Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

məsələsinə dair" adlı məqaləsində Qarabağın və Zəngəzurun iqtisadi-nəqliyyat və 
ərazi  baxımından  İrəvandan  çox  Bakı  ilə  bağlılığını  qeyd  etmiş,  bu  ərazilərin 
Azərbaycanda  qalmasının  məqsədəuyğun  olduğunu  göstərmiş,  eyni  zamanda 
Zəngəzura  və  Qarabağa  Azərbaycan  hökuməti  tərəfindən  lazımi  diqqət 
yetirilməməsini qeyd etmişdir (21). 
Bunu  da  söyləmək  yerinə  düĢərdi  ki,  o  vaxtkı  Azərbaycan  kommunist 
hökuməti  öz  fəaliyyətində  və  qəbul  etdiyi  qərarlarda  sərbəst  deyildi  və  bütün 
addımlarını Moskva ilə razılaĢaraq atırdı. Moskvanın isə siyasəti dəyiĢməz olaraq 
qalırdı.  Moskvaya  Zəngəzurun  və  Qarabağın  tarixən  kimin  torpağı  olması  o 
qədər  də  maraqlı  deyildi.  Moskvaya  Ermənistanda  Sovet  hökumətini  qurmaq 
maraqlı  idi.  Moskvaya  Zəngəzur  və  Qarabağ  əhalisinin  dərd  içərisində,  ac-
yalavac,  ölümlə  üz-üzə  yaĢaması  maraqlı  deyildi,  Moskva  üçün  Zəngəzurda 
sabitlik  yaradılması  maraqlı  deyildi,  Moskva  üçün  Azərbaycanı  və  Ermənistanı 
bir  sapla  barmağına  bağlayıb,  hər  iki  milləti,  hər  iki  ölkəni  özündən  asılı  etmək, 
özünün  hər  iki  ölkənin  hakim  mütləqi  olduğunu  bu  xalqlara  hər  an  xatırlatmaq 
maraqlı  idi.  Buna  görə  də  Sovet  Rusiyası  Azərbaycanda  Sovet  hökuməti 
qurulduqdan sonrakı 7 ay ərzində Zəngəzuru, Qarabağ və Naxçıvanı hər bəhanə ilə 
Azərbaycana qaytarmağın zəruriliyini qeyd edirdisə (71, 265), artıq Ermənistanda 
1920-ci  il  noyabrın  29-da  Sovet  hökuməti  qurulduqdan  sonra  Sovet  rəhbərliyi 
baĢqa bir tezislə "yalnız Sovet hakimiyyəti Zəngəzuru Ermənistana birləşdirə bilər 
və Qarabağa muxtariyyat hüququ verə bilər" tezisi ilə çıxıĢ etməyə baĢladı. 
Əgər  Ermənistanda  Sovet  hökuməti  qurulana  qədər  Stalin  "Zəngəzur  və 
Naxçıvanı Ermənistanın indiki hökumətinə vermək  olmaz" tezisi ilə çıxıĢ edirdisə, 

156 
 
Ermənistanda  Sovet  hakimiyyəti  qurulduqdan  cəmi  iki  gün  sonra  həmin  Stalin 
dekabrın 1-də Bakı Sovetində keçirilən iclasda  N.Nərimanovu  Zəngəzurun Sovet 
Ermənistanına verilməsi barədə bəyanatla çıxıĢ etməyə məcbur etmiĢdir. 
Tarixə Nərimanov bəyanatı ilə daxil olmuĢ bu sənəd AK(b)P MK siyasi və 
təĢkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirilən iclasında qəbul edilmiĢ və 
bəyanatın  oxunması  N.Nərimanova  həvalə  edilmiĢdir  (20).  Həmin  iclasda 
müzakirə  olunan  məsələlərdən  biri  də  Ermənistanda  Sovet  hakimiyyətinin  elan 
olunmasına  münasibət  bildirilməsi  ilə  bağlı  olmuĢdur.  Həmin  məsələ  ilə  əlaqədar 
qəbul  olunmuĢ  qərarda  "Sovet  Azərbaycanı  ilə  Sovet  Ermənistanı  biri-biri  ilə 
qırılmaz  tellərlə  bağlıdır,  bu  iki  ölkə  arasında  heç  bir  sərhəd  mövcud  deyildir, 
Zəngəzur və Naxçıvan Ermənistana verilir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə 
öz  müqəddəratını  təyin  etmək  hüququ  verilir"  kimi,  Azərbaycan  üçün  zərərli 
müddəalar göstərilmiĢdi (8, v 51). 
Həmin qərar əsasında hazırlanmıĢ N.Nərimanovun bəyanatında isə "bundan 
belə də heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın - ermənilərin 
və  müsəlmanların  bir-birinin  qanını  tökmək  üçün  səbəb  ola  bilməz,  Zəngəzur  və 
Naxçıvan  qəzaları  Sovet  Ermənistanının  ərazisidir,  Dağlıq  Qarabağın  əməkçi 
kəndlilərinə  isə  öz  müqəddəratını  təyin  etmək  hüququ  verilir,  Zəngəzurun 
hüdudlarında  bütün  hərbi  əməliyyatlar  dayandırılır,  Sovet  Azərbaycanının 
qoşunları buradan çıxarılır" kimi müddəalar öz əksini tapmıĢdır. Bu bəyanat Sovet 
Rusiyasının  Azərbaycanda  təmsilçiləri  olan  Ġ.Stalin  (141,  14)  və  S.  Orconikidze 
tərəfindən  sevinclə  qarĢılanmıĢ  və  "yüksək"  qiymətləndirilmiĢdir.  Ġ.Stalin 
"Nərimanovun  bəyanatını"  tamamilə  bəyəndiyini  bildirmiĢ  və  onun 
Ermənistanla  müsəlman  dünyası  arasındakı  çox  əsrlik  düĢmənçilik  və  qanlı 
müharibələri birdəfəlik aradan qaldırmaqla güney Qafqaz və bütün ġərq xalqlarının 
tarixində yeni səhifə açdığını qeyd etmiĢdir. 
Q.Orconikidze bu bəyanatı "bəĢəriyyət tarixində nümunəsi olmayan mühüm 
əhəmiyyətli  tarixi  akt"  kimi  qiymətləndirmiĢ  və  hətta  torpaqları  əlindən  alınmıĢ 
Azərbaycana  "Zəngəzur  məhsulsuz  dağlardır,  taxılı  yox,  suyu  yox,  Naxçıvan 
bataqlıq  və  malyariyadan  başqa  bir  şey  deyildir,  Qarabağda  da  heç  nə  yoxdur, 
sanki  Sovet Azərbaycanı artıq yükdən xilas olur"  -  deyərək (170, 140) minnət  də 
qoymuĢdur. 
Düzdür,  N.Nərimanov  sonradan  Naxçıvan,  Qarabağ  və  Zəngəzurla  bağlı 
qərara  etiraz  etmiĢ,  Leninə  müxtəlif  müraciət  və  teleqramlar  göndərərək 
Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  olunmasına  müəyyən  cəhdlər 
göstərmiĢdir, lakin  necə  deyərlər artıq qatar getmiĢdi,  artıq  Azərbaycanın ixtiyarı 
özündə  deyil,  Moskvada  idi.  Artıq  Azərbaycanın  taleyini  özü  deyil,  Moskva  həll 
edirdi. 
O zaman regionda aparılan siyasət Azərbaycanın əleyhinə idi. 

157 
 
O  zaman  Sovet  Rusiyasının  Xarici  ĠĢlər  komissarının  müavini 
milliyyətcə  erməni  olan  Qaraxan,  Sovet  Azərbaycanının  Ermənistandakı 
fövqəladə nümayəndəsi isə erməni Dövlətov idi. 
Bütün  bunlarla  yanaĢı,  təəssüflə  olsa  da,  qeyd  etməliyik  ki,  Azərbaycanın 
hökuməti də Zəngəzur və Qarabağ, bu torpaqların qorunması və əldə edilməsi üçün 
lazım  olan  fəaliyyəti  ya  həyata  keçirə  bilməmiĢ,  ya  da  həyata  keçirmək 
istəməmiĢdir.  Dağlıq  Zəngəzurda  məskən  salaraq  möhkəmlənən  və  vaxtaĢırı  öz 
təxribatçı  fəaliyyətini  davam  etdirən,  Azərbaycan  kəndlərinə  quldur  basqınları 
edən,  Gorusda  və  Qubadlıda  yerləĢən  qəza  Ģuralarını  təhlükə  altında  saxlayan 
daĢnak  Njdenin  silahlı  qüvvələri,  onun  Tevan  və  Tarxan  kimi  əlaltıları  Sovet 
Ġrəvanından  daimi  olaraq  hərbi  yardım,  maddi  və  siyasi-ideoloji  təminat  aldıqları 
halda,  Azərbaycan  hökuməti  Birinci  Dünya  müharibəsindən  bu  yana  Zəngəzuru 
erməni  basqınlarından  qoruyub  saxlayan  Zəngəzur  azərbaycanlılarını  tamamilə 
məhv  olmaqdan  xilas  edən,  Andronik  kimi  təhlükəli  bir  canini  Zabıx  dərəsində 
darmadağın edərək qaçmağa məcbur edən, Zəngəzur müsəlmanları arasında böyük 
güc  və nüfuz sahibi olan Sultanov qardaĢlarının - Xosrov bəyin və Sultan bəyin 
imkanlarından  nəinki  istifadə  etmədi,  hətta  öz  yurdunu  və  millətini  sevən  bu  iki 
qəhrəman  qardaĢa  qarĢı  inamsızlıq  nümayiĢ  etdirərək  onları  və  onların 
tərəfdarlarını özündən incik saldı, Zəngəzuru müdafiəsiz qoydu. 
Sultanovlara  münasibətdə  bakılı  kommunistlərlə  Ġrəvandakıların  fikirləri 
üst-üstə  düĢürdü.  Hələ  1920-ci  il  mayın  12-də  daĢnak  Ermənistanının  Xarici  ĠĢlər 
Nazirliyi  Azərbaycan  ġura  hökumətinə  Xosrov  bəy  Sultanovla  bağlı  göndərdiyi 
notada  "erməni  qırğınlarının  təşkilatçısı  Sultanov  qırmızı  lent  taxaraq  yenə  də 
hakimiyyətdədir", - yazırdı (7, v 3). 
Xosrov bəy üçünsə hansı hakimiyyətin olmasının o qədər də fərqi yox idi. 
O,  Qarabağın  general-qubernatoru  olanda  da  (ADR  hökuməti  zamanı),  ġuĢa 
inqilab komitəsi sədri olanda da eyni Ģövqlə, eyni məsuliyyətlə, eyni cəsarətlə öz 
mübarizəsini  davam  etdirirdi.  Xosrov  bəyin  mübarizəsi  yurd  uğrunda,  torpaq 
uğrunda,  Vətənin  bütövlüyü  uğrunda  mübarizə  idi  -  buna  görə  də  müqəddəs 
mübarizə idi.  Xosrov bəy düĢmənini tanıyırdı  -  Azərbaycan torpağına  göz dikən, 
onu parçalayan yadelli idi Xosrov bəyin düĢməni. Xosrov bəy üçün fərqi yox idi - 
bu  düĢmən  daĢnak  Ģapqası  qoymuĢdur,  yoxsa  kommunist  Ģlyapası.  O  qardaĢı 
Sultan  bəylə  birlikdə  özünün  müqəddəs  mübarizəsini  aparırdı  -  mərdi-mərdanə, 
düĢmənin gözünün içinə dik baxa-baxa. 
Sultanov qardaĢlarının mahalda hörməti böyük idi. Azərbaycan türkləri də, 
kürdlər də bu qardaĢların mərdliyinə inanırdılar. Hər an onlara arxa, kömək olmağa 
hazır  idilər.  Hələ  Azərbaycanda  Demokratik  Cümhuriyyətin  zamanı  Xosrov 
bəy  Sultanov  Gorusa  girmək,  Zəngəzurun  yuxarı  hissələrinin  daĢnaklardan 
təmizlənməsi  üçün  icazə  istəmiĢdisə  də,  ona  nə  icazə,  nə  də  lazımi  köməklik 
verilməmiĢdi.  Nəhayət,  belə  imkanı  1920-ci  ilin  martında  əldə  edən  X.Sultanov 
Novruz bayramı qabağı ermənilərin ġuĢada qaldırdığı qiyamı müvəffəqiyyətlə dəf 

158 
 
etdi,  Qarabağdakı  bütün  daĢnak  təmayüllü  qüvvələri  zərərsizləĢdirdi,  erməni 
əməkçiləri  ilə  vətəndaĢ  sülhünün  əldə  olunmasını  təmin  etdi.  QardaĢı  Sultan  bəy 
Sultanovla  birlikdə  Zəngəzurun  azad  edilməsi  planını  iĢləyib  hazırlayan  Xosrov 
bəy  lazımi  əsgəri  qüvvə  toplayıb  silahlandırdı.  Təəssüf  ki,  böyük  bir  tarixi 
missiyanı  həyata  keçirməyə  ona  zaman  imkan  vermədi.  Aprelin  sonlarına 
planlaĢdırılmıĢ  azadlıq  əməliyyatını  həyata  keçirmək  nə  Sultanov  qardaĢlarına, 
nə  də,  ümumiyyətlə,  Azərbaycan  xalqına  qismət  olmadı.  Bakıda  hakimiyyət 
çevriliĢi baĢ verdi, X.Sultanovu general-qubernator edən milli hökumət çökdü... 
Gələn hökumət isə milli deyildi. Gəlmə idi. Gətirilmə idi. Milliyə qarĢı 
idi.  Bu  hökumətə  milli  birlik  deyil,  milli  qarĢıdurma  gərək  idi.  Bu  hökumət 
dovĢana  qaç  deyirdi,  tazıya  tut.  Amma  özünə  lazım  olanda  bu  hökumət 
dovĢanı araba ilə tutmağı da bacarırdı. Bu hökumət atlını atdan düĢürdürdü. 
Ömrü-billah atı olmayanı ata mindirirdi. At belində gəzmiĢi piyada qoyurdu, 
at  beli  görməyəni  atlı  edirdi.  Bu  hökumətin  naĢı  çaparı  da  kor  atı  minib 
köndələninə  çapırdı.  Millət  və  dövlət,  vətən  və  xalq  yaddan  çıxmıĢdı.  Bu 
hökumət üçün bir millət var idi - varı olmayan. Bu hökumət üçün bir düĢmən 
var idi - varı olan. 
Milli  mübarizəni  sinfi  mübarizə  əvəz  etmiĢdi.  Torpağı  və  hakimiyyəti 
millətin  əlindən  alıb,  zümrənin  əlinə  vermiĢdilər.  Bəlkə  də,  doğrudan  da,  ġura 
hökumətinin ilk illərində  bu  hökumət üçün fərqi  yox idi  -  Zəngəzur azərbaycanlı 
kəndlisinin olacaq, yoxsa erməni kəndlisinin. Moskvadakı ġura hökuməti üçün bu 
məsələ  sözün həqiqi mənasında, o qədər də önəmli deyildi. Ancaq Bakıdakı ġura 
hökuməti üçün gərək önəmli olaydı. Necə ki, Ġrəvandakı ġura hökuməti yarandığı 
gündən  Zəngəzur  məsələsinə  önəm  verirdi  və  bu  məsələni  Ermənistanın  həyati 
vacib məsələsi sayırdı. 
Erməni bolĢevikləri hətta Sovet Rusiyasının qarĢısında Ģərt də qoymuĢdular: 
- Naxçıvanı, Zəngəzuru və Qarabağı Azərbaycandan alıb Ermənistana birləĢdirdiyi 
təqdirdə  biz  Ermənistan  ġura  hökumətini  yarandığını  elan  edəcəyik.  Erməni 
kommunistləri milli məsələdə bizim kommunistləri qabaqladılar. 
Erməni  kommunistləri  daĢnak  qoĢununun  komandiri,  Zəngəzur 
azərbaycanlılarının  qaniçəni  general  Dronu  Ermənistanın  mənafeləri  naminə, 
ermənilərin mövqelərini Zəngəzurda möhkəmlətmək üçün, Zəngəzur torpaqlarında 
erməni hakimiyyəti qurmaq üçün erməni Sovet qoĢunlarının bölgədəki komandanı 
vəzifəsinə təyin etdikləri halda, azərbaycanlı kommunistlər Moskva və Ermənistan 
tərəfindən ortaya atılmıĢ Qırmızı Kürdüstan avantürasını əlində bayraq edərək, 
Xosrov  bəy  Sultanovu  millətçilikdə  təqsirləndirib  həbs  etdirdilər,  Sultan  bəy 
Sultanovu isə qaçaq saldılar (71, 276). 
Sultanovlar  Azərbaycan  hökuməti  ilə  döyüĢəsi  deyildilər.  Sultanovların 
davası  ermənilər  ilə  idi,  millət  davası,  yurd  davası,  haqq  davası  idi.  Sultanovlar 
hökumət davası etmirdilər. ġaiələrə rəğmən, Sultanovlara qırmızı Kürdüstan gərək 
deyildi.  Sultanovlara,  ümumiyyətlə,  qırmızı  gərək  deyildi.  Əslində  o  vaxtkı 

159 
 
Zəngəzurun  kürd  əhalisi  (kürdlər  Zəngəzura  XVII  əsrdə  gəlmiĢ  və  indiki  Laçın, 
Qubadlı  və  Zəngilan  rayonlarının  bir  neçə  kəndində  məskunlaĢmıĢdılar.  müəl:) 
dövlət qurmaq iqtidarında və halında deyildilər. 
Zəngəzur  kürdünü  dövlət  qurmaqdan  çox,  əmin-amanlıq  Ģəraitində  mal-
qoyununu  otarıb,  tarlasını  Ģumlayıb,  əkinini  əkmək  və  birtəhər  külfətini 
dolandırmaq düĢündürürdü. 
Ġkinci bir tərəfdən, kürdlərin Azərbaycandan ayrılmasının nə siyasi-ideoloji, 
nə də tarixi-coğrafi əsası yox idi. DaĢnak Andronik və onun qaniçən davamçıları 
Azərbaycan türkləri ilə yanaĢı, kürdləri də qanına qəltan etmiĢdi. Digər tərəfdən 
hələ Anadoluda kürdlərlə ermənilər arasında milli-etnik və dini zəmində baĢlamıĢ 
dərin  düĢmənçilik  unudulmamıĢdı.  Eyni  zamanda  müsəlman  kürdlərin  öz 
dindaĢlarından ayrılıb xaçpərəst ermənilərə sığınmağı da ağılasığan deyildi. 
Hər halda ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarını göz-bəbəyi kimi 
qoruyan Sultanov qardaĢlarına qarĢı tarixi ədalətsizlik olmuĢdur və təəssüf ki, 
bu igid qardaĢların xidmətləri indiyədək öz qiymətini almamıĢdır. 
Zəngəzurun  Ermənistana  bağıĢlanmasında  baĢqa  bir  diqqət  çəkən  məqam 
isə  Azərbaycan  Sovet  hökumətinin  rəhbərliyində  N.Nərimanov  istisna  olmaqla 
milli və vətənpərvər ruhlu azərbaycanlıların, demək olar ki, olmaması idi. 
N.Nərimanov  o  illərdə  V.Ġ.Leninə  yana-yana  yazırdı:  "HəmiĢə  Denikini 
müdafiə  edən  Ermənistan  müstəqillik  qazanır  və  əlavə  olaraq  da  Azərbaycan 
torpaqlarını  alır.  Zaqafqaziya  respublikaları  arasında  hamıdan  əvvəl  özünü  Sovet 
Rusiyasının  ağuĢuna  atan  Azərbaycan  isə  həm  müstəqilliyini,  həm  də  ərazisini 
itirir. Azərbaycanın indiki vəziyyəti elədir ki, Mirzəyanlar heç bir maneəsiz onun 
taleyini  həll  edirlər"  (11,  v  42).  Taleyi  Mirzəyanlardan  asılı  olan  Azərbaycanın 
aqibəti  bundan  da  pis  ola  bilərdi.  YaxĢı  ki,  bu  millətin  o  vaxt  Nəriman 
Nərimanov, 1940-cı illərdə Mircəfər Bağırov, 1969-82 və 1993-cü ildən sonrakı 
dövrlərdə Heydər Əliyev kimi oğulları olub. 
1920-21-ci  illərin  mürəkkəb  siyasi  tarixini  araĢdırdıqda  N.Nərimanovun 
Azərbaycanın  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  qorunmasında  nə  qədər 
cəhdlər göstərdiyi, mübarizə apardığı və uğursuzluğa düçar olduğu bütün gərginliyi 
və  ağrıları  ilə  göz  önündə  canlanır.  N.Nərimanovun  bu  mübarizəsi  hava  Ģəraitini 
düzgün hesablamadan dənizə çıxmıĢ, cəsur dənizçinin çevrilmiĢ qayığını və özünü 
xilas etmək cəhdləri idi. Nərimanovun   digər bir səhvi isə, fikrimizcə, Moskvaya, 
Leninə  arxalandığı,  güvəndiyi  qədər,  öz  xalqına  arxalanmaması  idi.  Bəlkə  də 
N.Nərimanov, Ə.Qarayev və M.Hüseynovla birlikdə AK(b)P-MK-nın 1920-ci il 
30  noyabr  tarixli  büro  iclasında  Q.Orconikidze,  S.Ter-Danielyan,  Y.Stasova, 
Q.Kaminski  və  baĢqalarına  Zəngəzurun  Ermənistana  verilməsi  barədə  qərar 
qəbul  etməyə  mane  ola  bilsəydi  və  bir  gün  sonra  tarixə  bədnam  "Nərimanov 
bəyanatı"  kimi  daxil  olmuĢ  çıxıĢı  etməsəydi,  Zəngəzuru  bağıĢlamaqla  yanaĢı, 
Ermənistana iki yüz milyon manatlıq kredit ayırmasa idi, əksinə, Azərbaycan 
ordusunu, yaxud milisini Sultan bəy Sultanovun köməyinə göndərsə idi, Zəngəzur 

160 
 
könüllülərinə  silah  və  patron  yardımı  etsə  idi,  referendum  keçirilməsi,  yaxud 
baĢqa bir siyasi manevr edə bilsə idi, indi hər Ģey tamamilə baĢqa cür ola bilərdi. 
Lakin Nərimanov aldandı və gecikdi. 
Erməni kommunistləri isə gecikmədilər. Azərbaycanı parçalamaq və bizim 
torpaqlarımızın 
hesabına  yaratdıqları  dövlətlərinin  ərazilərini  daha  da 
geniĢləndirmək məqsədilə daĢnakların baĢladıqları, lakin müvəffəq ola bilmədikləri 
iĢğalı baĢa çatdırdılar. 
1921-ci  il  iyulun  20-də  Ermənistan  SSR  Xalq  Komissarları  Soveti 
respublikanın  ərazi  bölgüsünü  9  qəzadan  ibarət  olmaqla  təsdiq  etdi. 
Doqquzuncu qəza indiki Sisyan, Qafan, Gorus rayonları və Meğri rayonunun 
bir hissəsinin ərazisindən ibarət olan Zəngəzur qəzası elan olundu (165, 62). 
Zəngəzurun böyük bir hissəsini ələ keçirən Ermənistan 1921-ci ilin yayına 
qədər bu ərazilərdə özünün yerli hakimiyyət orqanlarını yaratdı. Sisyan, Gorus və 
Qafan  rayonlarından  qaçqın  düĢmüĢ  azərbaycanlıların  geriyə  qaytarılması  barədə 
rəsmi razılaĢma olmasına baxmayaraq, Ermənistan hökuməti qaçqınların öz dədə-
baba  yurdlarına  qaytarılması  məsələsini  hər  vasitə  ilə  əngəlləməyə  çalıĢırdı.  Bu 
məqsədlə Ermənistan Ġnqilab komitəsi 1921-ci ildə qaçqınlar haqqında qərar qəbul 
etdi.  Həmin  qərarda  Ermənistan  hökuməti  ərzaq,  nəqliyyat  və  yer  məsələləri  həll 
olunana qədər Ermənistana qaçqın axınının dayandırılmasını məqsədəuyğun sayır, 
sərhəd  məntəqələrinə  isə  geriyə  qayıdan  azərbaycanlı  qaçqınları  Ermənistan  SSR 
ərazilərinə buraxmamağı tapĢırırdı (10, v 11). 
Təbii ki, bu qərar Azərbaycan türklərinin min illərcə yaĢadıqları dədə-baba 
yurdlarına  qayıtmasının  qarĢısını  almaq  üçün  idi.  Yoxsa  geriyə  qayıdan 
azərbaycanlı qaçqın Ermənistan hökumətindən nə nəqliyyat istəmirdi, nə ərzaq, nə 
də  ki,  əlavə  torpaqlar.  Öz  kəndinə  qayıdıb,  öz  dağılmıĢ  ev-eĢiyini  bərpa  edən 
azərbaycanlı sakinlər öz torpaqlarını əkib, öz çörəklərini daĢdan da olsa çıxaracaq 
idilər. Qaçqın məsələsi ilə bağlı erməni siyasətinin ikiüzlülüyü özünü həm də onda 
göstərirdi  ki,  azərbaycanlıları  öz  doğma  torpaqlarına  buraxmayan  hökumət 
Konstantinopola,  Misirə,  Bolqarıstana  və  Rumıniyaya  müraciət  edərək  orada 
yaĢayan ermənilərin Ermənistan SSR ərazilərinə köçürülməsini təklif edirdilər. 
Məhz  bu  deportasiya  siyasətinin  nəticəsidir  ki,  1918-20-ci  illərdə 
Zəngəzurdan  qovulmuĢ  60  mindən  artıq  azərbaycanlının  1926-cı  ildə  yalnız  5 
mini qayıdıb, öz əvvəlki kəndlərində məskunlaĢmıĢdı. Beləliklə, ermənilərin uzun 
illər  düĢündüyü  və  ardıcıl  həyata  keçirdiyi  soyqırım  və  deportasiya  siyasətinin 
nəticəsində azərbaycanlıların qədim torpaqlarından olan  Zəngəzur demək olar ki, 
1930-cu illərə qədər türksüzləĢdirildi. 
Zəngəzurun  Ermənistana  verilməsi  prosesi  təəssüflər  olsun  ki,  sonrakı 
illərdə  də  davam  etdirildi.  1927-ci  ildə  Zaqafqaziya  MĠK  Rəyasət  heyətinin 
qərarı ilə Azərbaycanın Mehri-Cəbrayıl qəzasının 27 kəndi, Zəngəzur - Kürdüstan 
qəzasının isə 10 min desyatindən çox yaylaq ərazisi Ermənistana peĢkəĢ edildi. 
1929-cu il fevralın 18-də isə Zaqafqaziya MĠK Rəyasət Heyətinin M.Sxakayanın 

161 
 
sədrliyi,  Azərbaycan  nümayəndələrindən  isə  D.Bünyadzadə,  M.Bağırov  və 
S.Yaqubovun  iĢtirakı  ilə  keçirilən  iclasının  qərarı  ilə  Zəngilan  rayonunun  daha  3 
kəndi - Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilməklə Zəngəzurda 
daha bir erməni rayonu - Meğri rayonu təsis edildi. 
Onu da qeyd etmək lazımdır ki, bu 3 kəndin Ermənistan SSR-yə verilməsi 
barədə Zaqafqaziya MĠK Rəyasət Heyətinin qərarı yalnız 40 ildən sonra - 1969-cu 
il  mayın  7-də  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti  tərəfindən  təsdiq 
olunmuĢdur  (71,  296).  Zəngəzurun  qərb  hissəsinin  Ermənistana  bağıĢlanması  ilə 
Azərbaycanın ərazi bütövlüyü pozuldu, Naxçıvan kimi mühüm strateji əhəmiyyətə 
malik  olan  bir  bölgə  respublikadan  aralı  düĢdü,  Türkiyə  kimi  tarixi  və  strateji 
partnyorla  Azərbaycanın  əlaqəsi  xeyli  zəiflədi.  Zəngəzura  tədriclə  qayıdaraq  öz 
ata-baba  yurdlarında  məskunlaĢan  azərbaycanlıların  da  Ermənistan  SSR-nin  digər 
bölgələrində  yaĢayan  azərbaycanlılar  kimi  Azərbaycan  Respublikası  ilə  iqtisadi, 
mədəni,  mənəvi,  elmi  və  s.  əlaqələri  son  dərəcə  zəiflədi  və  bu  insanların  öz 
yurdlarında məskunlaĢması və inkiĢafı prosesinə çox ciddi zərbələr vurdu. 
 
 

162 
 
IV HĠSSƏ 
 
ÖLMƏYƏ VƏTƏN YAXġI 
 
QAYIDIġ 
 
Beləliklə, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın soydaşımız öz tarixi 
vətənlərindən  köçürülmüş,  etnik  təmizləmə  siyasətinin  qurbanına  çevrilərək 
öldürülmüş və didərgin salınmışdır. 
Heydər ƏLĠYEV 
 
Zəngəzur Ermənistana verildikdən  sonra  bir il ərzində  Zəngəzurdakı  əksər 
yaĢayıĢ məntəqələrində sovet hökumətinin yerli strukturları formalaĢmağa baĢladı. 
Zəngəzurda  beĢ  ilə  yaxın  bir  müddətdə  azərbaycanlıların  qətlinə  fərman  vermiĢ, 
qanını  tökmüĢ,  sonradan  Sovet  ordusunun  qırmızı  Ģapkasını  geymiĢ  Dronun  və 
Njdenin  quldur  dəstələri  də  tədriclə  çəkilib  getdilər.  1922-ci  ilin  əvvəllərindən 
baĢlayaraq,  Zəngəzurda,  eləcə  də  Ermənistan  SSR-lə,  Azərbaycan  SSR-nin 
sərhədlərində əmin-amanlıq, sakitlik bərpa olunmağa və dinc həyat yavaĢ-yavaĢ öz 
axarına  düĢməyə  baĢlamıĢdı.  Bu  sakitlikdən  istifadə  edən  Zəngəzurun  didərgin 
düĢmüĢ  azərbaycanlıları  Ermənistan  hökuməti  tərəfindən  göstərilən  hər  cür 
müqavimətə  və  maneçiliyə,  qoyulan  bəzi  qadağalara  baxmayaraq,  tədriclə,  hissə-
hissə, yüz əzab-əziyyətlə öz doğma yer-yurdlarına dönməyə baĢladılar. 
Zəngəzur azərbaycanlılarının öz ata-baba yurdlarından deportasiyası, qaçqın 
düĢmələri nə qədər çətin və ağrılı bir proses idisə, onların geriyə dönüĢü də o qədər 
çətin və mürəkkəb, o qədər də ağrılı bir proses idi. Geriyə qayıdanlar üçün dövlət 
tərəfindən heç bir təminat və yardım yox idi. Qaçqınların geriyə dönməsi prosesi 
pərakəndə  Ģəkildə,  nə  Azərbaycan  hökuməti  tərəfindən,  nə  də  Ermənistan 
hökuməti tərəfindən heç bir nəqliyyat vasitəsi, maddi köməklik, siyasi dəstək 
almadan həyata keçirilirdi. Ġnsanlar ailə-ailə, tayfa-tayfa, nəsil-nəsil hərə özünün 
imkanı  daxilində  əldə  etdiyi  nəqliyyat  vasitəsinə  (bu  nəqliyyat  vasitəsi  adətən 
ailələrin  malik  olduğu  -  at,  öküz,  inək,  ulaq  kimi  ev  heyvanlarından  ibarət  idi) 
özlərinin  az-çox  qoruyub  saxlaya  bildikləri  yataq,  geyim  və  məiĢət  əĢyalarını 
yükləyərək Vətənə doğru gəlirdilər. 
Vətəndə,  əlbəttə  ki,  onları  imarətlər,  rahat,  dinc  həyat  gözləmirdi. 
Döndükləri Vətəndə onları heç kəs gül-çiçəklə qarĢılamırdı. Ancaq bu çətinliklərə, 
bu ağırlıqlara baxmayaraq, Azərbaycan türkü öz elinə, obasına, yurduna qayıdırdı. 
"Qürbət cənnət olsa da, yenə Vətən yaxĢıdır" - deyən bir xalq üçün Azərbaycanın 
Ģərqi  heç  də  qürbət  deyil.  Azərbaycanın  Ģərqi  də  Vətəndir.  Ancaq  həmin  o 
proseslərin  tarixi  xronologiyasına  gəldikdə,  həmin  o  prosesləri  1948-52-ci  illərin 
deportasiyalarından  sonrakı  proseslərlə,  yəni  o  vaxt  deportasiya  olunmuĢ 
soydaĢlarımızın yenidən imkan tapdıqca, fürsət əldə etdikcə Qərbi Azərbaycandakı 

163 
 
ocaqlarına  dönməsi  prosesi  ilə  müqayisə  etdikdə  bir  daha  əmin  olursan  ki, 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin