Ġdeya və layihə müəllifi



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə12/36
tarix31.01.2017
ölçüsü2.8 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

bəylərbəyinin  tabeliyində  oldu.  1748-ci  ildə  Pənahəli  xan  Qarabağ  xanlığının 
yaradılmasını  elan  etdi.  Xanlığın  hüdudlarını  geniĢləndirən  Pənahəli  xan  Bayat 
1750-ci  ildə  BərguĢada  qədər  uzanan  torpaqları  -  Tatev,  Sisyan,  Qafan,  Meğri, 
Güney mahallarını Naxçıvan hakimlərindən aldı (42, 536). 
...Gündən-günə öz hakimiyyətini gücləndirən Pənah xan Qarabağ əyalətinin 
Meğri və Güney, Naxçıvan əyalətinin Tatev və Sisian, Təbriz əyalətinin Zəngəzur 
və Qafan torpaqlarını öz hakimiyyətinə tabe etdirdi... (A. Bakıxanov, "Gülüstani-
Ġrəm". 
 
MATENADARAN SƏNƏDLƏRĠ NƏ DEYĠR? 
 
Tariximiz bizim üçün dərs olmalıdır. 
Heydər ƏLĠYEV 
 
Əgər  Bizans  və  Ġran  imperiyalarının  hakimiyyəti  dövründə  ermənilər 
Qafqazda  az  da  olsa  söz  sahibi  idilərsə,  Səlcuq  türklərinin  Qafqaza  gəliĢindən 
sonra bu yerlərdə uzun müddət davam edən türk dövlətlərinin heç birinin dövründə 
ermənilər ərazi və milli muxtariyyət əldə edə bilmədilər. HəmiĢə olduğu kimi, bu 
dəfə də erməni qriqorian kilsəsi bütün ermənilərin baĢ məbədi olmaqla yanaĢı, həm 
də  onların  siyasi  idarəetmə  mərkəzi,  milli  ideologiyanı  qoruyub  saxlayan  bir 
mərkəz rolunu oynadı. 
Ermənilərin  dövlətçiliyi  olmadığından,  etnokulturoloji  və  dini 
tərəfdaĢları  olmadığından  bu  kiçik  xalq  həmiĢə  özünü  təcrid  vəziyyətində 
yaĢamıĢ,  öz  mövcudluğunu  qorumaq  üçün,  ətrafındakılara  həmiĢə  düĢmən 
kimi  baxmıĢ,  kilsəni  qalaya  çevirərək  mifik  düĢmənə  qarĢı  daim  səngər 
dalında  birləĢmiĢlər.  Orta  əsrlərdə  də  ermənilər  belə  bir  siyasi-ideoloji  tənəzzül 
dövrü keçirmiĢlər. 

94 
 
Tatev və Vağadi monastr 
torpaqlarının vergidən azad 
edilməsi barədə Qaraqoyunlu 
Cahan Ģahın 1449-cu il tarixli 
Fərmanı. 
 
Bu  illərdə  ermənilərin  siyasi  və  mənəvi  həyatları  kilsə  ilə  bağlı  olmuĢdur. 
Kilsələr müxtəlif din xadimləri vasitəsilə saraylara yol tapmıĢ, müxtəlif bəxĢiĢlərlə, 
qulluq  göstərmək,  donoslar  yığmaq,  Ģayiələr  yaymaq  və  s.  xidmətlərini  təklif 
etməklə  hakimlərin  etimadını  qazanmağa  çalıĢmıĢ  və  ədalət  naminə  demək 
lazımdır ki, çox zaman da istədiyinə nail olmuĢdur. 
Elxanilərin  hakimiyyəti dövründən baĢlayaraq, qriqorian kilsələri xəzinəyə 
müəyyən  məbləğdə  vəsait  ödəməklə  və  xaqana  (hakimə)  bəxĢiĢlər  verməklə 
ətrafdakı  torpaqları,  yaxud  bütöv  kəndləri  almıĢ,  yaxud  kilsənin  ixtiyarına 
keçirmiĢlər. Belə torpaqlar vəqf torpaqları adlanırdı. Onların  kilsəyə verilməsi ilə 
bağlı  (satılması,  yaxud  bağıĢlanması)  yüzlərlə  Ģah  fərmanları,  alqı-satqı  sənədləri 
(qəbalə) vardır. Bu sənədlərin bir çoxu Ġrəvanda Matenadaran arxivlərində bu gün 
də  saxlanılmaqdadır.  Matenadarandakı  bu  tipli  sənədlər  bütöv  bir  dövrü  -  XII-
XVIII əsrləri əhatə edir. 
Elxanilər,  Qaraqoyunlular,  Ağqoyunlular, 
Səfəvilər  dövründə  türk-müsəlman  Ģahları  öz 
fərmanları ilə yüzlərlə azərbaycanlı kəndini qriqorian 
kilsəsinin  tabeliyinə  vermiĢlər.  O  kəndlər  də  qısa 
müddət ərzində erməniləĢdirilmiĢdir. 
Bir  çox  vaxtlarda  isə  varlı  ermənilər 
torpaqları, kəndləri pulla alaraq kilsəyə bağıĢlamıĢlar. 
Ġran  əsilli  erməni  alimi  A.D.Papazyan 
Matenadarandakı  sənədlərin  bir  çoxunu  (alqı-satqı 
vəkalətnamələri, qəbalələr, fərmanlar, Ģəhadətnamələr 
və  s.)  toplamıĢ  və  nəĢr  etdirmiĢdir.  Təbii  ki,  bütün 
erməni  alimləri  kimi,  A.Papazyan  da  öz  əsərlərində 
bir  çox  hallarda  elmi  həqiqətin,  tarixi  ədalətin 
mövqeyindən  deyil,  erməni-daĢnak  siyasəti,  Ģovinist 
millətçi  mövqedən  çıxıĢ  etmiĢdir.  Ancaq  necə 
deyərlər,  "həqiqət  gün  iĢığı  kimidir,  nə  qədər 
basdırsalar, yenə də üstdə qalır". 
Matenadaran  sənədlərindəki  bir  həqiqət 
budur  ki,  burada  bütün  satılan  torpaqları  ermənilər 
alırlar; ya kilsə üçün, ya erməni icması üçün, ya da erməni məlikləri üçün alırlar. 
Matenadaran sənədlərindəki bir həqiqət də budur ki, Ģah fərmanları ilə 
torpaqlar ya ermənilərə bağıĢlanır, ya da kilsəyə uzun müddətə icarəyə verilir. 
Matenadaran  sənədlərindəki  ən  böyük  həqiqət  isə  bu  torpaqların 
azərbaycanlılara məxsus olmasıdır. Bu yerlərin Azərbaycan mənĢəli olmasıdır. 
Papazyanın  aĢkara  çıxardığı  Matenadaran  sənədləri  içərisindəki  27 
qəbalənin 7-si (3-cü, 7-ci, 14-cü, 18-ci, 19-cu, 24-cü və 26-cı sənədlər) Zəngəzurla, 
Zəngəzur torpaqları ilə bağlıdır. 

95 
 
Qaraqoyunlu hökmdarı Həsən 
Əlinin Tatev və Vağadi kilsələri 
barədə 1468-ci il tarixli Fərmanı. 
 
Həmin  sənədlərin  qısa  məzmununu  verməklə,  o  dövrün  Zəngəzuru 
barəsində, hörmətli oxucularımıza  müəyyən əyani məlumat çatdırmaq, fikrimizcə, 
yerinə düĢərdi: 
Sənəd 3. Bu sənəd Tatev monastrına mənsub olan Xot, ġinher və Xalidzor 
kəndlərinin sərhədlərinin dəqiqləĢdirilməsi barədə 1400-cü ilə aid qəbalədir. 
Qəbalədə  qeyd  olunur  ki,  "Azərbaycan  ölkəsinin  Kapanat  və  Sisəcan 
əyalətinin,  Naxçıvan  tüməninin  vicdanlı  adamlarının  Ģəhadəti  ilə  qazı  məhkəmə 
keçirdi  və  bu  məhkəmənin  qərarı  ilə  Urud  nahiyəsinin  Xot,  ġinher  və  Xalidzor 
kəndlərinin hüdudları dəqiqləĢdirildi". 
Bəs  kəndlərin  hüdudlarını  müəyyənləĢdirən  yerlər  necə  adlanır?  -  Təmiz 
Azərbaycan türkcəsində! Təsəvvür edin ki, bu sənəddə bir dənə də erməni mənĢəli 
yer adı yoxdur: Urud dərəsi, Urud çayı, Zoğallı dərə, Ayı dərəsi, Həmid gölü, BeĢ 
təpə, DaĢxırman, Dəmirçi  təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, Ġmranlı 
qəbiristanlığı, Çaxırçimən, KorçeĢmə, Qızıl qaya, Börklü qaya, Qara çınqıllı, Uzun 
qaya, Keçi qayası və s. 
Bəs sənədi kim doldurub?  - Naxçıvanlı Qəzi 
oğlu  Əhməd,  Ġnayətulla  oğlu  Rəhmətulla,  Uruddan 
Söhrab (155, 251). 
Allah Papazyana rəhmət etsin ki, bu adları 
dəyiĢdirmədən 
olduğu 
kimi, 
Azərbaycan 
türkcəsində də vermiĢdir. 
Sənəd  7.  1450-ci  ildə  tərtib  olunmuĢdur. 
Tatev  monastrının  baĢ  keĢiĢi  (Vardabet)  ġimavon 
Anqexakotski (Əngələvidli - M.U) tərəfindən Svari, 
Tandzatap,  TaĢu  və  Aqans  kəndlərinin  Əmir 
Rüstəmdən,  Kosmakot  kəndinin  Qəzənfər  Cahan 
oğlundan  və  bir  bağın  Pirquludan  satın  alıb  Tatev 
monastrına  bağıĢlaması  haqqında  bu  qəbalənin 
Seyyid  Rumi  Məhəmməd,  habelə  Urud  kəndindən 
Söhrab  və  Rüstəm  adlı  Ģəxslər  yazmıĢ,  Naxçıvan 
qazısı  Zaməddin  imzalayaraq  möhürlə  təsdiq 
etmiĢdir (155, 275). 
Bu qəbalə tərtib edildikdən bir neçə il sonra, 
1468-ci  ildə  Həsən  Əli  Qaraqoyunlunun  Tatev 
monastrına  vəqf  torpaqları  ayrılması  barədə 
fərmanı olmuĢdur. Həmin fərmana  görə,  yuxarıda adları çəkilən kəndlərlə  yanaĢı, 
daha on kənd Tatev monastrının tabeçiliyinə verilmiĢdir. 
Sənəd  14.  Azərbaycan  ölkəsinin  Kapanat  vilayətinin  Urud  nahiyəsində 
yerləĢən  Tatev  monastrına  məxsus  Tatev,  Svari,  TaĢu,  Ağakəndi,  Tanzatap, 
Xotanan, Xalidzor, ġinher, Xot, Kits, Bordi, Dəstəgerd, Gölyazı, Bnunis, Qarakilsə 
kəndlərinin və bağ yerlərinin əvvəllər vardaped ġimavona məxsus olması və onun 

96 
 
ġah Ġsmayıl Xətainin Tatev 
monastrını bir sıra vergilərdən 
azad edən 1503-cü il tarixli 
Fərmanı. 
 
tərəfindən monastra bağıĢlanması barədə qəbalə 1508-ci il 8 noyabr tarixdə tərtib 
edilmiĢ  və  Sisəcan  qazisi  ġükrulla  Ənsari  tərəfindən  imzalanaraq  möhürlə  təsdiq 
edilmiĢdir (155, 297). 
Bu  sənəddə  düz  beĢ  yerdə  "Azərbaycan  ölkəsinin  Urut-Kapanat 
nahiyəsi"  ifadəsi iĢlənmiĢ, 2 yerdə  isə  Sisəcanın  Azərbaycan ölkəsinin Naxçıvan 
tüməninə aid olduğu vurğulanmıĢdır. 
Bu sənədi də Zəngəzura aid digər qəbalələr kimi Urudlu Söhrab yazmıĢdır. 
Çox  güman  ki,  Söhrab  sonradan  bu  qəbalələrin  surətini  çıxarıb  arxivi  qaydaya 
salan Ģəxsdir. Çünki qəbalələrin verilmə tarixləri arasında 150 ilə qədər fərq vardır 
və  təbii  ki,  bu  müddət  orta  insan ömründən iki dəfə  uzun  olduğundan  Söhrab bu 
sənədlərin orijinalının tərtibində heç cür iĢtirak edə bilməzdi. 
Sənəd  18.  Tatev  monastrına  məxsus  torpaqlar  və  digər  əkin  yerləri 
haqqında qəbalədir. Qəbalədə Azərbaycan ölkəsinin Naxçıvan tüməninin Kapanat 
və  Urut  nahiyələrində  yerləĢən  Tatev  monastrının  torpaqlarının  dəqiqləĢdirilmiĢ 
sərhədləri göstərilmiĢdir (155, 309). 
Qəbalə  Bürhanəddin  oğlu  Nəsir,  Urudlu 
Söhrab  və  Məhəmməd  Kazım  tərəfindən  yazılmıĢ, 
vəzir Mirzə Ataullanın möhürü ilə təsdiq edilmiĢdir. 
Sənəddə  9  avqust  1556-cı  il  (hicri  tarixi  ilə 
Ģəvvəl ayının 12-si, 964-cü il) tarixi göstərilmiĢdir. 
Sənəd 19. Bu Tatev monastrına məxsus olan 
kəndlərin vəqf mülkiyyətində olduğunu  təsdiq edən 
1558-ci  il  tarixli  aktdır.  Aktda  Sisəcan  və  Urut 
nahiyələrinin bir neçə kəndinin ərazisi, əkin yerləri, 
gəlirləri  və  gəlirlərinin  paylanmasının  yoxlanılması 
nəticələri göstərilmiĢdir. 
Akt  hicri  tarixi  ilə  965-ci 
ilin  Ģaban  ayında  (19  may  -  16 
iyun  1558-ci  il)  tərtib  edilmiĢ  və  vəzir  Mirzə 
Ataullanın  möhürü  ilə  təsdiq  olunmuĢdur.(155, 
312). 
Sənəd  24.  Bu  1576-cı  il  tarixli  qəbalədir. 
Ermənilərin  Zəngəzurda  məskunlaĢması  və  torpaq 
sahibinə  çevrilməsi  prosesini  əyani  surətdə  izah  edən 
çox  əhəmiyyətli  bir  tarixi  sənəddir.  Bu  qəbalədən 
aydın  olur  ki,  əslən  Cuğa  kəndindən  olan,  müsəlmanlığı  qəbul  etmiĢ  Murad  bəy 
adında  bir  erməni  Səfəvi  hökmdarı  Ģah  Təhmasibdən  Meğri  kəndini  satın  almıĢ, 
sonra  isə  II  ġah  Ġsmayılın  dövründə  bu  kəndi  məhəllələr  üzrə  kənd  sakinlərinə 
(ermənilərə və azərbaycanlılara) satmıĢdır. Alqı-satqı Murad bəylə Meğri kəndinin 
yuxarı məhləsinin sakini kəndxuda Allahqulu Babaqulu oğlu, Meğri kəndinin orta 
məhlə sakinləri Əlvənd oğlu Qriqor və Ġsfəndiyar oğlu Axpercan, Meğri kəndinin 
 

97 
 
ġah Ġsmayıl Xətainin Tatev 
monastrının hüquqlarının 
artırılması barədə 1506-cı il 
tarixli Fərmanı. 
 
aĢağı  məhlə  sakini  keĢiĢ  NovĢiraz  oğlu  Zəkəriyyə  arasında  olmuĢdur  (155,  325). 
Göründüyü kimi, Meğri kəndinin bütün ərazisi dörd paya bölünmüĢ, onun bir payı 
azərbaycanlıya (kəndxuda Allahqulu Babaqulu oğluna) qalan 3 hissə isə ermənilərə 
satılmıĢdır və onların tayfa mülkiyyətinə çevrilmiĢdir. Diqqət yetirin: 
Erməni  Murad  bəy  azərbaycanlılar  yaĢayan  Meğri  kəndini  Azərbaycanın 
hökmdarı  II  ġah  Təhmasibdən  alır.  Müəyyən  vaxt  ərzində  orada  ermənilər 
məskunlaĢır  və  axırda  kənd orada  yaĢayan erməni tayfalar  arasında  bölüĢdürülür. 
Bu  yolla da  bütün orta  əsrlər boyu ermənilərin  Zəngəzurda  (eləcə  də  Qarabağda) 
məskunlaĢmağı  davam  edir.  Ermənilər  hər  vəchlə,  müxtəlif  üsullarla  Azərbaycan 
torpaqlarına  yiyələnməyə  can  atmıĢlar,  təəssüflər  olsun  ki,  çox  zaman  da 
istədiklərinə nail olmuĢlar. 
Sənəd 26. Bu sənəd Sevadan kəndinin otlaq sahəsinin bir hissəsinin Meğri 
kəndinin  icmasına  satılması  barədə  1587-ci  il  tarixli  qəbalədir.  Əvvəlki  qəbalədə 
olduğu  kimi,  burada  da  torpağı  alanlar  hamısı  (7  nəfər)  milliyyətcə  ermənilərdir. 
Sənəddə  satılan  ərazinin  sərhədləri  (türk  adlarıdır)  və  qiyməti  göstərilmiĢdir. 
Qəbalə 28 fevral 1587-ci il tarixdə Ordubadda tərtib edilmiĢdir (155, 333). 
Matenadarandakı 
Ģah 
fərmanları. 
Matenadaranda  saxlanılan  orta  əsrlərə  aid  Ģah 
fərmanlarını, hökmləri, qərarları, fətvaları, alqı-satqı 
sənədlərini 
(qəbalə, 
vəqfnamə, 
icranamə), 
müqavilələrini  araĢdırarkən  bir  daha  bu  qənaətə 
gəlirsən  ki,  uzun  əsrlər  boyu  dövlətçiliyi  olmayan 
erməni 
xalqı  öz  milli  varlıqlarını  qoruyub 
saxladıqlarına görə erməni kilsəsinə və tabeçiliyində 
yaĢadıqları  türk-müsəlman  Ģahlarına  ömür  boyu 
minnətdar olmalıdırlar. 
Məlumdur  ki,  XII  əsrdən  ta  XIX  əsrə  qədər 
bütün  Qafqaz  kimi,  Zəngəzur  (Sisakan)  ölkəsi  də 
türk (istər Osmanlı, istərsə də Ġran) sultanlarının və 
Ģahlarının himayəsində yaĢamıĢdır. Bütün dövrlərdə 
həm  islam  dini,  həm  də  türk  hakimləri  erməni-
qriqorian  kilsəsinə  nəinki  dözümlü  münasibət 
göstərmiĢ, hətta bu kilsəni daima himayə etmiĢdir. 
Ġstər 
Qaraqoyunlu 
və 
Ağqoyunlu 
dövlətlərinin  zamanında,  istərsə  də  Səfəvilər 
xanədanının  hakimiyyəti  dövründə  erməni  kilsə  və 
monastrları nəinki vergidən azad olunmuĢ,  hətta onlara  müsəlmanlara  verilməyən 
bir sıra imtiyazlar verilmiĢdir. 
Qaraqoyunlu Cahan Ģahın 1449-cu il tarixli fərmanı ilə Tatev və Vağədi 
monastrları  vergilərdən  azad  edilmiĢ,  onların  tabeliyində  olan  kəndlərin 
məhsullarından monastra xüsusi pay ayrılması göstərilmiĢ, monastrların hər hansı 

98 
 
Sisəcan, Urut və Gığı 
nahiyələrindəkı kəndlərin 
Tatev monastrının 
mülkiyyətinə verilməsi barədə 
ġalı Ġsmayıl Xətainin 1510-cu il 
tarixli Fərmanı. 
 
fəaliyyətinə  qarıĢmaq  Urut  nahiyəsinin  darğa,  məlik  və  kəndxudalarına  qəti 
surətdə qadağan edilmiĢdir. Qaraqoyunlu Cahan Ģahın digər bir fərmanı ilə (tarixi 
oxunmur)  Vağədi və Tatev  monastrlarının  vergi immuniteti bir daha təsdiq edilir 
və  Göyçə  vilayətinin erməni  ruhanilərinin  tabeçiliyi  Tatev  monastrına  aid olunur 
(156, 163). 
Qaraqoyunlu hökmdarı Həsən Əlinin 1468-ci il tarixli fərmanı ilə Tatev və 
Vağədi  kilsələri  daha  bir  sıra  vergilərdən  (mal,  ixracat,  torpaq  rentası),  bu 
kilsələrin vəqf torpaqlarında yaĢayan kəndlilər biyar ödəmələrindən azad olunurlar. 
Bu  fərmanla  Əmir  Rüstəm  adlı  bir  Sünik  knyazı  tərəfindən  14  kəndin  Tatev 
kilsəsinə satılması və həmin kəndlərin vəqf torpaqları siyahısına salınması bir daha 
təsdiq edilir (156, 167). 
ġah  Ġsmayıl  Xətainin  (Səfəvinin)  1503,  1506,  1510-cu  il  tarixdə  Tatev 
kilsəsi  ilə  bağlı  üç  fərmanı  olmuĢdur.  Həmin  fərmanlarda  Azərbaycanın  padĢahı 
Tatev kilsəsinin vəqf torpaqlarının hüdudlarını dəqiqləĢdirir, bu ərazilərin daha da 
geniĢləndiyini,  əlavə  bir  neçə  kəndin,  o  cümlədən  Göyçə  vilayətindəki  bir  sıra 
erməni kəndlərinin Tatevin vəqf torpaqlarına aid edilməsini təsdiq edir (156, 173-
176). 
I  ġah  Ġsmayıl  Səfəvinin  bu  fərmanları  ilə 
Tatev  kilsəsi  o  dövrdə  mövcud  olan  çoxsaylı 
vergilərinin (ixracat, avarizat, savari, peĢkəĢ, salami, 
novruzi  və  s.)  demək  olar  ki,  hamısından  azad 
edilmiĢdir. 
Bu  o  demək  idi  ki,  Tatev  kilsəsinin  vəqf 
torpaqları  sayılan  100-dən  artıq  kəndin  bütün 
gəlirlərinin  bölüĢdürülməsinə  kilsə  özü  nəzarət 
edirdi,  baĢqa  sözlə,  bu  ərazilərin  hakimi-mütləqi 
kilsənin  baĢ  keĢiĢi  idi.  Bu        fərmanın  baĢqa  bir 
müddəası  ilə  Arran,  Arazbar,  Sisəcan,  Kapanat  və 
Urut  hakimlərinə  kilsəyə  hər  hansı  cür  təsir 
göstərmək qəti surətdə qadağan edilirdi. 
ġah  Ġsmayılın  xələfi  I  ġah  Təhmasibin  1557-
ci  il  və  1562-cı  il  tarixli  fərmanları  ilə  Tatev 
kilsəsinin  tabeliyindəki  vəqf  torpaqları  daha  da 
geniĢləndi,  kilsə  bütövlükdə  vergi  və  rüsumlardan 
azad  edildi  və  ümumiyyətlə,  divanın  tabeliyindən 
çıxarıldı  (156,    180).  BaĢqa  sözlə,  Tatev  kilsəsi 
ərazidə müstəqil dini və idarəetmə hüququ əldə etdi. 
Bu  fərmanlar  əslində  Zəngəzurdakı  qeyri-
müsəlman əhalinin yaĢadığı bütün torpaqların Səfəvilərin nəzarətindən çıxarılması 
demək idi.  Məhz  Səfəvi  xanədanının bu cür  siyasətinin (əslində  siyasətsizliyinin) 
nəticəsi idi ki, bir çox yerlərdən ermənilər kütləvi surətdə Tatev kilsəsinin nəzarəti 

99 
 
Tatev monastrının 
tabeliyindəki kəndlər barədə I 
ġah Təhmasibin 1557-ci il 
tarixli Fərmanı. 
 
altında  olan  torpaqlara  köçməyə  baĢladılar.  Gələn  ermənilər  əvvəl  balaca  erməni 
kəndlərinin  ətrafında  məskən  salaraq,  onları  böyütdülər,  sonra  isə  yeni  erməni 
kəndləri salmağa baĢladılar, Gorus rayonu ərazisindəki erməni kəndlərinin çoxu bu 
dövrdə  gəlmə  ermənilər  tərəfindən  salınan  kəndlərdir.  Bu  illərdə  Zəngəzurda 
ermənilərin sayının artması, onların varlanması və nüfuz sahibinə çevrilməsi Tatev 
kilsəsinin din pərdəsi altında apardığı siyasi fəaliyyətin nəticəsi idi. 
ġah  babalarının siyasətini davam etdirən II ġah Abbas ermənilərə  daha  da 
diqqət  və  qayğı  ilə  yanaĢmıĢ,  Səfəvilər  səltənətinin  xristian  təbəələrinə  mehriban 
münasibətini  bir  sıra  fərman  və  göstəriĢləri  ilə  maddiləĢdirmiĢdir.  ġah  Abbasın 
1644-cü  il  və  1645-ci  il  tarixli  fərmanları  Səfəvilər  dövlətinin  ərazisindəki 
mövcud  erməni  kilsələrinin  təmiri,  bərpası  və  yeni  kilsələrin  tikilməsi  üçün 
möhkəm  hüquqi  baza  yaratdı.  Bu  fərmanlarda  göstərilirdi  ki,  yerli  müsəlman 
hakimlər  ermənilərin  dini  ayinlərini  yerinə  yetirmələrinə,  erməni  kilsələrinin 
bərpasına  və  yeni  kilsələrin  tikintisinə  qətiyyən  mane  olmamalı,  əksinə,  hər  cür 
köməklik 
göstərməlidirlər.  ġah  Abbasın  bu 
fərmanları,  Səfəvilər  dövlətinin  erməni  kilsələrini 
himayə  etdiyini  və  ona  daim  yardım  göstərəcəyini 
bir  daha  təsdiq  edirdi.  Bu  fərmanlardan  sonra 
ermənilər  yaĢayan  bir  çox  ərazilərdə  yeni  kilsələr 
tikilməyə baĢladı, mövcud kilsələr geniĢləndirildi, o 
cümlədən,  Tatev  kilsəsi  demək  olar  ki,  yenidən 
tikildi və iki dəfədən çox geniĢləndirildi (157, 342-
348). 
ġah  Abbas  özünün  1650-ci  il  fərmanı  ilə 
erməni kilsələrinə bir sıra özünü idarə və məhkəmə 
imtiyazları  verdi.  Bu  fərmana  görə  ermənilərin  öz 
aralarındakı istənilən mübahisələri erməni-qriqorian 
kilsəsi  tərəfindən  həll  edilə  bilərdi.  BaĢ  keĢiĢin 
qərarı  əyalət  hakiminin  qərarı  dərəcəsində  hüquqi 
qüvvəyə malik idi. 
Matenadaranın  Zəngəzurla bağlı  sənədlərinin 
öyrənilməsi  və  təhlili  onu  göstərir  ki,  orta  əsrlərdə 
ermənilərin bu bölgədə yerləĢməsi, möhkəmlənməsi 
və  yayılması  Tatev  kilsəsinin  din  pərdəsi  altında 
aparılan  ardıcıl  siyasi  fəaliyyəti  və  ayrı-ayrı  erməni  mənsəb  sahiblərinin  adı  ilə 
bağlıdır. 
Torpaqlar ilk əvvəl erməni kilsələri tərəfindən, monastrın vəqf torpaqları adı 
altında  satın  alınmıĢ,  sonra  bu  alqı-satqı  qəbalələri  Ģah  fərmanları  ilə  təsdiq 
olunmuĢdur.  Beləliklə,  kilsə  ətraflarındakı  böyük  ərazilər  bir  növ  kilsənin  xüsusi 
mülkiyyətinə çevrilmiĢdir. 

100 
 
Növbəti  mərhələdə  erməni  din  xadimləri  tez-tez  Ģah  dərgahına  müraciət 
edərək, saraya nümayəndələr göndərərək, müxtəlif hədiyyə və bəxĢiĢlər apararaq, 
kilsə  və  monastrlara  bir  sıra  iqtisadi  və  vergi  güzəĢtləri  verən  fərmanların  qəbul 
edilməsinə  nail  olmuĢlar.  Bundan  sonra  vəqf  torpaqlarında  yeni  erməni  kəndləri 
salınmıĢ, ermənilərin bu kəndlərdə kompakt yaĢayıĢı təmin olunmuĢdur. 
Üçüncü  mərhələdə  isə  kilsə  II  ġah  Abbasın  fərmanları  ilə  Səfəvi 
xanədanından  bir  sıra  hüquqi  və  təĢkilati  imtiyazlar  alaraq  erməni  icmasının 
idarəetmə mərkəzinə çevrildi. 
 
ZƏNGƏZUR OSMANLILAR DÖVRÜNDƏ 
 
Əsrlər  boyu  xalqımız  böyük  tarixi  yol  keçibdir.  Tariximizin  hər  səhifəsi 
bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri 
də var, təntənəli səhifələri də, faciəli səhifələri də var. 
Heydər ƏLĠYEV 
 
Zəngəzur  bütün  tarixi  boyu  qanlı  müharibələr,  amansız  döyüĢlər  meydanı 
olmuĢ,  bir  əldən  baĢqa  ələ  keçmiĢdir.  Bu  müharibələr  zamanı  Zəngəzurun  bütün 
əhalisi,  xüsusən  türk-müsəlman  əhalisi  görünməmiĢ  məhrumiyyətlərə  düçar 
olmuĢdur.  Bu  müharibələr  əsasən  dini  zəmində  olmuĢ  və  iĢğalçılıq  xarakteri 
daĢımıĢdır.  Zəngəzurun  azərbaycanlı  əhalisinin  qanla  yazılmıĢ  tarix  dəftərində 
Osmanlı-Səfəvi müharibələri, bu müharibələr zamanı törədilmiĢ qardaĢ qırğınları, 
xüsusilə,  amansız  və  kədərli  səhifədir.  Ən  dəhĢətlisi  bu  idi  ki,  Səfəvi-Osmanlı 
müharibəsi  zamanı  döyüĢlər  türk  ilə  türk  arasında,  müsəlman  ilə  müsəlman 
arasında  getmiĢdir.  Evi  dağılan  da,  yurdu  talan  olan  da,  nəsli  kəsilən  də,  əsir 
aparılan  və  doğma  torpağından  didərgin  salınan  da  Zəngəzurun  etnik  əhalisi, 
Azərbaycan türkləri olmuĢlar. 
XVI  əsrin  sonlarında  Səfəvi  dövlətində  yaranmıĢ  qeyri-sabit  vəziyyətdən 
istifadə  edən  Osmanlı  imperiyası  yenidən  dağıdıcı  müharibəyə  baĢlayaraq, 
Səfəvilər dövlətinin bir sıra ərazilərini iĢğal etmiĢdir. 1578-ci ildə baĢlayan və bir 
neçə  mərhələdə  davam  edən  Osmanlı-Səfəvi  müharibəsi  əsasən  Azərbaycan 
torpaqlarında  aparılmıĢdır.  Bu  müharibədə  ilk  hücuma  məruz  qalan  Qərbi 
Azərbaycan  torpaqları  olmuĢdur.  1578-1586-cı  illərdə  aparılmıĢ  müharibələr 
nəticəsində  Qərbi  Azərbaycanın  tərkib  hissəsi  olmuĢ  Zəngəzur  osmanlıların  əlinə 
keçir. 
Zəngəzuru ələ keçirmiĢ osmanlılar bu bölgəni idarə etmək məqsədilə xüsusi 
hesabat  dəftərləri  tərtib  edirlər.  Zəngəzura  aid  məlumatlar  ayrı-ayrı  dövrlərdə  bu 
yerlərin inzibati tabeçiliyində olduğu Ġrəvan, Naxçıvan, həmçinin Urut və Ġskəndər 
qalası  livaları  ilə  bağlı  dəftərlərdə  əks  olunmuĢdur.  Bunlardan  biri  1593-cü  ildə 
hazırlanmıĢ "Ġrəvan vilayətinin müfəssəl dəftəri", digəri - təxminən 1593-cü ildə 
hazırlanmıĢ  və  Ģərti  olaraq  "Urut  və  Ġskəndər  qalası  livalarının  müfəssəl 

101 
 
dəftəri"  adlandırılan  dəftər,  üçüncüsü,  1595-ci  ildə  hazırlanmıĢ  "Ġrəvan 
vilayətinin icmal dəftəri"dir. Bundan əlavə 1603-cü il tarixli "Ġrəvan əyalətinin 
sicil dəftəri", 1727-ci ildə hazırlanmıĢ "Naxçıvan sancağının müfəssəl dəftəri" 
və  1728-ci  ildə  tərtib  olunmuĢ  "Ġrəvan  əyalətinin  icmal  dəftəri"ndə  Zəngəzur 
diyarının  inzibati  bölgüsü,  yaĢayıĢ  məskənləri,  əhalisi,  əhalinin  məĢğuliyyəti  və 
torpaq  sahibkarlığı  barədə  geniĢ  məlumatlar  verirlər.  Naxçıvan  və  Ġrəvan 
sancaqlarının  sicil  dəftərləri  mərhum  akademik  Ziya  Bünyadov  və  tarixçi  alim 
Hüsaməddin Məmmədov tərəfindən ətraflı araĢdırılmıĢ, tərcümə edilmiĢ, Ģərhlər və 
qeydlərlə çap olunmuĢdur. 
XVI əsrin sonlarında hazırlanmıĢ "Ġrəvan vilayətinin müfəssəl dəftəri"nə və 
"Ġrəvan  vilayətinin  icmal  dəftəri"nə  görə  Zəngəzur  torpaqları  Naxçıvan  qəzasına 
tabe  olan  Sisyan,  Bazarçayı,  Ġrəvan  livasına  tabe  olan  Zar  və  Zebil  nahiyələrinə 
(32,  156,  324-328,  330-333,  360-365;  33,  259-272,  310-323),  tabeçiliyi  məlum 
olmayan  Urut  və  Ġskəndər  qalası  livalarına  bölünmüĢdür.  Öz  növbəsində  Urut 
livası  Urut,  Gığı,  Muğancıq,  Zəngəzur  nahiyələrindən  (35,113b-128a),  Ġskəndər 
qalası  livasına  tabe  olan  Qapan  qəzası  isə  Kekeberd,  Kəhrami-əyrinci,  Kəhrami-
saçlı,  Masırı,  Bağaberd,  Mədəni-mis,  Gelaberd,  Çavundur,  Əmlaki-xənazır, 
Mincivan, BərgüĢad, Əcənan və Kəhparə nahiyələrindən ibarət olmuĢdur (35,128b 
- 191b). 
Bu  dəftərlərin  hazırlandığı  XVI  əsrin  sonlarında  Naxçıvan  qəzasına  tabe 
olan  Sisyan  nahiyəsində  32  kənd  və  5  məzrəə  (vaxtilə  yaĢayıĢ  məskəni  olmuĢ, 
lakin  sonralar  əhalisi  köçdüyünə  görə  əkin  yeri  kimi  istifadə  olunan  yerlər), 
Bazarçayı  nahiyəsində  13  kənd  və  1  məzrəə,  Zar  nahiyəsində  25  kənd  və  
məzrəə, Zebil nahiyəsində isə 24 kənd olmuĢdur. 
Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmıĢdır (32, 156, 
324-328, 330-333, 360-365). 
Urut livasına tabe olan nahiyələrdə 104 kənd və 5 məzrəə, o cümlədən Urut 
nahiyəsində  33  kənd  və  3  məzrəə,  Giği  nahiyəsində  12  kənd,  Muğancık 
nahiyəsində 41 kənd və 1 məzrəə, Zəngəzur nahiyəsində isə 18 kənd və 1 məzrəə 
qeydə alınmıĢdır (35,113b-128a). 
Ġskəndər qalası livasına tabe olan Qapan qəzasının nahiyələrində 385 kənd 
və 43 məzrəə olmuĢdur. Bunlardan 21 kənd və 1 məzrəə Kekeberd nahiyəsində, 
1   ...   8   9   10   11   12   13   14   15   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə