TARĠXDƏN QOCA TORPAQ
Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən
biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış
azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını
sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-
Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan
tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda
inkişaf etmiş mədəniyyət mövcud olmuşdur.
Heydər ƏLĠYEV
Qafqazın dünyada ən qədim insan məskənlərindən biri olması elmi fakt
kimi çoxdan təsdiq olunmuĢ tarixi həqiqətdir. Təbii ki, sürü halından icmaya, yəni
cəmiyyətə keçənə qədər insan aləmi uzun bir tarixi dövr-evolyusiya prosesi
yaĢamıĢdır və Qafqazın da hər yerində insan populyasiyası eyni vaxtda
məskunlaĢmamıĢdır. Ġnsan özünü dərk edəndən və ətrafdakı digər canlılardan
özünün keyfiyyət fərqini, yəni nitq və Ģüur fərqini anlayandan, canlı aləmin ən
elitar nümayəndəsi Homo sapiens mərhələsinə qədəm qoyandan sonra təbiətə
uyğunlaĢmaqla yanaĢı, ətraf mühiti özünün maraqlarına uyğunlaĢdırmağa, təbii
seçmə yolu ilə gedən mübarizədə Ģüurun və təcrübənin verdiyi üstünlükdən istifadə
edərək öz həyatı üçün daha əlveriĢli mövqelər əldə etməyə baĢladı. Ġbtidai insanlar
yaĢayıĢ yerləri seçərkən qida və su mənbələrinin bolluğunu, həyatın
təhlükəsizliyini, xüsusilə, digər icmaların hücumlarından müdafiə imkanlarının
geniĢliyini yayın istisindən, qıĢın soyuğundan, yazın və payızın Ģiddətli
yağıĢlarından qorunmağı mümkün edən təbii Ģəraiti nəzərə alırdılar.
Belə Ģərait üçün isə ən əlveriĢli yer dağlıq və dağətəyi ərazilər sayılır. Təbii
istehkamların - kaha və mağaraların, gizlənməyə və daldalanmağa etibarlı səngər
rolu oynayan nəhəng qayaların, yağıĢ suyunu dolça kimi yığıb saxlayan iri
çalaları olan sal daĢların, keçilməz sıx meĢələrin, gur bulaqların və dumduru
çayların bol olduğu Zəngəzur ərazisi bu mənada ilk insanların məskunlaĢması
üçün ən əlveriĢli regionlardandır. Ona görə də, bütün kiçik Qafqaz sıra dağlarının
ətəkləri kimi Zəngəzur silsiləsi də ilk insan məskənlərindən sayılır. Zəngəzurun
ilk insan məskənlərindən olmasını sübut edən tarixi abidələr, arxeoloji tapıntılar
31
kifayət qədərdir. Bunların bəziləri haqqında ətraflı danıĢmağı lazım bilirik. Çünki,
Azərbaycan oxucusunun Zəngəzurun qədim tarixi haqqında bilgiləri ya çox cüzi,
ya da yox dərəcəsindədir.
ġəki qayaüstü təsvirləri (Uxtasar)
Sisyan rayonunun ġəki kəndinin iki min ilə yaxın və bəlkə də daha çox yaĢı
vardır. ġəki sözü eramızdan əvvəl VII əsrdə Qafqaza gəlmiĢ saka (saqat) türk
boyunun adı ilə bağlıdır. (46, 439) Ötən əsrin 40-50-ci illərində ġəki kəndində
tapılan qayaüstü Ģəkil abidələri Zəngəzurun qədim tarixinə bir daha iĢıq saldı (168,
112).
Sisyan rayonunun ġəki və Sarnaqunk (1946-cı ilədək Saybalı) kəndlərinin
yaylaq yerləri sayılan (dəniz səviyyəsindən 3000-3300 m. hündürlükdə yerləĢən)
Dəvəboynu (ermənicə Uxtasar) və Təgəzür dağlarında iri sal qayalar üzərində
müxtəlif quĢ, heyvan, ox, kaman Ģəkilləri cızılmıĢ bu qayaüstü rəsmlər eyni ilə
Qobustan və Gəmiqaya abidələrinin oxĢarıdır. Bu abidələrin təxminən eradan
əvvəl IV-V minilliyə aid olması güman edilir (189).
Lakin, bizi maraqlandıran məsələ təkcə ġəki kəndində 7 min il öncə insan
yaĢaması faktı deyildir. Bizi maraqlandıran odur ki, ġəki kəndindəki qayaüstü
Ģəkillər Naxçıvandakı Gəmiqaya təsvirləri ilə, Kerç yaxınlığındakı Kül oba
kurqanındakı qayaüstü Ģəkillərlə, Qazaxıstan, Sibir-Altay, Urmiya, Volqa ətrafı
və s. yerlərdə tapılmıĢ, türk soyu, türk kökəni, türk totemi ilə bağlı abidələrlə
oxĢardır. Məlumdur ki, dünyada atın əhliləĢdirilməsi, atın minik, nəqliyyat, yük
daĢıma, qida vasitəsi kimi geniĢ istifadəsi türk tayfalarının adı ilə bağlıdır. At
südündən hazırlanan sərinləĢdirici içkini - qımızı türk xalqlarından baĢqa heç bir
xalq içmir. Məhz buna görə qədim tarixi mənbələrdə hər hansı türk dilli tayfanı
xarakterizə edəndə, digər əlamətlərlə yanaĢı "qımız içənlər" ifadəsi də iĢlənirdi.
Qədim yunan tarixçisi Strabon yazırdı: "Köçəri Skitlər içində kumıs içən boylar
var ki, onlar öz ədaləti ilə başqalarından yüksəkdirlər" (12; 6, 3, 9).
Bizi maraqlandıran odur ki, ġəki abidələrinin yarandığı yerlər də
(Zəngəzur və ġəki), Qobustan abidələrinin ətrafları da (Pirsaat və Sanqaçal) qədim
türk boyları Saqatların (sakların) və Zəngilərin adı ilə bağlıdır.
Bizi maraqlandıran odur ki, türk tayfalarının ən qədim inanclarından biri
(onqon) tibet öküzüdür və həmin Ģəkil ġəki qayaüstü təsvirlərində öz əksini
tapmıĢdır.
Bizi maraqlandıran odur ki, eradan əvvəl IV-III minilliklərdə tunc
dövründən dəmir dövrünə keçid türkdilli xalqlardan baĢlayıb və onların ilk dəmir
aləti kimi iĢlətdikləri ox ucluqları olubdur ki, həmin dəmir uclu oxların qayaüstü
təsvirləri ġəki abidələrində bu günümüzə gəlib çıxmıĢdır.
Bizi həm də daha çox qayğılandıran odur ki, Pavel Safoyan adlı bir
erməni alimi-biəməl hələ Sovet hakimiyyəti vaxtında 15-20 qayaüstü təsvirlərə
32
Nüvədi kitabələri.
dair 3 cild foto-albom düzəldir, onları bir neçə dilə tərcümə edir və belə bir cəfəng
iddia irəli sürür ki, ġəki qayaüstü abidələri erməni xalqına məxsusdur, həm də
bütün Qafqazdakı qayaüstü təsvirlər məhz ġəki abidələrinin təsiri altında
yaranmıĢdır - bizim alimlərimiz isə düz qırx ildir ki, susurlar.
Susmamaq üçün heç də böyük alim olmaq gərək deyil, sadəcə böyük ürəyə
malik təpərli türk olmağımız kifayətdir ki, belə iftiralara cavab verək. Əsasımız isə
kifayət qədərdir; əvvəla, eradan əvvəl III minilliyə qədər Zəngəzurda Maday
(Midiya) dövləti hakim olub ki, bu dövlətin ermənilərə dəxli yoxdur. E.ə. III
minillikdən baĢlayaraq ta islamın gəliĢinə qədər Sisakan (Syünik) bölgəsi Alban
knyazlığı olub ki, bunun da ermənilərə dəxli yoxdur. Ġkincisi, təxminən 6 min illik
böyük bir dövrü əhatə edən 750-dən artıq Qobustan qayaüstü təsviri necə ola bilər
ki, ondan sonra yaranan və iki minilliyi əhatə edən 15-20 ədəd ġəki abidəsinin
təsiri altında yaransın?
ġəki qayaüstü təsvirlərindən danıĢarkən qeyd etmək lazımdır ki, həmin
dövrə aid petroqliflərə Zəngəzurda çox yerdə rast gəlinir. Urud kəndində Gığı dərə
deyilən yerdə 4-5 iri sal qaya üzərində eyni ilə belə öküz və at təsvirləri var idi.
Eyni zamanda Qafan və Meğri rayonlarında da tədqiq edilməmiĢ qədim dövrə aid
qaya üstü təsvirlərin olması barədə məlumatlar vardır.
Nüvədi kitabələri
Zəngəzurun qədim insan məskəni olmasını, bu insanların mənĢəcə kimliyini
bir daha təsdiq edən qiymətli maddi abidələrdən biri də Nüvədi kitabələridir. Bu
kitabələri aĢkar edən, onları iĢığa çıxardan, vətəni tərk etmək məcburiyyətində
qalanda həmin daĢ kitabəni də kürəyində Bakıya gətirən, elmi diskusiyaların
mövzusuna çevirən qeyrətli vətən oğlu, cəfakeĢ ziyalı
və qələm sahibi Həmzə Vəlinin ruhuna rəhmət
diləyərək onun "Nüvədi kitabələri" kitabından bəzi
parçaları burada verməyi gərəkli sayıram:
1985-ci ildə Nüvədi kəndinin Qarqadaşı adlı
dağında bir naməlum yazı həkk olunmuş daş
parçasına rast gəldim. Daşın bir hissəsinin sındığını
təyin edib itmiş parçanı axtarmağa başladım. Bu
axtarışla altı belə yazılı kitabəni də tapdım. Yazı eyni
rəngdə olan olduqca möhkəm bazalt daşlara həkk
olunmuşdur. Təəssüf ki, bu qədim kitabələrin daş
səhifələri uçub dağılmış, əksəriyyəti itib-batmışdır. Yazılar üzərində heç bir iş
aparılmamış adi daşlarda həkk edilmişdir. Kitabələrin ən böyüyünün uzunluğu 1
m, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-ə çatır.
İndiyədək məlum olan Şumer, Sinay, Xannaney-Finikya, Hörmüz, Ərrindi,
Diskoridos, Kəsəc, Aramey, Qədim Yunan, Pəhləvi, Filados, Uyğur, Soqd, Monqol
33
və "Alban" (Arran) əlifbaları ilə müqayisəli araşdırmalar göstərir ki, Nüvədi
Qarqadaşı kitabələrindəki yazı bunların heç birinə oxşamır. Eyni bir işarənin bir
neçə daşda təkrarı və bir daşdan digərinə adlayan yazı güman etməyə əsas verir ki,
vaxtilə divar kimi düzülmüş üzü hamar daşların hamısında yazı varmış. Yan-yana
divar kimi təbii hörülmüş daşların tədricən uçub-dağıldığı və ya qəsdən dağıldığı
bu kitabələrin bəzilərinin dığırlanıb uzaqlara düşdüyü məlum olur. Kitabələrin
yazılarından təyin etmək olur ki, bəzilərindəki yazılar sağdan sola, bəzilərində
yuxarıdan aşağıya, bəzilərində yuxarıdan sağa və təkrarən sola yazılmışdır.
Daşların oyma texnikası barədə söz söyləmək çətindir. Çox güman ki,
yazılar biz şəkilli metal alətlə oyulmuşdur. Diqqətlə baxanda oyuqların içində
alətin biz şəkilli ucunun yerləri bilinir. Yazıların hər yerində eni 0,2-0,3 sm,
dərinliyi isə 3-4 mm-ə çatır.
Yazıların oxunması üçün ilk növbədə onun hansı xalqa mənsub olduğunu,
hansı dildə yazıldığını aydınlaĢdırmaq lazımdır. Bunun üçün, ilk tutarlı dəlil
kitabənin tapıldığı dağın adıdır. - QarqadaĢı dağı.
Nüvədi "QarqadaĢı abidəsi" Azərbaycan xalqının (türkdilli xalqının) ən
qədim yerli əcdadı olan, Cənubi Zaqafqaz və Orta Asiya ərazilərində
məskunlaĢmıĢ qarqarlara məxsusdur. Kitabənin dili türk mənĢəlidir. Yazılarda
ġumer sözü də iĢlənmiĢdir. Bu da kitabənin qədimliyinə dəlalət edir (63, 13; 15;
18).
QoĢundaĢ abidəsi
Bu daĢ abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisyan rayonunda,
köhnə Qarakilsə kəndi (indiki Sisyan) ilə Qızılcıq kəndinin arasındakı yastı
təpəlikdə yerləĢir. QoĢundaĢ abidəsi çoxlu sayda yerə bitili və dik dayanmıĢ
nəhəng daĢlardan ibarətdir. DaĢlar dairəvi formada sanki iki min il öncə nəhəng
insanların fövqəl-insan qüvvəsi ilə yerə "sancılmıĢdır".
DaĢların hündürlüyü təxminən 1,5-2,2 m, eni 60-80 sm-dir. Bəzi daĢların
üzərində bir, ya bir neçə dəlik açılmıĢdır. Çox güman ki, bu dəliklər həddindən
artıq ağır olan daĢların qoĢqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuĢdur.
DaĢ dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə
qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla
kifayət qədər səliqəli hörülmüĢ, üstü nəhəng sal daĢlarla örtülmüĢdür.
Sisyan azərbaycanlıları arasında yayılmıĢ bir rəvayətə görə bu yerlərdə
vaxtilə çox nəhəng və güclü insanlar yaĢamıĢlar. Bu insanlar oğuzların ulu
babaları imiĢlər. QoĢundaĢ isə bir döyüĢdə həlak olmuĢ əsgərlərin qəbirləridir. DaĢ
dairənin içərisindəki kurqanlar isə qoĢun baĢçılarına məxsusdur. QoĢundaĢ
abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri,
məiĢət və döyüĢ alətləri tapılmıĢdır (184).
34
Bir para erməni alimləri isə QoĢundaĢı qədim rəsədxana hesab edirlər. Guya
ki, 2000 il öncə burada qeyd olunan daĢların köməkliyi ilə (?!) ayı və günəĢi
müĢahidə edirlərmiĢ.
Ancaq QoĢundaĢın hansısa astronomik məqsədlərlə yaradılması fikri ağıla
batan deyildir. Ən azı ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də o
qədər də hündürlükdə deyildir və ayın, yaxud günəĢin daĢlar vasitəsilə müĢahidəsi
barədə hələlik elmə məlum olan təcrübə yoxdur. Digər tərəfdən əgər bu daĢlar
astronomik rəsədxana məqsədi daĢıyırdısa, onda kurqanlar qəbirlər və yaĢayıĢ
məntəqələrinin qalıqları və s. elmi faktlar bu fikri nəinki təsdiq etmir, əksinə belə
gümanları daha da zəiflədir.
QoĢundaĢ abidələri barəsində daha bir ibrətamiz hekayət də vardır:
Deyilənlərə görə çox qədim zamanlarda Sisyanda həddindən artıq zalım bir
padşah yaşayırmış. Bu zalımın zülmündən cana doyan rəiyyət Tanrıya üz tutub
yalvarır ki, "bizi ya quş elə, ya daş elə, təki bu əzabdan qurtar". Tanrıdan səda
gəlir ki, quş olmaq istəyənlər gərək birdəfəlik uçub getsinlər və bir daha bu
torpağa qayıtmasınlar. İnsanların bir hissəsində vətən məhəbbəti üstün gəlir.
Onlar quş olub vətənsiz yaşamaqdansa, daş olub Ana yurdda qalmağı üstün
tuturlar və halay vurub Tanrıya dua etdikləri yerdəcə daş surətində əbədiyyətə
qovuşurlar".
Öz soy-kökü ilə Sisyan torpağına bağlı olan xalq Ģairi ulu Məmməd Arazın
"Vətən daĢı olmayandan Olmaz ölkə vətəndaĢı", - deyərkən yəqin ki, gözlərinin
önündən qədim Zəngəzurun QoĢundaĢ abidələri gəlib keçmiĢdir.
QuĢa dönmək kiĢi sənəti deyildir! QoĢundaĢca da olmadıq!
Tanrı günahımızdan keçəcəkmi?
ĠĢıqlı dağı və Nuh əfsanəsi
Bizim tərəflərdə naməlum tarixlərdən bəri dillərdə dolaĢan bir əfsanə də
olduqca məĢhurdur. Bu Zəngəzur silsiləsinin Sisyan ərazisindəki ən yüksək zirvəsi,
baĢı buludlardan yuxarı dayanan ĠĢıqlı dağı, Nuh tufanı və Nuhun gəmisi haqqında
əfsanədir.
Yerin üzünü su alanda Nuh peyğəmbər hər canlıdan bir cütünü götürüb
özünün düzəltdiyi tufanlara sinə gərmək qüdrətində olan sehrli gəmisinə minir.
Dalğalar gəmini batıra bilmir və Nuhun gəmisi günlərin birində bir dağ zirvəsinə
toxunur. Qəfil zərbədən sarsılan Nuh peyğəmbər deyir:
- Nə ağır dağdır!
O gündən bu dağın adı Ağrı dağ qalır.
Bir az keçmiĢ, gəmi baĢqa bir dağla toqquĢur. Nuh bu dəfə belə deyir:
- Ġnan ki, dağdır. Türklər bu dağı "Ġlanlı dağ" adlandırırlar.
Nəhayət, gəmi iĢıqlı bir dağın zirvəsində dayanır. Nuh peyğəmbər ilk dəfə
burada iĢıqlı dünyaya çıxaraq, torpağa qədəm basır və deyir:
35
- Nə iĢıqlı dağdır!
Türklər bu dağın adını ĠĢıqlı dağ qoyurlar.
ĠĢıqlı dağı buludlardan yuxarı olduğundan onun zirvəsində həmiĢə günəĢ
parıldayır. Çox güman ki, "ĠĢıqlı" adı da elə buradan götürülübdür (110).
Mən bilmirəm, tarixdə Nuh tufanı olubmu?
Mən bilmirəm, tarixdə Nuhun gəmisi olubmu?
Mən bilmirəm, ümumiyyətlə, tarixdə Nuh adında peyğəmbər
yaĢayıbmı?
Bildiyim odur ki, ağlım kəsəndən eĢitdiyim bu əfsanənin min illərlə yaĢı
vardır. Bu bir türk əfsanəsidir. Və bu əfsanədəki dağ adlarının hamısı təmiz
Azərbaycan türkcəsindədir. Bu əfsanə min illərcə burada yaĢamıĢ Azərbaycan
türkünün dünyaya mifik-fəlsəfi baxıĢının məhsuludur.
Hərdən mənə elə gəlir ki, içərisində yaşadığımız son 15 il dədə-baba
yurdlarımızı selə-suya qərq edən Nuh tufanıdır. Biz Qərbi Azərbaycan türkləri isə
Nuhun gəmisinə - paytaxtı Bakı olan Ana Azərbaycana sığınmış bəşər övladlarıyıq.
Bu sehirli gəmini - Azərbaycan dövlətini yaratmış və tufanların, qasırğaların
ağzından böyük məharətlə qurtarmış, milləti işıqlı dünyaya çıxartmaq üçün
gecəsini-gündüzünə qataraq, yorulmadan çalışmış fövqəl insan, sözü və əməli
işıqla dolu, Tanrının xilaskarlıq missiyası ilə Yer üzərinə göndərdiyi Nuh
peyğəmbər isə ümummilli liderimiz Heydər Əliyevdir.
İnşallah, o gün gələcək ki, biz Ağrı dağdan, İlanlı dağa, oradan isə İşıqlı
dağa qədəm basacağıq və Vətən torpağının müqəddəsliyi qarşısında diz çökərək,
deyəcəyik:
- Biz, işıqlı dünyaya çıxdıq!
SĠSAKAN SAKLARIN ÖLKƏSĠDĠR
Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o,
həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox
güclü təsirini öz üzərində hiss etmişdir.
Heydər ƏLĠYEV
1920-ci il noyabrın 29-da Sovet Rusiyasının hərbi və siyasi dəstəyi ilə
sahəsi 9 min kv. km olan Ermənistan Sovet Sosialist Respublikası yaradıldı.
Həmin il dekabr ayının 1-də Azərbaycanın Zəngəzur vilayətinin ərazisinin böyük
bir hissəsi - Qafan, Meğri, Gorus və Sisyan rayonları "qonĢu və qardaĢ" Sovet
Ermənistanına pay verildi. Naxçıvan Azərbaycandan ayrı düĢdü. Zəngəzur
torpaqları itirildi, burada yaĢayan Azərbaycan türkləri taleyin umuduna buraxıldı.
Zəngəzur ermənilərə verildi...
Dərələyəz ermənilərə verildi...
Ġrəvan ermənilərə verildi...
36
Göyçə ermənilərə verildi!!!
Verildi və unuduldu. Verildi və hər Ģey bitdi, qurtardı, yaddan çıxdı.
Təəssüf, min təəssüf ki, 1920-ci ildən ta 1988-ci ilə qədər Azərbaycan
siyasəti, Azərbaycan elmi, Azərbaycan mədəniyyəti Zəngəzuru, eləcə də bütün
Qərbi Azərbaycan torpaqlarını unutdu. Zəngəzurun nə tarixi, nə etnoqrafiyası, nə
gələcək taleyi heç kəsi, hətta ancaq yaydan-yaya, dincəlməyə gələndən-gələnə
buraya dönən Zəngəzur ziyalılarını da düĢündürmədi, hər halda lazımi qədər
düĢündürmədi.
Yüz illərlə addım-addım məkrli niyyətlərini həyata keçirən erməni siyasəti
isə fürsəti fövtə vermədi. Erməni tarixçiləri yeni bir tarix uydurdular. Zəngəzurun,
Ġrəvanın yalançı, ermənipərəst "tarixini" yaratmağa cəhd göstərdilər və həmin
cəhdlər bu gün də davam etməkdədir.
Qədim mixi və türk yazılarının güzgüdə əksindən özlərinə əlifba
düzəltdirdikləri kimi, qədim türk tarixini də güzgüdə dünyaya göstərərək guya
erməni "tarixi" yaratdılar.
Ölünün üzünə güzgü tutarlar. Türkün tarixi isə ölü tarix deyil, dinamikada,
inkiĢafda olan tarixdir. Qılıncla yazılan tarixi qələmlə vərəqlərə köçürməyə uzun
müddət vaxtımız olmayıb, son 200-250 ili isə letargiya yuxusuna getmiĢik və çox
Ģeyi itirmiĢik. Ġndi isə oyanmaq, qalxmaq, geriyə dönüb baxmaq və sürətlə irəliyə
getmək vaxtı gəlib çatmıĢdır!
Ġndi isə gəlin Zəngəzurun qədim tarixinə baxaq, ermənilər kimi güzgüdən
baxmayaq, sadəcə, bir az günəĢ iĢığı salaq, bir az elmin, məntiqin və həqiqətin
iĢığında bu qədim torpağın keĢməkeĢli həyatını izləyək.
Bizim eradan əvvəl VII əsrdə türk dilli (prototürklər) sakların, kimmerlərin
Cənubi Qafqaza, o cümlədən, indiki Zəngəzurun ərazisinə axını baĢladı. Sakların,
kimmerlərin, yerli uti, ud, sod, mar, qarqar, leq, qel, uz və s. tayfalarla
qaynayıb qarıĢmasından e.ə. IV əsrdə Alban dövləti yarandı (146, 42). Albaniyanın
ərazisi qərbdə Ġberiya (Gürzan) və Ərməniyyə ilə, ġimalda Sarmatiya (Dağıstan)
ilə, ġərqdə və Cənubda Atropatena ilə həmsərhəd idi. Paytaxtı əvvəl Qəbələ, sonra
isə Bərdə Ģəhəri olan Albaniya dövlətinin ən böyük vilayətlərindən biri Süni,
yaxud Sisakan idi. Bəzən deyirlər ki, Süni (Sünik) bu ərazinin erməni
mənbələrindəki adı, Sisakan isə farsca adını bildirən sözdür. Elə buradaca qeyd
edək ki, həm Süni, həm də Sisakan sözü türk sözüdür.
Eradan əvvəl IV minillikdə Çində, indiki uyğurların yaĢadığı ərazidə
Syunnu adlanan türk tayfaları yaĢamıĢ, sonra bu tayfalar Orta Asiyaya, Qara dəniz
sahillərinə və Qafqaza yayılmıĢlar (55, 77). Bunlar sak, iskit, yaxud skif
adlandırılan Saqa (Saqat) boyuna qohum tayfalar idilər. Saqaların e.ə. VII əsrdə
məskunlaĢdığı və uzun əsrlər hökmran olduğu bir ərazinin Sünik (sünilərin
məskəni) adlandırılması, bu yerlərin Sis (qədim türkcə: - yaĢıl meĢəli dağlıq
yaĢayıĢ yeri) + Sak (türk tayfaları) + An (məkan bildirən Ģəkilçi) sakların
yaĢadıqları, yaĢıl, meĢəli ərazi adlandırılması qədər təbii və məntiqi idi (42, 220).
37
Sisakan nəinki erməni torpağı olmayıb, əksinə, həmiĢə erməni çarlığı ilə
münaqiĢə vəziyyətində olan, onunla mübarizə aparan bir Alban vilayəti olmuĢdur.
Ümumiyyətlə, demək olar ki, bu torpaqlarda (bütün Qafqaz ərazisində -
müəl:) üç min ilə yaxın dövrdə müstəqil bir dövlət olmamıĢdır. Həm gürcülər, həm
ermənilər, həm albanlar və azərbaycanlılar, gah Bizans, gah Parfiya, gah Ġran, gah
Ərəb, daha sonralar isə Türk (moğollar, səlcuqlar, teymurilər, səfəvilər, osmanlılar)
imperiyasının tabeliyində ən yaxĢı halda, yarım asılı vəziyyətdə olmuĢlar.
Tarixi xronologiyaya nəzər salaq:
E.ə VII əsr - Sakların və kimmerlərin (Saqat-qəmərlərin) Qafqaza gəliĢi
E.ə 675-550-ci illər - Midiya (Maday) dövləti mövcud olmuĢ, Göyçə gölü
də daxil olmaqla Kür-Araz aralığı bu dövlətin tərkibində olmuĢdur.
E.ə 550-330-cu illər - Əhəmənilər imperiyası dövrüdür ki, bu Ġran dövləti
Ərməniyyəni, ġərqi Gürcüstanı, Kür-Araz çayları arasındakı əraziləri iĢğal
etmiĢdir. Bisütun kitabələrində Əhəməni hökmdarı I Daranın adından belə bir
məlumat yazılmıĢdır:
"Mən ordu ilə Sak ölkəsinə, ucuşiş papaq qoyan saklara qarşı getdim. Çaya
çatdım, onu ordu ilə keçdim. Bundan sonra, sakları darmadağın etdim, qalanını
əsir tutdum. Skunxa adlı başçılarını tutub mənim yanıma gətirdilər. Mən başqasını
onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu".
Əhəmənilərin hakimiyyətinin son dövrlərində Albaniyadakı xırda tayfa
ittifaqları birləĢərək Albaniya dövlətini yaratdılar. Bu dövlət Əhəmənilərin
hakimiyyətindən qismən asılı idi, ona xərac verirdi və müharibə zamanı Əhəməni
ordusunu hərbi dəstələrlə təchiz edirdi. Yarım müstəqil Alban dövləti gah tərəqqi -
gah tənəzzül edərək bizim eranın VIII əsrinə qədər (705-ci il) - Ərəb xilafətinin
Qafqaza gəliĢinə qədər mövcud olmuĢdur.
E.ə III əsr - b.e 226-cı ilinədək Qafqazın bir çox əraziləri, o cümlədən,
indiki Zəngəzurun ərazisi Parfiya padĢahlığının tabeliyində olmuĢdur.
Dostları ilə paylaş: |