Ġdeya və layihə müəllifi


qiqili)  adlarını  daĢıyan  Piçənis  (ġahbuzda  Biçənək),  Sofulu,  Sarallı,  Gığı



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   2   3   4   5   6   7   8   9   ...   36

qiqili)  adlarını  daĢıyan  Piçənis  (ġahbuzda  Biçənək),  Sofulu,  Sarallı,  Gığı, 
Suvarlı, Yaycı və s. yaĢayıĢ məntəqələrinin olması da buranın aborigen əhalisinin 
məhz Azərbaycan türklərinin olduğunu sübut edən danılmaz tarixi dəlillərdir. 
Zəngəzurdakı yer-yurd adlarının bəziləri islamla bağlı və ərəb-fars mənĢəli 
adlardır:  ġıxlar,  Mollalı,  Müsəlləm,  Pirdovdan,  Sənçərli,  ġəhərcik,  Ərəbxana, 
ġam, ġamsız, Məzrə, Məliklər və s. 
Zəngəzurdakı bəzi yaĢayıĢ məntəqələrinin tarixi isə çox qədimdir. Eramızın 
əvvəllərində, hətta, müasir eradan qabaqkı minilliklərdə mövcud olmuĢ və öz tarixi 
keçmiĢini  və  mənsubluğunu  adında  yaĢadan  Urud,  Vağudi,  Ağudi,  Dovrus, 
ġurnuxu,  ġabadin,  Qurdqalaq,  Gorus  və  s.  kimi  toponimlərin  izahını  vermək 
xeyli çətindir. 
Ümumiyyətlə,  demək  olar  ki,  apardığımız  ətraflı  tarixi,  etnoqrafik, 
linqvistik,  toponomik  tədqiqatlar  tam  qətiyyətlə  deməyə  əsas  verir  ki,  bir  neçə 
kəndi  çıxmaqla,  Zəngəzurda  erməni  mənĢəli  heç  bir  topomorfant  yoxdur. 
Ermənilik Zəngəzura ruslar Qafqaza gələndən sonra, xüsusilə, 1828-ci ildən sonra 
gəlmiĢdir və yəqin ki, ruslar Qafqazdan gedənə qədər qalacaqdır. 
 
Zəngəzur haradır? 
 
Məlum olduğu kimi, Zəngəzur dağlıq ölkədir. Zəngəzurun coğrafiyasından 
danıĢarkən  qeyd  etmək  lazımdır  ki,  Zəngəzur  Rusiya  imperiyasının  daxilində  bir 
inzibati ərazi vahidi - qəza kimi yaranandan çox-çox əvvəl, hələ XIV əsrdə coğrafi 
ərazi  kimi  mövcud  olmuĢdur  (Sünik  əyalətinin  Ģərq  hissəsi  olaraq).  Orta  əsrlər 
erməni tarixçisi Moisey Xorenski Sünikin hüdudlarını belə göstərirdi: Sünik Göyçə 
gölündən  Araz  çayının  dar  dərədən  dəhşətli  gurultu  qoparaq  sürətlə  düzənliyə 
axdığı yerə qədər uzanan bir ərazidir (13, I kitab, 12). 
Azərbaycan  Rusiyaya  ilhaq  edilənə  qədər  Zəngəzur  adı  bir  coğrafi 
məkan  olaraq  ara-sıra  xatırlanırdı.  Bu  dövrə  qədər  Zəngəzur  Ġrəvan, 
Naxçıvan və Qarabağ xanlıqlarının tərkibində mahal kimi mövcud olmuĢdur. 
Çar  Rusiyası  öz  sərhədlərini  Cənuba  və  ġərqə  doğru      geniĢləndirə-
geniĢləndirə,  nəhayət,  XVIII  əsrin  axırlarında  Qafqaza  gəlib  çıxdı.  Artıq  çoxdan 

23 
 
Dəvəboynu dağı. 
 
zəifləmiĢ Ġran ĢahənĢahlığına qalib gəlmək cavan və Avropa üslubunda  müharibə 
aparan  rus  ordusu  üçün  heç  bir  çətinlik  törətmirdi.  Qısa  müddətli  Rus-Ġran 
müharibəsində  fars  xanədanı  Azərbaycanın  bir  hissəsini,  o  cümlədən,  Qarabağ, 
Gəncə daha sonra isə Naxçıvan və Ġrəvan xanlıqlarını Rusiyaya güzəĢtə getdi. Bu 
güzəĢt  1813-cü  il  oktyabrın  12-də  Gülüstan  müqaviləsi  ilə  tarixə  düĢdü  ki,  bu 
müqaviləyə  əsasən  Qarabağ  vilayəti  sərhəd  Çaundur  çayı  olmaqla  Rusiyanın 
tabeliyinə  verildi.  Lakin  müharibə 
davam  etdirildi  və  Ġran  yeni  itkilərlə 
üzləĢərək,  1828-ci  ilin  10  fevralında 
imzalanan  Türkmənçay  müqaviləsinə 
görə  Rusiya-Ġran  sərhədi  Zəngəzurda 
Araz çayına qədər cənuba sürüĢdürüldü. 
Zəngəzurun  ərazisi  XIX  əsrin  50-ci 
illərinə  qədər  ġamaxı  quberniyasının, 
60-cı  illərdə  isə  Bakı  və  Ġrəvan 
quberniyalarının  tabeliyində  olmuĢdur 
(165, 2). 
Cənubi  Qafqazda  yeni  inzibati-ərazi  bölgüsünü  müəyyənləĢdirən  layihəyə 
uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, Ġrəvan və Tiflis quberniyalarının bir 
hissəsi  hesabına  yeni  bir  quberniya  -  Yelizavetpol  quberniyası  yaradıldı.  Bakı 
quberniyasının  ġuĢa  qəzasından  və  Ġrəvan  quberniyasının  Ordubad  qəzasından 
ayrılan  hissələr  hesabına  indiyə  qədər  haqqında  danıĢılan  Zəngəzur  qəzası 
mərkəzi  Gorus  Ģəhəri  olmaqla  inzibati,  məhkəmə,  ərazi  vahidi  olaraq 
formalaĢdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı. 
О  vaxtkı  Zəngəzur  qəzasının  hüdudları,  coğrafi  mövqeyi,  təsərrüfat  və 
məiĢət Ģəraiti,  dini,  etnik tərkibi rus tədqiqatçısı  S.Zelinskinin  1886-cı  ildə  tərtib 
etdiyi "Економический быть государственных крестиан в Зангезурском уезде 
Елизаветпольской  губернии"  (Yelizavetpol  quberniyasının  Zəngəzur  qəzasında 
dövlət  himayəsində  olan  kəndlilərin  iqtisadi  vəziyyəti)  adlı  tədqiqat  əsərində  (bir 
qədər  ermənipərəst  mövqedən  olsa  da)  geniĢ  və  ətraflı  təhlil  edilmiĢdir. 
S.P.Zelinskiyə  görə  Zəngəzur  qəzası  Yelizavetpol  quberniyasının  ən  böyük 
qəzalarından  biri  olaraq  Zaqafqaziyanın  cənubunda  yerləĢir  və  ərazisi  137  mil
2
 
təĢkil edir. Zəngəzur qəzası Ģərqdən və Ģimal-Ģərqdən Cəbrayıl və ġuĢa qəzaları ilə, 
Ģimaldan  CavanĢir  qəzası  ilə,  qərbdən  və  cənub-qərbdən  Ġrəvan  quberniyasının 
ġərur-Dərələyəz  və  Naxçıvan  qəzaları  ilə,  cənubdan  və  cənub-Ģərqdən  isə  Araz 
çayı boyunca Ġranla həmsərhəddir. 
ġuĢa  qəzası  ilə  Zəngəzur  qəzasının  sərhəddini  dəniz  səviyyəsindən  7-9,5 
min  fut  hündürlüyündə  dağ  və  yaylalar  silsiləsi  müəyyən  edir  ki,  onlardan  ən 
əhəmiyyətliləri  bunlardır:  Kirs  dağı,  Sağsağan  silsiləsi,  Sarıbaba  dağı,  Qırxqız 
yaylası və s. 

24 
 
ġərur-Dərələyəz və Naxçıvan qəzalarını Zəngəzur qəzasından ayıran dağ və 
yaylalar  silsiləsi  bunlardır:  Qısırdağ,  Kəbirli,  Ağdaban,  Salvartı,  ĠĢıqlı,  Ərəzin, 
Dəvəboynu, Qapıcıq, Alagöz. 
Alagözdən  Kirs  dağına  qədər  uzanan  silsilə  dağlar  və  yaylalar 
Zəngəzur  silsiləsini  təĢkil  edir.  Zəngəzur  silsiləsi  Аrpа  çayından  Araz  çayı 
boyunca meridianal istiqamətdə uzanaraq 130 km-lik bir məsafəni tutur. Silsilənin 
ən  hündür  zirvəsi  dəniz  səviyyəsindən  3904  m  yüksəkdə  qərar  tutan  Qapıcıq 
dağıdır. Zəngəzur silsiləsi qranit və qranitə bənzər süxurlardan təĢkil olunmuĢdur. 
Silsilənin  qərb  yamacları  otluq  və  kolluqlarla,  Ģərq  yamacları  isə  enliyarpaqlı 
meĢələr (palıd, göyrüĢ, vələs, ağcaqayın) və subalp çəmənlikləri ilə örtülüdür. 
Zəngəzurun dağ və  yayla  silsilələri bu  yerlərin  təbiəti qədər sərt,  gözəl  və 
təkrarolunmazdır.  Ucu  göylərə  dirənən  ĢiĢ  qayalar,  sıldırım  yarğanlar,  dar  cığırlı, 
sərt  yoxuĢlu  yamaclar,  "qu"  deyəndə  qulaq  tutulan  dərin  dərələr,  keçilməz 
aĢırımlar,  zəncirbənd  kimi  bir-birinə  keçən  yallar  və  zirvələr,  qarlı  dağların 
ətəklərindən  süzülüb  Ģırıltı  ilə  dərələrə  axıb  tökülən  gümüĢü  çaylar,  alp 
çəmənliklərinə keçən sıx meĢələr Zəngəzuru oxĢarsız edən, Qafqazın digər dağlıq 
ərazilərindən köklü surətdə fərqləndirən cəhətlərdir. 
1920-ci  ilə  qədər,  yəni  Zəngəzur  ərazisinin  böyük  və  əsas  hissəsinin 
Ermənistan  SSR-yə  verilməsinə  qədər  Zəngəzur  qəzası  dörd  müstəqil  inzibati 
vahiddən - sahədən (uçastok) təĢkil olunmuĢdu: 
1.  Meğri,  yaxud  Meğri-güney  sahəsi  -  bu  sahə  indiki  Meğri  və  Zəngilan 
rayonlarının ərazisini əhatə etmiĢdir. 
Meğri  inzibati  sahəsinin  ərazisində  1930-cu  ildə  Ermənistan  SSR-nin 
tərkibində ərazisi 664 km
2
 olan Meğri rayonu və Azərbaycan SSR-nin tərkibində 
sahəsi 707 km
2
 olan Zəngilan rayonu yaradılmıĢdır. 
Zəngəzurun Meğri inzibati sahəsi dağlıq (Alagöz, Xustup, BərguĢad, Meğri 
-  güney  silsiləsi),  dağətəyi,  yamac  (Araz  və  Həkəri  çayları  arasında)  və  düzən 
(Bazar  çayla  Oxçu  çay  arasında  -  Ağoyuq  maili  düzəni)  landĢafta  malikdir. 
Ərazinin Ģimal  hissəsində dağlarda meĢə örtüyü diqqəti cəlb edir. MeĢələr əsasən 
enliyarpaqlı  (palıd,  vələs)  ağaclardan  ibarətdir.  Bəsit  çayın  dərəsində  isə  çinar 
meĢəsi  vardır.  Araz  çayının  yatağı  boyunca  cənuba  doğru  getdikcə  ağac  örtüyü 
seyrək kollara, çöl bitkilərinə, nəhayət, çılpaq qayalıqlara keçir (209, 473). 
2.  Zəngəzur  qəzasının  Qafan  nahiyəsi  qəzanın,  təxminən  mərkəzində 
yerləĢmiĢdi.  Bu  nahiyənin  hesabına  1930-cu  ildə  Ermənistan  SSR-nin  tərkibində 
ərazisi  1345  km
2
  olan  Qafan  rayonu  və  1933-cü  ildə  Azərbaycan  SSR-nin 
tərkibində sahəsi 802 km
2
 olan Qubadlı rayonu yaradılmıĢdır. 
Qafan  (Kapan)  nahiyəsi  BərguĢad  (Bazar  çay)  çayının  boyunca  Zəngəzur 
nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. 
Bu  nahiyə  6  kiçik  dairəyə  (okruq)  bölünmüĢdür:  Oxçu  dairəsi,  Gığı 
dərəsi  dairəsi,  Əcanan  türk  dairəsi,  Kəpəz  dairəsi,  Bəsitçay  dairəsi  və 
Çaundur-çay dairəsi. 

25 
 
Qafan  nahiyəsi  də  digər  nahiyələr  kimi  dağlıqdır.  Bəzi  yerlərdə  isə  bu 
dağlar  keçilməz  sıldırımlar  və  yarğanlarla  haĢiyələnir.  Bu  nahiyədə  meĢə  örtüyü 
qalın və zəngindir (165, 8). 
Zəngəzur  nahiyəsi  qəzanın  Ģimal-Ģərq  hissəsini  təĢkil  edir.  Cənubdan  və 
cənub  qərbdən  (Bazarçayın  axarı  boyunca)  Qafan  nahiyəsi  ilə  həmsərhəddir. 
Zəngəzur  nahiyəsi  Ġlizin  (Lçen)  çayının  axarı,  ĠĢıqlı  dağı  və  Mıxtökən  yaylası 
boyunca Sisyan nahiyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyəsi dörd dairəyə (okruq) 
bölünmüĢdü: Hacısamlı, Alyanlı, BərguĢad və Həkəri dairələri. 
Bu nahiyənin landĢaftını orta hündürlüklü dağlar, sıx meĢələr, bərəkətli qara 
və  Ģabalıdı  torpaqlar  təĢkil  edir.  Zəngəzurun  qəza  mərkəzi,  Gorus  Ģəhəri  bu 
nahiyədə yerləĢirdi (165, 9). 
Zəngəzur  qəzasının  eyni  adlı  nahiyəsinin  ərazisi  hesabına  isə  1930-cu  il 
sentyabrın 9-da Ermənistan SSR-nin tərkibində sahəsi 752 km
2
 olan Gorus rayonu 
və 1930-cu il avqustun 8-də isə Azərbaycan SSR-nin tərkibində sahəsi 1883 kv.km 
olan Laçın rayonu təsis edilmiĢdir. 
Sisyan  nahiyəsi  CavanĢir,  ġərur-Dərələyəz  və  Naxçıvan  qəzaları  ilə, 
həmçinin Zəngəzur və Qafan nahiyələri ilə həmsərhəddir. Sisyan nahiyəsində sərt 
sıldırım  qayalı  dağlar  və  sıx  meĢələr  demək  olar  ki,  (Ġrmis,  Bəhrülü,  Ərəfsə 
meĢələrini çıxmaq Ģərtilə)  yoxdur. Burada  otlaq  və  əkinə  yararlı sahələr üstünlük 
təĢkil edir. Sisyan nahiyəsi də iki dairəyə (1-ci və 2-ci) bölünmüĢdü. 
 
Zəngəzurun çayları 
 
Zəngəzurun ərazisinin dağlıq və meĢəlik olması burada iri, bol sulu, gur və 
iti  axan  dağ  çaylarının,  onlarla  kiçik  su  axarlarının,  yüzlərlə  bulaq  və  çeĢmələrin 
mövcudluğunu  Ģərtləndirən  təbii  amildir.  Zəngəzurdakı  çaylar  Araz  hövzəsinə 
məxsus sulardır: Bazar çay (BərguĢad), Həkəri çay, Oxçu çay (Çaundur çay), 
Bəsit çay, Meğri çay. 
Bu çaylardan ən irisi və  əhəmiyyətlisi Bazarçaydır. Bazarçayın  üzərində  4 
su elektrik stansiyası, 5 iri süni göl (dəryaça) yaradılmıĢdır. Bazarçay öz mənbəyini 
Zəngəzur və ġərur-Dərələyəz dağ silsiləsindən götürür. 
Axarı  boyu  yüzlərlə  bulaq  və  çeĢməni  (Əyri  çay,  Zor-zor,  Qara  su,  Ulu 
çay, Uz çay, Ġlizin çay, Gorus çay və s.) özünə qataraq dar, daĢlı-qayalı yatağı ilə 
indiki  Sisyan  və  Gorus  rayonlarının  demək  olar  ki,  bütün  uzunluğunu  keçərək 
Gorus  və  Qubadlı  rayonları  ərazisində  (Tatev  kilsəsinin  yaxınlığında)  təbii  daĢ 
tuneldən  keçərək  (bu  tunelə  el  arasında  "ġeytan  körpüsü"  deyirlər)  Qubadlı 
rayonunun  Balahəsənli  kəndinə  burulur,  bu  ərazidən  baĢlayaraq  BərguĢad  adı 
altında axaraq, Qaralar kəndinin cənubunda Həkəri çayı ilə birləĢir və Həkəri adı 
ilə  Araza  tökülür. Ümumi  uzunluğu  179  km  olan Bazarçayın adı  X-XI əsrlərdən 
bu bölgədə məskunlaĢan türk mənĢəli Bazar tayfasının adı ilə bağlıdır (46, 144). 

26 
 
Bazar çay üzərində tağlı körpü. 
 
Həkəri  çayı  -  Hacısamlı  dərəsində  ġəlvə  çayın  və  Hocazsu  çayın 
birləĢməsindən  yaranır.  Həkərinin  hər  iki  mənbəyi  öz  baĢlanğıcını  Mıxtökən 
silsiləsindən,  dəniz  səviyyəsindən  2580  m  hündürlükdən  götürür.  Öz  axarı 
boyunca Hoçaz  çayı və  Zabux çayını qəbul edərək zənginləĢir, BərguĢad çayı ilə 
birləĢdikdən  sonra,  Araza  tökülür.  Bəzi  gümanlara  görə,  "Həkəri"  sözü  kürd  dilli 
Həkəri  tayfasının  adı  ilə  bağlıdır.  MəĢhur  Sarı  aĢığın  qəbri  Həkəri  çayının  sağ 
sahilində, onun sevgilisi YaxĢının qəbri isə sol sahilindədir (91, 72). 
Çaundur çayı - öz mənbəyini Qapıcıq 
dağının zirvələrindən götürür. Oxçu dərəsi və 
Süsən  dağın  vadisi  boyunca  axaraq  Mincivan 
yaxınlığında  Araza  tökülür.  Oxçu  dərəsi 
axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur 
mis  mədənlərinin  yanından  keçərkən  isə 
Mədən çay adlanır. Böyük qolları Gığı çay və 
Əcənan  çaydır.  Hal-  hazırda  Oxçu  çayı 
olduqca  artıq  çirklənmiĢdir.  Qafan  mis 
zavodlarının  bütün  çirkab  suları,  ağır  metallar 
və ola bilsin ki, radioaktiv  maddələr ermənilər 
tərəfindən  bilərəkdən  (Araz  hövzəsini  çirkləndirmək  məqsədilə)  Çaundur  çaya 
axıdılır.  Çaundur  sözünün  mənası  çox  güman  ki,  bu  ərazilərdə  XII  əsrdən 
baĢlayaraq, məskunlaĢan çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır. 
Bəsit  çay  -  Zəngilan  rayonu  ərazisindədir.  Bartaz  yaylasından  baĢlayaraq 
axarı  boyunca  ġixovuz,  ġükrətaz,  Sobusu  çaylarını  özünə  birləĢdirir.  Baharlı 
kəndindən keçərkən Baharlı, Rəzdərə kəndində isə Rəzdərə çay adlanır. 
Meğri  çayı  -  Oxçu  və  Meğri  dərələrini  ayıran  Cibənd  dağ  silsiləsindən 
baĢlayır,  Lehvaz  dərəsindən  keçərək  Meğri  çökəyinə,  oradan  isə  Araz  çayına 
tökülür: Vartanizor çay, Lehvaz çay, LiĢk çay kimi qolları vardır. 
Zəngəzurun  su  hövzələri  Ģəffaflığı,  duruluğu  və  iti  axarı  ilə  seçilir.  Bu 
çaylarda dağ çaylarına  məxsus çox dadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, 
daban balığı, Həkəri və BərguĢadın bol sularında isə iri qızıl balıq (losos) olur. 
 
Zəngəzurun iqlimi 
 
Zəngəzurun  ab-havasından  danıĢarkən  istər-istəməz  bu  torpaq  haqqında 
qədim  zamanlarda  deyilmiĢ  bir  aforizmi  xatırlamalı  olursan:  "Zəngəzur  elə  bir 
ölkədir ki, onun ərazisində eyni gündə həm qarpız, həm də qar-buz tapa bilərsən". 
Doğrudan  da,  Zəngəzurun  təbii-coğrafi  mövqeyi  elədir  ki,  burada  Araz  qırağı 
düzənlikdəki və uca dağ silsiləsindəki iqlim Ģəraiti tamamilə bir-birinin əksinədir. 
Dağ silsilələri, keçilməz dərin dərələr çox yerdə böyük əraziləri bir-birindən 
ayırır,  iki  dağ  arasındakı  böyük  çökəkliklər  dağların  zirvələri  ilə  tam  kontrast 
təĢkil edir. 

27 
 
Ümumiyyətlə,  götürdükdə  isə  Zəngəzurun  çox  hissəsi  dağlıq  olduğundan 
burada  ən  uzunömürlü  və  "yaddaqalan",  insanları  qayğılandıran,  sanki  insanlarla 
mübarizə üçün gələn fəsil qıĢdır. Zəngəzurun ərazisinin 2/3 hissəsində qıĢ çox sərt, 
soyuq  və  qarlı  keçir.  Dəniz  səviyyəsindən  1800  metr  və  daha  yüksək  olan 
ərazilərdə qıĢ fəsli oktyabrın sonlarından baĢlayır və  martın ortalarına qədər, bəzi 
yerlərdə  isə  aprel  ayına  qədər  davam  edir.  QıĢ  çox  sərt,  Ģaxtalı,  bəzən  çovğunlu 
keçir, xüsusilə dağlarda bir neçə ay davamlı olaraq 0°C-dən aĢağı olan temperatur 
Ģəraiti, sırsıra buzlaqlar, bir metr və daha çox hündürlükdə qar örtüyü, qılınc kimi 
kəsən çovğun bu yerlərdə yaĢayıĢı mümkünsüz edir. 
Zəngəzurun  əsas  nəqliyyat  arteriyası  sayılan  ġuĢa-Gorus-Sisyan-Ġrəvan 
(və Naxçıvan) Ģosse yolu (bu yola Zəngəzurda el arasında cadda yolu, yaxud poçt 
yolu  da  deyirdilər)  oktyabrın  sonlarından  baĢlayaraq,  ta  yaz  gələnə  qədər  qalın 
qarla və sırsıra buzla örtülü olurdu (indi də olur, ancaq təəssüf ki, həmin o yerlər 
haqqında  ancaq  keçmiĢ  və  gələcək  zamanda  danıĢmaq  məcburiyyətindəyik-
müəlliflər). 
Yollarda qıĢ boyu iri zəncirli traktorlar və ekskavatorlar qarı təmizləməklə, 
batan  maĢınları  yedəyə  alıb  daha  rahat  yola  çıxarmaqla  məĢğul  idilər.  Tarixi 
bilinməyən  qədim  zamanlardan  bu  yolda,  eləcə  də  Zəngəzurun  böyük  yaĢayıĢ 
məntəqələrini  birləĢdirən  digər  uzun  yollarda  1,5-2  m  hündürlükdə  biri-birindən 
200-300  m  aralı  daĢ  qalaqları  var  idi.  Bu  daĢ  qalaqları  (yerli  əhali  "kələk" 
deyirdi)  qalın  qar  altında  görünməz  olan,  tez-tez  çovğunun  püskürüb  doldurduğu 
yolu  itirməmək  üçün  yolçulara  niĢangah  rolu  oynayırdı.  Dağ  aĢırımlarında  "yol 
ev"ləri, karvansaralar, yaxud yolçu damları son zamanlara qədər qalmaqda idi. 
Zəngəzurun dağlıq ərazilərində  qıĢda  havanın orta  temperaturu 0-5C° bəzi 
vaxtlarda isə mənfi 20-30°C-yə qədər aĢağı düĢürdü. 
Zəngəzur dağlarına yaz tədriclə, nazlı gəlin kimi asta-asta qədəm qoyurdu; 
havalar  yavaĢ-yavaĢ  isinməyə  baĢlayır,  qarlı  çovğunlu  günləri  çiskinli-dumanlı, 
yağıĢlı  havalar  əvəz  edir,  torpağın  donu  açılır,  buzlar  əriyir,  yal-yamacdan  ərinti 
suları xırdaca çeĢmələr kimi səs-səsə verərək günəĢin zərif Ģüaları altında gümüĢü 
parıltı  ilə  üzü  aĢağı-dərələrə,  oradan  isə  çaylara  axıb  tökülərdi.  Torpaq  sanki 
yumĢalır, nəfəs almağa baĢlayırdı, torpaq nəfəs aldıqca onun sinəsindəki cürbəcür 
otlar,  çiçəklər,  güllər  də  iĢıqlı  dünyaya  boy  göstərməyə,  günəĢlə,  su  ilə,  hava  ilə 
seviĢməyə baĢlayırdılar. 
Bir ayın içində  təbiət  yaĢıllığa  qərq olur, bağlarda  alça,  ərik, gilas,  Ģaftalı, 
daha  sonra  isə  alma,  armud  və  digər  ağaclar  gəlin  donuna  bürünüb  bəy  arıları 
gözləyirdilər.  Bu  cümlələri  yazanda  bürkülü  bir  yay  gecəsi  idi  və  Bakının  "Yeni 
GünəĢli"  qəsəbəsindəki  8-ci  mərtəbədə  yerləĢən  mənzilimin  eyvanında 
ağcaqanadlarla "mübarizə" aparırdım. Könlümdən Qafanın Açağu kəndindən olan 
dostum,  gözəl  ziyalı,  təəssübkeĢ  insan  Rauf  Tağıyevə  zəng  vurmaq  və  bu  bahar 
təsvirini ona oxumaq keçdi. Lakin, tez də bu fikirdən daĢındım. Ona görə yox ki, 
Rauf da yəqin bu saat ağcaqanadlarla mübarizə aparırdı və Zəngəzurun baharını bu 

28 
 
Bazar çay üzərində ġam SES-in 
görünüĢü. 
 
yay gecəsi onun yadına salmaq, ən azı insafdan deyildi. Ona görə zəng vurmadım 
ki, o gəlin ağaclar bir də gəldi durdu gözümün qabağında. 
Zəngəzurda  əkin-biçin,  bağ-bağat, 
təsərrüfat  iĢləri  ilə  yalnız  azərbaycanlılar 
məĢğul  idilər  və  azərbaycanlı  kiĢinin  öz 
bağında  əlinin  halal  zəhməti  ilə  basdırdığı 
alma  ağacı  bir  ismətli  müsəlman  qızı  kimi 
gözümün  qabağından  getmirdi  və  elə  bil  lal 
baxıĢları  ilə  məndən  soruĢurdu:  Bəs  hanı 
bizim öz arılarımız? Niyə bizim ləçəklərimizi 
eĢĢək arılarına  təslim edib getdiniz? BaĢınıza 
da  bahalı-bahalı  papaqlar  qoyursunuz!  Rauf 
müəllimə bu səbəbdən zəng vura bilmədim və 
elə bu səbəbdən də Zəngəzurun yazından daha 
danıĢa bilmədim. Qəhər məni boğdu... 
...Zəngəzurun  yayı  da  müxtəlif  yerlərdə 
bir-birindən  fərqlənirdi.  MeĢə  zolağından  hündürdə  yerləĢən  dağ  zirvələrində  yay 
qısa müddətli (2-3 ay), çox zaman yağıĢlı və buludlu keçirdi. Bu zirvələrdə demək 
olar  ki,  qar  ərimirdi.  Otlaqlar  və  meĢə  zolağı  ərazilərdə,  eləcə  də  dağ  ətəyi 
zonalarda  yay  quru  isti  (günortalar),  nisbətən  uzun  müddətli  (4-5  ay)  keçirdi. 
Zəngəzurun  yaĢayıĢ  məntəqələrinin  çoxu  bu  zolaqda  yerləĢdiyindən  yay  ayları 
burada həyat qaynayırdı; yaylaqlara, örüĢlərə çıxan kim, ot biçən, taxıl yığan, qıĢa 
tədarük görən kim, bağ-bostan suvaran kim, eləcə istirahətə gələn kim! 
Payız Zəngəzurda adətən, yağıĢlı keçir və ən qısa fəsil sayılır, oktyabrda öz 
yerini  istər-istəməz  qıĢa  verərək  bir  illiyə  gözdən  itir.  Sonra  isə  yenə  qayıdır, 
təkrar-təkrar  qayıdır  Zəngəzurun  qənrəsiz  nemətlərinə,  dadlı-tamlı  bar-bəhərinə 
sahib olur. Daha bizim kimi yox! 
Eyni  zamanda  qeyd  etməliyik  ki,  Zəngəzurun  heç  də  hər  yerində  iqlim 
Ģəraiti yuxarıda qeyd etdiyimiz kimi deyildir. Belə ki, Araz çayı boyunca, Həkəri 
və BərguĢad dərələrində yay uzun və yandırıcı isti, çox zaman isə bürkü keçir. 
 
Zəngəzurun canlı aləmi 
 
Zəngəzurun təbiəti və iqlim Ģəraiti, zəncirvari sıra dağlar, dağlar arasındakı 
ormanlar,  sıldırım  qayalıqlar,  keçilməz  aĢırımlar,  gursulu,  sürətli  dağ  çayları  bu 
ölkənin  bitki  örtüyünün  və  heyvanlar  aləminin  müxtəlifliyini  Ģərtləndirən  baĢlıca 
amildir. 
Zəngəzurun  landĢaftı  dəniz  səviyyəsindən  450  m  (Yazı  düzü) 
hündürlükdən 4000 m (Qapıcıq dağı) hündürlüyə qədər dəyiĢir və hər hündürlük 
zolağı  öz  bitki  aləmini  bu  torpağa  bəxĢ  etmiĢdir.  Düzən  və  dağətəyi  ərazilərdə 
biçənəklər, otlaqlar, əkin yerləri bir-birini əvəz edir. 

29 
 
Əkin sahələrində buğda, arpa, vələmir, pərinc, qismən çəltik (Qubadlıda), 
texniki  bitkilərdən  tütün,  kartof,  bağ-bostan  bitkilərindən  kələm,  pomidor,  xiyar, 
bibər,  qarpız-qovun  (Meğri,  Zəngilan  və  Qubadlıda)  əkilir.  Bağlarda  cəviqoz, 
alma,  armud,  Ģaftalı,  ərik,  alça,  gilas,  gilənar,  tut,  gavalı,  heyva  və  s.  meyvələr 
əkilib, becərilir, bol və dadlı məhsul verirdi. 
Zəngəzurun meĢələri əsasən Qubadlı, Qafan və Gorus rayonlarının, qismən 
də Sisyan və Meğri rayonlarının payına düĢür. 
MeĢələrdə  palıd  (qara  palıd  və  qırmızı  palıd),  vələs,  fısdıq,  ağcaqayın, 
ardıc,  qarağac  və  s.  ağaclar  üstünlük  təĢkil  edir.  MeĢələrdə  və  meĢəətrafı 
yamaclarda  saysız-hesabsız  cır  alma,  cır  armud,  itburnu,  yemiĢan,  qarağat, 
böyürtkən, moruq kolları bitir. 
Zəngəzurun  heyvanlar  aləmi  də  zəngin  və  rəngarəngdir.  Düzən,  dağətəyi 
və  dağlıq  ərazilərdə  olan  irili-xırdalı  bütün  canlılar  Zəngəzurda  yaĢayırlar. 
Onlardan ayı, canavar, tülkü, porsuq, süleysin, çaqqal, dovĢan, vaĢaq, kirpi, qaban, 
cüyür,  qırqovul,  kəklik,  çöl  göyərçini,  bildirçin,  qara  toyuq,  qartal,  sərçə,  qarğa, 
sağsan  (qəcələ),  gürzə,  kərtənkələ  və  s.  adlarını  sadalamaqla,  bu  gözəl  torpaqda 
yaĢayan iki möcüzəli və təkrarolunmaz gözəlliyə malik, yaradıcı təbiətin özü qədər 
əsrarəngiz, ürkək, güclü və ərköyün canlı haqqında - keygidər və arqalı barəsində 
ətraflı məlumat vermək istərdik. 
Gəlin bu barədə Qafan rayonunun ağsaqqallarından biri, Səməd Qarayevin 
"Qazangöl həsrəti" kitabına müraciət edək: 
Dağlarda  dağ  keçisi,  təkə,  dağ  qoyunu  (arqalı),  çox  olurdu.  1940-50-ci 
illərdə  sürülərlə  olurdular.  Arqalı  dağın  düzənlik  hissəsində,  qoçlar  qar  olan 
yerlərdə, qarın üstündə olurdular. Dağ keçiləri balaları ilə dağın ətəyində, təkələr 
isə gündüz dağın zirvələrində, gecə isə aşağılara enib otlayırdılar. Günəş ilk dəfə 
dağın zirvələrinə vuranda heyvanlar yüksəkliklərə qalxır, təkələr isə zirvəyə çıxıb 
yatırdılar.  Arqalılar  oktyabr  ayından  sonra  Naxçıvan  MR-nın  ərazilərinə  keçir, 
Qarovun  dərədə  qalıb  qışlamırdılar.  Ordubad  və  Culfa  dağları  güneydir,  otu  da 
çox olur, ona görə də qışı orada keçirib, aprel-may aylarını Qarovun dərənin yaşıl 
çəmənliklərinə  qayıdır  və  orada  balalayırdılar.  Hər  bir  dağ  qoyunu  və  keçisi  2 
bala doğur, onu diqqətlə bəsləyir, 2-3 aydan sonra balaları da anaları boyda olur. 
Ovçular  deyirdilər  ki,  payızdan  18  gün  qalanda  "ülkər"  axşamdan  doğur, 
elə o vaxtda da təkələr keçilərin içinə qarışırlar, ona görə də belə bir məsəl var: 
"Təkə gözünü ülkərə tikən kimi" - deyirlər. Döl almış keçilər yay girəndə doğurlar, 
o vaxt hava isti, ot çox olur, körpə balanı saxlamaq imkanı çoxalır. 
Dağ təkələri çox yaşayırlar, onların yaşını buynuzlarındakı illik düyünlərlə 
hesablayırlar,  buynuzunda  12-14  illik  düyün  olan  təkələrin  buynuzları  arxadan 
onbasına söykənir (95, 87). 
... Yüksək dağlarda vəhşi hinduşkalar yaşayır, qışda sürü ilə, yazda iki-bir. 
Bu quşlara geygidər də deyirlər, rəngləri bozdur, böyüklüyü də hinduşka qədərdir. 
Çox  ürkəkdirlər,  onlara  yaxın  düşmək  çətindir.  Geygidərlər  uçanda  çox  uzağa 

30 
 
gedirlər,  bu  dağdan  uçub  qarşıdakı  ən  uca  dağa  düşürlər,  uçarkən  gözəl  səs 
çıxarırlar,  onları  ovlamaq  çətindir.  Ətinin  tayı  bərabəri  yoxdur,  yazda-yayda 
vuranda  ətindən  soğan  iyi  gəlir,  dağların  döşündə  ancaq  soğan  bitir,  başqa  ot 
tapmaq  olmaz,  onlar  da  məcbur  olub  soğan  yeyirlər.  Dag  döşündə  bitən  soğan 
mədəni əkilən soğanla eynidir, kök yumrusu isə çoxillikdir, çürümür, hər il həmin 
kökdən soğan bitir. Ovçular,  çobanlar o soğandan istədikləri qədər yığıb gətirir, 
qurudub qışa saxlayırdılar (95, 89). 
 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin