Dezinfektologiya


Ratisidlərin xüsusiyyətləri. Bağırsaq zəhərləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
№4 Dezinfektologiya-İSF -4-Az

Ratisidlərin xüsusiyyətləri. Bağırsaq zəhərləri. 


23 
Zookumarın - spesefik iyə malik ağ rəngli tozdur, suda həll olmur, qan 
damarlarının keçiriciliyini artırır, qanın laxtalanmasını ləngidir. Praparatı buğdaya 
qatır, gəmiricilərin yuvalarına, cığırlara, suyun səthinə püskürdürlər. Gəmiricilər 7 -
10 gündən sonra ölürlər. Qida müəssisələrində və uşaq məktəbəqədər müəssisələrdə 
preparatla işlənmiş yemləri xüsusi qutulara yığırlar.
Sink fosfidi – bozumtul qara tozdur, zəif sarımsaq iyi verir, gəmiricilərin sinir 
sisteminə, qana vədaxili sekresiya vəzilərinə toksiki təsir göstərir. Müxtəlif qida 
maddələrinin əsasında hazırlanmış yemlərə preparatdan 3-5% əlavə edirlər. Preparatı 
buğda və arpa dənələrinə qatır, suya və yuvaların girəcəkərinə püskürdürlər. Sink –
fosfidi insan üçün də zərərlidir, ona görə də yemlərin hazırlanması və saxlanması 
zamanı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. 
 
Difenasin – deratizasiyada ratindan kimi istifadə edilir. Preparata metilen abısı 
qatıldığı üçün o, mavi rəngə boyanmışdır. Gəmiricilər üçün yemlər müxtəlif qida 
maddələrinin əsasında hazırlanır, onların tərkibində çörək qırıntıları, yarmalar, un, 
3% ratından əlavə edilmiş qida qalıqları olur. Ratindan gəmiricilərin qanına 
antikoaqulyant təsiri göstərir və istifadədən bir neçə gün sonra onların ölümünə səbəb 
olur. Yemlər hazırlandıqda və gəmiricilərin yuvaları işləndikdə mütləq respirator və 
ya maskadan istifadə etmək lazımdır.
 
Monoftorin – çəhrayı rəngli kristallik maddədir, etil spirtində, asetonda yaxşı, 
isti suda zəif həll olur, soyuq suda isə həll olmur. Gəmiricilərin ölümü 3 -4 saatdan 
sonra baş verir, yemlər 1% preparat əlavə edilir.
Qlifor - açıq – çəhrayı rəngdə xarakterik iyə malik mayedir, suda və spirtdə 
yaxşı həll olur. Sünbülqıranlarla mübarizədə yulafla birlikdə yemlər şəklində işlədilir.
Florasetamid – ağ-bozumtul kristallardır, suda yaxşı həll olur. Buğdaya 
qatılmaqla və sulu yemlərdə istifadə edirlər. Qida müəssisələrində tozlandırmaq üçün 
istifadəsi qadağandır, belə ki, preparat yüksək dərəcədə toksikidir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin