Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

Sisyan kəndinin əhvalatı 
 
Ermənilər  böyük  və  qüvvətli  dəstə  yaradaraq  müsəlmanların  yaĢadıqları 
Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna 
görə döyüĢ onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini 
öldürdü,  xeyli  insan  isə  yaralandı.  Müsəlmanlar  az  olsa  da,  bu  Ģəhidlərin  əvəzini 
çıxdılar.  Bir  neçə  saat  atıĢmadan  sonra  ermənilər  geri  qayıtdılar.  Həmin  günün 
səhərisi  Sisyan  kəndinin  əhalisindən  bir  neçə  nəfər  Qalaya  gələrək  imkanları 
daxilində  tüfəng  və  patronlar  alıb  kəndə  gətirdilər.  Bununla  yanaĢı,  onlar  Sisyan 
kəndinin  ətrafında  yerləĢən  müsəlman  kəndlərinə,  o  cümlədən  kürd  tayfasına 
müraciət  edib  kömək  istədilər.  Sisyana  ətraf  kəndlərdən  kömək  gəldikdən  sonra 
ermənilər  yaĢayan  Darabas  kəndinə  hücum  etdilər.  Onlar  kəndi  hər  tərəfdən 
mühasirəyə  alaraq  kəndin  içinə  doldular.  Kənd  əhalisindən  olan  kiĢiləri  qətlə 
yetirdilər.  Müsəlmanlar  kənddə  olan  övrət-uĢaqlarla  iĢləri  olmayıb  onları  döyüĢ 

133 
 
meydanından  kənara  çıxarırdılar.  Müsəlman  igidləri  Darabas  kəndində  öz 
əməliyyatlarını  baĢa  çatdırdıqdan  sonra  geri  qayıtdılar.  Səhərisi  gün  isə  Lori 
kəndinin  üstünə  yeridilər.  Bu  kənddə  də  ermənilərə  qüvvətli  zərbələr  endirərək 
böyük qənimətlə Sisyana qayıtdılar (87, 94). 
 
Vağadü davası 
(1323-cü il, zilhiccə ayı) 
 
Erməni tayfası yenə də toplaĢaraq müsəlman kəndlərinə hücum etmək üçün 
bir dəstə yaradır. YaxĢı silahlanmıĢ bu erməni dəstəsi Stepan Stepanyans adlı bir 
qımdatın  rəhbərliyi  altında  atlanaraq  Vağadü  müsəlman  kəndinə  hücum  etdilər. 
Vağadü  kəndi  Sisyan  mahalında  yerləĢirdi.  Orada  yaĢayanların  hamısı  müsəlman 
idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və 
patron tədarük etmiĢ və gizli yerlərdə səngərlər düzəltmiĢ Vağadü kəndinin əhalisi 
tez  bir  zamanda  silahlanaraq  səngərlərə,  damların,  daĢların  dibində  müdafiə  üçün 
hazırlanmıĢ  mövqelərə  girərək  erməniləri  hər  tərəfdən  atəĢə  tutmağa  baĢladılar. 
Birinci  atıĢmada  müsəlman  igidləri  əlli  nəfərdən  çox  ermənini  vurub  yıxdılar. 
Ġkinci atıĢmada isə ölən ermənilərin sayı yetmiĢdən çox idi. Üçüncü dəfə onlar "Ya 
Allah", "Ya Əli, səndən mədəd" deyib daha Ģiddətli atəĢ açmağa baĢladılar və yüz 
nəfərəcən  erməni  öldürdülər.  Ermənilərə  rəhbərlik  edən  Stepan  Stepanyans  adlı 
qımdat  karıxıb  bilmirdi  ki,  nə  etsin.  Bu  zaman  müsəlmanların  atəĢindən  üç  güllə 
ona  dəyib  yerə  sərdi.  Ermənilər  öz  baĢçılarımn  yerə  yıxılaraq  çabaladığını  görən 
kimi  qaçmağa  baĢladılar.  Müsəlmanların  təqib  etdiyi  ermənilərin  bir  hissəsi 
Stepanyans  vurulan  yerə  gəldilər.  Gördülər  ki,  hələ  ölməyib.  O,  əlindəki  tüfəngi 
götürüb daĢa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sınsa da, 
özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb 
diĢi  ilə  parça-parça  etdikdən  sonra  yıxılıb  öldü.  Ġrəli  gəlib  gördülər  ki,  həmin 
əskinaslar yüz manatlıq pullar imiĢ. Təxmin etdilər ki, onun üstündə bir neçə min 
manat pul var imiĢ. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə, 
onun  qoltuğundan  bir  kağız  da  çıxıb.  O  kağızda  bu  sözlər  yazılıbmıĢ:  "Qafqaz 
ermənilərinin qubernatoru Stepanyans". 
Xülasə,  ermənilər  öz  yaralılarını  da  götürüb  getdilər.  Bu  vuruĢmada 
ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi (87, 95). 
Türkün  əlindən  qan  tez  yuyulur.  Türk  əlini  qanlı  görməyəndə  düĢməni 
olduğunu  unudur.  Buna  görə  də  türk  dədələri  düĢməninə  "əlimi  qana  batırma", 
"qanını üstümə tökmə", - deyiblər. 
1905-ci  il  bitdi.  Yenə  Zəngəzurda  qurd  quzu  ilə  otlamağa  baĢladı.  Əslində 
isə qurd quzu ilə otlamalı deyildi. Qurd quzu ilə otlayanda ona çaqqal da ulayır, it 
də hürür. 

134 
 
Qurd  isə  "quzu"  ilə  otlayırdı.  Qurd  quzu  ilə  otlaya-otlaya  1918-ci  il  gəlib 
çıxdı.  Quzu  maskaları  atıldı,  qoyun  dəriləri  soyunuldu,  arxalarında  əli  çomaqlı 
çobanlar dayanmıĢ qudurmuĢ itlər sürü ilə hücuma keçdilər. 
Birinci  Dünya  Müharibəsindən  sonra  sanki  dünya  çalxalanırdı,  aləm  bir-
birinə  qarıĢmıĢdı.  Türkiyə  ilə  Rusiya,  Ġngiltərə  və  Balkan  dövlətləri  arasındakı 
müharibədən  istifadə  edən  türk  təbəələri-satqınçılıqda  və  xəyanətkarlıqda  tayı-
bərabəri  olmayan  ermənilər  içəridən  Türkiyəyə  müharibə  elan  etdilər.  Xəstə 
"Böyük Ermənistan" ideyası yenidən baĢ qaldırdı. Ermənilərin kompakt yaĢadıqları 
Qars,  Ərdəhan,  SarıqamıĢ,  Samsun  bölgələrində  erməni  separatizmi  baĢ  qaldırdı, 
terror, talançılıq, bu rayonlarda yaĢayan türklərin deportasiyası baĢlandı (89, 286). 
... Göyün üzü bulud idi. Ġlanın ulduzdan xəbəri yox idi, sağa-sola Ģütüyərək 
zəhər püsgürdürdü... 
...  Buludlar  çəkilirdi.  Türkün  ulduzu  yenidən  doğurdu.  Ay-ulduzlu  bayraq 
yavaĢ-yavaĢ üfüqdən boylanırdı. 
...  Bir  zərbə  ilə  ilanın  zəhərli  baĢı  quyruğundan  ayrılmıĢdı.  Kəsik  baĢ 
götürüb  qaçırdı.  Aydan  ulduzdan  qaçırdı.  Yumulmayan  gözləri  ilə  ulduza,  aya 
baxmaq qara ilanın məhvi demək idi. 
... Ġlanı yarıdan kəsib atdıqda, baĢ salamatdırsa, qalan yarısı yenidən bərpa 
olunur. BaĢ kəsilmiĢdi, bir də baĢçının qulağı.  Ay-ulduzdan baĢ götürüb qaçanlar 
Qafqaza - yeni bir qan ocağı törətməyə çapırdılar. 
Rusiyanın  Qafqaza  gəliĢindən  üzü  bu  yana  keçən  dövrün  araĢdırılması 
göstərir ki, Qafqazda istər çar, istər Sovet, istərsə də postsovet dönəmində Rusiya 
həmiĢə  ermənipərəst  mövqeyini  qoruyub,  saxlamıĢdır.  Hələ  1828-ci  ilin  fevral 
ayının 10-da bağlanmıĢ Türkmənçay müqaviləsi ilə Azərbaycanı iki yerə bölən çar 
Rusiyası  Azərbaycan  torpaqlarında  erməni  vilayəti  yaratmağı  ermənilərə  vəd 
vermiĢ və bu vədinə də əməl etmiĢdir. Həmin il martın 20-də çar I Nikolay erməni 
vilayəti  yaradılması  barədə  fərman  verib.  Həmin  fərmanda  göstərilirdi  ki,  Ġranla 
bağlanmıĢ  müqaviləyə  əsasən  Ġrandan  Rusiyaya  birləĢdirilən  Ġrəvan  və  Naxçıvan 
xanlıqları bundan sonra erməni vilayəti adlandırılacaqdır. Erməni vilayəti Ġrəvan və 
Naxçıvan əyalətlərinə, bir də Ordubad dairəsinə bölünmüĢdü. 
Ġ.ġopenin  məlumatına  görə  Ġrəvan  vilayətində  1111  yaĢayıĢ  məntəqəsi 
olmuĢdur  ki,  bu  məntəqələrin  90%-dən  çoxu  azərbaycanlılara  məxsus  olmuĢdur. 
"Erməni  vilayəti"ndə  81749  müsəlman  və  25131  erməni  yaĢamıĢdır,  baĢqa  sözlə 
müsəlmanlar  ermənilərdən  3  dəfədən  çox  üstün  sayda  olmuĢlar.  1840-cı  ildə 
"erməni vilayəti" ləğv edilmiĢ, onun yerində Ġrəvan quberniyası təĢkil olunmuĢdur 
(175, 510). 
Lakin  ermənilərin  16  əsrdən  bəri  davam  edən  dövlət  yaratmaq  uğrunda 
ardıcıl səyləri bir an da olsa səngiməmiĢ, nisbətən əlveriĢli tarixi Ģərait yarandıqda 
isə  daha  da  yüksəlmiĢdir.  Qafqazda  Birinci  Dünya  müharibəsinin  sonlarında 
yaranmıĢ  hakimiyyətsizlik,  siyasi,  hərbi  qarıĢıqlıq  erməniləri  qərbi  Azərbaycan 
torpaqlarında  erməni  dövləti  yaratmağa  daha  da  həvəsləndirmiĢdi.  I  Dünya 

135 
 
müharibəsi  zamanı  rus-türk  müharibəsində  Türkiyə  təbəələri  olan  ermənilər  öz 
dövlətlərinə  xain  çıxmıĢ,  açıq  və  gizli  Ģəkildə  Rusiyanın  tərəfinə  keçərək, 
Türkiyəyə  arxadan  zərbə  vurmağa  cəhd  göstərmiĢ,  Türkiyənin  ġərq  ərazilərində, 
xüsusilə, Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas vilayətlərində "Qərbi 
Ermənistan"  dövləti  yaratmağa  cəhd  göstərmiĢ,  bu  məqsədə  çatmaq  üçün  milli 
zəmində qırğınlar törətmiĢlər. Onların bu planları Osmanlı dövləti tərəfindən puça 
çıxarılmıĢ,  sərhəd  bölgələrində  yerləĢən  ermənilərin  köçürülməsi  barədə  Türkiyə 
hökuməti  qərar  vermiĢdir.  Deportasiya  nəticəsində  ġərqi  Anadoluda  yaĢayan 
ermənilərin  bir  çoxu,  o  cümlədən  də  10  minə  yaxın  silahlı  keçmiĢ  hərbi 
qulluqçular  Qafqaza  gələrək  əsasən  Qərbi  Azərbaycan  torpaqlarında 
məskunlaĢdılar. 
Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrdə Qafqazda və 
ġərqi  Anadoluda  milli  münasibətlərin  gərginləĢməsi  Ģübhəsiz  ki,  Rusiyanın  bu 
bölgəyə  müdaxiləsi  nəticəsində  daha  da  kəskinləĢmiĢdir.  Ümumiyyətlə,  1827-
1927-ci illər ərzində Türkiyədən və Ġrandan 600 minə yaxın erməni Rusiyaya, 
Rusiya ərazisindən isə 2 milyon müsəlman Türkiyə ərazisinə köçürülmüĢdür. 
TanınmıĢ  Amerika  ĢərqĢünası  Castin  Makkarti  yazırdı:  "Tarixi  həqiqət 
bundan  ibarətdir  ki,  Rusiya  imperiyasının  öz  sərhədlərini  geniĢləndirməsi 
Qafqazda  və  ġərqi  Anadoluda  yaĢayan  xalqların  ənənəvi  nisbətini  pozmuĢdur. 
Rəqəmlərin dili ilə desək, daha çox əziyyət çəkənlər Krım və Qafqaz müsəlmanları 
olmuĢlar. Əgər hər hansı bir xalq genosidə məruz qalmıĢdırsa, bu Krım tatarlarıdır. 
Onların  I  Yekaterina  tərəfindən  baĢlamıĢ  genosidi  Stalin  dövrünə  qədər  davam 
etmiĢ  və  Stalin  tərəfindən  bu  xalq  kütləvi  deportasiyaya  məruz  qalmıĢdır  (112, 
205). Görkəmli ĢərqĢünasın bu doğru fikirlərinə Zəngəzur azərbaycanlılarının ağır 
taleyini əlavə etmək yerinə düĢərdi. 
Erməni  millətinin  milli  və  siyasi  varlığının  daĢıyıcısı  rolunda  çıxıĢ  edən 
Qriqorian  kilsəsi  bu  dəfə  də  olduqca  fəal  siyasi  mövqedə  dayanmıĢdır.  Hələ 
Birinci  Dünya  müharibəsi  baĢlayarkən  bütün  ermənilərin  katalikosu  V  Gevorq 
Qafqaz  caniĢini  Vorontsov-DaĢkova  müraciət  edərək  "erməni  məsələsinin"  həlli 
üçün  əlveriĢli  Ģərait  yarandığını  bildirmiĢ  və  bu  iĢdə  "məzlum  erməni  xalqına" 
köməklik  göstərilməsini  xahiĢ  etmiĢdir.  Erməni  kilsəsi  bu  istiqamətdə  öz  siyasi 
fəaliyyətini daha da geniĢləndirmiĢ, V Gevorq 1914-cü ilin dekabrın 20-də Rus çarı 
II  Nikolayla  görüĢərək  erməni  dövlətinin  yaradılmasında  onlara  kömək  etmək 
barəsində  imperatora  müraciət  etmiĢdir.  II  Nikolayın  katalikosa  cavabı  da 
ermənilərə  münasibətdə  rus  xanədanının  mövqeyini  müəyyənləĢdirmək  üçün 
xarakterikdir:  "Zati-müqəddəsləri,  Sizi  əmin  edirəm  ki,  Siz  nə  arzu  edirsinizsə, 
yerinə yetiriləcək, erməni xalqını yaxşı gələcək gözləyir" (119, 345). 
Ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq ideyalarının 
həyata  keçməsi  üçün  siyasi  məsələləri  əsasən  kilsə  həll  edirdisə,  bu  məqsədə 
çatmaq  yolunda  təĢkilati  və  hərbi  iĢləri  isə  erməni  siyasi  partiyaları  və  müxtəlif 
ictimai  cəmiyyətlər  yerinə  yetirirdi.  Beləliklə,  həm  kilsə,  həm  də  "Armenakan," 

136 
 
"Qnçaq", "DaĢnaksütun" kimi partiyalar və müxtəlif "maarifçi", "xeyriyyəçi" və s. 
adı  altında  fəaliyyət  göstərən  erməni  ictimai  təĢkilatları  bir  cəbhədə  birləĢərək 
Azərbaycan torpaqlarında nə vasitə ilə olursa-olsun, erməni dövləti yaratmaq kimi 
mürtəce bir fikri reallaĢdırmağa baĢladılar. 
Hər  hansı  ərazidə,  hər  hansı  bir  millətin  dövlətinin  yaranması  üçün  əsas 
Ģərtlərdən  biri  həmin  etnosun  o  bölgədə  mütləq  üstünlük  təĢkil  etməsidir.  Lakin 
ermənilər  Qərbi  Azərbaycanın  bütün  bölgələrində  azərbaycanlılara  nisbətən  bir 
neçə dəfə az idilər. Buna  görə də daĢnak partiyasının qan içən liderləri, eləcə də, 
bolĢevik qiyafəli cəllad Stepan ġaumyan azərbaycanlıları bir etnos kimi soyqırıma 
məruz  qoyaraq  məhv  etmək  və  nəticədə  ermənilərin  süni  surətdə  Azərbaycan 
torpaqlarında  milli  çoxluğa  nail  olmasını  təmin  etmək,  Bakı  da  daxil  olmaqla 
Xəzərdən  Qara  dənizə  qədər  Erməni  dövləti  yaratmaq  planının  qanlı  səhifələrini 
yazmağa baĢladılar. 
11  may  1916-cı  il.  Malazagird.  Türkiyə.  Erməni  quldurlar  Türkiyənin 
Malazagird  şəhərində  20000  adamı  vəhşicəsinə  qətlə  yetirmişlər.  Hətta  südəmər 
körpələr  də  işgəncələrə  məruz  qalmışlar.  Sonra  onları  tonqala  almışlar. 
(Müxtəsər xronoloji Ensiklopediya). 
Statistik məlumatlar göstərir ki, XIX əsrdə Azərbaycanın baĢqa bölgələrinə 
nisbətən  ermənilər  Zəngəzurda  daha  kompakt  halda  məskunlaĢmıĢdılar.  1886-cı 
ildə Zəngəzurda 326 kənddən 154-ü azərbaycanlı (45,7%), 91-i kürd (27,8%) 
81-i  erməni  (24,7%)  kəndi  idi.  1897-ci  ildə  Zəngəzurda  əhalinin  53,3  faizini 
azərbaycanlılar, 46,3 faizini isə ermənilər təĢkil edirdi. 
1914-cü  ildə  aparılan  siyahıyaalmada  isə  ermənilər  müəyyən  qədər 
saxtakarlıq  etməyə  nail  olmuĢ,  ermənilərin  sayını  81604  nəfər  (52%), 
azərbaycanlıların  sayını  isə  73156  nəfər  (47,1%)  göstərmiĢlər  (159).  Lakin  bu 
"çoxluq"  ermənilərə  "etnoqrafik  hüquq"larını  təyin  etmək  üçün  o  qədər  də  əsas 
yaratmırdı.  Buna  görə  də  ermənilər  1917-ci  ilin  payızından  baĢlayaraq  bütün 
Azərbaycan torpaqlarında qanlı qırğınlar törətməyə baĢladılar. 1917-ci ilin axırında 
artıq Qərbi Azərbaycanda 109 azərbaycanlı kəndi dağıdılmıĢdı. 
Azərbaycanlılara  qarĢı  törədilən  soyqırım  və  etnik  təmizləmə  əməliyyatı 
1918-20-ci  illlərdə  Zəngəzurda  xüsusi  qəddarlıqla  həyata  keçirilmiĢdir. 
Zəngəzurun  mövcud  olduğu  bütün  tarix  ərzində  1918-20-ci  illərdə 
azərbaycanlılara  qarĢı  törədilmiĢ  qanlı  qırğınlar  öz  qəddarlığı  ilə  bəlkə  də 
anoloqu  olmayan  faciələrdəndir.  Qəribə  də  olsa,  ermənilər  bu  milli  qırğını 
törədərkən azərbaycanlıları günahlandırmıĢ, onların guya ki, ermənilərin yollarını, 
su xətlərini  və  s. kommunikasiyaları bağlamaq cəhdlərinə  cavab olaraq ermənilər 
tərəfindən hərbi qüvvə tətbiq edilməsi barədə cəfəng bəraətlər söyləmiĢlər. Bu fikir 
Azərbaycan  xalqının  ən  qəddar  düĢmənlərindən  sayılan  polkovnik  Pirumov  və 
komissar  Dro  tərəfindən  1918-ci  ilin  martında  Transqafqaz  komissarlığının 
seymində  aparılan  müzakirə  zamanı  söylənmiĢdir  (71,  40).  (Maraqlı  burasıdır  ki, 
1988-1989-cu  illərdə  də  ermənilər  anoloji  bəyanatlarla  çıxış  edərək  dünya 

137 
 
ictimaiyyətini  inandırmağa  çalışmışlar  ki,  guya  Azərbaycan  Ermənistanı  iqtisadi 
blokadaya salmışdır). 
1918-20-ci  illərdə  Zəngəzurda  azərbaycanlılara  qarĢı  törədilən  qırğınların 
əsas  səbəbkarlarından  biri  erməni  generalı  Andronik  Ozanyan-tayqulaq 
Andronik  olmuĢdur.  1918-ci  ilin  əvvəllərində  10  min  nəfərlik  hərbi  bir  dəstə  ilə 
Türkiyədən Qafqaza keçən Andronik Ġrəvan, Naxçıvan, Dərələyəz mahallarında bir 
sıra  qırğın  və  talanlar  törədərək  1918-ci  ilin  mayında  Zəngəzura  daxil  olmuĢ, 
avqust ayının sonlarına qədər Sisyan rayonunda azərbaycanlılara qarĢı xüsusi bir 
qəddarlıqla  soyqırım  və  etnik  təmizləmə  əməliyyatı  həyata  keçirmiĢdir.  Həmin 
dövr  ərzində  Sisyan  rayonunda  olan  bütün  azərbaycanlı  kəndləri  dağıdılmıĢ, 
azərbaycanlı  əhalinin  təxminən  30%-i  öldürülmüĢ,  qalan  əhali  isə  qaçqın 
vəziyyətinə  düĢərək,  bir  hissəsi  Naxçıvana,  bir  hissəsi  isə  quberniyanın  ġuĢa  və 
Cəbrayıl qəzalarına pənah aparmıĢdır. 
19  dekabr  1917-ci  il.  "Qanlı  Andronik"in  bəyanatı  yayılmışdır.  Bəyanatda 
deyilir. "Əgər məni Ermənistanın oğlu bilirsinizsə, ...türkləri və azərbaycanlıları, 
kürdləri və yəhudiləri qırmaq üçün günü sabah Ərzuruma yollanıram və heç kim 
məni dayandıra bilməz". (Müxtəsər xronoloji Ensiklopediya). 
Naxçıvan  və  Dərələyəzdə  qanlı  qırğınlar  törədən  Andronik  Ərikli  dağını 
aĢaraq  1918-ci  ilin  yayında  Sisyanın  qərbində  yerləĢən  azərbaycanlı  kəndlərini  -
Comərdli, Ərəfsə, Murxuz, ġıxlar, Dəstəgird, ġələk, Pulkənd, ġəki, Qarakilsə, 
Almalıq,  Ağyol,  Armudlu,  Arıqlı,  Sofulu,  Qıvraq,  ƏliĢar,  Zabahadur, 
Məliklər,  Püsək,  ġükar  kəndlərini  dağıdıb  yandırdı  (Azərbaycan  qəzeti, 
13.11.18). 
Nizamsız  Ģəkildə  müqavimət  göstərən  kənd  əhalisi  hərbi  təlim  görmüĢ, 
döyüĢlərdən  çıxmıĢ,  toplu-tüfəngli  ordunun  qabağında  heç  bir  Ģey  edə  bilmədi, 
qırılan qırıldı, qalanlar isə birtəhər Ərikli dağını aĢıb Naxçıvana, ġahbuza, Culfaya, 
Ordubada pənah apardılar. 
Azərbaycan  milli  torpaqĢünaslıq  və  ekologiya  elmlərinin  banisi,  Milli 
Akademiyamızın  yaradıcılarından  biri,  görkəmli  ictimai-siyasi  xadim  akademik 
Həsən  Əlirza  oğlu  Əliyev  bu  qanlı  qırğınların  canlı  Ģahidi  kimi  ömrünün  son 
günlərinə  qədər  həmin  hadisələri  xatırlayır,  comərdlilərin  qeyri-bərabər  döyüĢdə 
düĢmənə qarĢı necə fədakarlıqla döyüĢməsini, kəndlərinin dağıdılıb yandırılmasını, 
bir əmisinin atın tərkinə aldığı 10 yaĢlı oğlunun arxadan atılan erməni gülləsindən 
ölməsini,  digər  əmisinin  isə  arvadı  və  südəmər  körpə  qızı  ilə  kəndin  kənarındakı 
bir mağarada gizlənməsini, ermənilərin mağaraya hücumu zamanı isə son patrona 
kimi  atıĢdığını,  axırda  daĢnakların  mağaraya  girərək  əmisinin  baĢını  kəsdiyini, 
əmisi arvadını və südəmər uĢağı isə süngü ilə min bir əzab verərək öldürdüklərini, 
Comərdli  camaatının  çoxlu  itkilər  verdikdən  sonra  dağlarla  qaçaraq,  Naxçıvana 
pənah  aparmasını  yana-yana,  erməni  daĢnaklarına  qarĢı  sonsuz  bir  nifrət  hissi  ilə 
danıĢırdı (47, 43). 

138 
 
O  dövrdə  Zəngəzurun  qəza  rəisi  Məlik  Namazəliyev  ADR-in  daxili  iĢlər 
nazirinə vurduğu teleqramda göstərirdi: 
"Sisyan mahalının birinci inzibati sahəsinin bütün müsəlman kəndləri, 2-ci 
sahənin  kəndlərinin  böyük  əksəriyyəti,  3-cü,  4-cü  və  5-ci  sahələrin  kəndlərinin 
xeyli hissəsi tamamilə  dağıdılmıĢdır. Bir çox kənd ermənilər tərəfindən tamamilə 
yerlə-yeksan  edilmiĢ  və  50000  müsəlman  qaçqını  Cəbrayıl  qəzasında  sığınacaq 
tapmıĢdır. 
ġahidlərin  ifadəsinə  və  rəsmi  sənədlərə  əsasən  Zəngəzur  qəzasında  115 
müsəlman  kəndi  dağıdılmıĢdır.  Bu  kəndlərdə  3257  kiĢi,  2276  qadın,  2196  uĢaq 
öldürülmüĢ, 794 qadın, 1060 kiĢi, 426 uĢaq yaralanmıĢdır. Bütün qəza üzrə 10068 
nəfər müsəlman öldürülmüĢ və Ģikəst edilmiĢdir. 
Zəngəzur  qəzasında  100-dən  artıq  kəndin  dağıdılması,  yüz  minlərlə  mal-
qaranın  oğurlanması,  bağların,  tarlaların  məhv  edilməsi  müsəlman  qəzasının 
iqtisadi  vəziyyətini  dilənçi  kökünə  salmıĢ,  50000-dən  çox  qaçqın  Azərbaycanın 
kəndlərinə pənah gətirmiĢlər. Sadə hesablamalara görə qəzanın azərbaycanlılarına 
bir milyard manatdan artıq zərər vurulmuĢdur (3, 129). 
1918-ci ildə Sisyan rayonunda ermənilərin törətdikləri vəhĢilikləri 9 noyabr 
1918-ci  il  tarixli  nömrəsində  "Qruziya"  qəzeti  qəza  rəisi  Məlik  Namazəliyevin 
raportuna əsasən aĢağıdakı Ģəkildə Ģərh etmiĢdir. 
1.
 
Kürdlər kəndi dağıdılmıĢ, 150000 manat zərər vurulmuĢdur. 
2.
 
Ərəmis  (Çox  güman  ki,  Ġrmis  kəndidir  -  M.U)  dağıdılmıĢ  6  nəfər 
öldürülmüĢ, 180000 manat zərər vurulmuĢdur. 
3.
 
Bəhrili  kəndi  dağıdılmıĢ,  9  nəfər  öldürülmüĢ,  100000  manat  zərər 
vurulmuĢdur. 
4.
 
Dulus kəndi dağıdılmıĢ, 90000 min manat zərər vurulmuĢdur. 
5.
 
Qara  kilsə  yanvar  ayında  (1918)  dağıdılmıĢdır,  165  nəfər  öldürülmüĢ, 
300000 min manat zərər vurulmuĢdur. 
6.
 
Pulkənd  kəndi  həmin  dövrdə  dağıdılmıĢdır,  19  nəfər  öldürülmüĢ, 
160000 min manat zərər vurulmuĢdur. 
7.
 
Arıklı kəndi həmin ilin aprel ayında dağıdılmıĢdır, 25 nəfər öldürülmüĢ, 
128000 manat zərər vurulmuĢdur. 
8.
 
Dəstəgirt kəndi həmin ilin aprel ayında dağıdılmıĢdır. 
9.
 
ġıxlar kəndi həmin ilin iyun ayında dağıdılmıĢdır, 95 nəfər öldürülmüĢ, 
500000 manat zərər vurulmuĢdur. 
10.
 
Zabazadur  kəndi  həmin  dövrdə  dağıdılmıĢdır,  90000  manat  zərər 
vurulmuĢdur. 
11.
 
ġəki  kəndi  avqust  ayında  dağıdılmıĢdır,  95  nəfər  öldürülmüĢ,  16 
milyon manat zərər vurulmuĢdur. 
12.
 
Yaqublu  kəndi  həmin  il  avqust  ayında  dağıdılmıĢdır,  28  nəfər 
öldürülmüĢ, 6 milyon manat zərər vurulmuĢdur. 

139 
 
13.
 
Qızılcıq  kəndi  həmin  ilin  avqust  ayında  dağıdılmıĢdır,  27  nəfər 
öldürülmüĢ, 5 milyon manat zərər vurulmuĢdur. 
14.
 
Vağudi  kəndi  həmin  ilin  avqust  ayında  dağıdılmıĢ,  96  nəfər 
öldürülmüĢ, 5 milyon manat zərər vurulmuĢdur. 
15.
 
Sisyan kəndi həmin ilin sentyabrında dağıdılmıĢ, 60 adam öldürülmüĢ, 
800000 manat zərər vurulmuĢdur". 
Bu  sənəddə  adı  çəkilən  1918-ci  ildə  Qara  kilsədə  mövcud  olan  58 
azərbaycanlı kəndindən yalnız 15-də 625 nəfər öldürülmüĢ, 51390000 manat zərər 
vurulmuĢdur. Əlavə etsək ki, 1918-ci ilin axırına qədər Sisyanda bir dənə də olsun 
azərbaycanlı  kəndi  salamat  qalmamıĢdı,  onda  bu  bölgədə  azərbaycanlılara  qarĢı 
genosidin mənzərəsi aydın olar (89, 298). 
BaĢqa bir tarixi sənəd Andronikin və yerli ermənilərin 1918-ci ildə Sisyanda 
törətdikləri talan və qırğınları belə əks etdirir. 
 
Andranikin rəisliyi ilə ermənilərin azərbaycanlı kəndlərini dağıtdıqları 
haqqında 
 
RAPORT 
 
Urud, Darabas,  Ağudi,  Vağudi kəndləri dağıdılmıĢ,  Arıklı, ġükər, Məlikli, 
Pulkənd,  ġəki,  Qızılcıq,  Qarakilsənin  müsəlman  hissəsi,  Ġrmis,  Pəhlili,  Kürdlər, 
Xotanan, Sisyan, Zabazadur kəndləri yandırılmıĢ və qaçmağa macal tapmayan 500 
nəfər  kiĢi,  qadın  və  uĢaq  öldürülmüĢdür.  Əsir  düĢmüĢ  qoca  erməninin  dediyinə 
görə Andranik o kəndləri Zəngəzur ermənilərinin xahiĢi ilə dağıtmıĢdır. 
22 sentyabr 1918-ci il. 
Zəngəzurun qəza rəisi, 
Məlik Namazəliyev (3, iĢ 65). 
 
DaĢnaklar  tərəfindən  milli  hissləri  qıcıqlandırılan,  müxtəlif  ekstremist  və 
revanĢist  çağırıĢlarla  beyini  dumanlandırılan  Zəngəzurun  yerli  erməni  əhalisi  də 
qonĢu azərbaycanlı kəndlərinə aramsız hücumlar təĢkil edir, kənd əhalisinin yaĢına 
və  cinsinə  məhəl  qoymadan  qılıncdan  keçirir,  kəndləri  yandırır,  mal-qoyunu,  ev 
əĢyalarını daĢıyıb aparırdılar. Yerli ermənilər tərəfindən  Qarakilsə  kəndində  bir 
gecədə 300 nəfər azərbaycanlı öldürülmüĢ, meyitlər yandırılmıĢdır (Azərbaycan 
kommunisti jurnalı 1990, 7). 
Erməni silahlı qüvvələrinə daha çox müqavimət göstərən Ağdü və Vağədi 
kəndlərinin  azərbaycanlılarının  aqibəti  son  dərəcəli  faciəli  olmuĢdur.  1918-ci  ilin 
avqust  ayında  ermənilər  bir  neçə  günlük  mühasirədən  sonra  top  atəĢlərinin 
köməyilə  əvvəl  Ağdü  kəndinə,  sonra  isə  Vağədiyə  daxil  olmuĢlar.  Azərbaycan 
Demokratik  Respublikasının  fövqəladə  istintaq  komissiyasının  üzvü  Mixaylovun 
1919-cu ildə tərtib etdiyi məruzəsində (2, iĢ 971) göstərilir ki,  Andranikin quldur 

140 
 
dəstələri  Vağədi  kəndində  400  müsəlmanı  məscidə  doldurmuĢ,  əvvəl  məscidin 
içərisinə qaz bombası atmıĢ, sonra isə binaya od vuraraq həmin insanları diri-diri 
yandırmıĢdır.  Həmin  kənddə  yaĢayan  Qədimə  Tahir  qızını  xəncərlə  doğramıĢ, 
onun  döĢünü  kəsərək,  südəmər  uĢağının  ağzına  tıxayıb  uĢağı  da  öldürmüĢlər. 
DaĢnaklar  Vağədi  kəndində  15  gözəl  gənc  qızı  seçərək,  erməni  əsgərlərinə 
paylamıĢ,  əsgərlər  tərəfindən  ən  alçaldıcı  təhqirlərə  və  iĢgəncələrə  məruz  qalan 
qızlar fiziki və psixi mərhumiyyətlərə dözməyərək intihar etmiĢlər. Həmin kənddə 
yaĢayan Nisə Əmən qızı, Əcəb Nuhbala qızı, Sona Cəfər qızı və ġahnulə Cəlal 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin