Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

QovĢud kəndi 
 
(məqalə S.Qarayevin "Qazangöl həsrəti" kitabı əsasında hazırlanmışdır) 
 
Gığı  dərəsi  bölgəsində  yerləĢən  kiçik  azərbaycanlı  kəndi  olmuĢdur.  Qafan 
Ģəhərindən  15  km  Ģimal-qərbdə  Gığı  çayının  sağ  sahilində  Zeyvə  qalasının 
yaxınlığında  yerləĢir.  QovĢud  adı  ilə  bağlı  toponimlərə  Azərbaycanda  (Cəbrayıl 
rayonu)  və  Türkmənistanda  (QovĢut,  QovĢutbənd,  QovĢudyap,  QovĢud  xan 
qala)  rast  gəlindiyini  nəzərə  alaraq,  söyləmək  olar  ki,  QovĢud  sözü  tayfa  adı  ilə 
bağlıdır  (46,  210).  QovĢud  kəndinin  toponimləri  də  təmiz  azərbaycan 

208 
 
türkcəsindədir:  Axçağıl,  Xatın  çeĢmə,  Əsəb  düzü,  Ərkətan,  Zeyvə  çiməni, 
Kolavat, Mollalı körpüsü və s. 
QovĢud  kəndi  də  Zəngəzurun  digər  kəndləri  kimi  1918-20-ci  illərdə 
ermənilər  tərəfindən  dağıdılmıĢ,  kənd  əhalisinin  bir  hissəsi  qətlə  yetirilmiĢ,  sağ 
qalanlar  isə  Naxçıvana  qaçıb  getmiĢlər.  QovĢud  kəndində  1933-cü  ildə  kolxoz 
qurulmuĢ,  1961-ci  ildə  isə  QovĢud  kolxozu  Kürdükan  erməni  kəndinə 
birləĢdirilmiĢ,  kolxozun  bütün  təsərrüfatı  həmin  kəndə  verilmiĢdir.  QovĢud 
kəndindən  46  nəfər  Böyük  Vətən  Müharibəsində  iĢtirak  etmiĢ,  onlardan  23  nəfəri 
geriyə qayıtmamıĢdır. 
1988-ci  ildə  kənddə  43  ev  olmuĢ,  357  nəfər  adam  yaĢamıĢdır.  1988-ci  ilin 
dekabrında QovĢud camaatı deportasiya olunmuĢ, Bakı və Sumqayıt Ģəhərlərində, 
AbĢeron, Xızı, Dəvəçi və s. rayonlarda məskunlaĢmıĢlar. 
Azərbaycanın bütövlüyü uğrunda gedən döyüĢlərdə QovĢud kəndindən 
4  nəfər  Ģəhid  olmuĢdur:  Mansumov  Adil,  Məmmədov  XoĢbəxt,  Qurbanov 
Akif, Almuradov ġahmurad (48, 20). 
 
QuĢçulu kəndi 
(1950-ci ildən Davıdbəy qəsəbəsi) 
 
Qafan rayon  mərkəzindən 12 km  Ģimal-Ģərqdə  Oxçu çayının  sağ sahilində 
yerləĢmiĢdir.  MeĢə  və  dağlarla  əhatə  olunmuĢdur.  Saf  suyu,  təmiz  havası,  gözəl 
təbiəti  vardır.  Kəndin  adının  mənası  qədim  türk  mənĢəli  quĢçu  tayfasının  adı  ilə 
bağlıdır.  Kənddə  1831-ci  ildə  38  nəfər,  1873-cü  ildə  149  nəfər,  1886-cı  ildə  221 
nəfər  əhali  yaĢamıĢdır.  1918-ci  ildə  kənd  ermənilər  tərəfindən  dağıdılmıĢ,  əhali 
Ordubada  qovulmuĢdur.  1922-ci  ildən  sonra  əhalinin  bir  hissəsi  kəndə  qayıtmıĢ, 
təsərrüfatı  bərpa  etmiĢ,  30-cu  illərdə  kənddə  kolxoz  qurulmuĢ  və  ibtidai  məktəb 
açılmıĢdır.  1949-cu  ildə  kənd  ləğv  olunmuĢ,  əhalisi  isə  Davıdbəy  qəsəbəsinə 
köçürülmüĢdür.  Böyük  Vətən  Müharibəsində  QuĢçulu  kəndindən  20  adam  iĢtirak 
etmiĢ,  onlardan  13-ü  geriyə  qayıtmamıĢdır.  1955-ci  ildə  kolxoz  ləğv  edilmiĢ, 
təsərrüfatı "Lernadzor" erməni sovxozuna verilmiĢdir. 
QuĢçulu  kəndində  bir  sıra  toponimlər  vardır  ki,  həmin  adlar  bu 
yerlərin  qədim  mübarizə  meydanı  olduğunu  göstərən  tarixi  dəlillərdir:  Bəzz 
qalası, Qanlı zəmi, Cavidan qalası, Kilid darvazası, Gəzbel dağı və s. 
1988-ci  ildə  Zəngəzurun  digər  kəndləri  kimi  Davıdbəy  qəsəbəsi  də 
(QuĢçulu)  ermənilərin  dövlət  siyasəti  səviyyəsinə  qaldırılmıĢ  deportasiya  aktının 
qurbanı  olmuĢ,  kənddə  yaĢayan  450  nəfər  azərbaycanlı  öz  ata-baba  yurdlarından 
qovulmuĢlar. 
Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın iĢğaldan azad 
edilməsi uğrunda  gedən döyüĢlərdə  QuĢçulu  kəndində  doğulmuĢ Ġsmayılov Tahir 
Ġsa oğlu Ģəhidlik zirvəsinə yüksəlmiĢdir. 

209 
 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Ġsmayılov Qaçay BəĢir oğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Mahmudlu kəndi 
 
(1940-cı ildən Çaykənd) 
 
(məqalə S.Qarayevin "Qazangöl həsrəti" kitabı əsasında hazırlanmışdır) 
 
Gığı  dərəsi  yarım  rayonuna  daxil  olan  azərbaycanlı  kəndidir.  Qafan  rayon 
mərkəzindən  27  km  Ģimal-qərbdə,  Gığı  və  KeypəĢin  kəndlərinin  arasında,  Gığı 
çayının  sağ  sahilində  dəniz  səviyyəsindən  1700  m  hündürlükdə  yerləĢir.  Kəndin 
vaxtilə  Cəbrayıl  rayonunun  Mahmudlu  kəndinin  yaylaq  yeri  olduğu,  sonralar  isə 
qıĢlağa  qayıtmayan  ailələrin  məskunlaĢması  nəticəsində  yarandığı  söylənilir. 
Topomorfantın mənası XV-XVII əsrlərdə Türkiyədən gəlmiĢ sonradan Ģiəliyi 
qəbul edərək QızılbaĢlara qoĢulmuĢ Mahmudlu tayfasının adı ilə əlaqədardır 
(46, 332). Statistik bilgilərə görə kənddə 1914-cü ildə 423 nəfər yaĢamıĢ, əhalinin 
hamısı azərbaycanlılardan ibarət olmuĢdur. 
1918-19-cu  illərdə  ermənilər  Mahmudlu  kəndini  iki  dəfə  yandırmıĢ,  kənd 
əhalisi  isə  Culfa  və  Zəngilan  rayonlarına  qaçmıĢlar.  Sovet  hökuməti  qurulandan 
sonra kənd sakinlərindən 120 nəfəri yenidən öz doğma yurdlarına qayıtmıĢlar. 
1931-ci  ildə  Mahmudlu  kəndində  kolxoz  yaradılmıĢ,  1965-ci  ildə  isə  ləğv 
edilmiĢ,  kolxozun  bütün  təsərrüfatı  Gığı  sovxozuna  verilmiĢdir.  Qırxıncı  illərin 
ortalarına  qədər  kənddə  məktəb  olmamıĢdır.  Mahmudlu  kəndinin  uĢaqları  Gığı 
məktəbində təhsil almıĢdır. 
Ġkinci  Dünya  Müharibəsində  Mahmudlu  kəndindən  16  nəfər  həlak 
olmuĢdur. 
1965-ci  ildən  sonra  kəndin  əhalisi  tədriclə  azalmağa  baĢlamıĢdır.  1988-ci 
ilin  dekabrında  isə  ermənilərin  təzyiqi  altında  Mahmudlu  kəndi  tamamilə 
boĢaldılmıĢ, deportasiya olunmuĢ kənd sakinləri isə bütün var-dövlətlərini itirərək, 
canlarını götürüb Azərbaycana qaçmıĢlar. 
Mahmudlu kəndinin toponimləri: Qara qaya, Lalalı yurd, Anzın, Xırman 
yeri,  Paxlalıq, Çay  arası,  Körpü qayası,  Ağuçuq, Yumru daş, Novlu bulaq, Dəfin 
kaha və s. 
Mahmudlu  kəndindən  olan  Azadəliyev  ġamil  Misaq  oğlu  1991-ci  ildə 
könüllü olaraq Qarabağ uğrunda döyüĢlərə yollanmıĢ, ġelli və Naxçivanik uğrunda 
döyüĢlərdə  Ģücaətlə  vuruĢmuĢ,  1992-ci  ilin  aprelində  ġuĢaya  yola  düĢmüĢ  və 
təəssüf ki, geriyə qayıtmamıĢdır (48, 45). 
 
 
 

210 
 
Müsəlləm kəndi 
 
Qafan rayon mərkəzindən 17 km Ģimal-qərbdə, Oxçu çayının sağ sahilində, 
Əcili  çayının  solunda,  səfalı  düzənlikdə  yerləĢir.  Kənddə  1897-ci  ildə  34  nəfər, 
1922-ci ildə 36 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaĢamıĢdır. 1918-ci ildə 
kənd  dağıdılmıĢ  və  yandırılmıĢ,  əhalinin  bir  hissəsi  öldürülmüĢ,  bir  hissəsi  isə 
qovulmuĢdur.  Sovet  hökməti  qurulduqdan  sonra  əhalinin  az  bir  hissəsi  geriyə 
qayıtmıĢ,  kənd  əsasən  dağlıq  ərazidə  (Əcili  və  Əfsərli  kəndləri)  yaĢayan 
azərbaycanlıların  burada  məskunlaĢması  sayəsində  böyümüĢdür.  Müsəlləm 
kəndində 500-dən çox əhali yaĢayırdı. Kənddə 8 illik məktəb, klub, kitabxana, tibb 
məntəqəsi  var  idi.  Müsəlləm  kəndi  1988-ci  ilin  noyabr  ayının  20-də  ermənilər 
tərəfindən dağıdılmıĢ, kənd əhalisi Azərbaycana qovulmuĢdur. 
Müsəlləm  camaatı  Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  fəal  iĢtirak 
etmiĢ  və  bu  müqəddəs  müharibədə  4  nəfər  Ģəhid  vermiĢdir:  Məmmədov  Əli 
Vaqif  oğlu,  Əmirsayadov  Valeh  Əmir  oğlu,  ġərifov  Mürvət  Rəhim  oğlu, 
Səlimov Hamlet Səlim oğlu. 
 
Oxdar kəndi 
 
Bölgənin  qədim  kəndlərindən  biridir.  Qafan  rayon  mərkəzindən  30  km 
Ģimalda,  Oxdar  çayının  sol  sahilində  dağlıq  -  meĢəlik  ərazidə  yerləĢmiĢdir.  Kənd 
cəviz,  alma,  armud,  albalı  və  s.  bağlarla,  palıd  meĢələri  ilə  əhatə  olunmuĢdur. 
1593-cü  ildə  tərtib  olunmuĢ  "Urud  və  Ġskəndər  qalası  livalarının  müfəssəl 
dəftəri"ndə Əcənan nahiyəsinin Oxtarlı kəndi kimi adı çəkilir. Toponimin mənası 
çox  güman  ki,  oxçu  türk  tayfasının  adı  ilə  bağlıdır.  Kəndin  yaxınlığında  orta  əsr 
Alban  kilsəsinin  və  müsəlman  məscidinin  (1918-ci  ildə  ermənilər  tərəfindən 
yandırılıb, dağıdılmıĢdır) qalıqları var idi. 
Oxdar kəndinin toponimləri: Yel piri, ġərəfverdi, Yalzəmi, Midəm düzü, 
Tumuyeri,  Sarıbayır,  Çömçə  bulaq,  Zoğallar  bulağı,  Çanqıllı,  Oğlannıca 
yaylağı və s. 
Statistik məlumatlara görə, Oxdar kəndində 1931-ci ildə 128 nəfər, 1873-cü 
ildə 553 nəfər, 1897-ci ildə 508 nəfər, 1914-ci ildə 353 nəfər əhali olmuĢdur. Kənd 
1918-ci  ildə  dağıdılmıĢ,  əhalinin  bir  hissəsi  qırılmıĢ,  bir  hissəsi  isə  qaçqın 
düĢmüĢdür. Sovet  hökuməti  qurulduqdan sonra,  Oxdar camaatının bir  hissəsi (30 
ev)  doğma  kəndlərinə  qayıtmıĢ  və  dağıdılmıĢ  təsərrüfatlarını  bərpa  etmiĢdir. 
Kənddə kolxoz qurulmuĢ, əvvəl ibtidai, sonra orta məktəb açılmıĢ, klub, kitabxana, 
tibb  məntəqəsi  yaradılmıĢdır.  Oxdar  kolxozu  1958-ci  ildə  ləğv  edilmiĢ,  kolxozun 
təsərrüfatı  erməni  sovxozu  olan  "NoraĢenik"ə  verilmiĢdir.  Böyük  Vətən 
Müharibəsində  Oxdar  camaatından  30  nəfər  iĢtirak  etmiĢ,  onlardan  16-sı  geri 
qayıtmamıĢdır. 

211 
 
General-mayor  Murad  Hüseynov  və  Qarabağ  Ģəhidi  ġirinov  Həmzə 
Fehruz oğlu Oxdar kəndində dünyaya göz açmıĢdır. 
1988-ci  ilin  noyabr  ayında  300  nəfər  əhali  yaĢayan  65  evlik  Oxdar  kəndi 
ermənilər  tərəfindən  zorla  boĢaldıldı,  kənd  camaatının  ev-eĢiyi,  əmlakı  əlindən 
alındı.  Hal-hazırda  Oxdar  camaatı  Bakı  və  Sumqayıt  Ģəhərlərində,  AbĢeron 
rayonunda məskunlaĢmıĢdır. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Muradov Yusif Cabbar oğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Pəyhan kəndi 
 
(məqalə S.Qarayevin "Qazangöl həsrəti" kitabı əsasında hazırlanmışdır) 
 
Pəyhan  kəndi  Qafan  rayonunun  Gığı  dərəsi  kəndlərinə  aid  olan  ucqar  dağ 
kəndlərindən  biridir.
 
Kənd  rayon  mərkəzindən  31  km  Ģimal-qərbdə,  dəniz 
səviyyəsindən  2000  m.  hündürlükdə,  Gığı  çayının  sol  sahilində  KeypəĢin  və 
Acıbac kəndlərinin arasında yerləĢir. 
XVI  əsrin  90-cı  illərində  tərtib  olunmuĢ  Urud  və  Ġsgəndər  qalası  livasının 
Sicil dəftərində kəndin adı Pakhan kimi qeyd olunmuĢdur. Kəndin adı Gigili türk 
tayfasının  Pəyhan  qıĢlağının  və  Sisyan  nahiyəsindəki  Pehin,  Qazax  qəzasındakı 
Peykanlı kəndlərinin adı ilə həmahəng olub, Türkiyədən gəlmə Piykan tayfası ilə 
bağlıdır. Kəndin əhalisi həmiĢə azərbaycanlılardan ibarət olmuĢdur. 
1918-ci  ildə  kəndin  əhalisi  ermənilər  tərəfindən  deportasiyaya  məruz 
qalaraq,  dekabr  ayında  qarlı  dağlarla  Naxçıvana  qaçmıĢlar.  1919-cu  ildə  kəndə 
qayıdan  pəyhanlılar  yenidən  qaçqınlıqla  üzləĢərək  Zəngilan  rayonuna  pənah 
aparmıĢlar. 
1922-ci  ildə  Pəyhan  camaatından  yalnız  70  nəfəri  öz  dədə-baba  yurdlarına 
qayıtmıĢlar. 
1931-ci  ildə  Pəyhan  kolxozu  yaranmıĢdır.  1937-ci  ildə  KeypəĢin  kolxozu, 
1952-ci  ildə  isə  Acıbac  kolxozu  Pəyhan  kolxozuna  birləĢdirilmiĢdir.  1965-ci  ildə 
Pəyhan  kolxozu  ləğv  edilmiĢ,  onun  bütün  varidatı  Gığı  heyvandarlıq  sovxozuna 
verilmiĢdir.  AltmıĢıncı illərin ikinci  yarısından  baĢlayaraq, iĢsizlik,  maddi sıxıntı, 
mənəvi təzyiqlər səbəbindən Pəyhan kəndinin camaatı tədriclə Azərbaycana köçüb 
gəlməyə  baĢlamıĢlar.  Pəyhan  kəndində  orta  məktəb,  klub,  kitabxana  və  tibb 
məntəqəsi var idi. 
1988-ci  ilin  sonunda  Pəyhan  camaatı  da  Ermənistan  hökuməti  tərəfindən 
deportasiya olunaraq, Azərbaycana pənah gətirmiĢlər. 
Pəyhan kəndində  anadan olmuĢ Hətəmov Sarvan Sədiyət oğlu 1992-ci 
ildə Füzuli uğrunda gedən döyüĢlərdə həlak olmuĢdur (48, 40). 
Pəyhan kəndindəki yer, yurd adlarından bəzi nümunələri göstərmək yerinə 
düĢərdi:  Qızıl  qaya,  Novlu  zəmi,  Hümbət  zəmisi,  Böyük  güney,  Ala  meĢə, 

212 
 
Qazmaca,  QaraquĢ  qayası,  Kəlbilər,  Pöhrəlik,  Dəlik  daĢ,  Kaha  yeri,  Pəyhan 
gölü, Quru bulaq, Qazmaca bulağı, Toxmaq çeĢmə, Kəlbilər çeĢməsi və s (97, 
413). 
 
Pürülü kəndi 
 
(məqalə S.Qarayevin "Qazangöl həsrəti" kitabı əsasında hazırlanmışdır) 
 
Qafan  rayon  mərkəzindən  24  km  Ģimal-qərbdə  Gığı  çayının  sol  sahilində, 
sıldırım  qayalıqların  üstündə,  yamacda  yerləĢir.  Pürülü  kəndi  vaxtilə  bölgənin  ən 
böyük kəndlərindən biri olmuĢ, Kənd Pürülü, DaĢbaĢı, XıĢ Pürülü, Gərmə, Suxam, 
PıĢan, Ulusurt kimi kiçik yaĢayıĢ məntəqələrini özündə birləĢdirmiĢdir. 
Statistik  məlumatlara  görə, Pürülü  kəndində 1831-ci ildə 41 nəfər, 1886-cı 
ildə 287 nəfər, 1897-ci ildə 240 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə Pürülü kəndi 
ermənilər tərəfindən dağıdılmıĢ, qaçqın düĢən əhali Ordubada pənah aparmıĢdır. 
Sovet hökməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz 
ata-baba  yurdlarında  məskunlaĢmıĢ,  dağıdılmıĢ  təsərrüfatı  bərpa  etmiĢlər.  1931-ci 
ildə  Pürülü  kəndində  254  nəfər  əhali  yaĢayırdı.  1934-cü  ildə  kənddə  kolxoz 
qurulmuĢ,  1965-cı  ildə  isə  kolxoz  ləğv  edilmiĢ,  təsərrüfatı  isə  Gığı  sovxozuna 
birləĢdirilmiĢdir.  Böyük  Vətən  Müharibəsində  Pürülü  kəndindən  64  adam  iĢtirak 
etmiĢ,  onlardan  29-u  müharibədə  həlak  olmuĢdur.  Kənddə  klub,  kitabxana, 
mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi. Kolxoz ləğv edildikdən sonra, 
kəndin əhalisi getdikcə azalmağa baĢlamıĢdı, 80-cı illərdə  Pürülü kəndində 25-30 
ailə  yaĢayırdı.  Kənddə  çoxlu meyvə  ağacları  (xüsusilə  ceviz) var idi. 1988-ci  ilin 
noyabr-dekabr  aylarında  Pürülü  camaatı  deportasiya  olunaraq,  ata-baba 
yurdlarından didərgin düĢmüĢlər. 
Qarabağ uğrunda gedən döyüĢlərdə həlak olmuĢ Mehrəliyev Gülçin Nüxrət 
oğlu və Məhəmmədov AbıĢ Əsgər oğlu Pürülü kəndinin övladlarıdır. 
Kəndin  toponimləri:  Yal  çeĢmə,  Qırxlar  bulağı,  Gülü  bulağı,  DaĢbaĢı, 
Çiçəkli, Meydanlar, Boğazyurd, Əriməz, Uzun qar, Ağ millər, Qapılan qayası, Gün 
çırpan, Suyuxan, Ġlanlı qaya, Yasamal, Kaha baĢı, Göy gədik və s. 
 
Siznək kəndi 
 
(Məqalə Siznək kənd sakini Mehdiyev Vidadi Bəylər oğlunun məlumatları 
əsasında müəllif üslubu saxlamaqla hazırlanmışdır) 
 
Siznək  kəndi Qafan Ģəhərindən (rayon  mərkəzindən) 4-5 km cənub-Ģərqdə 
Oxçu  çayının  sol  sahilində,  yamacda  yerləĢirdi.  Kəndin  qarĢı  hissəsi  Oxçu  çayı, 
çayın sağ sahili isə Zəngilan rayonunun Yuxarı Gəyəli kəndinin ərazisi idi. Kəndin 
Ģimal  hissəsində  Yuxarı  Gödəkli,  Cubullu  kəndləri,  qərb  hissədə  AĢağı  Gödəkli, 

213 
 
BəkdaĢ, Sünik qəsəbəsi (sovxoz), Ģərqdə Qaraçimən, Zəngilan rayonunun Seyidlər 
kəndi, AĢağı Qaraçimən kəndi yerləĢirdi. 
Statistik məlumatlara görə Siznək kəndində 1886-cı ildə 130 nəfər, 1897-ci 
ildə  174  nəfər,  1979-cu  ildə  432  nəfər,  1988-ci  ildə  isə  təxminən  450-yə  qədər 
adam yaĢayıb. 
Kənddə  ibtidai  (I-IV  siniflər)  məktəb,  tibb  məntəqəsi,  kitabxana,  klub, 
universam,  qəsəbə  sovetinin,  Sünik  sovxozunun  idarə  binaları  vardı.  Kənd  abad 
kənd olmaqla, küçələri asfaltlaĢdırılmıĢdı. 
Kəndin  içində  və  ətrafında  tarixi  abidələr,  müqəddəs  yerlər,  pirlər  vardı. 
Dərəkənd  hissədə  Dağdağan  piri vardı.  Burada  Ģam  yandırar, qurban  kəsər,  nəzir 
qoyardılar.  Kəndin  Yaltəpə  hissəsində  Oğuz  qəbri  adlı  tək  bir  qəbir  vardı.  Ora 
müqəddəs yer sayılırdı. Bu ad bu yerlərin qədim oğuz-türk eli olduğunu bir daha 
sübut edir. 
Kəndin qarĢısından Qafan, Həyərək, Zəngilan, Qubadlı yolu keçirdi. Yolun 
alt  və  üst  (sağ-sol)  hissəsində  köhnə  qəbiristanlıq  yerləĢirdi.  Burada  palıd  ağacı 
dibində "Bel daĢ" adlı, at yəhəri formasında bir daĢ, qoç formalı iki daĢ vardı. Bura 
yoldan keçənlər nəzir qoyar, niyyət edər, qaratikan koluna sap, parça bağlayar, beli 
ağrıyanlar  kürəyini  Bel  daĢa  söykəyər,  əlini  sürtər  və  Ģəfa  tapardılar.  Yolun  alt 
hissəsində Dağdağan ağacının dibində Ağkəndli Ziya babanın qəbri vardı. Buraya 
ziyarətə gələrdilər. Qəbiristanlığın çox hissəsi yol çəkəndə, sonra isə tarla ərazisini 
geniĢləndirəndə sökülmüĢdü. 
Qoç  daĢ  sonradan  Qafan  Ģəhərinə  aparılmıĢdı.  Muzeyin  qarĢısında 
qoyulmuĢdu.  Bel  daĢ  isə  yerində  qalırdı,  ancaq  altını  qazmıĢ  və  oradan  ermənilər 
qızıl tapmıĢlar. DaĢların  yaĢı  bəlli deyildi.  Bəlkə  də  totemlə  (heyvana, quĢa  və  s. 
inamla) bağlı imiĢ. 
Kəndimizin  Ģərq  hissəsində  Qaraçimən  kəndinə  gedən  yolda  qədim  qala 
ətrafı  divar  qalıqları  vardı.  Əsasən  əhəng  və  daĢdan  hörülmüĢdü.  Orada  dağılmıĢ 
qədim  yaĢayıĢ  yeri  vardı.  Onun  əhatə  etdiyi  ərazi  AğmeyiĢ,  Həsənxanyalı, 
Namazın mərəyi adlanırdı. 
Kəndin  Ģərq  hissəsi  Qaraçimən  kəndi  ilə  bizim  sərhəd  sayılan  Muğadəm 
dərəsi  adlanırdı.  Bu  dərənin  baĢlanğıcı  Yuxarı  Gödəkli  kəndinin  ərazisindən 
baĢlayır.  Yuxarı  hissə  meĢəlik,  kolluq  dərələrdən  ibarətdir.  AĢağı  hissə  isə  əkin 
yerləri,  örüĢ  idi.  Dərənin  sol  hissəsi  Qaraçimənin,  sağ  hissəsi  bizim  Siznəyin 
ərazisi  sayılırdı.  MeĢədə  palıd,  vələs,  əzgil,  zoğal,  yemiĢan  və  s.  ağacları  vardı. 
Dərələrdə  böyürtkən,  qara  (cır  üzüm)  və  s.  bitirdi.  Bu  dərənin  mənbəyindən 
baĢlayaraq,  Yastı  təpə,  Cinli  dərə,  DovĢanqaçan,  ġiĢdaĢ  dərəsi,  Ġldırımvuran, 
Ağyalavlıq, Qumlu təpə, Ġsmayıl meĢəsi, Vənli dərə, Gözət, ġırĢır dərəsi və s. yer 
adları vardı. Bu dərədə QamıĢlı bulaq, ĠbiĢ çeĢməsi, ġırĢır, Sarı çeĢmə, Sədəfqulu, 
Qafar  çeĢməsi  və  s.  kimi  sərin  sulu  bulaqlar  vardı.  Bağlar  salmıĢdılar,  hamam 
tikmiĢdilər. 

214 
 
Qafan-Gorus  Ģosse  yolu  kəndin  qərb,  qarĢı  hissəsindən  keçirdi.  QonĢu 
BərkdaĢa,  AĢağı  Gödəkli  kəndlərinə  bu  dərədən  qısa  yol  vardı.  Bu  dərənin  sağ 
sahilində,  Oxçu  çayına  yaxın  Sünik  qəsəbəsi  yerləĢir.  Əhalisi  erməni  və 
azərbaycanlılardı. Orta məktəb (əvvəllər 8 illik) bu qəsəbədə yerləĢirdi. Biz 8 illiyi 
burada  oxuyar,  sonra  Qafan  Ģəhər  4  №-li  orta  məktəbdə  10-11-ci  sinifləri  bitirib 
orta təhsil alırdıq. 
Kəndimizin  Oxçu  çayı  sahili,  Muğadəm  və  Kırmın  dərəsi  ərazidə  əsasən 
əkin,  bostan,  bağ  yerləri  yerləĢirdi.  Oxçu,  Xələc  çaylarının  suyu  ilə  suvarılırdı. 
Burada  Yarğan  dibi,  Qarağatlı  zəmi,  Musanın  bağı,  Gilaslar,  üzümlük,  Seyidlər 
yeri, dəyirman yeri, ġəmilin bağı, Cəfərin gilası, Həmidin armudu və s. kimi gözəl 
bağlarımız vardı. Bu bağların hamısını ermənilər son ağaca qədər sökdürdülər. Bu 
bağlarda alma, armud, gilas, ərik, albalı, heyva, üzüm, almuxarı, cəviz (qoz), tut və 
s. kimi meyvə ağacları məhv oldu. Bütün bunlar bizə zərbə idi. Qaraçimən, Yuxarı 
Gödəkli  bağları  da  əkin  yeri  adı  ilə  söküldü.  Bu  bağlar  nə  əziyyətlə  salınıb, 
qorunmuĢdu. 
Siznəkdə  ibtidai  məktəb  1945-ci  ildən  sonra  açılıb.  Əvvəllər  uĢaqlar 
oxumaq  üçün  qonĢu  kəndlərə  Yuxarı    Gödəkli,  sonradan  Qaraçimən,  Zəngilan 
rayonunun  ġayıflı  kəndinə  gediblər.  O  kəndlərdə  7  illik  orta  məktəb  olub. 
Qaraçimən kəndinin uĢaqları da əvvəlcə Yuxarı Gödəklidə, ġayıflı məktəbində 7-8 
illik orta təhsil alıblar. 
Kəndimizdə  kolxoz  1934-cü  ildə  qurulub.  Sonra  1952-ci  ildə  Qaraçimən 
kolxozu  ilə  birləĢdirilib.  1955-ci  ildə  isə  yenidən  ayrılaraq  ayrı  kolxoza 
çevrilmiĢdi. 
Sonra  kolxozlar  ləğv  edilərək,  sovxoza  çevrildi  və  ətraf  kəndlər  də  bura 
daxil  edildi.  Əsasən  təsərrüfat  və  maldarlıq,  qoyunçuluq,  quĢçuluq,  bostançılıq, 
taxılçılıq idi. Sovxoz direktorları daim erməni olub. 
Siznək Sovetliyinin adını dəyiĢdirib Sünik qəsəbə Sovetliyi adlandırdılar. 
Böyük  Vətən  müharibəsində  (1941-45-ci  illərdə) kəndimizdən  müharibəyə 
26 nəfər gedib, onlardan 12 nəfəri qayıtmayıb. 
Azərbaycan  Respublikası  Prezidenti  yanında  Xüsusi  Ġdarənin  rəisi 
olmuĢ, 1994-cü ildə qətlə yetirilmiĢ ġəmsi Rəhimov Siznək kəndindən idi. 
1988-ci ildə azğınlaĢmıĢ ermənilər Qafanda, Sünikdə azərbaycanlılara qarĢı 
açıq  hücuma  keçdi,  evləri,  maĢınları  dağıdıb,  yandırır,  adamları  döyür,  təhqir 
edirdi. 1988-ci ilin  yayında artıq camaat qaçmağa  məcbur  oldu. Çox cüzi,  yüngül 
əĢyalarını  götürüb Azərbaycana  pənah gətirdilər. Kəndin cavanları  camaat çıxana 
qədər kənddə gecə-gündüz ağac-daĢ, yaba ilə qoruyub. 
Hazırda  Siznək camaatı əsasən Bakı,  Sumqayıt,  Əli Bayramlı  Ģəhərlərində 
məskunlaĢıb. Onların övladları hadisələrdən qabaq Bakı və Sumqayıtda yaĢayırdı, 
əksəriyyətin  burada  öz  evi  vardı.  Ona  görə  qaçanlar  övladlarının  yanına  qaçırdı. 
Bütün  bağ-bağat,  əĢyalar,  quĢ  və  heyvanlar,  ev  əmlakının  çoxu  ermənilərə  qaldı. 
Bu günə qədər dəyəri ödənilməyib. 

215 
 
Siznək  kəndindən  iki  nəfər  -  Nəcəfov  Sahib  Ramazan  oğlu  və  Alıyev 
Rauf Ġsmayıl oğlu  Qarabağ uğrunda qəhrəmanlıqla döyüĢərək  Ģəhid olublar. 
Bu kəndin sakini Əkbərov Bəhram Əli oğlunu Hadrutda ermənilər yandırıb, 
külü gətirilib dəfn edilmiĢdir (48, 53). 
 
ġabadin kəndi 
 
Qafan rayon mərkəzindən 13 km Ģimal-Ģərqdə, yaĢıllıq, meĢəlik bir ərazidə 
yerləĢmiĢdir. Qafan rayonunda tarixən iki ġabadin kəndi olmuĢdur. Bunlardan biri 
Oxçu ġabadini,  digəri isə  Ecanan ġabadini kimi tanınmıĢdır. Oxçu ġabadini XIX 
əsrdə  bölgənin  ən  böyük  kəndlərindən  biri  kimi  məĢhur  olmuĢ,  1918-ci  ildə 
Andronikin  dəstəsi  tərəfindən  dağıdılmıĢ,  əhalisinin  xeyli  hissəsi  qətlə  yetirilmiĢ, 
sonradan bərpa edilməmiĢdir. Bu kənd Qapıcıq dağının ətəklərində, Oxçu çayının 
kənarında yerləĢirdi. 
Ecanan ġabadini isə 1988-ci ilə kimi mövcud olmuĢ azərbaycanlı kəndi idi. 
Çox güman ki, bu kənd Oxçu ġabadinindən köçən insanlar tərəfindən salınmıĢdır. 
ġabadin sözünün mənası iki dağ arasında yerləĢən yaĢayıĢ məntəqəsi kimi izah 
olunur.  Statistik  məlumatlara  görə  1831-ci  ildə  ġabadində  51  nəfər,  1873-cü  ildə 
198  nəfər,  1914-cü  ildə  375  nəfər  yaĢamıĢdır.  1918-ci  ildə  ermənilər  ġabadin 
kəndini yandırmıĢ, evləri dağıtmıĢ, əhalinin bir hissəsini qətlə yetirmiĢ, qalanlarını 
isə didərgin salmıĢlar. 
Sovet  hökuməti  qurulduqdan  sonra  əhalinin  az  bir  qismi  kəndə  qayıtmıĢ, 
təsərrüfatı  yenidən  bərpa  etmiĢdir.  1930-cu  ildə  ġabadin  kəndində  ibtidai  məktəb 
açılmıĢ,  kolxoz  qurulmuĢdur.  1959-cu  ildə  kolxoz  ləğv  edilmiĢ,  təsərrüfatı  isə 
Ecanan  mahalının  digər  azərbaycanlı  kəndləri  kimi  "Sünik"  erməni  kolxozuna 
verilmiĢdir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi və s. sosial obyektlər 
var  idi.  1988-ci  ilin  noyabrında  bütün  Qərbi  Azərbaycan  camaatı  kimi  ġabadin 
əhalisi də ermənilər tərəfindən zorla deportasiya edilmiĢdir. 
Şabadin camaatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda 
gedən  mübarizədə  olduqca  fəal  iştirak  etmiş  və  7  nəfər  (Ramazanov  Firudin 
Bəhram oğlu, Əliyev Vəzir Əli oğlu, Əhmədov Yaqub Ağəli oğlu ("hərbi rəşadətə 
görə"  medalı  ilə  təltif  edilmişdir),  Əhmədov  Şirvan  Məhəmməd  oğlu,  Mehdiyev 
Nurəddin  İmran  oğlu,  Ağakişiyev  Asif  Xankişi  oğlu,  Albəndəyev  Rizvan  Hümbət 
oğlu) şəhid vermişdir. 
1994-cü  il  aprel  ayının  16-da  Füzuli  rayonunun  Əbdürrəhmanlı  kəndi 
uğrunda  gedən  döyüĢlərdə  qəhrəmanlıqla  həlak  olmuĢ  leytenant  Vəzir  Əliyev 
1993-94-cü illərdə cəbhədə göstərdiyi Ģücaətlərə  görə canlı əfsanəyə çevrilmiĢdir. 
Yüzlərlə  düĢməni  məhv  edən,  düĢmənin  onlarla  texnikasını  sıradan  çıxardan 
leytenant  Vəzir  Əliyev  ölümündən  sonra  Azərbaycan  bayrağı  ordeni  ilə  təltif 
edilmiĢdir. 
 

216 
 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin