməyə
məcbur olandan sonra gəlmiĢdi. Bu zaman, Arrana köçüb burada möhkəm məskən
salan bir çox ərəb feodalları Xilafət taxtı üstündə gedən daxili müharibədən və
Xilafətin paytaxtından ucqarlara gedən yolları geniĢ əməliyyat nəticəsində kəsmiĢ
olan xürrəmi üsyanının olduqca böyük müvəffəqiyyətlərindən istifadə edərək,
ayrılma
meylləri göstərməyə baĢlamıĢdılar. Xilafətdən ayrılıb mərkəzi
hakimiyyətin sərəncamlarına etina etməyən bu feodallar Arran vilayətlərində
özbaĢınalıq etməyə və özlərinə tabe olan tayfa dəstələri vasitəsilə qonĢu xristian
knyazlıqlara basqınlar edirdilər.
Belə mütəğəlliblər sırasında Sevada ibn Əbd ül-Həmid əl-Cəhhafi də var
idi. M.Kalankatuklunun verdiyi məlumata görə "həmin (821/2) ildə dağıdıcı tacik
(ərəb) Sevada, Ermənistanda AvaranĢah ("qarətçi") adı ilə məĢhur olan bu adam
basqınlar edərək bütün ölkəni qarət etdi, qayıdıb Sünikə getdi və Squk
vilayətindəki ġalatu (kəndi) qalasında möhkəmləndi. Sünik nəslinin böyüyü
hökmdar Vasak Babanı yanına çağırdı, "o da gəlib (Sevadanı) əzdi, qaçqın saldı".
Vasak həmin il öldü. Babək onun qızı ilə evləndi və həmin ildən Sünik
xürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoĢunu Sünikdən sonra Beyləqan,
Arsax və Uti vilayətlərini tutdu (88, 194).
Qeyd etdiyimiz kimi, beyləqanlılar və ya pavlikianlar Babəkin
hökmdarlığına tabe olmadılar, ya da ola bilər, öz üzərlərinə qoyulan bacın
ağırlığına tab gətirməyib, 826-cı ildə Babəkin əleyhinə üsyan qaldırdılar. Albaniya
knyazı Stepannos Ablasad Babəki Azərbaycandan çağırdı, o da Beyləqan
vilayətinə girib üsyanı yatırtdı. Babəkin qoĢunu 827-ci ildə Geqarkuni (Qərbi
Sünik) vilayətini tutdu. Həm də 15 min adam qırdı. Lakin beyləqanlılar 830-cu
ildən bir az əvvəl, yenidən üsyan qaldırıb, Bercor vilayətinə hücum etdilər. Ureas,
KarnakaĢ, Xakari və Tapat kəndlərini tutdular. Stepannos Ablasad təkrar Babəkə
müraciət edib kömək istədi, xürrəmilər də gəlib üsyançıları darmadağın etdilər.
830-831-ci illərdə beyləqanlıların rəhbərləri olan Davon və ġapux Babəkin
müttəfiqi knyaz Ablasadı öldürdülər. Beyləqanlılar üçüncü dəfə üsyan qaldırdılar
və bir mənbəyin dediyinə görə Qoroz qalasında möhkəmləndilər. Üsyançılar
Arranın aĢağıdakı vilayətlərini bir il ərzində öz əllərində saxladılar: Yuxarı
Vaykunik, Bercor, Sisakan (və Kotak), (Mivs) Xaband, Amaras, Pazkank, Arsaxda
Mxank və Utidə Tri vilayətləri (88, 195).
Qoroz qalası üsyan etmiĢ beyləqanlıların əlində qalmıĢdı. Babəkin ordusu
bu qalanı almaq üçün Arazdan keçib Amaras vilayətində düĢərgə saldı. Qalanın
81
alınmaz olduğunu və üsyançıların qətiyyətini görən Babək, üsyanı yatırmaq üçün
əvvəlcə iĢlətdiyi fənddən fərqli olaraq, üsyançıları təslim olmaq üçün dilə tutmağa
baĢladı. "O, sülhdən danıĢmağa baĢlayıb çalıĢırdı ki, onları öz hakimiyyətinə tabe
etsin. Bir çoxları bir müddət üçün tövbə edib ona tabe oldular, lakin sonradan
aldadılmıĢ olduğunu görərək yenidən qiyam qaldırdılar".
Babək Ģəhərin təslim olmasına müvəffəq olmadığından öz paytaxtına
qayıtdı, qalanın yanında isə öz sərkərdələrindən Rostomu (Rüstəm - müəl:) qoyub
"ona əmr etdi ki, qaladakılarla vuruĢmasın, onları xoĢluqla itaətə cəlb etsin. Lakin
Rostom Babəkin tapĢırığına fikir verməyib, qalada möhkəm yer tutanlarla
müharibə etməyə baĢladı. O zaman qalanın kiĢiləri Ġsanın gücünə pənah gətirərək,
xaç və müqəddəslərin qurumuĢ sümüklərini qabaqlarında tutaraq Babəkin
ordusunu məğlubiyyətə uğratdılar" (88, 195).
Görünür, Babək Arran vilayətlərində qan tökülməsini davam etdirmək
istəmirdi, çünki o öz arxasını təmin etmək fikrində idi. Məhz buna görə o "sülhdən
danıĢmağa baĢlamıĢdı". Yəqin məhz bu zaman Səhl ibn Sumbat və Yesai Əbu
Musa ilə Babək arasında əlaqə pozuldu. Nəticədə Babək Arran vilayətlərində öz
keçmiĢ müttəfiqləri içərisindəki dayağını və atlı qoĢununun istifadə etdiyi gözəl
qıĢlaqları itirdi. S.T.Yeremyan öz məqalələrindən birində yazır ki, zadəganların
Babəkə qarĢı münasibətinin dəyiĢilməsində baĢlıca rolu "Sünik və Arsax
kəndlilərinin narazılığı oynamıĢdır, çünki onlar Babəki ərzaqla və birinci növbədə
taxıl ilə təchiz etməli idilər. Kəndlilərin ehtiyatı qurtaranda Babək taxılı
feodallardan zorla aldı. Ermənilərdən və erməniləĢmiĢ albanlardan ibarət iri
zadəganlar Babəkin hərəkətlərindən qəzəblənərək ona qarĢı üsyan qaldırdılar...
Babəkin arxasında gedən bu mübarizələr nəticəsində onun qüvvəsi zəiflədi ki, bu
da 837-ci ildə ərəblərin onu qəti məğlub etməsinə imkan verdi".
Babək 22 il mübarizə apardı. Bu döyüĢlərin çoxu qalalar və istehkamlar,
keçilməz sıldırımlı dağlar və dərin dar dərələr ölkəsi kimi tanınan Sünikdə -
Zəngəzurda getdi. Qəhrəman sərkərdənin son günləri də Zəngəzurla - Qədim
Sisakanın ġəki qalası ilə bağlıdır.
22 il ərzində o dövrün 10-a yaxın görkəmli sərkərdəsini məğlub edən Babək
və onun Bəzz qalası 837-ci il avqustun 26-da süqut etdi. Babəkə doğma divarlar
daha kömək etmədi.
Bəlkə də ona görə ki, qalanın o üzündə Babəkin özü qədər qüdrətli bir
sərkərdə, damarından Babəkin qanı - türk qanı axan, Babəkin mənsub olduğu
böyük türk xalqının oğlu AfĢin dayanmıĢdı.
AfĢin Heydər ibn Kavus - islamı qəbul etmiĢ türk, ərəb xilafətinin ən
qüdrətli və yenilməz sərkərdələrindən biri idi. Bəzi tarixi mənbələrə görə AfĢin
ərəb xilafətinin iĢğalçılıq siyasətini bəyənməmiĢ, Babəklə birləĢərək xilafətə qarĢı
çıxmaq və Azərbaycanla Albaniyanı, həmçinin bütün Qafqazı xilafətin təsir
dairəsindən çıxararaq öz dövlətini qurmaq fikrində olmuĢdur. Buna görə də o,
82
Babəklə müharibəni 2 ildən çox uzatmıĢ, lakin Babəklə razılığa gələ bilməmiĢdir.
Babək AfĢinə inanmamıĢdı!
Səhl Sumbata inanan Babək, qanı bir, əqidəsi bir Türk oğlu AfĢinə
inanmamıĢdı!
Təsəvvür edin ki, Babək AfĢinlə birləĢsəydi, nə olardı!
Təsəvvür edin ki, ġah Ġsmayıl Xətai Soltan Səlimlə birləĢsəydi, nə
olardı!
Təsəvvür edin ki, Ġldırım Bəyazid Əmir Teymurla birləĢsəydi, nə
olardı!
Təsəvvür edin ki, Azərbaycan xanları bir-biri ilə birləĢsəydilər, nə
olardı!
BirləĢə bilmədik. Bizi birləĢməyə qoymadılar. Biri-birimizi tanımadıq.
Amma bizi tanıdılar, təklədilər, niĢangaha götürdülər.
Gizlənməyi bacarmadıq, əyilə bilmədik - qürurumuz qoymadı.
Beləcə, əyilə bilməməyi səbəbindən 837-ci ilin sentyabrının ilk günlərində
Babək Zəngəzur dərələrinin birində Səhl Sumbatla - ġəki qalasının hakimi,
Babəkin vaxtilə müttəfiqi olmuĢ xristian albanla rastlaĢdı. Babək tək idi. Babək
döyüĢmək halında deyildi, ac və yorğun idi. Minlərlə döyüĢçüsünü, qardaĢını və
anasını itirmiĢdi. Əldən getmiĢ Ģəhərini və vətənini qaytarmaq üçün son ümid yeri
bildiyi, neçə illərdi ki, çiyin-çiyinə ərəb xilafətinə qarĢı vuruĢduğu Bizans
imperatorunun yanına gedirdi. Getməkdə məqsədi dincəlmək, qüvvə toplamaq və
yenidən mübarizəyə baĢlamaq idi.
Babək əyilmək, gizlənmək, aman diləmək bacarmırdı. Babək satqınlığı
təsəvvürünə belə gətirə bilmirdi. Babək son dərəcə mərd idi və qarĢısındakını da
mərd bilirdi.
Ona görə də Darvazatəpə dağının ətəyində Səhl Sumbatla rastlaĢanda onu
kiĢi hesab elədi, onunla əl verib görüĢdü (tarixi mənbələrə görə Sumbat baĢ əyib,
Babəkin əlini öpərək haraya getdiyini soruĢmuĢdu).
Səhl ibn Sumbat Babəki öz qalasına dəvət etmiĢdi: "Bu sənin öz qalandır,
mən də sənin qulun. Bu qıĢı burada qal, sonra nə edəcəyini qət edərsən".
Beləcə 22 il xilafəti lərzəyə salan böyük sərkərdə adi bir feodalın hiyləsinə
aldanaraq, ömrünü bada verdi.
Səhl ibn Sumbat haqqında bir neçə söz demək, fikrimizcə yerinə düĢərdi.
Səhl Sumbat haqqında müxtəlif fikirlər dolaĢır. Bəzi mənbələrdə onu
Sünikin qüdrətli hakimi, "mərd və gözəl knyaz", "əsirləri aslan ağzından xilas edən
igid" adlandırırlar (88, 197).
Həqiqətdə isə Səhl Sumbat Sünikin hakimi deyil, onlarla Sünik
feodallarından biri və ġəki qalasının hakimi olmuĢdur. Səhl Sumbatın xüsusi
igidliyi və qəhrəmanlığı da olmamıĢdır. Düzdür, 820-30-cu illərdə digər Alban
feodalları kimi, o da ərəb xilafətinə qarĢı mübarizədə Babəklə müttəfiqlik etmiĢdir.
Lakin bu "müttəfiqliyi" bərabər səviyyəli güclərin müttəfiqliyi kimi baĢa düĢmək
83
lazım deyildir. Sadəcə, o zaman bu feodallar öz mövqelərini müəyyən etməli idilər;
ya Babəkin tərəfində dayanmalı, ya da ona qarĢı çıxmalı idilər. Xürrəmdin
hərəkatının zirvədə olduğu illərdə bir çox Alban knyazları kimi, Səhl Sumbat da
Babəkə ərzaq və hərbi dəstəklərlə vaxtaĢırı olaraq köməklik edirdi.
Səhl ibn Sumbat indiki Sisyanla (orta əsr mənbələrində Sisakan, Sisavan,
yaxud Sisan) Əngələvid (erməni mənbələrində Ankağeqot, "Kitabi-Dədə
Qorqud"da - "Əngəlöyüz") kəndlərinin arasında, Bazar çayın sol sahilində yerləĢən
ġəki qalasının hakimi idi. Səhl ibn Sumbat yalnız Babəki öz evində əsir edib
xilafətə satandan sonra məĢhurlaĢdı: Xəlifədən fəxri xələt, patriklik tacı və bir
milyon dirhəm qızıl pul mükafatı aldı, xəracdan azad olundu (138, 180).
Səhl Sumbat haqqında yazılan bəzi ədəbiyyatlarda onun erməni olduğu
iddia edilsə də, bu fikir əsassızdır.
Düzdür, Səhl xəyanətkardır, Səhl satqındır, qonağını süfrə baĢında əsir
edərək pula satan əclafdır. Ancaq min təəssüflər olsun ki, Səhl ibn Sumbat erməni
deyildir. O xristian dinli albandır. Uzun illər Qafqaz Albaniyasına rəhbərlik etmiĢ
Mehranilər nəslindən, Zamirxaqan padĢahın törəməsindəndir.
Səhl Babəki AfĢinin sərkərdələri Əbu Səidə və Buzbaraya təhvil verərkən
Babəkin ona söylədikləri də ibrətamizdir:
"Olmaya sən məni ərəblərə cüzi bir pula satıbsan? Əgər sən pul istəyirdinsə,
məndən istəyəydin, mən sənə onlardan çox pul verərdim" (138, 296).
Qəribədir ki, bəzi orta əsr ərəb salnaməçiləri (Əbu-l-Fərəc ibn Əhrun,
Məsudi, Əbu Tahir Əl-Məqdisi) Səhl ibn Sumbatı erməni patriki kimi təqdim
etsələr də, əksər erməni mənbələri bu barədə susurlar. Hətta Ermənistan SSR-in
Ensiklopediyasında (194, 192-194) və "Erməni xalqının tarixi"ndə (143, 113)
Babək və Babək üsyanı haqqında kifayət qədər ətraflı məlumat verilsə də, burada
Səhl Sumbatın adı belə çəkilmir. Bəs nə yaxĢı, ermənilər Səhl Sumbatı
özününküləĢdirməyiblər? Yəqin ki, öz əclafları kifayət qədər çox olduğundan
Sumbata yiyə çıxmağa ehtiyac duymayıblar. Buradaca qeyd etmək lazımdır ki,
Səhl ibn Sumbatı onunla təxminən eyni dövrdə yaĢamıĢ, 890-914-cü illərdə
Vənənd knyazı olaraq Qars Ģəhərini özünə iqamətgah etmiĢ, sonra isə Azərbaycan
hökmdarı Əmir Yusif tərəfindən əsir edilərək, edam olunan Smbat Baqratuni ilə
qarıĢdırmaq lazım deyildir.
Bütün satqınlar kimi, Səhl ibn Sumbatın da aqibəti acınacaqlı olmuĢdur.
Babək kimi dəyanətli müttəfiqi satan bir feodala ərəb xilafəti heç vaxt etibar edə
bilməzdi. Babəkin ölümündən sonra, 854-cü ildə Səhl Sumbat xəlifəyə xəyanət
etməkdə təqsirləndirilərək sərkərdə Buğa əl-Kəbir tərəfindən həbs edilərək
Samirəyə aparıldı və bir daha geriyə qayıtmadı.
Beləliklə, Babəkin öz əqidəsi, yurdunun və xalqının azadlığı uğrunda tarixi
mücadiləsi sona çatdı. Babək məğlub oldusa da, təslim olmadı, öz sərkərdə
qürurunu axıra qədər qoruyub saxladı, labüd ölümdən aman istəmədi, hətta Bəzz
qalasının süqutundan sonra xəlifə Möhtəsim tərəfindən onun üçün göndərilən əfv
84
fərmanını qəbul etmədi. Atasının həyatını xilas etmək naminə əfv fərmanını qəbul
etməsi üçün ona müraciət edən əsirlikdəki böyük oğluna Babəkin cavabı da
ibrətamiz bir tarixdir: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi
olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum
sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər
mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır
və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq
qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmişsən ki, ondan bir nəfər ləyaqətli
(adam) çıxmamışdır və (ucadan hamıya) deyirəm ki, sən mənim oğlum deyilsən,
çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq
yaxşıdır" (138, 253).
Babəkin ölümündən 1200 ilə yaxın vaxt keçsə də, onun mərdliyi, igidliyi,
cəsarəti, dönməzliyi bu gün də yaĢamaqdadır. Babəkin edam səhnəsi ilə bağlı
tükürpədici hekayət dünyanın bir çox xalqlarının dillərində dolaĢmaqdadır: Babək
əl-Xürrəmini Mötəsimin yanına gətirəndə, onun qardaĢı (tərəfdarı) əl-Məzyər ona
dedi: "Ey Babək! Sən heç kəsin görə bilmədiyi bir iş görmüsən. İndi də heç kəsin
dözə bilmədiyinə sən dözməlisən!" Babək ona belə dedi: "Sən mənim dözümümü
görərsən ". Elə ki, onu Mötəsimin yanına gətirdilər, Mötəsim əmr etdi Babəkin
əllərini və ayaqlarını onun gözünün qabağında kəssinlər. Cəllad da Babəklə
məşğul oldu. Əvvəlcə onun sağ əlini kəsdi, qan axanda, Babək bütün üzünü elə
qana boyadı ki, üzündə zərrə qədər təmiz yer qalmadı. Mötəsim dedi: "Ondan
soruşun nə səbəbə belə etdi?" Babəkdən soruşdular, o da belə cavab verdi:
"Xəlifəyə (belə) deyin: "Sən əmr etdin məni şaqqalasınlar, mənim edamım üçün sən
vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola bilməz ki, məndən axan qanı
dayandırmağa sənin hökmün çatmaz və nə qədər ki, başım kəsilməmişdir, bu qan
axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçıb
solğunlaşsın, adamlar da belə düşünsün ki, guya mən elə əvvəldən ölümdən
qorxmuşammış. Məhz buna görə mən belə etdim, yoxsa qanımın axdığı üçün
etmədim. Mən üzümü qana boyadım ki, üzümün rəngi qaçmış kimi görünməsin".
Onda Mötəsim dedi: "Əgər onun gördüyü və bağışlanmasına imkan verməyən işlər
olmasaydı, bu faydalı adamı saxlamaq düzgün olardı", odur ki, o, (cəllada) əmr
etdi edamı davam etdirsin. Onun əl-qolunu kəsdikdən sonra başını kəsdilər. Sonra
Babəkin əllərini, ayaqlarını və başını onun qarnına soxdular və üstünə neft töküb
yandırdılar. Qardaşı ilə də belə etdilər. Lakin onlardan heç biri nə qışqırdı, nə də
zərrə qədər ah-nalə etdi" (138, 255-256).
AfĢinin də taleyi qəmli sonluqla tamamlandı. O, xilafətə qarĢı Babəklə və
digər bir azərbaycanlı üsyançı Məzyərlə gizli ittifaq qurmaq cəhdində ittiham
edilərək həbs edildi və 941-ci ilin may ayında zindanda aclıqdan öldü.
Ġki böyük azərbaycanlı sərkərdənin qəhrəmanlıq salnaməsi beləcə
tamamlandı.
Yenə də biri-birimizlə birləĢə bilmədik.
85
Yenə də bizi biri-birimizə qarĢı qoydular.
Dostları ilə paylaş: |