Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Doğma kəndlə son görüĢ 
 
1988-ci  ilin  fevral  ayından  baĢlayaraq,  bütün  Ermənistanı  mitinqlər 
bürümüĢdü.  Dağlıq  Qarabağı  Ermənistana  birləĢdirmək  üçün  həyasız  daĢnak  tör-
töküntüləri  dəridən  qabıqdan  çıxırdılar.  Həyasızlıq  o  həddə  çatmıĢdı  ki,  bağça 
uĢaqlarını  və  aĢağı  sinif  Ģagirdlərini  də  qabaqlarına  qatıb  bütün  günü  "Qarabağ 
Merna" qıĢqırdırdılar. 
Azərbaycanlı  kəndlərin  əhalisinin  rayon  mərkəzi  ilə  əlaqə  saxlamasına 
imkan vermirdilər. Kənd əhalisi ərzaq cəhətdən korluq çəkirdi. Kənd mağazası isə 
tamamilə  boĢalmıĢdı.  Urud  kəndinin  mağazanın  satıcısı  Səid  Əkbər  oğlunu  rayon 
mərkəzinə buraxmırdılar ki, ərzaq gətirsin. 
Atam  orta  məktəbdə  müəllim  iĢləyirdi.  Bununla  bərabər,  hər  ay  rayon 
mərkəzinə  gedib  müəllimlərin  əmək  haqqını  da  alardı.  Mart  ayının  əvvəllərində 
rayon  mərkəzində  və  avtobusda  atamı  erməni  dığaları  təhqir  edirlər.  Bundan 
əsəbiləĢən atam infakt keçirir. Böyük Vətən müharibəsi əlili olan atam Abdullayev 
Abdulla  Əsəd  oğlu  iki  ay  yataqdan  durmur.  Ġyun  ayının  əvvəllərində  atam  ayağa 
durur  və  yenidən  rayon  mərkəzinə  gedir.  O,  rayonda  olduğu  zaman  mitinqlərin 
qızğın  vaxtına  düĢür.  Ermənilər  atama  kağız  -  qələm  uzadırlar  ki,  -  yaz,  Siz 
Qarabağın Ermənistana birləĢdirilməsinə razısınız. Atam əsəbiləĢib əlindəki əsa ilə 
qarĢısındakı ermənini vurur və həmin an yenidən infakt keçirir. 
1988-ci il iyul ayının 9-u idi. Kənddən Bakıya xəbər göndərdilər ki, atanız 
ağır  vəziyyətdədir  və  tezliklə  kəndə  gəlin.  Mən,  əmilərim  Həbib  və  Ġsrafil  yol 
maĢınları  ilə  özümüzü  Qubadlıya  çatdıra  bildik.  Bizə  Qubadlıda  bildirdilər  ki, 
Ermənistan  ərazisinə  keçmək  qorxuludur.  Əgər  ermənilər  sizi  yolda  görsələr, 
öldürəcəklər. 
Bizdən savayı, Ağdü kəndindən də iki nəfər - müəllim BaxĢəliyev Məmməd 
HəĢim oğlu və Moskva Ģəhərində təhsil alan Həmzəyev Müsayib Gülbala oğlu da 
Sisyana getmək istəyirdilər. BeĢ nəfər Qubadlıdan bir maĢın tutub Qafan rayonu ilə 
Qubadlının  sərhəddində  yerləĢən  Ģoseyə  çatdıq.  Bu  yerə  yerli  əhali  "Çay  zəmi" 
deyir. ġose yolu ilə Qafan - Gorus və Gorus - Qafan istiqamətində gedən maĢınlara 
əl etsək də, türk olduğumuzu bilən heç kəs bizi götürmək istəmirdi. 
Nəhayət,  bir  "Jiquli"  maĢını  bizi  Sisyan  -  Gorus  yoluna  çatdırmağa  söz 
verdi.  Biz  beĢimiz  də  maĢına  əyləĢdik.  O,  bizi  Gorus  rayonunun  içərisindən 

186 
 
aparmaq istədi. Biz buna razı olmadıq və bildirdik ki, qısa yol sayılan Xot-ġinher 
(erməni kəndləridir - M.U) yolu ilə aparsın. RazılaĢdıq. 
Sürücü  hər  döngədə  maĢını  saxlayırdı  ki,  maĢın  nasazdır  və  qızdırır. 
QarĢıdan  gələn  və  bizi  keçən  maĢınların  sürücüləri  ilə  uzun-uzadı  söhbət  edirdi. 
Biz  əmin idik  ki,  bizi qarĢıda təhlükə gözləyir. Geri qayıtmağa da  çıxıĢ  yolumuz 
yox  idi.  Artıq  ġinherin  çətin  yolu  arxada  qalmıĢdı.  ġinher  kəndinə  bir  neçə 
kilometr qalmıĢ sürücü maĢını saxladı. 
Gözlərindən  kin  və  qəzəb  tökülən  15-20  nəfər  erməni  dığası  ağ  "Niva" 
markalı  avtomobilin  və  bir  "Jiquli"  markalı  maĢının  yanında  yeyib-içirdilər. 
"Jiquli" maĢını bizim gəliĢimizi gözləyirmiĢ kimi sürətlə maĢını Xot kəndinə tərəf 
sürməyə baĢladı. Biz tam əmin olduq ki, bizim qarĢımızı mütləq kəsəcəklər. 
Ancaq  geriyə  də  yolumuz  yox  idi.  Xot  kəndinin  içərisindən  keçərkən 
kənddə  bir  nəfər  də  olsun  cavan  adama  rast  gəlmədik.  Kəndin  içərisindən  keçən 
yolun  kənarında  yalnız  qoca  ermənilər  dayanıb  bizə  tərəf  nifrətlə  baxırdılar. 
Kənddən 80-100 metr aralanmıĢdıq ki,  kəndin bütün cavanları qarĢımızı kəsdilər. 
100-120  nəfər  əllərində  armatur,  ağac  və  daĢ  tutaraq  bizi  zor  gücünə  maĢından 
düĢürtdülər. 
Məmməd müəllim və əmim Ġsrafil erməni dilini bildiklərinə görə dığalardan 
xahiĢ edirdilər ki, bizi öldürməyin. Bizim nə günahımız var ki, öldürürsünüz. Onlar 
bizim  heç  bir  yalvarıĢımıza  əhəmiyyət  verməyərək  qəddarcasına  döyməyə 
baĢladılar. 
Mənim  sifətimə  və  baĢıma  o  qədər  vurmuĢdular  ki,  ayaq  üstə  zorla 
dayanırdım.  Bir  nəfər  gənc  -  görünür  idmançı  idi  -  ayaqlarını  havada 
çarpazlandıraraq  baĢıma  təpiklə  güclü  zərbə  endirdi.  Mən  zərbədən  yerə  sərildim 
və  huĢumu  itirdim.  Özümə  gələndə  gözlərim  əmim  Həbibin  sifətinə  zilləndi. 
BaĢından  qələn  qan  asfalt  yolun  yamacı  ilə  aĢağı  axırdı.  Mən  özümü  ələ  alıb 
qıĢqırdım  ki,  kafirlər,  siz  niyə  qocanı  öldürdünüz.  Əmimi  ölü  bilib  ayılmıĢdım. 
Bədənimdə  salamat  yer  yox  idi.  Çənəm  sınmıĢdı,  diĢlərimin  hamısı  laxlayırdı. 
Əlimlə  ağzımın  laxtalanmıĢ  qanını  qoparıb  ağzımı  zorla  açdım.  DiĢlərimin  yarısı 
yox idi. 
Xot  kəndi  tərəfdən  erməni  qocaları  biz  tərəfə  baxıb  sanki  ləzzət  alırdılar. 
Mən fikirləĢirdim ki, bizim qocalar olsaydı, imkan verməzdilər ki, bizim cavanlar 
erməniləri döysün. 
Bu  zaman  "Qaz  -  69"  markalı  bir  maĢın  bizə  yaxınlaĢdı.  Ermənilər  bir  - 
birinə dedilər ki, "naxaqa yeqav". Gələn kolxoz sədri idi. 
Əmim  Ġsrafili  və  Ağudi  kəndindən  olan  iki  yoldaĢımızı  o  qədər 
döymüĢdülər  ki,  onlar  yerdən  qalxa  bilmirdilər.  Mən  kolxoz  sədrinə  yaxınlaĢdım 
ki,  bir  kəndin  ağsaqqalısınız.  Bizi  öldürməyə  qoymayın.  O  da  öz  növbəsində 
hirsləndi ki, sizə deməmiĢik ki, cavanları öldürün (Erməni dilini az - çox bilirəm), 
niyə veteranı öldürmüsünüz. O elə bu gün, sabah öləcəkdi. Sədr erməni gənclərinə 

187 
 
dedi  ki,  daha  bəsdirin,  bu  cavanlar  da  tezliknən  öləcək,  onların  bədənində  qan 
qalmayıb. Dağılın, qaçın. 
Mən  kolxoz  sədrinə  dedim  ki,  mənə  kömək  edin,  bu  qocanın  meyitini 
Sisyana  -  kəndimizə  çatdırım.  O  isə  əvəzində  bildirdi  ki,  ölsəniz  dünya 
dağılmayacaq,  mən  kəndə  tələsirəm.  O  bu  sözləri  Azərbaycan  dilində  dedi  və 
maĢını sürüb getdi. 
Bizi  gətirən  maĢının  sürücüsünə  yaxınlaĢdım  və  bildirdim  ki,  bizə  necə 
lazımdırsa dərs verdirdin. Ġndi bizi səninlə danıĢdığımız yerə qədər apar. O bildirdi 
ki, mən sizi maĢına mindirsəm, maĢın qan olacaq. Apara bilmərəm. Yalvardım ki, 
1-2  km  yol  qalıb,  cibimdə  də  300  rubl  pul  var,  onu  da  sənə  verirəm.  Bizi  bu 
kənddən  çıxar.  Çox  çətinliklə  pulu  götürəndən  sonra  razılaĢdı.  Əmimin  meyitini 
qucağıma alıb maĢına oturdum. 
MaĢında  hiss  etdim  ki,  əmim  hələ  ölməyib.  Nəbzi  yavaĢ-yavaĢ  vurmağa 
baĢladı.  Köynəyimi  cırıb  baĢının  yarasına  tıxadım  ki,  çox  qan  itirməsin.  MaĢının 
güzgüsündən baxıb gördüm ki, yolda gördüyümüz ağ "Niva", "Jiquli" və "Qaz-51" 
maĢını  həmin  bizim  mindiyimiz  "Jiquli"ni  müĢayiət  edirlər.  Sürücü  bizi  Gorus-
Sisyan  yolunun  kənarında  maĢından  düĢürdü.  Özü  isə  yolda  çox  yavaĢ  sürdüyü, 
xarab adlandırdığı maĢınla sürətlə Gorus tərəfə Ģütüdü. 
Yolun  kənarındakı  bulaqda  üst  baĢımızın,  bədənimizin  qanını  yuduqdan 
sonra,  mən  magistral  yolda  maĢın  saxlatmaq  istədim.  Heç  bir  sürücü  bizi  rayon 
mərkəzinə  və  ya  kəndimizə  aparmadı.  Əlacsız  qalıb  Ģose  yolunun  kənarı  ilə 
irəliləməyə  baĢladıq.  Mən  qoca  əmimin  qoltuğuna  girib  aparmaq  istəyirdim.  O, 
addım ata bilmirdi. Mənə dedi ki,- "qardaĢ balası,  məni rahat burax burada ölüm. 
Onsuz da ölürəm". 
Əmimi  kürəyimə  alıb  bir  neçə  addım  atmıĢdım  ki,  ağız-burnumdan  qan 
fontan vurmağa baĢladı. Çarəsiz qalıb yerə oturduq və qanqal kollarının arxasında 
gizləndik ki, yolda bizi görüb öldürməsinlər. 
Qoca  əmim  Həbib  su  istədi.  Bulaqdan  isə  300-400  metr  aralanmıĢdıq. 
Məndə iki selofan torba var idi. Selofan torbanı cibimdən çıxarıb bulaqdan əmimə 
su  gətirmək  istəyirdim  ki,  ortancıl  əmim  Ġsrafil  qıĢqırdı  ki,  yüksək  sürətlə  gələn 
maĢın bibimin həyat yoldaĢı Musanın maĢınının səsidir. Geri qayıtdım. 
Əmim Ġsrafil və Ağudi kəndindən olan 2 nəfər yoldaĢımız yola tərəf qaçıb - 
"Musa-Musa"- qıĢqırmağa baĢladılar. 
Musa  maĢını  çox  sürətlə  sürdüyündən  xeyli  qabaqda  saxlaya  bildi.  Bizi 
tələsik maĢına otuzdurdu və bildirdi ki, arxadan onu üç maĢın ("Niva", "Jiquli" və 
"Qaz-51"  markalı)  qovur.  Arxaya  baxdım,  həmin  maĢınların  bizə  çatmasına  200-
300 m məsafə qalmıĢdı. 
Musa  bizi  bu  cür  vəziyyətdə  kəndə  aparmaq  istəmədi  və  xəstəxanaya 
qoymaq üçün maĢını rayon mərkəzinə sürdü. Burada isə aləm bir-birinə qarıĢmıĢdı. 
AxĢam saat 10-11 radələri idi. Rayon mərkəzində mitinq keçirilirdi. 

188 
 
Bütün  cavanlar  bir  ağızdan  qıĢqırıĢırdılar  ki,"Qarabağ  bizimdir".  Bəzi 
pəncərələrdən  yaĢlı  arvadların  səsi  eĢidilirdi:  -  "Azar  Qarabağ,  çor  Qarabağ". 
Qarabağı türklər sizə verməzlər." 
Gözü qızmıĢ cavanlar isə öz qocalarını təhqir edirdilər ki, qapı - pəncərəni 
örtüb içəri girin, Qarabağ bizim olmalıdır. 
Rayon  mərkəzində  çoxlu  hərbçi  var  idi.  Musa  maĢını  hərbçilərin  yanında 
saxladı ki, biz türkük (azərbaycanlıyıq), ermənilər tanısa, bizi öldürəcəklər, kömək 
edin. Onların köməyi ilə rayon milisinin yerləĢdiyi binaya daxil olduq. 
Burada  Yerevandan  çoxlu  erməni  milis  iĢçiləri  də  var  idi.  Bir  nəfər  milis 
iĢçisi  mənə  yaxınlaĢdı  və  təəccüb  etdi  ki,  biz  tapĢırıq  vermiĢdik  bir  türk  də 
Gorusdan  salamat  gəlməməlidir.  Nə  üçün  sizi  öldürməyiblər.  Mən  rus  zabitinə 
yaxınlaĢdım və bildirdim ki, bizim burada olmağımızı həm kənddə bilirlər və həm 
də  dağda  Laçın  rayonundan  olan  rastlaĢdığımız  bir  atlıyla  öz  vəziyyətimiz  və 
yerimiz barədə Bakıya xəbər göndərmiĢik. 
Bundan  sonra  o  mənə  dedi  ki,  mitinq  qurtarandan  sonra  biz  sizi  kəndinizə 
çatdırarıq.  Mitinq  gecə  saat  2-3  radələrində  qurtardı.  Bir  neçə  yerli  milisin  və 
hərbçilərin  köməyi  ilə  bizi  rayon  mərkəzindən  çıxardılar.  Rayon  mərkəzindən 
çıxan kimi qarĢımızı 10-15 nəfər əli silahlı erməni kəsdi. Rus əsgəri və yerli milis 
iĢçiləri  onları  baĢa  saldılar  ki,  bu  döyülən  türklər  rayon  komendaturasında 
qeydiyyatdan keçiblər. Onları siz öldürsəniz, bizə (yəni bizi kəndə aparanlara) cəza 
verəcəklər. YaxĢısı budur buraxın getsinlər. Onsuz da bunlar kəndlərində öləcəklər. 
Gecə  saat  4-dür.  Kəndə  yaxınlaĢırıq.  Bütün  kənd  camaatı  səksəkə  içində 
ayaq  üstədir.  Hamının  əli  ağaclı,  yabalı,  baltalıdır.  Kənd  camaatının  silahı  ancaq 
bunlardan  ibarət  idi.  Bizi  bu  cür  görən  kənd  camaatı  daha  da  sarsıldı.  Biz  onları 
sakitləĢdirirdik ki, bizi döyməyiblər, yolda erməni maĢını qəzaya uğrayıb. Heç kəs 
sözlərimizə inanmadı. 
Bizə söylədilər ki, dünən, yəni iyulun 8-də Xot kəndində PaĢayev Ġsanı və 
həyat  yoldaĢı  Arifəni  də  sizin  gününüzə  salıblar.  MaĢınlarını  isə  yandırıblar. 
Əmirov  Əhliman,  Kərimov  Seyran  və  Kərimov  Hüseyn  də  sizin  vəziyyətdədir. 
Əmirov Əhlimanın maĢınını yandırıb dağdan uçurublar. Sürücü Köçərinin "Niva" 
markalı maĢınını əzib, özünü isə o qədər döyüblər ki, ölümcül vəziyyətdədir. 
Kəndə  rayon  mərkəzindən,  azərbaycanlılar  yaĢayan  kəndlərdən,  Gorus 
rayonu  ərazisindən  bir-birindən  ağır  xəbərlər  gəlirdi.  Aclıqdan  korluq  çəkən 
azərbaycanlı  əhali  uĢaqlarını  aclıqdan  xilas  etmək  üçün  rayon  dükan  -  bazarına 
getməli  olurdular.  Ən  acı  xəbərlər  də  oradan  gəlirdi.  Ġsmayılov  Ġsanı,  həyat 
yoldaĢını  və  oğlu  Hüseyni  rayon  bazarında  möhkəm  döymüĢdülər.  Traktorçu 
Məhərrəm  ƏĢrəf  oğlu  rayon  partiya  komitəsinin  binası  qarĢısında  döyülmüĢ  və 
gecə səhərə qədər huĢsuz vəziyyətdə raykomun binasının səkisində qalmıĢdı. Kənd 
çobanları  yaylaqlarda,  kolxozçular  kolxoz  bağında,  əkinçilər  bostanda  döyülürdü.
 
 

189 
 
Ġnformasiyalar  bir  -  birindən  dəhĢətli  olurdu.  Kimisə  köçüb  getmək 
istəyərkən maĢından bütün var-dövləti yerə tökülüb yandırılır, özləri isə döyülürdü. 
Döyüldükdən  sonra  kənddə  24-gün  qaldım.  Ġlk  10-15  gündə  ağzımı  zorla 
aralayıb  qaĢıqla  yemək  -  su  verirdilər.  Əmim  Həbibin  baĢının  yarası  isə  gün-
gündən ağırlaĢırdı. Çox böyük zəhmət bahasına onu Bakıya çatdıra bildik. 
Əmim Həbib Bakı Ģəhərinin Əhmədli qəsəbəsində yerləĢən əsəb-cərrahiyyə 
xəstəxanasında müalicə olunmağa baĢladı. Ġlk iki cərrahiyyə əməliyyatından sonra 
baĢının sınmıĢ sümüklərinin əvəzinə plastmas qoyuldu. Həkimlərin səyi və yüksək 
ustalığı  nəticəsində əmim ölümün  pəncəsindən xilas edilsə də, bu travmanın uzun 
sürən ağırlaĢmasından sonra həyatını dəyiĢdi. 
1988-ci  ilin  avqust  ayının  ortalarında  xəstə  atamı  və  yaĢlı  anamı  Bakıya 
köçürmək  istədim.  Heç  biri  razı  olmadı.  Ümumiyyətlə,  kəndimizi,  ata-baba 
yurdunu kənd əhalisi tərk etmək istəmirdilər. Avqust ayının 20-də Bakı - Sumqayıt 
və Azərbaycanın müxtəlif yerlərində yaĢayan kəndimizin 10-15 nəfərə yaxın adamı 
ilə gecə saat 4-də dağ yolları ilə Urud-Gorus-Qubadlı yolu ilə səfərə çıxdıq. 
Ona  görə  gecə  yola  çıxmıĢdıq  ki,  qocalar,  qadın  və  uĢaqlar  nankor 
ermənilərin  əlinə  keçməsin.  Səhər  8-də  Gorus  və  Qubadlı  rayonları  arasında  olan 
keĢikçi  məntəqəsinə  çatdıq.  Erməni  milis  iĢçiləri  bizi  Qubadlıya  buraxmırdılar. 
Onlar  yaxınlıqda  yerləĢən  Xinzirək  kəndinə  nümayəndə  göndərdilər  ki,  Sisyan 
rayonundan  olan  türklər  sərhəddi  keçmək  üzrədirlər.  Tezliklə  kənddən  onlarca 
cavan adamlar (onlara "adam" deməyə adamın dili də gəlmir, yaxĢısı budur canilər
qaniçənlər deyək) gəldi. Əlimizdə nə aparırdıq alıb yerə tökdülər. Axırda  məcbur 
qalıb kəndimizdən olan sürücü Səlimlə  məntəqədə  olan  milis  gözətçisinin  yanına 
girdik.  Cibimizdə  olan  pulları  verdikdən  sonra  bizi  Qubadlı  postuna  tərəf 
buraxdılar.  Məni  qəhər  tutdu.  Bir  vaxtlar  Azərbaycanın  sərhəddindən  doğma 
Vətənə  ayaq  basarkən  özümü  xoĢbəxt  sanırdım  ki,  ata-baba  yurduna,  doğma 
kəndimizə  qədəm  qoyuram.  Ġndi  isə  doğma  Vətənimdən  qaçıb  canımı  qurtarmaq 
üçün rüĢvət verirdim. 
Orada isə bizi çox həyəcanla Qubadlıda olan dostum Ġxtiyar, atası Bəxtiyar 
əmi,  qardaĢları,  Nüsrət  həkim  və  onlarca  tanımadığım  Qubadlı  camaatı 
gözləyirdilər.  Bakıdan  və  Sumqayıtdan  da  qohum-qardaĢlarımız  Qubadlıya, 
sərhədə  gəlib  bizi  gözləyirdilər.  Həmin  gün  Qubadlı  camaatı  bizi  Bakıya 
buraxmadı. Bakıya zəng vurdular ki, sağ-salamat Qubadlıdayıq. 
Erməni  cəlladlarının  bizim  xalqın  baĢına  gətirdikləri  müsibətlər  barədə 
ölkənin  o  rəhbəri  qalmadı  ki,  teleqramlar  göndərməyək.  Azərbaycanın  o  vaxtkı 
rəhbərliyi də heç bir kömək göstərmirdi. Ermənilərin mənim, əmilərimin və Ağudi 
kəndindən  olan  yoldaĢlarımızın  döyülməyi  barədə  SSRĠ  Müdafiə  naziri  Yazova, 
Təhlükəsizlik  Komitəsinin  sədri  Kruyuçkova,  SSRĠ-nin,  Ermənistanın  və 
Azərbaycanın bütün rəhbər iĢçilərinə vurduğumuz teleqramlar və ərizələrə yalnız o 
cavabı  alırdıq  ki,  günahkarlar  tapılmayıb.  Biz  isə  aydın  bildirirdik  ki,  cinayətkar 
Xot  kəndinin  kolxoz  sədri  Arakelyan  Henrik  Qurqenoviçdir.  Hara  teleqram 

190 
 
vururduqsa,  bir  cavab  ala  bilmirdik.  Cavabların  əksəriyyəti  Gorus  rayonundan 
gəlirdi və bildirilirdi ki, günahkar tapılanda sizə məlumat verəcəyik. 
Doğma kəndimlə son görüĢüm belə oldu. Bakıya qayıtdıqdan sonra Bakıda 
yaĢayan kənd ziyalılarımızla birlikdə Ermənistanda yaĢayan soydaĢlarımıza kömək 
etmək məqsədilə Azərbaycan Respublikasının bir sıra rəhbərlərinin yanında oldum. 
Nə  faydası.  Heç kimdən kömək diləyə  bilmədik. 1988-ci  il dekabrın 2-də  doğma 
kəndimiz Urud və bütün Ermənistan azərbaycansızlaĢdırıldı. 
Sahib ABDULLAYEV,  
coğrafiya elmləri namizədi. 
 
Meğri rayonunun Lök kənd sakini  
ġamiran Abbasovun baĢına gələnlər 
 
Mən  düz  36  il  öz  kəndimizdə  müxtəlif  vəzifələrdə  -  təsərrüfat  briqadiri, 
ferma  müdiri,  kolxoz  partiya  təĢkilatının  katibi,  kolxoz  sədri  iĢləmiĢəm.  Rayonda 
iĢləyən  vəzifəli  ermənilərin  demək  olar  ki,  hamısı  məni  tanıyırdı.  Çoxu  mənim 
evimdə qonaq olmuĢ, süfrəmdən çörək yemiĢdi. 
Lakin  1988-ci  ilin  fevral  ayından  baĢlayaraq,  ermənilərin  bizə  qarĢı 
münasibəti  kəskin  Ģəkildə  pisləĢdi.  Bizi  sıxıĢdırmağa,  açıq  aydın  Ģəkildə  köçüb 
Azərbaycana  getməyimizi  təkid  etməyə  baĢladılar.  Həmin  ilin  sentyabrında  artıq 
rayonda yaĢamaq dözülməz hala çatmıĢdı. 
1988-ci  ilin  noyabrında  bir  yas  mərasimində  iĢtirak  etmək  üçün  Bakıya 
gəldim. Bakıya gələndən iki gün sonra eĢitdim ki, ermənilər kəndi dağıdıblar, kənd 
camaatı  isə  Mincivan  stansiyasına  yığıĢıblar.  Noyabrın  22-də  qatarla  Bakıdan 
Akaraya  gəldim.  Oradan  avtobusla  Mincivana,  kənd  camaatının  yığıĢdığı  yerə 
getdim. Ömrümdə elə dəhĢətli mənzərə görməmiĢdim. Camaat əyni-baĢı çılpaq, ac-
susuz  dəstə-dəstə  yığıĢıb  yük  vaqonlarının  arasında  küləkdən  daldalanırdılar.  Bir 
tərəfdə anasını itirmiĢ bir uĢaq qıĢqırır, bir tərəfdə isə evi yandırılmıĢ bir qadın nalə 
çəkirdi.  Soraqlaya-soraqlaya  əvvəl  bacılarımı,  sonra  oğlumla  gəlinimi  tapdım. 
Məni görən kimi kiçik nəvəm hönkürüb ağlamağa baĢladı: - Baba, biz qaçdıq, nənə 
isə gələ bilmədi, indi yəqin onu ermənilər öldürüblər". 
Həyat  yoldaĢımın  ayaqları xəstə  olduğundan o piyada  gəzə  bilmirdi.  Buna 
görə  də  erməni  saqqallıları  kəndə      hücum  edib,  camaatı  qovub  pay-piyada 
kənddən çıxaranda  yoldaĢım kənddə qalmıĢdı. Öldü-qaldısından heç kimin xəbəri 
yox idi.  
Dedim ki, ölsəm də, kəndə qayıdacam, nənənizin ya ölüsünü, ya da dirisini 
gətirəcəyəm.  Kəndə  getməyə  isə  heç  bir  nəqliyyat  vasitəsi  yox  idi.  Piyada  gəlib 
Zəngilanın  Bartaz  stansiyasına  çıxdım.  Yük  vaqonlarının  yanında  Lehvaz  və 
Maralzəmi  camaatının  toplaĢdığını  gördüm.  Onlara  yaxınlaĢdım,  bizim  kənddən 
xəbərlərinin olub- olmamağını soruĢdum. 

191 
 
Mənə  dedilər  ki,  axırıncı  yük  vaqonunda  sizin  kənddən  3-4  ailə  gəlib. 
Vaqona yaxınlaĢanda kolxoz sədri Baba Babayevi gördüm. Ermənilər onu o qədər 
döymüĢdülər ki, yazıq ayaq üstə dayana bilmirdi. 
Baba  bəzi  məiĢət  əĢyalarını  "UAZ"  markalı  yük  maĢınına  yığıb  gətirmək 
istəyirmiĢ  ki,  Meğridən  keçəndə  ermənilər  onun  qabağını  kəsiblər.  "Heç  bir  türk 
Ermənistandan heç bir Ģey aparmamalıdır" deyərək, onun əĢyalarını yerə töküblər. 
Etiraz  etdiyinə  görə  Baba  Babayevi  vəhĢicəsinə  döyüblər,  sonra  isə  yarımcan 
vəziyyətdə gətirib dəmiryol platformasına atıblar. 
Zəngilandan Meğriyə qədər piyada getdim. Bərk soyuqlu, çovğunlu bir gün 
idi.  Gecə  qaranlıqda  rayondan  keçib  getmək  çox  təhlükəli  idi.  Erməni  cavanlar 
əllərində  silah,  armatur  parçaları  dəstə-dəstə  gəzərək,  özləri  demiĢkən  "qurbanlıq 
türk"  axtarırdılar.  Rayon  mərkəzində  isə  3-4  min  erməni  toplaĢıb  mitinq 
keçirirdilər.  Gecə  qalmaq  üçün  rayon  icraiyyə  komitəsinə  getdim  ki,  hər  halda 
hökumət idarəsində mənə bir köməklik göstərərlər. Növbətçi məni heç qapıdan da 
içəri  buraxmadı:  -  "Biz  türkə  sığınacaq  vermirik.  Rədd  ol,  hara  gedirsən  get",  - 
deyərək  qapıdan  qovdu.  Oradan  rayon  milis  idarəsinə  getdim.  Növbətçiyə  dedim 
ki, mən Lök kəndinə getməliyəm. Ya bir maĢın verin, adam qoĢun məni aparsın, ya 
da  bir  dustaq  kimi  kamerada  səhərə  kimi  saxlayın.  Növbətçi  məni  rəisin  yanına 
apardı. Rəis isə - "yol açıqdır, hara istəsən gedə bilərsən. Kimsə sənə bir Ģey eləsə, 
müraciət edərsən, araĢdırarıq" - deyərək məni idarədən qovdu. 
Soyuq iliyimə iĢləyirdi. Bakıdan çıxandan artıq 2 gün  keçsə də, dilimə bir 
parça çörək dəyməmiĢdi. Yeriməyə taqətim, qalmağa yerim yox idi. Çöldə qalsam 
ya Ģaxta dondurardı, ya da ermənilər görüb öldürərdilər. 
Meğri  rayon  mərkəzindən  sərhəd  zastavasına  2-3  km  yol  idi.  Zastavaya 
getdim.  Ora  təhlükəsiz  idi.  Gecəni  orada  qaldım.  Səhər  iki  nəfər  hərbçinin 
vasitəsilə kəndimizə getdim. Gördüm ki, kənddə 10-15 yük maĢını, yüzə qədər də 
mülki  geyimdə  erməni  vardır.  Onların  içərisində  Sovet  sədri,  rayon  partiya 
komitəsinin,  prokurorluğun,  təhlükəsizlik  idarəsinin  və  milis  idarəsinin  iĢçilərini 
tanıdım. Evləri gəzir, ev əĢyalarını siyahıya  alır, dediklərinə  görə  Azərbaycandan 
gəlməli olan ermənilər üçün hazırlayırdılar. Evə getdim yoldaĢım sağ-salamat idi. 
Tövlədəki  mal-heyvan  acından  və  susuzluqdan  mələĢirdi.  Heyvanları 
suvarıb yemlədim. Özüm də bir tikə çörək yeyəndən sonra hərbçlərin müĢayiəti ilə 
kəndə  çıxıb,  raykomun  nümayəndəsindən  ev  əĢyalarını  və  heyvanlarımı  aparmaq 
üçün  maĢın  istədim.  O  mənə  dedi  ki,  heç  nəyə  əl  vurmaq  olmaz.  Dövlət 
komissiyası icazə verəndən sonra hamınız qayıdıb, gələrsiniz və hərə öz əĢyalarını 
aparar. Ġndi isə yalnız yataq dəsti apara bilərsən. 
Yük  maĢınlarının  birinin  sürücüsünə  yaxınlaĢdım.  Bizi  dəmiryol 
stansiyasına aparmaq üçün 50 manat istədi. Əlacım yox idi, deyə razılaĢdım. Hansı 
ki, adi vaxtlar həmin yolu ən çoxu 10 manata aparardılar. Dörd dəst yorğan-döĢək 
və iki xalça götürdüm - bundan artıq bir Ģey götürməyə qoymadılar. 

192 
 
MaĢına  minəndə  azərbaycanca  yalvarıĢ  səsi  eĢitdim.  QonĢuluğumuzda  hər 
iki  gözündən  kor  bir  kiĢi  yaĢayırdı.  Bu  onun  səsi  idi.  Sən  demə  camaat  kənddən 
qovulanda bu adam evdə qalıbmıĢ. Qayıtdım onu da götürdüm, dalıma alıb maĢının 
kabinasına mindirdim. Özüm isə həyat yoldaĢım və hərbçilərlə kuzova mindik. 
Dəmiryol  stansiyasına  üç  kilometr  qalmıĢ  erməni  sürücüsü  maĢını  saxladı 
ki, yüz manat verəcəksən. Mənim isə cəmisi səksən manatım var idi. Nə qədər dil 
tökdüm,  yalvardım,  razılaĢmadı.  Çatmayan  20  manatın  əvəzində  əldə  toxunmuĢ 
yun xalçalardan birini götürdü ki, onun qiyməti ən azı 500 manat olardı. 
Meğri  dəmiryol  stansiyasında  rayonun  müxtəlif  kəndlərindən  gəlmiĢ  100-
150  ailə  ev-eĢik  əĢyalarını  da  töküb,  onları  Azərbaycana  aparacaq  yük  qatarını 
gözləyirdi.  Çox  ürək  ağrıdan  bir  mənzərə  var  idi.  Bərk  qar  yağırdı,  külək  əsirdi. 
UĢaqlar,  qocalar,  qadınlar  götürə  bildikləri  paltar-palaza  bürünüb  soyuqdan  bir 
təhər qorunurdular. Ġnsanların qıĢqırığı, ah-naləsi bir-birinə qarıĢmıĢdı. 
Bu  vaxt  çiynində  videokamera  olan  iki  rus  jurnalisti  bizə  yaxınlaĢdı. 
Kimliyimizi,  hardan  gəlib,  hara  getdiyimizi,  bu  hadisələrə  münasibətimizi 
soruĢdu,  camaatı  çəkib  getdi.  DəhĢətli  burasıdır  ki,  iki  gün  ondan  sonra 
Mincivan  stansiyasında  təsadüfən  televizorda  Moskvadan  göstərilən 
"Vremya"  proqramında  Meğri  stansiyasında  bizi  qatar  gözləyən  vəziyyətdə 
göstərsələr  də,  tamam  baĢqa  adda  təqdim  etdilər.  Guya  ki,  burada  didərgin 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin