qızı zorlanaraq öldürülmüĢlər.
Vağədi kəndinin yaxınlığındakı Baharlı kəndində Gülməstə Qasım qızının
döĢləri kəsilmiĢ, onun kürəklərinə mıxla at nalı vurulmuĢdur.
Ermənilər Ağdü kəndində azərbaycanlılardan xristianlığı qəbul etməyi tələb
etmiĢ, onların tələbini qəbul etməyən kəndlilərin hamısını qılıncdan keçirərək
öldürmüĢlər. Həmin kənddə Qulaməli ġəkər oğlunun diri-diri hər iki dabanını
kəsmiĢ, sonra isə onu yeriməyə məcbur etmiĢlər. Həmin Ģəxs bütün qanı axıb
qurtarana kimi nizə və süngülərlə deĢilərək öldürülmüĢdür.
Sisyan rayonunun ġəki kəndində körpə uĢaqları niĢangah kimi düzüb
gülləbaran etmiĢ, xəncər və avtomat süngüləri ilə onları iki yerə ĢaqqalamıĢ,
qadınların döĢlərini kəsmiĢ, onları əllərindən və ayaqlarından döĢəməyə
mismarlamıĢlar (2, iĢ 791).
Sisyan rayonunda misli görünməmiĢ qəddarlıqlar törətdikdən sonra
Andronik öz quldur dəstəsi ilə Üçtəpəni keçərək Gorusa daxil olmuĢ, Gorusu
özünə iqamətgah etmiĢdir. 1918-ci ilin avqustun sonu, sentyabrın əvvəllərində
Andronik bu vaxtlar "Qarabağ respublikası" adlanan (15) oyuncaq qurumla
birləĢmək üçün ġuĢaya girmək üçün 3 dəfə cəhd göstərmiĢdir. Lakin Osmanlı hərbi
hissələri Androniki qabaqlamıĢ, ondan əvvəl ġuĢaya daxil olaraq ġuĢa Ģəhərinin
müdafiəsini lazımınca təĢkil edə bilmiĢdir (16). Andronik və yerli erməni
quldurlarının baĢçısı ġahnəzərov Zabıx-Qaladərəsi istiqamətində hücum etsələr də,
ġuĢaya daxil ola bilmədilər. Laçınlı Sultan bəyin baĢçılıq etdiyi, əsasən Hacısamlı
əhalisindən təĢkil olunmuĢ azərbaycanlılar və kürdlər Andronikin dəstəsinə
sarsıdıcı zərbə vuraraq onu yenidən geriyə - Gorusa qayıtmağa məcbur etmiĢlər
(17).
Təəssüflər olsun ki, o dövr Türkiyə ətrafında və Qafqazda yaranmıĢ ictimai-
siyasi vəziyyət türk qoĢunlarının tezliklə Azərbaycandan çəkilib getməsinə səbəb
olmuĢdur (1, iĢ 53). 1918-ci ilin payızında Osmanlı qoĢunları çəkilib getdikdən
sonra Andronikin Gorusda məskunlaĢmıĢ quldur dəstəsi Sisyanda həyata keçirdiyi
soyqırım və etnik təmizləmə əməliyyatını Gorusda və Meğridə də keçirməyə
baĢlamıĢdır (3, iĢ 65). 1918-ci ilin noyabr-dekabr ayında Andronikin dəstəsi
Zəngəzur qəzasındakı yerli ermənilərlə birlikdə azərbaycanlı kəndləri olan Kilid,
Lehvaz, Tey, Buğakar, AĢağı Vərtənəzur, Yuxarı Vərtənəzur, Əldərə, Nüvədi,
Tuğut, Mülk, Gül, BənövĢəpuĢ, Tağamir kəndlərini dağıtmıĢ, bu kəndlərin
141
sakinlərinin çoxusu həlak olmuĢ, bir hissəsi Arazı keçərək Ġrana qaçmıĢ, Arazı
keçə bilməyənlər isə çay boyu səpələnərək didərgin vəziyyətinə düĢmüĢdür (18).
Gorusda möhkəmlənən Andronik Ozanyan "Zəngəzur qubernatorluğu"
yaratdığını, Gorusu qubernatorluğun paytaxtı, özünü isə qubernator elan edərək,
ərazidə yaĢayan erməni və müsəlman əhalisinə yalançı barıĢıq təklifi ilə müraciət
etmiĢdir (71, 47).
14 dekabr 1918-ci il. Zəngəzur. Azərbaycan. Gəncə qubernatorunun 1918-
ci il 14 dekabr tarixli 70 nömrəli teleqramında deyilir ki, cəllad Andranik başda
olmaqla erməni quldurlar "Kalandərəsi yaxınlığındakı müsəlman kəndlərinə
basqın etmiş, müsəlmanları qırmışlar və vəhşiliklər törətmişlər". Tədqiqatçılar da
təsdiqləyirlər: "A.Mikoyanın təhriki ilə məhz tayqulaq Andranikin və Hamazaspın
daşnak quldur dəstələri Maku və Xoydan başlayaraq, Zəngəzurdan keçib,
Qarabağa quldurcasına basqın etmiş, dinc azərbaycanlı əhalini qırmışlar".
(Müxtəsər xronoloji Ensiklopediya).
Andronik Ozanyanın Zəngəzurda törətdikləri bir çox tarixi və rəsmi
sənədlərdə, xatirələrdə müxtəlif bədii ədəbiyyat nümunələrində öz əksini tapmıĢdır.
Fikrimizcə, həmin dövrün ab-havası, o dövrdəki ictimai-siyasi vəziyyət, tarixi
reallıqlar, müxtəlif siyasi qüvvələrin fəaliyyəti və s. məsələlər ən dolğun Ģəkildə
tanınmıĢ Azərbaycan romançısı, Sisyan rayonunun ġəki kəndində doğulmuĢ
Əyyub Abbasovun "Zəngəzur" romanında çox böyük tarixi dəqiqliklə, yüksək
bədii peĢəkarlıqla öz əksini tapmıĢdır. Həmin romandan bir parçanı burada
verməklə Andronikin Zəngəzurdakı fəaliyyətinə yazıçının prizmasından iĢıq
salmağı gərəkli hesab edirik.
Əyyub ABBASOV
Zəngəzur
(romandan parça)
...Ġki mərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında
kədərli-kədərli danıĢan, cırcındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli
keçəndən sonra 58-60 yaĢlarında, orta boylu, enli kürəkli, baĢı-bığı çallaĢmıĢ, rus
generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı:
- Andronik paĢa! Andronik paĢa! - deyə əl çaldı. Andronik əlini qaldırıb
onların sakit olmalarına iĢarə etdi. Hamı sakit olub, gözünü ona dikdi. Andronik
dedi:
- Qaxdaqanlar! Elindən, kəndindən ayrı düĢmüĢ ermənilər! Mən sizin
dərdinizi bilirəm. YaĢamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur.
Siz onları Ərdəhanda, Qarsda, SarıqamıĢda qoydunuz. Burada isə sizin dərdinizə
ağlayan, qeydinizə qalan yoxdur. Ġndi məndən kömək istəməyə gəlmisiniz. Mən
əlimdən gələni edəcəyəm. Mən sizi bu hala salan türklərdən, Türkiyədən intiqam
142
ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü
gözləyin! Ġndi evinizə gedin!
"Bəs haçan? Biz, axı, dolana bilmirik!" deyən səslər ucaldı.
Andronik onların suallarına, dediklərinə fikir verməyib, içəri girdi.
Adamlar bir-birinin üzünə baxdı. Aralıqda yavaĢdan və ucadan danıĢıqlar
getdi: "Zəngəzurda kimdən intiqam alacaq? O, bizə nə kömək edəcəyini demədi.
ƏĢi, bəri gəlin. Andronik paĢadan da bir Ģey çıxmaz..."
Adamlar pəriĢan halda dağılıĢıb, getdikləri zaman Karoyla keĢiĢ Mesrop
gəldilər. Üzündən-gözlərindən ac və kədərli olduqları duyulan qaçqınlara etina
etmədən, pilləkənlə yuxarı qalxdılar. Ġçəri girmək istədilər, lakin qapının yanında
duran soldat onları qoymadı. Karo soldata tərs-tərs baxdı. Əsgər onun sərt
baxıĢlarına əhəmiyyət verməyib, amiranə tərzdə:
-
Burda durmayın, qayıdın geri! - dedi.
Karo:
-
Biz hökumət adamıyıq, - dedi.
-
Hökumət? Burada hökumət Andronik paĢadır. Mən sizi tanımıram. Geriyə
dön!
Karo əsəbiləĢdi. Böyük bir ixtiyar sahibi, komissar olduğunu bildirmək
üçün qıĢqırdı:
- Çəkil o yana, tülkü!
Əsgər əlini tapançaya atan Karoya acı cavab verib, süngünün ucunu ona
tərəf tuĢladı. Onların hay-küyünə Andronik içəridən çıxdı. Əsgər tüfəngi aĢağı
salıb, rəsmi-təzimdə durdu.
Andronik soruĢdu:
-
Bu nə səs-küydür?
Karo:
-
Bu əsgər bizi yanınıza buraxmır, - dedi.
Andronik onları baĢdan-ayağa süzüb soruĢdu:
-
Kimsiniz? Nə istəyirsiniz?
-
Kim olduğumuzu sizə bildirmək üçün yanınıza gəlmiĢik! - deyə Karo
qürurla cavab verdi.
Andronik əsgərə:
-
Burax gəlsinlər, - deyib içəri getdi.
-
Karoyla Mesrop da onun dalınca otağa girdilər. Hər üçü oturdu.
-
Siz burada möhkəm qayda-qanun yaratmısınız ki, cənab general... - deyə
Karo güldü.
Andronik onun sözlərində və gülüĢlərindəki kinayəni duyaraq, dərhal cavab
verdi:
- Qayda-qanunsuz bir ölkədə onu yaratmaq lazımdır.
KeĢiĢ yerindən söz atdı:
-
Bu doğrudur, biz onu istəyirik!
143
Andronik bir də onlara diqqətlə baxıb dedi:
-
Zahirən sizin keĢiĢ, onun isə hərbi bir adam olduğu görünür. Lakin,
əslində, kim olduğunuzu bilmirəm... Məqsədinizi söyləyin.
-
General Andronik!
Andronik Karonun sözünü kəsərək:
-
Siz mənim adımı hardan bilirsiniz? - dedi:
-
Heç bir Ģey hökumətdən gizli qala bilməz! - deyə Karo özünü qürurla
çəkdi. - Biz hökumətimiz adından sizinlə danıĢmağa gəlmiĢik, cənab general!
Andronik gülümsünərək:
- O hansı hökumətdir? - dedi.
- Ermənistan milli hökuməti.
- Bəlkə siz Tiflis hökuməti demək istəyirsiniz? O ki, oyuncaqdır, hökumət
deyil!
- Məncə, hərbi adamlar siyasətdə daha gözüaçıq olmalıdırlar. Ġndi Tiflis
hökuməti yoxdur. Zaqafqaziyada üç hökumət var: menĢevik, müsavat və erməni
hökumətləri. Siz erməni olduğunuz üçün Ermənistan hökumətinə tabe olmalısınız.
Haralı olduğunuzu, nə fəaliyyət göstərdiyinizi və haradan gəlib bura çıxdığınızı
öyrənmiĢik. Sizin də, bizim də məqsədimiz bir olmalıdır. Mən onu demək
istəyirəm ki, siz baĢınıza topladığınız hərbi dəstəni erməni milli qoĢununa
qatmalısınız. Özünüzsə, bir zabit kimi, erməni ordusunda xidmət etməlisiniz. Siz...
Andronik onun sözünü kəsərək:
- Mən sadə zabit deyiləm, cənab, generalam! - dedi.
- Məsələ adda deyil, sizə paĢa da deyirlər. Halbuki, bu türk hərbi adı da
erməni olduğunuz üçün sizə yaraĢmır. Nə isə, bizim Zəngəzurda topladığımız
qoĢun hissəsinin iqamətgahı bu Gorus olacaqdır. Elə eləmək lazımdır ki, əsgərlər
arasında toqquĢma olmasın. Mən sizin barənizdə Yerevana məlumat verəcəyəm.
Bəlkə, özünüz də ora gedib, hökumət üzvlərilə görüĢməli oldunuz. Erməni
hökuməti hər bir ermənini hesaba alır, qeydinə qalır. Sizin kimi bir generalın...
Andronik yenə onun sözünü kəsib istehza ilə gülə-gülə dedi:
- Mən sizin hökumət olduğunuza, hər bir erməninin qeydinə qaldığınıza
inanmıram. - Andronik bir qədər səsini qaldırdı: - Bu evin qabağındakı izdihamı
gördünüzmü? Onlar yersiz, torpaqsız, ac erməni qaçqınlarıdır. Nə üçün sizin
"erməni hökuməti" onlara sahib durmur? Yer vermir, çörək vermir?
KeĢiĢ, Karonun üzünə baxıb, baĢını tərpətdi. Karo bir qədər pərt halda
cavab verdi:
- Siz, cənab general, bir prokuror kimi bizi ittiham edirsiniz!..
- Bu mənim öz millətimi sevdiyimdəndir. Öz millətimi! Uzun illər boyu
onun yolunda canımdan keçmiĢəm. Türklər qərbi Ermənistan Ģəhərlərini,
kəndlərini dağıdanda az qala göz yaĢı tökmüĢəm.
- Doğrudur, doğrudur! - deyə keĢiĢ onun sözünü təsdiq elədi. - O
qaçqınların halına mən də yanmıĢam, amma sözümü eĢidən olmayıb.
144
Karo, öz vəzifəsini unudub, yumĢaqlıq göstərən keĢiĢə gözünü ağartdı.
Mesrop səsini kəsdi. Karo dedi:
- Bizim davamız hələlik türklərlə yox, bolĢeviklərlədir. Məqsədimiz isə,
böyük Ermənistan yaratmaqdır. Dənizdən dənizə uzanan bir Ermənistan! Buna nə
deyirsiniz, cənab? Sizin bolĢeviklərə və biz daĢnaklara münasibətinizi bilmək
istəyirəm.
- Mən nə bolĢevikəm, nə daĢnak. Böyük Ermənistan yaratmaq fikrinə
düĢməyiniz də, cırtdanın özünü dəvə boyda sanması kimi gülünc bir Ģeydir. Erməni
milləti yaĢamaq istəyirsə, arxasını böyük və qüvvətli dövlətlərə söykəməlidir. O da
Britaniya dövlətidir!
- Xeyr, biz ayrı yaĢayacağıq. Rusiya imperatorluğunun devrilməsindən
istifadə edib, müstəqil yaĢayacağıq.
- YaĢayın, baxaq! Hünərinizi göstərin.
- Erməni millətinin taleyi, gələcəyi həll olunduğu, müstəqil bir dövlət kimi
özünü dünyaya tanıtmaq istədiyi bir dövrdə, heç bir erməni oğlunun öz yaxasını
kənara çəkməyə ixtiyarı yoxdur!
- O sözləri burada deməkdənsə, gedin Ermənistanı iĢğal etmək istəyən türk
ordusunun qarĢısını alın!
- Bəs siz?
- Mənim öz fikrim və yolum var.
- Çox yaxĢı! - deyə Karo ayağa qalxdı. Mesrop da yerindən durdu. - Hər
halda Ermənistan hökuməti sizin özbaĢına hərəkət etməyinizə razı olmayacaq!
- Mən uĢaq deyiləm, nə edəcəyimi özüm bilirəm! - deyə Andronik sərt
cavab verdi. - Gedə bilərsiniz!
Karoyla keĢiĢ pərt halda otaqdan çıxdılar.
Karo kağız, qələm götürüb məktub yazmağa baĢladı:
"Yerevan.
Cənab Milli Ģura sədrinə.
Bu məktubumla sizin nəzərinizə iki mühüm məsələni çatdırmaq istəyirəm.
Birincisi: bolĢeviklərin, hər yerdə olduğu kimi, burda da əleyhimizə getmələrinə,
açıqdan-açığa bizə qarĢı mübarizə etmələrinə baxmayaraq, əsgər yığmaqda davam
edirəm. Kəndlilər milli qoĢun hissələrinin əhəmiyyətini baĢa düĢmədiklərindən,
daha doğrusu; kommunistlərin təbliğatlarına uyduqlarından hərbi xidmətdən boyun
qaçırırlar. Zor iĢlətməyə, onlara hədə-qorxu gəlməyə məcbur oluram. Topladığım
və toplayacağım əsgərlərin silahını, geyimini və yeməyini haradan alacağım
haqqında sizdən sərəncam gözləyirəm. Ġkincisi: bu yaxınlarda Gorusa Andronik
Uzunyan adlı bir general gəlmiĢdir. Özünü Zəngəzurun hakimi adlandıran bu
adamın, deyilənlərə görə, iki minə yaxın piyada və süvari əsgəri, bir qədər tüfəngi
və üç topu vardır, mən onunla görüĢüb danıĢdım. Ermənistan hökumətinə tabe
olmaq istəmir. Heç bir firqəyə mənsub olmayan bu generalın bolĢeviklərlə də arası
yoxdur.
145
Cənab sədrin bu general haqqında geniĢ təsəvvürü olmaq üçün məlumatı bir
qədər ətraflı yazmağı özümə borc bilirəm.
Andronik Türkiyədə anadan olmuĢdur. Türkiyə ordusunda zabit rütbəsində
xidmət etmiĢdir. Eyni zamanda ingilislərin xəfiyyəsi kimi türklərin əleyhinə gizli
təbliğat aparmağa baĢlamıĢdır. Türklər onu həbs etmiĢlər, lakin həbsdən qaçıb
gizlənmiĢdir. Cahan müharibəsi baĢlanandan sonra fəaliyyətini daha da artıraraq,
özünü bir millətçi kimi qələmə vermiĢdir. BaĢına bir dəstə erməni toplayıb,
türklərə qarĢı çıxıĢlar etmiĢ, iğtiĢaĢlar törətmiĢdir. Türklər 1915-ci ildə erməniləri
qırıb məhv etdikləri zaman, bu adam öz dəstəsilə çar ordusunun tərəfinə keçmiĢ və
türklərə qarĢı vuruĢmuĢdur. Generallıq rütbəsini də bu zaman almıĢdır. Çar orduları
Qafqaz cəbhəsindən geri çəkildiyi zaman, Andronik də geri çəkilmiĢdir. Rusiya
fəhlə-kəndli inqilabına mənfi əlaqə bəslədiyindən, daha doğrusu, qorxduğundan,
Rusiyaya getməyib, üzünü Ġrana çevirmiĢdir. Ġrana getməklə bir məqsədi də
ingilislərlə birləĢmək olmuĢdur. Lakin Türklər Xoy və Salmas tərəfində onun
yolunu kəsdiyindən, istiqamətini dəyiĢdirmiĢ, Arazdan keçib Naxçıvana gəlməyə
məcbur olmuĢdur. Nehrəm kəndində əsgərlər üçün ərzaq, atlar üçün yem tələb
etmiĢdir. Əsgərlərini, onun tələbini yerinə yetirməyən əhalinin üstünə silah
qaldırmıĢdır. Hər iki tərəfdən ölən və yaralanan olmuĢdur. Türklərin ġaxtaxtıya
gəldiyini və tezliklə Naxçıvana çatacaqlarını bilib, dəstəsini Nehrəmdən geri
çəkmiĢdir. Culfadan, Aza və Dəstə kəndlərindən keçib, Meğriyə, oradan da Gorusa
gəlmiĢdir. Neçə vaxtdır ki, Gorusu özünə iqamətgah edib, nüfuzunu ətraf kəndlərə
yaymağa baĢlamıĢdır. Bir diktator kimi kəndlərdən ərzaq, ot, saman, arpa yığır;
onsuz da, yoxsul yaĢayan əhalini soyur. Kəndlilər buna etiraz edirlər. Andronikin
Gorusa gəldiyini eĢidib, bilən qərbi Ermənistan qaçqınları onun yanına gedib
torpaq və çörək istəmiĢlər. Andronik onların arzusunu yerinə yetirməyi vəd
etmiĢdir. Ġngilislərə və amerikanlara arxalanan, onların köməyinə ümid bəsləyən
Andronik ermənilərə millətçilik və baĢqa xalqlara qarĢı ittiham hissi aĢılamaqda
bizim məqsəd və ideyamıza yaxındır. Lakin Ermənistan hökumətinə tabe
olmamaqla bizim üçün zərərli, bəlkə də təhlükəlidir.
Onunla necə rəftar edəcəyim haqqında cənab sədrdən sərəncam gözləyirəm.
Hörmətlə,
Karo Hamparsumyan.
Əngələvid,
20 iyun 1918-ci il".
Onu da qeyd etmək yerinə düĢərdi ki, 1918-20-ci illərdə Qarabağ, Zəngəzur
və Naxçıvanda baĢ verən hadisələr Rusiya və Türkiyə ilə yanaĢı, Amerika,
Almaniya, Fransa və Ġngiltərə kimi dövlətlərin də nəzarəti altında idi. O vaxt
Zaqafqaziyadakı Ġngilis missiyasının baĢçısı general Tomson tərəfindən
Zəngəzurda qırğını dayandırmaq sülh və milli barıĢıq əldə etmək üçün mayor
Hibbonun baĢçılığı ilə 1918-ci ilin 2 dekabrında Ġngilis-Fransız missiyası ġuĢaya,
146
sonra isə Gorusa gəldi (3, v 44). Təəssüflər olsun ki, sonrakı hadisələr göstərir ki,
bu Ġngilis-Fransız missiyası bölgədəki problemlərə birtərəfli yanaĢmıĢ, daha çox
ermənipərəst mövqedən çıxıĢ etmiĢdir.
General Tomsonun fikrinə görə, Yevlaxdan Həkəri çayına qədər olan
ərazilər Azərbaycan hökumətinin, Həkəri çayından qərbdəki bütün Zəngəzur
ərazisi Andronikin idarəçiliyinə verilməli idi (3, v 46). Missiyanın gediĢindən
sonra Andronikin viranedici hücumları nəinki səngimədi, əksinə, 1918-ci ilin
sonlarından baĢlayaraq, daha da gücləndi. Zəngəzur qəzasının rəisi Məlik
Namazəliyev Azərbaycan Respublikasının Nazirlər ġurasına göndərdiyi 1919-cu il
10 yanvar tarixli teleqramında yazırdı: "General Tomsonun əmrinə əsasən
müsəlmanlar və ermənilər arasında hər hansı düşmənçilik hərəkətlərini
dayandırmaq və normal həyatı bərpa etmək qərara alındı, bu barədə əhaliyə elan
edildi. Ermənilər verdikləri vədə xilaf çıxaraq, Andronikin dəstəsi başda olmaqla
otuzdan artıq müsəlman kəndinin əmlakını talan etmiş və yandırmışlar. Burada bir
çox dövlətlərin nümayəndə heyətinin gözü qabağında müsəlmanlar belə bir
vəhşiliklə məhv edilirlər və bu cəzasız qalır. Ermənilər bütün bu cinayətləri
Andronikin dəstəsinin və Türkiyədən gələn qaçqınların adına çıxırlar. Xahiş
edirəm, əhalinin istəyini nəzərə alıb, Andronikin dəstəsinin Zəngəzurun
hüdudlarından qovulmasına yardım edəsiniz, normal həyatın bərpası üçün
müqəssirlərin qarşısını alasınız" (71, 108-109).
1919-cu ilin əvvəllərindən baĢlayaraq, ermənilərin Zəngəzurdakı fəaliyyəti
daha məqsədyönlü Ģəkil almağa, Zəngəzurun Ermənistana birləĢdirilməsi
yönümündə inkiĢaf etməyə baĢladı. DaĢnak hərbi dəstələrinə, yerli quldurlara,
erməni icmalarının rəhbərlərinə hərbi, maddi və siyasi dəstək gücləndirildi.
Ġrəvandan buraya müxtəlif məramlı emissarların axını artdı, Andronikin dəstəsinə
pul, ərzaq və silah-sursat yardımı gücləndirildi. Avstriya əsirliyindən geriyə
dönən əslən Zəngəzurdan olan yüzdən artıq erməni əsgəri və qonĢu qəzalardan
toplanmıĢ 400 silahlı əsgər Zəngəzura göndərilərək Andronikin dəstəsinə qatıldı.
O zamankı ağ qvardiyaçıların komandanları general Biçeraxov və
Denikinlə Andronikin müttəfiqliyi barədə məlumatlar da maraqlıdır (71, 110).
Andronik general Biçeraxova 1918-ci il 10 dekabr tarixli məktubunda yazırdı:
"Zəngəzur erməni milli şurasının üzvləri A.Şirinyan, N.Osipov Bakıdan gəlmiş və 1
milyon manat gətirmişdilər ki, bu barədə bizdə iltizam qoymuşlar. Adları
göstərilən şura üzvləri mənə məlumat vermişdir ki, bu pulu general Baqratuninin
vəsatəti ilə Siz vermisiniz. Mənim dəstəmi və bədbəxt qaçqınları unutmadığınız
üçün sizə dərin və səmimi minnətdarlığımı bildirirəm" (71, 111).
Ermənilər hərtərəfli siyasi, iqtisadi, maddi, hərbi dəstəyə və müxtəlif
beynəlxalq səviyyəli əlaqələrə malik olduqları halda Zəngəzur müsəlmanlarının
ümidi uzaq Bakıdakı Azərbaycan Demokratik Cümhuriyyətinə, Türkiyə ordusuna
və bir də göydəki Allaha idi. Türkiyə ordusu beynəlxalq siyasi qüvvələrin təsiri
altında 1918-ci ilin sonunda çəkilib getmiĢ, Azərbaycan Demokratik
147
Cümhuriyyəti bir tərəfdən daĢnakların, bir tərəfdən bolĢeviklərin, bir tərəfdən isə
rus, ingilis, iran hərbi-siyasi qüvvələrinin açıq və gizli hücumlarına qarĢı mübarizə
aparmaqda idi, ölkə kasıb, xəzinə boĢ, ordu silahsız vəziyyətdə idi. Belə bir tarixi
Ģərait Zəngəzurun azərbaycanlı əhalisini Allahın və taleyin ümidinə arxasız və
köməksiz qoymuĢdur.
ġuĢadan keçərək Bakıya getmək və Stepan ġaumyanla birləĢmək niyyəti
baĢ tutmadıqdan sonra Zəngəzurda azərbaycanlılara divan tutan, Andronik əldə
edilmiĢ razılığa əsasən 1919-cu ilin martında 1300 nəfər piyadadan, 500 atlı və
artilleriyadan ibarət dəstəsi ilə Yevlaxa getmiĢ, orada dəmir yolu ilə Ġrəvana yola
düĢmüĢdür (71, 123). Ordusunu Eçmiədzin kilsəsinə təhvil verən Andronik
Zaqafqaziyanı tərk edərək Fransaya getmiĢdir.
Lakin Andronikin Zəngəzurdan çıxıb getməsindən sonra da bu bölgədə
hərbi-siyasi vəziyyət olduqca mürəkkəb və bölgə azərbaycanlıları üçün acınacaqlı
olaraq qalmaqda idi. Andronikdən sonra bölgədəki erməni hərbi qüvvələrinə
komandanlıq etməyə baĢlayan daĢnak polkovniki Dro, onun köməkçisi Bakıda
1918-ci il mart qırğınlarının törədilməsinin ən qəddar iĢtirakçılarından olan
general Qazarov və erməni könüllü hissələrinin təĢkilatçısı Dəli Qəzər adlı bir
yerli quldur, o cümlədən Sibirdən sürgündən qaçıb gəlmiĢ Yapon ləqəbli erməni
banditi Zəngəzurda yenidən qırğınlar törətməyə, xüsusilə, Qafan bölgəsinin
azərbaycanlı kəndlərinə dağıdıcı hücumlar etməyə baĢladılar (13, v 25). Qarabağın
general qubernatoru Xosrov bəy Sultanovun ADR-in Daxili ĠĢlər nazirliyinə
göndərdiyi 1919-cu il 23 sentyabr və 2 oktyabr tarixli məlumatlarında deyilirdi:
Xozabürt erməniləri Müsəlmanlar kəndinin sakinlərini atəşə tutmuş, Şixauz, Tsav,
Kilsəkənd, Şişkərt erməniləri sentyabrın 7-də Şüküratar yaylağındakı azərbaycanlı
elatlardan 2 nəfəri öldürərək 2500 baş mal-heyvanı ələ keçirmişlər, Muğanlı
kəndində yaşayan ermənilər Davudlu müsəlman kəndini yandırmağa cəhd
göstərmişlər, Zeyvə erməniləri Zor müsəlman kəndinə basqın etmişlər (71, 195).
"Azərbaycan" qəzeti "Zəngəzur müsəlmanlarının halı" baĢlıqlı
məqaləsində yazırdı ki, Türkiyə hərbi hissələrinin bölgəni tərk etmələrindən keçən
müddət ərzində bu mahalın 110 müsəlman kəndi dağıdılmış, onlardan 70-ə
qədərinin əhalisi tamamilə qırılmış, sağ qalaraq qaçqın salınanların isə 85%-i
ölümə məhkumdur (19).
3 dekabr 1919-cu il Zəngəzur. Azərbaycan. Deputat Mirzəsadıq
Axundzadəyə teleqramdan: "Zəngəzurda qanlı hadisələr təkrarən başlanmışdır.
Ermənilər Caylı və Oxcu kəndlərində 900 müsəlmanı öldürmüşlər. Adamlarla dolu
olan məscid bombalarla dağıdılmışdır. 400 qadın və uşağı tikə-tikə etmişlər.
Dostları ilə paylaş: |