Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Ensiklopediya). 
Bir an da olsun, "Böyük Ermənistan" paranoyasından əl çəkmək istəməyən 
ermənilər öz məqsədlərinə çatmaq üçün, dünya tarixində misli görünməmiĢ məkrli 
bir niyyəti - yerli aborigen əhalini, yəni Azərbaycan türklərini kütləvi surətdə məhv 

124 
 
etməklə  və  yaĢadıqları  yurdlarından qovub çıxarmaqla  həmin ərazidə  ermənilərin 
sayca  üstünlüyünə  nail  olmaq  və  beləliklə,  "milli  çoxluğun"  dövlətini  yaratmaq 
ideyasını reallaĢdırmağa baĢladılar. 
"DaĢnaksütun"  partiyası  siyasi  təbliğat,  təĢkilatlanma  və  hərbi  hazırlıq 
iĢlərini  görüb  qurtardıqdan  sonra,  1905-ci  ilin  əvvəllərində  milli  qırğına  zəmin 
yaradan terror və təxribatlara rəvac verdi. 
Ermənilər  1905-ci  il  fevralın  ilk  günlərindən  baĢlayaraq,  Bakıda  qırğın 
törətməyə  baĢladılar,  çox  keçmədən  Ġrəvanda  iğtiĢaĢlar  kütləvi  xarakter  aldı, 
Naxçıvan və Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz qaldı. Erməni 
quldur dəstələri kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər. 
ġəhərdə,  kənddə  yerli  əhali-azərbaycanlılar  ata-baba  yurdunu  tərk  etməyə, 
qaçqınlıq yolunu tutmağa baĢladı. Ġrəvandan göndərilən bir xəbərdə deyilirdi: "Hər 
tərəfdən  qəbiristanlığa  cənazələr  gətirilir.  Çoxu  müsəlmandır.  Ölənlər  və 
yaralananların  sayı  artmaqdadır.  Bütün  günü  atəş  səsləri  eşidilməkdədir.  Bir 
tatarın  evinə  bomba  atıblar,  24  nəfər  ölüb  və  yaralanıb.  Təpəbaşı  məhəlləsində 
tatarların  evlərini  bombalayıblar,  çoxlu  adam  tələf  olub.  Zəngi  dərəsində  də 
öldürülənlər çoxdur. Azərbaycanlılar küçəyə çıxmaqdan qorxurlar. Çoxları şəhəri 
tərk edib" (69, 289). 
1905-ci il mayın 22-də DaĢnaksütun partiyasının Qafqaz Komitəsi adından 
verilmiĢ  bir  əmr  daĢnakların  seçdikləri  yolun  mənzərəsini  çox  aĢkar  göstərir. 
Əmrdə deyilir ki, erməninin silahını əlindən almağa, evində axtarıĢ aparmağa, onu 
həbs  etməyə  cəhd  göstərən  hər  kəs  amansızlıqla  öldürüləcək.  Bu  fikrə  düĢən  hər 
kəs  qoy  Bakı  qubernatoru  NakaĢidzenin,  Yelizavetpol  qubernatorunun  müavini 
Andreyevin,  qəza  rəisləri  Boquslavskinin,  ġmerlinqin,  NaĢĢanskinin,  Pavlovun 
taleyinin nə ilə baĢa çatdığını xatırlasın... (69, 285). 
1905-ci il. Zəngəzur. Azərbaycan. Erməni quldur birləşmələri şəhərin dinc 
əhalisinə qanlı divan tutmuşlar. Onlarca adam öldürülmüşdür. 
Şahidlərin  dediklərinə  görə,  erməni  cəlladlar  təsəvvürolunmaz  ətürpədici 
edam  üsulları  tətbiq  etmişlər.  Məsələn,  adamları  əl-ayaqlarından  nəhəng 
ağacların  əyilmiş  budaqlarına  bağlayırdılar.  Sonra  kəndiri  kəsərək  budaqları 
buraxırdılar...  Erməni  quldurlar  sakinləri  yalnız  ona  görə  öldürürdülər  ki,  onlar 
islam dininə etiqad edirdilər. (Müxtəsər xronoloji Ensiklopediya). 
DaĢnak partiyası orduya rəhbərlik etmək üçün 7 nəfərdən ibarət BaĢ Hərbi 
ġura  yaratmıĢdı.  ġuranın  nəzdində  35  nəfərdən  ibarət  baĢ  qərargah  fəaliyyət 
göstərirdi. Partiyanın Qafqazın müxtəlif Ģəhərlərində, Rusiya ərazisində, Avropada 
komitələri,  qrupları,  mətbu  orqanları  da  "erməni  məsələsi"nin  həlli,  "dənizdən-
dənizə  Ermənistan"  yaratmaq,  Naxçıvandan  Zəngəzura  kimi  yol  boyunda  olan 
köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni birləĢdirmək 
kimi alçaq xəyalları reallaĢdırmağa baĢlamıĢdılar. 
1905-1906-cı 
illərdə 
ermənilər 
təkcə 
Ġrəvan 
və 
Yelizavetpol 
quberniyalarında  200-dən  çox  müsəlman  kəndini  dağıdıb  yerlə  yeksan  etmiĢ, 

125 
 
əhalisini soyqırımına məruz qoymuĢdular. ġuĢa qəzasında 12, CavanĢir qəzasında 
15,  Cəbrayıl  qəzasında  5,  Zəngəzur  qəzasında  43  müsəlman  kəndi  dağıdılmıĢ, 
əhalisi  qılıncdan  keçirilmiĢ  və  didərgin  salınmıĢdı.  Təkcə  Ġrəvan  quberniyasında 
1905-1906-cı  illərdə  on  min  nəfərdən  çox  azərbaycanlı  soyqırımının  qurbanı 
olmuĢdu (69, 288). 
Cəmi  bir  ayda  (1906-cı  ilin  avqustu)  daĢnak  mauzerçiləri  Zəngəzur 
mahalında  ġəki,  Qarakilsə,  Ağdü,  Urud,  Qatar,  Xələc,  Ġncəvar,  Karxana, 
Yeməzli,  DaĢnov,  Çöllü,  Lök,  SaldaĢlı,  Mollalar,  Oxçu-ġəbədin,  Atqız, 
Pirdovdan, Zürül, Fərcan, Sənanlı, Cullan və s. kəndləri dağıdıb yandırdılar, 
silahsız əhalini soyqırıma məruz qoydular. 
Ümumiyyətlə,  1905-1906-cı  illərdəki  erməni-müsəlman  davasında  Ġrəvan 
və Yelizavetpol quberniyasında 200-dən artıq kəndi ermənilər yerlə  yeksan etmiĢ 
və  əhalisini  soyqırıma  məruz  qoymuĢdular.  "DaĢnaksütun"  partiyasının  liderləri 
"erməni məsələsi"ni həll etmək, "Böyük Ermənistan" xülyasını reallaĢdırmaq üçün 
bütün  yerli  təĢkilatlara  göstəriĢ  göndərərək  tələb  etmiĢdilər  ki,  Ġrəvan,  Gəncə, 
Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli 
əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər (69, 290). 
1  yanvar  1906-cı  il.  Papravənd.  Azərbaycan.  Erməni  quldur  birləşmələri 
azərbaycanlıların  Papravənd  kəndinə  basqın  etmişlər.  Sakinlər  ciddi  cəhdlə 
müqavimət göstərsələr də, kənd işğal olunmuşdur. Kişilərin başlarını kəsir, hamilə 
qadınların  isə  qarnını  qılıncla  yarır  və  hələ  dünyaya  gəlməmiş  uşaqların  ... 
başlarını vururdular. Qırğına erməni quldur Andronik rəhbərlik edirdi. (Müxtəsər 
xronoloji Ensiklopediya). 
Onu da qeyd etmək lazımdır ki, 1905-1907-ci illərdə Zəngəzurda ermənilər 
tərəfindən  törədilən  soyqırım  siyasətindən  ən  çox  Qafanın  azərbaycanlı  əhalisi 
əziyyət  çəkmiĢdir.  Bölgənin  ən  böyük  və  azəri  türklərinin  daha  çox  sayda 
yaĢadıqları Qafan rayonu həm tarixi, həm də strateji baxımdan Zəngəzurda xüsusi 
çəkiyə  malik  olduğundan  ermənilər  daha  qüvvətli  zərbəni  vurmaq  üçün  məhz  bu 
bölgəni  hədəf  götürmüĢdülər.  Digər  tərəfdən,  o  dövrdə  Qafan  artıq  bir  sənaye 
mərkəzi  kimi  formalaĢmıĢ,  fəhlələrin,  xüsusilə  daĢnak  millətçiliyi  ideyası  ilə 
siyasiləĢmiĢ  erməni  fəhlələrinin  inqilabçı-dağıdıcı  yönümlü  dərnəklərin  fəaliyyət 
göstərdiyi iri dağ-mədən Ģəhəri kimi tanınmıĢdı. 
Çar Rusiyası isə inqilabi əhval-ruhiyyəli insanların dağıdıcı enerjisini milli 
zəmində  mübarizə  və  qırğınlar  törədilməsinə  yönəltmək,  bununla  da  hökumətə 
qarĢı  olan  etirazların  yönünü  dəyiĢmək,  insanları  sinfi  mübarizədən  ayırmaq, 
onların baĢını qatmaq, son nəticədə isə hər iki millətdən olanları yenə özündən asılı 
vəziyyətdə saxlamaq üçün "DaĢnaksütun" partiyasının terrorçu-separatçı planlarını 
aĢkarda  olmasa  da,  dəstəkləyir,  dolayısı  ilə,  milli  zəmində  qarĢıdurma 
yaradılmasına və qırğınlar törədilməsinə rəvac verirdi. 
Ötən  əsrin  əvvəllərində  Azərbaycanın  müxtəlif  bölgələrində  baĢ  vermiĢ 
erməni-müsəlman qırğınlarının Ģahidi olmuĢ, xalqımıza qarĢı törədilən bu qırğınlar 

126 
 
barədə  ilk  mənbələrdən  müfəssəl  məlumatlar  toplamıĢ  böyük  ədibimiz, 
Azərbaycanın görkəmli yazıçısı Məmməd Səid Ordubadi 1911-ci ildə çap etdirdiyi 
"Qanlı  sənələr"  kitabında  o  dövrün  həqiqi,  real  mənzərəsini  vermiĢ,  xalqımızın 
düçar olduğu  müsibətləri böyük  ürək ağrısı  ilə təsvir etmiĢ, bütöv bir xalqa  qarĢı 
yönəlmiĢ  erməni  terrorunun  məqsəd  və  nəticələrini  çox  böyük  bir  dəqiqliklə 
göstərmiĢdir. 
Zəngəzurun  Qafan  bölgəsində,  xüsusilə,  bölgənin  ən  böyük  azərbaycanlı 
kəndlərindən  olan  Oxçu  və  ġabadin  kəndlərində  ermənilər  tərəfindən  xüsusi 
qəddarlıqla  törədilmiĢ  soyqırım  aksiyasını  kiçik  detallarına  qədər  dəqiqliklə,  o 
dövrün  rəsmi  məlumatlarına  və  həmin  hadisələrin  canlı  Ģahidlərinin  ifadələrinə 
əsaslanaraq tarixə köçürmüĢ böyük yazıçıya sayğı və ehtiramlarımızı bildirərək bu 
kitabda  M.S.  Ordubadinin  "Qanlı  sənələr"  əsərindən  müəyyən  parçalar  verməyi 
gərəkli hesab edirik. 
 
M.S.Ordubadinin "Qanlı illər" kitabından 
 
Oxucu-ġəbadək vuruĢları, yaxud hərb meydanı 
 
1906-cı il avqust ayının 9-da dörd islam köyünün camaatı öz kənd təsərrüfat 
iĢləri  ilə  məĢğul  olduqları  vaxt  dağların  təpəsində  istehkamlar  qurmaqla  məĢğul 
olan əsgərləri görürlər, ancaq onların erməni olduqlarını bilmirlər. Camaat arasında 
cürbəcür  fikirlər  yarandığından  məsələni  öyrənmək  üçün  bir  neçə  yerə  adamlar 
göndərilir.  Nümayəndələr  qaraltının  qarĢısında  yüksək  təpələr  baĢına  hərbi 
bayraqlar  sancıldığını  görüb  "hökumət  qoĢunudur"  -  deyib  ehtiyatsız  halda 
yollarına  davam  edirlər.  Bir  güllə  məsafəsinə  yaxınlaĢar-yaxınlaĢmaz  ermənilərin 
qabaq  qurğularından  üstlərinə  atəĢ  açılır.  AtəĢ  əsnasında  istehkam  quranların 
erməni  olduğunu  bilib  hər  kəs  öz  evinə  qaçır,  ən  köhnə  üsuldan  olan  silahlarıyla 
silahlanıb düĢməni qarĢılamağa çıxırlar. 
Ermənilər isə ən müasir silahlarla silahlandıqlarından, bir də  müsəlmanlar, 
əsasən  meĢəlikdə  əkinçiliklə  məĢğul  olduğundan,  kəndi  yaxĢı  mühafizəyə  qadir 
deyildilər.  Buna  görə  də  ən  əhəmiyyətli  mövqeləri  düĢmən  tutur.  Az-çox  kənddə 
hazır  olan  kiĢi  tayfalarını  isə  qadınların  nalə  və  fəryadı  çaĢbaĢ  qoyurdu.  Digər 
tərəfdən,  heyvan  bağırtısından  baĢqa  bir  səs  eĢitməyən  balalar,  xırda  cocuqlar 
müharibənin ən Ģiddətli vaxtında düĢmən mövqelərindən çalınan Ģeypurların ürək 
parçalayan  sədasından  validələrinin  məməsindən  dartınıb  beĢiklərdən  qiyamət 
gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər  iki tərəfdən 
açılan  güllələrin  Ģırıltısından,  hərbi  musiqinin  canalan  sədasından  köylərin 
cocuqları  və  heyvanatı  bir-birinə  dəymiĢdi,  sanki  bu  zavallı  göylərdə  Ġsrafil 
Ģeypuru çalınmıĢ kimi insanlar bir-birinə qarıĢmıĢdılar. 
Erməni  mauzerlərindən  çıxan  atəĢlərin  Ģaqqıltısı,  müsəlman  könüllülərinin 
ayaq üstü erməni səngərlərinə qıĢqıra-qıĢqıra hücum etmək sədaları Oxçu-ġəbadək 

127 
 
dağlar  silsiləsinə  əks  edərək  yüksək  qayaların  zirvələrindən  gurultudan  baĢqa  bir 
səda  eĢidilməzdi.  Bu  halda  ümumerməni  səngərlərindən  aramsız  atəĢ  açılırdı. 
Bundan  əlavə,  müsəlmanlar  tərəfindən  açılan  güllələrin  hədəfə  dəymədiyindən 
ermənilər  cürətli  halda  ara-sıra  qurğularından  xuruc  halına  giriĢməkdə  idilər. 
Müsəlman  könüllüləri  isə  ermənilərin  Ģiddətli  atəĢinin  təsirinə  baxmayaraq,  hər 
halda irəliyə yürüĢ etməkdə idilər. 
Ġslamların bu igidlik və mətanətini görüncə erməni səngərlərindən bir neçə 
cəhənnəm makinası buraxılıb dörd köyün müsəlmanlarını son dərəcə sarsıtsalar da, 
əsgərə komanda edən möhtərəm kəslərin nəsihətləri, ruh verən təĢviqatı sayəsində 
islam  əsgərlərinin  ara-sıra  ziyan  dəymiĢ  mənəvi  qüvvələri  gücləndirilib  anbaan 
düĢmən qarĢısına irəli aparılırdı. Böyük və dəhĢətli hadisə əsnasında müsəlmanlar 
ətraf  köylərə  kömək  üçün  adamlar  göndərsələr  də,  bütün  keçidlər  erməni  əlində 
olduğundan bir nəfər də olsa, kömək üçün hərəkət edə bilməmiĢdir. O səbəbdəndir 
ki,  Oxçu islamları tək tənha  dörd gün tam  müqavimətlə  müharibə  etdikdən sonra 
ermənilər  məğlub  olub  o  ətrafda  yerləĢən  Gicəlan  adlı  erməni  köyünə  çəkilib 
istehkam qurmaqla hərbə giriĢirdilər. Müsəlmanlar ermənilərin qaçdıqlarını duyub 
təqib halında Gicəlan kəndində qanlı bir müharibə baĢlanır. Bir gün axĢama qədər 
qalan müharibədə ermənilər məğlub edilib hərb meydanı - Gicəlan kəndi dağıdılır. 
 
Oxçunun aqibəti, yaxud islamların məğlubiyyəti 
1906-cı il, 14 avqust 
 
1906-cı il 13 avqustda xitam bulmuĢ Gicəlan müharibəsində ermənilər çox 
pis  vəziyyətə  düĢmüĢdülər.  Erməni  komandanları  müharibənin  ikinci  günü,  yəni 
həmin  ayın  11-də  təhlükəni  görüncə,  Qatarda  buraxılmıĢ  ehtiyat  əsgərlərini  hərb 
meydanına  apararaq,  bunlardan  əlavə  ətraf  erməni  köylərinə  adamlar  göndərib 
imkan  olduğu  qədər  könüllü  əsgər  tələb  etməkdə  idilər.  Buna  görə  ayın  on 
dördündə  adları  aĢağıda  qeyd  edilmiĢ  köylərdən ermənilərə  kömək gəlməkdə  idi: 
Ləyc,  TəĢqin,  Vəng,  Karlur,  Meğri,  Əsədazur,  Qırçıvan,  Əkərək,  Bəhrvar, 
Ucanabus,  Qurasən,  hamısı  beĢinci  sahədən  Ğabürc,  Çəmən,  Bux  köylərindən. 
Üçüncü sahədən - Oxadüz, Raxdaxana, NoraĢen, Xotanan, Üsərəng, Sahadur, Çin, 
Mələk, Çit köylərindən. Ermənilərin bu toplu  qüvvəsi ayın on dördündə Panuslu, 
Girdəkan  və  bir  də  Gicəlan  köyünün  ətrafında  mövqe  tutaraq  gecəynən  Oxçu-
ġəbadək  dağlarını  iĢğal  edirlər.  Dörd  gün  ərzində  baĢ  verən  döyüĢlərdə  son 
dərəcədə  yorğun  düĢən  islam  könüllüləri  Molla  Həsən  Əfəndinin  evinə  yığılıb 
hərbi,  yaxud  hərbə  baĢlamamıĢ  geri  çəkilməni  müzakirəyə  qoydular.  Camaat 
tərəfindən bir çox nitqlər söyləndi. Hətta övrət tayfalarından pərdə dalında oturmuĢ 
olduqları  halda  bir  çox  yanğılı  sözlər  deyilirdi.  Bir  çox  adamlar  hərbə  üstünlük 
verib, bir çoxu müharibəsiz geri çəkilməni məsləhət sanırdılar. Ən axırda kəndlərin 
imamı olan  Ģəhidi-səid Molla Həsən Əfəndi əsasına  söykənərək  nitq söylədi.  Biz 
isə həmin nitqi islahən tariximizin üslubuna müvafiq bir dilə çevirdik. 

128 
 
-  Camaat!  Dörd  tərəfimizdə  vaqe  olan  yüksək  qayalara  on  dörd  gecəlik 
nurlu ayın ən sevimli, ən dilrüba ziyası sərilmiĢdir. 
Bu ziyaların qarĢısında meĢələrimizin ağacları kimi titrək və hərəkətdə olan 
qaraltıların  hamısı  ermənilərin  müdafiə  təpəsinə  sancılmıĢ  hərbi  bayraqlarıdır. 
Diqqət ilə baxınız! 
Ətrafımızdan çəkilmiĢ, evlərimizi niĢana da almıĢ o hasara bənzəyən qaraltı 
erməni dəstələri və Hayıstan vəhĢiləridir ki, sabah bu vaxtda bizim evlərimizə od 
vuracaqlar.  Oğlanlarım,  müharibəni  tərk  etsək  də,  hərbə  giriĢsək  də,  yenə 
fəlakətimiz  dəqiqədir. Bizim  övrətlərimizin, cocuqlarımızın barəsində  ermənilərin 
qəlbində  zərrə  qədər  də  mərhəmət  yoxdur,  zənnindəyəm.  Bu  gecə  köylərin 
mühafizəsinə  diqqət  ediniz.  Sabah  olcaq  ermənilər  hücum  edəcəklər.  Siz  isə 
hücuma  qadir  deyilsiniz,  ancaq  müdafiə  halında  qalarsınız.  Son  dərəcəyə  qədər 
çalıĢınız,  məğlubiyyəti  hiss  edincə  hamınız  birdən  qaçmıyasınız.  Zira  o  halda 
düĢmən sizi təqib edər. Bir çox tələfat verər. Əlbəttə, qaçıĢ zamanı iĢə yarayan və 
bacarıqlı  cavanlardan  bir  dəstə  dümdar  (quyruq)  buraxaraq  arxadan  ailələrinizi 
götürüb meĢəyə - dağ ətəklərinə pənah apararsınız. 
Molla  Həsən  Əfəndinin  müraciəti  bu  yerə  yetiĢəndə  camaat  arasından  və 
övrətlər içindən yanıqlı bir fəğan naləsi ucaldı. Yenə Molla Əfəndi sözünə davam 
etdi: 
- Camaat! Ağlamaq, övrətlər ilə səs-səsə verib növhə və zarı baĢlamaq heç 
bir fayda verməz. Ancaq kiĢinin mənəvi qüvvəsini tükədib düĢmənin qabağına əli-
qolu  qurumuĢ  birsüstlük  içində  qoyar.  Ġndi  götürünüz  silahlarınızı,  nəzərdən 
keçiriniz! - deyib sözə fatihə çəkib yenə Quran oxumaqla məĢğul oldu. 
Bu  sözlərdən  sonra  camaat  tüfənglərini  sayıb  bir  neçə  berdanka  tüfəng  və 
kifayət  qədər  olmayan  bir  neçə  yüz  də  patron  qalmıĢdı.  Yerdə  qalan  tüfənglərin 
çoxu  dörd  gün  fasiləsiz  davam  edən  atıĢmada  sıradan  çıxmıĢdı.  Tədarükün 
tükəndiyini  görən  camaatın  mənəvi  qüvvələri  bütünlüklə  xarab  olur,  övladının 
əlindən  tutan  Pürdavud  kəndinin  yuxarı  səmtində  qiblə  ilə  qarĢı  olan  Saqqarsuya 
daĢınırlar. Saqqarsuyun ətrafında daĢların arxasını sığınacaq edirlər. AğlaĢma səsi 
daĢların  təpəsindən  ermənilərin  sığınacaqlarında  -  səngərlərində  əks-səda  verirdi. 
Molla  Həsən  Əfəndi  də  öz  ailəsilə  Saqqarsuya  çəkilir.  Kəndlərin  içində  qalan 
ancaq dünya  malına  həris olanlar, bir də qaçmağa  halı olmayan və sahibləri evdə 
olmayıb, yaxud qocalıqdan gözləri iĢıqdan məhrum qadın tayfaları idilər ki, sübh 
olacaq hamısı qətl olunub, kənd içində bir-birinin üstünə tökülmüĢdülər. 
 
Ağrılı Saqqarsu hadisələri 
 
Saqqarsuda sığınaq etmiĢ müsəlman camaatının baĢı üstündən sübh çağı bir 
dəstə "ya Əli, ya Əli" fəryadlarıyla müsəlmanlara sarı gəldiyindən avam və çaĢmıĢ 
müsəlmanlar  "bu  gələn  qoĢun  islam  qoĢunudur"  deyə  güman  edib  ağlaya-ağlaya 
onların  qarĢısına  çıxırlar.  Gələn  dəstə  isə  ermənilər  imiĢ,  müsəlmanları  qırıb 

129 
 
kəsməyə  baĢlayırlar.  Bu  vaxtda  dörd  islam  köylərində  də  qırğın  baĢ  verdiyindən 
Saqqarsuyun  baĢına  qədər  fəryad,  nalə  sədasının  müsibətli  Ģəkildə  əks  etdiyini 
qaçıb  Ordubada  gəlmiĢ  kənd  əhli  olduğu  kimi  nağıl  edirdi.  Saqqarsuda  sığınaq 
etmiĢ  camaat  qırılıb,  qaçıb  qurtardıqdan  sonra  Molla  Həsən  Əfəndinin  baĢında, 
yanında bir çox övrət Quran əlində ermənilərin qabağına çıxıb, Quran xatiri üçün 
rəhm  istəyib  ağlasalar  da,  Quran,  bəlkə  Ġncili  mübarəki  də  tanımayan  qansızlar 
hamısını  vəhĢiliklə  öldürürlər.  Molla  Həsən  Əfəndinin  yanından  götürülmüĢ  bir 
neçə müqəddəs kitabları və Quranları odlayıb məĢəl kimi süngülər ucuna taxılmaq 
kimi bədayinliklər də  ermənilərdən alçaq bir surətdə  əncama  yetmiĢdi.  Sağ qalan 
islam  və islamələr qarlar içində, xəstə-xəstə  yolunu itirmiĢ qoyun  sürüsü  kimi bir 
çox dolandıqdan sonra çır-çıplaq Ordubada və mahal köylərinə pənah aparmıĢdılar. 
Ordubad  camaatı  isə  son  dərəcə  qonaqpərvər  olduqlarından,  xüsusən  baĢları  belə 
müsibət çəkmiĢ bu adamlara xüsusi qayğı göstərdilər. 
 
Oxçu fəlakət qurbanlarının Ordubad Ģəhərindəki halları 
 
Oxçu-ġəbadək fəlakət qurbanlarının Ordubad Ģəhərinə ağlaya-ağlaya pənah 
gətirməsi  Ģəhər  camaatına  çox  qəmli  təsir  göstərdi.  Camaatın  istirahəti  üçün 
məxsusi  yerlər,  məkanlar  ayrılıb,  müsibət  qurbanlarının  qalması  üçün  otaqlar 
verildi. Ən əvvəl yaralılar üçün cərrah və dəva hazır edib, müalicəsinə baĢlanıldı. 
Onlara imkan daxilində əmanət olaraq evlərdən ev əĢyaları da verilib, gündən-günə 
rahatlanmıĢ bir halda təbdil edilirdilər. Bunlardan sonra, onların adından hökumətə 
bir  gündə  yüzə  qədər  ərizə  və  teleqraflar  göndərildi.  Xudavəndi-aləmin 
qüdrətindən  sərvəti və  dövləti bol olan bu  kiçik Ģəhərdə  bir günün  içində  onların 
əsas  ehtiyaclarına  əncam  verilib,  ancaq  sonra  dağlarda  qalan  camaatın  halına 
yetiĢmək,  Ģəhərə  gətirmək  və  yaralıları  dağda  bağlayıb  huĢa  gətirəndən  sonra 
Ģəhərə endirmək, ölənləri dəfn etmək kimi müxtəlif iĢlər üçün təĢəbbüslər görülür, 
Ģəhər  və  mahal  camaatından  mükəmməl  bir  dəstə  təĢkil  edilib  cərrahi  iĢlər  üçün 
kafi  miqdarınca  götürüb,  azuqə  və  yaralı  daĢımaq  üçün  minik  heyvanları  hazır 
edib,  ölənləri  dəfn  üçün  kəfən  və  sair  ləvazimat  və  bir  neçə  çadır  tədarük  edib 
1906-cı  il  avqust  ayının  16-da  axĢam  zamanı  dəstələr  olduğu  yerlərindən 
məqsədləri istiqamətində hərəkət edirlər. 
 
Ordubadlıların Qapan dərəsinə əvvəlinci səfərləri 
 
Bu  dəstə  1906-cı  il  avqustun  17-də  gündüz  saat  dörd  radələrində 
Saqqarsuya  yetiĢib,  əvvəlcədən  miniklər  və  bir  dəstə  mühafizəçiylə  göndərilmiĢ 
çadırları  qurulmuĢ  və  isidilmiĢ  görüncə  dəstələr  razılıq  ilə  bir  neçə  dəqiqə 
istirahətdən  sonra,  daha  aram  tutmayaraq  ətrafı  dolanıb  o  yaxınlıqda  baĢ  vermiĢ 
ümumi qətli mülahizə etməyə baĢladılar. Bu vaxt axĢama saat yarım qalmıĢdı. Hər 
tərəfə baxırdın qar ilə yağıĢ bərabərlikdə yağıb, hər tərəfdən yeyin bir hal ilə bir-

130 
 
birinə  toxunan  küləklər  çadırların  mıxlarını  yerdən  qaldırıb  insanların  üzünə 
çırpırdı. Get-gedə Ģiddətlə yağan sulu qarı peydərpey əsən küləklər, tüfəng saçması 
kimi, adamın üzünə çırpırdı. 
O elə Ģiddətli bir hal əmələ gətirmiĢdi ki, nə oturmaq, nə də bir yerə getmək 
mümkün  deyildi.  Qapan  dərəsinin  Ģiddətli  küləkləri  ġəbadək  dağlarının 
zirvələrində  toplar  kimi  guruldayıb  hər  saatda  qarĢımızda  qardan  yüksək  təpələr 
ucaldırdı.  Yarım  saat  içində  hava  dörd-beĢ  rəngə  düĢürdü.  Ordubaddan  uca  dağa 
qədər  yaralıların  sayı-hesabı  yoxdusa  da,  yaraları  bağlandıqdan  sonra  Ģəhərə 
göndərilirdi. 
Havanın  pisliyinə  baxmayaraq,  bir  neçə  bələdçi  götürüb  ətrafı  öyrənmək 
üçün  əzm  edildi.  Saqqarsuyun  ətrafında  bir  qan  çalası  göründüyündən  o  tərəfə 
gedildi.  Soyuğun  Ģiddətindən  qanın  üzü  buz  bağlamıĢdı.  Bununla  belə  daĢın  bir 
tərəfindən damcı-damcı qan sızırdı. Bu halı gördükdə camaatı böyük bir təəccüb və 
heyrət içində buraxırdı. DaĢın arasında 62 nəfər övrət və uĢaq cənazəsi bir-biri üstə 
qalaq-qalaq tökülmüĢdü. 
Ayın 18-də sübh namazından sonra camaatın sığınaq etdiyi meĢəyə girdik. 
Bir  az  getdikdən  sonra  25  yaĢlarında  bir  övrət,  bir  də  cavan  oğlan  cənazəsi 
göründü.  Bələdçinin  rəvayətindən,  zövc  və  mövcəsi  imiĢ  ki,  bir  yerdə 
doğranmıĢlar. Buradan keçərək Molla Həsən Əfəndinin Ģəhadətgahına yaxınlaĢdıq. 
Bədəni,  canamazı  və  s.  müqəddəs  əĢyaları  yandırılmıĢdı.  Həsən  Əfəndinin  qətl 
yerindən  bir  az  Ģimala  qarĢı  bir  palaz  parçası  göründüsə  də,  camaatı  büsbütün 
ağlatdı.  Zira,  palazı  kənar  etdikdə  15  nəfər  üzlərində  çiçək,  yəni  abilə  əlaməti 
sönməmiĢ körpə cocuqların kəsilmiĢ baĢları və bir para bir-birinə qarıĢmıĢ bədənlər 
göründü. Küləyin Ģiddətindən yüksək təpələrdə olan qarlar yığılıb cənazələrin üstə 
tökülmüĢdü.  Amma,  yenə  bədənlərində  son  nəfəsi  olan  qətl  olmuĢ  bacıların 
qətrələnən  məzlum  qanlarından  qarlar  uzaqdan  bahar  lalələri  kimi  qızarıb,  insanı 
özünə  cəlb  edirdi.  Bunları  dəfn  etmək  üçün  daĢ-torpaq  mümkün  olmadığından, 
meĢənin  yarpaqları  və  budaqları  ilə  dəfn  edildilər.  Sığınaqdan  aĢağı  tərəfə  gedib 
Pürdavud kəndinə daxil olduq. Ən əvvəl Ġmam Rza həzrətlərinin möhtərəm qardaĢı 
Sultan  Davud  həzrətlərinin  ziyarəti  üçün  rövzəsinə  tərəf  yollandıq.  Rövzədən 
yalnız  bir  quru  günbəzdən  baĢqa  heç  nə  qalmayıb.  Bütün  əĢyası  yandırılmıĢdı. 
Bələdçinin  rəvayətinə  görə,  Quranları  bir-bir  odlayıb  pəncərələrdən  eĢiyə 
atırmıĢlar. Avropaya mədəniyyət dərsi vermək iddiasında olan ermənilər burada bir 
sıra təəssüblər də izhar etmiĢdilər. Belə ki, Ġstambuldan 1901-ci ildə Molla Həsən 
Əfəndiyə hədiyyə göndərilmiĢ bir nüsxə, dünya məĢhurlarının təsviri ki, var imiĢ, 
Həsən Əfəndi rövzəyə vəqf etmiĢ idi. 
Ermənilər  məhz  o  nüsxədə  həzrəti-Məhəmməd  Əleyhüssəlam  və  həzrəti-
Ömər  rəziyüllah  xatiri  üçün  həmən  nüsxəni  də  yandırmıĢdılar.  Müxtəsər, 
ziyarətdən  sonra  soyuğun  Ģiddətindən  Pürdavudda  tab  gətirə  bilməyib  Oxçu 
kəndinə  keçdik.  Üzümə  açılan  bu  qəmli  mənzərədən  nə  qədər  yazılsa,  yenə  də 
qurtarmaz, zənnindəyəm. 

131 
 
Oxçu  kəndini  gəzdikdən  sonra  ġəbadək,  Atqız  köylərinə  keçdik.  Tələfatın 
çoxu Atqız kəndindədir. Camaatını dəfn etmək meĢə yarpaqları ilə mümkün oldu. 
Nədənsə ermənilərdən bizə qarĢı bir əziyyət edilmədi. Mal zərəri bir milyon 
qədərindədir. Bu kəndlərin müharibəsi 1906-cı il 9 avqustda baĢlanıb, 15 avqustda 
baĢa çatmıĢdır. 
Müsəlmanların tələfatı 200-ə qədərdir. Nüfuz dəftərləri olmadığından tələfat 
dürüst təyin edilmədi. Ġyun ayının əvvəlindən baĢlamıĢ avqust ayının axırına qədər 
Zəngəzurda bu kəndlər dağıdılmıĢdır ki, hamısı və burada olan hadisələr haqqında, 
yeri düĢdükcə məlumat verilmiĢdir. 
Xələc,  Karxana,  Qatar,  Ġncəvar,  Çöllü,  Yeməzli,  SaldaĢlı,  Mollalar, 
Batuman,  Oxçu,  ġəbadək,  Atqız,  Pürdavud,  Zurul,  Güman,  Ġyilli,  Sənalı, 
Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq - bunların hamısı islam köyləridir 
ki, ermənilər tərəfindən talan edilmiĢdir. 
Amerika türkĢünasları Castin və Karolin Makkartilər "Türklər və ermənilər" 
kitabında  erməni-azərbaycan  münasibətlərində  çar  Rusiyasının  müstəmləkəçilik 
siyasətini  xarakterizə  edərək  yazırlar  ki,  1828  və  1854-cü  illərdə  ruslar  iki  dəfə 
ġərqi  Anadoluya  hücum  etmiĢ,  hər  iki  dəfə  yerli  ermənilər  onların  tərəfini 
saxlamıĢdır.  Hər  iki  halda  ruslar  çıxıb  getməli  olanda  özləri  ilə  yüz  min  erməni 
tərəfdarını  Qafqaza  gətirmiĢ,  onları  qovulmuĢ  müsəlmanların  evlərində 
yerləĢdirmiĢlər. Əlbəttə, gətirilən bu rəqəmlər dəqiq olmaya bilər və əlavə tədqiqat 
aparmaq lazımdır, lakin biz dəqiq bilirik ki, 1828-ci ildən 1920-ci ilədək təxminən 
600  min  erməni  rus  imperiyasının  ərazisinə  köçürülmüĢdür,  2  milyon  müsəlman 
isə Rusiyadan getmiĢdir... 
"Tarixi həqiqət budur ki, Rus imperiyasının sərhədlərinin geniĢləndirilməsi 
Qafqazda və ġərqi Anadoluda yaĢayan xalqların ənənəvi nisbətini alt-üst etmiĢdir. 
Sizi əmin edirəm ki, dediklərimin hamısı həqiqətdir, qısa da olsa, bu insan əzabları 
haqqında tarixdir, belə əhvalatların çoxunda olduğu kimi, burada da nə qəhrəman 
var, nə cəllad, yalnız qurbanlar vardır, insan qurbanları, onların türk və ya erməni 
olduqlarının məsələnin mahiyyətinə dəxli yoxdur". 
1905-ci  il  erməni-müsəlman  davası  bu  strategiyanın  ilk  taktiki  addımı  idi. 
Məqsəd,  fikrimcə,  buradakı  müsəlmanlara  ermənilərin  də  mövcudluğunu 
bildirmək,  loru  dildə  desək,  müsəlmanın  yumurtasının  bərkliyini-boĢluğunu 
diĢlərinə  vurub  yoxlamaq  idi.  Rusların  bu  siyasətini  ölməz  C.Cabbarlının  "Atan 
kazaklardır"  ifadəsindən  gözəl  heç  nə  ilə  səciyyələndirmək  olmaz.  Doğrudan  da, 
iki əsrə yaxındır ki, Qafqazda atan kazaklardır. Ermənilər isə həmiĢə kazak topuna 
güllə qoyan olmuĢlar. 
O  vaxt  Qarabağda  və  Zəngəzurda  atılan  toplar  uzağa  getmədi,  çünki  əsl 
toplar Mancuriyada və Port-Arturda atılırdı. Bu da taleyin bir istehzası idi ki, Uzaq 
ġərqdə atılan topları Rus artilleriyasının Allahı, türk oğlu general Əliağa ġıxlinski 
"danıĢdırırdı". 

132 
 
1905-ci  ildə  Sisyan  rayonunda  milli  zəmində  qırğın  olsa  da,  erməni 
daĢnakları və onların himayədarları istədiklərinə yetmədilər. Camaat öz dədə-baba 
yurdlarını tərk etmədilər, erməni quldur dəstələrinə layiqli müqavimət göstərdilər. 
DaĢnak  Styopanın  (Stepan  Stepanyan)  Gorusdan  və  Qarabağdan  baĢına  topladığı 
quldur  dəstəsi  Sisyanda  yerli  azərbaycanlıların  güclü  müqavimətinə  rast  gəldi.  2 
aylıq  atıĢma  Ağdü  kəndində  el  qəhrəmanı  Eyvaz  tərəfindən  daĢnak  Styopanın 
baĢının kəsilməsi ilə nəticələndi. DaĢnak quldurları darmadağın edildi (89, 284). 
1905-ci  il  hadisələrinin  canlı  Ģahidi,  el  ağsaqqalı  Əbdülmanaf  Hacıyev 
"Mənim qeydlərim" adlı xatirələrində bu hadisələri  belə təsvir edirdi: 
"1905-ci  ildə  daĢnakların  baĢçısı  Stepan  Sisyan  rayonunda  ermənilər  ilə 
müsəlmanlar arasında qırğın saldı. Stepan öz ordusunu cəmləĢdirib Ağdü kəndinin 
üzərinə hücum etdi. Vağədi  və  Urud  kəndlərinin  Ģimal  tərəfindəki  Laçın qayanın 
üstünə toplaĢan bir dəstə erməni oradan Vağədi və Urud kəndlərini atəĢə tutdular 
ki,  bu  kəndlərdən  Ağdüyə  köməyə  gedən  olmasın.  Ağdü  kəndini  yandırdılar, 
kəndin tüstüsü qonĢu kəndləri də bürüdü. Həmin gün axĢama qədər Ağdü kəndində 
ermənilərlə  əlbəyaxa  döyüĢ  getdi.  AxĢamçağı Stepanı öldürdülər. Stepan öləndən 
sonra  onun  qoĢunu  məğlub  olub  qaçmağa  baĢladı.  Stepanın  qoĢunu  Ağdü 
kəndindən  çıxarılsa  da,  bir  neçə  ay  kəndin  əhalisinə  dinclik  vermədilər.  Kəndin 
cənub tərəfində, Bazar çayın o tayında Anabat deyilən yerdə toplaĢan Stepanın tör-
töküntüləri  kəndi  daimi  atəĢ  altında  saxlamıĢdılar.  Nəhayət,  6-7  aydan  sonra  çar 
hökumətinin hərbi hissəsi gəlib asayiĢi bərpa etdi". 
1905-06-cı illərdə ermənilərin müsəlmanlara qarĢı törətdikləri cinayətlər və 
deportasiya cəhdləri o dövrün tanınmıĢ ziyalısı Mir Möhsün Nəvvabın (1833-1918) 
"1905-1906-cı  illərdə  erməni-müsəlman  davası"  kitabında  Ģahid  ifadələrinə  və 
faktlara  əsaslanaraq  olduqca  əyani  Ģəkildə  təsvir  olunmuĢdur.  Həmin  əsərdən 
Zəngəzurla bağlı iki hadisəni bu kitabda verməyi məqsədə müvafiq hesab edirik.  
 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin