Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

 
 
 
 
 

178 
 
ZƏNGƏZURUN SON GÜNLƏRĠ 
 
1987-ci  ildən  Dağlıq  Qarabağ  ətrafında  cərəyan  etməkdə  olan  məlum 
hadisələrdən sonra Ermənistan SSR-nin ərazisində azərbaycanlılara qarşı kütləvi-
etnik  təmizləmə  prosesi  misilsiz  bir  qəddarlıq  və  vəhşiliklə  həyata  keçirilməyə 
başladı. 250 mindən artıq soydaşımız öz yurdlarından qovuldu və didərgin salındı. 
Heydər ƏLĠYEV 
 
1988-ci  il  Zəngəzur  türkünün  vətəndə  yaĢadığı  sonuncu  il  oldu.  Çox  ağır, 
çox  məĢəqqətli,  fiziki  və  mənəvi  məhrumiyyətlərlə  bağlı  il  oldu.  Ermənilərin 
Qarabağ iddiası əvvəl milli ədavətə, daha sonra isə milli düĢmənçiliyə çevrildi. 
Bəzən deyirlər ki, artıq dünyanın ən uzun müddətli münaqiĢələrindən birinə 
çevrilmiĢ  Dağlıq  Qarabağ  üzərində  Ermənistanla  Azərbaycan  arasındakı  hərbi 
münaqiĢə  1988-ci  ilin  fevralında  Xankəndində  mitinqə  toplaĢan  insanların 
"Miatsum"  çağırıĢından  sonra  baĢlanmıĢdır.  Əslində  isə  bu  cür  deyim  və  bu  cür 
düĢünmə problemin mahiyyətinə müəyyən qədər aydınlıq gətirməyə imkan vermir, 
problemin mahiyyətini bir qədər mürəkkəbləĢdirir. Məsələ burasındadır ki, 1988-ci 
ilin fevralında Xankəndində baĢlamıĢ mitinqlər əslində 100 ilə yaxın bir müddətdə 
erməni  daĢnak  təmayüllü  ictimai,  siyasi  xadimlərinin,  qriqorian  kilsəsinin  və  son 
dövrlərdə  çox  aktiv  Ģəkildə  prosesə  qoĢulmuĢ  erməni  alimlərinin,  ziyalılarının, 
xüsusilə də, müxtəlif ölkələrin erməni diasporunun uzun illərdən bəri düĢündükləri, 
reallaĢdırmağa fürsət axtardıqları bir prosesin aĢkarlanma məqamı idi. 
Məsələ burasındadır ki, 1920-ci ildə həm Zəngəzura, həm Naxçıvana, həm 
də  Dağlıq  Qarabağa  iddialı  olan  ermənilər  Sovet  hökumətinin  köməkliyinin  və 
təəssübkeĢliyinin  olmağına  baxmayaraq,  yalnız  Zəngəzurun  dağlıq  hissəsini,  4 
rayonu  Azərbaycandan  qopara  bildilər,  bir  də  Dağlıq  Qarabağa  Muxtar  Vilayət 
statusu  ala  bildilər.  Ondan  sonrakı  vaxtlarda  ermənilərin  Azərbaycan  torpaqlarını 
iĢğal  etmək,  Azərbaycan  torpaqlarını  özünə  birləĢdirmək  üçün  müxtəlif  cəhdləri 
olmuĢdur. 
Belə  cəhdlərdən  biri  də  1927-ci  ildə  Zəngilanın  bir  neçə  kəndinin  ayrılıb 
Meğriyə verilməsi ilə nəticələnmiĢdir. 
Digər  bir  cəhd  1943-cü  ildə  Tehran  konfransı  zamanı  Molotova  erməni 
diasporunun nümayəndəliyinin xahiĢi, bəlkə də təmannalı xahiĢi nəticəsində Stalin 
1947-ci  ildə  Ermənistan  SSR-də  yaĢayan  azərbaycanlıların  Azərbaycan  SSR-
nin  bəzi  ərazilərinə  köçürülməsi  -  deportasiyası  barədə  fərmanı  oldu  və 
deportasiya  nəticəsində  də  ermənilər  azərbaycanlılara  məxsus  olan  çox  böyük 
yaĢayıĢ sahələrini, əraziləri, xüsusilə, Ġrəvan çuxurunu ələ keçirmiĢdilər. 
Belə  cəhdlərdən  biri  XruĢĢovun  hakimiyyəti  dövründə  olmuĢdur  və 
ermənilər  Ġrəvana,  oradan  da  Sevan  gölünə  getmiĢ  XruĢĢovu  yaxĢı  yedirib-içirib, 
hayqanuĢların  ağuĢunda  məst  etdikdən  sonra  öz  timsah  göz  yaĢlarını  tökərək, 
Dağlıq  Qarabağ  ermənilərinin  vətənləri  Ermənistandan  aralıda,  qürbətdə 

179 
 
qaldıqlarını  və  onların  mənəvi  əzab  çəkdiklərini  bəhanə  gətirərək  Dağlıq 
Qarabağın  Ermənistana  birləĢdirilməsini  və  beləliklə  erməni  xalqının  guya  ki,  öz 
ana vətəninə qovuĢmasını təmin etməyi xahiĢ etmiĢdilər. SərxoĢ XruĢĢov gözlərini 
ovuĢdura-ovuĢdura  çox  ciddi  Ģəkildə  -  "nə  qədər  yük  maĢını  lazımdırsa  ayıraram, 
bir  həftə  ərzində  bütün  Dağlıq  Qarabağ  ermənilərini  daĢıyıb  Ġrəvana  gətirə 
bilərsiniz" - demiĢdi və bununla da ermənilərin bütün söz-söhbəti kəsilmiĢdi. 
Brejnevin hakimiyyəti vaxtında, ermənilər 1965-ci ildə guya ki, Türkiyədə 
həyata keçirilən yalançı soyqırımın 50 illiyini Yerevanda Opera teatrının qarĢısında 
böyük izdihamla qeyd etdilər. Orada Sovet hakimiyyətinin tarixində ilk dəfə olaraq 
orada  çox  açıq  Ģəkildə,  antitürk,  antiazərbaycan  və  millətçi  xarakterli  Ģüarlar 
səslənməyə  baĢladı,  "böyük  Ermənistan",  Azərbaycandan  Naxçıvanın  və  Dağlıq 
Qarabağın iddiası Ģüarları  səsləndi. Lakin o zaman da ermənilər istədiklərinə nail 
ola bilmədilər, çünki, Leonid Brejnev lazımi qədər ayıq adam idi. 
Ondan sonrakı illərdə isə yəni, 70-ci illərdə, 80-ci illərin əvvəllərində cənab 
Heydər Əliyevin Azərbaycan Respublikasına baĢçılıq etdiyi vaxtlarda ermənilər bir 
neçə dəfə belə terrorçu, separatçı hərəkətlərə cəhd göstərsələr də, istədiklərinə nail 
ola bilmədilər. 
Nəhayət,  Qorbaçovun  hakimiyyətə  gəlməsi,  onun  SSRĠ-ni  dağıtmaq 
istiqamətində baĢladığı fəaliyyət, Qorbaçovun erməni  əhatəsində olması, xüsusilə, 
köməkçisi  Sitaryanın,  iqtisadi  məsələlər  üzrə  məsləhətçisi  Aqanbekyanın  və  bir 
sıra  baĢqa  ermənilərin  Qorbaçovla  çox  sıx  təmasda,  qeyri-rəsmi,  məiĢət 
səviyyəsində təmasda olması, ermənilərə qol-qanad verdi. 
Onlar  artıq  SSR-nin  həyatında  böyük  bir  dəyiĢikliyin  baĢladığını  görərək, 
özlərinin  uzun  illərdən  bəri  marağında  yatdıqları  arzularını  həyata  keçirmək  - 
Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılması  və  Ermənistana  birləĢdirilməsi 
məsələsini  yenidən  ortaya  atdılar.  ġübhəsiz  ki,  bu  hadisələrdə  Qorbaçovun 
Amerikada ermənilərin dini mərkəzinin rəhbərləri, Amerikadakı erməni lobbisi və 
erməni  diasporunun  nümayəndələri  ilə  Ģübhəli  görüĢləri  öz  təsirini  göstərdi.  Bu 
görüĢlər  zamanı  SSR-nin  baĢ  kommunistinin  arvadı  Raisa  Maksimovna 
Qorbaçovaya  bir  sıra  bahalı  hədiyyələr,  o  cümlədən,  brilliant  qaĢlı  üzük 
bağıĢlanaraq,  Dağlıq  Qarabağın  Ermənistana  verilməsi  məsələsi  guya  ki,  həll 
olundu. 
O illərdə KIV-də açıq-aĢkar iĢarələr vurulurdu ki, ölkənin "birinci xanımı" 
Parisdə  antik  əĢyalar  satan  imkanlı  ermənilərlə  görüĢmüĢ  və  hər  Ģeydən  hiss 
olunduğu  kimi,  onların  diqqətindən  məmnun  qalmıĢdır.  Elə  onlar  da  "birinci 
xanım"ın  xoĢ  münasibətindən  razı idilər. Lakin vaxt ötürdü, Parisdə  artıq narahat 
olurdular ki, görüĢdə vəd olunan məsələlərlə bağlı elə bir nəticə hasil olmayıb. Bir 
müddətdən  sonra,  erməni  əsilli  məĢhur  fransız  antikvarı  Moskvaya  gəlir  və 
"yuxarılardan"  kiminləsə  görüĢməyə  cəhd  göstərir.  Bunun  ardınca  isə  qəribə  bir 
hadisə  baĢ  verir:  məlum olur  ki,  günlərin birində  həmin  Ģəxs "Jiquli" markalı bir 
maĢına  əyləĢib  harasa  gedir.  O  gündən  onu  gördüm  deyən  olmur.  Hay-küylü 

180 
 
axtarıĢlar  baĢlanır,  təxminən  bir  həftədən  sonra  Moskva  milisi  paytaxtın 
yaxınlığından  keçən çayda  naməlum kiĢi  meyiti  tapır. Həmin antikvarın Parisdən 
çağırılan  bacısı  xalına  görə  öz  qardaĢının  meyitini  tanıyır.  Elə  həmin  vaxtlarda 
Yerevanda  hansısa  bəxĢiĢləri  geri  qaytarmaq  tələbi  ilə  mitinqlər  keçirilməyə 
baĢlayır. Ermənistandan olan deputat Ġgityan isə SSRĠ Ali Sovetinin televiziya ilə 
translyasiya  edilən  sessiyasındakı  çıxıĢında  açıq-açığına  Qorbaçova  müraciət 
edərək  deyir:  "Axı  siz  söz  vermiĢdiniz..."  Qorbaçov  kimə,  nə  vaxt  və  nə  söz 
veribmiĢ - bu, açıqlanmasa da, hamıya aydın idi (40, 20; 21). 
Lakin  ermənilər  və  Qorbaçov  bir  Ģeydə  yanılmıĢdılar,  onlar  Azərbaycan 
xalqının  iradəsini,  Azərbaycan  xalqının  gücünü  və  Azərbaycan  xalqının 
müqavimətini  nəzərə  almamıĢdılar.  Ancaq  əslində  bunu  da  onlar  kifayət  qədər 
əvvəlcədən hiss eləmiĢdilər və planlaĢdırmıĢdılar, çox güman ki, 88-ci ilin mayında 
Vəzirovun Azərbaycanın rəhbərliyinə gətirilməsi də bu məqsədə xidmət edirdi. 
Heydər  Əliyevin  vaxtında  rəhbər  vəzifələrə  gətirilmiĢ,  səriĢtəli,  təcrübəli, 
siyasi məktəb keçmiĢ və xalq arasında bir sıra dövlət, partiya, təĢkilat rəhbərlərinin 
Vəzirov tərəfindən hakimiyyətdən uzaqlaĢdırılması da Azərbaycanda hakimiyyətin 
xalqdan  aralanması  və  müvafiq  zamanda  müqavimət  hərəkatı  yaranarsa, 
hakimiyyətlə xalq arasında uçurum yaranması məqsədi güdürdü. 
Bilmirik,  Vəzirov  bunları  bilərəkdən  edirdi,  yoxsa  bilməyərəkdən,  elə 
Qorbaçovun  tapĢırıqlarını  yerinə  yetirərək  edirdi,  amma,  hər  halda  Vəzirovun 
Azərbaycan xalqına, Azərbaycan torpaqlarına etdiyi xəyanətlərdən biri də budur. 
1988-ci  ilin  əvvəllərində  Dağlıq  Qarabağda  "Krunk",  Ġrəvanda  "Miatsum" 
təĢkilatları  yarandı və bu təĢkilatlar, eyni vaxtda, eyni taktika ilə, eyni metodlarla 
Qarabağın  Azərbaycandan  qoparılıb  Ermənistana  birləĢdirilməsi  tələbi  ilə  öz 
fəaliyyətlərinə  baĢladılar.  Ermənistanda  o  vaxt  bu  separatçı,  milli  düĢmənçiliyə 
aparan  avantürist  siyasətə  heç  bir  hakimiyyət  orqanı,  heç  bir  təĢkilat,  heç  bir 
qurum, bir erməni olaraq heç bir kəs etiraz etmədi, müqavimət göstərmədi, nəinki 
müqavimət göstərmədi, hətta, bu siyasəti açıq Ģəkildə dəstəkləməyə baĢladılar. 
Ermənilər düĢünürdülər ki, Xankəndində  mitinqlər baĢlayar və 10-15 günə 
öz  nəticəsini  verər.  Ancaq,  onlar  ilk  addımlarında  yanıldıqlarını  gördülər  və  bir 
həftədən  sonra  baĢa  düĢdülər  ki,  hadisələri  gərginləĢdirməkdən  ötrü,  Azərbaycan 
respublikasının  hakimiyyət  və  partiya  orqanlarını,  Azərbaycan  xalqını  çıxılmaz 
vəziyyətə salmaqdan ötrü əvvəlcədən nəzərdə tutduqları təxribat planlarından birini 
həyata  keçirmək  lazımdır.  Elə  bir  təxribat  planı  həyata  keçirmək  lazımdır  ki,  iki 
xalq  arasında  milli  ədavət  yaransın,  münasibətlər  gərginləĢsin  və  bu  addım 
düĢmənçiliyə çevrilsin. 
Fevralın 26-da M.Qorbaçov Azərbaycan və Ermənistan xalqlarına müraciət 
edərək  onları  "Ģüurlu,  məsuliyyətli  və  təmkinli  olmağa  çağırır  və  bu  zaman 
məmnunluqla  qeyd  edir  ki,  Yerevanda  onun  çağırıĢını  eĢidərək,  fasiləsiz  davam 
edən kütləvi mitinqi dayandırdılar: "SakitləĢmiĢ adamlar evlərinə dağılıĢdılar". 

181 
 
Ermənilərin  "Ģüurluluğunu"  vurğulamaqla  M.Qorbaçov  özünü  elə  göstərir 
ki, guya o, iki yüz mindən çox azərbaycanlının əsrlər boyu yaĢadıqları dədə-baba 
torpaqlarından  kütləvi  surətdə  zorakılıqla  qovulmasının  baĢlanmasından  bixəbər 
olub.  Bu  proses  stalinsayağı  köçürmə  deyildi,  məhz  qətl  və  qarətlərlə  müĢayiət 
olunan  zorla  qovulma  idi.  Adamlar  ev-eĢiklərini,  əmlakını  atıb  qarlı  dağ 
aĢırımlarından  keçərək  canlarını  qurtarmağa  çalıĢırdılar  və  o  zaman  heç  kəs 
bilmirdi ki, bu, Ermənistanda etnik təmizləmə və qonĢu respublikanın ərazisinin bir 
hissəsini  qoparmaq  üçün  həyata  keçirilən  yaxĢıca  düĢünülmüĢ  və  ardıcıllıqla 
gerçəkləĢdirilən  məkrli  planın  yalnız  baĢlanğıcıdır.  Həmin  plan  Yerevanın  Teatr 
meydanında  əsəbi  hayqırtı  sədaları  altında  xaricdəki  erməni  diasporunun  və 
Moskvadakı  yaxĢı  hazırlıqlı  erməni  lobbisinin  maliyyə  və  təbliğat  dəstəyi  ilə 
qızıĢdırılan Rusiya və xarici KIV-lərdə anti azərbaycan kampaniyasının köməyi ilə 
həyata  keçirilirdi.  Əslinə  qalsa,  bir  nömrəli  lobbiçi  elə  M.Qorbaçov  özü  idi  (40, 
16). 
17  mart  1918-ci  il.  Urmiya.  İran.  ABŞ  konsulu  Sedin,  Rusiya  konsulu 
Nikitinin,  Fransa,  İngiltərə  və  digər  ölkələrdən  olan  dini  missionerlərin  gözləri 
qarşısında  erməni  quldurlar  bir  gün  ərzində  10000-dək  dinc  sakini  öldürmüşlər. 
(Müxtəsər xronoloji Ensiklopediya). 
Qorbaçovun dəstəyinə  arxalanan ermənilər çox  məharətlə  hazırladıqları və 
1988-ci  il  fevralın  27-28-də  Sumqayıtda  törətdikləri,  guya  ki,  Sumqayıt  talanları, 
Sumqayıt  ermənilərinin  qırğınları,  yaxud  da  ki,  Sumqayıt  hadisələri  adlandırılan 
diversiyanı həyata keçirdilər. 
Təəssüf  ki,  Azərbaycan  ictimaiyyəti,  Azərbaycan  siyasətçiləri,  xüsusilə, 
Azərbaycan dövlət təhlükəsizlik orqanları bu hadisəni nəinki gözləmirdilər, nəinki 
qabaqlamadılar,  hətta,  uzun  müddət  də  bu  hadisədən  sonra  hadisəni  araĢdırmaq, 
səbəblərini  axtarmaq  əvəzinə  ermənilərin  fitnə-fəsadlarının  arxasınca  gedərək, 
bəraət  qazanmağa  çalıĢdılar.  Azərbaycan  xalqının,  Azərbaycan  dövlətinin, 
Azərbaycan  hökumətinin  bəraət  qazanmasına  ehtiyac  yox  idi,  çünki  hadisəni 
törədən ermənilər özləri idilər. 
Məhz  Sumqayıt  hadisələrindən  sonra  onların  istədikləri  həyata  keçdi. 
Sumqayıt  hadisələrindən  sonra,  Ermənistan  SSR-nin  bütün  bölgələrində 
azərbaycanlılara  qarĢı  çox  dərin  bir  nifrət,  çox  dərin  bir  düĢmənçilik  hissi 
formalaĢdırılmağa  və  gün-gündən  qızıĢdırılmağa  baĢladı.  Bu  hadisədən  sonra 
Zəngəzurda 1988-ci ilin fevralın sonlarınadək o qədər hiss olunmayan, o qədər də 
ciddi  qəbul  olunmayan  Qarabağın  Ermənistana  birləĢdirilməsi  tələbləri  və 
Stepanakertdəki  mitinqlər  birdən-birə  çox  ciddi  qəbul  edilməyə,  çox  ciddi 
müzakirə  olunmağa  baĢladı  və  "Sumqayıt  sindromu"  Zəngəzur  erməniləri 
tərəfindən azərbaycanlılara qarĢı bir aqressiya vasitəsinə çevrildi. 
Qərbi Azərbaycandan ilk qaçqın dalğaları fevral ayının sonları və mart ayı 
ərzində  məhz  Zəngəzurdan  baĢlandı.  Qafanda,  Meğridə,  Gorusda,  Sisyanda 
müxtəlif vaxtlarda azərbaycanlılara hücumlar edildi, onlar döyüldü, təhqir olundu, 
 
 

182 
 
Ģantaj edildi. Artıq aprel ayından baĢlayaraq, büdcədən maliyyələĢən təĢkilatlarda 
iĢləyən azərbaycanlı iĢçilərin  -  müəllimlərin, sənaye sahəsində, mədəndə  və digər 
obyektlərdə çalıĢan insanların maaĢlarını açıq aĢkar Ģəkildə verməməyə, onları get-
gələ salmağa baĢladılar. 
Azərbaycanlıların  evlərinə  hədələyici  zənglər  edilməyə,  gecələr 
azərbaycanlı  kəndlərində  silahlı  ermənilər  görünməyə  baĢladılar.  Saqqallı  erməni 
dığaları  gecələr  göyə  güllə  atmağa,  qabaqlarına  keçənləri  qorxutmağa  baĢladılar. 
Ancaq  insanları  öldürməmək  tapĢırığı  aldıqlarından  ilk  vaxtlarda  qətl  hadisəsinə 
yol vermədilər. 
Artıq mart ayından baĢlayaraq, Zəngəzura sistemli Ģəkildə Ġrəvandan o vaxt 
saqqallılar adlandırılan "Qarabağ" təĢkilatının fəal üzvləri gəlməyə və Zəngəzurun 
hər  4  rayonunda  bu  təĢkilatın  özəklərini  yaratmağa  baĢladılar.  Bu  özəklərin 
qarĢısına  bir  məsələ  qoyulmuĢdu:  ardıcıl  olaraq  mitinqlər  təĢkil  etmək,  ardıcıl 
olaraq  tədbirlər  keçirmək,  ardıcıl  olaraq  Azərbaycan  kəndlərinə  hücumlar  etmək, 
onları  sıxıĢdırmaq,  onları  qorxutmaq,  onların  rayon  mərkəzi  ilə  əlaqəsini  kəsmək, 
onları müxtəlif vasitələrlə köçüb getməyə məcbur etmək. 
May  ayından  baĢlayaraq,  Zəngəzur  azərbaycanlıları  öz  yurdlarında 
yaĢamağın  qeyri-mümkünlüyünü  görərək,  tək-tük  olsa  da,  Azərbaycanın  müxtəlif 
bölgələrinə, xüsusilə, Bakı və Sumqayıt Ģəhərlərinə üz tutdular, özlərinə sığınacaq 
axtarmağa  baĢladılar.  Kimin  imkanı  var  idi  ev  aldı,  kimin  imkanı  yox  idi, 
qohumlarının  evinə  sığındı  və  bu  proses  bir  gün  də  olsun  səngimədi.  Zəngəzurun 
bütün  rayonlarında  tanıĢ  ermənilər  azərbaycanlılara  zəng  vuraraq:  -  "Cavan  qız, 
gəlinləri  çıxardın,  kənddə  saxlamayın,  baĢlayın  mal-qaranızı,  qoyunlarınızı 
satmağa,  evlərinizi  satmaq  haqqında,  bankda  olan  pullarınızı  götürmək  barəsində 
düĢünün"  -  deyərək  xəbərdarlıq  edirdilər.  Hansı  məqsədlə  edilməsindən  asılı 
olmayaraq,  bu  zənglər  istər-istəməz  insanların  narahatçılığına  səbəb  olurdu, 
azərbaycanlılar  arasında  panika,  qorxunc  Ģayiələr  yayılırdı  və  artıq  insanlar  öz 
didərginliklərini, doğma yurdda son günlərini yaĢadıqlarını hiss edirdilər. 
May  ayından  baĢlayaraq,  Bakı-Sisyan  istiqamətində  gündəlik  iĢləyən 
avtobus marĢrutu kəsildi, arada bir iĢləsə də, artıq ardıcıl Ģəkildə bu marĢrut bərpa 
olunmadı və artıq iyun-iyul aylarından sonra azərbaycanlılar hamısı getmək əhval-
ruhiyyəsində idilər. 
Elə  bil  ki,  bu  köç  hər  hansı  bir  mərkəzdən  idarə  olunaraq  hazırlanırdı. 
Azərbaycan  hökuməti  tərəfindən  aĢkar  bildirilməsə  də,  köç  məqsədilə  maĢınlar 
ayrılmıĢdı.  Ermənistan  hökuməti  isə  hər  vasitə  ilə  azərbaycanlıların  köçüb 
getməsini sürətləndirməyə çalıĢırdı. 
Dekabr  1942-ci  il.  Almaniya.  Əli  minlərlə  insanın  qanına  batmış  qatil, 
erməni terrorçu "general" Dro (Drastamat Kananyan) və yazıçı Qaro Gevorkyan 
"reyx aristokratı" Himmleri "ziyarət etmiş" və pastor Lepsiusun "Erməni xalqının 
ölüm  yürüşü"  kitabını  ona  bağışlamışlar.  Dronun  və  Himmlerin  faşistlərə 
qoşulmaq barədə birgə çağırışına təxminən 30000 erməni hay vermişdir. Dro cəza 

183 
 
dəstələrində xidmət edən erməni əsgərlərə dəfələrlə baş çəkmiş, onların qarşısında 
çıxışlarında  Hitlerin  nasist  ideyalarını  təbliğ  etmişdir.  Tədqiqatçı  E.Fayqlın 
fikrincə,  "ermənilərin  müharibədə  nasional-sosialist  Almaniyasının  tərəfində 
iştirakından  məqsəd,  sözsüz,  yəhudiləri  də  məhv  etmək  idi".  Başqa  bir 
tədqiqatçının,  Səmyuel  Uimsin  yazdığına  görə,  Üçüncü  reyxin  dəstələrinin 
tərkibində  olan 100 mindən çox  erməni yəhudilərin qırılmasında iştirak  etmişdir. 
(Müxtəsər xronoloji Ensiklopediya). 
...Digər  bir  erməni  faşisti  -  Balkan  ölkələrində,  Türkiyə  və  Azərbaycanda 
qanlı  cinayətlər  törətmiş  Qaregin  Njde  vermaxtın  Krımda  apardığı  döyüş 
əməliyyatlarında  fəal  iştirak  etmiş,  Hitler  ordusunun  generalı  rütbəsi  almışdır. 
2001-ci ildə Ermənistanda buraxılmış nominal dəyəri 100 dram olan sikkənin tərs 
üzündə adı və soyadı yazılmaqla faşist ordusunun generalı, erməni terrorçu Q.Njde 
təsvir edilmişdir. (Müxtəsər xronoloji Ensiklopediya).  
Ancaq  1988-ci  ilin  avqustunda  və  sentyabrında  Bakıda  baĢlayan  mitinqlər 
dalğası  Ġrəvanda  öz  əks-sədasını  verdi,  bundan  sonra  Azərbaycan  -  erməni 
münasibəti  daha  da  kəskinləĢdi,  daha  təbliğatla,  siyasətlə,  "xoĢla"  köçüb  getmək 
söhbəti yox, azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarılması mərhələsi 
baĢlandı. 
1988-ci  ilin  oktyabr-noyabr  aylarında  isə  artıq  Azərbaycan  və  Ermənistan 
hökumətləri  arasında  razılaĢma  əldə  olundu  ki,  Azərbaycandan  Ermənistana, 
Ermənistandan  Azərbaycana  köçən  insanların  evlərinin  dəyiĢdirilməsinə  rəsmi 
icazə  verilsin.  Bu  razılaĢma  köçmə  prosesini  bir  daha  sürətləndirdi  və  görünür 
daĢnak liderləri Ermənistan hökuməti qarĢısında belə bir tələb qoymuĢdular ki, 88-
ci  ilin sonuna  qədər bir nəfər də  olsun azərbaycanlı Ermənistanda  qalmayacaqdır 
və elə də oldu. 
Artıq  1988-ci  ilin  dekabr  ayının  əvvəllərində  demək  olar  ki,  Zəngəzurda 
azərbaycanlılar qalmamıĢdılar. Sonuncu həmlə isə noyabrın son günlərində baĢladı 
və  bir  həftə  ərzində  Zəngəzurdakı  tək-tük  qalan  azərbaycanlı  kəndlərinin  hamısı 
çox  vəhĢicəsinə,  çox  qəddarcasına  boĢaldıldı.  Ġnsanlara  var-mülkünü  götürmək 
imkanı  verilmədi,  hətta,  elə  kəndlər  olmuĢdu  ki,  azərbaycanlılara  öz  paltarlarını 
belə götürməyə imkan verməmiĢdilər. 
Dekabr ayı Zəngəzurun bütün bölgələrində çox sərt keçir, qarlı-çovğunlu, -
20,  -25°C-yə  çatan  soyuq  havalarla  müĢayiət  olunur.  Məhz  dekabrın  ilk  3  günü 
ərzində  bütün  Zəngəzurda  dövlət  səviyyəsində  təĢkil  olunmuĢ  Ģəkildə  yük 
maĢınları  Azərbaycan  kəndlərinə  sürüldü,  onları  müĢayiət  edən  əli  avtomatlı 
erməni yaraqlıları bir saat ərzində bütün kəndlilərin yığıĢmasını tələb etdilər. Hər 
adama bir əl çamadanı, yaxud bir əl zənbilindən savayı, evindən illər boyu yığdığı 
var-dövlətindən heç nə  götürməyə icazə  vermədilər. Əl çamadanları özü  boĢaldan 
yük  maĢınlarına  yükləndi,  insanlar  isə  "PAZ"  avtobuslara  mindirilərək,  əli  silahlı 
ermənilərin müĢayiəti ilə kənddən çıxarıldı. Yalnız ağır xəstələr, qocalar, getməyə 

184 
 
taqəti  olmayanlar  və  bir  də,  bir  neçə  nəfər  ki,  etiraz  etdilər  göz  görə-görə  ölümə 
getməyə, onlar qaçıb gizləndilər, qaldılar. 
Demək  olar  ki,  bütün  Zəngəzur  camaatı  avtobuslara  yüklənib  vətəndən 
deportasiya edildilər. Avtobuslara  yüklənib kənddən çıxarıldıqdan sonra, sonuncu 
erməni  kəndində  onların  hamısı  bir-bir  yerə  düĢürdülüb,  əyin  baĢları  axtarıldı. 
Üstlərindəki  sonuncu  manatları  və  zinət  əĢyaları  zorla  əllərindən  alındı,  əyin-
baĢında  təzə  papağı,  paltosu  olanların  geyimləri  soyunduruldu,  əl  çantalarında 
götürdükləri əĢyaları isə erməni kəndində yerə boĢaldılıb, yerli ermənilər arasında 
bölüĢdürüldü. 
Sisyan  azərbaycanlılarının  bir  hissəsi  Ərikli  dağının  ətəyində,  qarın-buzun 
içində, Ģiddətli çovğunun altında avtobuslardan yerə töküldülər və piyada Bazarçay 
aĢırımını 12 saat ərzində aĢaraq ġahbuza pənah gətirdilər. Gələn insanların demək 
olar  ki,  hamısı  soyuqdəymə  və  donvurma  diaqnozu  ilə  xəstəxanaya  götürüldülər. 
Bu  insanlar  arasında  4  nəfər  xəstəlikdən  dünyasını  dəyiĢdi,  2  nəfər  isə 
donvurmadan Ərikli dağındaca vəfat etdi. 
Sisyan  azərbaycanlılarının  bir  hissəsi  isə  (Qızılcıq  və  ġəki  kəndinin 
camaatı) dekabr ayının 2-3-ü üçtəpədən keçərək, Sarıyal aĢırımını pay-piyada aĢıb, 
Laçın  rayonunun  Minkənd  kəndinə  pənah  gətirdilər.  Onu  da  qeyd  etmək  lazımdır 
ki, dekabr ayında üçtəpədə havanın temperaturu -25 - -30 dərəcə, qarın qalınlığı isə 
1  metrdən  çox  olur.  Bu  insanlar  bəlkə  də  son  yüz  ildə  dekabr  ayının  Ģaxtalı 
günündə Sarıyal aĢırımını aĢıb, Minkəndə gedən yeganə insanlar idilər. 
Zəngəzur  camaatının  bir  hissəsi  isə  (Qafan  və  Meğri  rayonlarının 
azərbaycanlıları) dəmiryolu vasitəsilə Azərbaycana gəlib çıxdılar. 
Bu insanlar da yollarda xeyli əzab-əziyyətlə üzləĢdilər. Ermənistan SSR-dən 
azərbaycanlıların  qovulub  çıxardılması  respublikanın  hər  yerində  eyni  bir  ssenari 
üzrə həyata keçirilmiĢdir. ĠĢin əsl təĢkilatçıları rayonların rəhbər orqanları olsa da, 
onlar  əllərindən  bir  iĢ  gəlmədiyini,  qəzəblənmiĢ  erməni  gəncləri  ilə  bacara 
bilmədiklərini bəhanə gətirərək, əslində  yaxalarını qırağa  çəkməklə,  sonradan ola 
biləcək hər hansı məsuliyyətdən özlərini sığortalamaq istəyirdilər. 
Zəngəzurun  bütün  azərbaycanlı  kəndlərində  noyabr  ayının  sonu,  dekabr 
ayının əvvəllərində ermənilər sistemli Ģəkildə azərbaycanlıları kənddən çıxardılar. 
Hamının evi, mənzil əĢyaları, mal-qoyunu, o cümlədən, kolxozun varidatı əlindən 
çıxdı.  Ermənilərin  quldur  dəstələri  kəndləri  öz  aralarında  bölüĢdürərək, 
Azərbaycandan  gələn  ermənilərə  vermək  adı  altında  azərbaycanlıların  illərcə 
topladığı sərvəti əllərindən aldılar. 
1943-cü  il.  Berlin.  Almaniya.  Erməni  terror  təşkilatları  rəhbərlərinin 
reyxsfürer  Adolf  Hitlerə  şəxsən  onun  himayəsi  altında  erməni  faşist  ordusu 
yaratmaq,  habelə  erməni  kalanbazların  milyonlarla  pul  əmanətlərini  faşistlərin 
xəzinəsinə köçürmək xahişlərinə baxmayaraq, fürer rədd cavabı verərək demişdir: 
"Üç  dəfə  xəyanət  edənlər  (Rusiyaya,  Türkiyəyə  və  RSFSR-ə  xəyanətlər  nəzərdə 
tutulur.  -  Red.)  dördüncü  dəfə  də  xəyanət  edərlər".  Bu  sözləri  elə  bir  adam 

185 
 
demişdir  ki,  onun  üçün  həbs  düşərgələri  yaradılan  irqçi  imperiyanın 
iqtisadiyyatının bir hissəsi olmuşdu. (Müxtəsər xronoloji Ensiklopediya). 
Bu çox ağrılı mövzu barəsində həmin ağrılı günləri yaĢamıĢ zəngəzurluların 
xatirələrini  canlı  Ģahid  faktları  kimi  bu  kitaba  əlavə  etməklə,  soydaĢlarımızın 
baĢına  gələn  faciələri  daha  əyani Ģəkildə  tarix  və  gələcək  nəsil  üçün, eləcə də  bu 
mövzunu araĢdıracaq insanlar üçün çatdırmağı zəruri hesab edirik. 
 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin