22 kənd və 3 məzrəə Kəhrami-əyrinci nahiyəsində, 20 kənd və 13 məzrəə
Kəhramı-saçlı nahiyəsində, 23 kənd və 2 məzrəə Masırı nahiyəsində, 28 kənd
Bağaberd nahiyəsində, 4 kənd və 1 məzrəə Mədəni-mis nahiyəsində, 36 kənd
Əcənan nahiyəsində, 15 kənd və 2 məzrəə Gelaberd nahiyəsində, 45 kənd və 10
məzrəə Çavundur nahiyəsində, 14 kənd və 1 məzrəə nahiyəsində, 6 kənd
Mincivan nahiyəsində, 58 kənd BərgüĢad nahiyəsində, 93 kənd və 5 məzrəə
Kəhparə nahiyəsində idi (35,128b-191b).
1578-ci ildə osmanlılarla səfəvilər arasında baĢlamıĢ müharibənin acı
nəticələrindən biri də Azərbaycan torpaqlarında, o cümlədən Zəngəzur
102
diyarının türk-müsəlman əhalisinin yaĢadığı kəndlərini tərk etmələri
olmuĢdur. 1590-cı il "Ġrəvan vilayətinin müfəssəl dəftəri"nə görə Sisyan,
Bazarçayı, Zar və Zebil nahiyələrində qeydə alınmıĢ 94 kənddən yalnız beĢinin -
ermənilər yaĢayan Tulus (Dulus), Ənkləberd, Pirnəqut kəndlərinin, əhalisi
qarıĢıq, yəni türklərdən və ermənilərdən ibarət olan Əxlətiyan kəndinin və türklərin
yaĢadığı Qarakilsə kəndinin əhalisi öz yerlərini tərk etməmiĢdilər.
Ermənilərin bu müharibə illərində öz yerlərini tərk etməmələrini təbii qəbul
etmək lazımdır, çünki müharibə ərəfəsində osmanlı sultanı III Muradın (1574-
1595) 28 aprel 1578-ci (20 səfər 986) ildə verdiyi fərmana əsasən ermənilərə heç
bir zərərin vurulmaması xüsusi olaraq tapĢırılmıĢdır. Ələ keçiriləcək torpaqlarda
yerli əhali ilə necə rəftar olunması ilə əlaqədar verilmiĢ bu fərmanda müsəlman və
xristian (erməni) əhaliyə fərqli münasibət göstərilməsi cidd-cəhdlə vurğulanan
məqamlardan ən baĢlıcası idi. Müqayisə edək: müsəlman əhalisi ilə bağlı fərmanda
deyilirdi ki, "nizə və qılıncın hədəfi olduqlarına (yəni kiĢilərin məhv edilmələri ilə
bağlı qərar verildiyinə - M.U.) görə onların övladları və zövcələri əsir götürülməli,
məmləkət və vilayətləri istila olunmalı...malları qazi qullarımın qəniməti olmalı...".
Halbuki elə həmin fərmanda ermənilərlə bağlı olaraq, "... rəayadan xarac-güzar
erməni tayfasının isə mallarına ziyan vurmayasan, canlarına xəsarət yetirməyəsən",
deyə yazılmıĢdır (37). Göründüyü kimi, Azərbaycanın digər diyarları kimi,
Zəngəzurun türk-müsəlman əhalisi, onların osmanlılar üçün Səfəvi Ģahının təbəəsi,
qızılbaĢ (Ģiə) olmalarına görə osmanlıların daima hədəfində olmuĢdular. Məhz
ehtimal olunan təqiblərdən qurtulmaq üçün Zəngəzurun türk-müsəlman əhalisi
yeganə çıxıĢ yolu kimi öz yerlərini tərk etməkdə görmüĢ və buna görə də
Zəngəzurun nahiyələrinin təsviri hazırlanarkən, bu diyarın azərbaycanlı kəndləri
heç kimin yaĢamadığı yerlər kimi qeydə alınmıĢdılar.
Əgər Zəngəzur nahiyələrinin 94 kəndindən yalnız dördündə ermənilərin
yaĢadığını nəzərə alsaq, XVI əsrdə bu diyarın əhalisinin demək olar ki, əksəriyyəti
türk-müsəlman əhalisindən ibarət olmuĢ, ermənilər isə XVII əsrin ortalarından
etibarən bu yerlərə kütləvi Ģəkildə köç etməyə və yayılmağa baĢlamıĢlar.
Söylədiklərimizi belə bir fakt da təsdiq edir: 1593-cü ildə dörd kənddə qeydə
alınmıĢ ermənilər, 1727-ci ildə tərtib olunmuĢ "Naxçıvan sancağının müfəssəl
dəftəri"nə görə artıq Zəngəzurun 18 kəndində yaĢayırdılar. Adlarını yuxarıda qeyd
etdiyimiz kəndlərlə yanaĢı, 1727-ci ildə ermənilər Zəngəzurun daha 14 kəndinə -
Uz, Qızılca, Talibabad, Ərikli, Pul, Qalacıq, Ortagir, Benis, Dəsdgird, ġəki, Kivas,
ġələt, Sənkar və Berdi kəndlərinə yerləĢmiĢdilər (8, 253-287). Daha bir misal. XVI
əsrin sonlarında Qapan qəzasına tabe olan BərgüĢad nahiyəsində ermənilər
yaĢamadığı halda, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin tərkibində olan bu
nahiyəyə artıq 52 erməni ailəsi köçüb yerləĢmiĢdir (31, 489-530). Fikrimizcə,
burada yerləĢmiĢ ermənilər yerli əhali deyil, vaxtilə I Ģah Abbasın Ġranın iç
əyalətlərinə köçürdüyü ermənilərin təkrar geri qayıtmalarına icazə verilərkən, onlar
öz yerlərinə, yəni ġərqi Anadolu ilə həmsərhəd olan nahiyələrə deyil, Naxçıvan və
103
Zəngəzur nahiyələrinə yerləĢmiĢ ermənilər olmuĢlar. Aydınlıq üçün onu da qeyd
etmək lazımdır ki, o dövrün hadisələrini Ģərh edən erməni tarixçilərinin çığır-
bağırına rəğmən I ġah Abbas Anadolu, Qars, Naxçıvan və qismən Zəngəzur
ərazilərindən yalnız erməniləri deyil, orada yaĢayan bütün əhalini Ġranın içərilərinə
köçürmüĢdür. Belə köçürülmə siyasəti o dövrün müharibələrində döyüĢ taktikası
kimi həyata keçirilirdi. Belə ki, hücum edən Osmanlı əsgərləri tutduqları ərazini
bomboĢ görüb, orda möhkəmlənməyin ərzaq, qida, yem təminatının
mümkünsüzlüyünü görərək geriyə qayıdırdılar. Məhz I ġah Abbas torpaqları
Osmanlı iĢğalına verməməkdən ötrü bu ərazilərdəki əhalini Ərdəbil ətrafına
köçürmüĢ, yaĢayıĢ evlərini, bağları və əkin sahələrini yandırmıĢdır. Bir balaca
ictimai-siyasi sakitlik yaranan kimi Zəngəzurun azərbaycanlı əhalisi yenidən öz
yerlərinə qayıtmıĢlar.
1595-ci il tarixli "Ġrəvan vilayətinin icmal dəftəri" Zəngəzur diyarında
osmanlıların tətbiq etdiyi torpaq sahibliyi və torpaq sahiblərinin etnik mənsubiyyəti
haqqında geniĢ məlumat verir. Osmanlı torpaq sahibliyi ilə bağlı qaydalara görə
dövlətin maliyyə idarəsi hər bir kəndi, həmçinin vaxtilə yaĢayıĢ məskəni olmuĢ və
sonradan heç kimin yaĢamamasına baxmayaraq, əkin yerləri əkinçilik üçün istifadə
olunan kəndləri (məzrəələri) gəlir mənbəsi kimi icmal dəftərlərinə salmıĢdır. Ġllik
gəlirin həcmindən asılı olaraq, torpaq sahibliyi, xas, timar və zeamət kimi
bölünmüĢdülər. Ġllik gəliri 3 mindən 20 min ağçaya qədər olan gəlir mənbəsi timar,
20 mindən 100 minə qədər olan gəlir mənbəsi isə zeamət adlanırdı. Əgər illik gəlir
100 min ağçadan artıq olurdusa, bu torpaq sahibliyinə xas deyilir və əsasən sultan
və onun ailə üzvlərinə, bəylərbəylərə, sancaqbəylərinə və yüksək vəzifəli və rütbəli
Ģəxslərə verilirdi. Nəzərdən keçirdiyimiz 1595-ci il tarixli "Ġrəvan vilayətinin icmal
dəftəri"nə görə, Sisyan nahiyəsində 12 zeamət və 32 timar, Bazarçayı
nahiyəsində 13 timar, Zar və Zebil nahiyələrində isə, 5 zeamət və 46 timar
mövcud olmuĢdur (33, 259-272, 310-323).
Adını yuxarıda qeyd etdiyimiz icmal dəftərinə görə, zeamətlərə və timarlara
adətən bir və ya bir neçə kəndin gəliri aid edilmiĢdir. Bundan əlavə, bir neçə torpaq
sahibi bir və ya bir neçə kəndin gəlirini bölüĢdürürdülər. Beləliklə də, Zəngəzurun
osmanlı dövrü tarixində bir kəndin idarə edilməsində bir neçə torpaq sahibinin
iĢtirak etdiyinin Ģahidi oluruq. Heç Ģübhəsiz ki, bu keçici xarakter daĢımıĢ və sırf
osmanlılar dövrü ilə əlaqədar olmuĢdur. Lakin bizim üçün daha maraqlısı,
Zəngəzur diyarının kəndlərinin torpaq sahiblərinin hamısının türk-müsəlman
əhalisindən ibarət olmalarıdır (bax: Əlavə 2).
1728-ci ildə tərtib olunmuĢ "Ġrəvan əyalətinin icmal dəftəri"nə görə isə,
Zəngəzur diyarının kəndlərinin torpaq sahibliyində ciddi dəyiĢikliklər baĢ vermiĢ
və onların hamısı sultan xaslarına aid edilmiĢdilər (29, 120-124, 150-152).
ġübhəsiz ki, Osmanlı idarəçiliyi dövründə də, Zəngəzurun yerli hakimləri
müsəlmanlar olmuĢ, ərazinin həm azərbaycanlı, həm də qeyri-azərbaycanlı
kəndlərinin idarə edilməsi bu hakimlər tərəfindən həyata keçirilmiĢdir. Zəngəzur
104
diyarının yerli idarəçiliyinin hansı illərdə kimlərə tapĢırıldığı barədə mənbələrdə
geniĢ məlumatlar olmasa da, bəzi faktlar bu məsələyə də aydınlıq gətirir. Misal
üçün, Səfəvilər dövlətinin tarixi ilə bağlı əvəzsiz mənbə olan Ġskəndər bəy
MünĢinin (Türkman) "Tarixi-aləm-arayi - Abbasi" əsərində 1628-ci ilə aid
hadisələrdən bəhs edərkən, müəllif Səfəvi əmirləri arasında Naxçıvan tüməninə
tabe olan Qapan ölkəsinin hakimi kimi türkmən camaatının Ördəkli
oymağından olmuĢ Həsən sultanın, BərgüĢad hakimi kimi isə, Maqsud
sultanın adlarını qeyd etmiĢdir (28, 762).
XVIII əsrin 20-ci illərinə, yəni osmanlı dövrünə aid həmin məsələ ilə bağlı
məlumatlar, Ġstanbuldakı BaĢbakanlık Osmanlı Arxivində saxlanılan və 1730-cu
ildə tərtib olunmuĢ "Sancaq tevcih dəftəri"ndə də vardır. Bu dəftərin məlumatlarına
görə Qapan sancaqbəyisi vəzifəsinə 14 oktyabr 1724-cü (hicri 25 məhərrəm 1137-
ci) ildə Bayəzid sancaqbəyisi Mahmud paĢanın təqdimatı ilə osmanlıların
Naxçıvan uğrunda apardıqları döyüĢlərdə Ģücaət göstərmiĢ əylisli Musaxan oğlu
Əhməd bəy təyin olunmuĢdur.
1727-ci ilin iyun ayının sonlarında (zülqəddə 1139-cu hicri ilində) Təbriz
sərəsgəri Əli paĢanın təqdimatı ilə Qapan sancağı Qoca Əli paĢa adlı bir Ģəxsə
maaĢ kimi əvvəlcə arpalıq, 19 mart 1729-cu (hicri 18 Ģaban 1141-ci) ildə isə,
yurdluq Ģəklində verilmiĢdir. 1730-cu ildə ildə Əli paĢanın vəfatından sonra, 5
mart 1730-cu (hicri 15 Ģaban 1142-ci) ildə Təbriz sərəsgəri Mustafa paĢa Qapan
sancağının idarəsini Ġrəvan valisi Ġbrahim paĢaya tapĢırmıĢdır.
XVIII əsrin 20-30-cu illərində Ġrəvan livasına tabe olan Zarzebil bölgəsi
Ġrəvan livasının dəftəri tərtib olunana qədər, yəni müvəqqəti olaraq sancaq kimi
qəbul edilmiĢ və 1724-cü ilin noyabr ayının sonlarında (hicri rəbiüləvvəl 1137-ci
il). MaraĢ alaybəyisi Zülqədər oğlu Seyid Mustafa Zarzəbil sancağının
sancaqbəyisi vəzifəsinə təyin olunmuĢdur. Lakin 2 yanvar 1725-ci (hicri 16
rəbiülaxır 1138-ci) ildə Ġrəvan valisi Rəcəb paĢa və baĢ dəftərdar Ġbrahim əfəndinin
birgə qərarı ilə Zarzebil sancaqlıqdan çıxarılaraq, nahiyə statusuna keçirilmiĢ və
buradan əldə olunan gəlirin hamısının Ġrəvan qalası qarnizonunun əsgərlərinin
maaĢı kimi müəyyən edilmiĢdir (36, 113-114).
105
III HĠSSƏ
KAZAK SÜNGÜSÜNDƏ ERMƏNĠ RƏQSĠ
RUS EKSPANSĠYASI VƏ ERMƏNĠ XƏYANƏTĠ
1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri
Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü.
Heydər ƏLĠYEV
Öz dövlətini XIV əsrin sonlarında quran çar Rusiyası yarandığı gündən
iĢğalçı, imperiyapərəst mövqedə olmuĢdur. Ġvan Qroznının ekspansionist siyasəti
ondan sonrakı rus çarları, xüsusilə, I Pyotr tərəfindən daha geniĢ miqyasda davam
etdirilmiĢdir (135, 27).
Əgər Ġvan Qroznı Kazanı və HəĢtərxanı tutmaqla burada yaĢayan türkdilli
xalqları - tatarları və qismən qazaxları rus təbəələrinə çevirmiĢdisə, I Pyotr bu iĢi
daha da geniĢləndirərək, Ukrayna çöllərində, Krımda və ġimali Qafqazda yaĢayan
türkdilli və müsəlman xalqları öz əsarəti altına almaq siyasəti yürütmüĢdür. I
Pyotrun dövründə (1682-1726) Çar Rusiyası bir tərəfdən öz sərhədlərini qərbə və
Ģimala doğru geniĢləndirmək istiqamətində müharibə aparırdısa, digər tərəfdən isə
isti dənizlərə çıxıĢ barəsində düĢünürdü.
ġərqdən-Qərbə uzanan Böyük Ġpək yolu üzərində yerləĢən əsas məntəqələrə
sahib olmaq, Qafqaz, Orta Asiya kimi böyük xammal ehtiyatına və Rusiyada
olmayan isti iqlimə malik əraziləri ələ keçirmək, daha sonra isə Ġran və Hindistan
kimi qədim və varlı ölkələri öz təsir dairəsinə salmaq Çar Rusiyasının strateji
planlarına daxil olan məsələlərdən idi. Bu planı həyata keçirmək üçün Rusiyaya
müttəfiqlər, xüsusilə, bu ərazilərdə yaĢayan əhali arasında tərəfkeĢlər lazım idi.
Qafqazda belə "müttəfiq" rolunu bu bölgənin xristian əhalisi - gürcülər və
xüsusilə, ermənilər lazımınca oynaya bilərdilər. Rusiyanın cənub siyasətində
ermənilərin rolu kifayət qədər yüksək olmuĢdur. Rusiya iĢğal etdiyi Ģimal
ölkələrində (Finlandiya, PolĢa, Ġsveç və s.) mərkəzi rayonlarda yaĢayan rusları
köçürüb məskunlaĢdırırsa, cənubda belə xristian buferi vəzifəsini ermənilər icra
edirdilər (135, 27).
Ermənilər Rusiyaya lap qədimlərdən sədaqət göstərirdilər. Lakin bu sədaqət
Böyük Pyotrun çarlığı dövründə daha çox iranlılara qarĢı ümumi qüvvələrlə
vuruĢmaq üçün ruslarla birləĢən vaxt üzə çıxdı.
ġərqdə öz ticarətini geniĢləndirmək istəyən Pyotr erməniləri nəzərindən
qaçıra bilməzdi. O, həm Rusiyanın xeyri üçün, həm də ermənilərin Ģəxsi
güzaranı üçün onları özünə cəlb eləməyə çalıĢırdı. Böyük rus islahatçısı kimi
tanınan I Pyotr Ġranda olarkən ermənilərin ona olan sədaqətini görüb minnətdarlıq
106
göstərmək üçün bir dəstə ermənini hərbi igidliklərinə və mühüm xidmətlərinə görə
əlahəzrətin fərmanı ilə təltif etmiĢ, onlara əlavə hüquqlar və üstünlüklər vermiĢdi.
O, faydalı həmvətəndaĢlar kimi erməniləri Rusiyaya dəvət etmiĢ və bir
dindaĢ kimi onları himayə edəcəyinə və qoruyacağına inandırmıĢdı. Bu
münasibətin ifadəsi olaraq rus çarı Ġrandan o dövrdə ümumi hörmət və etibar
sahibi olan bir çox erməni ailəsini, o cümlədən Lazarevlər ailəsini də Rusiyaya
dəvət etmiĢ, onlara Rusiya vətəndaĢlığı və bəzi imtiyazlar verərək erməni-rus
münasibətlərinin formalaĢması üçün bu insanlardan lazımınca istifadə etmiĢdir (78,
8).
Rus publisisti S. N. Qlinka rus çarının erməni ailələrinə münasibətini belə
təsvir edirdi:
Bu ailə rus hökumətinin qədim Ermənistan övladlarına diqqətinin canlı
nümunəsidir. Rus silahının Ermənistan vilayətinə gətirilməsindən xeyli əvvəl, yəni,
bütöv yüz il ərzində Lazarevlər ailəsi qismən qədim paytaxt Moskva şəhərinin
daxilində, sonra isə Sank-Peterburqda ermənilərə müəyyən qədər sahə əldə
etmişdi. Onlar Asiyalı adı ilə Avropa təhsilini birləşdirmişdi. Hər iki paytaxtda və
başqa yerlərdə erməni kilsələri tikmişdilər. Onların xeyli xərc və çoxlu əmək sərf
olunan və banilərinin səyi ilə ümumi mənafeyə kömək etməyə yönəldilən mətbəələri
var idi. Nəhayət, onlar Asiya və rus tələbələrini özlərinin mühitinə qəbul edən Şərq
dilləri institutunun nizamnaməsindən görmək olar. Bütün bunlar yerləşən küçə
Lazarevlərin adı şərəfinə "Erməni döngəsi" adlanırdı. Beləliklə də, Ermənistan
obrazı Rusiyada artıq çoxdan yaranmışdı, Rusiya isə öz içərisindən ona dostluq
əlini uzadırdı (78, 9).
Ruslar Krımı iĢğal edən kimi (1783) bu torpaqlarda 500 ildən artıq
müddətdə yaĢayan Krım türklərini Osmanlı Türkiyəsinə qovdular, onların yerinə
Türkiyə ərazisində yaĢayan yunanları və erməniləri köçürməyə baĢladılar.
Köçürülən xristianlara Krımda xüsusi Ģərait yaradıldı, məhsuldar torpaqlar
paylanıldı, onlar bir neçə illiyə bütün vergilərdən azad olundular. Beləliklə,
ermənilərin Krımda koloniya halında məskunlaĢmasının əsası qoyuldu (135, 28).
XVIII əsrin əvvəllərində Rusiya ġimali Qafqaza doğru öz nüfuz dairəsini
geniĢləndirməyə baĢladı.
Çar Rusiyası özünün gələcək iĢğalçılıq planlarına dəstək olmaq üçün ġimali
Qafqazda - Kizlyar, Mozdok Ģəhərlərində, habelə HəĢtərxanda erməni koloniyaları
yaradılmasına xeyir-dua verdi. Ġrandan və Türkiyədən ermənilər köçürülərək bu
Ģəhərlərdə məskunlaĢdırıldı. Ekspansionist siyasətin davamı kimi, çar Rusiyasının
böyük siyasi və maddi dəstəyi ilə 1778-ci ildə Rostov yaxınlığında təzə bir erməni
Ģəhəri -Yeni Naxçıvan salındı (132, 45).
ġəhərin Yeni Naxçıvan (Nor-Naxçıvan) adlandırılması da məkrli siyasət
güdürdü; bir tərəfdən ermənilərin guya "öz qədim Ģəhərləri"ndən müsəlmanlar
tərəfindən qovulması və digər tərəfdən Rusiyanın öz "xristian qardaĢlarını" himayə
edərək onlara yaĢamaq üçün yer və dəstək verməsi diqqət mərkəzinə gətirilirdi.
107
Tarixi ədalət naminə, onu da qeyd etməliyik ki, Rusiyanın bu "xristian
humanistliyi" Qafqazda yaĢayan müsəlman xalqlarının məhrumiyyəti, əzabı və
fiziki məhvi hesabına baĢa gəlirdi. XIX əsrdə 1,2 milyon çərkəz və abxaz öz
dədə-baba yurdlarından ruslar tərəfindən deportasiya edilərək Osmanlı
Türkiyəsinə qovuldular. Bu insanların təxminən 1/3-ü deportasiya nəticəsində
yollarda həlak oldu (135, 30).
Çarizmin öz cənub siyasətində ermənilərlə iĢ birliyi qurmaq marağı Cənubi
Qafqazda, Ġranda və ġərqi Anadoluda yaĢayan ermənilərə yeni bir ideya verdi;
ermənilərin köhnə xəstəliyi - "dənizdən-dənizə Ermənistan" yaratmaq paranoyası
yenidən baĢ qaldırdı. Erməni kilsəsi və erməni iĢ adamları Rusiyanın xristian
himayəsindən istifadə edərək Anadolu, Ġran və Qafqaz torpaqları hesabına
Ermənistan dövləti yaradılması ideyasını həyata keçirmək məqsədilə XVIII əsrin
ortalarından baĢlayaraq ardıcıl fəaliyyətə keçdilər. Bu fəaliyyətlə təkcə Qafqazda,
yaxud Ġranda yaĢayan ermənilər deyil, eləcə də dünyanın hər yerinə səpələnmiĢ
erməni koloniyaları aktiv surətdə məĢğul olurdular (143, 171).
Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin "Böyük Ermənistan"
dövləti yaratmaq ideyaları "xristian himayəçiliyi" pərdəsi altında müstəmləkəçilik
siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın ġərqi
iĢğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, Ġran və Azərbaycan
sərhədləri kəsiyində etibarlı dayaq lazım idi ki, əlveriĢli Ģərait yetiĢən kimi həmin
etibarlı ərazidən hərbi meydança kimi istifadə edə bilsin.
Ġndiki Ermənistanda və ona bitiĢik ərazilərdə olduqca seyrək və pərakəndə
halında yaĢayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna təkan
verən amillərdən ən baĢlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi
arasında uzun sürən müharibələr olmuĢdur, səfəvi hökmdarları Türkiyə ilə
mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian
agentlərdən - erməni tacirləri və din xadimlərindən istifadə etmiĢlər.
Ermənilərin xəyanətkar mövqe tutacağını irəlicədən hiss edən Səfəvi
hökmdarı I ġah Abbas Türkiyə ilə sərhəd bölgələrdə yaĢayan bəzi erməni ailələrini
imperiyanın içərilərinə köçürmüĢdür. Bu hadisə barədə rus və erməni müəllifləri
böyük hay-küylə bəhs etsələr də, əslində, ġah Abbas köçürülən ailələrə hər cür
təminatlar yaratmıĢdı.
"Böyük Pyotrun erməni xalqı ilə münasibətləri" adlı qatı ermənipərəst və
qərəzli bir əsərin müəllifi Q.A. Ezov ġah Abbas dövründən bəhs edərək yazırdı:
"O, (ġah Abbas - M.U) müsəlmanlığı qəbul etmiĢ gürcü Əmir Günə xana üç gün
ərzində erməniləri ġiraza, Xorasana, Xəzərsahili vilayətlərə sürgün etməyi əmr etdi
(177 böl. I, səh.4 )".
Müəllif XVII əsrin I rübündə Səfəvi - Osmanlı müharibələri zamanı ġah
Abbasın Naxçıvan və Qarabağ bölgəsindən Ġranın içərilərinə köçürdüyü əhalini
daha çox erməni əhalisi kimi qələmə verməyə çalıĢmıĢ və öz fikrini əsaslandırmaq
üçün Arakel Təbrizlinin məlumatlarına üstünlük vermiĢdir (177 böl. I, səh. 4).
108
Erməni xadimlərinin məlumatlarına əsaslanan müəllif I ġah Abbas haqqında
nə qədər hədyanlar yağdırsa da, (177, böl. I, səh. 5-6) fakt budur ki, 1605-ci ildə I
ġah Abbasın fərmanı ilə Ģahlığın ərazisində pərakəndə yaĢayan ermənilərin yığcam
halda yaĢamaları üçün Ġsfahana yaxın ərazidə Yeni Culfa Ģəhəri salınmıĢ, ermənilər
üçün kilsə və monastr inĢa edilmiĢ, onların xarici ticarətlə məĢğul olmaları üçün
geniĢ imtiyazlar verilmiĢdir. Hətta I ġah Abbas bu tikililər üçün xəzinədən pul
ayırmıĢ və bu iĢi mükafatlandırmıĢdır (125, 21).
Əsl həqiqət budur ki, ġah Abbas tərəfindən Ərdəbil və Ġsfahan ətrafına
köçürülən əhalinin böyük əksəriyyəti Qarabağın və Zəngəzurun sonradan Ģiəliyi
qəbul etmiĢ azərbaycanlı əhalisi idi. Səfəvi xanədanı bu insanların Osmanlı
türkiyəsinin tərəfini saxlayacağından ehtiyat edərək onları imperiyanın içərisinə,
daha çox nəzarət olunan ərazilərə köçürmüĢdür.
Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin
geniĢlənməsində xüsusi rol oynayırdılar. ġahlığın ərazisində olan erməni
kilsələrinə xüsusi güzəĢtlər verilmiĢdi. Onlar vergiləri yerli hakimlərə deyil,
birbaĢa Ģah xəzinəsinə verirdilər (161, 181).
Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aĢıb-daĢır,
nəticədə onların dövlət yaratmaq üçün iĢtahaları daha da güclənirdi. Bu iĢi həyata
keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində özünə himayəçi
axtarırdı. "1678-ci ildə Eçmiədzində (Üçmüədzin kilsəsi) keçirilmiĢ gizli yığıncaq
Avropaya 3 dünyəvi və 3 din xadimindən ibarət nümayəndə heyəti göndərməyi
qərara alır. Onların məqsədi erməniləri Ġran zülmündən azad etmək idi... Yolda
nümayəndələrdən Yakov öldüyü üçün onlar geri qayıdırlar, yalnız Yakovun oğlu
Ori erməni tacirləri ilə birgə Venetsiyaya gəlir. Üç ay orada qaldıqdan sonra
Fransaya.... Oradan isə Reyn knyazı Platin Vilhelimin yanına gələrək vətəninin
himayə və azad edilməsi məqsədilə orada 4 il hərbi qulluq edir (177 böl. I, səh. 20-
21).
20 il Avropanı gəzib dolaĢan Ġsrael Ori... Fransanın yüksək dairələri ilə
əlaqəyə girərək, ermənilərin himayə edilməsi məsələsini qaldırır, lakin soyuq
münasibətlə qarĢılaĢır.
1699-cu il aprelin 4-də Eçmiədzinə (Üçmüədzin), oradan isə Qanzasara
gələn Ori Ģura çağıraraq Avropanın nəhəng, qüdrətli bir hökmdarının yanından
gəldiyini söyləsə də, əsas məqsədini açıqlamır, həmin hökmdarın xristianlar üçün
kilsə, xəstəxana və digər zəruri müəssisələr tikdirməyə köməklik göstərəcəyini
bildirir (177 böl. III, səh. 22). Bu məlumatdan bəlli olur ki, Ori hakimiyyət
dairələrindən çəkindiyi üçün bütün bu iĢləri gizli görmüĢdür.
Qanzasarda müvəffəqiyyət qazana bilməyən Ori məliklərin məsləhəti ilə
aprelin 9-da Zəngəzura gedir, indiki Sisyan rayonunun Əngələvid kəndində Məlik
Safrazın yanında məlikləri yığaraq knyazın məktubunu öz Ģəxsi izah və əlavələri
ilə onlara oxuyur. Elə burada da məliklərin knyaza cavab məktubu yazılır. Məliklər
məktubda öz sevinc və təĢəkkürlərini bildirərək, köləlik və təfirqədən çıxmaq üçün
109
yenidən ümidləndiklərini və Orini özlərinin rəisi, vardapet Minası isə ona köməkçi
təyin etdiklərini bildirirlər. Məktubun sonunda Zəngəzur məlikləri yazırdılar:
"Bizim hər şeyimiz - pulumuz, əmlakımız, silah daşımağa qadir adamlarımız
var. Yalnız ölkəmizə rəhbərlik edənimiz yoxdur. Allahdan çox arzu edirik ki, bu
arzumuz da yerinə yetirilsin. Sizin gəlişiniz naminə əmlakımızla, qanımızla və
canımızla sizə xidmət etməyə hazırıq" (177 böl. II, səh. 22-23).
Bundan baĢqa, məliklər özləri tərəfindən inanılmıĢ Ģəxslərdən ibarət
nümayəndə heyətini Roma papasının və Pyotrun yanına göndərmiĢdilər.
Avropaya tələsən Ori Bavariya knyazının yanına gələrək öz xahiĢlərini ona
çatdırır. Knyaz xəstə olduğundan Ori 6 ay orada gözləməli olur. Knyaz
sağaldıqdan sonra Rusiya çarına məktub yazaraq onu da bu iĢdə iĢtiraka çağırır. O,
həmin məktubu və məliklərə yazdığı cavab məktubunu Oriyə verərək ermənilərin
müsəlmanların zülmündən azad olunmasına kömək etməyə hazır olduğunu bildirir.
Lakin əlavə edir ki, "Moskva çarının (I Pyotr) iĢtirakı olmadan bu iĢin
Dostları ilə paylaş: |