ZƏNGƏZURUN ALBAN - OĞUZ ABĠDƏLƏRĠ
Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq
olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı
olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir
məsuliyyət hissi ilə yanaşmalıdır.
Heydər ƏLĠYEV
Qədim Sünik vilayətinin əhalisi təkallahlılığı qəbul edənədək müxtəlif
dinlərə - bütpərəstliyə (ata, tibet öküzünə, qurda, qartala, daĢa, ağaca sitayiĢ),
atəĢpərəstliyə (oda, iĢığa və günəĢə sitayiĢ) və ZərdüĢtiliyə etiqad edirdilər. Onu
qeyd etmək lazımdır ki, zərdüĢtlik ilk tanrıçılıq dini kimi meydana çıxsa da,
dünyəvi dinə çevrilə bilmədi, o cümlədən Zəngəzurda çoxsaylı tərəfdarlar toplaya
bilmədi. Əksinə, xristianlığın və islamın gəliĢinə qədər, bu yerlərdə atəĢpərəstlik
geniĢ yayılmıĢdı. AtəĢpərəstlik tək Qafqaz Albaniyasında, Sünikdə və
Atropatenada deyil, o cümlədən Ərməniyyə və Ġberiyada da yerli əhali arasında
böyük nüfuza malik din sayılırdı. AtəĢpərəstliyin niĢanələri bütün Qafqazda olduğu
kimi, Zəngəzurda da indiyədək qalmaqdadır. Zəngəzurda elə bir hündür dağ
yoxdur ki, orada pir, ocaq olmasın. Sisyan rayonunun Murxuz kəndində Qırxlar
piri, Qala pir, Ərəfsə kəndində Salvartı piri, Qafan rayonunda Pirhəmzə dağı,
Pirdavidan dağı, Çiləxana piri, Körpü qayası piri müqəddəs ziyarətgah sayılırdı.
Onu da qeyd etmək lazımdır ki, Zəngəzurda pirləri müsəlmanlarla
yanaĢı, ermənilər də ziyarət edər, nəzir qoyar, niyyət tutar, qurban kəsərdilər.
Fikrimizcə, xristianların kilsədə Ģam yandırmaq adətləri də atəĢpərəstlik kultu ilə
bağlıdır. Zəngəzurda atəĢpərəstliyin ən geniĢ yayılmıĢ və artıq milli ənənəyə
çevrilmiĢ atributu, Ģübhəsiz ki, Novruz və axır çərĢənbə tonqallarının yandırılması
idi.
Zəngəzurda mərhumu dəfn edən axĢam qəbrinin üzərində od qalayardılar.
Bu da çox güman ki, atəĢpərəstlikdən gələn bir ayin idi. "Od haqqı", "Çıraq
haqqı", "Ocaq qənim olsun" deyimləri, günəĢə, aya salavat çevirmək adəti və s.
də Zəngəzurun əhalisinin atəĢpərəstliklə bağlı genetik yaddaĢında kodlaĢmıĢ inam
və rituallar idi.
Zəngəzurda Ģaman kultu, tibet öküzünə, qurda, qartala, ata və s.
onqonlara sitayiĢ buradakı insanların ulu əcdadlarının prototürklərlə
bağlılığını göstərən birbaĢa dəlillərdir. Çünki at, tibet öküzü (yak), qurd və qartal
Altay, Tibet türklərinin hələ eradan əvvəl sitayiĢ etdiyi müqəddəs sayılan canlılar
idi. Bütün bunları, eləcə də Ģamanizmlə bağlı ayinlərin həyata keçirilməsi
səhnələrini özünün daĢ sinəsində həkk edərək, daĢ yaddaĢında saxlayaraq bu
günümüzə gətirib çıxaran çox qiymətli tarixi abidə Sisyan rayonunun Urud
kəndindəki orta əsr qəbiristanlığıdır. XIV-XV əsrə aid olan, əsasən sənduqə və qoç
46
Di gəl ki, yarı gördüm gözü yaĢlı, sözü qanlı
Yoxdu bu dərdimə çarə...
Ağvan nəslindən Ġftixar. 986-cı il. Urud kəndi.
heykəli Ģəklində 100-ə yaxın qəbir daĢları təkcə öz dövrünü deyil, dövründən
1000-1500 il öncəni də zəmanəmizə gətirib çıxaran kitabədir.
Urud qəbiristanlığı
Sisyan rayonunun Urud kəndinin qənĢərində, qalanın qarĢısında, Bədir
qayasının yanında, Bazar çayın sol sahilində tarixi 500 ildən yuxarı sayılan Urud
qəbiristanlığı yerləĢirdi.
Qəbiristanlıq hər yerdə və bütün zamanlarda müqəddəs yer sayılmıĢdır.
Qəbiristanlıq dünyanın əbədiliyi qədər də vəfasızlığının, insanların qüdrətli
olduqları qədər gücsüz və əlacsız olduqlarının ən əyani nümayiĢ yeridir.
Bəlkə
də sənət və elm
korifeylərinin,
fatehlərin
və
hökmdarların məqbərələri buna görə
möhtəĢəm və əzəmətli tikilir, ibrət
üçün qorunur ki, bu məbədləri ziyarət
edən hər kəs özünü həmin dahilərlə
müqayisə edə bilsin, gedəriliyini hiss
etsin, bir daĢdan, bir ağacdan, bir
qarıĢqadan və bir adamdan yuxarıda
dayanmağın tam nisbiliyini dərk
etsin.
Qəbiristanlıq
yeddi
arxa
dönənlərimizin sakinlik tapdıqları,
yolumuzu gözləyən müqəddəslikdir
və bu mənada həm də tarixdir.
Urud qəbiristanlığı isə tarixi-etnoqrafik əhəmiyyəti baxımından təkcə bir
kəndin deyil, bütöv mahalın keçmiĢi haqqında ən geniĢ məlumatı və tutarlı dəlilləri
qoruyub - saxlamıĢ bir məbədgah idi.
Urud qəbiristanlığındakı orta əsr və orta əsrə qədərki qəbir daĢlarının
tədqiqatı hələ bu əsrin iyirminci illərində Azərbaycan alimlərinin diqqətini cəlb
etmiĢdi.
1926-cı ildə Urud kəndində olmuĢ etnoqraf alim Ə.Ələkbərov Urud
qəbiristanlığı haqqında ilk elmi məlumat dərc etdirmiĢdir. 1959-cu ildə
Urudda olan akademik Ziya Bünyadov Urud qəbiristanlığındakı qəbir
daĢlarının dini-milli mənsubiyyəti və tarixi əhəmiyyəti barədə dəyərli fikir
söyləmiĢdir.
Urud abidələrinə sözün əsl mənasında ikinci həyat verən, onları dünya
epiqrafiya elminin dəyərli nümunələri səviyyəsində səciyyələndirən tarixçi -
epiqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor
MəĢədixanım Nemətova olmuĢdur. M.Nemətova 1961-ci ildə Urud kəndində
47
Urud qəbiristanlığında sənduqə (h. 992-cı il).
uzun müddətli ezamiyyətdə olmuĢ, XV-XVII əsrə məxsus 100-ə qədər qəbir
daĢının üzərində kitab tədqiq etmiĢdir.
M.Nemətovaya görə Urud
qəbiristanlığında
olan
qəbir
daĢlarındakı kalloqrafik oymalarda
ərəb qrafikasının kufi, nəsx, süls,
nəstəliq Ģriftləri iĢlənmiĢdir. Urud
abidələri yazı və bədii iĢləmələrin
üslubuna görə orta əsr Azərbaycan
daĢ üzərində oyma sənətinin Təbriz
və Naxçıvan məktəbinin nümunələri
sayılır.
Urud
abidələrindəki
sənduqələr, qoç və at fiqurları, fiqurlar üzərindəki Ģəkillər, yazılar türk
xalqlarının islama qədərki mədəniyyətini, məiĢətini, adət-ənənələrini, ov, məclis,
toy-yas mərasimlərini və s. səhnələri, onqonlar və Ģamanizm kultuna pərəstiĢi əks
etdirən oymalar bu ərazinin köklü sakinlərinin məiĢəti haqqında əvəzsiz tarixi
məlumat daĢıyıcılarıdırlar.
Urud qəbiristanlığındakı bir sıra qəbir daĢlarında onqonlarla bağlı
epiqrafika, əsasən, maralın, öküzün, yaxud qoçun üzərinə qonmuĢ qanadları
geniĢ açılmıĢ qartal rəmzlərindən ibarətdir. Bu cür onqonlar türk xalqlarının
islamdan əvvəlki dövrü üçün əsas sitayiĢ yerləri idi.
BaĢqa qrup qəbir daĢlarında qarĢı-qarĢıya (baĢ-baĢa) dayanmıĢ tibet
öküzləri (yaklar), öküzlərin sağ tərəfində bir əlində balta, bir əlində xəncər tutmuĢ
kiĢi təsviri olan səhnə təsvir olunur.
Məlum olduğu kimi, tibet öküzü bütün türk xalqlarının ümumi onqonu-
sitayiĢ heyvanı sayılmıĢdır.
Qədim türklərin inamına görə ildə bir dəfə bu heyvanı qurban kəsməklə,
tayfa gələcək qada-baladan hifz olunardı. Hər evə bu qurbandan müəyyən qədər
pay verilərdi ki, qədim inama görə bu pay o evə il boyu ruzi gətirəcəkdi.
Urud qəbiristanlığındakı bəzi qəbir daĢlarında əllərini göyə qaldırmıĢ adam-
dua edən Ģaman təsvirinin həkk olunması, yazı olmasaydı belə, bu daĢların
yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir.
Qəbir daĢlarında dəfn olunmuĢ Ģəxsin sənətini əks etdirən maraqlı iĢləmələr
də vardır.
Bir qəbir daĢında mərhumun (Xan Məhəmməd 983-cü il) zərgər olduğuna
iĢarə edən üzük, boyunbağı, sırğa, bilərzik Ģəkilləri həkk olunmuĢdur.
BaĢqa bir qəbir daĢında isə (Aysoltan 992-ci il) hana, həvə, bıçaq, əlində
kirgit tutmuĢ qadın təsviri mərhumənin xalçaçı olduğunu göstərir.
Urud qəbiristanlığındakı qəbir daĢlarında mərhumun məiĢətini, həyat
fəaliyyətini əks etdirən zəngin ov səhnələrinin, ov heyvanlarının (maral, ceyran,
48
dağ keçisi, cüyür), ov ləvazimatının (silah, nizə, balta, ox-kaman) təsviri o dövrdə
Urudda yaĢayan babalarımızın həyat tərzi, məiĢəti haqqında dəyərli məlumat verir.
Qəbir daĢlarında həkk olunmuĢ Ģer parçaları, dualar, islam dini
hədislərindən və Qurani-Kərimdən sitatlar, bu ərazilərdə yaĢayanların mənəvi
mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir.
Xarakterik haldır ki, bütün qəbir daĢlarında mərhumun yalnız ölüm tarixi
qeyd olunub.
Qəbir daĢlarındakı yazılardan nümunələr
I Sənduqə
Allah, Məhəmməd, Əli. Kəndxuda oğlu Əmrusəl ramazan ayı, 883-cü il,
ağvan nəslindən.
II Sənduqə
Bu məzarın sahibi mərhum oğul ibn Muraddır. 963-cü il.
III Sənduqə
Yuxarı hissədə: Allahdan baĢqa ilahi yoxdur. Məhəmməd Allahın rəsuludur.
Əli Allahın köməkçisidir. Məhəmmədqulunun oğlu Əmirəmin gəlini Pəri xan.
Taun xəstəliyindən vəfat etmiĢdir. 909-cu il.
BaĢ tərəfdə: Allah, Məhəmməd, Əli.
Yan tərəflərində: Məhəmmədə Allahın daima salavatı olsun. Ġlahi,
Məhəmmədə öz mərhəmətinlə daima rəhm et. Ġlahi, ruhlar içində Məhəmmədin
ruhunu uğurlu et. Qəbirlərin içərisində Məhəmmədin qəbrini rahat et.
Məhəmmədin əcdadına ehsan vaxtı salavat mərhəmət et. Məhəmmədi və
Məhəmmədin qəbrini uğurlu et. Mərhəmətli Allah onlara rəhmət eləsin.
IV Sənduqə (0,93 x 0,27 x 0, 25 m.)
Üst tərəfində Allah, Ya Məhəmməd, Ya Əli (Xan Məhəmməd ibn Mənahid)
983-cü il.
V Sənduqə (0,76 x 0,32 x 0,30)
Sağ tərəfində: 986-cı il. Məhdiqar ibn Əmirəm
VI Sənduqə (1,42 x 0,80 x 0,28)
Allah, Məhəmməd, Əli. Nurunun oğlu Kədaxur. Yan tərəflərində III
Sənduqədəki mətn təkrar olunur.
VII Sənduqə (0,97 x 0,21 x 0,33)
Sol tərəfində: Ġmamqulunun oğlu Bəhmən 936-cı il.
VIII Sənduqə (0,85 x 0,35)
Yuxarı hissədə: Allah, Aysoltan, 992-ci il. Sağ tərəfində III Sənduqədəki
mətn təkrar olunur.
IX Sənduqə: III sənduqədəki dini mətn yazılmıĢdır. Daha sonra
Məhəmmədqulunun oğlu Vəli bəyin oğlu Ġbrahim.
Bir cavan nazəninin məskənidir bu məzar,
49
EyləmiĢ nazik tənin xak ilə yeksan ruzigar.
DaĢı yazdı Vəli 989. - qeydi vardır.
X Sənduqə
Üst tərəfındə: Allah. Kərəm oğlu Mahmud.
Tərəflərində digər sənduqələrdəki dini mətn vardır.
XI Sənduqə (1,35 x 0,41 x 0,32 m.)
Sənduqənin üstündə yazı oxunmur. Tərəflərində digər Sənduqələrdəki dini
mətn təkrar olunur.
XII Sənduqə
Nurunun oğlu ġahnəzər. Min yeddinci il. Tərəflərində digər Sənduqələrdəki
dini mətn təkrar olunur.
I Qoç heykəlli abidə (1,12 x 0,67 m.)
Qoçun üstünə salınmıĢ örtüyün haĢiyəsində:
Di gəl ki, yarı gördüm gözü yaĢlı, sözü qanlı
Yoxdu bu dərdimə çarə...
... oğlu Ġftixar. 986
Sağ tərəfdə: Allah, Məhəmməd, Əli. Ağvan nəslindəndir.
II Qoç heykəlli abidə (1,12 x 0,67 m.)
Bir cavan nazəninin məskənidir bu məzar,
EyləmiĢ nazik tənin xak ilə yeksan ruzigar.
986. Ġmamqulunun oğlu Çələbi
Sol tərəfdə ov səhnəsi təsvir olunmuĢdur.
III Qoç heykəlli abidə (1,22 x 0,85 m.)
Sağ tərəfdə: Səfər Qulu 993. Sol tərəfində xalçaçılıqla əlaqədar təsvirlər
vardır.
IV Qoç heykəlli abidə
Sağ tərəfdə dini mətn. Üst tərəfdə: Allah, Məhəmməd, Əli.
Sol tərəfdə: Salavat. Dəri xəstəliyindən vəfat etmiĢdir. Ġsgəndərin oğlu Fəxr.
1019.
Urud qalası
Qədim Zəngəzurun Urud kəndində Bazar çayın sağ sahilindəki təpəlikdə
VI-VII əsrlərdə tikilmiĢ möhtəĢəm bir qala ucalır. Stepanos Orbelian XIII əsrdə
Urud qalasını Sünikin məĢhur qalaları sırasına daxil etmiĢdir. Qala 1075-94-cü
illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi.
Qalanı 1104-cü ildə Səlcuq türkləri ələ keçirmiĢlər.
Gürcü çarı Tamaranın qoĢunları Süniki tutarkən 1219-cu ildə Urud
qalasını almıĢ və Liparit Orbelianiyə təhvil vermiĢdir. Bununla da, Sünikdə gürcü
mənĢəli Orbeliani nəslinin hökmranlığı baĢlamıĢdır.
50
Urud qalasının öndən görünüĢü.
Rəssam A. Quliyev. 1987-ci il.
Əmir Teymurun qoĢunları 1386-cı ildə Süniki iĢğal edərkən Urud qalasını
da zəbt etmiĢ, qalanın hakimləri Burtelo və Sumbat Orbeliani qardaĢlarını əsir
alaraq Səmərqəndə aparmıĢdır.
Qaraqoyunlu hökmdarı Qara Yusif 1407-ci ildə Urud qalasını almıĢ və
yerli feodal məlik Bağırı qalanın hakimi təyin etmiĢdir (200, 651). Qeyd etmək
yerinə düĢərdi ki, Qaraqoyunlu feodallarından olan Məlik Bağırın tayfası üç yüz ilə
yaxın bir müddətdə Urud qalasının
hakimi olmuĢlar. Məlikbağırlılar XX
əsrin
əvvəllərinə
kimi
Urudda
yaĢamıĢ, yüksək dini təhsil görmüĢ,
dini rütbə daĢımıĢ, savadlı, sayılıb
seçilən bir nəsil kimi tanınmıĢlar.
1905-ci il erməni-müsəlman davası
zamanı Urud kəndindən bir neçə ailə
o, cümlədən, Məlikbağırlılar köçüb
Bakıya və Orta Asiyaya getmiĢlər.
Vaxtilə, Azərbaycan SSR KP MK-nın
birinci
katibi
iĢləmiĢ
Kamran
Bağırovun da həmin nəsildən olması
ehtimalı müəyyən əsaslardan xali deyildir.
Urud qalası haqqında daha bir qiymətli məlumatı isə tarixçi alim, bu kitabın
yazılmasında öz köməyini bizdən əsirgəməyən hörmətli Hüsaməddin Məmmədov
Türkiyə arxivlərində iĢləyərkən əldə etmiĢdir. Həmin sənədi - 1590-cı il tarixli
"Ġrəvan əyalətinin müfəssəl dəftəri"nin 124-cü səhifəsindən Urud qalası ilə bağlı
Sultan fərmanının çıxarıĢını Hüsaməddin müəllimə minnətdarlıq hissi ilə oxuculara
təqdim edirik: "Bitlis hakimi ġərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana
məktub göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmülkün
övladlarından olan mövlana Məhəmməd bəd əməlli qızılbaĢlardan üz döndərib, öz
adamları ilə gəlib Urud qalasına yerləĢmiĢdir. Urud qalasında olduğu müddət
ərzində, qızılbaĢlarla dəfələrlə vuruĢmuĢ və onları məhv etmiĢdir. Qalanın hakimi
Urud qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmiĢdirsə də, döyüĢləri
uduzub geri çəkilmiĢdir. Urud qalasını lazımınca müdafiə etmiĢ mövlana
Məhəmməd sultan üçün də böyük xidmətlər göstərmiĢdir. Deyilənləri nəzərə
alaraq, mövlana Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvraq adlı
kəndlərindən və Türküt adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun
istifadəsində qalması üçün Sultandan xahiĢ olunmuĢ, Sultanın cümadüləvvəl ayı
995-ci il tarixində (9-18 aprel 1587-ci il, H. Məmmədov) bu barədə fərmanı (əmri-
Ģərif) verilmiĢdir.
Gürcü mənĢəli knyaz Davit bek Sünikdə Ġran hakimiyyətinə qarĢı üsyan
qaldırarkən 1724-cü ildə Məlik Bağırı qətlə yetirmiĢ və Urud qalasını ələ
51
keçirmiĢdir. Lakin 4 il sonra Osmanlı türkləri Süniki, o cümlədən Urud qalasını
Davit bekin üsyançı dəstələrindən təmizləmiĢdir.
Təxminən o vaxtlarda Urud qalasında taun infeksiyası yayılmıĢ və qalanın
demək olar ki, bütün sakinləri bu dəhĢətli xəstəlikdən vəfat etmiĢlər. Urud
qalasının taundan xilas olunmuĢ əhalisi öz ev-eĢiklərini tərk edərək, qalanın
qarĢısında əvvəllər bostan sahəsi kimi istifadə etdikləri yerdə indiki Urud kəndini
salmıĢlar.
Urud qalasına yerli camaat həm də "Babək qalası" deyirlər. Nəsillərdən-
nəsillərə keçən Ģifahi Ģəhadətlər böyük Azərbaycan sərkərdəsi Babəkin öz
mübarizəsinin son mərhələsində bu qalada məskən salaraq ərəb iĢğalçılarına qarĢı
vuruĢduğunu təsdiq edir. Eləcə də həmin dövrü təsvir edən bir sıra ərəb və fars
salnaməçiləri də (Təbəri, Bələzuri) öz əsərlərində Rud-ər-rud qalasının adını
çəkirlər. Azərbaycanın VII-IX əsrlərdəki tarixini böyük elmi dəqiqliklə Ģərh edən
akademik Ziya Bünyadovun fikrincə, Babəkin son döyüĢlərindən biri məhz Urud
qalasında və onun ətrafındakı dağlarda baĢ vermiĢdir (138, 179).
Urud qalası indi uçulub-dağılmıĢ haldadır, qalanın yuxarıdan görünüĢü
Ģimal-qərb və cənub-Ģərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən
sıldırım qayalarla əhatə olunmuĢdur. Yalnız cənub-qərb tərəfdən qoĢa hasar
divarlarının qalıqları görünür. Hasar iri, yonulmamıĢ bazalt daĢlarla və gec
məhlulla hörülmüĢdür. Urud qalasının Bazar çayına baxan divarında çaya doğru
gedən yeraltı yolun qalıqları indiyədək saxlanılmaqdadır. Qalanın səthi
parçalanmıĢ bazalt daĢlardan ibarətdir. Palçıqsız hörülmüĢ düzbucaq, yaxud dairəvi
kiçik həcmli yaĢayıĢ evlərinin divarları Urud qalasının cənub-qərb tərəfində böyük
bir sahəni tutur. Qalanın cənub-qərbində qoĢa kvadrat qüllələrin qalıqları diqqəti
cəlb edir.
Qarakilsə, yaxud müqəddəs Qriqori məbədi
Sisyan rayonunun mərkəzində hündür bir təpəlikdə salınmıĢ bu monumental
məbəd VI-VII əsrlərdə inĢa edilmiĢdir. Xristianlığın diofizit məhzəbinə biət edən
albanların yaratdığı ən gözəl dini abidələrdən sayılan bu məbəd qara, yonulmuĢ
bazalt daĢdan tikildiyinə görə Qarakilsə adlandırılmıĢdır. Maraqlıdır ki, son
vaxtlara qədər Sisyan erməniləri də bu məbədə azəri türklərinin dili ilə "Qarakilsə"
deyirdilər. Tarixi mənbələrə görə Qarakilsə məbədi xristianlıqdan əvvəl bu bölgədə
mövcud olmuĢ, bütpərəst məbədinin yerində tikilmiĢdir.
Kilsənin o vaxtkı Sünik knyazı Kaozatın sifariĢi və vəsaiti ilə tikildiyi
söylənilir. Binanın içərisində divarda Kaozatın daĢ üzərində Ģəkli həkk
olunmuĢdur. Kaozatın dar, badama bənzər qıpçaq gözü adamın diqqətini cəlb
edir. Maraqlıdır ki, Müqəddəs Teodorosun və onun yanında o vaxtkı Sünik
yepiskopu Hovsepin Ģəkillərindəki sifət və göz quruluĢu da qıpçaq tiplidir. Bu ya
52
Ağudi qəbirüstü abidəsi.
doğrudan da, onların alban-türk mənĢəli olduğunu, ya da memarın türk soylu
olduğunu göstərən güclü bir detaldır (188).
Məlumdur ki, o dövrdə Sünik kilsələri diofizit alban kilsələri qrupuna daxil
idi və iyerarxiya baxımından Albaniya katalikosluğuna tabe idi. Buna görə də
Qara kilsənin arxitekturasında digər alban məbədlərində və bir çox Bizans
kilsələrində iĢlənilən üslub və ornamentlər geniĢ yer tutur. Qara kilsənin səkkiz
guĢə Ģəklində tikilməsi və dam örtüyünün qübbə Ģəkilli olması isə, çox güman ki,
qədim türklərin Tibetdən gətirdikləri tanrıçılıq kultu ilə bağlıdır.
Qarakilsə məbədinin cənubdan və qərbdən olmaqla iki qapısı, hər divarda
üç pəncərəsi vardır. Yan divarlardakı pəncərələr üçbucaq formasındadır. Məbədin
iç divarlarında "Ġncil"dən çoxlu təsvirlər öz əksini tapmıĢdır.
Qarakilsə məbədi 1931-ci ildə Sisyanda baĢ vermiĢ zəlzələ nəticəsində
qismən dağılsa da, sonra bərpa edilmiĢ və 1961-ci ildən erməni-qriqorian kilsəsi
kimi fəaliyyət göstərir (188).
Ağudi qəbirüstü abidəsi
Sisyan rayonunun ən qədim azərbaycanlı
kəndlərindən
biri
olan
Ağudi
kəndinin
çıxacağında, Ağudi - Sisyan yolunun sol kənarında
1400 ilə yaxın tarixi olan nəhəng qəbirüstü abidə
indiyədək qalmaqdadır. Bu qəbirüstü abidə ellin
mədəniyyətinin
ilkin
xristianlıq
dövrünə
transformasiyasının ən unikal nümunələrindən
biridir. Abidənin üzərində tarix yazılmasa da, onun
VII əsrin əvvəllərində inĢa edildiyi ehtimal olunur.
Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç
mərtəbəli quruluĢa malikdir.
Abidənin
birinci
mərtəbəsi
geniĢ
meydançanı xatırladır. Bu meydançanın altında iki
giriĢ qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. Meydançanın ətrafında
kiçik hasara alınmıĢ, uçulub dağılmıĢ qəbir yerlərinin niĢanələri son vaxtlara kimi
saxlanılmıĢdı.
Ġkinci mərtəbə yanlarda dördbucaqlı Ģəkilli iki sütundan və ortada
səkkizbucaqlı Ģəkilli bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü
vasitəsilə orta sütunla birləĢmiĢdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq
quruluĢuna malik üç sütundan ibarətdir. Belə ehtimal olunur ki, bu üç sütun
Müqəddəs Troitsanın (üç müədzinin) ifadəsi kimi dikəldilmiĢdir (111, 52).
53
Səlim karvansarası
Elxani hökmdarı Əbu Səidin dövründə Zəngəzur silsiləsinin Göyçə
yaylasına keçən yerində, Böyük Ġpək yolu üzərində tikilən karvansara o dövr
Azərbaycan memarlıq sənətinin Ģah əsərlərindən biridir. Səlim keçidi deyilən dağ
aĢırımında tikilən bu karvansaranı tanınmıĢ etnoqraf, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü MəĢədixanım Nemətova 1961-ci ildə ətraflı tədqiq
etmiĢ, karvansaranın giriĢindəki və içərisindəki kitabələri oxuyaraq onların elmi-
tarixi izahını vermiĢdir. MəĢədixanım müəlliməyə böyük minnətdarlıq hissi ilə
Səlim karvansarası barədə ona istinadən aĢağıdakıları bildirməyi lazım bilirik:
Səlim karvansarası Zəngəzurda Avropa qapısı olan Anadolunu Çin ilə
birləĢdirən, Araz boyu keçən Ġpək yolunun üzərində, dəniz səthindən 2410 m
hündürlükdə yerləĢdirmiĢdir. Elxani hökmdarı Əbu Səid vaxtında (1316-1335)
qeyd olunan yol abadlaĢdırılmıĢdır. Yol üzərində bir sıra karvansara, körpü,
xanəgahların kompleksində binalar tikilmiĢdir.
Çin - Türküstan - Ġran - Azərbaycandan keçən Ġpək yolunun Anadoluya
giriĢ qapısında yerləĢən Ərzurumun, Körpü kəndinin və Çoban körpüsünün böyük
strateji mövqeyə malik olduğunu göstərən abidələrdən biri də 290 m uzunluqda 7
aĢırımlı Çoban körpüsüdür. Körpü Elxani hökmdarı Əbu Səidin vaxtında Əmir
Çoban Salduz Noyon tərəfindən Ərzurum - Qars Qarayolunun 58 km-də Mingöl və
Həsənqala çaylarının qovuĢduğu nöqtədə Araz çayı üzərində tikilmiĢdir (85, səh.
36).
Dostları ilə paylaş: |