Ġdeya və layihə müəllifi


dərəsidir  və  bu  dərədən  dağa  qalxıb  2-3  km  gedəndən  sonra  Urud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

dərəsidir  və  bu  dərədən  dağa  qalxıb  2-3  km  gedəndən  sonra  Urud  qalasına 
yetiĢmək olur. 

78 
 
Maraqlı cəhətin biri də budur ki, Urud dağının həm Qafan üzündəki, həm 
Sisyan üzündəki dərə - Gığı dərəsi adlanır, bu dağın Qafan üzündəki kənd Kurud, 
Sisyan üzündəki kənd və qala isə Urud adlanır. 
Digər  bir  maraqlı  məsələ  də  budur  ki,  həm  Uruddakı,  həm  Qafandakı 
(Xusdub),  həm  Ordubaddakı  (Biləv  kəndi),  həm  də  Qubadlıdakı  qalaların 
hamısına el arasında Babək qalası deyirlər. 
Həmzə  Vəli  Nüvədilinin  "Babəkin  son  taleyi"  adlı  olduqca  orijinal  və 
maraqlı bir kitabı vardır. Həmzə Vəli Bəzz qalasının yeri, Babəkin son döyüĢləri, 
ölümü,  Səhl  Sunbat  və  s.  haqqında  müxtəlif  mənbələrə  istinad  edərək  öz  xüsusi 
mülahizələrini  irəli  sürür.  Həmzə  müəllimin  bütün  yazdıqları  və  dedikləri  ilə 
razılaĢmasaq  da,  bəzi  məqamlarda  onun  məntiqi  qarĢısında  dayanmaq  mümkün 
deyildir. 
Həmzə  Vəlinin  yurd  sevərliyinə,  milli  təəssübkeĢliyinə  və  qərib  ruhuna 
hörmət və ehtiramımızı bildirərək onun "Babəkin son taleyi" kitabından bir parçanı 
hörmətlə oxucularımızın diqqətinə çatdırırıq: 
Rud-ər-Rud  adlı  yer  haqqında  axtarıĢlarımızın  nəticəsi  aĢağıdakı  kimidir; 
Rud-ər-Rud  sözündə  "rud"  iki  dəfə  təkrarlanır,  bu  da  ikilik  bildirir.  Burada  Rud-
Rud  eyni  sözün  təkrarıdır.  Ərəblər  "Arras",  "Ar-Ran"  və  s.  adlarında  "r"  səsini 
təkrarladıqları  kimi  Rud-Rudu  da  "Rud-ar-Rud"  yazmıĢlar.  Əslində  isə  Rud-Rud 
iki  yerin  adını  bildirir.  Həqiqətdə  bu  iki  yer  var.  Hər  iki  Rud  biri-digərinə  yaxın 
olan çay olmayıb, biri dağ, digəri qaladır - Urud dağı və Urud qalası. Urud dağında 
yerləĢən eyni adlı Urud qalası Bazarçayın üstündə yerləĢmiĢdir. Bu qala haqqında 
Z.Bünyadov belə yazır: 
"Bazarçay üzərində orta əsr abidələrinə aid bir abidə də var ki, bu da dəniz 
səviyyəsindən  1,5  km  yüksək  olan  Rud  dağı  üstündə  xarabalığı  qalmıĢ  Urud 
qalasıdır. Bu qala da ġahı qalası kimi çay üstündə müdafiə mövqeyinə malik olan 
möhtəĢəm qalalardan biridir. Bu qalanın qalıqlarından arxeoloq R.M.Vahidov təyin 
edir ki, qala VII-IX əsrlərə məxsusdur". 
Buradan  məlum  olur  ki,  Arazı  keçən  ərəblər  Həkəri-BərguĢad  çaylarının 
birləĢdiyi  ərazi  ətrafından  babəkləri  təmizləyərək,  Bazarçay  boyu  hərəkət  edərək 
Dəmirçi-Dundarlı  kəndlərinin  yaxınlığındakı  Babək  qalasını  ələ  keçirmiĢlər 
(Xarabalığı qalan bu qalaya yerli sakinlər Babək qalası deyirlər). Qalanı fəth edən 
ərəblər  Bazarçay  boyunca  irəliləyərək  Urud  qalası  uğrunda  döyüĢə  girmiĢlər. 
Mənbələrdə Rud-ar-Rud həmin bu qaladır. "U" səsinin artırılması Azərbaycanın dil 
xüsusiyyətindəndir, məsələn: Rüstəm-Urüstəm, Rus-Urus, Ruqiyyə-Uruqiyyə və s. 
kimi Rud da Urud kimi deyilir (64,   52). 
Bazarçay boyunca xürrəmdinlərlə vuruĢan Xilafətin ordusu Urud qalasını da 
ələ  keçirəndən  sonra  Babəkin  sərkərdəsi  Ġsma  əl-Kürdünün  əl-ƏfĢinə  verdiyi 
məlumatların izi ilə Bəzzeynə tərəf irəliləməyə baĢlayır. Onlar Ġsmadan Bəzzeynə 
gedən  bütün  yolları,  hətta  balaca  keçidləri  də  öyrənmiĢdilər.  Ona  görə  də  Urud 
qalasından  cənuba  tərəf  hərəkət  edən  ərəblər  ƏfĢinin  rəhbərliyi  altında  Gığı 

79 
 
dərəsinə  tərəf  yüksəklikləri ələ  keçirərək  babəkiləri sıxıĢdırmağa  baĢladılar. Urud 
ilə  Bəzzeyn  arasında  olan  yol  -  Uruddan  Darabsa  kəndinə,  Darabsa  kəndindən 
Kuhrud kəndinə, Kuhrud kəndindən Kuhrud çayının axarınca Gığı dərəsinə və Gığı 
kəndinə, XoĢ Pürülüyə, nəhayət, Bəzzeynədir (64, 53). 
...Xəlifə  Möhtəsim  ibn  Harun  ər-Rəşid  221-ci  (835)  ildə  özünün  yaxın 
adamı,  Türküstan  əmiri  Afşini  sərkərdə  təyin  edərək  böyük  bir  hərbi  qüvvə  ilə 
Babəkin üstünə göndərdi. İki il davam edən qanlı döyüşlərdən sonra Babək məğlub 
olaraq Arrana, Səhl ibn Sumbatın yanına qaçdı. Afşin 4 min döyüşçü göndərərək 
Babəkin təslim edilməsini tələb etdi. 
Səhl Babəki qandallayaraq özü şəxsən Afşinə təslim etdi... (A. Bakıxanov, 
"Gülüstani-Ġrəm"). 
Xürrəmdin hərəkatı və  Babəkin  mübarizəsi bəzi Sovet  dövrü  mətbuatında, 
xüsusilə erməni mənbələrində göstərildiyi kimi, kortəbii kəndli üsyanı deyildi, adi 
bir çobanın dünyanı lərzəyə gətirən, Ġspaniyaya qədər böyük bir ərazini qılıncının 
kölgəsində  saxlayan  xilafətə  22  il  qan  uddurması  ağılabatan  iĢ  deyildir.  Görün 
xürrəmi  hərəkatı  ərəb  xilafətini  nə  qədər  narahat  edirdi  ki,  Xəlifə  Məmun  öz 
vəliəhdi Mötəsimə vəsiyyətnaməsində xürrəmilərlə müharibəyə xüsusi yer ayırırdı: 
"Xürrəmilərə  gəlincə,  onlara  qarşı  müharibəyə  qətiyyətli  və  rəhmsiz  bir 
adam  göndər,  ona  səbirlə,  pul,  silah,  atlı  və  piyada  qoşunla  kömək  et.  Əgər 
xürrəmilərlə müharibə uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamlarınla 
onların üstünə get!". 
Bu  vəsiyyətnamədən  də  göründüyü  kimi,  xürrəmilər  hərəkatı  bir  spontan 
kəndli  üsyanı  deyil,  öz  dini  və  torpağı  uğrunda  ayağa  qalxmıĢ  bir  xalqın 
qəhrəmanlıq  mübarizəsi  idi.  Bu  ərəb  iĢğalına  qarĢı  Azərbaycanın  müharibəsi  idi. 
Həmin müharibədə  Azərbaycanla  sıx etnik, kulturoloji,  mənəvi və iqtisadi birliyə 
malik olan Albaniya və Sünik vilayəti də odlar yurdunun övladları ilə çiyin-çiyinə 
vuruĢurdular. 
Bəlkə  də  dünyada  heç  bir  xalq  öz  əqidəsi  uğrunda,  öz  dini  uğrunda 
Azərbaycan xalqı qədər mütəĢəkkil, möhtəĢəm, qətiyyətli mübarizə aparmayıbdır. 
Bəlkə də Azərbaycan xalqından savayı, dünyanın heç bir xalqına dini qılınc 
gücünə qəbul etdirməyiblər. 
Dünyada  bir  milyarda  qədər  müsəlman  vardır.  "Qılınc  müsəlmanı" 
ifadəsi  bir  milyard  insanın  içərisindəki  ən  mübariz  xalqa  -  bizim  xalqımıza 
aiddir! 
Azərbaycan  xalqının  bu  möhtəĢəm  mübarizəsində  Zəngəzur  elinin, 
Zəngəzur azərbaycanlılarının da xüsusi yeri və rolu olmuĢdur. 
Heç  də  təsadüfi  deyildir  ki,  Babəkin  son  döyüĢləri  Zəngəzurda  -  Qafan, 
Meğri,  Sisyan  qalalarında  olmuĢdur.  Bəzz  qalası  süqut  edəndən  sonra  hərbi  və 
siyasi  müttəfiq  olan  Bizansa  getməyi  qərara  alan  Babəkin  öz  yolunu  Araz  çayı 
boyunca Sünik ölkəsinin ərazisindən salması da təsadüfi deyildir. 

80 
 
Bir sıra mötəbər tarixi mənbələrdə Babəkin Sünik knyazlığı ilə, Sünik xalqı 
ilə  sıx  müttəfiqlik,  dostluq  və  qohumluq  əlaqələri  barədə  təkzibedilməz 
məlumatlar, faktlar vardır. 
Məlum  olduğu  kimi,  Arranda  əhalisi  xristian  olan  Sünik,  ġəki,  Beyləqan, 
Arsax və digər vilayətlərin ərazisində xürrəmilərin hərəkətləri bir qədər fərqli idi. 
Görünür, bu vilayətlərə Xürrəmi qoĢunu təqribən 820-ci ildə, yəni ərəb caniĢinləri 
və vergi yığanların sıxıĢdırdığı yerli məliklər kömək üçün Babəkə müraciət etməyə 
məcbur olandan sonra gəlmiĢdi. Bu zaman, Arrana köçüb burada möhkəm məskən 
salan  bir  çox  ərəb  feodalları  Xilafət  taxtı  üstündə  gedən  daxili  müharibədən  və 
Xilafətin paytaxtından ucqarlara gedən yolları geniĢ əməliyyat nəticəsində kəsmiĢ 
olan  xürrəmi  üsyanının  olduqca  böyük  müvəffəqiyyətlərindən  istifadə  edərək, 
ayrılma 
meylləri  göstərməyə  baĢlamıĢdılar.  Xilafətdən  ayrılıb  mərkəzi 
hakimiyyətin  sərəncamlarına  etina  etməyən  bu  feodallar  Arran  vilayətlərində 
özbaĢınalıq  etməyə  və  özlərinə  tabe  olan  tayfa  dəstələri  vasitəsilə  qonĢu  xristian 
knyazlıqlara basqınlar edirdilər. 
Belə  mütəğəlliblər  sırasında  Sevada  ibn  Əbd  ül-Həmid  əl-Cəhhafi  də  var 
idi. M.Kalankatuklunun  verdiyi  məlumata görə "həmin (821/2) ildə dağıdıcı tacik 
(ərəb)  Sevada,  Ermənistanda  AvaranĢah  ("qarətçi")  adı  ilə  məĢhur  olan  bu  adam 
basqınlar  edərək  bütün  ölkəni  qarət  etdi,  qayıdıb  Sünikə  getdi  və  Squk 
vilayətindəki  ġalatu  (kəndi)  qalasında  möhkəmləndi.  Sünik  nəslinin  böyüyü 
hökmdar Vasak Babanı yanına çağırdı, "o da gəlib (Sevadanı) əzdi, qaçqın saldı". 
Vasak  həmin  il  öldü.  Babək  onun  qızı  ilə  evləndi  və  həmin  ildən  Sünik 
xürrəmilərin hakimiyyəti altına  keçdi.  Babəkin qoĢunu Sünikdən sonra  Beyləqan, 
Arsax və Uti vilayətlərini tutdu (88, 194). 
Qeyd  etdiyimiz  kimi,  beyləqanlılar  və  ya  pavlikianlar  Babəkin 
hökmdarlığına  tabe  olmadılar,  ya  da  ola  bilər,  öz  üzərlərinə  qoyulan  bacın 
ağırlığına tab gətirməyib, 826-cı ildə Babəkin əleyhinə üsyan qaldırdılar. Albaniya 
knyazı  Stepannos  Ablasad  Babəki  Azərbaycandan  çağırdı,  o  da  Beyləqan 
vilayətinə  girib  üsyanı  yatırtdı.  Babəkin  qoĢunu  827-ci  ildə  Geqarkuni  (Qərbi 
Sünik)  vilayətini  tutdu.  Həm  də  15  min  adam  qırdı.  Lakin  beyləqanlılar  830-cu 
ildən bir az əvvəl, yenidən üsyan qaldırıb, Bercor vilayətinə hücum etdilər. Ureas, 
KarnakaĢ,  Xakari  və  Tapat  kəndlərini  tutdular.  Stepannos  Ablasad  təkrar  Babəkə 
müraciət  edib  kömək  istədi,  xürrəmilər  də  gəlib  üsyançıları  darmadağın  etdilər. 
830-831-ci  illərdə  beyləqanlıların  rəhbərləri  olan  Davon  və  ġapux  Babəkin 
müttəfiqi  knyaz  Ablasadı  öldürdülər.  Beyləqanlılar  üçüncü  dəfə  üsyan qaldırdılar 
və  bir  mənbəyin  dediyinə  görə  Qoroz  qalasında  möhkəmləndilər.  Üsyançılar 
Arranın  aĢağıdakı  vilayətlərini  bir  il  ərzində  öz  əllərində  saxladılar:  Yuxarı 
Vaykunik, Bercor, Sisakan (və Kotak), (Mivs) Xaband, Amaras, Pazkank, Arsaxda 
Mxank və Utidə Tri vilayətləri (88, 195). 
Qoroz qalası üsyan etmiĢ beyləqanlıların əlində qalmıĢdı.  Babəkin ordusu 
bu qalanı almaq üçün Arazdan keçib Amaras  vilayətində düĢərgə  saldı. Qalanın 

81 
 
alınmaz olduğunu  və  üsyançıların qətiyyətini görən Babək, üsyanı  yatırmaq üçün 
əvvəlcə iĢlətdiyi fənddən fərqli olaraq, üsyançıları təslim olmaq üçün dilə tutmağa 
baĢladı. "O, sülhdən danıĢmağa baĢlayıb çalıĢırdı ki, onları öz hakimiyyətinə tabe 
etsin.  Bir  çoxları  bir  müddət  üçün  tövbə  edib  ona  tabe  oldular,  lakin  sonradan 
aldadılmıĢ olduğunu görərək yenidən qiyam qaldırdılar". 
Babək  Ģəhərin  təslim  olmasına  müvəffəq  olmadığından  öz  paytaxtına 
qayıtdı, qalanın yanında isə öz sərkərdələrindən Rostomu (Rüstəm - müəl:) qoyub 
"ona əmr etdi ki, qaladakılarla vuruĢmasın, onları xoĢluqla itaətə cəlb etsin. Lakin 
Rostom  Babəkin  tapĢırığına  fikir  verməyib,  qalada  möhkəm  yer  tutanlarla 
müharibə etməyə baĢladı. O zaman qalanın kiĢiləri Ġsanın gücünə pənah gətirərək, 
xaç  və  müqəddəslərin  qurumuĢ  sümüklərini  qabaqlarında  tutaraq  Babəkin 
ordusunu məğlubiyyətə uğratdılar" (88, 195). 
Görünür,  Babək  Arran  vilayətlərində  qan  tökülməsini  davam  etdirmək 
istəmirdi, çünki o öz arxasını təmin etmək fikrində idi. Məhz buna görə o "sülhdən 
danıĢmağa  baĢlamıĢdı".  Yəqin  məhz  bu  zaman  Səhl  ibn  Sumbat  və  Yesai  Əbu 
Musa  ilə  Babək  arasında  əlaqə  pozuldu.  Nəticədə  Babək  Arran  vilayətlərində  öz 
keçmiĢ  müttəfiqləri  içərisindəki  dayağını  və  atlı  qoĢununun  istifadə  etdiyi  gözəl 
qıĢlaqları  itirdi.  S.T.Yeremyan  öz  məqalələrindən  birində  yazır  ki,  zadəganların 
Babəkə  qarĢı  münasibətinin  dəyiĢilməsində  baĢlıca  rolu  "Sünik  və  Arsax 
kəndlilərinin narazılığı oynamıĢdır, çünki onlar Babəki ərzaqla və birinci növbədə 
taxıl  ilə  təchiz  etməli  idilər.  Kəndlilərin  ehtiyatı  qurtaranda  Babək  taxılı 
feodallardan  zorla  aldı.  Ermənilərdən  və  erməniləĢmiĢ  albanlardan  ibarət  iri 
zadəganlar  Babəkin  hərəkətlərindən  qəzəblənərək  ona  qarĢı  üsyan  qaldırdılar... 
Babəkin arxasında  gedən bu mübarizələr nəticəsində onun qüvvəsi zəiflədi ki, bu 
da 837-ci ildə ərəblərin onu qəti məğlub etməsinə imkan verdi". 
Babək  22  il  mübarizə  apardı.  Bu  döyüĢlərin  çoxu  qalalar  və  istehkamlar, 
keçilməz  sıldırımlı  dağlar  və  dərin  dar  dərələr  ölkəsi  kimi  tanınan  Sünikdə  - 
Zəngəzurda  getdi.  Qəhrəman sərkərdənin  son günləri də  Zəngəzurla  -  Qədim 
Sisakanın ġəki qalası ilə bağlıdır. 
22 il ərzində o dövrün 10-a yaxın görkəmli sərkərdəsini məğlub edən Babək 
və  onun  Bəzz  qalası  837-ci  il  avqustun  26-da  süqut  etdi.  Babəkə  doğma  divarlar 
daha kömək etmədi. 
Bəlkə  də  ona  görə  ki,  qalanın  o  üzündə  Babəkin  özü  qədər  qüdrətli  bir 
sərkərdə,  damarından  Babəkin  qanı  -  türk  qanı  axan,  Babəkin  mənsub  olduğu 
böyük türk xalqının oğlu AfĢin dayanmıĢdı. 
AfĢin  Heydər  ibn  Kavus  -  islamı  qəbul  etmiĢ  türk,  ərəb  xilafətinin  ən 
qüdrətli  və  yenilməz  sərkərdələrindən  biri  idi.  Bəzi  tarixi  mənbələrə  görə  AfĢin 
ərəb xilafətinin iĢğalçılıq siyasətini bəyənməmiĢ, Babəklə birləĢərək xilafətə qarĢı 
çıxmaq  və  Azərbaycanla  Albaniyanı,  həmçinin  bütün  Qafqazı  xilafətin  təsir 
dairəsindən  çıxararaq  öz  dövlətini  qurmaq  fikrində  olmuĢdur.  Buna  görə  də  o, 

82 
 
Babəklə müharibəni 2 ildən çox uzatmıĢ, lakin Babəklə razılığa gələ bilməmiĢdir. 
Babək AfĢinə inanmamıĢdı! 
Səhl  Sumbata  inanan  Babək,  qanı  bir,  əqidəsi  bir  Türk  oğlu  AfĢinə 
inanmamıĢdı! 
Təsəvvür edin ki, Babək AfĢinlə birləĢsəydi, nə olardı! 
Təsəvvür  edin  ki,  ġah  Ġsmayıl  Xətai  Soltan  Səlimlə  birləĢsəydi,  nə 
olardı! 
Təsəvvür  edin  ki,  Ġldırım  Bəyazid  Əmir  Teymurla  birləĢsəydi,  nə 
olardı! 
Təsəvvür  edin  ki,  Azərbaycan  xanları  bir-biri  ilə  birləĢsəydilər,  nə 
olardı! 
BirləĢə  bilmədik.  Bizi  birləĢməyə  qoymadılar.  Biri-birimizi  tanımadıq. 
Amma bizi tanıdılar, təklədilər, niĢangaha götürdülər. 
Gizlənməyi bacarmadıq, əyilə bilmədik - qürurumuz qoymadı. 
Beləcə, əyilə bilməməyi səbəbindən 837-ci ilin sentyabrının ilk günlərində 
Babək  Zəngəzur  dərələrinin  birində  Səhl  Sumbatla  -  ġəki  qalasının  hakimi, 
Babəkin  vaxtilə  müttəfiqi  olmuĢ  xristian  albanla  rastlaĢdı.  Babək  tək  idi.  Babək 
döyüĢmək  halında  deyildi,  ac  və  yorğun  idi.  Minlərlə  döyüĢçüsünü,  qardaĢını  və 
anasını itirmiĢdi. Əldən getmiĢ Ģəhərini və vətənini qaytarmaq üçün son ümid yeri 
bildiyi,  neçə  illərdi  ki,  çiyin-çiyinə  ərəb  xilafətinə  qarĢı  vuruĢduğu  Bizans 
imperatorunun  yanına  gedirdi.  Getməkdə  məqsədi  dincəlmək,  qüvvə  toplamaq  və 
yenidən mübarizəyə baĢlamaq idi. 
Babək  əyilmək,  gizlənmək,  aman  diləmək  bacarmırdı.  Babək  satqınlığı 
təsəvvürünə  belə  gətirə  bilmirdi.  Babək  son  dərəcə  mərd  idi  və  qarĢısındakını  da 
mərd bilirdi. 
Ona  görə  də  Darvazatəpə  dağının  ətəyində  Səhl  Sumbatla  rastlaĢanda  onu 
kiĢi hesab elədi, onunla əl verib görüĢdü (tarixi mənbələrə görə Sumbat baĢ əyib, 
Babəkin əlini öpərək haraya getdiyini soruĢmuĢdu). 
Səhl ibn Sumbat  Babəki öz  qalasına  dəvət  etmiĢdi: "Bu sənin öz  qalandır, 
mən də sənin qulun. Bu qıĢı burada qal, sonra nə edəcəyini qət edərsən". 
Beləcə 22 il xilafəti lərzəyə salan böyük sərkərdə adi bir feodalın hiyləsinə 
aldanaraq, ömrünü bada verdi. 
Səhl ibn Sumbat haqqında bir neçə söz demək, fikrimizcə yerinə düĢərdi. 
Səhl  Sumbat  haqqında  müxtəlif  fikirlər  dolaĢır.  Bəzi  mənbələrdə  onu 
Sünikin qüdrətli hakimi, "mərd və gözəl knyaz", "əsirləri aslan ağzından xilas edən 
igid" adlandırırlar (88, 197). 
Həqiqətdə  isə  Səhl  Sumbat  Sünikin  hakimi  deyil,  onlarla  Sünik 
feodallarından  biri  və  ġəki  qalasının  hakimi  olmuĢdur.  Səhl  Sumbatın  xüsusi 
igidliyi  və  qəhrəmanlığı  da  olmamıĢdır.  Düzdür,  820-30-cu  illərdə  digər  Alban 
feodalları kimi, o da ərəb xilafətinə qarĢı mübarizədə Babəklə müttəfiqlik etmiĢdir. 
Lakin bu "müttəfiqliyi" bərabər səviyyəli güclərin  müttəfiqliyi  kimi baĢa  düĢmək 

83 
 
lazım deyildir. Sadəcə, o zaman bu feodallar öz mövqelərini müəyyən etməli idilər; 
ya  Babəkin  tərəfində  dayanmalı,  ya  da  ona  qarĢı  çıxmalı  idilər.  Xürrəmdin 
hərəkatının  zirvədə  olduğu  illərdə  bir  çox  Alban  knyazları  kimi,  Səhl  Sumbat  da 
Babəkə ərzaq və hərbi dəstəklərlə vaxtaĢırı olaraq köməklik edirdi. 
Səhl  ibn  Sumbat  indiki  Sisyanla  (orta  əsr  mənbələrində  Sisakan,  Sisavan, 
yaxud  Sisan)  Əngələvid  (erməni  mənbələrində  Ankağeqot,  "Kitabi-Dədə 
Qorqud"da - "Əngəlöyüz") kəndlərinin arasında, Bazar çayın sol sahilində yerləĢən 
ġəki  qalasının  hakimi  idi.  Səhl  ibn  Sumbat  yalnız  Babəki  öz  evində  əsir  edib 
xilafətə  satandan  sonra  məĢhurlaĢdı:  Xəlifədən  fəxri  xələt,  patriklik  tacı  və  bir 
milyon dirhəm qızıl pul mükafatı aldı, xəracdan azad olundu (138, 180). 
Səhl  Sumbat  haqqında  yazılan  bəzi  ədəbiyyatlarda  onun  erməni  olduğu 
iddia edilsə də, bu fikir əsassızdır. 
Düzdür,  Səhl  xəyanətkardır,  Səhl  satqındır,  qonağını  süfrə  baĢında  əsir 
edərək pula satan əclafdır. Ancaq min təəssüflər olsun ki, Səhl ibn Sumbat erməni 
deyildir. O xristian dinli albandır. Uzun illər Qafqaz Albaniyasına rəhbərlik etmiĢ 
Mehranilər nəslindən, Zamirxaqan padĢahın törəməsindəndir. 
Səhl  Babəki  AfĢinin  sərkərdələri  Əbu  Səidə  və  Buzbaraya  təhvil  verərkən 
Babəkin ona söylədikləri də ibrətamizdir: 
"Olmaya sən məni ərəblərə cüzi bir pula satıbsan? Əgər sən pul istəyirdinsə, 
məndən istəyəydin, mən sənə onlardan çox pul verərdim" (138, 296). 
Qəribədir  ki,  bəzi  orta  əsr  ərəb  salnaməçiləri  (Əbu-l-Fərəc  ibn  Əhrun, 
Məsudi,  Əbu  Tahir  Əl-Məqdisi)  Səhl  ibn  Sumbatı  erməni  patriki  kimi  təqdim 
etsələr  də,  əksər  erməni  mənbələri  bu  barədə  susurlar.  Hətta  Ermənistan  SSR-in 
Ensiklopediyasında  (194,  192-194)  və  "Erməni  xalqının  tarixi"ndə  (143,  113) 
Babək və Babək üsyanı haqqında kifayət qədər ətraflı məlumat verilsə də, burada 
Səhl  Sumbatın  adı  belə  çəkilmir.  Bəs  nə  yaxĢı,  ermənilər  Səhl  Sumbatı 
özününküləĢdirməyiblər?  Yəqin  ki,  öz  əclafları  kifayət  qədər  çox  olduğundan 
Sumbata  yiyə  çıxmağa  ehtiyac  duymayıblar.  Buradaca  qeyd  etmək  lazımdır  ki, 
Səhl  ibn  Sumbatı  onunla  təxminən  eyni  dövrdə  yaĢamıĢ,  890-914-cü  illərdə 
Vənənd knyazı olaraq Qars Ģəhərini özünə iqamətgah etmiĢ, sonra isə Azərbaycan 
hökmdarı  Əmir  Yusif  tərəfindən  əsir  edilərək,  edam  olunan  Smbat  Baqratuni  ilə 
qarıĢdırmaq lazım deyildir. 
Bütün  satqınlar  kimi,  Səhl  ibn  Sumbatın  da  aqibəti  acınacaqlı  olmuĢdur. 
Babək kimi dəyanətli  müttəfiqi satan bir feodala  ərəb xilafəti heç vaxt etibar edə 
bilməzdi.  Babəkin  ölümündən  sonra,  854-cü  ildə  Səhl  Sumbat  xəlifəyə  xəyanət 
etməkdə  təqsirləndirilərək  sərkərdə  Buğa  əl-Kəbir  tərəfindən  həbs  edilərək 
Samirəyə aparıldı və bir daha geriyə qayıtmadı. 
Beləliklə, Babəkin öz əqidəsi, yurdunun və xalqının azadlığı uğrunda tarixi 
mücadiləsi  sona  çatdı.  Babək  məğlub  oldusa  da,  təslim  olmadı,  öz  sərkərdə 
qürurunu  axıra  qədər  qoruyub  saxladı,  labüd  ölümdən  aman  istəmədi,  hətta  Bəzz 
qalasının süqutundan sonra  xəlifə  Möhtəsim tərəfindən onun üçün göndərilən əfv 

84 
 
fərmanını qəbul etmədi. Atasının həyatını xilas etmək naminə əfv fərmanını qəbul 
etməsi  üçün  ona  müraciət  edən  əsirlikdəki  böyük  oğluna  Babəkin  cavabı  da 
ibrətamiz  bir  tarixdir:  "Əgər  sən  mənim  ardımca  gəlsəydin,  öz  sülalənin  varisi 
olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum 
sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər 
mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır 
və  harada  olsam,  ya  da  mənim  barəmdə  harada  nə  desələr,  mən  padşah  olaraq 
qalıram.  Sən  isə  elə  bir  cinsdən  əmələ  gəlmişsən  ki,  ondan  bir  nəfər  ləyaqətli 
(adam)  çıxmamışdır  və  (ucadan  hamıya)  deyirəm  ki,  sən  mənim  oğlum  deyilsən, 
çünki  qırx  gün  alçaq  kölə  kimi  ömür  sürməkdənsə,  bir  gün  rəhbər  kimi  yaşamaq 
yaxşıdır" (138, 253). 
Babəkin ölümündən 1200 ilə  yaxın  vaxt keçsə  də, onun  mərdliyi, igidliyi, 
cəsarəti,  dönməzliyi  bu  gün  də  yaĢamaqdadır.  Babəkin  edam  səhnəsi  ilə  bağlı 
tükürpədici hekayət dünyanın bir çox xalqlarının dillərində dolaĢmaqdadır: Babək 
əl-Xürrəmini Mötəsimin yanına gətirəndə, onun qardaĢı (tərəfdarı) əl-Məzyər ona 
dedi: "Ey Babək! Sən heç kəsin görə bilmədiyi bir iş görmüsən.  İndi də heç kəsin 
dözə  bilmədiyinə  sən  dözməlisən!"  Babək  ona  belə  dedi:  "Sən  mənim  dözümümü 
görərsən  ".  Elə  ki,  onu  Mötəsimin  yanına  gətirdilər,  Mötəsim  əmr  etdi  Babəkin 
əllərini  və  ayaqlarını  onun  gözünün  qabağında  kəssinlər.  Cəllad  da  Babəklə 
məşğul  oldu.  Əvvəlcə  onun  sağ  əlini  kəsdi,  qan  axanda,  Babək  bütün  üzünü  elə 
qana  boyadı  ki,  üzündə  zərrə  qədər  təmiz  yer  qalmadı.  Mötəsim  dedi:  "Ondan 
soruşun  nə  səbəbə  belə  etdi?"  Babəkdən  soruşdular,  o  da  belə  cavab  verdi: 
"Xəlifəyə (belə) deyin: "Sən əmr etdin məni şaqqalasınlar, mənim edamım üçün sən 
vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola bilməz ki, məndən axan  qanı 
dayandırmağa sənin hökmün çatmaz və nə qədər ki, başım kəsilməmişdir, bu qan 
axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçıb 
solğunlaşsın,  adamlar  da  belə  düşünsün  ki,  guya  mən  elə  əvvəldən  ölümdən 
qorxmuşammış.  Məhz  buna  görə  mən  belə  etdim,  yoxsa  qanımın  axdığı  üçün 
etmədim.  Mən  üzümü  qana  boyadım  ki,  üzümün  rəngi  qaçmış  kimi  görünməsin". 
Onda Mötəsim dedi: "Əgər onun gördüyü və bağışlanmasına imkan verməyən işlər 
olmasaydı,  bu  faydalı  adamı  saxlamaq  düzgün  olardı",  odur  ki,  o,  (cəllada)  əmr 
etdi edamı davam etdirsin. Onun əl-qolunu kəsdikdən sonra başını kəsdilər. Sonra  
Babəkin əllərini, ayaqlarını və başını onun qarnına soxdular və üstünə neft töküb 
yandırdılar. Qardaşı ilə də belə etdilər. Lakin onlardan heç biri nə qışqırdı, nə də 
zərrə qədər ah-nalə etdi" (138, 255-256). 
AfĢinin  də  taleyi  qəmli  sonluqla  tamamlandı.  O,  xilafətə  qarĢı  Babəklə  və 
digər  bir  azərbaycanlı  üsyançı  Məzyərlə  gizli  ittifaq  qurmaq  cəhdində  ittiham 
edilərək həbs edildi və 941-ci ilin may ayında zindanda aclıqdan öldü. 
Ġki  böyük  azərbaycanlı  sərkərdənin  qəhrəmanlıq  salnaməsi  beləcə 
tamamlandı. 
Yenə də biri-birimizlə birləĢə bilmədik. 

85 
 
Yenə də bizi biri-birimizə qarĢı qoydular. 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin