vəziyyətində, çıl-çılpaq, ac-susuz toplaĢmıĢ insanlar Sumqayıtdan, Bakıdan və
Gəncədən qovulan ermənilərdir. Moskvanın bu haqsızlığı indiyə qədər də
mənim yadımdan çıxmır.
Mincivanda düz 10 gün stansiyada qaldıq. On gündən sonra kəndə
qayıtmağımıza icazə verdilər. Gedib kənddə evimizi tar-mar gördük. Nə mal-
heyvandan, nə ev əĢyalarından, nə də mebellərdən əsər-əlamət qalmamıĢdı.
Qafan rayon sakini Fərzalı Bəhramovun söylədikləri
Qafan erməniləri 1988-ci ilin aprel ayından etibarən küçələrdə toplaĢıb,
millətçi-daĢnak Ģüarları səsləndirirdilər. Bir həftədən sonra "ġəhər və Rayon
Sovetləri binasının qarĢısında Mədənçilərin mədəniyyət sarayı"-nın yanında, böyük
meydanda izdiham çalxalanırdı.
Əsas Ģüarları "Qarabağ bizimdir. Burada və Ermənistanda yaĢayan
azərbaycanlılar çıxıb getməlidirlər" idi.
Sentyabr ayında mitinqlər ardıcıl keçirilməyə baĢladı. O qədər adam
gəlmiĢdi ki, daha bu iri meydana sığıĢmırdı. Ġzdiham Ģəhər stadionuna üz tutdu.
Stadionun mərkəzində uca tribuna düzəltdilər, mikrofon quraĢdırdılar. ġəhər və
rayon fəalları, yüksək rütbəli məmurlar növbə ilə tribunaya qalxıb nitq söylədilər.
"Qarabağ bizimdir", "Bu yerlər və Naxçıvan bizim dədə-baba torpaqlarımızdır",
"Böyük Ermənistan torpaqları bizə verilməlidir", "Verməsələr, müharibə yolu ilə
alacağıq" - deyə ucadan qıĢqırırdılar. Əllərində bayraqlar tutmuĢ "Ermənistan milli
193
hərəkatı"nın fəalları azərbaycanlılar yaĢayan məhəllələrə gedir, bir neçə dəqiqə
bədnam Ģüarları təkrar edir, yenə geri qayıdırdılar.
Gördülər ki, azərbaycanlılar Ģüara, haray-qıĢqırığa məhəl qoymurlar.
Gecələr "PiriĢli", "Transport", "Sarı dərə" adlanan məhəllələrə mütəĢəkkil
hücumlar təĢkil etdilər. ġəhərin azərbaycanlı əhalisi vahiməyə düĢüb, gecə yarısı,
(saat 12-dən sonra Mincivana gedən Ģəhərlərarası iki vaqondan ibarət qatar
tərpənirdi) saat 2-də, 3-də piyada qatar yolu ilə Zəngilan Ģəhərinə qaçdılar.
Sabahısı gün tezdən "Bakı-Zəngilan" qatarı və yük aparan qatarlarla yenə Qafana
qayıtdılar. Ġlk günlərdə çox mədəni davranan ermənilər tədricən azərbaycanlıları
daĢa basırdılar. UĢaqlar adamları söyürdülər. Bir gün danıĢdılar ki, sovxozun baĢ
mühasibi Süleymanı o ki, var döyüblər. Söz-söhbət gedirdi ki, Sünik sovxozunda
"Krunk" təĢkilatının qərargahı yerləĢibdir və özü də bir neçə il əvvəl təĢkil
olunubdur. ġəhərin üç saylı rus məktəbində bir neçə ucqar kəndlərdə də bu
"Krunk" təĢkilatının Ģtabları çoxdan iĢləyirmiĢ və heç kəs qorxudan onlar barədə
heç kimə bir söz demirmiĢ.
1988-ci ilin yazında və yayında qorxudan gecələr Qafanda adam qalmırdı.
Azərbaycanlılar ya Qafanın kəndlərinə, ya da Mincivana, Zəngilanın kəndlərinə
gedir, gecə yatıb səhər iĢə qayıdırdılar. Bir çox iĢ yerlərindən azərbaycanlıları
iĢdən qovdular. Mədənlərdə, tikintidə və baĢqa yerlərdə iĢləyən azərbaycanlıları
daha iĢə buraxmırdılar.
Camaatın çoxu Zəngilan PeĢə-texniki məktəbinin binasına sığınmıĢdı.
Yüzlərlə Qafan Ģəhər sakini olan azərbaycanlı nə evində qala bilirdi, nə də onu iĢə
buraxmırdılar. Bu ayaq altında qalan, təhqir edilmiĢ insanların halına heç kəs
yanmırdı. Onlar qohumlarının evində yemək yeyib, gəlib məktəbdə qalırdılar.
Evin kiĢisi Bakıda, Sumqayıtda, Gəncədə və s.- də ev və iĢ axtarır, evlərini
dəyiĢirdilər. Ümumiyyətlə, hər 100 adamdan təxminən 5-i, 10-u evini dəyiĢə bildi.
Noyabr ayı vəziyyət son dərəcə dözülməz oldu. Ermənilər azərbaycanlılar
yaĢayan kəndlərə silahlı adamlar göndərirdilər. Kəndin rəhbərinə tapĢırdılar ki, sizə
iki gün vaxt veririk, əgər çıxmasanız hamınızı qıracağıq. 1988-ci ilin dekabrın 10-
da Qafan saqqallıları ġayıflı kəndlərinə silahlı hücum etdilər, əməlli baĢlı vuruĢma
oldu, adam öldü, qan töküldü.
Cambor ətrafındakı bütün kəndlərin, bir sözlə, dağdan yuxarı kəndlərin
hamısının sakinləri gecə yarı dağlarla, dərələrlə Pirçivana qaçdılar. Həmin hücum
zamanı ermənilər 6-7 nəfər adam öldürdülər. ġayıflı stansiyasının rəisi Mamedin
oğlu Bakıdan evə gəlmiĢdi, toyunu eləyirdilər. Toyun qızğın yerində ermənilər toy
olan həyətə top atdılar. Bəy tikə-tikə oldu, Mamedin qıçı dibindən qırıldı, gətirdilər
Bakıya, o da Bakıda keçindi. Gəyəli sakini, mantyor Əvəzi güllə ilə vurdular,
yerindəcə canını tapĢırdı.
Ġndi Qafan rayonunun azərbaycanlıları ən çox Bakı Ģəhərində, Sumqayıtda,
Xızının özündə və kəndlərində, Gəncədə, bəlkə də köhnə Ġttifaqın bir çox Ģəhər və
kəndlərində məskunlaĢıblar.
194
V HĠSSƏ
ZƏNGƏZURDA ĠZĠM QALDI
QAFAN RAYONU
*
Zəngəzurda azərbaycanlıların tarixən ən geniĢ məskunlaĢdığı rayon Qafan
(hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan
rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təĢkil olunmuĢdur. Qafan
rayonu Sisyan, Gorus, Meğri və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1345
km
2
təĢkil edir, əhalinin orta sıxlığı 1988-ci ildə hər km
2
- 22 nəfər, Qafan
Ģəhərində 300 nəfər təĢkil etmiĢdir.
Təbiəti
Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləĢən, sıldırımlı qayalar, sərt
uçurumlar, sıx meĢələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr
diyarıdır. ġimalda BərguĢad, cənubda Meğri dağ silsiləsi, Ģərqdə Xüstub zirvəsi
(3202 m.) ilə əhatə olunmuĢdur. Oxçu çayının orta axını və Xüstub zirvəsinin Ģərq
hissəsində Qafan çökəkliyi yerləĢir. Xüstub dağının hər tərəfində özünəməxsus
gözəl, dağətəyi çəmənliklər, meĢəli yamaclar, güneyli-quzeyli otlaqlar, kolluqlar,
göz oxĢayan vadilər, vadilərdən qalxıb dikələn təpələr bu dağlıq rayonun
gözəlliyini daha da əsrarəngiz edir.
Qafanın təkrarsız təbiəti və bitkilər aləmi çox qədimlərdən səyyah və
tədqiqatçıların diqqətini özünə cəlb etmiĢdir. Hələ XIV əsrdə tanınmıĢ Ġran alimi
və salnaməçisi Fəzlullah RəĢidəddin özünün "Ahsar və əhya" ("Təsir və dirçəliĢ")
əsərində yazırdı: "Ərcəvan bəzək ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında
və Ġsfahanda çoxdur" (səh. 67). "Zoğal ağacı gavalı ağacına bənzərdir; Naxçıvan
vilayətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir"
(səh. 46). Bu yazıda iki fikir diqqəti cəlb edir: Qafanın orta əsr təbiətinə dair
informasiya və Qafanın Naxçıvan vilayətinə aid olması.
Zəngəzurdakı ən uca dağ zirvəsi - Qapıcıq (3904 m) zirvəsi də Qafan
rayonunun ərazisindədir. Rayon ərazisinin 25%-dən çoxunu dağ aĢırımları və
qayalıqlar təĢkil edir.
Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncədən
məĢhur olmuĢdur. Qacaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər
Qatar) mis və gümüĢ (polimetal) mədən yataqları, Ģist, bazalt layları ehtiyatı orta
əsrlərdən məlum olsa da, bu yataqların əsaslı iĢlənməsinə XIX əsrin ikinci
*
Bu hissədə Zəngəzurun Ermənistana verilmiĢ yaĢayıĢ məntəqələrindən bəhs olunur.
195
yarısından fransızlar tərəfindən baĢlanmıĢdır. Onlar bölgədə ilk müasir misəritmə
zavodunu Qafanda tikmiĢlər.
Bütün Zəngəzur ərazisi kimi, Qafan rayonu da aktiv seysmik zonaya
daxildir. 1931 və 1967-ci illərdəki zəlzələlər zamanı rayonda xeyli dağıntılar
olmuĢdur.
Qafan rayonunun dağətəyi yerlərində iqlim quru və qismən subtropik,
dağlarda isə sərt soyuq havalarla Ģərtlənir. Vadilərdə illik orta temperatur 12°C
təĢkil etdiyi halda, dağlarda orta temperatur 0; -14°C olur, yanvar ayında isə
Ģaxtalar -26; -42°C-sə çatır. Qafanda iyul ayında orta temperatur +22°C təĢkil edir.
Ġllik yağıntıların miqdarı 500 mm, dağlarda 850 mm olur.
Oxcu, Gığı, ġikahoğ, Sav, Çaundur çayları rayonun ərazisindən keçir. Oxcu
çayı hövzəsinin yuxarı hissəsində "TurĢ su" deyilən məĢhur mineral bulaqlar
vardır. Qazangöl və YaĢılgöl gölləri də Zəngəzurun uca dağlarında yerləĢir.
Rayonun ərazisində dağ və meĢə torpaqları, alp çəmənlikləri üstünlük təĢkil edir.
Qafan rayonu Zəngəzurun ən "yaĢıl" rayonu sayılır, belə ki, burada meĢələr
ərazinin 30%-ni təĢkil edir (42034 hektar). MeĢələrdə əsasən vələs, palıd, vən
(göyrüĢ), ağcaqayın, cəviz ağacları bitir. Orta hesabla, Qafan meĢələrində bitən hər
yüz ağacdan biri cəviz ağacıdır. Dərin meĢələrdə sərt Ģaxta olmadığı üçün cəviz
ağacı bu meĢələrdə uzun ömür sürür.
Kolluqlar və meĢələr dadlı armud, əzgil, zoğal, yemiĢan, badam, itburnu,
quĢ armudu, dağdağan, püstə ağacları ilə doludur. MeĢələrdə ayı, qaban, cüyür, dağ
keçisi, vəhĢi qoyun (muflon), canavar, bəbir, vaĢaq, müxtəlif quĢ növləri vardır
(199, 33-36).
Tarixi oçerk
Qafan rayonunun ərazisində insanlar hələ b.e.ə VI əsrdə məskunlaĢmıĢlar.
Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban və erməni
mənbələrində adı çəkilən Baqx, Zork, Qovsak əyalətlərinin ərazisi indiki Kapan
rayonunun ərazisinə uyğun gəlir.
Qafan rayonunun ərazisi qədim Qafqaz Albaniyasının bir bölgəsi kimi uzun
illər Arran dövlətinin təsiri altında olmuĢdur. Bu bölgə VII əsrin ortalarına qədər
Sasani imperiyasının, 740-cı ildən sonra isə bir neçə əsr Ərəb Xilafətinin
tabeliyində yarımmüstəqil knyazlıq kimi mövcud olmuĢdur.
Babəkin Xilafətə qarĢı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən,
Qafan rayonu ilə bağlı olmuĢdur. Qafan rayonunda son zamanlara qədər qalıqları
saxlanılan Oxçu qalası, Qırqalası, Babək qalası və s. qədim istehkamlar, bu
yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması, Xürrəmilər hərəkatı ilə bağlı
tarixi mənbələrdə Qafan rayonunun ərazisindəki toponimlərin adlarının çəkilməsi
və s. kimi dəlillər Qafan rayonunun atəĢpərəst babalarımızın məskəni olduğunu bir
daha təsdiq edir.
196
Qafan rayonunun adı tarixi mənbələrdə 1074-cü ildən baĢlayaraq
Kapan Ģəklində çəkilir. Çox güman ki, bu ad qədim türk tayfalarından olan
peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır (129, 106; 107).
Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı),
Gürcüstanda və ġimali Qafqazda yaĢayıĢ məntəqələri vardır. Bu da ki, toponimin
tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə
gəliĢindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı
Haband, yaxud Aband adlandırılmıĢdır. Aband mahalının adı Moisey
Kalankatuklunun "Alban tarixi" əsərində (88, I kitab XIV fəsil) Arsağın bir əyaləti
kimi qeyd olunur. Bu yerin adı Moisey Xorenskinin "Tarix"ində də, Sisakan
vilayətinin Haband bölgəsi kimi qeyd olunur (23, III kitab, III fəsil).
Bu Ģəhərin adı Qafan Ģəklində ilk dəfə fars mənbələrində (RəĢidəddin)
iĢlənmiĢdir.
Orta əsr Ġran tarixçisi və coğrafiyaĢünası Həmdullah Qəzvininin 1345-ci
ildə yazdığı "Zeyle tarix-e qozide" ("SeçilmiĢ tarixə əlavə") kitabında nəql edilir:
"Əmir Hüseyn Çobaninin oğlu Əmir Qoç Həsən, Əmir ġeyx Həsən Çobanidən
daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçdı və orada gizləndi (62, 54).
Qafan Ģəhəri XVIII əsrə qədər Kapan qalasından (erməni mənbələrində
Baqaberd) ibarət olmuĢdur. Kapan qalası Kapan-Qacaran (oğuzların qacar
tayfalarının adı ilə bağlıdır) Ģosse yolunun üstündə, Oxcu çayının sağ sahilində,
indiki Kapan Ģəhərindən 10 km Ģimalda olmuĢdur.
Kapan qalası 1103-cü ildə qəza Səlcuq türkləri tərəfindən fəth edilmiĢ,
Kapan əhalisinin müsəlmanlaĢdırılması prosesi bu dövrdə demək olar ki, baĢa
çatdırılmıĢdır. Erməni mənbələrində qeyd olunur ki, Səlcuq türkləri Sünik
knyazlığının paytaxtı sayılan Baqaberd qalasını ələ keçirmiĢ və orada olan 10 min
dini mövzuda (xristian) əlyazmanı məhv etmiĢlər (199, 34).
Çingiz xanın Qərb yürüĢünü davam etdirən moğol-tatarlar XIII əsrin 30-cu
illərində Süniki, o cümlədən, Kapan rayonunun ərazisini iĢğal etmiĢlər (116, 47).
Qafan rayonu XV əsrdə Qaraqoyunlular və Ağqoyunluların, 1510-cu ildən
isə Səfəvi xənadanının təsir dairəsində olmuĢ, 1578-ci ildə isə osmanlıların
tabeçiliyinə keçmiĢdir.
Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmıĢ müqaviləyə
əsasən bu ərazi 1639-cu ildə Zəngəzurun qalan əyalətləri ilə birlikdə Ġranın, daha
sonra isə Türkiyənin hökmranlığı altına keçmiĢdir.
1722-26-cı illərdə gürcü mənĢəli Davit Bek Qafanda Səfəvilərə qarĢı üsyan
qaldırmıĢ, iki il ərzində isə Baqaberdi (Qapan, yaxud Oxçu qalasını) öz əlində
saxlamıĢdır.
1730-cu ildə Türk qoĢunları Qafanı ələ keçirmiĢlər, Ġran hökmdarı Nadir
Ģah ƏfĢarın qoĢunları 1735-ci ildə Qafana girmiĢdir. Qafanın ərazisi 1805-ci ildə
Rusiyaya birləĢənə qədər Qarabağ xanlığının tabeliyində olmuĢ və Qarabağ xanları
tərəfindən idarə edilmiĢdir.
197
Qarabağ Rusiyaya birləĢdiriləndən sonra xanlıq ləğv edilmiĢ və xanlığın
ərazisində 1829-cu ildə Qarabağ qəzası yaradılmıĢdır.
Orta əsrlərdən baĢlayaraq Qafanda mis-molibden mədənləri tapılmıĢ və mis
istehsalı geniĢ vüsət almıĢdır. XIX əsrin ortalarında fransızlar Qafan Ģəhərində o
dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiĢ mis istehsalı zavodu
qurmuĢlar. Fransızlarla yanaĢı mis mədənlərinin bir hissəsi Zəngəzurda adlı-sanlı
nəsil kimi tanınan Sultanovlara və aladinli Bəylər bəyə məxsus olmuĢdur.
Tarixi mənbələrin verdiyi bilgilərə əsasən Kapan rayonu ərazisində mis
yataqlarının olmasının XIII əsrdə kəĢf edilməsi qənaətinə gəlmək olur. O vaxtlar
Ecanan mis mədənləri mühüm əhəmiyyət kəsb etmiĢdir. Burada karxana adlı
misəritmə sahəsi (qalıqları Qafan Ģəhərinin yaxınlığındadır) iĢləyirdi.
Qafan rayonunun ərazisi Zəngəzur qəzasının bir hissəsi kimi 1861-ci ildə
Azərbaycanın Yelizavetpol quberniyasına daxil edilmiĢ, çar Rusiyası dağıldıqdan
sonra, 1918-ci ildən 1920-ci ilin dekabr ayının 1-dək Demokratik Azərbaycan
Cümhuriyyətinin tərkibində olmuĢdur. Bu tarixdən sonra isə Sovet Rusiyasının
hərbi-siyasi təzyiqləri altında Zəngəzurun böyük bir hissəsi kimi Qafan torpaqları
da Ermənistan Sovet Sosialist Respublikası deyilən, əslində Azərbaycan torpaqları
hesabına yaradılmıĢ ölkənin tərkibinə qatılmıĢdır.
Qafan rayonunda bütün tarix boyu azərbaycanlılar ermənilərdən çox
olmuĢdurlar. 1831-ci ildə rayonun ərazisində yaĢayan əhalinin 1940 nəfərini
azərbaycanlılar, 1872 nəfərini isə ermənilər təĢkil etmiĢlər. 1873-cü ildə
azərbaycanlılar 6703 nəfər, ermənilər isə 3612 nəfər olmuĢlar. 1918-ci ildə
ermənilər tərəfindən azərbaycanlılara qarĢı törədilmiĢ soyqırım və deportasiya
aktından sonra rayonda yaĢayan iyirmi minə qədər azərbaycanlıların təxminən
30%-i qətlə yetirilmiĢ, qalanları isə öz doğma yurdlarından qovulub, çıxardılmıĢlar.
Sovet hakimiyyəti illərində Qafan azərbaycanlılarının yalnız kiçik bir
hissəsi geriyə qayıtmıĢdır. 1931-ci ildə Qafan rayonunda yaĢayan azərbaycanlılar
cəmisi 5713 nəfər təĢkil etmiĢlər (206, 136-137).
1918-ci ilə qədər Qafan rayonundakı 130 yaĢayıĢ məntəqəsinin 104-də
azərbaycanlılar, yalnız 26-da ermənilər yaĢamıĢlar.
Qafan rayonunun tanınmıĢ ziyalılarından biri olan əməkdar müəllim Cəlal
Zeynalovun elmi-tarixi mənbələrə əsaslanaraq verdiyi təsnifata görə, Qafan
rayonunun azərbaycanlı kəndlərini 5 bölgəyə - Qafan dərəsi, Gığı dərəsi, Ecanan
mahalı, Oxçu dərəsi, Sünik bölgəsinə ayırmaq olar (68, 53).
1.
Qafan dərəsi. Rayon mərkəzindən baĢlamıĢ Qafan qalasına - Zeyvəyə
qədər olan kəndlər: ġəhərcik, Açağu, AĢağı Kirətağ, Yuxarı Kirətağ, Davidbəy,
QuĢçulu, Arxüstü, Qala, Yamaxlı, Armıdlı, KöĢəkənd qıĢlağı, Kənd Craxor, AĢağı
Craxor, Baldırqanlı, Qatar, Bıx, Bıx bazarı, Qatar Ģamı.
2.
Gığı dərəsi. Gığı yarımrayonu, Zeyvədən baĢlayaraq Acıbac və Kırsa
qədər olan kəndlər: QovĢud, QarabaĢlar, Mollalı, Baharlı, DaĢbaĢı, Kənd Pürülü,
198
Pürülü, Gığı, Səncərəli, Dərməzür, Pəyhan, Mahmudlu, KeypəĢin, Acıbac, Kurud,
Kırs, ÇiriĢ, Kərd, Yuxarı Kərd, Həçəti, Zeyvə.
3.
Ecanan mahalı. Baydaqdan baĢlamıĢ Dortnı, ġabadinədək olan kəndlər:
Təcəddin, Almalıq, Yeməzli, Axtaxana, Ġncəvar, PaĢa kəndi, Xələc, Molla Uruzbər
qıĢlağı, Taxta kənd, Turabxanlı, NoraĢennik, Çobanlı, Oxdar, Hürmas, Qaradğa,
Hünüt, Ağgöl, Dortnı, ġabadin, Dorvus, Kisar, GiləmeĢə, Kollu, QıĢlaq.
4.
Oxçu dərəsi. Qafan qalasından baĢlamıĢ Oxçu-ġabadinədək olan
kəndlər: Müsəlləm, Əfsərli, Əcili, ġotalı, Boğazcıq, Oxçu, Aralıq, Pirdavdan,
Atqız, ġabadin, Qapıcıq.
5.
Sünik bölgəsinin kəndləri: Qafan Ģəhərindən cənuba doğru yerləĢən
kəndlər: Gomaran, Baydaq, AĢağı Gödəkli, Baharlı, Bəsid (Sav çayının yanında),
BəkdaĢ, Qaraçimən, Siznək, Yamaxlı, Yuxarı Gödəkli, Gödəkli Zciqan, Göllü
zəmi, Sünik, Göllü, Cıbıllı.
Zəngəzur azərbaycanlılarının 1918-ci ildəki faciəsindən sonra Qafan
rayonundakı azərbaycanlı kəndlərinin hamısı dağıdılmıĢ, talan edilmiĢ,
yandırılmıĢdır. Sovet hakimiyyəti illərində yalnız 48 kəndin camaatı geri
qayıtmıĢdır ki, onlardan 11-i ermənilərin apardığı milli ayrı-seçkilik siyasəti
nəticəsində Sovet hakimiyyəti illərində müxtəlif bəhanələrlə ləğv edilmiĢ, 12
yaĢayıĢ məntəqəsinin isə adı erməniləĢdirilmiĢdir.
1988-ci ilin əvvəllərində Qafan rayonunda azərbaycanlılar yaĢayan 37
yaĢayıĢ məntəqəsi olmuĢdur ki, həmin ilin sonunda bu kəndlərin hamısı ermənilər
tərəfindən zorla boĢaldılmıĢ, azərbaycanlı əhali öz ata-baba yurdlarını tərk edərək
Azərbaycanın müxtəlif rayonlarına, əsasən Bakı və Sumqayıt Ģəhərlərinə pənah
gətirmiĢlər.
Ermənilərin uzun illər bu və ya digər üsullarla həyata keçirdikləri
türksüzləĢdirmə, monoetnik dövlət yaratmaq siyasətinin nəticəsində, 1988-ci ilin
sonunda bu respublikanın tərkibində olan digər bölgələrdə olduğu kimi Qafan
rayonunda yaĢayan aborigen sakinlər-azərbaycanlılar sonuncu nəfərinədək
deportasiya olunmuĢlar.
Qafan rayonunun 1988-ci ilə qədər mövcud olmuĢ azərbaycanlı
KƏNDLƏRĠ
Açağu kəndi (qəsəbəsi)
Qafan rayon mərkəzindən 7-8 km Ģimal-qərbdə, Qır qalası dağının ətəyində,
Oxçu çayının sol sahilində, ġəhərcik və Davudbəy qəsəbələrinin arasında yerləĢir.
Kəndin adının mənası dəqiqləĢdirilməmiĢdir. Haça dağ arasında yerləĢən kənd
mənasında olduğu güman edilir. Kənd mənzərəli bir yerdə yerləĢmiĢ, meĢəliklə
əhatə olunmuĢdur. Kəndin yaxınlığında 75 metr hündürlükdən tökülən, əsrarəngiz
199
gözəlliyə malik ġır-Ģır Ģəlaləsi yerləĢir. Kəndin tarixi barədə əlimizdə tutarlı, yazılı
mənbələr olmasa da, Açağu kəndinin ətəyində çox qədim qəbir daĢlarının olması,
iki Alban kilsəsinin mövcudluğu burada çox qədimdən insanların məskunlaĢdığını
göstərən dəlillərdir. Açağu kəndindəki kilsələrdən biri 1988-ci ilə qədər sağ-
salamat qalırdı. Kilsə divarlarında heç bir yazı olmasa da, məbədin erməni kilsəsi
olmadığı məlum idi. Ən azı ona görə ki, ermənilər bu kilsəyə iddia etmirdilər.
Açağu kəndinin ətrafındakı bulaq, əkin və örüĢ yerləri və s. toponimlər təmiz
Azərbaycan türkcəsində idi: Böyük taxtdır, Kiçik taxtdır, Çimən dağı,
Armudlu, Kəmərə qaya, EĢĢək küfülü, Novlu çeĢmə, MəmməĢtapan və s.
1918-20-ci illərdə Qafan rayonunun digər azərbaycanlı kəndləri kimi Açağu
kəndi də ermənilər tərəfindən talan və qırğınlara məruz qalmıĢ, kəndin salamat
qalan əhalisi Pirdavdan-Qapıcıq yolu ilə Ordubada pənah aparmıĢlar.
1922-23-cü illərdə kənd camaatı qaçqınlıqdan geri dönmüĢ, yandırılıb-
dağıdılmıĢ yurd yerlərini bərpa edərək, doğma yurdda yenidən məskunlaĢmıĢlar.
Açağu kəndində 1931-ci ildə ibtidai məktəb, 1968-ci ildə isə 8 illik məktəb
açılmıĢdır. 30-cu illərdə Açağu kolxozu təĢkil edilmiĢ, 1950-ci ildə kolxoz
ġəhərcik kolxozu ilə birləĢdirilmiĢ, 50-ci illərin sonunda isə kolxoz ləğv edilərək,
mülkiyyəti "Sünik" erməni sovxozuna verilmiĢdir. Açağu camaatının əsas iĢ yeri
Gecalan mis-molibden kombinatı idi. 1988-ci ildə Açağu kəndində klub, 6 mindən
çox kitab fondu olan kitabxana, 8 illik məktəb, tibb məntəqəsi var idi.
1988-ci ilin 4 dekabrında Qafan ermənilərinin təzyiqi ilə açağulular öz
yurdlarından didərgin salındılar. 55 evdən ibarət bu azərbaycanlı kəndinin camaatı
hal hazırda Bakı və Sumqayıt Ģəhərlərində, habelə AbĢeron rayonunda
məskunlaĢmıĢlar. Qarabağ döyüĢlərində qəhrəmanlıqla Ģəhid olmuĢ
Ġmaməliyev MüĢviq ĠmiĢ oğlu, Həsənquluyev ġirindil Cavad oğlu Açağu
kəndinin övladlarıdır (48, 30).
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə
Tağıyev Rauf Mürsəl oğluna təĢəkkürümüzü bildiririk- müəll.).
Acıbac kəndi
Qafan rayonunun ən yüksək dağ kəndlərindən biri olub, dəniz
səviyyəsindən 2000-2200 m. yüksəklikdə, Qafan Ģəhərindən 40 km Ģimal-qərbdə
BərguĢad sıra dağlarının ətəyində Acıbıc çayının sahilində yerləĢir. Kənd hər
tərəfdən meĢələrlə əhatə olunmuĢdur (Toxmaq, Maral ölən, Əbədərə, Qarayataq,
Məmməddər, Dəf). Acıbac kəndi tarixən azərbaycanlı kəndi olub, Sofulu tayfasının
qıĢlaqlarından biri kimi XVI əsrdə salınmıĢdır. Osmanlı imperatorluğunun 1593-
cü ildə tərtib edilmiĢ "Urut və Ġskəndər qalası livalarının müfəssəl dəftəri"ndə
kəndin adı Acbacı Ģəklində göstərilmiĢdir. Kəndin bütün toponimləri
azərbaycan türkcəsindədir: Maralölən çeĢməsi, Çobanöldürən, Baldırqanlı
Dostları ilə paylaş: |