Doğma kəndlə son görüĢ
1988-ci ilin fevral ayından baĢlayaraq, bütün Ermənistanı mitinqlər
bürümüĢdü. Dağlıq Qarabağı Ermənistana birləĢdirmək üçün həyasız daĢnak tör-
töküntüləri dəridən qabıqdan çıxırdılar. Həyasızlıq o həddə çatmıĢdı ki, bağça
uĢaqlarını və aĢağı sinif Ģagirdlərini də qabaqlarına qatıb bütün günü "Qarabağ
Merna" qıĢqırdırdılar.
Azərbaycanlı kəndlərin əhalisinin rayon mərkəzi ilə əlaqə saxlamasına
imkan vermirdilər. Kənd əhalisi ərzaq cəhətdən korluq çəkirdi. Kənd mağazası isə
tamamilə boĢalmıĢdı. Urud kəndinin mağazanın satıcısı Səid Əkbər oğlunu rayon
mərkəzinə buraxmırdılar ki, ərzaq gətirsin.
Atam orta məktəbdə müəllim iĢləyirdi. Bununla bərabər, hər ay rayon
mərkəzinə gedib müəllimlərin əmək haqqını da alardı. Mart ayının əvvəllərində
rayon mərkəzində və avtobusda atamı erməni dığaları təhqir edirlər. Bundan
əsəbiləĢən atam infakt keçirir. Böyük Vətən müharibəsi əlili olan atam Abdullayev
Abdulla Əsəd oğlu iki ay yataqdan durmur. Ġyun ayının əvvəllərində atam ayağa
durur və yenidən rayon mərkəzinə gedir. O, rayonda olduğu zaman mitinqlərin
qızğın vaxtına düĢür. Ermənilər atama kağız - qələm uzadırlar ki, - yaz, Siz
Qarabağın Ermənistana birləĢdirilməsinə razısınız. Atam əsəbiləĢib əlindəki əsa ilə
qarĢısındakı ermənini vurur və həmin an yenidən infakt keçirir.
1988-ci il iyul ayının 9-u idi. Kənddən Bakıya xəbər göndərdilər ki, atanız
ağır vəziyyətdədir və tezliklə kəndə gəlin. Mən, əmilərim Həbib və Ġsrafil yol
maĢınları ilə özümüzü Qubadlıya çatdıra bildik. Bizə Qubadlıda bildirdilər ki,
Ermənistan ərazisinə keçmək qorxuludur. Əgər ermənilər sizi yolda görsələr,
öldürəcəklər.
Bizdən savayı, Ağdü kəndindən də iki nəfər - müəllim BaxĢəliyev Məmməd
HəĢim oğlu və Moskva Ģəhərində təhsil alan Həmzəyev Müsayib Gülbala oğlu da
Sisyana getmək istəyirdilər. BeĢ nəfər Qubadlıdan bir maĢın tutub Qafan rayonu ilə
Qubadlının sərhəddində yerləĢən Ģoseyə çatdıq. Bu yerə yerli əhali "Çay zəmi"
deyir. ġose yolu ilə Qafan - Gorus və Gorus - Qafan istiqamətində gedən maĢınlara
əl etsək də, türk olduğumuzu bilən heç kəs bizi götürmək istəmirdi.
Nəhayət, bir "Jiquli" maĢını bizi Sisyan - Gorus yoluna çatdırmağa söz
verdi. Biz beĢimiz də maĢına əyləĢdik. O, bizi Gorus rayonunun içərisindən
186
aparmaq istədi. Biz buna razı olmadıq və bildirdik ki, qısa yol sayılan Xot-ġinher
(erməni kəndləridir - M.U) yolu ilə aparsın. RazılaĢdıq.
Sürücü hər döngədə maĢını saxlayırdı ki, maĢın nasazdır və qızdırır.
QarĢıdan gələn və bizi keçən maĢınların sürücüləri ilə uzun-uzadı söhbət edirdi.
Biz əmin idik ki, bizi qarĢıda təhlükə gözləyir. Geri qayıtmağa da çıxıĢ yolumuz
yox idi. Artıq ġinherin çətin yolu arxada qalmıĢdı. ġinher kəndinə bir neçə
kilometr qalmıĢ sürücü maĢını saxladı.
Gözlərindən kin və qəzəb tökülən 15-20 nəfər erməni dığası ağ "Niva"
markalı avtomobilin və bir "Jiquli" markalı maĢının yanında yeyib-içirdilər.
"Jiquli" maĢını bizim gəliĢimizi gözləyirmiĢ kimi sürətlə maĢını Xot kəndinə tərəf
sürməyə baĢladı. Biz tam əmin olduq ki, bizim qarĢımızı mütləq kəsəcəklər.
Ancaq geriyə də yolumuz yox idi. Xot kəndinin içərisindən keçərkən
kənddə bir nəfər də olsun cavan adama rast gəlmədik. Kəndin içərisindən keçən
yolun kənarında yalnız qoca ermənilər dayanıb bizə tərəf nifrətlə baxırdılar.
Kənddən 80-100 metr aralanmıĢdıq ki, kəndin bütün cavanları qarĢımızı kəsdilər.
100-120 nəfər əllərində armatur, ağac və daĢ tutaraq bizi zor gücünə maĢından
düĢürtdülər.
Məmməd müəllim və əmim Ġsrafil erməni dilini bildiklərinə görə dığalardan
xahiĢ edirdilər ki, bizi öldürməyin. Bizim nə günahımız var ki, öldürürsünüz. Onlar
bizim heç bir yalvarıĢımıza əhəmiyyət verməyərək qəddarcasına döyməyə
baĢladılar.
Mənim sifətimə və baĢıma o qədər vurmuĢdular ki, ayaq üstə zorla
dayanırdım. Bir nəfər gənc - görünür idmançı idi - ayaqlarını havada
çarpazlandıraraq baĢıma təpiklə güclü zərbə endirdi. Mən zərbədən yerə sərildim
və huĢumu itirdim. Özümə gələndə gözlərim əmim Həbibin sifətinə zilləndi.
BaĢından qələn qan asfalt yolun yamacı ilə aĢağı axırdı. Mən özümü ələ alıb
qıĢqırdım ki, kafirlər, siz niyə qocanı öldürdünüz. Əmimi ölü bilib ayılmıĢdım.
Bədənimdə salamat yer yox idi. Çənəm sınmıĢdı, diĢlərimin hamısı laxlayırdı.
Əlimlə ağzımın laxtalanmıĢ qanını qoparıb ağzımı zorla açdım. DiĢlərimin yarısı
yox idi.
Xot kəndi tərəfdən erməni qocaları biz tərəfə baxıb sanki ləzzət alırdılar.
Mən fikirləĢirdim ki, bizim qocalar olsaydı, imkan verməzdilər ki, bizim cavanlar
erməniləri döysün.
Bu zaman "Qaz - 69" markalı bir maĢın bizə yaxınlaĢdı. Ermənilər bir -
birinə dedilər ki, "naxaqa yeqav". Gələn kolxoz sədri idi.
Əmim Ġsrafili və Ağudi kəndindən olan iki yoldaĢımızı o qədər
döymüĢdülər ki, onlar yerdən qalxa bilmirdilər. Mən kolxoz sədrinə yaxınlaĢdım
ki, bir kəndin ağsaqqalısınız. Bizi öldürməyə qoymayın. O da öz növbəsində
hirsləndi ki, sizə deməmiĢik ki, cavanları öldürün (Erməni dilini az - çox bilirəm),
niyə veteranı öldürmüsünüz. O elə bu gün, sabah öləcəkdi. Sədr erməni gənclərinə
187
dedi ki, daha bəsdirin, bu cavanlar da tezliknən öləcək, onların bədənində qan
qalmayıb. Dağılın, qaçın.
Mən kolxoz sədrinə dedim ki, mənə kömək edin, bu qocanın meyitini
Sisyana - kəndimizə çatdırım. O isə əvəzində bildirdi ki, ölsəniz dünya
dağılmayacaq, mən kəndə tələsirəm. O bu sözləri Azərbaycan dilində dedi və
maĢını sürüb getdi.
Bizi gətirən maĢının sürücüsünə yaxınlaĢdım və bildirdim ki, bizə necə
lazımdırsa dərs verdirdin. Ġndi bizi səninlə danıĢdığımız yerə qədər apar. O bildirdi
ki, mən sizi maĢına mindirsəm, maĢın qan olacaq. Apara bilmərəm. Yalvardım ki,
1-2 km yol qalıb, cibimdə də 300 rubl pul var, onu da sənə verirəm. Bizi bu
kənddən çıxar. Çox çətinliklə pulu götürəndən sonra razılaĢdı. Əmimin meyitini
qucağıma alıb maĢına oturdum.
MaĢında hiss etdim ki, əmim hələ ölməyib. Nəbzi yavaĢ-yavaĢ vurmağa
baĢladı. Köynəyimi cırıb baĢının yarasına tıxadım ki, çox qan itirməsin. MaĢının
güzgüsündən baxıb gördüm ki, yolda gördüyümüz ağ "Niva", "Jiquli" və "Qaz-51"
maĢını həmin bizim mindiyimiz "Jiquli"ni müĢayiət edirlər. Sürücü bizi Gorus-
Sisyan yolunun kənarında maĢından düĢürdü. Özü isə yolda çox yavaĢ sürdüyü,
xarab adlandırdığı maĢınla sürətlə Gorus tərəfə Ģütüdü.
Yolun kənarındakı bulaqda üst baĢımızın, bədənimizin qanını yuduqdan
sonra, mən magistral yolda maĢın saxlatmaq istədim. Heç bir sürücü bizi rayon
mərkəzinə və ya kəndimizə aparmadı. Əlacsız qalıb Ģose yolunun kənarı ilə
irəliləməyə baĢladıq. Mən qoca əmimin qoltuğuna girib aparmaq istəyirdim. O,
addım ata bilmirdi. Mənə dedi ki,- "qardaĢ balası, məni rahat burax burada ölüm.
Onsuz da ölürəm".
Əmimi kürəyimə alıb bir neçə addım atmıĢdım ki, ağız-burnumdan qan
fontan vurmağa baĢladı. Çarəsiz qalıb yerə oturduq və qanqal kollarının arxasında
gizləndik ki, yolda bizi görüb öldürməsinlər.
Qoca əmim Həbib su istədi. Bulaqdan isə 300-400 metr aralanmıĢdıq.
Məndə iki selofan torba var idi. Selofan torbanı cibimdən çıxarıb bulaqdan əmimə
su gətirmək istəyirdim ki, ortancıl əmim Ġsrafil qıĢqırdı ki, yüksək sürətlə gələn
maĢın bibimin həyat yoldaĢı Musanın maĢınının səsidir. Geri qayıtdım.
Əmim Ġsrafil və Ağudi kəndindən olan 2 nəfər yoldaĢımız yola tərəf qaçıb -
"Musa-Musa"- qıĢqırmağa baĢladılar.
Musa maĢını çox sürətlə sürdüyündən xeyli qabaqda saxlaya bildi. Bizi
tələsik maĢına otuzdurdu və bildirdi ki, arxadan onu üç maĢın ("Niva", "Jiquli" və
"Qaz-51" markalı) qovur. Arxaya baxdım, həmin maĢınların bizə çatmasına 200-
300 m məsafə qalmıĢdı.
Musa bizi bu cür vəziyyətdə kəndə aparmaq istəmədi və xəstəxanaya
qoymaq üçün maĢını rayon mərkəzinə sürdü. Burada isə aləm bir-birinə qarıĢmıĢdı.
AxĢam saat 10-11 radələri idi. Rayon mərkəzində mitinq keçirilirdi.
188
Bütün cavanlar bir ağızdan qıĢqırıĢırdılar ki,"Qarabağ bizimdir". Bəzi
pəncərələrdən yaĢlı arvadların səsi eĢidilirdi: - "Azar Qarabağ, çor Qarabağ".
Qarabağı türklər sizə verməzlər."
Gözü qızmıĢ cavanlar isə öz qocalarını təhqir edirdilər ki, qapı - pəncərəni
örtüb içəri girin, Qarabağ bizim olmalıdır.
Rayon mərkəzində çoxlu hərbçi var idi. Musa maĢını hərbçilərin yanında
saxladı ki, biz türkük (azərbaycanlıyıq), ermənilər tanısa, bizi öldürəcəklər, kömək
edin. Onların köməyi ilə rayon milisinin yerləĢdiyi binaya daxil olduq.
Burada Yerevandan çoxlu erməni milis iĢçiləri də var idi. Bir nəfər milis
iĢçisi mənə yaxınlaĢdı və təəccüb etdi ki, biz tapĢırıq vermiĢdik bir türk də
Gorusdan salamat gəlməməlidir. Nə üçün sizi öldürməyiblər. Mən rus zabitinə
yaxınlaĢdım və bildirdim ki, bizim burada olmağımızı həm kənddə bilirlər və həm
də dağda Laçın rayonundan olan rastlaĢdığımız bir atlıyla öz vəziyyətimiz və
yerimiz barədə Bakıya xəbər göndərmiĢik.
Bundan sonra o mənə dedi ki, mitinq qurtarandan sonra biz sizi kəndinizə
çatdırarıq. Mitinq gecə saat 2-3 radələrində qurtardı. Bir neçə yerli milisin və
hərbçilərin köməyi ilə bizi rayon mərkəzindən çıxardılar. Rayon mərkəzindən
çıxan kimi qarĢımızı 10-15 nəfər əli silahlı erməni kəsdi. Rus əsgəri və yerli milis
iĢçiləri onları baĢa saldılar ki, bu döyülən türklər rayon komendaturasında
qeydiyyatdan keçiblər. Onları siz öldürsəniz, bizə (yəni bizi kəndə aparanlara) cəza
verəcəklər. YaxĢısı budur buraxın getsinlər. Onsuz da bunlar kəndlərində öləcəklər.
Gecə saat 4-dür. Kəndə yaxınlaĢırıq. Bütün kənd camaatı səksəkə içində
ayaq üstədir. Hamının əli ağaclı, yabalı, baltalıdır. Kənd camaatının silahı ancaq
bunlardan ibarət idi. Bizi bu cür görən kənd camaatı daha da sarsıldı. Biz onları
sakitləĢdirirdik ki, bizi döyməyiblər, yolda erməni maĢını qəzaya uğrayıb. Heç kəs
sözlərimizə inanmadı.
Bizə söylədilər ki, dünən, yəni iyulun 8-də Xot kəndində PaĢayev Ġsanı və
həyat yoldaĢı Arifəni də sizin gününüzə salıblar. MaĢınlarını isə yandırıblar.
Əmirov Əhliman, Kərimov Seyran və Kərimov Hüseyn də sizin vəziyyətdədir.
Əmirov Əhlimanın maĢınını yandırıb dağdan uçurublar. Sürücü Köçərinin "Niva"
markalı maĢınını əzib, özünü isə o qədər döyüblər ki, ölümcül vəziyyətdədir.
Kəndə rayon mərkəzindən, azərbaycanlılar yaĢayan kəndlərdən, Gorus
rayonu ərazisindən bir-birindən ağır xəbərlər gəlirdi. Aclıqdan korluq çəkən
azərbaycanlı əhali uĢaqlarını aclıqdan xilas etmək üçün rayon dükan - bazarına
getməli olurdular. Ən acı xəbərlər də oradan gəlirdi. Ġsmayılov Ġsanı, həyat
yoldaĢını və oğlu Hüseyni rayon bazarında möhkəm döymüĢdülər. Traktorçu
Məhərrəm ƏĢrəf oğlu rayon partiya komitəsinin binası qarĢısında döyülmüĢ və
gecə səhərə qədər huĢsuz vəziyyətdə raykomun binasının səkisində qalmıĢdı. Kənd
çobanları yaylaqlarda, kolxozçular kolxoz bağında, əkinçilər bostanda döyülürdü.
189
Ġnformasiyalar bir - birindən dəhĢətli olurdu. Kimisə köçüb getmək
istəyərkən maĢından bütün var-dövləti yerə tökülüb yandırılır, özləri isə döyülürdü.
Döyüldükdən sonra kənddə 24-gün qaldım. Ġlk 10-15 gündə ağzımı zorla
aralayıb qaĢıqla yemək - su verirdilər. Əmim Həbibin baĢının yarası isə gün-
gündən ağırlaĢırdı. Çox böyük zəhmət bahasına onu Bakıya çatdıra bildik.
Əmim Həbib Bakı Ģəhərinin Əhmədli qəsəbəsində yerləĢən əsəb-cərrahiyyə
xəstəxanasında müalicə olunmağa baĢladı. Ġlk iki cərrahiyyə əməliyyatından sonra
baĢının sınmıĢ sümüklərinin əvəzinə plastmas qoyuldu. Həkimlərin səyi və yüksək
ustalığı nəticəsində əmim ölümün pəncəsindən xilas edilsə də, bu travmanın uzun
sürən ağırlaĢmasından sonra həyatını dəyiĢdi.
1988-ci ilin avqust ayının ortalarında xəstə atamı və yaĢlı anamı Bakıya
köçürmək istədim. Heç biri razı olmadı. Ümumiyyətlə, kəndimizi, ata-baba
yurdunu kənd əhalisi tərk etmək istəmirdilər. Avqust ayının 20-də Bakı - Sumqayıt
və Azərbaycanın müxtəlif yerlərində yaĢayan kəndimizin 10-15 nəfərə yaxın adamı
ilə gecə saat 4-də dağ yolları ilə Urud-Gorus-Qubadlı yolu ilə səfərə çıxdıq.
Ona görə gecə yola çıxmıĢdıq ki, qocalar, qadın və uĢaqlar nankor
ermənilərin əlinə keçməsin. Səhər 8-də Gorus və Qubadlı rayonları arasında olan
keĢikçi məntəqəsinə çatdıq. Erməni milis iĢçiləri bizi Qubadlıya buraxmırdılar.
Onlar yaxınlıqda yerləĢən Xinzirək kəndinə nümayəndə göndərdilər ki, Sisyan
rayonundan olan türklər sərhəddi keçmək üzrədirlər. Tezliklə kənddən onlarca
cavan adamlar (onlara "adam" deməyə adamın dili də gəlmir, yaxĢısı budur canilər,
qaniçənlər deyək) gəldi. Əlimizdə nə aparırdıq alıb yerə tökdülər. Axırda məcbur
qalıb kəndimizdən olan sürücü Səlimlə məntəqədə olan milis gözətçisinin yanına
girdik. Cibimizdə olan pulları verdikdən sonra bizi Qubadlı postuna tərəf
buraxdılar. Məni qəhər tutdu. Bir vaxtlar Azərbaycanın sərhəddindən doğma
Vətənə ayaq basarkən özümü xoĢbəxt sanırdım ki, ata-baba yurduna, doğma
kəndimizə qədəm qoyuram. Ġndi isə doğma Vətənimdən qaçıb canımı qurtarmaq
üçün rüĢvət verirdim.
Orada isə bizi çox həyəcanla Qubadlıda olan dostum Ġxtiyar, atası Bəxtiyar
əmi, qardaĢları, Nüsrət həkim və onlarca tanımadığım Qubadlı camaatı
gözləyirdilər. Bakıdan və Sumqayıtdan da qohum-qardaĢlarımız Qubadlıya,
sərhədə gəlib bizi gözləyirdilər. Həmin gün Qubadlı camaatı bizi Bakıya
buraxmadı. Bakıya zəng vurdular ki, sağ-salamat Qubadlıdayıq.
Erməni cəlladlarının bizim xalqın baĢına gətirdikləri müsibətlər barədə
ölkənin o rəhbəri qalmadı ki, teleqramlar göndərməyək. Azərbaycanın o vaxtkı
rəhbərliyi də heç bir kömək göstərmirdi. Ermənilərin mənim, əmilərimin və Ağudi
kəndindən olan yoldaĢlarımızın döyülməyi barədə SSRĠ Müdafiə naziri Yazova,
Təhlükəsizlik Komitəsinin sədri Kruyuçkova, SSRĠ-nin, Ermənistanın və
Azərbaycanın bütün rəhbər iĢçilərinə vurduğumuz teleqramlar və ərizələrə yalnız o
cavabı alırdıq ki, günahkarlar tapılmayıb. Biz isə aydın bildirirdik ki, cinayətkar
Xot kəndinin kolxoz sədri Arakelyan Henrik Qurqenoviçdir. Hara teleqram
190
vururduqsa, bir cavab ala bilmirdik. Cavabların əksəriyyəti Gorus rayonundan
gəlirdi və bildirilirdi ki, günahkar tapılanda sizə məlumat verəcəyik.
Doğma kəndimlə son görüĢüm belə oldu. Bakıya qayıtdıqdan sonra Bakıda
yaĢayan kənd ziyalılarımızla birlikdə Ermənistanda yaĢayan soydaĢlarımıza kömək
etmək məqsədilə Azərbaycan Respublikasının bir sıra rəhbərlərinin yanında oldum.
Nə faydası. Heç kimdən kömək diləyə bilmədik. 1988-ci il dekabrın 2-də doğma
kəndimiz Urud və bütün Ermənistan azərbaycansızlaĢdırıldı.
Sahib ABDULLAYEV,
coğrafiya elmləri namizədi.
Meğri rayonunun Lök kənd sakini
ġamiran Abbasovun baĢına gələnlər
Mən düz 36 il öz kəndimizdə müxtəlif vəzifələrdə - təsərrüfat briqadiri,
ferma müdiri, kolxoz partiya təĢkilatının katibi, kolxoz sədri iĢləmiĢəm. Rayonda
iĢləyən vəzifəli ermənilərin demək olar ki, hamısı məni tanıyırdı. Çoxu mənim
evimdə qonaq olmuĢ, süfrəmdən çörək yemiĢdi.
Lakin 1988-ci ilin fevral ayından baĢlayaraq, ermənilərin bizə qarĢı
münasibəti kəskin Ģəkildə pisləĢdi. Bizi sıxıĢdırmağa, açıq aydın Ģəkildə köçüb
Azərbaycana getməyimizi təkid etməyə baĢladılar. Həmin ilin sentyabrında artıq
rayonda yaĢamaq dözülməz hala çatmıĢdı.
1988-ci ilin noyabrında bir yas mərasimində iĢtirak etmək üçün Bakıya
gəldim. Bakıya gələndən iki gün sonra eĢitdim ki, ermənilər kəndi dağıdıblar, kənd
camaatı isə Mincivan stansiyasına yığıĢıblar. Noyabrın 22-də qatarla Bakıdan
Akaraya gəldim. Oradan avtobusla Mincivana, kənd camaatının yığıĢdığı yerə
getdim. Ömrümdə elə dəhĢətli mənzərə görməmiĢdim. Camaat əyni-baĢı çılpaq, ac-
susuz dəstə-dəstə yığıĢıb yük vaqonlarının arasında küləkdən daldalanırdılar. Bir
tərəfdə anasını itirmiĢ bir uĢaq qıĢqırır, bir tərəfdə isə evi yandırılmıĢ bir qadın nalə
çəkirdi. Soraqlaya-soraqlaya əvvəl bacılarımı, sonra oğlumla gəlinimi tapdım.
Məni görən kimi kiçik nəvəm hönkürüb ağlamağa baĢladı: - Baba, biz qaçdıq, nənə
isə gələ bilmədi, indi yəqin onu ermənilər öldürüblər".
Həyat yoldaĢımın ayaqları xəstə olduğundan o piyada gəzə bilmirdi. Buna
görə də erməni saqqallıları kəndə hücum edib, camaatı qovub pay-piyada
kənddən çıxaranda yoldaĢım kənddə qalmıĢdı. Öldü-qaldısından heç kimin xəbəri
yox idi.
Dedim ki, ölsəm də, kəndə qayıdacam, nənənizin ya ölüsünü, ya da dirisini
gətirəcəyəm. Kəndə getməyə isə heç bir nəqliyyat vasitəsi yox idi. Piyada gəlib
Zəngilanın Bartaz stansiyasına çıxdım. Yük vaqonlarının yanında Lehvaz və
Maralzəmi camaatının toplaĢdığını gördüm. Onlara yaxınlaĢdım, bizim kənddən
xəbərlərinin olub- olmamağını soruĢdum.
191
Mənə dedilər ki, axırıncı yük vaqonunda sizin kənddən 3-4 ailə gəlib.
Vaqona yaxınlaĢanda kolxoz sədri Baba Babayevi gördüm. Ermənilər onu o qədər
döymüĢdülər ki, yazıq ayaq üstə dayana bilmirdi.
Baba bəzi məiĢət əĢyalarını "UAZ" markalı yük maĢınına yığıb gətirmək
istəyirmiĢ ki, Meğridən keçəndə ermənilər onun qabağını kəsiblər. "Heç bir türk
Ermənistandan heç bir Ģey aparmamalıdır" deyərək, onun əĢyalarını yerə töküblər.
Etiraz etdiyinə görə Baba Babayevi vəhĢicəsinə döyüblər, sonra isə yarımcan
vəziyyətdə gətirib dəmiryol platformasına atıblar.
Zəngilandan Meğriyə qədər piyada getdim. Bərk soyuqlu, çovğunlu bir gün
idi. Gecə qaranlıqda rayondan keçib getmək çox təhlükəli idi. Erməni cavanlar
əllərində silah, armatur parçaları dəstə-dəstə gəzərək, özləri demiĢkən "qurbanlıq
türk" axtarırdılar. Rayon mərkəzində isə 3-4 min erməni toplaĢıb mitinq
keçirirdilər. Gecə qalmaq üçün rayon icraiyyə komitəsinə getdim ki, hər halda
hökumət idarəsində mənə bir köməklik göstərərlər. Növbətçi məni heç qapıdan da
içəri buraxmadı: - "Biz türkə sığınacaq vermirik. Rədd ol, hara gedirsən get", -
deyərək qapıdan qovdu. Oradan rayon milis idarəsinə getdim. Növbətçiyə dedim
ki, mən Lök kəndinə getməliyəm. Ya bir maĢın verin, adam qoĢun məni aparsın, ya
da bir dustaq kimi kamerada səhərə kimi saxlayın. Növbətçi məni rəisin yanına
apardı. Rəis isə - "yol açıqdır, hara istəsən gedə bilərsən. Kimsə sənə bir Ģey eləsə,
müraciət edərsən, araĢdırarıq" - deyərək məni idarədən qovdu.
Soyuq iliyimə iĢləyirdi. Bakıdan çıxandan artıq 2 gün keçsə də, dilimə bir
parça çörək dəyməmiĢdi. Yeriməyə taqətim, qalmağa yerim yox idi. Çöldə qalsam
ya Ģaxta dondurardı, ya da ermənilər görüb öldürərdilər.
Meğri rayon mərkəzindən sərhəd zastavasına 2-3 km yol idi. Zastavaya
getdim. Ora təhlükəsiz idi. Gecəni orada qaldım. Səhər iki nəfər hərbçinin
vasitəsilə kəndimizə getdim. Gördüm ki, kənddə 10-15 yük maĢını, yüzə qədər də
mülki geyimdə erməni vardır. Onların içərisində Sovet sədri, rayon partiya
komitəsinin, prokurorluğun, təhlükəsizlik idarəsinin və milis idarəsinin iĢçilərini
tanıdım. Evləri gəzir, ev əĢyalarını siyahıya alır, dediklərinə görə Azərbaycandan
gəlməli olan ermənilər üçün hazırlayırdılar. Evə getdim yoldaĢım sağ-salamat idi.
Tövlədəki mal-heyvan acından və susuzluqdan mələĢirdi. Heyvanları
suvarıb yemlədim. Özüm də bir tikə çörək yeyəndən sonra hərbçlərin müĢayiəti ilə
kəndə çıxıb, raykomun nümayəndəsindən ev əĢyalarını və heyvanlarımı aparmaq
üçün maĢın istədim. O mənə dedi ki, heç nəyə əl vurmaq olmaz. Dövlət
komissiyası icazə verəndən sonra hamınız qayıdıb, gələrsiniz və hərə öz əĢyalarını
aparar. Ġndi isə yalnız yataq dəsti apara bilərsən.
Yük maĢınlarının birinin sürücüsünə yaxınlaĢdım. Bizi dəmiryol
stansiyasına aparmaq üçün 50 manat istədi. Əlacım yox idi, deyə razılaĢdım. Hansı
ki, adi vaxtlar həmin yolu ən çoxu 10 manata aparardılar. Dörd dəst yorğan-döĢək
və iki xalça götürdüm - bundan artıq bir Ģey götürməyə qoymadılar.
192
MaĢına minəndə azərbaycanca yalvarıĢ səsi eĢitdim. QonĢuluğumuzda hər
iki gözündən kor bir kiĢi yaĢayırdı. Bu onun səsi idi. Sən demə camaat kənddən
qovulanda bu adam evdə qalıbmıĢ. Qayıtdım onu da götürdüm, dalıma alıb maĢının
kabinasına mindirdim. Özüm isə həyat yoldaĢım və hərbçilərlə kuzova mindik.
Dəmiryol stansiyasına üç kilometr qalmıĢ erməni sürücüsü maĢını saxladı
ki, yüz manat verəcəksən. Mənim isə cəmisi səksən manatım var idi. Nə qədər dil
tökdüm, yalvardım, razılaĢmadı. Çatmayan 20 manatın əvəzində əldə toxunmuĢ
yun xalçalardan birini götürdü ki, onun qiyməti ən azı 500 manat olardı.
Meğri dəmiryol stansiyasında rayonun müxtəlif kəndlərindən gəlmiĢ 100-
150 ailə ev-eĢik əĢyalarını da töküb, onları Azərbaycana aparacaq yük qatarını
gözləyirdi. Çox ürək ağrıdan bir mənzərə var idi. Bərk qar yağırdı, külək əsirdi.
UĢaqlar, qocalar, qadınlar götürə bildikləri paltar-palaza bürünüb soyuqdan bir
təhər qorunurdular. Ġnsanların qıĢqırığı, ah-naləsi bir-birinə qarıĢmıĢdı.
Bu vaxt çiynində videokamera olan iki rus jurnalisti bizə yaxınlaĢdı.
Kimliyimizi, hardan gəlib, hara getdiyimizi, bu hadisələrə münasibətimizi
soruĢdu, camaatı çəkib getdi. DəhĢətli burasıdır ki, iki gün ondan sonra
Mincivan stansiyasında təsadüfən televizorda Moskvadan göstərilən
"Vremya" proqramında Meğri stansiyasında bizi qatar gözləyən vəziyyətdə
göstərsələr də, tamam baĢqa adda təqdim etdilər. Guya ki, burada didərgin
Dostları ilə paylaş: |