Ġdeya və layihə müəllifi


dünyada  bizim  xalqımız  qədər  yurda,  Vətən  torpağına  bağlı  olan  ikinci  bir



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

dünyada  bizim  xalqımız  qədər  yurda,  Vətən  torpağına  bağlı  olan  ikinci  bir 
xalq yoxdur. 
Son  dövrün  hadisələri,  Qərbi  Azərbaycandan  1988-ci  ildə  200  minə  yaxın 
azərbaycanlının  deportasiya  olunması  və  sonradan  onların  sırasına  Qarabağ 
ətrafından  qoĢulmuĢ  soydaĢlarımızın  qaçqınlıq  və  köçkünlük  vəziyyətində  olması 
və  belə  bir  vəziyyətdə  demək  olar  ki,  heç  bir  kəsin  Azərbaycanı  tərk  edib 
Rusiyaya, Ukraynaya, Türkiyəyə və s. baĢqa ölkələrə getməməsi də onu göstərir ki, 
bizim  xalq  qədər  öz  yurd-yuvasına,  torpağına  və  doğulduğu  kəndə,  böyüdüyü, 
yaĢadığı elə-yurda bağlı olan bəlkə də ikinci bir xalq yoxdur. 
Müqayisə  etmək  istəməzdik,  ancaq  yeri  gəlmiĢkən  onu  da  qeyd  edək  ki, 
1988-89-cu illərdə Bakıdan Ermənistana evini dəyiĢib gedən ermənilərin bəlkə də 
heç  20%-i  Ermənistanda,  yəni  ermənilər  üçün  bir  mərkəz  rolunu  oynayan, 
ermənilər  üçün  bir  vətən  və  dövlət  anlamını  ortaya  gətirən  respublikada 
yaĢamadılar.  Oradakı  həyatın,  iqlim  Ģəraitinin  çətinliyinə  dözməyərək  daha  yaxĢı 
həyat  arzusu  ilə  Rusiyaya,  xüsusilə  ġimali  Qafqaza,  eləcə  də  Avropa,  Amerika 
ölkələrinə mühacirət etdilər. Buna rəğmən bir milyondan artıq Azərbaycan qaçqını 
Azərbaycanın  çöllüklərini,  səhralarını,  çadır  Ģəhərciyi  Ģəraitində  yaĢamalarını  da 
qürbətin cənnət yerlərindən üstün tutdular. Bu da bizim xalqın bəlkə də ən yüksək, 
ən diqqətəlayiq milli-etnik xüsusiyyətlərindən biridir. 
Məhz  yurda,  elə  bağlılıq,  Vətən  sevgisi  1922-ci  ildən  baĢlayaraq, 
Azərbaycan türkünün, Qərbi Azərbaycanın bütün tərk olunmuĢ torpaqlarına, eləcə 
də Zəngəzur torpaqlarına qayıtmasında mühüm rol oynadı. 
Azərbaycanlılar  öz  torpaqlarına,  Zəngəzurdakı  kəndlərinə  qayıtdıqda  bir 
sıra  çətinliklərlə,  problemlərlə  üzləĢdilər.  Onların  ilk  üzləĢdikləri  çətinlik  ondan 
ibarət  idi  ki,  kəndlərdəki  evlərinin  əksəriyyəti  yandırılmıĢ,  dağıdılmıĢ,  talan 
edilmiĢdi.  Bağlar  tar-mar  olunmuĢ,  meyvə  ağacları  kəsilib  yandırılmıĢ, 
qurudulmuĢdu. 
Bununla  yanaĢı,  az-çox  salamat  qalmıĢ  evlər  də,  əsasən  dağ  kəndlərindən 
köçüb  daha  yaxĢı  Ģəraitdə  yaĢamaq  arzusunda  olan  ermənilər  tərəfindən 
tutulmuĢdu.  Həmin  erməniləri  kənddən  çıxarmaq  bir  problem  idi.  Həmin 
ermənilərlə birgə həyat, yaĢayıĢ tərzi qurub, yəni düĢməni ilə bir kənddə, bir obada 
məskunlaĢıb  yaĢamaq  baĢqa  bir  problem  idi.  DağıdılmıĢ,  evini-eĢiyini  təzədən 
tikmək  və  heç  bir  maddi  vəsait  olmadan  tikmək,  dövlət  tərəfindən,  o  cümlədən 
Azərbaycan  hökuməti  tərəfindən  heç  bir  yardım  görmədən  bu  Ģəraitdə 
məskunlaĢmaq, doğrudan da, çox çətin, çox ağır bir problem idi. Məhz bu ağırlıq, 
bu  çətinlik  səbəbindən  Zəngəzurdan  deportasiya  olunmuĢ,  1918-ci  ildə 
Zəngəzurdan  dədə-baba  torpaqlarından  qaçqın  düĢmüĢ  insanların  böyük 
əksəriyyəti, təxminən 4/5 hissəsi geriyə dönmədi. Müqayisə edək ki, əgər 1918-ci 
ildə  Zəngəzurda  50  mindən  çox  azərbaycanlı  yaĢayırdısa,  1926-cı  ildə  aparılmıĢ 

164 
 
əhalinin siyahıya alınması göstərdi ki, Zəngəzurda  yaĢayan azərbaycanlıların sayı 
heç beĢ minə də çatmır (154). 
Deməli, didərgin salınmıĢ azərbaycanlıların heç 1/10 hissəsi də 1926-cı ildə 
hələ geriyə dönməmiĢdi. Onu da deyək ki, bu 50 min insandan təxminən 30 mini 
1918-ci  illərdəki  qanlı  qırğınlar  zamanı  həlak  oldu.  Bu  kütləvi  insan  qırğınının 
səbəbi  bir  tərəfdən  erməni  gülləsi,  daĢnak  süngüsü  idisə,  digər  tərəfdən  dağda, 
daĢda  don  vurma,  eləcə  də  qaçqınlıq  dövründə  aran  Zəngəzurunda  və  Qarabağ, 
Cəbrayıl bölgəsində tüğyan edən taun idi ki, onun nəticəsində bir sıra insanlar elə 
ailə-ailə, kənd-kənd məhv olub getdilər. 
Geriyə  dönən  insanların  iradəsinə,  onların  yurd  sevərliyinə,  vətənə 
bağlılığına  qibtə  etməmək  mümkün  deyildir.  Bu  insanlar,  tədriclə  təxminən 
1930-cu  ilə  qədər  geriyə  qayıtdılar,  nəinki  öz  evlərini  tikdilər,  bərpa  etdilər, 
onlar  öz  kəndlərində  Sovet  hökuməti  qurdular,  Sovet  hökumətinin 
strukturlarını yaratdılar, həmin strukturlarda təmsil olundular.  Qısa  müddət 
ərzində ermənilər istəməsələr də belə, ibtidai məktəblər, 7 illik məktəblər Ģəklində 
məktəblər açmağa baĢladılar və 1930-cu illərdə kolxoz quruculuğuna baĢladılar. 
Bir  daha  qeyd  edirik  ki,  bu  insanlann  kənddə  məskunlaĢması  bir  sıra 
problemlərlə  bağlı  idi.  Bir  tərəfdən  ermənilərin  həmin  kəndləri  tutması,  bunun 
nəticəsində bir sıra kəndlərdə, məsələn: Sisyan rayonunun Vağədi, ġam, Darabas, 
Dəstəgird,  ġəki,  Qarakilsə  kəndlərində  ermənilər  artıq  azərbaycanlılarla  qarıĢıq 
Ģəkildə yaĢamağa baĢlamıĢdı. Çünki 1918-20-ci illərdə bu azərbaycanlı kəndlərinə 
gəlib doluĢmuĢ erməniləri sonradan kənddən çıxarmaq mümkün olmadı. 
Amma buna baxmayaraq, məsələn: Urud kəndində məskunlaĢan erməniləri 
Urud camaatı müxtəlif vasitələrlə kənddən çıxarda bildilər (89, 301). 
HaĢiyə: 
1921-ci  ildə  Sovet  hökumətinin  bu  yerlərə  gəlib  çıxması  ilə  əlaqədar 
ermənilərin  "əvvəlcədən  icazə  verilmiĢ"  azğınlığına  son  qoyulur  və  kənd  camaatı 
yavaĢ-yavaĢ  öz  dədə-baba  yurdlarına  qayıdırlar.  Yurddakı  evlərin  isə  bir  qismi 
sökülüb-yandırılmıĢ,  bir  qismi  isə  vaxtilə  Ġrandan  köçürülərək  Sisyanın  dağ 
kəndlərində  (Ġlizin,  Lor,  LernaĢen)  məskunlaĢan  ermənilər  tərəfindən  zəbt 
olunmuĢdu. 
Zor  iĢlətmək  mümkün  deyildi,  arada  Sovet  hökuməti  var  idi,  qalırdı 
məsləhətləĢib çıxıĢ yolu tapmaq.  
Dinsizin öhdəsindən imansız gəlir. 
O  ilin  yazı  çox  yağınnıq  keçmiĢdi.  GurĢad  yağıĢların  seli  Urudun 
ətrafındakı  dikdirlərdən-Ġlan  qayasından,  Ağ  yastandan,  Vəli  qayasından, 
ġirvan  əkəndən  daĢ-qaya  ilə  yanaĢı,  bolluca  ilan-çəyən  də  gətirib  kəndə 
doldurmuĢdu. 
Urudlu cavanlar torbaların içərisinə qurbağa,  siçan bağlayıb ilan qaynaĢan 
daĢlıqlara  qoyurdular.  Kisəyə  girən  ilanları  tutub  vaxtaĢırı  ermənilər  yaĢayan 
həyətlərə buraxır, onların mal-qoyununu, atlarını ilana çaldırırdılar. Qorxuya düĢən 

165 
 
erməniləri də özləri "sakitləĢdirirdilər" ki, hər iki-üç ildən bir Urudda belə ilanlıq 
olur, hər dəfə də 10-15 adam, 100-150 baĢ mal-davar ilan çalmadan ölür və buna 
görə də bu kənddə mal-heyvan saxlamağın lüzumu yoxdur. 
Allahın  istəyi  ilə  həmin  ilin  yayında  Baldırğanlı  bulağın  altındakı 
çınqıllıqda qara ilanların sürüsü (kürsəyi) peyda oldu. Görənlərin Ģəhadətinə  görə 
500-ə  yaxın  ilan  bir-birinə  sarmaĢıb  dəhĢətli  fıĢıltı  salaraq  bir-birini  al-qana 
bulamıĢdı. Urudlular bu fürsətdən də istifadə edərək erməniləri aldatdılar ki, ilanlar 
bir neçə günə kəndə hücum çəkəcəklər. Ermənilər isə ilanların "kəndə hücumunu" 
gözləməyib öz kəndlərinə çəkildilər, Urudda bircə nəfər də olsun erməni qalmadı. 
Elə kəndlər oldu ki, oranın camaatı ya qayıdıb gəlmədi, ya da qayıdıb gələn 
insanlar həmin  kəndi təzədən bərpa  etmək imkanına  malik olmadıqlarından digər 
kəndlərə  köçüb  yaĢamağa  baĢladılar.  Məsələn:  Sisyan  rayonundakı  Baharlı  və 
Dərəkənd  kəndlərinin  Sisyan  rayonundakı  camaatının  bir  hissəsi  Vağədi 
kəndində, bir hissəsi isə Ağdü kəndində yerləĢdi. 
Ġlizin, Bəhluli, Ġrmis kəndlərinin, o cümlədən ġam kəndinin camaatının bir 
hissəsi Urud kəndində, bir hissəsi Vağədi və Ağdü kəndlərində yerləĢdilər. Bu 
illərdə  Sisyan  rayonunun  azərbaycanlı  kəndləri  olan  Bozkənd    Ağudi    kəndinə,  
Püsək,  Qıvraq,  ƏliĢar kəndləri isə Sofulu kəndinə birləĢdirildi. 
1918-ci  ilə  qədər  azərbaycanlı  kəndləri  olmuĢ  Qafan  rayonunun  Aralıq, 
Axtaxana,  Baydaq,  Qatar,  Oxçu,  PaĢakənd,  Pirdavdan  kəndləri  Sovet  hakimiyyəti 
qurulduqdan  sonra  ermənilər  tərəfindən  zəbt  edilmiĢ,  sonradan  dağıdılmıĢ,  yaxud 
erməni  kəndinə  çevrilmiĢdir.  Gorus  rayonunun  ġamsız  kəndi  ġirnuxu  kəndi  ilə 
birləĢdirilmiĢ,  azərbaycanlılar  yaĢayan  Mac  və  ġahverdilər  kəndləri  isə  erməni 
kəndləri  olan  Yerisatum  və  BaĢaracur  kəndlərinə  birləĢdirilərək  ləğv  edilmiĢdir. 
30-cu  illərdə  Meğri  rayonunun  BənövĢəpuĢt  kəndi  dağıdılmıĢ,  Varhavar, 
Əmrakar,  DüzqıĢlaq  kəndləri  ləğv  edilmiĢ,  kolxozların  iriləĢdirilməsi  adı  altında 
isə  Eynəzur  kəndi  Nüvədi  kəndinə,  Tuğut  kəndi  ġivanidzor  (erməni  kəndi), 
Tağamir  kəndi  isə  Liçk  (erməni  kəndi)  kəndinə  qatılmıĢ,  Tey  kəndi  Lehvaz 
kəndinə birləĢdirilmiĢdir. Beləliklə, bu məskunlaĢma prosesi ağrılı bir proses olsa 
da, davam edirdi. 
Yeni  həyat,  yeni  əngəllər  ermənilər  tərəfindən  qoyulan  bütün  qadağalara, 
göstərilən  təzyiqlərə  və  məhrumiyyətlərə  baxmayaraq,  çox  qoçaq  və  istedadlı  bir 
camaat olan Zəngəzur camaatı özünə güzəran yarada bildi. 
Təzədən əvvəl kahalara, qazmalara sığınan insanlar artıq 1930-40-cı illərin 
birinci  yarısında  qara  damlar  tikərək,  kürsülü,  təndirli  evlərdə  məskunlaĢmağa 
baĢladılar. 
YavaĢ-yavaĢ mal-qoyun alıb, saxlayıb, artırmağa baĢladılar. 
Ata-babalarından  qalmıĢ  köhnə  əkin  yerlərini  əkməyə,  taxıllarını  biçməyə 
baĢladılar. 
Bir  sözlə,  Zəngəzurda  həyat  yenidən  öz  əvvəlki  axarı  ilə  deyil  baĢqa  bir 
axarla olsa da, davam etməyə baĢladı. 

166 
 
Təəssüflər olsun ki, Zəngəzur türkünün həyatı 1922-ci ildən sonra, öz dədə-
baba torpaqlarında yenidən məskunlaĢandan sonrakı bütün dövrlər 1988-ci ilə kimi 
daim artan təzyiq altında, daim artan problemlər altında, ermənilər tərəfindən daim 
törədilən  əngəllər  və  narahatlıqlar  altında  keçmiĢdir.  Ermənilər  hər  vəchlə 
çalıĢırdılar  ki,  Qərbi  Azərbaycan  torpaqlarından  -  hansı  ki,  onun  yerində  artıq 
Sovet  Ermənistanı  deyilən  bir  respublika  yaratmıĢdılar  -  Azərbaycan  türklərini 
hansı vasitə ilə olursa-olsun, çıxarsınlar. 
Təkcə  bir  faktı  söyləmək  kifayətdir  ki,  1931-1988-ci  illər  arasında 
Ermənistan  SSR-də  61  azərbaycanlı  kəndi  erməni  kəndlərinə  birləĢdirilmiĢ, 
yaxud ləğv edilmiĢ, 104 kənd isə tamamilə erməniləĢdirilmiĢdir. 
Ġlk kollektivləĢmə dövrü baĢlayanda Zəngəzurda, Qərbi Azərbaycanın digər 
bölgələrində olduğu kimi az-çox diribaĢ olan, az-çox qoçaq olan, öz sözünü deyə 
bilən,  öz  mübarizəsini  apara  bilən  azərbaycanlıları  kulaq,  qolçomaq  adı  ilə 
kütləvi Ģəkildə tutdular, həbs etdilər, güllələdilər, sürgünə göndərdilər. 
Zəngəzurdan  bir  çox  ailələr  həmin  proseslər  zamanı  Orta  Asiyaya, 
Qazaxıstana,  Sibirə,  ġimali  Qafqaza  sürgün  olundular  və  bir  daha  geriyə 
dönmədilər. Əslində  cəmisi 10-12 il öncə qaçqınlıqdan dönmüĢ, bütün varidatını, 
bütün  mal-heyvanı,  əmlakını  itirmiĢ  insanlar  necə  qolçamaq  ola  bilərdilər,  necə 
kulaq ola bilərdilər? Bu insanlar ola bilər ki, ancaq öz ailəsini minimum səviyyədə 
dolandırmaq  üçün  müəyyən  nəqliyyat  heyvanına  -  ata,  ulağa,  müəyyən  sayda 
qaramala  və  qoyuna  sahib  idilər.  Erməni  siyasəti  artıq  Sovet  hakimiyyəti  pərdəsi 
altında öz fəaliyyətini göstərməkdə idi. 
Kulaq,  kollektivləĢmə  söhbəti  qurtardıqdan  sonra  1937-38-ci  illərin 
repressiya  dövrü  gəldi.  Əgər  kollektivləĢmə  dovründə  kulaq,  qolçomaq  adı  ilə 
Zəngəzurun  qoçaq,  mərd,  vurub-tutan  kiĢilərini  tərk  etmək  siyasəti  qarĢıya 
qoyulmuĢdusa,  repressiya  dövründə  isə  düĢünən  beyinləri,  az-çox  savadı,  biliyi 
olan azərbaycanlıları "xalq düĢməni" adı ilə məhv etməyə baĢladılar. 
1918-ci  ilə  qədər  Zəngəzurda  yaĢayan  azərbaycanlıların  dini  və  dünyəvi 
təhsil  almaları  üçün  kifayət  qədər  Ģərait  var  idi.  1875-ci  ildə  Zəngəzurda  491 
məscid  və  21  ibtidai  məktəb  fəaliyyət  göstərirdi.  1879-cu  ildəki  məlumata  görə 
Zəngəzurda 92 Ģagirdin dini təhsil aldığı 6 ruhani məktəbi fəaliyyət göstərirdi (142, 
37; 39). 
Bunu  da  qeyd  etmək  lazımdır  ki,  1918-ci  il  hadisələrindən  sonra 
Zəngəzurdakı  bütün  məscidlər,  vandalcasına  yandırılıb,  dağıdılmıĢ,  məhv  edilmiĢ 
və  sonradan  da  ateizmi,  Allahsızlığı  özünə  ideologiya  kimi  qəbul  edən  Sovet 
hakimiyyəti,  xüsusilə  Ermənistanda,  təbii  ki,  həmin  məscidləri,  həmin  ibadətgah 
yerlərini bərpa etməyə imkan verməmiĢdir. 
Buna  baxmayaraq,  Zəngəzur  azərbaycanlıları  öz  dinini,  öz  inamını, 
əqidəsini  həmiĢə  qoruyub  saxlamıĢdılar  və  1938-ci  ilə  qədər  Zəngəzurdakı 
azərbaycanlılar arasında kifayət qədər dini təhsil görmüĢ, mədrəsələrdə oxumuĢ, ali 
ruhani məktəblərində təhsil almıĢ insanlar var idi. Demək olar onların hamısını bir 

167 
 
nəfər kimi məhv etdilər, onların hamısını bir nəfər kimi xalq düĢməni elan edərək 
tutdular,  mühakimə  etdilər,  onlara  iĢ  kəsdilər  və  bu  insanların  da  çox  böyük 
əksəriyyəti geriyə qayıtmadı. 
Təkcə  Sisyan  rayonunun  timsalında  demək  olar  ki,  həmin  illərdə  Urud 
kəndinin  ən  böyük  ziyalı  alimlərindən  biri  Mirzə  Hüseynin  çox  nadir  kitablarla 
zəngin  kitabxanası  məhv  edildi,  Bazar  çayına  töküldü.  Nə  səbəbə  ki,  bu  kitablar 
ərəb əlifbası ilə yazılmıĢdı. Həmin kənddə çox savadlı və ali ruhani təhsil görmüĢ 
Cəbrayıl  Gəncəliyev  heç  bir  səbəb  gətirilmədən,  sadəcə,  evində  ərəb  əlifbası  ilə 
yazılmıĢ  kitablar  olduğuna  görə  tutuldu,  sürgün  olundu  və  bir  daha  geriyə 
dönmədi.  Zəngəzur  azərbaycanlılarının  baĢına  gətirmiĢ  belə  müsibətlərə  aid 
misalları onlarca göstərmək olar. 
Xatırlatmaq yerinə düĢərdi ki, Zəngəzur azərbaycanlıları Zəngəzurda Sovet 
hakimiyyəti  dönəmində  yaĢadıqları  70  ilə  yaxın  müddətdə  hər  gün,  hər  an,  hər 
zaman,  daima  artan  təzyiqlərə  məruz  qalıblar.  Açıq  və  gizli  Ģəkildə  təhqirlərə 
məruz qalıblar, siyasi, hüquqi, maddi, mənəvi ayrı-seçkiliklərlə üzləĢiblər. 
...Sisyan  rayonunun  Comərdli  kənd  sakini,  ÜK(b)P-nın  üzvü  Qurbanov 
Cəlal  Azərbaycana  köçməklə  əlaqədar  kolxozçuların  yığıncağından  sonra 
həmkəndlilərinə demişdir: 
"...Çoxunuz  bilmirsiniz  ki,  Azərbaycanda  necə  istilər  olur.  1918-1919-cu 
illərdə biz - azərbaycanlılar Ermənistandan Naxçıvana qaçdıq. Onda bizim ailəmiz 
14  nəfər  idi,  ancaq  iki  ildən  sonra  cəmi  3  nəfər  sağ  qaldıq.  Digər  11  nəfər  isə 
istidən və xəstəlikdən qırıldılar. Bu hələ Naxçıvanda belə idi, Mingəçevir isə daha 
pisdir.  Çox,  xeyli  çox  itkilərimiz  olacaqdır"...  (Ermənistan  SSR  Daxili  ĠĢlər 
Naziri  Qriqoryanın  Azərbaycan  KP  MK-nın  birinci  katibi  Mir  Cəfər 
Bağırova göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayıĢdan). 
Otuzuncu  illərin  represiyası  qurtardıqdan  sonra  Ġkinci  Dünya 
müharibəsi  baĢlandı.  Ġkinci  Dünya  müharibəsində  təbii  ki,  o  dövrkü  SSR-nin 
bütün  vətəndaĢları  əziyyət  çəkdilər,  itkilər  verdilər,  məhrumiyyətlərlə  üzləĢdilər. 
Zəngəzur azərbaycanlıları da bu sıradan istisna deyildilər. Nəinki istisna deyildilər, 
hətta müharibədə onlar ikiqat əziyyət çəkdilər. 
Bir tərəfdən müharibənin gətirdiyi sərt qayda-qanunlar, müharibə dövrünün 
ağır Ģəraiti, ikinci tərəfdən də ermənilərin bu ayrı-seçkiliyi bir daha qabarıq Ģəkildə 
azərbaycanlılara  qarĢı  münasibətdə  özünü  göstərdi.  Belə  ki,  Zəngəzurda  yaĢayan 
azərbaycanlılar  o  dövrdə  ermənilərdən  bir  neçə  dəfə  az  olmalarına  baxmayaraq, 
Zəngəzurdan  müharibəyə  çağırılan  azərbaycanlılarla  ermənilərin  sayındakı  nisbət 
ümumi əhalinin  sayındakı  nisbətdən xeyli  fərqli idi. Belə  ki, azərbaycanlıları  yaĢı 
az  və  ya  çox  olmasından  asılı  olmayaraq  hərbi  xidmətə  cəlb  edirdilər. 
Azərbaycanlılar arasından səhhəti, sağlamlıq vəziyyəti yoxlanılmadan, bəzən yaxĢı 
görməyən,  yaxĢı  eĢitməyən,  daxili  orqanlarında  patologiyalar  olan  insanları  da 
hərbi xidmətə cəlb etmiĢdilər və demək olar ki, onların çoxu geri dönmədi. 

168 
 
Zəngəzurun  elə  bir  kəndi  yoxdur  ki,  o  kənddən  30-50  və  daha  çox  insan 
Sovet  -  Alman  müharibəsinə  çağırılmasın.  Çağırılanların  da  tən  yarısı  müharibə 
bölgələrindən,  döyüĢ  meydanlarından  geriyə  qayıtmadı.  Qayıdanların  bir  hissəsi 
yaralı  qayıtdı,  bir  hissəsi  xəstə  qayıtdı,  əsir  düĢüb  faĢist  Almaniyasının  müxtəlif 
əsir düĢərgələrinin müsibətini görüb qayıdanlar da var idi. 
Müharibədən  sonrakı  illər  də  Zəngəzur  azərbaycanlıları  üçün  hər  mənada 
ağır  oldu.  Həm  dağıdılmıĢ  təsərrüfatı  becərmək  tələb  olunurdu,  həm  yaraları 
sağalmayan insanların müalicəsi lazım idi, həm də ataları müharibədən qayıtmamıĢ 
yetim uĢaqları böyütmək lazım idi (82, 174). 
...Azərbaycanlıların yeni yaşayış yerinə köçmək istəmədikləri barədə bizim 
tərəfimizdən  çoxlu  faktlar  əldə  edilmişdir.  Belə  ki,  onlar  qəbiristanlığa  gedərək 
əzizlərinin qəbirlərini ziyarət  edirlər, ağlayıb Allaha yalvarırlar ki, onları doğma 
yurdlarından  köçürməsinlər.  Kolxozçuların  tarla  işlərinə  çıxmamaları,  meyvə 
bağlarını doğramaları, yaşayış evlərini və yardımçı tikililəri dağıtmaları haqqında 
faktlar  da  qeyd  edilmişdir...  (Ermənistan  SSR  Daxili  ĠĢlər  Naziri  Qriqoryanın 
Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 
№-li 3 may 1948-ci il tarixli arayıĢdan). 
 
GĠZLĠ DEPORTASĠYA, MƏNƏVĠ GENOSĠD 
 
Təəssüflər  olsun  ki,  biz  tarixin  cürbəcür  mərhələlərində  belə  hadisələri 
lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz 
səsimizi  lazımi  qədər  qaldırmamışıq.  Məhz  bunların  nəticəsində  də  1988-ci  ildə 
Ermənistan  Azərbaycana  artıq  açıq  təcavüz  edibdir.  O  dövrdə  Ermənistan 
ərazisində  qalmış  azərbaycanlılar  qısa  bir  müddətdə  Ermənistandan  zorla 
çıxarıldılar. 
Heydər ƏLĠYEV 
 
Təxminən 
1950-ci 
illərin 
ortalarından 
baĢlayaraq, 
Zəngəzurda 
azərbaycanlılara  qarĢı  deportasiya  və  mənəvi  genosid  siyasətinin  növbəti  dalğası 
baĢladı.  O  vaxtlar  dağ  kəndlərinin  iqtisadiyyatını  qaldırmaq,  dağ  kolxozlarının 
səmərəliliyini  artırmaq  məqsədilə  kolxozların  birləĢməsi  siyasəti  həyata  keçirildi. 
Təbii ki,  bu siyasət  ucdantutma  aparılmalı deyildi.  Müəyyən regionun təbii iqlim 
Ģəraiti,  iqtisadi  vəziyyəti,  insanların  məskunlaĢma  dərəcəsi,  sosial  statusu  və  s. 
amillər  nəzərə  alınaraq  kolxozların  birləĢdirilməsi  həyata  keçirilməli  idi.  Lakin  o 
vaxtkı  SSRĠ  hökumətinin  müvafiq  qərarından  bir  bəhanə  kimi  istifadə  edən 
Ermənistan hökuməti bu qərarı da Ermənistan ərazisində yaĢayan azərbaycanlılara 
qarĢı, o cümlədən Zəngəzurun dağ kəndlərində  yaĢayan azərbaycanlılara qarĢı bir 
repressiya aləti kimi istifadə etdi. 
Bir  çox  azərbaycanlı  kəndləri  həmin  siyasət  nəticəsində  dağıdıldı, 
boĢaldıldı,  baĢqa  kolxozlarla  birləĢdirildi,  bir  çox  kolxozlar  isə  heç  bir  əsası 

169 
 
olmadan  erməni  kolxozlarına  birləĢdirildi  və  birləĢmə  aparılarkən,  adətən, 
kolxozların inkiĢaf səviyyəsindən, onların böyük, kiçikliyindən asılı olmayaraq, bir 
qayda  olaraq,  azərbaycanlı  kəndinin  kolxozu  erməni  kolxozuna  birləĢdirildi  və 
kolxozun  bütün  əmlakı  erməni  kolxozuna  verilirdi.  Bunun  nəticəsində  də 
Azərbaycan  kəndlərinin  bir  hissəsi  boĢaldıldı,  kolxozlar  dağıdıldı  və  erməni 
kolxozuna,  erməni  kəndinə  birləĢən  kolxozların  da,  təbii  ki,  rəhbər  kadrları  ya 
iĢsizlik  səbəbindən  respublikanı  tərk  edərək  Azərbaycana  gəldi,  yaxud  da  özünə 
baĢqa sahədə iĢ tapmaq məcburiyyətində qaldı. 
Beləliklə,  30  ilə  yaxın  bir  müddətdə  Zəngəzurda  kolxoz  təsərrüfatının 
rəhbər  kadrları  kimi  yetiĢmiĢ  azərbaycanlılara  qarĢı  belə  bir  repressiya 
tədbiri görməklə kəndin və kolxozun rəhbəri statusuna yüksəlmiĢ insanlardan 
da,  bir  növ  Zəngəzur  erməniləri  xilas  oldular.  Eldə-obada  ağsaqqal,  sözü 
keçən  Ģəxs  kimi  tanınmıĢ,  ekstremal  situasiyalarda  camaatı  birləĢdirmək 
qabiliyyətində olan adamlar, tədriclə Vətəndən kənarlaĢdırıldılar. 
Onu  da  deyək  ki,  birləĢdirilən  kolxozların  içərisində  bəziləri  sonradan 
apardıqları  mübarizə  nəticəsində  ayrıldılar,  həm  kolxoz  kimi,  həm  kənd  kimi  öz 
müstəqilliklərini saxlaya bildilər. Misal olaraq, Sisyan rayonunun Urud kolxozunu 
qeyd  edə  bilərik.  Belə  ki,  1960-cı  ildə  Urud  kolxozu  qonĢu  Vağədi  kolxozuna, 
Sovetlik  də  Vağədi  Sovetliyinə  birləĢdirildi.  Urud  camaatının  apardığı  ardıcıl 
mübarizə  nəticəsində  1962-ci  ildə  Urud  kolxozu  Vağədi  kolxozundan  ayrıldı. 
Lakin  kolxoz  ayrılsa  da,  kənd  sovetliyi  ayrılmadı.  Kənd  sovetliyi  ermənilərlə 
qarıĢıq  olan  Vağədi  kəndində  qaldı  ki,  Sovet  sədri  də  uzun  illər  bir  qayda  olaraq, 
ermənilərdən ibarət idi. 
...Sisyan rayonunun Urut kənd sakini,  ÜK(b)P üzvü Salman İskəndərov  öz 
yoldaşları ilə söhbətində bildirmişdir: 
-  Bir  Sovet  vətəndaşı  kimi,  o,  Sovet  İttifaqının  istənilən  yerində  yaşamaq 
hüququna  malikdir.  Heç  bir  vəchlə  öz  evini,  mülkünü  və  Vətənini  atıb 
getməyəcəkdir. Stalin Konstitusiyasına görə, heç kəs onu zorla başqa yerə köçməyə 
məcbur  edə  bilməz.  Kolxozun  mühasibi  Fərzəliyev  Qüvvət  də  eyni  ruhda  çıxış 
edərək  bildirmişdir ki, o, Azərbaycana köçüb getməyəcəkdir və bu barədə  yoldaş 
Stalinə  məktub  yazmışdır...(Ermənistan  SSR  Daxili  ĠĢlər  Naziri  Qriqoryanın 
Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 
№-li 3 may 1948-ci il tarixli arayıĢdan). 
Kolxozların birləĢdirilməsi  nəticəsində Qafan rayonunun dağ kəndləri 
daha çox itkiyə məruz qaldı. 1950-ci illərdən baĢlayaraq, Qafan rayonundakı bir 
sıra  azərbaycanlı  kəndləri  bir  sovxozda  birləĢdirilmək  adı  altında  ləğv  edilərək, 
sıradan çıxarıldı.  Belə  ki,  Açağu  kəndi ġəhərcik  kolxozuna, AĢağı Gödəkli kəndi 
Sünik  sovxozuna,  Acıbac  və  Baharlı  kəndləri  Gığı  sovxozuna  BəkdaĢ  kəndi 
Gödəkli  kəndinə,  QovuĢud  kəndi  Kürdükan  kəndinə  birləĢdirildi.  Bu  kəndlərin 
bütün  əmlakı,  bütün  təsərrüfatı  kollektivləĢmə  dövründə  yarıxoĢ-yarızor  alınıb 
kolxoza  verilmiĢ  mal-heyvanı  bütövlükdə  alınaraq  birləĢdirdikləri  erməni 

170 
 
kolxozuna  verildi  və  kənd  camaatı  da  məcburiyyət  qarĢısında  həmin  kolxozda, 
həmin kənddə gedib iĢləməli, yaxud köçüb həmin kənddə yaĢamalı oldu. Kolxozun 
rəhbər kadrları kimi yetiĢmiĢ insanlar isə (kolxoz sədri, mühasib, briqadirlər, ferma 
müdirləri) artıq həmin statusda erməni kolxozunda iĢə qəbul edilmədilər. Ona görə 
də bu kadrlar rayonun ərazisini tərk edərək, Azərbaycana pənah gətirməli oldular. 
Zəngəzurda  yaĢayan azərbaycanlılara qarĢı aparılan repressiyalar, xüsusilə, 
1965-ci ildən sonra daha fəal, daha aktiv, daha ardıcıl və daha planauyğun bir Ģəkil 
aldı. Bunun da səbəbi çox güman ki, 1965-ci il aprelin 24-də Yerevanda keçirilmiĢ, 
guya ki, Türkiyədə ermənilərə qarĢı törədilmiĢ soyqırımın 50 illik yubileyi və o 50 
illikdən  sonrakı  yaranan  əhval-ruhiyyə  idi  ki,  həmin  əhval-ruhiyyə  də  xüsusilə, 
XuruĢĢovun  dövründəki  ab-havanın,  milli,  dini  zəmində  olan  münasibətlərə 
loyallığın  nəticəsində  özünü  fəal  surətdə  göstərməyə  baĢladı  və  1965-ci  ildən 
baĢlayaraq,  azərbaycanlılara  qarĢı  mənfi  münasibət  zaman-zaman  davam  etdi, 
müxtəlif Ģəkillərdə özünü göstərdi. 
Təxminən  bu  illərdən  sonra  demək  olar  ki,  o  vaxta  qədər  az-çox  rayon 
rəhbərliyində təmsil olunan azərbaycanlı kadrlar da sıxıĢdırılaraq, tamamilə sıradan 
çıxarıldılar.  Hələ  1965-1970-ci  illərə  qədər  rayonlarda  bir  neçə  rəhbər  vəzifədə 
azərbaycanlılardan  ibarət  kadrlar  iĢləyirdilərsə,  65-ci  ildən  baĢlayaraq,  həmin 
kadrlar da yavaĢ-yavaĢ "ixtisara düĢdü". Yalnız gözdən pərdə asmaq üçün rayonun 
katiblərindən  birini,  adətən  əlində  heç  bir  səlahiyyət  olmayan  3-cü  katibi 
azərbaycanlıdan ibarət seçirdilər (67, 51). Bir də ki, Ermənistan SSR Ali Sovetinə 
deputat seçkiləri vaxtı rayondan, adətən, bir nəfər azərbaycanlı, çox hallarda isə ya 
çoban,  ya  sıravi  kolxozçu,  ümumiyyətlə,  xalqın  sözünü  lazımi  səviyyədə  demək 
imkanına  malik  olmayan  insanları  deputat  seçirdilər,  bu  da  ki,  o  vaxtkı  SSR-i 
hökumətinin tələbindən irəli gələn bir məsələ idi. 
...Həmçinin  Artaşat,  Qarabağlar,  Oktomberyan,  Qafan,  Meğri  və  Sisyan 
rayonlarının azərbaycanlı əhalisi arasında qeyri-sağlam çıxışlar müşahidə olunur. 
Belə  ki,  Meğri  rayonunun  Vartanizor  kənd  sovetinin  sədri  Həmidov  Abdulla 
"Suvarma  kanalını  niyə  çəkmirsiniz"  sualına,  "neynirik  çəkib,  onsuz  da 
"axparlara" qalacaq", cavabını vermişdir... (Ermənistan SSR Daxili ĠĢlər Naziri 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin