Ġdeya və layihə müəllifi


Qriqoryanın  Azərbaycan  KP  MK-nın  birinci  katibi  Mir  Cəfər  Bağırova



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

Qriqoryanın  Azərbaycan  KP  MK-nın  birinci  katibi  Mir  Cəfər  Bağırova 
göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayıĢdan). 
Bu dövrdən baĢlayaraq, demək olar ki, Zəngəzurda ali təhsilli kadrlar yalnız 
kənd  müəllimlərindən  ibarət  idi.  Nə  həkimləri,  nə  mühəndisləri,  nə  də  kənd 
təsərrüfatı  bölgəsi  olmasına  baxmayaraq,  kənd  təsərrüfatı  mütəxəssislərini,  nə 
iqtisadçıları, nə baĢqa sahənin ali təhsilli azərbaycanlı mütəxəssislərini, bir qayda 
olaraq, Zəngəzurun heç bir rayonunda iĢə  götürmürdülər. Az-çox imkan tapıb iĢə 
qəbul  olunan,  rayon  mərkəzində  müəyyən  iĢlə  təmin  olunan  azərbaycanlılar  isə 
qısa  müddət  ərzində  müxtəlif  Ģantajlar,  müxtəlif  hədə-qorxular  və  müxtəlif 
təzyiqlərə  məruz  qalaraq  iĢlərini,  vəzifələrini  təhvil  verməli  olurdular  və  bu 
səbəblərə  görə  Zəngəzur  azərbaycanlıları  içərisində  ali  təhsillilərinin  sayının  çox 

171 
 
olmasına  baxmayaraq,  ali  təhsil  alanların  demək  olar  ki,  öz  ata-baba  yurdlarına 
qayıdıb  orada  babalarının  baĢladıqları  həyatı  davam  etdirməyə,  öz  yurdlarının 
çırağını yandırmağa imkanları yox idi. 
Bu da repressiyanın bir növü idi, deportasiyanın xroniki bir forması idi 
və  ermənilər  də  bilə-bilə  bu  Ģəraiti  yaradaraq,  azərbaycanlıları  orada  bir  el 
kimi, bir oba kimi, bir yurd kimi kök salmağa, geniĢlənməyə, təĢkilatlanmağa 
qoymurdular. 
...Qafan  rayonunun  Siznək  kənd  kolxozunun  sədri  Tağıyev  Bəşir 
Azərbaycana  köçmək  istəmədiyini  öz  həmkəndliləri  ilə  söhbətində  belə  ifadə 
etmişdir: 
-  "Buradan  heç  yana  getməyəcəyik,  qoy  bizi  burada,  yerimizdəcə 
öldürsünlər"...  (Ermənistan  SSR  Daxili  ĠĢlər  Naziri  Qriqoryanın  Azərbaycan 
KP MK-nın birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 №-li 3 may 
1948-ci il tarixli arayıĢdan). 
Azərbaycanlılara  qarĢı  aparılan  digər  mənəvi  deportasiya  amillərindən 
biri də Azərbaycan dilinin demək olar ki, yasaq olunması idi. Hələ 60-cı illərin 
ortalarına  qədər  Zəngəzurun  hər  4  rayonunda,  istər  Sisyanda,  istər  Gorusda,  istər 
Qafanda,  istər  Meğridə,  erməni  qəzeti  ilə  yanaĢı,  Azərbaycan  dilində  də  qəzet 
çıxırdı, sonra qəzetin bir səhifəsini Azərbaycan dilində  nəĢr etdilər. 1965-ci ildən 
sonra  isə  yalnız  Qafan rayonunda  qəzetin bir səhifəsi  Azərbaycan dilində  çıxırdı, 
qalan  3  rayonda  Azərbaycan  dilində  qəzet  buraxmadılar.  Azərbaycan  dilində 
verilən  suallara  ermənilər  Azərbaycan dilini  yaxĢı bilsələr  də, çünki onların çoxu 
Türkiyədən,  Ġrandan  köçüb  gəlmiĢ  ermənilər  idi,  onların  ailələri  idi,  cavab 
vermirdilər.  Nəinki  cavab  vermirdilər,  hətta  təhqiramiz,  aqressiv  ifadələrlə  onları 
pisikdirdilər.  Azərbaycanlı  xəstə  erməni  həkiminə  öz  dərdini,  öz  ağrısını 
ermənicə danıĢmağa məcbur idi. Hətta azərbaycanlılar bəzən onlara rusca da sual 
verəndə,  müraciət  edəndə  belə,  -  "ermənicə  danıĢ,  dövlətin  dilində  danıĢ"-, 
cavabını alırdılar. Bu da insanları hər dəqiqə sıxırdı, hər dəqiqə onları alçaldırdı və 
onların  öz  vətənlərində,  yaĢadıqları  rayonda  ikinci  növ  insan  olduqlarını  onlara 
xatırladırdı.  Bu,  mənəvi  baxımdan,  çox  ağır  keçirilən  bir  psixoloji  hal  idi  və 
Zəngəzur  azərbaycanlıları  da  1988-ci  illərin  sonlarına  kimi  bu  halı  yaĢamalı 
oldular. 
ZƏNGƏZURDA TƏHSĠL 
 
O illərin ağrıları, çətinlikləri ilə yanaşı, böyük nailiyyətləri də olmuşdur. Ən 
böyük  nailiyyət  bundan  ibarət  olmuşdur  ki,  xalqımız  savadlanmış,  onun  mədəni 
səviyyəsi  yüksəlmiş,  Azərbaycanın  böyük  elmi  yaranmış,  respublikamızın  milli 
mədəniyyəti yüksək səviyyəyə qalxmışdır. Azərbaycan öz mədəniyyəti, elmi, yüksək 
təhsili ilə böyük bəşəri keyfiyyətlərini bütün dünyaya nümayiş etdirə bilmişdir. 
Heydər ƏLĠYEV 
 

172 
 
Sovet  hakimiyyəti  qurulana  qədər  azərbaycanlıların  təhsili  mollaxanalarda, 
mədrəsələrdə  və  rus-tatar  məktəblərində  həyata  keçirilmiĢdir. Zəngəzurda  hər  üç-
dörd  kənddən  birində  mollaxanalar  olmuĢdur.  Mollaxanalarda  6-8  uĢaq  4-6  il, 
adətən bir molladan təhsil almıĢlar. 
Zəngəzurda  təhsil,  məktəb  həyatı,  pedaqoji  fəaliyyəti  əslən  Zəngəzurun 
Gorus  rayonunun  ġurnuxu  kəndindən  olan  tanınmıĢ  müəllim  Əli  Adıgözəlovun 
1986-cı  ildə  müdafiə  etdiyi  namizədlik  dissertasiyasında  ətraflı  göstərilmiĢ  və 
kifayət  qədər  dərin  təhlil  edilmiĢdir.  Gördüyü  xeyirxah  iĢ  üçün  Əli  müəllimə 
təĢəkkürümüzü  bildirərək,  onun  tədqiqat  iĢindən  bəzi  məqamları  hörmətli 
oxucularımıza çatdırmaq yerinə düĢərdi: 
Zəngəzurun Sisyan rayonunun ġəki kəndində və Qafan rayonunun Kurud 
kəndində 9-10 il təhsil verən ibtidai mədrəsə olmuĢdur. 1900-1917-ci illərdə ġəki 
məktəbində Qazı Məmməd Əfəndinin mədrəsəsində təhsil almıĢ Ģagirdlər Nuxada 
təsdiq olunduqdan sonra sünni kəndlərində mollalıq etmək hüququ almıĢlar. 
Kurud  kəndindəki  mollaxanada  dərs  deyən  Axund  Əbdürrəhman  Hacı 
oğlu Tehranda ali mədrəsə bitirmiĢdi. 
Sisyan  rayonunun  Urud  kəndindəki  9  illik  mədrəsə  tipli  mollaxana  daha 
mütərəqqi  olub,  dini  ayinləri  öyrətməkdən  baĢqa,  dünyəvi  elmlərdən  də  məlumat 
verirdi. Həmin mollaxanada dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki Ali 
mədrəsəni  bitirmiĢdi  (51a,  18-19).  Urud,  ġəki  və  Kürdük  mədrəsələri  yerli 
xeyriyyəçilər  tərəfindən  maliyyələĢdirildiyindən  burada  oxuyan  Ģagirdlər  təhsil 
haqqı verməkdən azad idilər. 
Qafan  rayonunun  Baharlı  kəndində  molla  Ġsmayıl  Ġmamalı  oğlu,  Gığı 
kəndində  molla Fərzəli Piriyev, ġəhərcik kəndində  molla Tağı, Sisyan rayonunun 
ġıxlar  kəndində  molla  Ələsgər  və  molla  Səmənd,  Dəstəgird  kəndində  molla 
NuĢirəvan, Vağədi kəndində molla Ġbrahim Xəlil ibtidai təhsil verən mollaxanalar 
açmıĢ  və  ayda  bir  manat  təhsil  haqqı  almaqla  Ģagirdlərə  oxumaq,  yazmaq 
öyrətmiĢlər. 
Bütün  Yelizavetpol  quberniyasında  olduğu  kimi,  Zəngəzurda  da,  dünyəvi 
məktəblərin  açılması  1875-ci  ildən  sonraya  təsadüf  edir.  Yelizavetpol 
qubernatorunun qərarı ilə 1876-cı ildə quberniyanın üç əyalətində (Dağ Kəsəmən, 
Cəbrayıl və Gorus kəndlərində) rus-tatar məktəbi açıldı. 1882-ci ildə isə quberniya 
ərazisində  daha  beĢ  dünyəvi  məktəb  açıldı  ki,  bunlardan  üçü  Zəngəzur  qəzasının 
kəndlərində  (Qubadlı,  Arsevanik  və  Qarakilsə)  təĢkil  edildi.  Ümumiyyətlə, 
Yelizavetpol  quberniyasında  1901-ci  ilədək  28  ibtidai  rus-tatar  məktəbi 
fəaliyyət göstərirdi ki, bunun da 12-si Zəngəzurda idi (51a, 28). 
Qeyd  etmək  yerinə  düĢərdi  ki,  Zəngəzurda  təĢkil  edilmiĢ  bu  məktəblərdə 
təhsil almıĢ Ģagirdlərin arasından çox görkəmli ədəbiyyat, elm və dövlət xadimləri 
çıxmıĢdır.  Xalq  Ģairi  Əli  Vəliyev  Urud  mədrəsəsi  haqqında  yazırdı:  "Nəcəfdə  ali 
təhsil  alıb,  mollalıq  hüququna  malik  olan  Fətullah,  Gorusda  iki  dərəcəli  rus 
məktəbini qurtarmıĢ Sadıq, məĢhur Ģair Ləlini bağlamıĢ Ģair Mirzə Hüseyn Urudda 

173 
 
yaĢayırdılar.  Urudda  oxumuĢlar,  savadlılar,  söz  qoĢanlar,  təbi  gələnlər  bizim 
kənddən qat-qat çox idi. 
Urud  kəndində  uzun  illər  (1918-ci  ilə  qədər)  molla  bağırlılar  ailəsi,  Molla 
Səmih bəy, Molla Fətullah mədrəsədə dərs demiĢlər (89, 164). 
Yeri gəlmiĢkən, qeyd edək ki, Əli Vəliyev ilk təhsilini 1916-1918-ci illərdə 
ġəki kəndindəki rus-tatar məktəbində almıĢdır. 
Qubadlıdakı  beĢ  siniflik  ibtidai  rus-tatar  məktəbini  bitirmiĢ  xalq  yazıçısı 
Süleyman  Rəhimov  həmin  dövrü  belə  xatırlayır:  "Mən  bu  kənddə  bir  neçə  evdə 
qalmaqla, onların ev iĢlərini görməklə yanaĢı, oxuyurdum. Ömrümün ən çətin illəri 
idi.  Ancaq,  ruhdan  düĢmürdüm,  məktəbdən  qaçmırdım.  Bu  məktəb  Zəngəzur 
qəzasında  yaxĢı  cəhətdən  ad  çıxarmıĢdı.  Məktəbin  müdiri  Qori  seminariyasını 
Üzeyir Hacıbəyovla birlikdə bitirmiĢ Həsən bəy Soltanov idi". 
Zəngəzurda  Sovet  hökuməti  qurulduqdan  sonra  Zəngəzur  azərbaycanlıları 
öz  ata-baba  yurdlarına  qayıtdıqca  məktəb-təhsil  məsələsi  də  yavaĢ-yavaĢ  qaydaya 
düĢməyə  baĢladı.  Zəngəzurun  azərbaycanlı  kəndlərində  ilk  dəfə  olaraq  Qafanın 
Gığı  və  ġəhərcik,  Sisyanın  ĠĢıqlar,  Vağədi,  Ərəfsə  və  Urud,  Meğrinin  Vartanizor 
və Aldərə kəndlərində ibtidai məktəblər açıldı. 
1930-cu  ildə  isə  artıq  Zəngəzurda  otuz  məktəb  fəaliyyət  göstərirdi  ki, 
onlardan  28-i  birinci  dərəcəli  (dörd  sinifli),  2-si  isə  ikinci  dərəcəli  (yeddi 
sinifli) məktəblər idi. 
1941-ci ildə Zəngəzurdakı 42 Azərbaycan məktəbinin 23-ü ibtidai, 15-i 
yeddi  illik,  4-ü  isə  orta  (Vağədi,  ġəhərcik,  Meğri,  ġəki)  təhsil  müəssisəsi  idi 
(51a, 107). 
Ermənilərin  hər  cür  müqavimət  göstərmələrinə,  açıq  və  gizli  Ģəkildə 
maneçilik törətmələrinə baxmayaraq, Böyük Vətən müharibəsindən sonrakı illərdə 
də  Zəngəzur  azərbaycanlıları  çox  mütəĢəkkil  bir  ardıcıllıqla,  davamlı  bir  səylə 
məktəb və tədris prosesini daim yüksəltmək üçün mübarizə aparmıĢlar və bir çox 
Ģeyə nail olmuĢlar. Sonuncu deportasiya ərəfəsində Zəngəzurda 42 ümumtəhsil 
Azərbaycan  məktəbi  olmuĢdur.  Həmin  məktəblərdə  çalıĢan  500-dən  çox 
müəllimin  yarısından  çoxu  ali  təhsilli  idi,  13  müəllim  isə  əməkdar  müəllim 
adına  layiq  görülmüĢdür.  Ermənistan  SSR-nin  əməkdar  müəllimi  adını  almıĢ 
Sisyan  rayonundan  Həbib  Bayramov,  Ağaqulu  Nəcəfov,  Qafan  rayonundan  ƏliĢ 
Qarayev, Cəlal Zeynalov, Bəhlul Ġmaməliyev, Cahangir Rüstəmov, Qabil Həsənov, 
Səriyyə Həsənova, Həsən ġəkərəliyev, Nüsrət ġıxəliyev, Meğri rayonundan Həsən 
Məmmədov,  Məmmədbağır  Ġbrahimov,  Həsənqulu  Hacıyev  respublikanın  adlı-
sanlı müəllimlərindən olmuĢlar. Məhz bu müəllimlərin ardıcıl fəaliyyətinin nəticəsi 
idi ki, Sovet dönəmində Zəngəzurdan minlərlə Ģagird müxtəlif istiqamətli ali təhsil 
ocaqlarına daxil olmuĢ və müvəffəqiyyətlə o institutları bitirmiĢdilər. Onu da qeyd 
etmək  lazımdır  ki,  məhz  Zəngəzurda  aparılan  uğurlu  tədris  prosesinin 
sayəsində  Zəngəzur  torpağından  10-a  yaxın  akademik,  50-dən  çox  elmlər 
doktoru, professor, 200-dən çox elmlər namizədi yetiĢmiĢdir. 

174 
 
Zəngəzur  torpağından  XX  əsrdə  Azərbaycan  xalqının,  Azərbaycan 
dövlətinin, Azərbaycan cəmiyyətinin ictimai siyasi həyatında mühüm rol oynamıĢ 
onlarca  böyük  Ģəxsiyyətlər  yetiĢmiĢlər.  Akademik  Həsən  Əliyev,  akademik  Cəlal 
Əliyev,  akademik  Həsən  Əhmədov  (Sisyan  rayonu),  akademik  Ümnisə  xanım 
Musabəyova  (Gorus  rayonu),  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvləri  Aqil 
Əliyev, Sabir Hacıyev, Vladimir Tahirov, Yaqub Yolçuyev, Vəli  Əliyev, Telman 
Ağayev  (Sisyan  rayonu),  Fikrət  Əliyev,  Faiq  Cəfərov  (Meğri  rayonu);  general-
mayor  Vahid  Əliyev,  general-mayor  Akim  Abbasov,  general-mayor  Ədil 
Məhərrəmov (Sisyan rayonu), general-mayor Məhi Əlizadə, general-mayor Murad 
Hüseynov, general-mayor Teymur Bünyadov, polkovnik ġəmsi Rəhimov (Qafan); 
xalq  rəssamı  Hüseyn  Əliyev  (Sisyan  rayonu),  xalq  yazıçısı  Süleyman  Rəhimov, 
xalq yazıçısı Əli Vəliyev, xalq Ģairi Məmməd Araz və s. kimi böyük dühalar məhz 
Zəngəzur  torpağında  doğulub-böyümüĢ,  təhsil  almıĢ,  yaxud  öz  soy  kökləri  ilə 
Zəngəzura  bağlı  Azərbaycan  xalqının  həyatında  mühüm  xidmətləri  olan  dəyərli 
insanlardır. 
 
DĠL ĠÇĠNDƏ DĠL SAXLADIQ 
 
Hər bir xalqın milliliyini, onun mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən 
onun dilidir. 
Heydər ƏLĠYEV 
 
Zəngəzurun  son  70  ildə,  yəni  Sovet  dönəmində  inkiĢafında, 
çiçəklənməsində,  bir  bölgə  kimi  tərəqqisində  Zəngəzur  azərbaycanlılarının  əməyi 
danılmazdır.  Zəngəzur azərbaycanlıları istər kənd təsərrüfatı sahəsində, istər dağ-
mədən  və  Ģəhər sənayesi sahəsində, istər təlim-tərbiyə, təhsilin inkiĢafı  sahəsində 
öz  sözlərini  demiĢ,  öz  xidmətlərini  göstərmiĢ  və  bölgənin  inkiĢafı  üçün  böyük 
əmək  sərf  etmiĢlər.  Qafanda,  Qacaran  Ģəhərində  Mis-molibden  kombinatının 
tikilməsində və o kombinatın məhsuldar iĢləməsində azərbaycanlıların olduqca çox 
əməyi olmuĢdur. 
Sisyan rayonunun Dəstəkert qəsəbəsindəki Mis-molibden kombinatında da 
ermənilərdən çox azərbaycanlılar iĢləyirdi və çox maraqlıdır ki, həmin kombinatın 
ərazisində  uzun  müddət  ermənilər  də,  azərbaycanlılar  da,  orada  iĢləyən  rus 
mütəxəssisləri  də  Azərbaycan  dilində  danıĢırdılar,  bir-birinə  Azərbaycan  dilində 
müraciət edirdilər və iĢ prosesi də Azərbaycan dilində gedirdi. Çünki oradakı fəhlə 
və mühəndis heyətinin əksəriyyəti azərbaycanlılar idi. 
Bazar  çayı  boyunca  bir-birinin  ardınca  tikilmiĢ  ġəki,  Tatev,  ġam, 
Spandaryan  su  elektrik  stansiyalarının  tikilib,  araya-ərsəyə  gəlməsində  də, 
Zəngəzur azərbaycanlılarının böyük xidməti, böyük rolu olmuĢdur. 
Gorus-Ġrəvan  yolunun  çəkiliĢinin  böyük  bir  hissəsi  Zəngəzurdan  keçirdi. 
Həmin yolun çəkiliĢi SSRĠ Nazirlər Sovetinin qərarı əsasında, dövlət sifariĢi olaraq 

175 
 
həyata keçirilirdi ki, bu yolun da çəkilməsində Zəngəzur azərbaycanlılarının böyük 
rolu olmuĢdur. 
Zəngəzur  ana  vətəndən,  Azərbaycan  dövlətindən  qoparılaraq,  Ermənistan 
SSR-nin  tərkibinə  qatıldıqdan  sonra  ötən  70  ilə  yaxın  müddət  ərzində  Zəngəzur 
azərbaycanlıları  mənsub  olduqları  böyük  xalqın  adət-ənənələrinə,  milli-mənəvi 
dəyərlərinə sadiq qalmıĢ, bu dəyərləri qoruyub saxlamıĢ, inkiĢaf etdirmiĢlər. 
Bir  faktı  söyləmək  kifayətdir  ki,  Zəngəzurun  Ermənistanın 
tabeçiliyində  olduğu  68  il  ərzində,  ən  çoxu,  30  ya  40  nəfər  Zəngəzur 
azərbaycanlısı  erməni  qadını  ilə  evlənmiĢdir.  Erməniyə  ərə  gedən 
azərbaycanlı  qadın  isə  yəqin  ki,  yoxdur.  Bu  faktın  özü  Zəngəzurdakı 
azərbaycanlıların nə qədər yüksək milli təəssübkeĢliyə malik olduqlarını, özlərinin 
mənsub olduqları xalqa, mənsub olduqları dinə və mədəniyyətə nə qədər möhkəm 
bağlı,  sədaqətli  olduqlarını  sübut  edən  amillərdən  biridir.  Halbuki,  erməni  ilə 
evlənmək,  yaxud  erməniyə  ərə  getmək,  necə  deyərlər  ermənilərlə  qarıĢıb, 
qovuĢmaq  hər halda  ordakı insanlara  həm siyasi,  həm iqtisadi və həm də  ümumi 
inkiĢafın  digər  sahələrində  böyük  üstünlük  verə  bilərdi.  Lakin  Zəngəzur 
azərbaycanlıları  qanlarını  qarıĢıq  bir  millətin  qanına  qatmağı  həmiĢə  qeyrətsizlik 
hesab etmiĢlər və bu qeyrətsizliyi özlərinə rəva bilməmiĢdilər. 
Zəngəzur  azərbaycanlıları  Ģənlik  və  yas  mərasimlərini  də  milli  adət-
ənənəmizə  uyğun,  kamali-səliqə  ilə,  xalqımıza  mənsub  olan  yüksək  mədəni  və 
mənəvi  keyfiyyətlərlə  həyata  keçirirdilər.  Elçilik,  niĢan,  toy  mərasimləri,  nikaha 
daxil  olma  və  hətta  rəsmi  nikahdan  baĢqa,  -  düzdür,  bunu  gizli  edirdilər,  -  dini 
nikah  kəsdirmə  Zəngəzur  azərbaycanlılarının  min  illərcə  qoruyub  saxladıqları 
adətlərindən biri idi. 
Yas  mərasimləri  də  bütün  müsəlman  xalqlarına  məxsus  olan  bir  Ģəkildə 
həyata  keçirilirdi.  Yas  mərasimi bütün dini təmrinlər icra  olunmaqla, dini ayinlər 
həyata  keçirilməklə  aparılırdı.  Dəfndə  mütləq  molla  iĢtirak  edirdi.  Adətən 
kəndlərdə olan seyidlər molla rolunu icra edirdilər. Onu da deyək ki,  Zəngəzurda 
bir  çox  nüfuzlu  seyidlər  nəsli  var  idi.  Sisyan  rayonunun  Urud  kəndində  Seyid 
Mirismayıl  Ağanın  ocağı,  ġəki  kəndində  Seyid  Mirhəbib  ağanın  ocağı,  Qafan 
rayonunda  Seyid  Mirvəli  ağa  və  Seyid  Mirəyyub  ağanın  ocağı,  Meğri  rayonunda 
Seyid Mirhəbib ağanın ocağı belə müqəddəs ocaqlardan idi. Ġnsanların bu ocaqlara 
inamı  böyük  idi.  Müqəddəsliyə  həmiĢə  ibadət  edirdilər,  pənah  gətirirdilər, 
arzularını, niyyətlərini tutub gəlirdilər. Qurbanlar gətirirdilər. 
Zəngəzurdakı  bir  çox  seyid  ocaqlarına  Zəngəzur  erməniləri  də  etiqad 
edirdilər,  nəzir  deyirdilər  və  nəzirləri  qəbul  olunanda  mütləq  gəlib  seyid  ocağını 
ziyarət edirdilər. 
Yas  mərasimlərini  seyidlər  islamın  bütün  qayda-qanunlarına  əməl  etməklə 
yola verərdilər. Onu da deyək ki, Zəngəzurdakı seyidlərin hamısı Quranı oxumağı, 
hər  halda  yasin  surəsini  oxumağı  və  ya  əzbər  söyləməyi  bacarırdılar.  Dəfndən 
sonra üç, yeddi, qırx mərasimləri saxlanılırdı, qara bayram keçirilirdi və mərhumun 

176 
 
ili  verilirdi.  Yalnız  bəzi  hallarda  -  o  da  görünür  Zəngəzurun  təbiəti  ilə  bağlı  idi, 
həyat  Ģəraiti  ilə  bağlı  idi  -  cümə  axĢamları  keçirilərdi.  Adətən  cümə  axĢamlarına 
yaxın  qohumlar,  əqrəbalar  toplaĢardılar.  Çox  hallarda  isə  cümə  axĢamları 
keçirilməzdi. 
Zəngəzur  azərbaycanlıları  bütün  Sovet  dönəmində,  yaĢadıqları  müddət 
ərzində Azərbaycanla sıx bağlı olmuĢlar. Düzdür, bu bağlılıq Azərbaycanın dövlət 
siyasəti səviyyəsində həyata  keçirilmirdi, bu bağlılıq qohumluq əlaqələri ilə bağlı 
idi,  bu  bağlılıq  mənəvi  ehtiyacdan  doğan  bir  bağlılıq  idi  və  buna  görə  də 
Azərbaycanda gedən mədəni, mənəvi inkiĢaf Zəngəzurda tez özünü büruzə verirdi. 
Zəngəzur  azərbaycanlıları  Azərbaycan  dilinin  ən  təmiz,  ləhcəsiz  formasını 
iĢlədirdilər, ən aydın, ən səlis bir dildə danıĢırlar. Bu məktəblərdə tədris prosesinin, 
xüsusilə dil və ədəbiyyat dərslərinin yüksək səviyyədə keçirilməsi ilə Ģərtlənirdi. 
Yeri  gəlmiĢkən  onu  da  qeyd  etmək  lazımdır  ki,  Zəngəzur  azərbaycanlıları 
Ermənistan  respublikasının  tabeliyində  yaĢadıqları  müddət  ərzində  ardıcıl 
repressiyalara,  təqiblərə,  təzyiqlərə,  ayrı-seçkiliklərə  məruz  qalsalar  da,  öz 
qoçaqlığı  ilə  seçilən  bu  camaat  1970-ci  illərdən  baĢlayaraq,  özlərinin  Ģəraitlərini 
sürətlə yaxĢılaĢdırmağa baĢladılar. 
Artıq  camaatın  gözəl  bağ  sahələri  yaranmıĢdı,  alma,  cəviz,  gilas,  gilənar, 
armud, Ģaftalı, bir çox digər meyvələr əkilir, yaxĢı məhsul verirdi. Xüsusilə, cəviz 
və almanın satıĢından kənd əhalisi yaxĢı gəlir əldə edirdi. 
70-ci  illərdən  sonra  hökumətin  qoyduğu  bir  sıra  qadağalar  aradan 
götürüldükcə,  Zəngəzur  azərbaycanlılarının  mal-qoyun  saxlamaq  imkanları  da 
geniĢləndi.  Çox  zəhmətkeĢ  olan  bu  insanlar  bütün  yayı  dağlarda,  zahmanlarda, 
bağlarda  iĢləyərək,  biçin  sahələrində  çalıĢaraq  ot  yığırdılar,  qıĢa  tədarük 
görürdülər.  QıĢda  da  sərt  iqlim  Ģəraitinə  baxmayaraq,  öz  mal-qaralarını,  qoyun-
quzularını,  yemlə  təmin  edib  saxlaya  bilirdilər,  böyüdüb  artıra  bilirdilər,  sata 
bilirdilər və qazanc əldə edə bilirdilər. 
Qeyd etməliyik ki, Zəngəzur azərbaycanlılarının qazancı əsasən iki Ģeydən 
idi:  bağ  məhsullarının  satıĢından  və  mal-heyvanın,  sağmal  heyvanların 
məhsullarını satmaqdan. 
Zəngəzurda arıçılıq, balçılıq geniĢ yayılmıĢdı və yaxĢı da məhsul verirdi. Bu 
səbəblərdən 70-ci illərdən sonra  Zəngəzur kəndlərində  yüksək inkiĢaf baĢlamıĢdı, 
artıq bütün kəndlərin  əhalisi iki  mərtəbəli evlər tikirdilər və  iki  mərtəbəli evlərdə 
yaĢamaqda idilər. 
Kəndlilərin hamısı televizorla, radioqəbuledici ilə, müxtəlif məiĢət elektrik 
cihazları  ilə  təmin  olunmuĢdu,  insanlar  öz  məiĢətini  günü-gündən  yaxĢılaĢdırırdı. 
Artıq kəndlərdə bütün məhəllələrə, bir çox hallarda isə fərdi evlərə su çəkilmiĢdi, 
telefonlaĢma  iĢi  sürətlə  gedirdi.  Zəngəzurun  azərbaycanlı  kəndlərinin  çoxu 
telefonlaĢdırılmıĢdı. 
Ümumiyyətlə,  kolxozların  gəliri  artdıqca,  kəndin  də  sosial  problemlərinin 
həllinə yaxĢı fikir verilirdi. Düzdür, müqayisə etdikdə, Azərbaycan kəndləri erməni 

177 
 
kəndlərindən kəndin ümumi inkiĢaf səviyyəsinə görə geri qalırdı. Elə də olmalı idi. 
Yəni Ermənistan dövləti tərəfindən ayrılan büdcə vəsaiti, Ģübhəsiz ki, ilk növbədə, 
erməni kəndlərinin inkiĢafına yönəldilirdi. Azərbaycan kəndləri isə demək olar ki, 
kənd  əhalisinin  fərdi  təĢəbbüsü,  çalıĢqanlığı  və  fərdi  qazancı  sayəsində  inkiĢaf 
etməyə  baĢlamıĢdı.  Heç  təsadüfi  deyildi  ki,  1988-ci  il  hadisələrindən  sonra 
Zəngəzura  gedən  ermənilərin  çoxu  Bakıdan  heç  də  dağ  yerinə  getdiklərini  yox, 
əksinə, cənnətə düĢdüklərini söyləyirdilər. 
Çox təəssüflər olsun ki, əli təzəcə çörəyə çatan, ocağı yenicə isinən, təzəcə 
gün-güzəran  görməyə  baĢlayan  Zəngəzur  azərbaycanlıları  üçün  1988-ci  il  fəlakət 
ili  kimi  gəldi,  qırğın  ili  kimi  gəldi,  həsrət  və  ayrılıq  ili  kimi  gəldi.  Çox  təəssüflər 
olsun ki, Zəngəzur azərbaycanlıları min müsibətlə, min əzab-əziyyətlə, neçə illərin 
zəhməti  ilə  qurub  yaratdıqları  ev-eĢiklərini,  əkin  sahələrini,  bağlarını,  mal-
qaralarını  bir  anın  içində  itirdilər,  bir  anın  içində  yağıya  verib,  öz  doğma 
torpaqlarından, el-obalarından didərgin düĢdülər. 
Heç  Ģübhəsiz  ki,  bu  didərginlik  həmiĢəlik  olmayacaq,  əbədi  olmayacaq. 
Zəngəzur torpaqlarında Azərbaycan türkünün həyatı nə vaxtsa yenidən baĢlayacaq 
və  bu  həyat  davam  edəcəkdir.  Böyük  Mustafa  Kamal  Atatürk  deyirdi  ki,  hər 
halda  dünyada  haqq  var  və  o  haqq  hər  Ģeydən  ucadır.  Ucada  olan  haqqtəala 
bilir  ki,  Zəngəzur  azərbaycanlılarının  heç  bir  günahı  yoxdur.  Zəngəzur 
azərbaycanlılarının  bir  "günahı"  vardısa,  onların  Azərbaycan  türkü  olmaları  idi, 
onların  müsəlman  olmaları  idi.  Ona  görə  də  hər  Ģeyi  düzgün  qiymətləndirən,  hər 
hərəkətin öz qiymətini, bəxĢiĢini, yaxud cəzasını verən ulu tanrı yəqin ki, bir gün 
öz  nəzərini  Zəngəzur  azərbaycanlılarına  tərəf  döndərəcəkdir.  Bunu  nə  haqq 
götürməz,  nə  ədalət  gotürməz, nə  də  beynəlxalq  hüquq qaydaları da  qəbul etməz 
ki,  heç  bir  günahın  olmaya-olmaya  yalnız  baĢqa  millətə  və  baĢqa  dinə  mənsub 
olduğuna  görə  səni  elindən-obandan,  kəndindən  bir  günün  içində  mələdə-mələdə 
didərgin salsınlar, yurd orda ağlar qalsın, yurddaĢ burda ağlar qalsın. 
Zəngəzur  türkünün  15  ilə  yaxındır  ġərqi  Azərbaycanda  məskunlaĢmağına 
baxmayaraq, əli yenə də iĢə yatmır, özünə ev tikəndə də ürəksiz tikir, iĢ axtaranda 
da, ürəksiz axtarır, çörək tapanda da yarısını yeyir, yarısını isə dədə-baba yurduna 
dönəndə,  qədim-qayım  ellərinə  qayıdanda  orada  Ģirin-Ģirin  yemək  arzusu  ilə 
sabahkı günə saxlayır. ĠnĢallah, o gün gələcək, o günü görənlər yəqin ki, Zəngəzur 
azərbaycanlılarının ən xoĢbəxtləri olacaqlar və yəqin ki, o günü görməyənlərin də 
ruhu Vətən torpağında əbədi sakin olacaqdır. 
 
 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin