bulaq, Qarayataq, Ġlbənd, DaĢ körpü, Motal qaya, Sarı yurd və s.
200
Kiçik dağ kəndidir. Statistik məlumatlara görə, kənddə 1886-cı ildə 202
nəfər azərbaycanlı yaĢamıĢdır. 1918-ci ildə Andronikin daĢnak ordusu kəndi
dağıtmıĢ, əhalini qırmıĢ, sağ qalanlar dağlarla Ordubada qaçmıĢlar. Həmin dövrdə
Acıbac kəndinin XVII əsrə aid müsəlman-türk memarlıq üslubunda tikilmiĢ Tağlı
məscidi yandırılıb, dağıdılmıĢdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz
doğma kəndinə qayıtmıĢ, təsərrüfatı bərpa etmiĢdir. 1931-ci ildə Acıbac kəndində
kolxoz qurulmuĢ, lakin kolxoz bir neçə dəfə qonĢu Pəyhan kolxozuna
birləĢdirilmiĢ və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmıĢdır.
Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmıĢdır. 1937-39-cu illərdə
kənddən ona yaxın adam heç bir günahı olmadan represiyaya məruz qalmıĢdır.
Acıbac kəndindən 38 nəfər birinci dünya müharibəsində iĢtirak etmiĢ, onlardan 17
nəfəri geriyə qayıtmamıĢdır. Acıbac kəndində 7 tayfa olmuĢdur: Qəmbərli,
Nurhələmli, Sarılı, Haxnazarlı, Qarallı, Hüseynli, Nəsirli (97, 119).
1988-ci ildən kənddə 8 illik məktəb fəaliyyət göstərirdi, klub, kitabxana,
tibb məntəqəsi var idi.
1988-ci ilin 4 dekabrında rayon rəhbərliyinin təĢkilatçılığı ilə erməni
separatçıları Acıbac kəndinin əhalisini kənddən zorla qovub çıxartdılar. Hal
hazırda kəndin əhalisi AbĢeron rayonunda, Bakı və Sumqayıt Ģəhərlərində
məskunlaĢmıĢlar.
Azərbaycanın bütövlüyü uğrunda Ģəhid olmuĢ Qəmbərov Fehruz
Qürbət oğlu Acıbac kəndinin övladıdır (48, 23).
Baharlı kəndi
(məqalə S.Qarayevin "Qazangöl həsrəti" kitabı əsasında hazırlanmışdır)
Qafan rayonunun Gığı dərəsi bölgəsində yerləĢən azərbaycanlı kəndi idi.
Qafan Ģəhərindən 17-18 km Ģimal-qərbdə, Gığı çayının sol sahilində, dağın
döĢündə yerləĢir. Kəndin bir tərəfi sıx meĢəlik, bir tərəfi isə qayalıq və kolluqdur.
Kəndin bağları və ətrafı çoxlu sayda iri cəviz ağacları ilə zəngindir.
Baharlı kəndinin adı Qaraqoyunluların Baharlı tayfasının adı ilə
əlaqədardır. XVII əsrə aid sənədlərdə kəndin adına rast gəlinir. M.Baharlı (83, 49)
baharlıların XVIII əsrin ortalarında cənubi Azərbaycandan köçüb, ġuĢa və
Zəngəzur qəzalarında kənd salmasını göstərsə də, qaraqoyunluların bu yerlərdə XV
əsrlərdə hakim olduqlarını nəzərə alaraq Baharlı kəndinin daha qədim tarixə malik
olduğunu söyləyə bilərik. Kəndin toponimlərinin açılıĢı da, qədim tarixdən xəbər
verir: Çola, Vana, Dəvə boynu, Pirkətən, Ərkətən, Göy gədik, Məlik kahası,
Novruz yurd və s.
Baharlı kəndində 1835-ci ildə 62 nəfər, 1897-ci ildə 74 nəfər, 1926-cı ildə
113 nəfər, 1983-cü ildə isə 428 nəfər azərbaycanlı yaĢamıĢdır. 1918-20-ci illərdə
erməni daĢnakları Baharlı kəndini dağıtmıĢ, baĢdan-baĢa yandırmıĢ, əhalinin bir
201
hissəsini qırmıĢ, qalanlar isə qıĢın ortasında qarlı dağ aĢırımlarını keçərək,
Ordubada və Zəngilana qaçmıĢlar. 1922-ci ildən sonra bir neçə ailə Baharlıya
qayıdıb gəlib, yenidən məskunlaĢmıĢdır. Gığı dərəsi bölgəsində ilk kolxoz 1931-ci
ildə Baharlı kəndində təĢkil edilmiĢdir. Baharlı kəndində ilk ibtidai məktəb 30-cu
illərin sonlarında açılmıĢdır.
Birinci Dünya Müharibəsində Baharlı kəndindən 16 nəfər həlak olmuĢdur.
Baharlı kolxozu 1965-ci ildə Gığı sovxozuna birləĢdirildi. Kənd özü isə
1983-cü ildə qonĢu Zeyvə kəndinə köçürüldü. Kəndin yerində Gecalan mis-
molibden kombinatını iĢlətmək üçün su anbarı tikildi. Həmin dövrdən baĢlayaraq
Baharlı kəndinin camaatının böyük bir hissəsi Azərbaycana köçüb gəldi və
AbĢeron rayonunda məskunlaĢdı.
1988-ci ildə Baharlı kəndində 8 illik məktəb, klub, kitabxana fəaliyyət
göstərirdi. Həmin ilin 3 dekabrında Zeyvə qəsəbəsinin digər sakinləri ilə yanaĢı
Baharlı camaatı da öz yurd-yuvalarından didərgin salındılar.
Baharlı kəndinin 3 igid övladı - Ġsmayılov Ġsmayıl QaraĢ oğlu,
Həsənquluyev Akif Əmrah oğlu, Allahverdiyev Nazim Karlen oğlu Qarabağ
müharibəsində Ģəhid olmuĢlar (48, 28).
Çobanlı kəndi
Qafan rayon mərkəzindən 15 km Ģimal-Ģərqdə Oxçu çayının sol sahilində
yerləĢir. Hər tərəfi dağlıq və meĢəlikdir. Kəndin adı çox güman ki, türkdilli
Çapanlı tayfasının adı ilə bağlıdır. "Urud və Ġskəndər qalası livalarının müfəssəl
dəftəri"ndə kəndin adı Çobanbağı kəndi kimi göstərilir. 1831-ci ildə kənddə 16
nəfər, 1873-cü ildə 195 nəfər, 1897-ci ildə 152 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə
Çobanlı kəndi dağıdılmıĢ, əhali isə son nəfərinə kimi kənddən qovulub,
çıxarılmıĢdır. Sovet hökuməti qurulduqdan sonra Çobanlı camaatının az bir hissəsi
yenidən kəndə qayıtmıĢ, dağılmıĢ təsərrüfatı bərpa etmiĢ, kolxoz qurmuĢ, 8 illik
məktəb tikmiĢdir. 30-cu illərdə kənddə Oxdar kəndi ilə birlikdə kolxoz qurulmuĢ,
50-ci illərdə isə bölgənin digər azərbaycanlı kəndləri kimi (7 kənd) Çobanlı
kəndinin kolxozu da "NoraĢenik" erməni sovxozuna birləĢdirilmiĢdir. Kəndin
məktəbi olmamıĢdır. Kənd uĢaqları qonĢu Oxdar kəndindəki məktəbdə təhsil
almıĢlar. 1988-ci ildə kənddə 18 ev var idi, 100-ə yaxın əhali yaĢayırdı.
Toponimləri: Ağ göl yaylağı, Pir bulağı, Oxdar çayı, Çobanlı dərəsi, Qoz
dibi və s.
Dovrus kəndi
Bölgənin ən qədim kəndlərindən biridir. Qafan rayon mərkəzindən 15 km
Ģimal-Ģərqdə, Oxdar kəndinin yaxınlığında, hər tərəfdən meĢələr və dağlarla əhatə
olunmuĢ mənzərəli bir yerdə yerləĢir. Dovrus kəndi qədim Ecanan mahalının ən
böyük yaĢayıĢ məntəqələrindən biridir. "Urud və Ġskəndər qalası livalarının
202
müfəssəl dəftəri"ndə kəndin adı "Davris" Ģəklində çəkilir. Dovrus kəndində IX
əsrə aid qədim alban kilsəsinin qalıqları və digər yazılı daĢ abidələr bu kəndin
qədim yaĢayıĢ məntəqələrindən olduğunu göstərən tutarlı dəlillər idi. Kənddə
1831-ci ildə 61 nəfər, 1873-cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə
303 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə bölgənin digər azərbaycanlı kəndləri kimi
Dovrus kəndi də ermənilər tərəfindən dağıdılmıĢ, kənd camaatı Zəngilan və
Qubadlı rayonlarına qaçmıĢlar. Kənddə 8 illik məktəb, klub, kitabxana, tibb
məntəqəsi var idi. 1988-ci ilin noyabr ayında Dovrus camaatı deportasiya
olunmuĢlar. Qarabağ uğrunda gedən döyüĢlərdə Ģəhid olmuĢ Səfərov Səfəralı
Allahverdi oğlu və Qəhrəmanov Camal CümĢüd oğlu Dovrus kəndinin
övladlarıdır.
Gığı kəndi
Qafan rayonunun ən böyük azərbaycanlı kəndidir. Rayon mərkəzindən 35
km Ģimal-qərbdə Gığı çayının sol sahilində, Qarlı dərə çayının sağ yanında
Çaykənd və Pürülü kəndlərinin arasında yerləĢir. Çox qədim kənddir. Kənddə
həmiĢə azərbaycanlılar yaĢamıĢlar. Gığı kəndində çoxlu qədim tarixi abidələr,
yaxud onların qalıqları var idi. Bu abidələrdən ən əhəmiyyətlisi kimi X əsrə aid
Gığı qalası və orta əsr müsəlman memarlığının nümunəsi olan Gığı məscidinin
qalıqlarını göstərmək olar.
XVI əsrin sonlarında Osmanlı imperatorluğu tərəfindən tərtib olunmuĢ
"Urut və Ġskəndər qalası livasının Sicil dəftəri"ndə Gığı kəndi nahiyə mərkəzi
kimi göstərilir. Gığı nahiyəsinə 12 kənd aid edilir. XX əsrin əvvəllərində mövcud
olan inzibati bölgüyə görə Gığı dərəsi yarım rayonuna 21 kənd daxil idi.
Gığı kəndi meĢə və yaylaqlarla əhatə olunmuĢ bolsulu, gur bulaqları olan
yaĢıllıqlar qoynunda yerləĢmiĢ, saf havalı dağ kəndi idi. Kəndin əhalisi tarixən
əkinçilik və maldarlıqla məĢğul olmuĢdur. Gığı kəndinin yaxınlığındakı Pirhəmzə
və Dərməzür dağları bütün ətraf kəndlərin yaylaq yerləri idi.
Gığı kəndinin toponimləri: Arpalıq, ġıppırlı, Quru dərə, Demilər,
ġəhərcik yurdu, Pirhəmzə, Yeməzli yurdu, Qırmızılıq, Qaraöyül, Qarağatlı,
Həyərək, Qırmızı daĢ, Təkə daĢ, Yanıq çiməni, Nəsir kahası, Dərməzür,
Qalacıq, Qara su, VəliĢ dəyirmanı, Məmmədin dəyirmanı, Ardıclı güney,
Boymadərən dərəsi, Güllü kaha, Ağ daĢ, Boz ağıl, Dik daĢ, Qara çanqıl, Əbə
dərə, Əlmərdan dağı və s (97, 305).
Statistik məlumata görə, kənddə 1831-ci ildə 131 nəfər, 1897-ci ildə 213
nəfər, 1931-ci ildə isə 396 nəfər yaĢamıĢdır.
Gığı kəndi 1905 və 1918-ci ildə ermənilərin hücumu zamanı qəhrəmanlıqla
müdafiə olunmuĢ, eləcə də ətraf azərbaycanlı kəndləri üçün sığınacaq olmuĢdur.
DaĢnak Andronik və Nijdenin quldur dəstələri Gığı camaatına qarĢı görünməmiĢ
vəhĢiliklər törətmiĢ, bir çox evləri və kənd məscidini yandırmıĢ, çoxlu sayda
203
köməksiz insanları qətlə yetirmiĢlər. Sağ qalanlar isə Naxçıvana və Zəngilana
qaçmıĢlar.
1922-ci ildə gığılılar yenidən öz doğma kəndlərinə qayıtmıĢ, evlərini və
təssərüfatlarını bərpa etmiĢlər. 1931-ci ildə Gığı kolxozu yaradılmıĢ, bu kolxoza bir
neçə ətraf kəndin də kolxozu birləĢmiĢdir. 1965-ci ildə Gığı dərəsi bölgəsində
yerləĢən 12 kəndin təsərrüfatı Gığı sovxozunda birləĢdirilmiĢdir.
1931-ci ildə Gığıda 8 illik məktəb, 1940-cı ildə isə bölgədə ilk orta məktəb
açılmıĢdır. Gığıda poçt-rabitə Ģöbəsi, klub, kitabxana, xəstəxana var idi. Gığı kəndi
ziyalı, savadlı adamları ilə bölgədə tanınmıĢ kəndlərdən biridir.
Böyük Vətən Müharibəsində 100-ə yaxın gığılı iĢtirak etmiĢdir ki, onlardan
48-i geriyə qayıtmamıĢdır.
1988-ci ilin dekabrında Qafan rayonunun digər azərbaycanlı kəndləri kimi
Gığı kəndinin sakinləri də öz yurd yuvalarından zorla qovulub, çıxarıldılar. Gığı
camaatı Bakıda, Sumqayıtda və AbĢeron rayonunun kəndlərində məskunlaĢdılar.
Qarabağ uğrunda gedən döyüĢlərdə Gığı kəndindən onlarla gənc
iĢtirak etmiĢ, Məmmədov Namiq Ənvər oğlu, Aslanov Elnur Ġsbi oğlu, Talıbov
Nəgah Mirbaba oğlu, Piriyev Gülbala Bəhlul oğlu, Novruzov Allahverdi ġikar
oğlu, Vəliyev Mail Famil oğlu, Ağaməmmədov Əhliqar Səfəralı oğlu isə
torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıqla Ģəhid
olmuĢlar (48, 11).
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə
Xeyrulla Hümbətova təĢəkkürümüzü bildiririk - müəll.).
Gomaran kəndi
Qafan Ģəhərindən 3 km cənub-Ģərqdə Oxçu çayının sağ sahilində Güdgüm
(GeğanuĢ) kəndinin yaxınlığında yerləĢirdi. Kəndin adının Gomaran dağının
adından götürüldüyü güman edilir. Statistik məlumatlara görə, kəndin 1897-ci ildə
158 nəfər, 1926-cı ildə 52 nəfər, 1959-cu ildə 97 nəfər, 1979-cu ildə 163 nəfər,
1988-ci ildə 200 nəfər əhalisi olmuĢdur. 1918-20-ci illərdə kəndin əhalisi ermənilər
tərəfindən Zəngilana qovulmuĢ, kənd yandırılıb, dağıdılmıĢdır. 1920-ci ildə
camaatın bir hissəsi kəndə qayıdaraq, təsərrüfatı bərpa etmiĢdir. Gomaran kəndində
1936-cı ildə kolxoz yaradılmıĢ, 1959-cu ildə isə erməni kəndi olan GeğanuĢ
kolxozu ilə birləĢdirilmiĢdir.
Gomaran kəndindən Böyük Vətən Müharibəsində 21 nəfər iĢtirak etmiĢ,
onlardan 8-i geri qayıtmamıĢdır.
Kəndin toponimləri: Oxçu çayı, Hüseynalı dərəsi, Səhəng çuxuru,
Dağdağan yalı, Arpalıq, Horlu yurd, Xüstub dağı və s.
1988-ci ildə kənddə 40 ev var idi. Həmin ilin noyabrında kənd camaatı zorla
deportasiya olunaraq, ata-baba yurdlarından salınmıĢdır.
204
Qarabağ Ģəhidi Məmmədov Pənah Məmməd oğlu Gomaran kəndində
doğulmuĢdur.
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə
Dünyamalı Dünyamalıyevə təĢəkkürümüzü bildiririk - müəll.).
Həçəti kəndi
Qafan rayonunun ən uca dağ kəndlərindən biridir. Gığı çayının sağ
sahilində, rayon mərkəzindən 28 km Ģimal-qərbdə, dəniz səviyyəsindən 2200 m.
hündürlükdə, kollu-meĢəli dağ döĢündə yerləĢir.
Həçəti kəndinin toponimləri: Vana bulağı, Sarı çeĢmə, Vana yurdu,
Mədət yurdu, Arpalıq dərəsi, Çiçəkli dərə, Söyüdlük və s.
Kənd XX əsrdə 4 dəfə dağılmıĢ və bərpa olunmuĢdur. 1905-ci ildə baĢ
vermiĢ erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri
kimi Həçəti kəndinə də xeyli ziyan dəymiĢdir. 1918-ci ildə daĢnak silahlıları Həçəti
kəndini dağıtmıĢ, kənd əhalisi dağları aĢaraq Naxçıvana pənah aparmıĢlar. 1919-cu
ildən kəndə qayıdan Həçəti camaatı həmin ilin payızında erməni hərbi qüvvələrinin
kəndə yenidən basqını nəticəsində təkrarən öz yurd-yuvalarından didərgin düĢmüĢ,
bu dəfə Zəngilan rayonuna sığınmıĢlar.
Sovet hökuməti qurulduqdan sonra, Həçəti camaatının yalnız kiçik bir
hissəsi yenidən geriyə qayıdaraq, kəndlərini bərpa etmiĢlər. Ermənilər Sovet
hökuməti illərində də, Həçəti camaatını rahat qoymamıĢ, 1939-cu ildə əhalini
Gığıya köçürmüĢ, kəndi isə söküb-dağıtmıĢlar. Həçətililər 1946-cı ildə yenidən öz
kəndlərini bərpa etmiĢ və 1988-ci ilə qədər doğma torpaqlarında yaĢamıĢlar. Həçəti
kəndində 1931-ci ildə kolxoz qurulmuĢ, həmin kolxoz 1965-ci ildə bölgənin digər
azərbaycanlı kəndlərinin təsərrüfatları kimi, Gığı sovxozunun tərkibinə daxil
edilmiĢdir.
1988-ci ildə kənddə 30 ev, 160 nəfər əhali var idi. Həçəti kəndində ibtidai
məktəb, kitabxana, klub, mağaza və s. ictimai binalar tikilmiĢdir. 1988-ci ilin
payızında bölgənin digər azərbaycanlı kəndləri kimi Həçəti kəndi də, ermənilər
tərəfindən vəhĢicəsinə boĢaldıldı, kənd camaatı Bakı, Sumqayıt Ģəhərlərinə,
AbĢeron rayonuna pənah gətirdilər.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə apararaq
1990-cı ilin 20 yanvar gecəsində Ģəhidlik zirvəsinə yüksəlmiĢ Məmmədov
Ġbrahim Behbud oğlu Həçəti kəndinin yetirməsidir.
Hünüt kəndi
Qafan rayon mərkəzindən 15 km Ģimal-Ģərqdə, Ecanan çayının sağ
sahilində, dağlıq, meĢəlik bir ərazidə yerləĢmiĢdir. Kəndin adının mənası "hun"
qədim türk tayfaları olan hunlarla bağlıdır. Kənddə 1988-ci ildə 20-25 ev, 120-yə
205
yaxın əhali var idi. Sovet hökumətinin mövcud olduğu 70 il ərzində Hünüt
kəndində məktəb tikilməmiĢdir. 30-cu illərdə kolxoz qurulsa da, sonradan
kolxozun təsərrüfatı "Sünik" erməni sovxozuna verilmiĢdir. 1988-ci ilin
noyabrında Hünüt kəndinin camaatı ermənilər tərəfindən zorla deportasiya
olunmuĢdur.
Qarabağ uğrunda gedən döyüĢlərdə qəhrəmanlıqla Ģəhid olmuĢ
Sultanov Lətif Tapdıq oğlu Hünüt kəndinin övladıdır.
Xələc kəndi
Qafan rayon mərkəzindən 4-5 km Ģimalda Xələc (Ecanan) çayının sol
sahilində təpəlik üzərində yerləĢmiĢdir. Bir vaxtlar Ecanan bölgəsinin ən böyük
kəndi olmuĢ, mahalda "100 evli Xələc" kimi tanınmıĢdır. Səlcuq oğuzlarının Xələc
tayfasının burada məskunlaĢmasından sonra yaranmıĢ kənddir. Xələc kəndində
1831-ci ildə 123 nəfər, 1886-cı ildə 108 nəfər, 1897-ci ildə 329 nəfər əhali
yaĢamıĢdır. 1918-ci ildə daĢnaklar Xələc kəndini dağıtmıĢ, kənd camaatının bir
hissəsi qırılmıĢ, bir hissəsi Bakıya, qalanı isə Qubadlı rayonunun kəndlərinə pənah
aparmıĢdır. 1922-ci ildə kənd camaatının kiçik bir hissəsi geriyə qayıtmıĢ, kəndi
bərpa etmiĢ, təsərrüfatı dirçəltmiĢlər. 1939-cu ildə Xələcdə əhalinin sayı 780 nəfərə
çatmıĢdır. Xələcdə 1931-ci ildən kolxoz qurulmuĢ, 1958-ci ildə Xələc kolxozu ləğv
edilərək, kolxozun əmlakı qonĢu erməni kəndinin "Sünik" sovxozuna verilmiĢdir.
Böyük Vətən Müharibəsində Xələc kəndindən 42 nəfər iĢtirak etmiĢ, onlardan 35
nəfəri geriyə qayıtmamıĢdır. Kənddə 8 illik məktəb, klub, kitabxana, tibb
məntəqəsi var idi. 1988-ci ildə Xələc kəndində 70 ev var idi, 450 nəfər
azərbaycanlı yaĢayırdı. 1988-ci ilin noyabrın sonlarında Xələc camaatı öz
yurdlarından zorla deportasiya olundular. Əhalinin əmlakı əlindən alındı, evləri
dəyiĢilməmiĢ qaldı.
Qarabağ torpaqlarının azad olunması uğrunda Ģəhid olmuĢ BəĢirov
Mirzə Musa oğlu, Abbasov Ədalət Umud oğlu Xələc kəndinin övladlarıdır.
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə
ġıxıyeva Firuzə ġükür qızına təĢəkkürümüzü bildiririk - müəll.).
Kurud kəndi
Qafan rayon mərkəzindən 32 km Ģimal-qərbdə Kurud çayının hər iki
sahilində ÇiriĢ və Kirs çaylarının arasında, dəniz səviyyəsindən 2200 m.
hündürlükdə yerləĢir. Kurud sözünün mənası "kuh" farsca "dağ" sözündən və Urud
kəndinin adından götürülmüĢdür. Urud dağı mənasındadır, (46, 309).
Kurud kəndinin toponimləri: Gülxac, Xırman yalı, KöĢək bulağı, KəfĢən
baĢı, Vana, Tahirin körpüsü, Golavar, Qızıl ağıl, Piralata, AĢırım, Yanıq
kaha, Kaha dərəsi və s.
206
1513-cü ildə tərtib olunmuĢ "Urud və Ġskəndər qalası livalarının müfəssəl
dəftəri"ndə (35) Kurud kəndi dağıdılmıĢ azərbaycanlı kəndi kimi göstərilmiĢdir.
Mənbələrdə göstərildiyinə görə, Kurud kəndində 1897-ci ildə 145 nəfər,
1922-ci ildə 172 nəfər, 1931-ci ildə 220 nəfər əhali yaĢamıĢdır (51, 147).
1918-19-cu illərdə Kurud kəndi ermənilər tərəfindən bir neçə dəfə
dağıdılmıĢ və yandırılmıĢdır. Kənd camaatı Zəngəzur silsiləsini aĢaraq, Ordubad və
Culfa rayonlarına pənah aparmıĢlar.
Sovet hökuməti qurulduqdan sonra, Kurud kəndinin camaatının bir hissəsi
geriyə qayıtmıĢ, yenidən öz kəndlərini bərpa etmiĢlər. Kurud kəndində 1930-cu
ildə orta məktəb, 1937-ci ildə isə 7 illik məktəb açılmıĢdır. 1933-cü ildə Kurud
kəndində kolxoz qurulmuĢ, 1939-cu ildə qonĢu Səncəralı və ÇiriĢ kəndlərinin
təsərrüfatı da həmin kolxoza birləĢdirilmiĢdir. 1965-ci ildə Kurud kolxozu Gığı
sovxozuna daxil edilmiĢ, bundan sonra, kənd camaatının bir hissəsi Naxçıvan MR-
ə köçərək, Culfa rayonunun ġurud, Ordubad rayonunun Ələhi və Bis kəndlərinə
köçdülər.
1988-ci ildə bölgənin digər azərbaycanlı kəndləri kimi, Kurud kəndinin 500
nəfərə yaxın əhalisi də zorla deportasiya edilərək, didərgin salındılar. Hal-hazırda
həmin insanlar Bakı, Sumqayıt Ģəhərlərində və AbĢeron rayonunda
məskunlaĢmıĢlar.
Kurud kəndində dünyaya göz açmıĢ Poladov Usub Osman oğlu
sərhədlərimizin keĢiyində hərbi xidmət vəzifəsini yerinə yetirərkən həlak
olmuĢdur.
Qaraçimən kəndi
Qafan rayon mərkəzindən 5 km Ģimal-Ģərqdə Oxçu çayın sol sahilində,
Qafan-Gorus avtomobil yolunun sağ sahilində yerləĢir. Qaraçimən kəndi cənub
tərəfdən Zəngilan rayonunun ġərikan və Yuxarı Gəyəli kəndlərindən, qərb tərəfdən
Qafanın Siznək kəndi ilə, Ģimaldan Cıbıllı və Yuxarı Gödəkli kəndləri ilə, Ģərqdən
isə erməni kəndi olan Sirkətasla qonĢu idi. Kəndin XVI əsrdə yarandığı və cənubi
Azərbaycanın Savalan dağı ətəklərində yerləĢən Qaraçimən kəndinin əhalisinin bir
hissəsinin burada məskunlaĢması nəticəsində bina edildiyi söylənilir.
Qaraçimən kəndi haqqında bu kəndin sakinləri M.Qasımov və N.Qasımov
tərəfindən yazılmıĢ "Qaraçimənin qan yaddaĢı" adlı kitabda (82) ətraflı məlumat
verildiyindən burada yalnız həmin müəlliflərə istinadən bəzi ümumi qeydlər
etməklə kifayətlənəcəyik. Qaraçimən kəndində həmiĢə azərbaycanlılar yaĢamıĢdır.
Mənbələrə görə Qaraçiməndə 1905-ci ildə 368 nəfər, 1940-cı ildə 433 nəfər, 1988-
ci ildə 771 nəfər adam yaĢamıĢdır. Kənddə 58 təsərrüfatda birləĢən 70-ə yaxın ailə
yaĢamıĢdır. Qaraçimən kəndi XIX əsrin axırlarında AĢağı və Yuxarı Qaraçimən
kəndlərindən ibarət olmuĢdur.
1905-18-ci illərdə Zəngəzurun digər kəndləri kimi, Qaraçimən kəndi də
erməni daĢnak silahlı qüvvələri tərəfindən dağıdılıb, yandırılmıĢdır. 1919-cu ildə
207
Qaraçimən camaatı kəndi tərk etmək məcburiyyətində qalaraq, Zəngilan rayonuna
köçmüĢlər. 3-4 il Zəngilanda yaĢayan Qaraçimən camaatının xeyli hissəsi o zaman
yayılmıĢ taun xəstəliyindən ölmüĢdür.
Qaraçimən kəndində 1924-cü ildə ibtidai məktəb açılmıĢ, 1951-ci ildə 7
illik, 1965-ci ildə isə 8 illik məktəb açılmıĢdır. Qaraçimən kəndində 1934-cü ildə
kolxoz qurulmuĢ, 1958-ci ildə isə kolxoz təsərrüfatı ləğv edilərək, sovxoz
yaradılmıĢdır.
1941-45-ci il müharibəsində Qaraçimən kəndindən 32 nəfər iĢtirak etmiĢdir
ki, onlardan 17 nəfəri geriyə qayıtmamıĢdır.
1988-ci ilin dekabrında Zəngəzurun digər azərbaycanlı kəndləri kimi
Qaraçimən kəndi də ermənilər tərəfindən zorla boĢaldıldı, kənd camaatının var-
yoxları talan edildi. Bu hadisə zamanı kənd sakini müharibə veteranı Musa
Mehdiyev həlak oldu. Hal hazırda Qaraçimən camaatı Bakı, Sumqayıt, Əlibayramlı
Ģəhərlərində, habelə Zəngilan, Füzuli, Saatlı və Dəvəçi rayonlarında
məskunlaĢmıĢlar.
Qaradığa kəndi
Qafan rayon mərkəzindən 12 km Ģimal-Ģərqdə Ecanan çayının sağ sahilində,
mənzərəli bir yerdə yerləĢir. Kənd hər tərəfdən meĢəlik və meyvə bağları ilə əhatə
olunmuĢdur. Qaradığa kəndinin adı 1593-cü ildə tərtib edilmiĢ, Osmanlı
imperatorluğunun haqq-hesab sənədi sayılan "Urud və Ġskəndər qalası
livalarının müfəssəl dəftəri"ndə Əcənan nahiyəsinə məxsus Qaradiğə kəndi
kimi çəkilir. Bu sənəddə kəndin baĢqa adının Pürünlər olduğu qeyd edilir və kənd
dağıdılmıĢ azərbaycanlı kəndi kimi göstərilir. Kənddə 1873-cü ildə 200 nəfər,
1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə kənd
ermənilər tərəfindən dağıdılmıĢ, əhalinin bir hissəsi öldürülmüĢ, bir hissəsi isə
qaçqın düĢərək, Qubadlı və Zəngilan rayonlarında məskunlaĢmıĢlar. 1922-ci ildə
əhali yenidən kəndə qayıtmıĢ, təsərrüfatı bərpa etmiĢ, kolxoz yaratmıĢdır.
1988-ci ilin noyabrında Zəngəzurun digər kəndləri kimi Qaradığa kəndi də,
ermənilər tərəfindən dağıdılmıĢ, kənd camaatı deportasiya olunaraq Azərbaycana
qovulmuĢdur.
Dostları ilə paylaş: |